Məhkəmə qərarları › İş №1(007)-207/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-207/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-207/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.3, 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxsn ünvan 2 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) xx.xx.2018-ci il tarixli 015/K nömrəli əmri ilə Satış departamentində satış təmsilçisi vəzifəsində işləyərkən, MMC ilə arasında bağlanmış xx.xx.2018-cü il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2018-ci ilin iyun ayının 05-dən 2018-cı ilin oktyabr ayının 28-nə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 87.415 manat 94 qəpik məbləğində, ona təhkim edilmiş ticarət nöqtələrindən 27.736 manat 13 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 84.965 manat 29 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 4.961 manat 22 qəpik dəyərində malları cəmiyyətin anbarına qaytarmış, 3.921 manat 33 qəpik dəyərindəki malları digər satış nöqtələrinə təhvil vermiş, 11.728 manat 95 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, ona təhkim edilmiş 1386 saylı mal anbarında öhdəsində olan 4094 manat 12 qəpik dəyərində mallardan 3.296 manat 86 qəpik dəyərində malları MMC-nin anbarına təhvil vermiş, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 10.372 manat 54 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli billmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, 22 yanvar 2018-ci il tarixdən ünvan 2 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsinə təyin olunmuş, onunla rəsmi qaydada əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirilən və özlərinin istehsal etdiyi qida məhsullarının ölkə ərazisində satışını həyata keçirmək olmuş, satış təmsilçisi kimi vəzifəsi özünün tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona təhkim olunan terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişləri MMC-nin anbarından qəbul edib ticarət obyektlərinə çatdırmaq, həmin ticarət obyektlərində məhsullar satıldıqca, pulları toplayıb MMC-nin xəzinəsinə ödəmək olmuşdur. Sifarişi ona təhkim edilmiş terminal vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin anbarına vermiş, bundan sonra həmin məhsulları gedib qaimələr əsasında MMC-nin Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Eninə küçəsi, ev 2 ünvanda fəaliyyət göstərən anbarından qəbul edib ona təhkim olunmuş ticarət obyektlərinə çatdırmış, ticarət obyektlərinə məhsulları təhvil verərkən tərəfindən hər hansı qeydiyyat aparılmamış, məhsulları təhvil verdikdən sonra satış pullarını mağazalardan toplayıb MMC-nin xəzinəsinə təhvil vermişdir. Zərərçəkmiş şəxs MMC-də keçirilmiş 06 sentyabr 2019-cu il tarixli audit yoxlaması zamanı MMC-də satış təmsilçisi vəzifəsində işləyərkən öhdəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrün mal dövriyyəsi üzrə 10.372 manat 54 qəpik məbləğində çatışmazlıq müəyyən edilmişdir. Həmin məhsulların satışından topladığı ümumilikdə 10.372 manat 54 qəpik məbləğində satış pullarını hissəhissə şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin dövrdə atasının insult xəstəsi olması ilə əlaqədar pulları hissə-hissə götürərək atasının müalicəsi ilə bağlı xərcləmiş, mühasibatlıq sənədlərində adının qarşısında olan bütün imzaları, habelə 08 iyun 2018-ci il tarixli **********031 saylı satış fakturasında "xxxx" qrafasında olan imzaları icra etmişdir. MMCnin rəhbərliyi tərəfindən öhdəsində çatışmazlığın olması əsası ilə işdən kənarlaşdırılmış, 10.372 manat 54 qəpik məbləğində satış pulunu götürüb atasının xəstəliyi ilə bağlı xərclədiyini MMC-nin rəhbərliyinə demişdir. Cinayət əməli nəticəsində MMC-yə dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Dəymiş ziyanı ödəməsinin və ziyan məbləğinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsinin nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə, cinayət işini hərtərəfli tam və obyektiv araşdırıb, cinayət prosesi tərəflərinin təkliflərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və ona qarşı cinayət təqibinə xitam verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, ibtidai istintaqda vəkilin göstərdiyi hüquqi yardıma görə 15 saat, məhkəmə istintaqı zamanı 68 saat, cəmi 83 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 498 manat (83x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 83 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 498 (dörd yüz doxsan səkkiz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar