Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-205/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,342 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPl-nin PPXB-nün əməkdaşlar tərəfindən 24 oktyabr 2022-ci il tarixdə saat 03:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib, PŞ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan yaşıl-göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində 70 manat pulu narkotik satan şəxsin kartına göndərməklə 01 büküm şüşə kimi tanığı metamfetamin və 01 büküm “kokos” kimi tanıdığı heroin narkotik vasitəni həmin şəxsin əvvəlcədən gizlətdiyi “Neftçilər” metrostansiyasının yaxınlığında gizlin yerdə əldə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında dostu Nəsirlə küçədə gəzərkən aldığı narkotik vasitə üzərində daşımış və bu zaman PPX əməkdaşları onlara yaxınlaşaraq özünü şübhəli apardığı üçün onları 25-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkil təyin edilmiş və üzərinə şəxsi axtarış keçirilərkən yaşıl-göy rəngli gödəkcənin sağ yan cibindən, 01 ədəd salfetə bükülü halda içərisində 02 ədəd bükümdə bir ədədi heroin və bir ədəd metamfetamin olan narkotik vasitələri və özünə məxsus "Samsung” markalı mobil telefonu təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin PPXBnin əməkdaşları tərəfindən Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Şərifli küçələrinin kəsişməsində saxlanılaraq 25-ci PŞ-nə dəvət edilmiş, ilkin olaraq X4 hüquq və vəzifələri izah edilməklə müdafiə təyin edilərək şübhəli şəxs qismində tutulduqdan sonra X5 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. X7 təkliflə razılaşaraq üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə verdikdən sonra xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən X5 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. X7 təkliflə razılaşaraq üzərində heç bir qanunsuz əşya olmamasını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirildikdə X4 üzərindən heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə müdafiəçi təyin edilərək şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə verdikdən sonra xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan yaşıl-göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli salfeti təqdim edərək içərisini açmış, həmin salfetin içərisində 02 ədəd, şəffaf sellofana bükülü halda birinin içərisində tünd qəhvəyi və digərinin içərisində ağ rəngli maddəni təqdim edərək, həmin bükümdəkilərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, 70 manata «Neftçilər» metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 bildirmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə saat 03:20 radələrində 3 saylı patrul sektoru üzrə xidmət aparan zaman Nizami rayonu, R.Rüstəmov küçəsinin qaranlıq hissəsində 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb sonunculara yaxınlaşmış, həmin şəxslər onların verdikləri sualların qarşısında yayındırıcı cavablar verdiklərindən, X7 və Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmiş və həmin şəxsləri PŞ-nə təhvil verərək bu barədə raport tərtib etmişlər. Daha sonra xidməti əraziyə qayıdaraq xidməti davam etdirmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nizami RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid6 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, X7 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımamış, sonuncular ilə heç bir münasibəti olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Şərifli küçələrinin kəsişməsində saxlanılaraq 25-ci PŞ-nə gətirilmiş X7 və Təqsirləndirilən şəxs üzərlərinə keçirilmiş şəxsi axtarış və götürmədə iştirak etmişdir. İlk olaraq X4 hüquq və vəzifələri izah edilməklə müdafiəçi təyin edilərək şübhəli şəxs qismində tutulduqdan sonra X5 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. X7 təkliflə razılaşaraq üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə verdikdən sonra xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı Sadiq Həsənov tərəfindən X5 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. X7 təkliflə razılaşaraq üzərində heç bir qanunsuz əşya olmamasını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirildikdə X4 üzərindən heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə müdafiə təyin edilərək şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə verdikdən sonra xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı Sadiq Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan yaşıl-göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli salfeti təqdim edərək içərisini açmış, həmin salfetin içərisində 02 ədəd, şəffaf sellofana bükülü halda birinin içərisində tünd qəhvəyi və digərinin içərisində ağ rəngli maddəni təqdim edərək, həmin bükümdəkilərinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, 70 manata «Neftçilər» metrostansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını, özü və dostu Nəsirlə birlikdə istifadə etmək üçün alıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılmaqla protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Nizami RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, sonradan adlarını bildiyi X7 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımamış, sonuncular ilə heç bir münasibəti olmamışdır. 24 oktyabr 2022-ci il tarixdə saat 03:20 radələrində 3 saylı patrul sektoru üzrə xidmət aparan zaman Nizami rayonu, R.Rüstəmov küçəsinin qaranlıq hissəsində 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb sonunculara yaxınlaşmış, həmin şəxslər onların verdikləri sualların qarşısında yayındırıcı cavablar verdiklərindən, ərazidə baş verən oğurluq və digər cinayət hadisələri və həmçinin, həmin şəxslərin narkotik vasitə aludəçiliyində şübhəli bildiklərinə görə X7 və Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmiş və həmin şəxsləri PŞ-nə təhvil verərək bu barədə raport tərtib etmişlər. Daha sonra xidməti əraziyə qayıdaraq xidməti davam etdirmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 6/6184 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №165» dairəvi möhür əksləri olan, « Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 152 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR-sı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli verilmiş sorğuya cavaba əsasən müəyyən olunur ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş, xx.xx.2021-ci il tarixə cəzasının çəkilməmiş 01 il 01 ay hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixə Təqsirləndirilən şəxs cəzasını çəkməsinin nəzərə alınması qeyd edilmişdir. xx.xx.2022-ci i tarixdə isə azadlığın məhdudlaşdırılması cəzası üzrə idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 03:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 16:25-də şəxs barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixdə, saat 22:00 dəqiqədə tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 04 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 26 gün (on bir ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,969 qram narkotik vasitə heroin və 0,292 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-205/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-205/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver