Məhkəmə qərarları › İş №1(007)-203/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-203/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-203/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclası katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.5 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakıni gizli olaraq talama nməqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən “Start” idman və əyləncə kompleksinin qarşısında dayanmış 141 saylı marşurut xətti üzrə işləyən avtobusda sərnişin Zərərçəkmiş şəxs əynində olan gödəkcənin sağ yan cibindən 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən 3630 manat dəyərində “İphone 11 Promax” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 3640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,08 qram narkotik vasitə metadon əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayəti törətməkdə şübhəli olduğundan ünvan 3 ünvanda saxlanılaraq Nizami RPİ-nin 25ci PŞ-nə gətirilmiş və şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən üzərində “Methadone" markalanma göstəricisi olan, “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram) təşkil edən 02 (iki) ədəd qəhvəyi rəngli həblərdən ibarət narkotik vasitə olan metadon, eləcə də şəxsi istehlak miqdarından az, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,362 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, vaxtaşırı olaraq narkotik vasitə marixuanadan istifadə etmişdir. 16 dekabr 2021-ci il tarixdə istifadə etdiyi “Samsung" markalı mobil telefonu təmir etdirmək məqsədilə Nizami rayonu, “Neftçilər” Metrostansiyasının yaxınlığında olan telefon mağazasına gedərkən, Xəzər rayonu Mərdəkan qəsəbəsində “Sergey Yesenin" küçəsindəki avtobus dayanacağında 141 saylı xətt marşrut avtobusuna minmiş və arxa oturacaqların birində əyləşmişdir. Avtobus “Aviasiya Akademiyası”nın qarşısına çatanda dayanacaqdan iki nəfər qız avtobusa minmiş və onun qarşısında dayanmışlar. “Neftçilər" metrostansiyasının yaxınlığında avtobusdan düşmək üçün avtobusun birinci qapısının yanına keçmiş və bu zaman həmin qızlardan biri onun sol tərəfində dayanmışdır. Həmin vaxt qızın əynindəki gödəkcənin sağ yan cibində, yarı çölə çıxmış vəziyyətdə “İPhone" markalı mobil telefon olduğunu görmüşdür. Həmin telefonu qızın gödəkcəsinin cibindən çıxarıb avtobusdan düşmüşdür. Telefonu satmaq məqsədilə “Neftçilər" metrostansiyasından “28 May” metrostansiyasının yaxınlığında olan telefon dükanlarına getmişdir. Orada tanımadığı telefon mağazasında oğurladığı “İPhone 11" markalı mobil telefonun özünə məxsus olduğunu yalandan deyib, əvvəllər tanımadığı Şahid6 adlı satıcıya şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdir. Telefonu satdıqdan sonra, həmin gün saat təxminən 18 radələrində 'Neftçilər" metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 120 manata iki ədəd metadon “M40" markalı həbb və bir kibrit qutusunda narkotik vasitə marixuana almışdır. 17 dekabr 2021-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Məmmədbəyli küçəsi ev 57 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. PŞ-də üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl qanunla qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra qara rəngli gödəkcəsinin sağ cibindən 01 ədəd “Samsung" markalı mobil telefon, qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda marixuana və iki ədəd üzərində “Methadone M40" yazısı olan həbləri təqdim elmişdir. Həmin vaxt 16 dekabr 2021-ci il tarixdə 141 saylı marşrutda telefon oğurladığını və satıb həmin gün onda aşkar olunan narkotik vasitələri əldə etdiyini bildirmişdir. Ondan götürülmüş narkotik vasitələr qablaşdırılmış və DİN-nin 165 saylı möhürü ilə möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zora və ya təzyiqə məruz qalmamışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, “İphone 11 Promax" markalı mobil telefon istifadə etmişdir. 16 dekabr 2021-ci il tarixdə saat 14:45-də “Milli Aviasiya” Akademiyasından dərsdən evə qayıdarkən Akademiyanın qarşısındakı avtobus dayanacağından 141 saylı xətt marşrut avtobusuna tələbə yoldaşı Şahid1 ilə birlikdə minmişdir. Mobil telefonunu gödəkcəsinin sağ yan cibinə qoymuş və xəttsiz qulaqcıqları qoşaraq müsiqi dinləmişdir. Telefon cibinə tam yerləşmədiyinə görə arxa hissəsi görünmüşdür. Aydanla avtobusa arxa qapıdan minib oturacaqların arasında ayaq üstə dayanmışlar. “Neftçilər” metrostansiyasının yaxınlığına çatanda, ünvan 2 ünvanda yerləşən “Start" idman və əyləncə kompleksinin qarşısında bir nəfər oğlan ona müraciət edərək avtobusdan düşmək üçün yol istəmişdir. Kənara çəkilmiş və həmin şəxs avtobusdan düşüb getmişdir. Aydanla avtobusdan düşüb piyada gedən zaman “Araz" marketin yaxınlığında qulaqcığın işləmədiyini hiss etmiş və mobil telefonu cibindən götürmək istəyərkən, telefonun cibində olmadığını görmüşdür. Dərhal Aydanın mobil telefonu ilə DİN-nin 102 xidmətinə telefonunun oğurlanması barədə məlumat vermişdir. Bir müddət sonra Nizami RPİ-nin 25-ci PŞ-nə şöbəsinə dəvət olunmuş və polis şöbəsində atasının mobil telefonu ilə, öz mobil telefonunun “iCloud”-nun “Littlepenguin02” kodunu yığmış və telefonu Nəsimi rayonu, Azadlıq prospekti 41E ünvanda olduğunu göstərmişdir. Dərhal polis əməkdaşları ilə həmin ünvana getdikdə "Bakcell" mobil telefon dükanı olduğunu görmüşlər. Dükan sahibi bir müddət əvvəl həmin telefonu Təqsirləndirilən şəxs 450 manata aldığını demiş və polis əməkdaşlarına telefonu satan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Aydanla sənədə baxdıqda avtobusda yol istəyib avtobusdan düşüb qaçan həmin oğlanı tanımışlar. “İphone 11 Promax" markalı 256 GB yaddaşlı mobil telefon aparatının qiyməti 3630 manat, telefonda olan ***-***-**-** saylı mobil nömrənin qiyməti isə 10 manat olmuşdur. Ona ümumilikdə 3640 manat məbləğində dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Sonuncuya qarşı heç bir şikayəti, İddia və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid X4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən ki, “Milli Aviasiya” Akademiyasında təhsil alır. Zərərçəkmiş şəxs onun qrup yoldaşı və yaxın rəfiqəsidir. 16 dekabr 2021-ci il tarixdə dərsdən sonra Emiliya onu evlərinə qonaq dəvət etmişdir. Həmin gün saat 14:45-də Milli Aviasiya Akademiyasında dərslər qurtardıqdan sonra Akademiyanın qarşısındakı avtobus dayanacağından Zərərçəkmiş şəxs ilə 141 saylı xətt marşrut avtobusuna minib oturacaqların arasında ayaq üstə dayanmışlar. “Neftçilər” metrostansiyasının yaxınlığında bir nəfər oğlan Emiliyaya müraciət edərək avtobusdan düşmək üçün yol istəmişdir. Hər ikisi kənara çəkilmiş və həmin şəxs avtobusdan düşmüşdür. Daha sonra, onlar avtobusdan düşüb, Zərərçəkmiş şəxs yaşadığı istiqamətdə gedən zaman “Araz” marketin yaxınlığında Emiliya telefonun işləmədiyini deyib əlini cibinə salmış, lakin telefonun cibində olmadığını və oğurlandığını bildirmişdir. Emiliya dərhal onun mobil telefonu ilə DİN-nin 102 xidmətinə telefonunun oğurlanması haqqında məlumat vermişdir. Bir müddət sonra Nizami RPİ-nin 25-ci PŞ-dən onun mobil telefonuna zəng gəlmiş və onları polis şöbəsinə dəvət etmişlər. Emiliya ilə polis şöbəsinə getmiş və polis şöbəsində Emiliya atasının telefonu vasitəsi ilə öz mobil telefonunun “iCloud”-nun “Littlepenguin02" kodunu yiğmış, telefonu Nəsimi rayonu Azadlıq prospekti 41E ünvanda olduğunu göstərmişdir. Dərhal polis əməkdaşları ilə həmin ünvana getdikdə “Bakcell” mobil telefon dükanı olduğunu görmüşlər. Dükan sahibi bir müddət əvvəl həmin telefonu Təqsirləndirilən şəxs 450 manata aldığını polis əməkdaşlarına demiş və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin sürətini polis əməkdaşlarına təqdim etmişdir. Emiliya ilə sənədə baxdıqda həmin şəxsin avtobusda düşmək üçün yol istəyən şəxs olduğunu görmüşlər. Məhkəmə istintaqı zamanı Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-nin məlumat portalı üzrə operatoru vəzifəsində polis serjantı rütbəsində xidmət edir. 16 dekabr 2021-ci il tarixdə saat 15:47 radolərində Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciət edərək “İPhone 11 Pro Max” markalı mobil telefonunun 141 saylı xətt mürşrut avtobusunda oğurlanması barədə məlumat vermişdir. Daxil olmuş məlumat araşdırılarkən oğurlanmış telefonun satıldığı mağaza müəyyən olunmuş və sorğu zamanı mağazada satıcı işləyən Şahid6 həmin telefonu satmış şəxsin şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 dekabr 2021-ci il tarixdə saal 11:40 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Məmmədbəyli küçəsi 57 saylı yaşayış binasının qarşısında saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. PŞ-nin inzibati binasında şəxsi axtarış və götürmə zamanı onun tərəfindən video çəkiliş aparılmış və Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Sonuncu qara rəngli gödəkcəsinin sağ cibindən 01 ədəd “Samsung" markalı mobil telefonu və qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd içərisində yaşıl rəngli ot şəklində maddə olan kibrit qutusunu və iki ədəd üzərində “Methadone M40” yazısı olan həbləri təqdim etmişdir. Həmin maddələr qablaşdırılaraq DİN-nin 165 saylı möhürü ilə möhürlənmişdir. İstintaq hərərkəti ilə bağlı tərtib olunmuş protokol iştirakçılar tərəfindən inzalanmışdır. İşdə olan 17 dekabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və əynində oları qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd içərisində yaşıl rəngli ot şəklində maddə olan kibrit qutusunu və iki ədəd üzərində “Methadone M40" yazısı olan həbləri təqdim etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 18 dekabr 2021-ci il tarixli 7/1294 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Vət. Təqsirləndirilən şəxs üzərindən..." yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,362 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan şətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 18 dekabr 2021-ci il tarixli 6/5541 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:"Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." yazısı və imzalar olan zərfdə, üzərində “Methadone" markalarıma göstəricisi olan konvalyudakı 2 (iki) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 2 (iki) ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla). İşdə olan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2022-ci il larixli 334 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomanıya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 10 mart 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X1 üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,312 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone" markalanma Göstəricisi olan konvalyudakı 2 (iki) ədəd üzərində “Methadone" markalanma göstəricisi olan konvalyudakı 2(iki) ədəd üzərində “F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilərkən çəkilmiş videogörüntü olan 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs oğlurladığı “İPhone"markalı "11 Pro Max" modelli 256 GB yaddaşlı mobil telefon aparatını sonuncudan təhvil almış Şahid6 təqdim etdiyi üzərində “Çingiz Adıgözəlzadənin şəxsiyyət vəsiqəsinin surəti və 11p.max. xx.xx.2021-.." yazıları olan 01 vərəqədə kserosurət maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İPhone”markalı 11 ProMax” modelli 256 GB yaddaşlı mobil telefon aparatı saxlanılması üçün zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 19 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan 26 yanvar 2019-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 noyabr 2018-ci il tarixdə doğulmuşdur. İşdə olan 05 aprel 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 mart 2022-ci il tarixdə ölümüşdür. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, İddia və tələbi yoxdur. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təkrar cinayət törətməsi cəzanı ağırlaşdıran hal qismində müəyyən edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdən 19 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, 1,312 qram narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd üzərində “Methadone" markalanma göstəricisi olan konvalyudakı 2(iki) ədəd üzərində “F/M40 yazısı həkk olunmuş metadon tərkibli dərman preparatı məhv edilməli, «şəxsi axtarış və götürməni» özündə əks etdirən 01 ədəd «CD» disk və üzərində “Çingiz Adıgözəlzadənin şəxsiyyət vəsiqəsinin surəti və 11p.max. xx.xx.2021-.." yazıları olan 01 vərəqədə kserosurət cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. 01 ədəd “İPhone” markalı 11 ProMax” modelli 256 GB yaddaşlı mobil telefon aparatı zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 242 (iki yüz qırx iki) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 52 saat, məhkəmədə iştirak etdiyi 18 saat, cəmi 70 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 manat (18x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 242 (iki yüz qırx iki) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, 1,312 qram narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd üzərində “Methadone" markalanma göstəricisi olan konvalyudakı 2 (iki) ədəd üzərində “F/M40 yazısı həkk olunmuş metadon tərkibli dərman preparatı məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə aparılmasını əks etdirən 01 ədəd CD disk və üzərində “Çingiz Adıgözəlzadənin şəxsiyyət vəsiqəsinin surəti və 11p.max. xx.xx.2021-.." yazıları olan 01 vərəqədə kserosurət cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “İPhone”markalı 11 ProMax” modelli 256 GB yaddaşlı mobil telefon aparatı zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar