Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-204/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə İmişli rayonu Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Masalı rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanıdığı Zərərçəkmiş şəxs tanış olmaq istədiyi istintaqa şəxsiyyəti məlum olmayan şəxs haqqında mənfi fikir bildirməsi ilə əlaqədar, 28 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində ünvan 3 ünvanda yerləşən «Sultan Pub» restoranında, sonuncunun mikrafonda onun ünvanına naliyiq ifadələr işlətməsini bəhanə gətirərək cüzi səbəbdən mübahisə edib özünün şəxsiyyətini Kəmal Eyvazovanın şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan həmin restoranın fəaliyyətini pozmaqla orada olan digər şəxslərin narahatçılığına səbəb olmaqla qəsdən başı ilə Zərərçəkmiş şəxsnm sifət nahiyyəsinə, əlləri ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun sümüyünün yerdəyişməmiş sınığı, burnun şişkinlik halında əzilməsi, burun belinin qançırı, sağ süd vəzisinin, sağ saidin qançırlarından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ailəsini dolandırmaq üçün 2022-ci ilin noyabr ayının ortalarından Bakı şəhəri, Nizami rayonunda yerləşən «Sultan» pub” restoranında qəlyançı kimi günü 10 manat müqabilində işə başlamışdır. İşlədiyi kafeyə teztez müğənni kimi Zərərçəkmiş şəxs adlı qadın da gəlib-gedirmiş, onunla münasibəti daim yaxşı olmuşdur. Həmin ərəfədə Kəmalə ona öz mobil telefonunda bir nəfər oğlanın şəklini göstərərək həmin oğlanın ona SMS-lər yazdığını və münasibət saxlamaq istədiyini dedikdə o, həmin oğlanın şəklinə baxaraq tanımış, Kəmalə xanıma ürəyi yandığı üçün sonuncuya Dəyanəti tanıdığını və həmin şəxsin dələduz olduğunu bildirərək, bir qədər ehtiyatlı olmasını tövsiyyə etmişdir. Bir neçə gün sonra Dəyanət ona zəng edərək «səndən heç gözləməzdim sən mənim haqqımda Kəmaləyə yaxşı sözlər deməmisən” sözlərindən sonra, cavabında isə Dəyanətə «Kəmalənində ulqumu yoxdur, hər söhbəti sənə deyib» sözlərini deyərək onunla sağollaşmışdır. 28 noyabr 2022-ci il tarixdə işlədiyi restorana bu dəfə işçi kimi deyil, müştəri kimi getmiş və orada restoranı işlədən Vüsal və Fərasim olan şəxslə nahar edərkən, Kəmalə də eyni məkanda olmuş, müğənnilik edərək, tanımadığı şəxsin doğum gününü qeyd etmişdir. Kəmalə mikrafonda onun və anasının ünvanına nalayiq sözlər deyərək təhqir etməyə başlamış, o həmin təhqirləri hansı səbəbdən etdiyini başa düşməmiş, Kəmalə isə təhqirlərini davam etdirərək ayağa durub sonuncuya yaxınlaşmaq istəyən zaman, orada olan şəxslər Kəmaləyə yaxınlaşmağa imkan verməyərək onu sakitləşdirmişlər. Kəmalənin ondan əl çəkməyəcəyini başa düşüb, restorandan çıxıb getmək istəmiş, lakin Kəmalə onun qollarından tutaraq dartışdırmaqla, qollarını və üzünü dırnaqları ilə cırmış və üz nahiyyəsini onun başına çırpdıqda burnundan qan açılmışdır. Sonradan, özünü yerə çırparaq hündür səslə polis çağırmağa başlamışdır. O, isə tanışı Vasifin avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Onun Kəmaləni vurmaq niyyəti olmamışdır, ona hər hansısa xəsarət yetirməmişdir. Bütün bunları nəzərə alaraq barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Sulta Pub” restoranında olan zaman “whatsapp” vasitəsi ilə ona sonradan adını bildiyi Dəyanət adlı şəxsdən mesaj gəlmiş, mesajı göndərən şəxs ondan xoşu gəldiyini və tanış olmaq istəyini bildirmişdir. Adını Tünzalə kimi bildiyi, əsl adı Ağca olan restoranda qəlyançı kimi işləyən qadın Dəyanətin şəklini görüb həmin şəxsi tanıdığını və anasının sevgilisi oduğunu, həmçinin Dəyanətlə əlaqə saxlamamağı məsləhət görərək qadınları aldatdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə dostunun doğum gününü qeyd etmək üçün Sultan Pub restoranına gəlmiş, səhər saat 05 radələrində durub sanitar qovşağına gedən zaman Ağca ona söz atmış, o isə sonuncuya onunla işi olmadığını bildirdikdə, Ağca ona söhbət etmək istədiyini bildirib bir qədər yaxınlaşaraq anidən başı ilə üz nahiyəsinə vurub qaçmışdır. Zərbədən başı gicəllənmiş, restorandan çölə çıxmış, Ağcanı küçədə görüb ona yaxınlaşmaq istəyərkən sonuncunun onu itələməsi nəticəsində müvazinətini itirib özündən asılı olmayaraq yerə yıxılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, doqquz ilə yaxındır ki, ünvan 3 ünvanda yerləşən «Sultan Pub» restoranına müştəri kimi gəlib getmişdir. Restorana gəldikdən sonra əsl adı Ağca olan, lakin Tünzalə kimi çağırdıqları xanımı və kafeyə tez-tez müğənni kimi gələn Zərərçəkmiş şəxs adlı qadını da tanımışdır. 28 noyabr 2022-ci il tarixdə növbəti dəfə istirahət etmək üçün Sultan pub restoranına gəlmiş, saat 02 radələrində bir qədər kənarda oturub nahar sifariş etmişdir. Ağca həmin günü işçi kimi deyil, müştəri kimi başqa bir masada əyləşmiş, həmin vaxt orada Kəmalə də müğənnilik edərək, tanımadığı bir şəxsin doğum gününü qeyd etmişdir. Bir qədər sonra Ağcanın Kəmaləyə yaxınlaşdığını və bu zaman aralarında dava-dalaş başladığının şahidi olmuşdur. Bundan sonra tanımadığı şəxslər Ağcanı Kəmalədən kənarlaşdırıb restorandan çölə çıxartmış, daha sonra Kəmalənin özünü yerə yıxaraq hündür səslə polis çağırmağa başladığını eşitmişdir. Ağcanın, Kəmaləni nə ilə vurmasını görməmiş, dava-dalaş 10-15 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında «Sultan Pub» restoranını icarə əsasında sahibindən götürərək fəaliyyətə başlamışdır. Həmin restoranda əsl adı Ağca olan lakin Tünzalə kimi çağırdıqları qəlyançı xanım və Zərərçəkmiş şəxs adlı müğənni fəaliyyət göstərmişdir. 28 noyabr 2022-ci il tarixdə “Sultan pub” restoranında işdə olduğu zaman Ağca işçi kimi deyil, müştəri kimi digər masada əyləşmiş, Kəmalə də müğənnilik edərək, tanımadığı bir şəxsin doğum gününü qeyd etmişdir. Ağca günlük qazanc olaraq 10 manat pulu ondan aldıqdan sonra restorandan çölə çıxan zaman Kəmalə ilə üz-üzə gəlmiş və həmin anda onların arasında dava-dalaş başlamışdır. O və digər şəxslər dərhal hər iki qadını aralamış, Ağca restorandan çölə çıxdıqda Kəmalə də onun dalınca getmişdir. Sonradan Kəmalənin çöldə özünü yerə yıxaraq hündür səslə polis çağırmağa başladığını eşitmişdir. Ağcanın Kəmaləni vurmasını görməmiş, dava-dalaş mübahisə ilə birlikdə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarından etibarən «Sultan» pub restoranında qəlyançı kimi fəaliyyət göstərir. Restorana əsl adı Ağca olan, lakin Tünzalə kimi çağırdıqları xanım da işə düzəlmişdir. Həmin vaxtdan sonra bir yerdə işləməyə başlamışlar. Kafeyə tez-tez müğənni kimi Zərərçəkmiş şəxs adlı qadın da gəlib-gedirmiş. 28 noyabr 2022-ci il tarixdə Ağca kafeyə müştəri kimi gəlmiş, orada digər işçilərlə və Vüsalla nahar etmişdir. Kəmalə də müğənnilik edərək, tanımadığı bir şəxsin doğum gününü qeyd etmişdir. Həmin vaxt Ağca ayağa durub Kəmaləyə yaxınlaşmış və qəfildən aralarında dava-dalaş başlamışdır. O və digər işçilər Ağcanı Kəmalədən kənarlaşdırıb restorandan çölə çıxartmışlar. Ağcanın, Kəmaləni vurmasını görməmiş, dava-dalaş mübahisə ilə birlikdə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Sultan Pub» restoranında qohumu Vüsal işlədiyi üçün boş vaxtlarında həmin restorana müştəri kimi gedib istirahət edir. Restoranda əsl adı Ağca olan, lakin Tünzalə kimi çağırdıqları xanımı və kafeyə tez-tez müğənni kimi gələn Zərərçəkmiş şəxs adlı qadını da tanımışdır. 28 noyabr 2022-ci il tarixdə yenə də istirahət üçün “Sultan pub” restoranına gəlmiş, saat 02 radələrində restoranın çöl tərəfində telefonla danışırmış, həmin vaxt restoranın içərisindən mübahisə və dava-dalaş səsləri gəldiyi üçün dərhal içəri daxil olub, Kəmalənin dodağının qan içində olduğunu görmüşdür. Sonradan hadisə vaxtı restoranın içərisində olmuş tanıdığı şəxslərdən Ağca ilə Kəmalənin arasında mübahisə və dava dalaş olduğunu və Ağcanın Kəmaləni vurduğunu eşitmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022ci il tarixli, 1108 rəyinə əsasən Təqsirləndirilən şəxs almış olduğu xəsarət: burun sümüyünün xətti yerdəyişməyən sınığı, burunun şişkinlik halında əzilməsi, burun belinin qançırı, sağ süd vəzisinin, sağ saidinin qançırları olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əlavə edilmiş AZ-T 125196 seriyalı doğum haqqında şəhadətnamənin, P TUR U20908697 və P TUR U20386043 seriyalı pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 15 (on beş) faizi məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-204/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-204/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver