Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-208/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs, 27 avqust 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 17 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı ünvan 3 ünvanında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı olmadan qeyd edilən mənzilin satılması ilə bağlı internet saytlarında elan yerləşdirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan baş beyin silkələnməsi, sağ bazunun ön-iç səthinin qançırı, sağ saidin ön səthinin, sol çiyin qurşağının ön səthinin və sol diz nahiyəsinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Bu nikahdan bir övladları dünyaya gəlmişdir. 2020-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Boşanana qədər ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında və ünvan 4amışlar. Boşandıqdan sonra Nuranə, övladı ilə birlikdə Türkan qəsəbəsində yerləşən evdə, o isə Nizami rayonu, K.Balakişiyev küçəsindəki mənzildə yaşamışdır. Bir müddət keçdikdən sonra o, yaşadığı mənzili satmaq qərarına gəlmiş və bu barədə internetdə olan saytlarda elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı mənzildə olarkən qapının döyüldüyünü eşitmiş, qapını açdıqda keçmiş həyat yoldaşı Nuranəni görmüşdür. Nuranə xəbəri olmadan mənzili satmaq istədiyinə görə ona irad bildirmişdir. O, mənzilin onun adına olduğunu, istədiyi vaxt həmin mənzili satacağını bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nuranə əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. O, özünü müdafiə etmək üçün əli ilə Nuranəni kənara itələyib mənzildən çıxarmışdır. Bu zaman Nuranə baş, qol və ayaq nahiyələrindən yüngül dərəcəli xəsarətlər almışdır. Nuranə mənzili tərk edib getdikdən sonra o, hadisə ilə bağlı DİN-in «102» mərkəzi zəng xidmətinə, sonradan isə Nizami RPİnin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı o, tibbi ekspertizadan keçmişdir. Sonradan Nuranənin də onun barəsində şikayət etdiyini öyrənmişdir. Bundan başqa, qeyd etdiyi hadisə zamanı onun tərəfindən Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət yetirilmişdir. Hadisə mənzilin içərisində baş vermiş, mənzildə onunla Nuranədən başqa heç kim olmamışdır. O, əsəbiləşdiyi üçün Nuranə ilə dava etmişdir. Lakin sonradan onlar barışmışlar. Hadisə zamanı o, dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və vurulmuş zərəri tamamilə ödədiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına (habelə istifadəsində olan mobil nömrəsinə elektron qaydada smsbildiriş göndərilməsinə) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Zərərçəkmiş şəxs, 11 aprel 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, buna görə də sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və göstərdiklərinin məhkəmə baxışı zamanı nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2016-cı ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Bu nikahdan bir övladları dünyaya gəlmişdir. 2020-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Boşanana qədər ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında və ünvan 4amışlar. Boşandıqdan sonra o, Türkan qəsəbəsində yerləşən evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən həmin bağ evinin təxmini qiymətini müəyyənləşdirmək, sonradan isə satışa çıxarmaq məqsədilə internetdə olan saytlara baxan zaman yaşadıqları ünvan 5 ünvanının satışa çıxarılması barədə elan görmüşdür. Məsələyə aydınlıq gətirmək üçün evi tərk edib idarə etdiyi avtomobillə Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən mənzilə gəlmişdir. Mənzilin qapısını döydükdə keçmiş həyat yoldaşı Tuncay qapını açmışdır. O, Tuncaya onun xəbəri olmadan mənzili satmaq istədiyinə görə irad bildirmişdir. Tuncay isə yaxşı etdiyini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tuncay əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüşdür. O, yerə yıxıldıqdan sonra Tuncay saçından tutaraq onu sürüyüb ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Bundan sonra o, mənzili tərk etmiş və hadisə ilə bağlı DİN-in «102» mərkəzi zəng xidmətinə, sonradan isə Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı o, tibbi ekspertizadan keçmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyi hadisə zamanı onun tərəfindən Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilməmişdir. Hadisə mənzilin içərisində baş vermişdir. Mənzildə onunla Tuncaydan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs müraciətlərində və izahatında qeyd etdikləri yalandır. O, Tuncaya dırnağı ilə heç bir xəsarət yetirməmiş və Tuncayı öldürəcəyi ilə hədələməmişdir. Tuncay onu döyən zaman o, özünü müdafiə etmək üçün əli ilə Tuncayı kənara itələməyə cəhd göstərmişdir. Ola bilsin ki, həmin zaman dırnağı Tuncayın bədənini cızmışdır. İş materiallarında olan baxış haqqında 17 noyabr 2022-ci il tarixli və 19 noyabr 2022-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzildir. Həmin yerdə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona xəsarət yetirdiyi yerləri əyani qaydada yerində göstərmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 1070 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazunun ön-iç səthinin, sol dirsəyin, sağ bzunun ön-iç səthinin qançırları və sol bazunun ön səthinin qansızması, sağ əlin İİİ, İV barmaqlarının dırnaq falanqalarının sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17 noyabr 2022-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığın zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, o cümlədən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində alınmaları inkar olunmur, lakin həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 1074 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan baş beyin silkələnməsi, sağ bazunun ön-iç səthinin qançırı, sağ saidin ön səthinin, sol çiyin qurşağının ön səthinin və sol diz nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilərdi, lakin bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmiş Təqsirləndirilən şəxs, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən və CM-nin 72-ci maddəsinə əsasən həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada şəxsin yalnız bir dəfə məsuliyyətdən azad edilməsi nəzərdə tutulduğundan, hazırkı cinayət əməlinə münasibətdə təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə icraatı zamanı Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə də məhkəmə hesab edir ki, CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 138 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-208/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-208/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver