Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-208/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X1, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 258 nömrəli uşaq bağçasında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 21:25 radələrində Bakı şəhəri, Rüstəm Rüstəmov küçəsi ilə B.Çobanzadə küçəsi istiqamətində idarə etdiyi “VAZ 21154” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni onun hərəkəti üçün təhlükənin yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun bu tələblərini pozaraq, həmin vaxt ünvan 1 ünvanının qarşısında piyada yolu soldan sağa keçən hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncu ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş-beyin toxumasının hər iki alın və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızması ilə müşayiət olunan, alın sümüyünün kəllə əsasına keçən sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş qapalı sınıqları, alnın sağ yarısının, sağ gicgah sümüyü proyeksiyasının, sağ almacıq sümüyü proyeksiyasının, burun belinin sol yarısının, sol almacıq sümüyü proyeksiyasının, hər iki diz oynağının ön səthlərinin, sol aşağı ətraf İ ayaq daraq sümüyünün bayır səthinin, sağ baldırın ön səthinin sıyrıqlarından ibarət xəsarətlər almış, həmin xəsarətlərdən baş-beyin toxumasının hər iki alın və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızması ilə müşayiət olunan, alın sümüyünün kəllə əsasına keçən sınığı Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə özünə məxsus “VAZ 21154” markalı avtomobilini idarə edərək “Nazlı saray” restoranının yanında yaşayan iş yoldaşı Qorxmazı götürmüş və üzü şəhər istiqamətində hərəkətə başlamışdır. Saat təxminən 21:25 radələrində Rüstəm Rüstəmov küçəsi ilə üzü Çobanzadə küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman yolun solundan sağına keçən bir nəfər kişi görmüşdir. Həmin şəxs onu görüb yolda bir anlıq dayansa da avtomobilində əyləci sıxaraq avtomobili sağa çəkmək istəmiş, lakin məsafə az olduğundan avtomobili saxlaya bilməmiş və həmin şəxsi vurmuşdur. Həmin şəxs zərbənin təsirindən avtomobilin ön alın şüşəsinə dəyərək yerə yıxılmış və başı asfalt örtüyünün üzərinə dəymişdir. O, avtomobili dayandırıb, həmin şəxsə yaxınlaşan zaman, onun başının qan içində olduğunu görüb təcili yardım xidmətinə zəng edərək həkim briqadasını və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək polis əməkdaşlarını hadisə yerinə çağırmışdır. Təxminən 10 dəqiqə sonra hadisə yerinə həkim briqadası və polis əməkdaşları gəlmiş, həkimlər həmin şəxsə yaxınlaşdıqda həmin şəxsin dünyasını dəyişdiyini bildirmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Məhkəmədən bütün qeyd edilən halları nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində X2 bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. 08 avqust 2023-cü il tarixdə qardaşı Razinin oğlu Turan ona zəng edərək, yaşadıqları binanın qarşısında baş vermiş yolnəqliyyat hadisəsi zamanı qardaşı Razinin dünyasını dəyişdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Yusif oğlu qardaşının yas mərasimlərində iştirak etmiş, onlara dəymiş ziyanı tam olaraq ödəmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Yusif oğluna qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə bu barədə notariat qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə saat təxminən 22 radələrində onunla bibisi Ceyhunə yaşadığı mənzilin yaxınlığında ərzaq dükanına getmişlər. Bu zaman bibisi Ceyhunə çörək almaq üçün dükana daxil olmuş, o isə bayırda yol kənarında gözləmişdir. Həmin vaxt qara rəngli avtomobil yolu park tərəfdən yaşayış binalarına tərəf keçən şəxsi vurmuşdur. Daha sonra piyadanı vurmuş avtomobilin sürücüsü avtomobili dayandırmış və həmin avtomobildən iki nəfər düşərək yerdə uzanmış şəxsə yaxınlaşmış və mobil telefonlarını çıxararaq kiməsə zəng etmişlər. Bundan sonra küçədən keçən avtomobillərin sürücüləri, parkda olan tanımadığı şəxslər ora yaxınlaşmış, təxminən 10 dəqiqə sonra ora həkim və polis əməkdaşları gəlmişlər, həkimlər piyadanın dünyasını dəyişdiyini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/26415 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində və X2 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 meyitin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 166 saylı rəyin nəticə hissəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs baş beyin toxumasının hər iki alın və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızması ilə müşayiət olunan, alın sümüyünün kəllə əsasına keçən sınığı; sağ baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş qapalı sınıqları; alnın sağ yarısının, sağ gicgah sümüyü proyeksiyasının, sağ almacıq sümüyü proyeksiyasının, burun belinin sol yarısının, sol almacıq sümüyü proyeksiyasının, hər iki diz oynağının ön səthlərinin, sol aşağı ətraf İ ayaq daraq sümüyünün bayır səthinin, sağ baldırın ön səthinin sıyrıqları - həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs baş beyin toxumasının hər iki alın və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızması ilə müşayiət olunan, alın sümüyünün kəllə əsasına keçən sınığı olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 12-14 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Nizami RPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-52/2-38798/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına BA 052534 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum olunması barədə məlumat Mərkəzi İnformasiya sistemində qeydə alınmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 maddi sübutların ekspertizasına dair 509/2023 MTKŞ saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin üzərində olan xəsarətlər - baş beyin toxumasının hər iki alın və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızması ilə müşayiət olunan, alın sümüyünün kəllə əsasına keçən sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş qapalı sınıqları; alnın sağ yarısının, sağ gicgah sümüyü proyeksiyasının, sağ almacıq sümüyü proyeksiyasının, burun belinin sol yarısının, sol almacıq sümüyü proyeksiyasının, hər iki diz oynağının ön səthlərinin, sol aşağı ətraf İ ayaq daraq sümüyünün bayır səthinin, sağ baldırın ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlərin müxtəlif şəraitdə, həmçinin “VAZ 21015” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yaranması istisna olunmur. “VAZ 21015” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabarıq hissələrinin deformasiyası hər hansı bir maneəyə dəymə nəticəsində, həmçinin Zərərçəkmiş şəxs dəyməsi nəticəsində yaranması istisna olunmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3056-6/5368-3/1648-6/5377-6/5378 saylı rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “VAZ-21015” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr piyadanın vurulması nəticəsində yaranmağa xarakterikdir. Tədqiqata təqdim edilmiş, “VAZ-21015” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Geyim əşyalarının tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, “VAZ 21015” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri yoxdur. Geyim əşyalarının səthi üzərində hər hansı boya mikrohissəcikləri aşkar edilmədiyindən təqdim olunmuş “VAZ 21015” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürüldüyü qeyd edilən lak-boya nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından - bir təbəqəli qara rəngli lak-boyaya aid olmayan sürtünmə izləri formasına, quruluşuna və tərkibinə görə rezin əsaslı polimer materiallarına məxsus sürtünmə izinin mikrohissəcikləri olduğunu göstərir. Həmin sürtünmə izləri cuzi miqdarda iz şəklində olduğundan təqdim olunmuş “VAZ 21015” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarici detallarının polimer hissələri ilə müqayisə tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş geyim paltarlarının üzərində neft məhsulları və sürtkü materiallarına məxsus izlər müəyyən edilmədi. Paltarların üzərində neft məhsulları və sürtkü materiallarına məxsus izlər müəyyən olunmadığından tənzifə hopdurulmuş sürtkü materialı ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izi aşkar edilmədi. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3410 saylı rəyinin nəticə hissəsindən görünür ki, “VAZ-21154” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş Zərərçəkmiş şəxs məxsus paltarlar və sürtkü materialı hopdurulmuş tənzif iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Nizami RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “VAZ 21154” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və zərurət aradan qalxdığından, sahibinə qaytarılması nəzərə alınmışdır. - X1 Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. - xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayətinin və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 505 (beş yüz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “VAZ 21154” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmış hesab edilməli, Bakı şəhəri Nizami RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarlar və sürtkü materialı hopdurulmuş tənzif hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 44 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 264 ( iki yüz altmış dörd) manat (44x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarlar və sürtkü materialı hopdurulmuş tənzif hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut olan “VAZ 21154” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 505 (beş yüz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 44 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 264 (iki yüz altmış dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-208/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-208/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver