Məhkəmə qərarları › İş №1(007)-204/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-204/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-204/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 3A, mənzil 118-də qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmış, hazırkı iş üzrə 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 06 noyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməklə saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,712 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Xətai rayon polis idarəsinin 36-cı polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyul 2023-cü il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanı yaxınlığında şübhəli şəxs qismində saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı polis şöbəsinə gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,712 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop madddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu silah olan, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişkiik edilməmiş “Makarov” konstruksiyalı tapançanı, onun komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş darağı, 03 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) Steçkin (APS) konstruksiyalı və s. həmin kaiibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olan patronları əldə etməklə saxlarayaq daşımış və gəzdirmiş, 06 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın belində saxladığı həmin 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu silah olan, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişkiik edilməmiş Makarov konstruksiyalı tapança, şalvarın sol yan cibindən isə 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş daraq, həmin darağın içərisindən isə 03 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olan patronları aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 36-cı polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Eyni zamanda, 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində silah olmamışdır. Verilmiş ittihamlarla razılaşmır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 22 yanvar 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 22 iyul 2023-cü il tarixdə günorta saatlarında Nizami rayonu ərazisində olan “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tandığı, haqqında başqa heç nə bilmədiyi şəxsdən istifadə etmək üçün 10 manat qarşılığında bir büküm psixotrop maddə metamfetamin almış və onu əynində olan şalvarın cibinə qoyaraq daha sonra istifadə etmək üçün orada saxlamışdır. Həmin gün saat 19:30 radələrində ünvan 1 ünvanının qarşısında piyada hərəkətdə olarkən 36-ci polis şöbəsinin əməkdaşları onu saxlamış, narkotik və psixotrop maddələrin qanununsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 36-cı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış polis əməkdaşı tərəfindən telefon vasitəsi ilə videoqeydə alınmışdır. Baxış zamanı təhqiqatçının təklifi ilə əynində olan şalvarın sağ yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini təqdim etmişdir. Baxış zamanı üzərindən başqa qeyri-qanuni əşya, maddə və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd Makarov tipli tapançanı təqribən 2021-ci ildə Yevlax şəhərində zibilxanadan tapmışdır. Tapançanın üzərində daraq da olmuşdur. Darağa baxan zaman üzərində 4 ədəd patron olduğunu görmüşdür. O, həmin tapançanı, ona məxsus darağı və 04 ədəd patronu həmin tarixdən etibarən Yevlax şəhərində yerləşən mənizlində gizlətmişdir, tapançanın orada olmasından heç kimin məlumatı olmamışdır. Həmin ərəfələrdə Yevlax rayonunda xatırlamadığı boş bir ərazidə həmin silahdan bir dəfə havaya atəş açmışdır. O, tutulduğu gündən bir neçə gün əvvəl Bakı şəhərinə gələndə həmin tapançanı, ona məxsus darağı və üzərində olan 3 ədəd patronu satmaq üçün özü ilə birlikdə gətirmişdir. 06 noyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında əvvəllər birlikdə cəzaçəkmə müəssisəsində olduğu, lakin adını xatırlamadığı şəxs ilə rastlaşmışdır. Onunla bir qədər söhbət etdikdən sonra həmin şəxsə özündə tapança, daraq və 3 ədəd patronun olduğunu, onları satmaq istədiyini deyib, bunun üçün ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs ona bu işdə kömək edəcəyini, həmin silahı almaqda adam tapacağını demişdir. Həmin vaxt tapança, daraq və patronlar onun üzərində olsa da həmin şəxsə tam inanmadığından və onu ələ verəcəyindən qorxduğundan bu barədə heç nə deməmiş və tapançanı götürüb gələcəyini, iki saat sonra eyni yerdə görüşmələrini tapşırmışdır. O, iki saat vaxt keçirib fikirləşdikdən sonra, həmin şəxsin onu ələ verməkdə heç bir marağı olmayacağı qənaətinə gəlib onunla görüşməyə qərar vermişdir, iki saat sonra o, eyni yerə gəldikdə həmin şəxsi orada görə bilməmiş, bir qədər də gözləyib oradan uzaqlaşmışdır. Həmin gün saat 18:30 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər müiki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini ona təqdim etmişlər, onlar ona üzərində odlu silah gəzdirməyi ilə bağlı onlara məlumat daxil olduğunu bildirib onlarla birlikdə 25-ci polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, artıq hər şeyin polislərə məlum olduğunu anladığından yayınmağın mənasız olduğunu düşünüb onlarla birlikdə Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə getməyə razılıq vermişdir. Yol boyu və polis şöbəsinə çatdıqdan sonra da polis əməkdaşlarının nəzəri onun üzərində oiduğundan üzərində olan tapançanı, darağı və patronları tullaya bilməmişdir. Bir qədər sonra polislər onu təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı ona öz xahişi əsasında dövlət hesabına müdafiəçi təqdim etmişdir. Bir qədər sonra təhqiqatçı polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərinə baxış keçiriləcəyini bildirmişdir. Baxış bir polis əməkdaşı tərəfindən telefon vasitəsi ilə videoqeydə alınmışdır. Baxış zamanı ona üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın bel hissəsinə qoyduğu bir ədəd Makarov tipli tapançanı təqdim etmək üçün əlini belinə atdıqda bunu görən polis əməkdaşları hər halda təhlükəsizlik baxımından özləri əllərini atıb həmin silahı onun belindən götürmüş və masanın üzərinə qoymuşlar. Daha sonra əynində olan şalvarın sol yan cibində saxladığı içərisində 3 ədəd patron olan daraq aşkar edilmişdir. Baxış zamanı darağın içərisində saxladığı 3 ədəd patronu çıxarmışlar. O, silahın öz-özünə atəş açmasından qorxduğu üçün darağı silahın üzərindən çıxarıb ayrı şəkildə cibində qoymuşdur. O, sorğu zamanı həmin silahın, darağın və patronun ona məxsus olduğunu etiraf etmişdir, onun üzərindən aşkar edilən bir ədəd tapança, bir ədəd həmin tapançaya məxsus daraq və 3 ədəd patron qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış zamanı üzərindən başqa qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, o da imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, əlavə sualları cavablandırarkən bildirmişdir ki, şöbədə adamın başını sığallamırlar. O, döyülməməkdən ötrü silahın ona məxsus olduğunu qəbul etmişdir. Düşünmüşdür ki, ədalətli məhkəmə olacaq, məhkəmədə sözünü deyəcəkdir. Toğrulla Zahid ona hədə-qorxu gəlmişlər. Lakin bu barədə heç bir yerə şikayət etməmişdir. Narkotiklə bağlı şahidlər məhkəmədə ifadə verərkən özünü pis hiss etdiyinə görə onların ifadəsi ilə razılaşmışdır. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs hər iki maddə ilə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qərəzsiz mənbədən Bakı şəhəri, Nizami rayonu ərazisində “Seymur” adlı şəxsin qanunsuz olaraq odlu silah saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının dəqiqləşdirilməsi və “Seymur” adlı şəxsin müəyyən edilərək cinayət başında yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə 25-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 də daxil edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində “Seymur” adlı şəxsin ətrafında bir qədər müşahidələr apardıqdan sonra 06 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 4 ünvanının yaxınlığında “Seymur” adlı şəxsə yaxınlaşıb ona özlərini təqdim etmiş və odlu silah daşımaqda şübhəli olduğunu bildirib ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə onlarla birlikdə 25-ci polis şöbəsinə getməli olduğunu bildirmişlər, o, ilk öncə tərəddüd etsə də, daha sonra onlarla birlikdə 25-ci polis şöbəsinə getmişdir. Şöbədə həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmiş, onu aidiyyəti üzrə şöbənin təhqiqatçısına təqdim etmişlər. Təhqiqatçı tərəfindən qərar əsasında vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bir qədər sonra onun, şöbənin əməkdaşları Şahid4, Fərid Əliyevin və vəkilin iştirakları ilə təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxsə edilən təklifdən sonra o, əynində olan şalvarın belində saxladığı 01 ədəd Makarov tipli tapançanı və əynində olan şalvarın sol yan cibindən içində 3 ədəd patron olan 01 ədəd həmin tapança üçün nəzərdə tutulmuş darağı çıxarıb təqdim etmişdir. Həmin silaha, darağa və patronlara baxış keçirildikdən sonra onlar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilmiş başqa əşya, maddə və predmet aşkar edilməmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, bütün iştirakçılar protokolu imzalamışlar. Şahid3 sualları cavablandırarkən göstərmişdir ki, 25-ci polis şöbəsinə gətirilərkən və orada olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, döyülməmiş, təzyiq göstərilməmişdir. O, bütün bu müddət ərzində özünü səmimi apararaq əməlini etiraf etmişdir, şəxsi axtarış zamanı onun üzərində odlu silah, daraq və patronların aşkarlanması vidoçəkilişlə qeydə alınmışdır, həmin vaxt vəkil də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4, Şahid3la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün 36-cı polis şöbəsinin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru X1 olmuşdur. 22 iyul 2023-cü il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınaşmışlar, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və ona da özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsi 36-cı polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyib onlarla getmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə dövlət hesabına vəkil dəvət olunmuşdur. Onun, sahə inspektoru Səməndər Soltanovun və vəkilin iştirakları ilə, videoçəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxsi bu barədə qərarla tanış etmiş, hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristalşəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmışdır. Şübhəli şəxs cibindən çıxardığı həmin maddənin “patı” adlanan psixotrop maddə olduğunu və onu özü istifadə etmək məqsədi ilə “Neftçilər” metrostansiyası yaxınlığında 10 manat ödəməklə aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan psixotrop maddəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, həmin zərf və tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 sualları cavablandırarkən göstərmişdir ki, 36-cı polis şöbəsinə gətirilərkən və orada olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, döyülməmiş, təzyiq göstərilməmiş, o, əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis şöbəsinin polis sahə inspektoru X1, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 06 noyabr 2023-cü il və 08 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən odlu silahı qanunsuz olaraq əldə edib daşımaqda şübhəli bilinən Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq 25-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs müdafiəçinin iştirakı ilə tutulduqdan sonra o, müvafiq qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlini əynində olan şalvarın bel hissəsinə apararaq belində saxladığı tapançanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarışın davamında əynində olan şalvarın sol yan cibindən 01 ədəd daraq, darağa baxış zamanı isə darağın içində 3 ədəd patron olması aşkar edilmişdir. Şübhəli şəxs suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş silahı, darağı və patronları Yevlax rayonunda zibilxanadan tapmış, satmaq məqsədi ilə üzərində Bakı şəhərinə gətirmişdir. Qeyd edilən tapança, daraq, 03 ədəd patron qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Götürülən əşyalar müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmış, bu zaman hər hansı şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD diskə 08 noyabr 2023-cü il tarixdə baxış keçirilərkən 06 noyabr 2023-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 27-28, 70) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizanın 07 noyabr 2023-cü il tarixli 23/811R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silah hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişikiik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: Təqdim edilmiş 03 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi ekspermental atəşlər zamanı istifadə olunmuşdur. (i.v. 34-40) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17 noyabr 2023-cü il tarixli 3-13-11/2-13950/2023 nömrəli məktubundan görünür ki, 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “Güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 78) - 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 84) - 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında ibtidai istintaqı aparılmış, cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 80-81) - 22 iyul 2023-cü il və 24 iyul 2023-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında 22 iyul 2023-cü il tarixdə saat 19:30-da saxlanılaraq 36-cı PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 22 iyul 2023-cü il tarixdə saat 20:35-dən etibarən videoçəkiliş aparılmaqla şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd açıq rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bükümün içərisində ağ rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddə olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “patı” adlanan psixotrop maddə olmasını, öz istifadəsi üçün “Neftçilər” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilən zaman onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman iştirakçılar tərəfindən şikayət və protokola qeyd daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə müstəntiq tərəfindən 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. (i.v. 115-116, 165) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2023-cü il tarixli 6/3959 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,712 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,712 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,662 qram qalığı qalmışdır. (i.v. 122-125) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 13 yanvar 2024-cü il tarixli 182 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zarıanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 208-209) - 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, 23 iyul 2023-cü il tarixdə keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 0,712 qram qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalan 0,662 qramı maddi sübut kimi tanınmış, məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 06 noyabr 2023-cü il tarixli şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd nömrəsi silinmiş silah 9 mm kalibrli Makarov konstruksiyalı tapança, 03 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronlardan ekspermental atəşlər zamanı 02 ədədi istifadə edildikdən sonra qalan 1 ədədi və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq maddi sübut kimi tanınmış, məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə protokollarına əlavə edilmiş 02 ədəd disk sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəsinin müəyyən edilməsinə dair əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün cinayət işində material ayrılmış və aidiyyəti üzrə Xətai RPİ-nin 36-cı polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silah, onun komplekt hissələri və döyüş sursatının əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün cinayət işindən material ayrılmış və aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmişdir. (i.v. 210-216) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin və odlu silahın əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etmiş, həmin əşyaları könüllü surətdə təhvil verməyib daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən 06 noyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin “Qeyd”inin 1ci hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan psixotrop maddəni Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, könüllü surətdə təhvil verməmiş, bu barədə daxil olmuş məlumat əsasında 36-cı polis şöbəsinin əməkdaşları tərəfindən 22 iyul 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün də əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarışlar zamanı müdafiəçinin iştirakı ilə üzərində olan psixotrop maddəni, odlu silahı və onun müvafiq hissələrini təqdim edib, ona məxsus olduğunu etiraf etmiş, həmin maddəni, odlu silahı hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələrini adlarını qeyd etdiyi polis əməkdaşlarına deyil, müdafiəçisinin iştirakı ilə ibtidai istintaqı aparan müstəntiqə vermişdir. Ona görə onun irəli sürdüyü dəlillər real hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsə ümumilikdə ittiham üzrə bəraət verilməsi barədə məhkəmə çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 104) - 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 154-156) -Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 157-159) - 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19-20) - 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 65-69) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyul 2023-cü il, 29 fevral 2024-cü il tarixli tələbnamələrdən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qərarı ilə barəsində cinayət qanunvericiliyində edilmiş dəyişkliyin tətbiqinə dair ərizəsi təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 11 fevral 2021-ci il tarixdə cəzasını çəkib qurtarmış; Yevlax Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmış, Şəki Apellyasiya Məhkəməsinin 31 may 2024-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. (i.v. 176-1177) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına da əməl edilməli, bununla həmin maddəyə əsasən Yevlax Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinin müddəası baxımından cəza təyin edilməli olduğundan, onun Yevlax Rayon Məhkəməsinin icraatında olmuş iş üzrə 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək və cari iş üzrə 22 iyul 2023-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək tutmada saxlanıldığı cəmi 04 gün müddət müvafiq qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə şübhəli şəxs qismində tutulduğu 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,662 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmin yerə təhvil verilən 01 ədəd “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq və ekspertiza tədqiqatına 02 ədədi istifadə edildikdən sonra qalan 01 ədəd patron cinayətin aləti olduqlarına görə CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməli, içərisində şəxsi axtarış və götürmələrin aparılmasının videogörüntülərinin əks olunduğu 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qeyd olunan iş üzrə 02 may 2023-cü il tarixdən 04 may 2023cü il tarixədək və cari iş üzrə 22 iyul 2023-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək tutmada saxlanıldığı cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,662 qram psixotrop maddə metamfetamin məhv edilsin; nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, yivli odlu döyüş silahı hesab olunan, texniki cəhətdən saz və atəşə yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı 01 ədəd tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla döyüş sursatı hesab olunan, istifadəyə və atəş üçün yararlı 01 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin; şəxsi axtarış və götürmələrin aparılmasının videogörüntülərinin əks olunduğu 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 32 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 192 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar