Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-203/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,207 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, həmin psixotrop maddə metamfetaminin 0,277 qram olan hissəsini xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində, Bakı şəhəri, ünvan 8 saylı binanın yaxınlığında tanışı Şahid3 30 manata, üç ədəd bükümdə ayrı-ayrılıqda 0,186 qram, 0,164 qram 0,120 qram ümümi təmiz çəkisi - 0,470 qram olan hissəsini isə həmin gün saat 22 radələrində ünvan 6 binanın qarşısında digər tanışı Şahid4 30 manata satmış, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şahid3 ünvan 3 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin inzibati binasına aparılıb, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən onun satdığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,277 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının tərəfindən o, Şahid4 ilə birlikdə 06 noyabr 2023-cü il tarixdə saat 22:15 radələrində ünvan 6 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən cibindən şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda 0,192 qram, 0,123 qram, 0,145 qram ümumi təmiz çəkisi 0,460 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi, Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən onun satdığı 03 ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda 0,186 qram, 0,164 qram, 0,120 qram, ümumi təmiz çəkisi 0,470 qram ağ rəngli kristallardan ibarət maddə kimyəvi komponent tərkiblərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. Lakin, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ittihamda qeyd edilmiş şəxslərə narkotik vasitə satmamış və ya pay verməmişdir. Şahid3 və Şahid4 uşaqlıqdan tanıyır, daim bir yerə pul qoymaqla narkotik vasitə əldə edib, birlikdə istifadə etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, elan edilmiş mesaj mətnləri ona məxsus deyildir, onun tərəfindən yazılmamışdır. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi də ona aid deyildir. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Nizami RPİ-nin 24-cü PŞ-nə Xəyyam adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin tarixdə saat 19:00-da ünvan 8 ünvanının yaxınlığında Xəyyam adlı şəxsi saxlayaraq Nizami RPİ-nin 24-cü PŞ-nə aparmış, orada üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid3 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində olan maddənin “şüşə” və ya “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin günü Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının qarşısında tanışı Nurlan adlı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Daha sonra Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar kütləni aldığı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyindən Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 22:15-də Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının yaxınlığında yan-yana dayanmış iki nəfərdən birinin Təqsirləndirilən şəxs olduğunu təxmin edib onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini onlara təqdim edib, Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərin özlərini Təqsirləndirilən şəxs və Şahid4 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və ona, eləcə də onun yanında olan Şahid4 onlarla birlikdə Nizami RPİnin 24-cü PŞ-nə getməli olduğunu bildirmiş, birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan və dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərində vəkilinin və onların iştirakı ilə axtarış keçirilmidir. Axtarışa başlamazadan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa, təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd elektron tərəzini, əynindəki açıq sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin üç ədəd sellofanləri təhqiqatçı tərəfindən açıldıqda içərilərində ağ rəngli kristal şəkilli maddələr olduğu müəyyən edilmiş, şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan bükümlərində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olduğunu bildirən şəxsdən özünün istifadəsi, eləcə də satış məqsədi ilə ona göndərilən, lakin unutduğu plastik kart hesabına tələb edilən məbləği ödəmə terminalından ödədikdən sonra ona bildirlən yerlərdən götürdüyünü, həqiqətən də həmin günü Şahid3 30 manat almaqla ona bir bükümdə psixotrop maddə metamfetamin, eləcə də onunla birlikdə saxlanılan Şahid4 da saxlanılmamışdan bir qədər əvvəl saxlanıldığı ünvanda üç bükümdə 30 manata psixotrop maddə metamfetamin satdığını bildirdi. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində ağ rəngli kristalşəkilli maddələr olan üç ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzi tərəfindən zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri iştirakçılar tətəfindən ıqdan sonra möhürləndi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Nizami RPİ-nin 24-cü PŞ-nə Xəyyam adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin tarixdə saat 19:00-da ünvan 8 ünvanının yaxınlığında Xəyyam adlı şəxsi saxlayaraq Nizami RPİnin 24-cü PŞ-nə aparmış, orada üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid3 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində olan maddənin “şüşə” və ya “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin günü Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının qarşısında tanışı Nurlan adlı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Daha sonra Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar kütləni aldığı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyindən Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 22:15-də Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının yaxınlığında yan-yana dayanmış iki nəfərdən birinin Təqsirləndirilən şəxs oxşadığını müşahidə edib, onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini onlara təqdim edib, Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərin özlərini Təqsirləndirilən şəxs və Şahid4 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və ona, eləcə də onun yanında olan Şahid4 onlarla birlikdə Nizami RPİnin 24-cü PŞ-nə getməli olduğunu bildirmiş, birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gəldikdən sonra xidməti otaqların birində Şahid4 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edildikdən sonra üzərində vəkilinin və onların iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə Şahid4 üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa, təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid4 əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisində ağrəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdə Şahid4 üzərindən başqa hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Şahid4 təqdim etdiyi sellofan bükümündə olan maddənin “şüşə”, “patı” adları ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin günü Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının qarşısında onunla birlikdə saxlanılan tanışı Təqsirləndirilən şəxs özünün istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Şahid4 aşkar edilmiş içərisində ağ rəngli kristalşəkilli maddə olan üç ədəd şəffaf sellofan bükümləri təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tətəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır. 06 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı mənzilə gedərkən, narkotik vasitə istifadə etmək istədiyindən, Nurlanla telefonla əlaqə saxlayıb, ondan 20 manat dəyərində “patı” adı ilə tanıdığı psixotrop maddə istəmiş, Nurlan da ona yaşadığı evdə olduğunu bildirib, gəlib məhəllədə ondan “patını” götürməsini demişdir. Həmin günü o, 20 manat müqabilində Nurlandan bir bükümdə “patı” adı ilə tanıdığı psixotrop maddə almış və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra çörək almaq üçün yaxınlıqdakı marketə gedərkən Nizami rayonu R.Rüstəmov küçəsi 34 saylı binanın yaxınlığında mülki geyimdə iki şəxs ona yaxınlaşıb, onu Nizami RPİ-nin 24-cü PŞ-nə aparmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində psixotrop maddə “patı” olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və həmin maddənin “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu, saxlanılmamışdan bir qədər əvvəl Nurlan adlı tanışından pul ödəməklə aldığını, sonradan istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla eyni binada yaşayır. O, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə almamış, Nurlanın narkotik vasitə və ya psixotrop maddə satdığını da görməmişdir. Nurlanla birlikdə pulu bir yerə qoyaraq tanımadıqları müxtəlif adamlardan, həmçinin İran İslam Respublikasının vətəndaşından narkotik vasitə alaraq istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan zaman mənzilin işıqları sönmüş, bu səbəbdən mənzildən çıxıb işıqlara baxmaq istəmişlər. Həmin vaxt mənzilin qarşısında polis əməkdaşlarının dayandıqlarını görüşmüşlər. Polis əməkdaşları onları polis şöbəsinə təmin etmiş, orada üzərilərinə baxış keçirilmişdir. Verilmiş suallara cavab olaraq özünün narkotik maddə istifadəçisi olduğunu təsdiq edərək Nurlanın ona narkotik vasitə satmadığını və ya pay vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, ünvan 12 ünvanında nənəsi Solmaz Mustafayeva ilə birlikdə yaşayır. Təxminən 1 ilə yaxındır ki, “patı” adı ilə tanıdığı psixotrop maddələrdən çəkmək yolu ilə istifadə edir. İstifadə etdiyi psixotrop maddəni çox vaxt qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs pul ödəməklə alır. Özünün mobil telefonu olmadığından tanışları ilə taksafon vasitəsi ilə əlaqə saxlayr. 06 noyabr 2023-cü il tarixdə axşam saatlarında taksafon vasitəsilə Nurlana zəng edərək, ona ağrıları olduğunu bildirməklə ondan “patı” istəmmişdir. Nurlan əlində bir neçə büküm “patı" qaldığını və ona sata biləcəyini bildirmişdir. Bundan sonra həmin tarixdə saat 22 radələrində Nurlanın yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi 36 saylı binanın qarşısına gedərək, orada Nurlanla görüşüb, Nurlana 30 manat verməklə ondan 3 büküm “patı” almışdır. Bundan sonra Nurlanla həmin binanın qabağında durub söhbət edərkən onlara mülki geyimdə tanımadıqları şəxslər yaxınlaşıb, özlərini polis əməkdaşlar kimi təqdim edərək, xidməti vəsiqələrini göstərdikdən sonra, onun və Nurlanın şəxsiyyəti barədə maraqlanmışlar. Onlar da özlərini təqdim etmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərlərində şəxsi axtarış aparılmasının zəruri olduğunu deyib, onları Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Nizami RPİ-də şübhəli şəxs qismində tutulmaqla, ona hüquq və vəzifələri izah edilmiş, özünün maddi imkanı olmadığı üçün hüquqlarının müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Təhqiqatçı tərəfindən, xidməti otaqda müdafiəçinin və onu Polis Şöbəsinə gətirən polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində qanunsuz əldə edilmiş hər hansı əşya-maddə varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı,Təqsirləndirilən şəxs aldığı içərisində psixotrop maddə “patı” olan 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Ondan təqdim etdiyi 03 ədəd bükümün içərisindəki kütlənin nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi soruşulduqda, o, təqdim etdiyi 03 ədəd bükümün içərisində olan kütlənin “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu, saxlanılmamışdan bir qədər əvvəl ünvan 13 ünvanın qarşısında Təqsirləndirilən şəxs adlı tanışından 30 manat pul ödəməklə aldığını, sonradan istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi həmin 03 ədəd bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristal şəkilli kütlə olduğu görünmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş üç ədəd büküm təhqiqatçı tərəfindən onun, müdafiəçinin, polis əməkdaşlarının iştirakları ilə bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfim üzəri onun, müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgünlüyü imzalarla təsdiq edilmişdir. Əvvəllərdə bir neçə dəfə Təqsirləndirilən şəxs “patı” adı ilə tanıdığı psixotrop maddə almış və istifadə etmişdir. Üzərindən aşkar edilmiş həmin psixotrop maddəni özünün istifadəsi üçün əldə etmiş, hər hansı bir şəxsə satmamış, əvəzli- əvəzsiz verməmişdir. Eləcə də başqa yerdə də narkotik vasitə, psixotrop maddə saxlamır, polis əməkdaşları tərəfimdən saxlanıldığından üzərindən aşkar edilmiş psixotrop maddədən istifadə etməyə imkanı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya 24-cü PŞ-də olarkən ona qarşı hər hansı bir zor və təzyiq göstərilməmişdir. Qanunsuz olaraq narkotik maddələr, narkotik vasitələr əldə etmənin cinayət olduğunu bilir, əməlindən peşmandır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5936 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi, “ (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,192 qram, 0,123 qram, 0,145 qram ümumi təmiz çəkisi 0,460 qram ağ rəngli, kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin üzərində metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini, Təqsirləndirilən şəxs və Şahid3 aşkar edilmiş metamfetaminlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminlər, Şahid3 üzərindən aşkar edilmiş metamfetaminlə (7 noyabr 20213-cü il tarixli 3-16-16/2-6/5935 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7727 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “CD diskində olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 07:58:43-də 070-315 18-60 mobil nömrəli telefona “Tema var Ama her ehtimala qarşı deyirəm gedib derman götürək qutarmamış götürmek istiyir” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 19:52:53-də ***- ***-**-** mobil nömrəli telefona “Qaqa evdə veziyyət pisdi das zadda var bele görüşüb bir yerde axtara bileriy keçe bilirsizse keçin bunda cixardaq evdən” məzmununda, xx.xx.2023cü il tarixdə saat 19:58:20-də ***-***-**-** mobil nömrəli telefona “alman kimi bu nömrəyə vzvdan zaddan ver zəng edim gelək ora pulda var daşda var götürüb oturağın biryerdə çıxağm vəziyyətdən” məzmununda, ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 02:23:23-də 055- ***-**-** mobil nömrəli telefona “get aparatın yanma zng ele deyim kartı ama pulu vur men deyende gel”, həmin tarixdə saat 02:29:01də “**********998206 Nurlan” məzmununda mesajlar göndərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi, iş materiallarına əlavə edilmiş mesaj mətnləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini cəzanı yünülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin və psixotrop maddənin qalığı və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD-R” disk və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 27456/23 nömrəli məktubla daxil olmuş 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs ilə bağlı aparılmış ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 114 manat (bir yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ümumi qalıq çəkisi 0,310 qram olan metamfetamin və maddi sübut kimi tanınmış 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD-R” disk və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 27456/23 nömrəli məktubla daxil olmuş 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 168 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-203/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-203/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver