Məhkəmə qərarları › İş №1(007)-206/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-206/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-206/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi ev 48, mənzil 8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, “xxxxxxxx” MMC-də anbardar işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi ev 48, mənzil 8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 22:55 radələrində ünvan 1 ünvanının qarşısında qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında orta dərəcəli sərxoşluq vəziyyətində həmin ünvanda yerləşən Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı X7 Birliyinin 187 saylı köşkündə satıcı işləyən Zərərçəkmiş şəxs spirtli içki satmamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib, nalayiq ifadələr işlədərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoyaraq Təqsirləndirilən şəxs1 çiyini ilə köşkün elan yerləşdirilməsi üçün nəzərdə tutulmuş lövhəsini vurmuş, həmin köşkün satıcısı Zərərçəkmiş şəxs bununla bağlı ona irad bildirdikdə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə ictimai yer sayılan həmin köşkün qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, nalayiq söyüşlərlə səs-küy salıb ətrafda olan şəxslərə narahatçılıq yaradaraq onların gözü önündə Zərərçəkmiş şəxs üzərinə hücum edib onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə çoxsaylı zərbələr endirib sonuncunu döyərək, ona ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi və sıyrığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən döş qəfəsinin qançırı, sağ qaşın sıyrığı kimi bədən xəsarətləri yetirərək və köşkün fəaliyyətini uzun müddət ərzində pozaraq xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 22:55 radələrində ünvan 1 ünvanının qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında orta dərəcəli sərxoşluq vəziyyətində həmin ünvanda yerləşən Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı X7 Birliyinin 187 saylı köşkündə satıcı işləyən Zərərçəkmiş şəxs spirtli içki satmamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib, nalayiq ifadələr işlədərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoyaraq Təqsirləndirilən şəxs1 çiyini ilə köşkün elan yerləşdirilməsi üçün nəzərdə tutulmuş lövhəsini vurmuş, həmin köşkün satıcısı Zərərçəkmiş şəxs bununla bağlı ona irad bildirdikdə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə ictimai yer sayılan həmin köşkün qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, nalayiq söyüşlərlə səs-küy salıb ətrafda olan şəxslərə narahatçılıq yaradaraq onların gözü önündə Zərərçəkmiş şəxs üzərinə hücum edib onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə çoxsaylı zərbələr endirib sonuncunu döyərək, ona ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi və sıyrığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən döş qəfəsinin qançırı, sağ qaşın sıyrığı kimi bədən xəsarətləri yetirərək və köşkün fəaliyyətini uzun müddət ərzində pozaraq xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində böyük qardaşı Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən adını və ünvanını xatırlamadığı kafeyə gedərək orada yemək yemiş və spirtli içki qəbul etmişlər. Koronovirus pandemiyasına görə kafedə demişlər ki, saat 22-dək işləyirlər. Ona görə saat 21:55 radələrində hesabı ödəyib kafedən çıxaraq təxminən bir saat ərzində piyada gəzdikdən sonra saat 22:55 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, bina 61 ünvanında yerləşən müxtəlif sular və siqaretlər satılan köşkə yaxınlaşmışlar ki, həmin köşkdən siqaret alsınlar. Köşkdən siqaret aldıqdan sonra soruşduqda satıcı onlara demişdir ki, köşkdə spirtli içki satılmır. Sonra onlar oradan getmək istəyərkən qardaşı Mahir köşkün elan yerləşdirilməsi üçün nəzərdə tutulmuş qarşısındakı lövhəsinin tininə çiyini ilə dəymişdir. Onlar oradan getməyə başladıqları vaxt köşkdə işləyən şəxs, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs köşkdən çıxaraq onlara tərəf gəlib yüksək səslə hər ikisinə qarşı nalayiq ifadələr işlətmiş və onlara iradını bildirmişdir. Onlar arxaya dönmüş və Məhəmmədə dorğu addımlayarkən necə oldusa o, ona cavab vermək üçün üstünə getmişlər, ona çatanda Məhəmməd fənd işlədib onu yerə yıxmışdır. Bundan sonra o, yerdən qalxmış, Mahirlə birlikdə ikisi də Məhəmmədin üstünə hücum edərək yumruq və təpiklərlə onu vurmağa başlamış, yerə yıxmış və orada da onu vurmağa davam etmişlər, bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirmişlər. Bu zaman Məhəmməd qalxıb onların əlindən çıxmaq istəsə də, bu alınmamışdır. Məhəmməd sağ qolu ilə özünü müdafiə edərək sifət nahiyyəsini bağlamış, onunla Mahirin zərbələri Məhəmmədin sağ dirsəyinə dəymişdir. Dalaşma nəticəsində yaranmış səs-küyə ətrafa tanımadıqları şəxslər yığılmışdır və onlardan kimsə yaxınlaşaraq Məhəmmədi onların əlindən almağa çalışmışdır. Lakin bu alınmamış və onları aralamaq istəyən şəxs özü onlardan kənara çəkilmişdir. Bu zaman onları Məhəmməddən ayırmaq istəyən şəxsə qarşı biz heç bir müqavimət göstərməmişlər, onu vurmamış və ya söyməmişlər, ona tərəf dönməyib Məhəmmədi vurmağa davam etmişlər. Təxminən bir neçə dəqiqə Məhəmmədi döydükdən sonra özləri ondan aralanmışlar ki, bəlkə polis gələr və tez oradan çıxıb getmişlər. Hadisə qəflətən baş vermişdir, onlar əvvəlcədən Məhəmmədi tanımamış, onu döyməyə hazırlaşmamışlar, sərxoş olduqları üçün bu dalaşma baş vermişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda qeyd etdiklərinin, əməlindən səmimi peşmançılıq çəkdiyinin, zərərçəkmiş şəxslə barışıq əldə etmələrinin nəzərə alınmasını, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində qardaşı Şakirlə birlikdə Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən adını və ünvanını xalırlmadığı kafeyə gedərək orada yemək yemiş, spirtli içki qəbul etmişlər. Koronovirus pandemiyasına görə kafedə saat 22-dək işlədikləri üçün saat 21:55 radələrində hesabı ödəyib kafedən çıxmışlar, təxminən bir saat piyada gəzdikdən sonra saat 22:55 radələrində Q.Qarayev prospekti, bina 61 ünvanında yerləşən müxtəlif sular və siqaretlər satılan köşkə yaxınlaşmışlar ki, siqaret alsınlar. Köşkdən siqaret aldıqdan sonra soruşduqda satıcı onlara demişdir ki, köşkdə spirtli içki satılmır. Onlar həmin yerdən getmək istəyərkən o, köşkün elan yerləşdirilməsi üçün nəzərdə tutulmuş qarşısındakı lövhəsinin tininə çiyini ilə dəymişdir. Bundan sonra oradan getmək istədikləri vaxt köşkdə işləyən şəxs, adı sonradan onlara məlum olan Zərərçəkmiş şəxs köşkdən çıxaraq onlara tərəf gəlib yüksək səslə hər ikisinə qarşı nalayiq ifadələr işlətmiş və onlara iradını bildirmişdir. Onlar arxaya dönmüş, Şakir Məhəmmədə dorğu addımlayarkən necə oldusa o, Məhəmmədə cavab vermək üçün üstünə getmiş, ona çatanda Məhəmməd fənd işlədib onu yerə yıxmışdır. Bundan sonra Şakir qalxmışdır, onlar birlikdə ikisi də Məhəmmədin üstünə hücum edərək yumruq və təpiklərlə onu vurmağa başlamış, yerə yıxmışlar və orada da onu vurmağa davam etmişlər, bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirmişlər. Bu zaman Məhəmməd qalxıb onların əlindən çıxmaq istəsə də, bu alınmamışdır. Məhəmməd sağ qolu ilə özünü müdafiə edərək sifət nahiyyəsini bağlamış, Şakirlə ikisinin zərbələri Məhəmmədin sağ dirsəyinə dəymişdir. Dalaşma nəticəsində yaranmış səs-kuya ətrafa tanımadıqları şəxslər yığılmışlar, onlardan kimsə yaxınlaşaraq Məhəmmədi onların əlindən almağa çalışmış, lakin bu alınmamış və onları aralamaq istəyən şəxs özü onlardan kənara çəkilmişdir. Onları Məhəmməddən ayırmaq istəyən şəxsə qarşı heç bir müqavimət göstərməmişlər, onu vurmamış, söyməmiş, ümumiyyətlə ona tərəf dönməmişlər, Məhəmmədi vurmağa davam etmişlər. Onlar təxminən bir neçə dəqiqə Məhəmmədi döydükdən sonra özləri ondan aralanmışlar ki, birdən polis gələr, tez oradan çıxıb getmişlər. Onlar əvvəlcədən Zərərçəkmiş şəxs tanımamışlar, onu döyməyə hazırlaşmamışlar, sərxoş olduqları üçün bu hadisə baş vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda qeyd etdiklərini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışmalarını, himayəsində iki azyaşlı uşağının olmasını, qardaşı Şakirin həbsdə olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı X7 Birliyinin ünvan 1 ünvanında yerləşən 187 nömrəli köşkündə gecə növbəsinin satıcısı işləyir. Həmin köşk günün 24 saatı ərzində işləyir, Q.Qarayev prospekti ilə Rüstəmov küçəsinin kəsişməsində, metropolitenin “Neftçilər” stansiyasına gedən tunelin girişində yerləşir. Köşkün yaxınlığında yalnız tunelin içində telefon aksesuarları satan digər köşk var, lakin koronovirusa görə gündüz vaxtları qısamüddətli işləyirlər. Ətrafda digər ticarət və iaşə obyektləri yoxdur. xx xxxx 2020-ci il tarixdə saat 22:55 radələrində satıcı kimi işlədiyi köşkə iki nəfər sərxoş vəziyyətdə tanımadığı şəxslər yaxınlaşaraq ondan siqaret almışlar, spirtli içki satmadığına görə onunla mübahisə edib, nalayiq ifadələr işlətdikdən sonra oradan uzaqlaşmaq istərkən köşkün elan yerləşdirilməsi üçün nəzərdə tutulmuş lövhəsini həmin şəxslərdən biri qəsdən, ona sataşmaq məqsədi ilə çiyini ilə vurmuşdur. Buna görə o, köşkdən çıxaraq löhvəni düzəltmək istəmiş və həmin şəxsə iradını bildirmişdir. Sonradan xuliqanlıq edən şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması ona məlum olmuşdur. Onlara iradını bildirən zaman həmin şəxslər söyüş söymüşlər. Təqsirləndirilən şəxs2 onun üstünə gəlmiş, ona zərbə vurmaq istədikdə o, özünü qoruma fəndini işlətmiş və Şakir sərxoş olduğu üçün yerə yıxılmışdır. Bu zaman həmin şəxslərin hər ikisi ətrafda olan insanlara məhəl qoymayıb ictimai qaydanı kobud surətdə pozaraq, onun ünvanına nalayiq ifadələr işlətməklə, üzərinə hücum edib bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı yumruq və təpik zərbələri yetirərək onu yerə yıxmışlar, qalxmaq istədikdə isə onu təkrar yerə yıxmışlar. Ətrafda olan şəxslərdən kim isə onu döyən şəxslərdən ayıraraq kənara çəkmək istəsə də, ona məhəl qoymamışlar, nalayıq söyüşlər işlədərək və səs-kuy qaldıraraq onu yerdə təpik və yumruqlarla vurmuşlar, onu əl və ayaqla döyərək bədən xəsarətləri yetirmişlər. Həmin şəxslərin hər ikisi təpik zərbələri ilə döş nahiyvəsindən vurmuşlar və sifət nahiyyəsindən vuranda o, sağ qolu ilə özünü müdafiə edərək sifət nahiyyəsini bağlamışdır ki, onların təpik zərbələri burnunu və üzünü əzməsin, lakin həmin şəxslər vurduqları zərbələri ilə onun sağ dirsək oynağını əzmişlər, o, bərk ağrılar hiss etmişdir. Hadisə zamanı köşkün qarşısında saxlanmış taksilərin sürücüləri və yoldan, metroya tərəf gedən çoxsaylı insanlar toplaşmışlar. Bir nəfər tanımadığı şəxs onu bu şəxslərin əlindən almaq istəsə də, buna nail ola bilməmişdir, ona məhəl qoymamışlar, lakin həmin şəxsə müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu pis vəziyyətə salandan sonra polisin gəlməsindən qorxaraq tez oradan çıxıb getmişlər. Xuliqanlıq nəticəsində ictimai qayda və köşkün fəaliyyəti pozulmuş, ona bədən xəsarətləri yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını, onlarla barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini göstərmiş, ərizəsinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə köməklik edilməsini, habelə Təqsirləndirilən şəxs2 həbslə bağlı olmayan cəza verilməsini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı X7 Birliyinin ünvan 1 ünvanında yerləşən 187 nömrəli köşkünü icarəyə götürüb işlədir. Həmin köşk günün 24 saatı ərzində işləyir. Nizami rayonu, Q.Qarayev prospekti ilə Rüstəmov küçəsinin kəsişməsində, metropolitenin “Neftçilər” stansiyasına gedən tunelin girişində yerləşir. Həmin köşkdə bir neçə aydır ki, Zərərçəkmiş şəxs gecə növbəsinin satıcısı işləyir, işini hər gün saat 20:00-da başlayır, səhər 08:00-da başa çatır. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Məhəmməd ona zəng edərək məlumat vermişdir ki, həmin gün saat 22:55 radələrində satıcı işlədiyi köşkə iki nələr sərxoş vəziyyətdə tanımadığı şəxslər yaxınlaşaraq ondan siqaret almışlar, sonra spirtli içki satmadığına görə onunla mübahisə edib, nalayiq ifadələr işlətdikdən sonra oradan uzaqlaşmaq istərkən köşkün elan yerləşdirilməsi üçün nəzərdə tutulmuş lövhəsini həmin şəxslərdən biri qəsdən, ona sataşmaq məqsədi ilə çiyini ilə vurmasına görə o, köşkdən çıxaraq löhvəni düzəltmək istəmiş və bu şəxsə irad bildirmişdir. Həmin şəxslər isə söyüş söymüşlər, onlardan Təqsirləndirilən şəxs2 onun üstünə gələrək ona zərbə vurmaq istədikdə o, özünü qoruma fəndi atmış və Şakir sərxoş olduğu üçün yerə yıxılmışdır. Bu zaman həmin şəxslərin hər ikisi ətrafda olan insanlara məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozaraq, onun ünvanına nalayiq ifadələr işlətməklə, üzərinə hücum edib bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı yumruq və təpik zərbələri yetirərək onu yerə yıxmışlar, o, qalxmaq istədikdə isə təkrar yerə yıxmışlar. Ətrafda olan şəxslərdən kim isə onları kənara çəkmək istəsə də, ona məhəl qoymamışlar, nalayıq söyüşlər işlədərək və səs-kuy qaldıraraq onu yerdə təpik və yumruqlarla vurmuşlar, əl və ayaqla döyərək bədən xəsarətləri yetirmişlər. Onların hər ikisi təpik zərbələri ilə onun döş nahiyyəsindən vurmuşlar və sifət nahiyyəsindən vuranda o, sağ qolu ilə özünü müdafiə edərək sifət nahivyəsini bağlamışdır ki, onların təpik zərbələri burun və üzünü əzməsin, lakin onlar zərbələrlə onun sağ dirsək oynağını əzmişlər və o, bərk ağrılar hiss etmişdir. Hadisə zamanı köşkün qarşısında saxlanmış taksilərin sürücüləri və yoldan metroya tərəf gedən çoxsaylı insanlar toplaşmışlar. Məhəmmədi pis vəziyyətə salandan sonra həmin şəxslər şahidlərin toplaşmasını və polisin çağırıldığını zənn edərək tez çıxıb hadisə yerindən getmişlər. Xuliqanlıq nəticəsində ictimai qayda və köşkün fəaliyyəti pozulmuş, Məhəmmədə bədən xəsarətləri yetirilmişdir. Bundan sonra Məhəmməd 25-ci PŞ-nə ərizə ilə şikayət etmişdir. O da hadisə yerinə gəlmişdir. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhəmməd xəsarət aldığı üçün köşkün fəaliyyəti səhərə kimi pozulmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocəvəldən görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanına baxış keçirilmiş, hadisə yerində videomüşahidə kamerası aşkar edilmişdir. (i.v. 8-9) -Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxx 2020-ci il tarixli 1/3395 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. (i.v. 13) -Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxx 2020-ci il tarixli 1/3394 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. (i.v. 15) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsi Nizami rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 443 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi və sıyrığı, döş qəfəsinin qançırı, sağ qaşın sıyrığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür, sağ dirsək oynağının hərəkət məhdudluğu ilə miişayiət olunan şişkinlik halında əzilinəsi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər (sıyrıqlar və qançır) hər biri ayrı ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 17-18) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 22:55 radələrində ünvan 1 ünvanının qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs necə döyüb ona bədən xəsarətləri yetirdiklərini əyani şəkildə yerində göstərib təsvir etmişdir. (i.v. 80-81) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 22:55 radələrində ünvan 1 ünvanının qarşısında qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs necə döyüb ona bədən xəsarətləri yetirdiklərini əyani şəkildə yerində göstərib təsvir etmişdir. (i.v. 82-83) -DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən aşkar edilmiş videomüşahidə kamerasının görüntülərinə Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 videogörüntüdə olan şəxslər özü və qardaşı Təqsirləndirilən şəxs1dur, onlar birlikdə Zərərçəkmiş şəxs döymüşlər. (i.v. 85) -DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən aşkar edilmiş videomüşahidə kamerasının görüntülərinə Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 videogörüntüdə olan şəxslər özü və qardaşı Təqsirləndirilən şəxs2dur, onlar birlikdə Zərərçəkmiş şəxs döymüşlər. (i.v. 150) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, xuliqanlıq cinayətini özündə əks etdirən videogörüntü yazılmış bir ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşya kimi maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v. 151-160) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-c maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən törədildikdə, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi xx xxxx 2020ci il tarixdə tutulmuşdur. (i.v. 32) -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi xx xxxx 2020ci il tarixdə tutulmuşdur. (i.v. 54) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 117-119) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (i.v. 126-128) -Qətimkan tədbiri seçmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİİ cild 185-186) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 133) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 134) -Bakı şəhəri 69 saylı MKİS-nin rəisi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 135) -Bakı şəhəri 69 saylı MKİS-nin rəisi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 136) -Bakı şəhəri 69 saylı MKİS-nin xx xxxx 2020-ci il tarixli arayışından, şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxxxx 2015-ci il və xx xxxxxxx 2017-ci il təvəllüdlü iki uşağı vardır. (i.v. 139, 141) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin onunla barışmasını, himayəsində iki azyaşlı uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, X1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, onun üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri, digər Təqsirləndirilən şəxs1 isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslər dəymiş maddi ziyanı ödəmiş və onlar barışıq əldə etmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd DVD disk saxlama mddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi1 ibtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda vəkil X5 ibtidai istintaqda Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Vəkil Müdafiəçi2 isə məhkəmədə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmişdir, onun təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar