Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-202/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, R.Ağayev küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşayan, 22 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında “Monte Karlo” restoranının arxasında Zərərçəkmiş şəxs məxsus olan “Hyunday Eksel” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobildən hər biri 100 manat olmaqla ümumilikdə 400 manat dəyərində disk-təkər, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd ön oturacaqlar, hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 2 ədəd qabaq fara və avtomobilin 22 manat dəyərində ** EL *** dövlət nömrə nişanını gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs 582 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü mühərrik ustasıdır, təxminən 33 ildir sənətlə məşğul olur. Zərərçəkmiş şəxs 12 ildən artıq olar ki, tanıyır, Ramiz onun daimi müştərisi olmuşdur. O, ünvan 2 ünvanında yerləşən avtotəmir sexində mühhərrik ustası işləmişdir. 2020-ci ilin yay aylarında Ramiz özünə məxsus “Hyundai Eksel” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun işlədiyi sexə gələrək maşının mühhərikinin təmirə ehtiyacı olmasını bildirmiş və ondan xahiş etmişdir ki, mühhəriki təmir etsin. O, Ramizlə razılaşmış və ona bildirmişdir ki, mühhərikin təmiri müqabilində ondan 700 manat pul alacaqdır. Ramiz də onunla razılaşmış və maşını sexdə qoyaraq getmişdir. Təxminən bir neçə ay maşın sexdə qalmışdır. Maşının təmirinin gecikməsinə səbəb isə ehtiyyat hissələrini tapmaqda çətinlik çəkməyi olmuşdur. Hər dəfə o, Ramizə bu barədə məlumat vermişdir. Təmir zamanı avtomobilin mühhərikini sökərək yonulması üçün Sabunçu rayonu, ünvan 3 ünvanındakı sexi işlədən usta Vityaya təhvil vermiş və bu barədə Ramizə bildirmişdir. Sonradan mühhərikin ehtiyyat hissəsi olan “porşe”ni Ramizin özü ilə usta Vityaya göndərmişdir. O, həmçinin avtomobilin mühhərikini, porşenlərini, salonun oturacaqlarını və dövlət qeydiyyat nişanını da oğurlamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini göstərərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Hyundai Eksel” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili etibarnamə ilə idarə edir. Təqsirləndirilən şəxs isə təxminən 10-12 ildir tanıyır, Elşad avtomobil mühərriki ustasıdır. Avtomobilinin mühhərikinin təmirə ehtiyacı olduğu üçün Elşadın yanına aparmaq qərarına gəlmişdir. O, bu məqsədlə avtomobilini 2020-ci ilin yay aylarında Elşadın işlədiyi ünvan 2 ünvanında yerləşən sexə aparmışdır. Elşad avtomobilə baxaraq mühhərikini təmir edəcəyini və əvəzində ondan 700 manat pul alacağını bildirmişdir. O, qiymətlə bağlı Elşadla razılaşmışdır. Bundan sonra avtomobili bir neçə ay ustada qalmış, hər dəfə sexə getsə də və ya mobil telefon vasitəsi ilə əlaqə saxlasa da, Elşad nədənsə avtomobilin təmirini yekunlaşdırmamış, təmirin nə zaman bitəcəyini soruşduqda isə, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 18 oktyabr 2020-ci il tarixdə avtomobilinə baxmaq üçün elşadın işlədiyi sexə getmiş, lakin avtomobilinin orada olmadığını görmüşdür. Elşada zəng etmiş, lakin onun mobil telefon nömrəsinə zəng çatmamışdır. Elşadın həmin küçədə yerləşən mənzilinə getmiş, lakin məlum olmuşdur ki, Elşad mənzilini satmışdır. O, dilxor halda küçələri gəzdiyi vaxt təsadüfən ünvan 1 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının arxa hissəsində ona məxsus avtomobilin daşın üzərində olmasını aşkar etmişdir. Avtomobilinə baxış keçirdikdə, hər biri 100 manat olmaqla ümumi qiyməti 400 manat olan 4 ədəd disk-təkərin, hər biri 50 manat olmaqla ümumi qiyməti 100 olmaqla 2 ədəd ön oturacaqların, hər biri 30 manat olmaqla ümumi dəyəri 60 manat olan 2 ədəd qabaq faranın, dəyəri 22 manat olan dövlət nömrə nişanının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması nəticəsində ümumilikdə ona 582 manat maddi ziyan dəydiyini bilmişdir. Hazırda ona dəymiş həmin maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildən artıqdır ki, avtomobillər üçün “val, blok, şlifofka” ustası kimi işləyir. 2018ci ildən Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən sexdə fəaliyyət göstərir. Təqsirləndirilən şəxs çoxdan tanıyır, Elşad onun daimi müştərisidir. Elşad həmişə müxtəlif markalı avtomobil mühərriklərini gətirərək ona təhvil vermiş, o isə həmin mühhərikləri “şlifofka” (yonub) edərək yenidən Elşada qaytarmışdır. 2020-ci ilin yay aylarında Elşad ona zəng edərək “Hyunday Eksel” markalı avtomobilə məxsus mühhəriki taksi ilə ona göndərdiyini deyib həmir mühhərriki yonmağını ondan xahiş etmişdir. Bundan təxminən 4- 5 gün sonra adını sonradan bildiyi Ramiz adlı şəxs onun işlədiyi sexə gəlmiş və Elşadın dediyi, ona məxsus həmin avtomobilə məxsus 4 ədəd “porşen”i yonmasını ondan xahiş etmişdir. O, Ramizə onun avtomobilinə məxsus mühhəriki göstərib demişdir ki, həmin mühərrik onun avtomobilinindir, onu yonmuşdur, “porşenləri”də hazırlayacaq, sonra gəlib götürər. Bir neçə ay sonra polis əməkdaşları onun işlədiyi sexə gələndə bilmişdir ki, usta Elşad Ramizə məxsus avtomobili təmir etməmiş və avtomobilə məxsus ehtiyyat hissələrini çıxarıb satmışdır. Qeyd etdiklərindən başqa Elşad ona heç bir ehtiyyat hissəsi verməmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, onun həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, X4 və Zərərçəkmiş şəxs tanıyır. Onlarla münasibətləri normal olmuşdur. Təxminən 2008-ci ildə X1 “Hyundai Eksel” markalı ** EL *** nömrə nişanlı avtomobil almışdır. Sonradan o, həmin avtomobili Zərərçəkmiş şəxs satmışdır. Hazırda həmin avtomobilin faktiki sahibi Ramizdir. Vaxtı olmadığı üçün avtomobili Ramizin adına sənədləşdirə bilməmişdir. 18 oktyabr 2020-ci il tarixdə ünvan 1 ünvanında “Monte Karlo” restoranının arxasında “Hyundai Eksel” markalı ** EL *** nömrə nişanlı avtomobildən 4 ədəd disk-təkər, 2 ədəd ön oturacaqlar, 2 ədəd qabaq fara və dövlət nömrə nişanının oğurlanması nəticəsində ziyan əslində Zərərçəkmiş şəxs dəymişdir. Ona heç bir maddi ziyan dəyməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 noyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 18 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs “Hyundai Eksel” markalı ** EL *** dövlət nömrə nişanlı avtomobilinə aid hansı hissələrin oğurlandığını şifahi izah etmişdir. (i.v. 3-4) - 27 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Əliyev X5 rayonu, ünvan 3 ünvanında yerləşən sexdə özünə məxsus “Hyundai Eksel” markalı ** EL *** dövlət nömrə nişanlı avtomobilə məxsus mühhəriki təqdim etmişdir. (i.v. 27-28) - 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının arxa hissəsində zərərçəkmiş şəxəsə məxsus avtomobildən oğurluq etdiyi yeri göstərmiş və oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (i.v. 47-48) -Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin 05 aprel 2021-ci il tarixli 013-36289-1221 nömrəli məktubundan görünür ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsindəki cədvəldə göstərilən dövlət qeydiyyat nişanlarında əks olunmuş hərf və rəqəmlərin kombinasiyasından ibarət mövcud dövlət qeydiyyat nişanları cədvəldə nəzərdə tutulan dövlət rüsumları ödənilməklə müvafiq qaydada nəqliyyat vasitələrinə təhkim edilir. Digər dövlət qeydiyyat nişanları üçün isə həmin Qanunla 22 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. (i.v. 86) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” publik hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 aprel 2021-ci il tarixli 777 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs X3 Pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, hərbi xidmətə çağırış zamanı psixiatrik stasionarında müayinə olunarkən hərbi xidmətə yararsız hesab edilməsi dəfələrlə Səhiyyə Nazirliyinin Respublika Psixiatrik Xəstəxanasında müalicə olunması, həmçinin hazırkı müayinə zamanı əhval ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s.təsdiq edir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən X3 pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan “X3 pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 95-97) -Sübutların qiymətləndirilməsi haqqında 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqibi rədd edilmişdir. (i.v. 98-103) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 22 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 83) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə də cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəlarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs ərizə verərək ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, onun hüquqi yardımın göstərilməsində iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-202/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-202/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver