Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-203/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs2, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs1, xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, onların cinayətkar niyyətlərindən xəbərsiz olan digər tanışları Şahid2 vasitəsilə tanış olduqları Zərərçəkmiş şəxs özünə məxsus olan 60.000 manat nağd pul vəsaitini ABŞ dollarına dəyişdirmək istəməsini öyrənib həmin pulun 20000 manat hissəsini ələ keçirmək barədə aralarında razılaşıb xx.xx.2022-ci il tarixdə saat 15 radələrində birlikdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Nizami filialının qarşısına gəlib Zərərçəkmiş şəxsla görüşərək sonuncuya pulun dəyişdirilməsində köməklik edəcəkləri barədə yalan vəd verib, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və aldatmaqla qrup üzvü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə hər biri Zərərçəkmiş şəxs 20000 manat pulu aldıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bankın inzibati binasına daxil olub hər biri Zərərçəkmiş şəxs aldığı 20000 manat məbləğidə pul vəsaitini ABŞ dolları ilə əvəz etdirərək sonuncuya geri qaytarmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs diqqətinin yayınmasından istifadə edib bankın inzibati binasına daxil olmadan həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs məxsus 20000 manat pulu ələ keçirərək həmin tarixdə qrup üzvləri ilə həmin pulu öz aralarlında bölməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus «Opel Astra» markalı, **-NU-*** nömrə nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Onun Şahid1 ilə şəxsi əlaqəsi vardır. Belə ki, onlar dostdurlar. Təqsirləndirilən şəxs3 da Samirənin vasitəsiylə tanımışdır. Şahid2 isə Şahid1 bacısı oğludur. xx.xx.2022-ci il tarixdə Elməddin onların yaşadığı evə gəlmiş və bildirmişdir ki, «bir adam var, onun pulunu bankda dollar etdirmək lazımdır. Əgər razıdırsa gedib həmin adamın pulunu dollar etdirərik və qarşılığında isə bizə 20 manat pul verəcəkdir». Onların danışığını evin ikinci mərtəbəsindən Samirə eşitmişdir. Samirə dedi ki, «mən də gəlib pul dəyişərəm, pulu da Elməddin götürsün mən istəmirəm». Səhərisi günü Elməddin onlara zəng etmiş, o, Qabil və Samirə ilə İsmayılın avtomobili ilə banka getmək qərarına gəlmişlər. Elməddin eyni zamanda 2-3 nəfər əlavə şəxs tapmağını xahiş etmişdir. O, razılaşmışdır. Həmin gün o, Roma kimi tanınan Yaşar adlı dostuna zəng vurub bu barədə bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, Samirə adlı tanışının yaşadığı evə getmişdir. Həmin vaxt Elməddin və Samirə ilə qeyri-rəsmi yaşayan, əvvəldən tanıdığı Qabil də orada olmuşdur. Bir qədər sonra Elməddin Samirənin yaşadığı evdən çıxmış və zəng vurduqda Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən kapital banka gəlməyi bildirmişdir. Həmin gün saat 14 radələrində Elməddin ona zəng etmişdir. O, Samirə və Qabil birlikdə Samirənin evindən çıxıb ona məxsus avtomobillə 3-cü mkr dairəsinə getmişlər. O, Yaşara zəng vurub görüş təyin etmişdir. 3-cü mikrorayon dairəsinə Yaşar da gəlmişdir. Bu zaman Samirənin işi çıxdığı üçün onlardan ayrılmışdır. O, Yaşar və Qabil birlikdə qeyd olunan banka gedən zaman Yaşar və Qabil bildirmişlər ki, hərəsi 20000 manatı götürüb qaçsınlar. Lakin o, razı olmamışdır. Daha sonra isə qərara gəlmişlər ki, Qabil ilə o, pulu versin, lakin Yaşar pulu götürüb qaçsın. Yaşar pulun necə olacağını soruşduqda o, bildirmişdir ki, «pulu böləcəyik». Onlar ora getdikdə Elməddinlə pul sahibi Nicat orada olmuşdur. Pul sahibi 20.000 manat ona, 20.000 manat Qabilə və 20000 manat Yaşara vermişdir. Onlar pulları alıb banka daxil olmuşlar. Lakin Yaşar əvvəlcədən razılaşdıqları ki, oradan qaçmışdır. Bir qədər sonra Qabillə o, həmin pulları dollara çevirib pul sahibinə Nicata qaytarıb onlardan ayrılmışlar. Qabil ilə o, avtomobilə çatmamış Elməddin ona zəng vurub 3-cü şəxsin qayıtmadığını bildirmişdir. O, Qabillə birlikdə geri qayıtmışdır. Həmin vaxt o, Samirəyə zəng vurub Romanın yəni Yaşarın 20000 manat pulu götürüb qaçdığını bildirmiş və Yaşarın tapılmasında kömək etməsini xahiş etmişdir. Həmin vaxt Yaşara zəng çatmamışdır. Bundan sonra Elməddin pul sahibi ilə birlikdə 24-cü polis şöbəsinə getmiş, o da Qabillə birlikdə onlardan ayrılmışlar. Bir qədər sonra Yaşara zəng vurduqda Yaşar, telefona cavab verərək 20 yanvar dairəsinin yaxınlığında olduğunu bildirmişdir. O, Qabillə həmin yerdə Yaşarla görüşmüşlər. Yaşar çıxardaraq ona 16.000 manat pulu vermişdir. O, həmin puldan isə 4.000 manat Qabilə vermişdir. Daha sonra isə evə gəlmişlər. Evdə məlum olmuşdur ki, Nicat şikayət etmiş və polis hadisə ilə maraqlanır. O, evə gedib özündə olan 12.000 manat pulu Samirəyə vermişdir. Daha sonra isə Qabil özündə olan 4.000 manat pulu Samirəyə vermişdir. Daha sonra isə Qabil ilə o, polisə getmiş və ilkin olaraq pulu götürərək qaçmış Yaşarın adını Ramil olaraq təqdim etmişdir. Lakin daha sonra isə o, həmin şəxsin adını Ramil deyil Yaşar olmasını bildirmişdir. İzahatı alınan Samirə hadisəni olduğu kimi danışmış və bildirmişdir ki, 16.000 manat pulu polislərə vermişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Elməddin dediyi yerə banka tərəf gedən zaman yolda avtomaşında onlar öz aralarında danışaraq bu barədə razılaşmışlar. Yaşar qaçdıqdan sonra isə görüşərək pulu bölmüşlər. Samirə və Elməddinin onların planından məlumatları olmamışdır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid1 ilə birlikdə yaşayır. Onun şəxsi münasibəti vardır, qeyri rəsmi nikahdadır. İsmayılı da Samirə vasitəsiylə tanımışdır. İsmayıl bəzən onlarlda eyni evdə yaşamışdır. Şahid2 isə Samirənin bacısı oğludur. xx.xx.2022-ci il tarixdə Elməddin onların yaşadığı evə gəlmiş və bildirmişdi ki, «bir adam var, onun pulunu bankda dollar etdirmək lazımdır, əgər razıdırsa gedib həmin adamın pulunu dollar etdirək və qarşılığında isə bizə 20000 manat pul verəcəkdir». Onların danışığını evin ikinci mərtəbəsindən Samirə eşitmişdir. Samirə demişdir ki, «mən də gəlib pul dəyişərəm, pulu da Elməddin götürsün mən istəmirəm». Səhərisi günü Elməddin onlara zəng etmiş və o, İsmayıl və Samirə İsmayılın avtomobili ilə banka getmək qərarına gəlmişlər. Yolda İsmayıl tanışı Yaşar adlı şəxsə zəng etmiş və bildirmişdir ki, «gəl görüşək». Yaşarla 3-cü mikrorayon bazarının yanında görüşmüş və Yaşar gəlib avtomobilə mindikdə Samirə maşından düşmüşdür. Samirə demişdir ki, «mən getmirəm». Onlar İsmayılın avtomobili ilə Nizami rayonu ərazisinə gedən zaman Yaşar bildirmişdir ki, «pulu götürüb qaçacaqdır». Onlar avtomobildə razılaşmışlar ki, onlar ikisi pulu gedib dəyişəcək, lakin Yaşar pulu götürüb qaçacaqdır. Yaşar pulun necə olacağını soruşduqda İsmayıl demişdir ki, «necə yanı necə olacaq pulu üçümüzün aramızda böləcəyik». Lakin o, başa düşməmişdir ki, pulu necə böləcək, kimə nə pay düşəcəkdir. Onlar birlikdə bankın qarşısına çatmışdır. Orada Nicat, Elməddin və adını bilmədiyi başqa bir şəxs olmuşdur. Avtomobilin içərisində Nicat adlı şəxs onların hərəsinə yəni 20.000 manat ona, 20.000 manat İsmayıla, 20.000 manat isə Yaşara vermişdir. Onlar birlikdə banka tərəf getmişlər. Onlar ikisi banka tərəf getsə də, Yaşar banka tərəf getməmişdir. Yaşar pulu götürüb qaçmışdır. Daha sonra isə onlar bankdan çıxıb gəlmiş Nicatın yanına və pulu Nicata vermişlər. Ümumilikdə 11.750 ABŞ dolları və 1 manat 50 qəpik pulu hərəsinə qaytarmışdır. Lakin Yaşar pulu götürüb qaçmışdır. Bir müddət sonra Yaşarın qaçması bəli olduqda İsmayıl Şahid2 demişdir ki, həmin şəxs xalası Şahid1 tanışıdır. İsmayıl Samirəyə zəng etmişdir ki, «sənin tanışın pulu götürüb qaçmışdır». Lakin Şahid1 bunu təsdiq etməmiş və bildirmişdir ki, «onun o cür tanışı yoxdur». İsmayıl həmin şəxsin adının Yaşar deyil, Ramin olmasını bildirmişdir. Bundan sonra isə birlikdə Elməddingildən aralaşmış, İsmayılın avtomobili ilə yol gəlməyə başlamışlar. İsmayıl yolda Yaşara zəng etmiş və harada olmasını soruşmuşdur. Yaşar isə bildirmişdir ki, Yasamal ərazisindədir. Onlar Yasamal rayonu ərazisində «İnşaatçılar» metrosunun yanında Yaşar avtomobilə əyləşmiş və 16.000 manat pulu çıxardıb İsmayıla vermişdir. Demişdir ki, «4.000 manat pulu mən götürdüm». İsmayıl həmin puldan ona 4.000 manat pul vermişdir. Yaşar demişdir ki, anası xəstədir, anasını xəstəxanaya aparır. Bundan sonra isə onlar evə gəlmişlər. İsmayıl Samirəyə demişdir ki, «bir yerdə gedək pulu aparıb verək». Samirə isə demişdir ki, «mən niyə verirəm, sən necə etmisənsə o cürdə get yoluna qoy». Sonra o da yuxarı qalxıb samirənin yanına getmişdir. Ona verilmiş olan 4.000 manat pulu çarpayının üzərində olan İsmayılın vermiş olduğu pulun yanına qoymuşdur. Bundan sonra isə İsmayıla polisdən zənglər gəlmiş və İsmayılı polisə dəvət etmişlər. O, pulu Samirəyə verib demişdir ki, «pulu yiyəsinə vermək lazımdır». Bundan sonra isə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində həmin şəxsin adını Ramil adlı şəxsin pulu götürüb getməsini bildirmişlər. Onlar pulun yeri barəsində məlumat verməmişlər. O, pulun qaytarılmasını bildirsə də, İsmayıl bununla razılaşmamışdır. Daha sonra isə Şahid1 izahatında pulların yeri barədə məlumat verdikdən sonra onlar bu barədə polisə məlumat vermişlər. Bundan başqa, o, İsmayıla təklif etmişdir ki, Yaşardan aldığı 16.000 manat pulu qaytarmaq istəməmişlər. Lakin sonradan pulu qaytarmaq fikrinə düşmüşlər. Samirə pulun yerini demiş və pulu geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə Elməddin dediyi yerə Banka tərəf gedən zaman yolda avtomaşında onlar öz aralarında danışraq bu barədə razılaşmışlar. Yaşar qaçdıqdan sonra isə onlar görüşərək pulu bölmüşlər. Samirə və Elməddinin onların planlarından məlumatları olmamışdır. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, yükdaşıma xidmətində işləyir. Mebellərin sökülərək yığılıb başqa yerə daşınmasını edərək pul qazanıb dolanır. X1 ciyərində problem olmuşdur. Həmçinin də anasında qadın xəstəliyi olmuşdur. Buna görə də anası Respublika Xəstəxanasında müalicə almışdır. Anasının əməliyyat edilməsi üçün ona pul lazım olmuşdur. Həkimin adı yadında qalmamışdır. Anasının əməliyyat edilməsi üçün 900, yerdə qalan xərclər üçün isə təxminən 600 manat pul lazım olmuşdur. Həmin ərəfədə yəni xx.xx.2022-ci il tarixdə mən 3-cü mikrorayon dairəsində olan zaman Təqsirləndirilən şəxs2 onun telefonuna zəng etmiş və bildirmişdir ki, «səninlə işim var hardasan». O isə bildirmişdir ki, «3-cü mikrarayon kruqundayam». Bir müddət sonra isə İsmayıla məxsus olan avtomobillə, İsmayıl, sonradan adını bildiyi Qalib və Samirə də avtomobildə olmuşdur. O, avtomobilə gəldikdən sonra Samirə maşından düşüb işi olduğunu demiş və çıxıb getmişdir. Avtomobildə olan zaman İsmayıl ona bildirmişdir ki, «gedirik, pul götürəcəyik». O da İsmayıl ilə razılaşmışdır. Onlar birinci qərara gəlmişlər ki, «hamımız pulu götürüb gedək». Lakin sonradan razılaşmışlar ki, yalnız o, 20.000 manatı götürəcəkdir. O, pulu götürüb banka daxil olmadan oradan çıxmışdır. Daha sonra o, İsmayıla zəng vuraraq «20 yanvar» dairəsinin yaxınlığında olduğunu bildirmişdir. O, Qabil və İsmayılla həmin yerdə görüşmüşlər. O, İsmayıla 16.000 manat pulu vermişdir. Sonra isə oradan aralaşaraq çıxıb getmişdir. Götürdüyü pulla anasının müalicəsini etdirmişdir. Daha sonra isə İsmayıl və Qalib tutulduqda o, İsmayıla özündə qalan 2.000 manatı yollamışdır ki, ziyandan ödəsin. Sonradan isə o, öz işi ilə məşğul olmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Elməddin dediyi yerə banka tərəf gedən zaman yolda avtomaşında onlar öz aralarında danışraq bu barədə razılaşmışlar. O, pulu götürüb qaçdıqdan sonra isə görüşərək pulu bölmüşlər. Samirə və Elməddin onların planından məlumatları olmamışdır. O, pulun Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olur, eyni zamanda fərdi taksi fəaliyyəti ilə də məşğul olur. O, əsasən «20 yanvar» dairəsi adlanan ərazidə müştəri gözləyir. Avtomobil alqı-satqısından əldə etdiyi pulları ABŞ dollarına çevirib saxlamışdır ki, internetdə avtomobil düşdükdə dollar axtarmasın. xx.xx.2022-ci il tarixdə «20 yanvar» dairəsində olduğu zaman əvvəldən tanıdığı Elməddin adlı şəxslə söhbət əsnasında manatı dollara dəyişən tanışının olub- olmamasını soruşmuşdur. Elməddin bu barədə maraqlanıb bir gün sonra xəbər verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Elməddin ona zəng vurub demişdir ki, manatı dollara çevirən bir nəfər tapmışdır. Bir qədər sonra o, Elməddinlə 20 yanvar dairəsində görüşmüşdür. Bundan sonra o, atasına zəng vurub özündə olan 60.000 manat pulu götürmək istədiyini bildirmişdir. Atası həmin gün saat 16 radələrində evdə olacağını bildirmişdir. Bundan sonra o, Elməddinlə birlikdə “Laçın” ticarət mərkəzi ilə üzbəüz yerləşən Kapital bankın qarşısına gəlmişdir. Orada Elməddin avtomobildən düşüb qeyd olunan bankın qarşısında pul dəyişən tanışlarını gözləyəcəyini bildirmişdir. O, Elməddini bankın qarşısında düşürdüb atasının yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi 200 saylı binanın qarşısına getmişdir. Bundan sonra atasına zəng vurmuş, atası yaşadığı mənzildə olan 60.000 manat pulu götürüb binanın qarşısına gələrək həmin pulu ona vermişdir. O, 60.000 manat pulu atasından alıb yenidən qeyd olunan bankın qarşısına qayıtmışdır. Həmin vaxt bankın qarşısında Elməddinin yanında tanımadığı iki nəfər şəxs olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslərdən birinin adı Qabil, digərinin adı isə İsmayıldır. Bir qədər sonra bir nəfər şəxs bankdan çıxıb onlara yaxınlaşmışdır. Həmin şəxsi ona Ramin kimi təqdim etmişlər. Elməddin onda olan 60.000 manat pulu qeyd olunan şəxslərin dollara çevirəcəyini bildirmişdir. O, üzərində olan 60.000 manat pulun 20.000 manat hissəsini Qabilə, 20.000 manat hissəsini İsmayıla, 20.000 manat hissəsini isə Raminə vermişdir. Onlar qeyd olunan məbləğdə pulları ondan alıb banka daxil olmuşlar. O, Elməddinlə birlikdə bankın qarşısında dayanıb onları gözləmişlər. Bir qədər sonra Qabil bankdan çıxıb 11.750 ABŞ dolları ona vermişdir. Bir qədər sonra İsmayıl da 11.750 ABŞ dolları ona vermişdir. Bundan sonra Elməddin, Qabil və İsmayıl avtomobildən düşüb yaxınlıqda yerləşən OBA marketə getmişlər. O, Elməddini geri çağırıb Raminin gəlmədiyini bildirmişdir. Elməddin Raminin harada olmasını maraqlanmaq məqsədi ilə banka daxil olmuşdur. Bir qədər sonra Elməddin bankan çıxıb Raminin bankda olmadığını bildirmişdir. Bundan sonra İsmayılla Qabilə zəng vurub Ramini tapa bilmədiyini bildirdikdə onlar da yanlarına gəlmişlər. İsmayıl Raminə zəng vurmuş, Raminin istifadəsində olan, ona məlum olmayan mobil nömrəyə zəng çatmamışdır. Bundan sonra İsmayıl Samirə adlı şəxsə zəng vurub tanışı olan Raminin 20.000 manat pulu götürüb qaçdığını, eyni zamanda Raminə zəng çatmadığını bildirmişdir. Samirə onları «Memar Əcəmi» metrostansiyasının qarşısına dəvət etmişdir. Bu zaman X5 adlı şəxsi tanımadıqlarını, onlar yalnız Elməddini tanıdıqlarını bildirmişlər. O, Elməddini yanında saxlamış, İsmayılla Qabil avtomobildən düşmüşlər. O, 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, eyni zamanda Elməddinlə birlikdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gəlmişdir. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, o, Elməddin adlı şəxslə təxminən 5-6 ay bundan əvvəl «20 yanvar» dairəsində təsadüfən tanış olmuşdur, Qabil, İsmayıl və Ramin adlı şəxsləri xx.xx.2022-ci il tarixdə saat 16 radələrində qeyd olunan bankın qarşısında Elməddinin tanışları kimi Elməddinin vasitəsi ilə tanımışdır. Həmin şəxslərin sonradan adlarının İsmayıl, Qabil və Yaşar olmasını Elməddindən öyrənmişdir. O, avtomaşın alveri ilə məşğuldur və pulu da ordan əldə edir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə bir şəxs 1 il yəni 12 ay ərzində cəmi 20.000 manat miqdarında pul vəsaitini ABŞ dolları ilə dəyişə bilər. Lakin o, 10 gün ərzində 160.000 manat pulu dəyişmiş və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Samirə adlı şəxsi tanımır, Samirənin adını yalnız İsmayılla mobil telefon vasitəsi ilə danışarkən eşitmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 1 ilə yaxındır ki, Təqsirləndirilən şəxs3 tanıyır. O, Qabillə «Nizami» metrosunun yanında kirədə qalan zaman tanış olmuşdur. Qabil ev sahibinin dostu olmuşdur. O, Qabil ilə 2021-ci ilin yayında tanış olmuşdur. Onun Qabillə şəxsi münasibəti vardır, qeyri rəsmi nigahdadırlar və birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs2 isə təxminən 2 ilə qədərdir ki, tanıyır. O, İsmayılı xalası oğlu Eminlə dostluq münasibəti olduğundan sonuncunun vasitəsi ilə tanımışdır. Şahid2 isə bacısı oğludur. Elməddin adətən rayonda yaşayır. Qabil ilə İsmayıl onun vasitəsilə tanış olmuşlar. Elməddin də Qabil və İsmayılı onun vasitəsilə tanımışdır. İsmayıl bəzən onlarla birlikdə Binəqədi rayonu, 9-cu mikrarayon, C.Cabbarlı 114 ünvanında yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində İsmayıl onlara gəlmişdir. Həmin günü saat 11 radələrində bacısı oğlu Elməddin onlara gəlmiş və bildirmişdir ki, bir nəfər tanışı vardır və həmin şəxs bankda manatı dollara dəyişmək istəyir. Hər pulu dəyişən şəxsə də 15 manat pul verəcəkdir, Qabil və İsmayıldan xahiş etmişdir ki, pulu dəyişməyə köməklik etsinlər. Yaşadığı ev 2 mərtəbədən ibarətdir. Onlar danışan zaman o, aşağıda olmuşdur. O, onların danışığını eşitmişdir. O, Elməddinə demişdir ki, «mən də sənə köməklik edərəm, mənə düşən pulu sən götürərsən». Elməddin evdən getmiş və bildirmişdir ki, «mən sizə zəng etdikdə gələrsiz “Xalqlar” tərəfdə Kapital Bankın qarşısına». Onlar hamısı razılaşmışlar. Elməddin evdən çıxmış və bildirmişdir ki, gedir pulu dəyişmək istədiyi, sonradan adını bildiyi Zərərçəkmiş şəxsla görüşməyə. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Elməddin İsmayıla zəng edərək bildirmişdir ki, «durun gəlin bankın qarşısına». Bundan sonra isə onlar evdə hazırlaşmışlar. Qabil, İsmayıl və o, birlikdə evdən çıxmışlar. Təqsirləndirilən şəxs2 «Opel Astra» markalı avtomaşını vardır. İsmayıl taksi fəaliyyəti ilə məşğul olur. Onlar İsmayılın avtomobilən minmiş, məhlədən çıxdıqda İsmayıl telefonla zəng etmiş və bildirmişdir ki, “Yaşqa” 3-cü mikrarayon bazarı tərəfə çıx gəlirəm səni götürməyə». Yaşar isə nə olduğunu soruşduqda İsmayıl bildirmişdir ki, “çatıram deyəcəm sən çıx”. Onlar 3-cü mikrarayon bazarına çatdıqda həmin oğlan gəlmişdir. Həmin oğlan təxminən 25-30 yaşlarında, arıq bədən quruluşlu, uzu saqqallı, başında çeçenka papaq olmuşdur. O, həmin şəxsi əvvəllər də bir dəfə görmüşdür. Belə ki, İsmayıl onu taksi kimi evə aparıb düşürdən zaman, bir dəfəsində həmin şəxs, avtomaşının qabaq sərnişin oturacağında əyləşmişdir. O, həmin zaman həmin şəxsin üzünü tam görməmişdir. Həmin şəxs qabaqda oturmuş və başında kapuşon olmuşdur. O, bu dəfə gələn zaman həmin şəxsin üzünü tam gördükdə bilmişdir ki, bu şəxs həmin vaxtı avtomaşında olan şəxsdir. İsmayıl həmin oğlanı çağırdığına, onun əvəzinə gedəcək başqa adamın olmasına, həmçinin də özünün şəxsi işləri olduğundan 3-cü mikrarayon bazarının qarşısında düşmüşdür. Demişdir ki, «evə ərzaq alacam». O, düşüb evə getmiş, onlar yəni, Qabil, İsmayıl və Yaşar İsmayılın avtomaşını ilə getmişlər. Saat təxminən 15 radələrin İsmayıl ona zəng etmiş və bildirmişdir ki, oğlan pulu götürüb qaçmışdır. O, demişdir ki, «oğlan kimdi, hansı pulu götürüb qaçıb». O, ilk öncə Qabilin pul götürüb qaçmasını başa düşmüşdür. O, telefona adboy verib, bacısı oğlu Elməddinə zəng etmişdir. O, Elməddindən nə məsələ olduğunu soruşmuşdur. Elməddin ona bildirmişdir ki, Qabillə İsmayıl pulu gətirib vermiş, lakin digər oğlan pulu götürüb qaçmışdır. Elməddin ona telefonda demişdir ki, «İsmayıl deyir ki, həmin şəxs sənin tanışındı, onu tap gətir, camahatın pulu çatdırılmalıdır». O da demişdir ki, «nə tanışı, nə söhbətdi». O, Elməddinə adboy verdikdən sonra İsmayıla zəng etmişdir. İsmayıl ona demişdir ki, «biz demişik oğlan sənin tanışındı, sən də belə de». O, İsmayıla demişdir ki, «mənim üzərimə niyə atırsınız ki, camaatın pulunu qaytarın verin». O. bundan sonra telefona adboy vermişdir. Bundan sonra Nicat adlı şəxs onu yığmış və bildirmişdir ki, «deyirlər sənin tanışındı, o kimdisə onu axtarıb tapaq». O isə bildirmişdir ki, «mən də onu axtaracam», həmçinin də Nicata iradını bildirmişdir ki, «sən tanımadığın adama niyə o qədər pul verirsən, heç olmasa yanında gedərdin». O, Nicata demişdir ki, «polisə zəng edirəm». Lakin Nicat bildirmişdir ki, polisə müraciət etməsin. Daha sonra isə Elməddin onu yığmışdır ki, Nicat deyir ki, polisə müraciət etməsin. O isə bildirmişdir ki, «polisə deyəcəm». Elməddin ona bildirmişdir ki, «biz özümüz polisə müraciət edəcəyik». Təxminən yarım saat sonra o, İsmayılı yığmış və bildirmişdir ki, «telefonu Qabilə ver», İsmayıl telefonu Qabilə vermişdir. O, Qabilə demişdir ki, «orada nə problem var bilmirəm, lakin məsələni yoluna qoyun mənim uşağıma problem yaratmayın», Onu arxayın salmışlar ki, heç bir problem yoxdur. Saat təxminən 19:30 radələrində Qabil və İsmayıl evə gəlmişlər. O, onlardan soruşmuşdur ki, «Elməddin hanı». Onların ikisi də ona bildirmişlər ki, «Elməddin getdi, dostları ilədir, 24-cü Polis Şöbəsində tanışları vardır, buna görə də ora getmişdir». O, yuxarı evin ikinci mərtəbəsinə qalxmışdır. Qabil ilə İsmayıl birinci mərtəbədə qalmış və öz aralarında nəsə danışmışlar. Onlar yavaş danışmışlar, o, onların nə danışdıqlarını eşitməmişdir. Təxminən 5 diqəqə sonra İsmayıl onun yanına gəlmişdir. Onun olduğu otağa daxil olub, cibindən 3 bükümdə yüzlük əskinaslardan ibarət olan pulu cibindən çıxartmış, o, ismayıldan soruşmuşdur ki, «bu nə puldur». İsmayıl demişdir ki, «bu pulu oğlan veribdir». O, İsmayıldan soruşmuşdur ki, «oğlanın adı nədir», İsmayıl isə ona bildirmişdir ki, «oğlanın adı Ramildir». O, bundan sonra İsmayıla acıqlanmış və bildirmişdir k, «siz öz oyununuza mənim uşağımı alət etdiz». İsmayıl isə ona əsəbləşib pulu qaytarıb cibinə qoymuş və ona demişdir ki, «sən nə qəribə insansan». İsmayıl dönüb çıxıb getmək istəmişdir. İsmayılın telefonuna zəng gəlmiş, Qabil İsmayılı çağırmışdır ki, «sənin telefonuna aşağdan zəng gəlir». İsmayıl geri dönm, cibindın pulu çıxartmış və çarpayının üzərinə qoymuşdur. İsmayıl aşağı düşüb telefonla danışmış və bu zaman başa düşmüşdür ki, polislə danışır. İsmayıl telefonla danışan zaman Qabil onun yanına qalxmışdır. O, Qabillə mübahisə etmiş və bildirmişdir ki, «Elməddini niyə belə oyuna saldız». Qabil cibindən bir büküm qatlanmış vəziyyətdə olan pulu çıxartmış və digər pulların yanına çarpayının üzərinə qoymuşdur. İsmayıl yuxarı qalxmışdır. Qabil demişdir ki, «mənə taksi çağır, mən gedirəm 24-cü Polis Şöbəsinə». İsmayılda demişdir ki, «mən də sənlə gedirəm». İsmayıl ona bildirdi ki, «səndə bizimlə get». O isə bildirmişdir ki, «mən niyə sizinlə gedirəm, pul alanı tanımıram, pul verəni tanımıram, məni niyə oyununuza alət edirsiniz». İsmayıl ona demişdir ki, «gəl gedək bizimlə, orada denən ki, mənim tanışımdır, Rasiyada olan dostdum vasitəsiylə tanımışam. Türmədən təzə çıxmışdır, təsadüfü 3-cü mikrarayonun bazarının qarşısında görük». Ona demişdir ki, «sən büu cür deyərsən». O, birinci onlarla birlikdə evdən çıxmış, taksi sifariş vermiş və avtomaşına minib getdikdə, taksini saxlamış və onlara demişdir ki, «siz gedin, mən özüm gələcəm». O, düşümüşdüri, «mən niyə onlarla gedim, ki, mənim üzərimə yalandan atırlar», Həmçinin də yadına düşmüşdür ki, pul çarpayının üzərində qalmış və evdə başqa adam vardır. Onunla birlikdə tanışı Şəhanədə həmin evdə qalır. Lakin Şəhanənin bu hadisələrdən məlumatı olmamışdır. Bu səbəbdən də o, avtomaşından düşmüşdür. O, evə qayıtmış, çarpayım üzərində olan bükümdə olan pulu götürmüş, lakin pulu saymamış və nə qədər pul olmasınıda bilməmişdir. O, pulu götürüb, kaşloka qoymuş, daha sonra isə tozsoranın içərisində gizlətmişdir. Bunu etməkdə məqsədi ondan ibarət olmuşdur ki, evdə olan şəxslər pulu görməsin. Düşünmüşdür ki, pulu birbaşa zərərçəkənə özü qaytarar. Daha sonra isə taksi çağırmışdır. Bu zaman görmüşdür ki, tanımadığı nömrədən zəng gəlir. O, kimin olduğunu müəyyən etmək üçün həmin nömrəyə zəng etmişdir. Fərid adlı polis əməkdaşı özünü ona təqdim etmiş və onu 24-cü PŞ-nə dəvət etmişdir. Bundan sonra isə otağın qapısını açarla bağlamış, otaqdan çıxmış və taksi ilə 24-cü PŞ-nə getmişdir. Polis şöbəsində ona bildirmişlər ki, Qabil və İsmayıl həmin şəxsin onun tanışıdır. Onlar yəni Qabil və İsmayıl ona həmin şəxsin adının Ramil olmasını polis əməkdaşlarına ilkin olaraq bildirmişdir. Çünkü həmin şəxsin adını ona İsmayıl Ramil olaraq demişdir. Mən polis əməkdaşlarına hadisənin necə olmasını danışmışdır. Daha sonra isə polis əməkdaşları onun yaşadığı evə gəlmiş və o, pulu polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşlarına pulun nə qədər olması barədə məlumatının olmamasını bildirmişdir. O, hal hazırda qalan 4.000 manat ziyanı ödəmək istədiyini bildirmişdir. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki,o, evdən çıxıb gedən zaman, pulu ortalıqda qoyub gedə bilməzmiş. İsmayılvə Qabil pulu ona verdikdən sonra Elməddin və Nicatı yığmışdır ki, bu barədə məlumat vesin, lakin onlar telefonu götürməmişlər. O, həmin pulu ilk öncə verməməyinin səbəbi ondan ibarət olmuşdur ki, gedib hər bir seyi danışsın, pulu götürsünlər. Lakin polis şöbəsində Qabilin və İsmayılın, hadisəni başqa cür danışdıqlarına görə hadisəni olduğu kimi onlara danışmışdır. O, həmin miqdarda pulunda üzərində götürərək aparmaqdan qorxmuş, evdə də adam olduğundan pulu gizlətmişdir. Ona pul verilən kimi o, dərhal Elməddin və Nicatı yığmışdır ki, onlara pul barədə bildirsin, lakin onlar telefonu açmamışlar. Qabil və İsmayıl pulu ona verərəkən pulu hansı məqsədlə ona vermələri barədə heç bir söz deməmişlər. Onlar pulu ona verən zaman o, əsəbləşdiyindən onların sözlərini qurtarmaqlarına imkan verməmişdir. O, 4000 manat pulu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 görə ödəyir. O, Təqsirləndirilən şəxs3 ilə qeyri rəsmi ər arvad münasibətindədir, İsmayıl isə onun dostudur. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Nicat adlı şəxslə 4-5 ay bundan əvvəl təsadüfən tanış olmuşdur. Nicat həm fərdi qaydada taksi fəaliyyəti ilə, həm də avtomobil alqı-satqısı ilə məşğul olur. O, Nicat ilə dostu Vüsalın vasitəsiylə tanış olmuşdur. Belə ki, Nicat Vüsalla birlikdə taksi işləmişlər. Təxminən bir ay əvvəl Nicat ona bildirmişdir ki, avtomaşın alveri ilə məşğuldur. Nicat ona demişdir ki, pulu vardır, dollara çevirmək lazımdır. Nicat ona bildirmişdir ki, onun dollar almaq limiti dolmuşdur. O, Nicatla razılaşmış və ilk öncə təxminən 1 ay əvvəl Nizami rayonu ərazisində «Kapital» banka getmiş və orada Nicatın ona vermiş olduğu 20.000 manat pullu dəyişirmək istəmişdir. Bu zaman ona bildirmişlər ki, limiti dolmuş, pul dəyişə bilməz. Həmin vaxtdan təxminən 3 gün əvvəl o, 3-cü mikrarayon ərazisində olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq kömək etməyini bildirmiş və o da şəxsiyyət vəsiqəsi ilə həmin şəxsə 11.000 manatlıq dollar almışdır. Buna görə də o, Nicata pul dəyişə bilməmiş və çıxıb 20.000 manat pulu Nicata qaytarmışdır. Bir müddət sonra Nicat ona zəng edərək demişdir ki, «adam tap gətir pul vardır, manatı dollar etmək lazımdır, mənə sənə hər adama görə sənə 20 manat pul verəcəm». O da Nicatla razılaşmış və təxminən mart ayının 10 və ya 11 tarixlərində, yəni sonuncu hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl o, Bakı şəhərinə işləməyə gəlmiş, Saatlı rayonu Hacıqasımlı kəndindən olan kəndçiləri Elnur, Samir və Ceyhuna bu barədə demiş və onlarla birlikdə Nizami rayonu ərazisində olan «Laçın» ticarət mərkəzinin yaxınlığındakı, «Kapital» bankın filialına gəlmiş, orada Nicat ilə görmüşlər. Nicat həmin uşaqların hərəsinə 20.000 manatdan pul vermiş və onlar banka girərək həmin pulun müqabilində düşən dolları alıb gətirib Nicata vermişlər. Nicat isə ona 60 manat pul vermişdir. O isə həmin uşaqların ümumilikdə 50 manat pul vermişdir. 10 manat pulu isə özünə götürmüşdür. Onlar Nicatla aralaşmışlar. Təxminən bir həfdə keçdikdən sonra O, Nicatla vatsapda yazışan zaman Nicata demişdir ki, «adam lazım olsa mənə denən». Nicat isə demişdir ki, «yaxşı». xx.xx.2022-ci il tarixdə Nicat ona demişdir ki, «sabaha adam gətir». O, isə Nicata demişdir ki, «ola bilsin iki üç nəfər oldu». xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində o, xalası Şahid1gilə getmişdir. Evdə həmin vaxtdı xalası Samirə, sonuncu ilə qeyri rəsmi nigahda yaşayan Qabil və sonuncunun dostu İsmayıl olmuşdur. O, İsmayıl və Qabilə demişdir ki, «adam var onun pulunu dəyişmək lazımdır, adam başı 20 manatda pul verəcəkdir». Həmin vaxtdı onun danışdığını xalası Şahid1 da eşitmiş və ona demişdir ki, «ola bilsin mən gəldim, mənə veriləcək 20 maatı sən götürərsən». Bundan sonra isə o, evdən çıxmış və pul dəyişmək üçün nəzərdə tutduğu, kəntçiləri Elməddin və Eyvazla görüşə getmişdir ki, onlarıda aparsın pul dəyişsinlər. O, Elməddin və Eyvazla «20 yanvar» dairəsi yaxınlığında görüşmüş və onlara pul dəyişmə barədə, yəni onların pul dəyişəcəkləri təqdirdə 15 manat pul əldə edəcəklərini bildirmişdir. Onlar da onunla razılaşmışlar. Onlar onunla birlikdə «Kapital» Bankın Nizami rayonu ərazisində olan filialının yanına gəlmişlər. Həmin vaxtı Nicat orda gözləmişdir. Belə ki, o, gəlməmişdən Nicata bildirmişdi ki, ora gəlsin. Nicat Eyvaz və Elməddinə hərəsinə 20.000 manat, yəni ümumilikdə 40.000 manat pul vermişdir ki, «bu pulları dəyişin, dollar alın». Nicat həmin pulun nə olması barədə heç bir söz deməmişdir. Onlar pulu xırdalayıb, geri qayıtdıqdan sonra isə həmin pulu Nicata vermişlər. Onlar hər bir zaman pulu dəyişən zaman Nicatın yanında dostu olmuş və onlar Nicatın dolstunun avtomaşında oturub görüşüb söhbət etmişlər. Nicatın dostunun xarici maşını olmuşdur. Həmin şəxsin Taleh olmuşdur. Onlara pulu dəyişmə Nicat vermişdir. O, Nicatın maşınında İsmayılgiə zəng etmiş və bildirmişdir ki, «gəlin». Bankın bağlanmağına bir saat qalmış, onlar yəni, İsmayıl, Qabil və sonradan adını bildiyi Yaşar adlı şəxs gəlmişdir.Nicat maşında İsmayıl, Qabil və Yaşara hərəsinə 20.000 manat, yəni ümumilikdə 60.000 manat pul vermişdir ki, aparıb hərəsi həmin pulu bankda dollar etsinlər. Hər üçü birlikdə banka getmişdir. İsmayıl və Qabil içəri daxil olub, pulu dəyişib geri qayıtmış və pulu Nicata vermişlər. Bir müddət gözdəsələr də Yaşar geri qayıtmamışdır. Nicat gedib banka baxmış, demişdir ki, «sənin yadında sifəti qalıbdıra sən gir bax». O da girib baxsa da həmin şəxsin bankda olmadığını görmüşdür. Bundan sonra isə o, İsmayıla demişdir ki, «zəng et çağırtdır, yoxdu içəridə». İsmayıl isə ona demişdir ki, «həmin şəxs sənin xalam Samirənin tanışıdır, qoy onu yığıb danışım, onu tapsın». İsmayıl Samirəni yığmış və demişdir ki, bu cür hadisə baş vermişdir. Samirənin nə dediyini bilməmişdir. O, İsmayıla demişdir ki, Samirəni yığ, gör nə edir, İsmayıl da Samirəni yığmışdır. İsmayıl ona demişdir ki, Samirə deyir həmin oğlana zəng çatmır. Bundan sonra isə o, Niçat və Taleh birlikdə 24-cü PŞ-nə gəlmiş və şikayət ərizəsi ilə müraciət etmişlər. Nicat şikayət etdikdən sonra isə bildirmişdir ki, həmin şəxslər onun tanışlarıdır. Nicat demişdir ki, «onlara denən ki, gəlib izahat versinlər». Ona orada məlum olmuşdur ki, Yaşar İsmayılın tanışıdır. Yaşarın hal-hazırda harada olması və pulu nə etməsi barədə məlumatı olmamışdır. Lakin 24-cü Polis Şöbəsində pulun bir qismi yəni 15.900 manatı təhvil verilmişdir. Pulun necə gəlib çıxması barədə onun heç bir məlumatı olmamışdır. Xalasının ona dediyinə görə pulu İsmayıl və Qabil vermişdir. Həmin pulu da onun bildiyinə görə İsmayıl Yaşarla görüşərək pulu almışdır. Pulu necə alınması barədə onun tam məlumatı yoxdur. Ona verilən sual ətrafında cavab olaraq göstərmişdir ki, İsmayıl və Qabil ona pulu ələ keçirmək istəmələri barədə heç bir söz deməmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli maddi sübutun təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 15.900 (on beş min doqquz yüz) manat pulu təqdim edərək həmin pulu xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ona verdiklərini bildirmişdir. 159 ədəd 100 manatlıq əskinaslar maddi sübut kimi Şahid1 götürülmüşdür. - xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. - xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. - xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. - xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. - xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. - xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 4.100 manat pulu istintaqa təqdim etmişdir. 21 mart 2022-ci il tarixdə 20.000 manat pul vəsaiti zərərçəkmiş şəxsə müstəntiq tərəfindən təqdim edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Rusiya Federasiyası Perm şəhəri Kirov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə, Rusiya Federasiyası CM-nin 228.1ci maddəsinin 2-ci hissəsinin “B” bəndi, 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 2-ci hissəsinin “B” bəndi, 69-cu maddəsinin 3-cü hissəsi və 69-cu maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 31/162 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyası Perm şəhəri Kirov Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Rusiya Federasiyası Penza şəhəri Leninski Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə, Rusiya Federasiyası CM-nin 161-ci maddəsinin 1-ci hissəsi, 62-ci maddəsinin 1-ci hissəsi və 73-cü maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərin törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən onların cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, hesab edir ki, onlara azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilmələrinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokollarından, xx.xx.2022-ci il tarixli cəlb qərarından, xx.xx.2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, həmin tarixdə Nizami RPİ-nin X3 azad edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokolundan, xx.xx.2022-ci il tarixli cəlb qərarından və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduqları 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onların üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxslərin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 vəkilinin işdə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 vəkilinin işdə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi3 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkilinin işdə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Şirvan şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Sumqayıt şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Sabirabad rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-203/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-203/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver