Məhkəmə qərarları › İş №1(007)-208/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-208/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-208/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 06 fevral 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 23-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1 (101 )-538/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin Müalicə müəssisəsində "Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya sayılan - daxilində GSM danışıq kartı olmayan bir ədəd “Soyes” markalı, “S23 Pro” modelli, “**********13630- **********1- 3648” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və həmin mobil telefon vasitəsi ilə tanışları Şahid5 istifadəsində olan ***-***-**-** saylı, Şahid6 istifadəsində olan ***-***-**-** saylı və Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 10 iyun 2024-cü il tarixdə saat 10:30 radələrində müəssisəsinin əməkdaşları tərəfindən saxlanıldığı Təcrid palatasının 1 saylı kamerasında üzərinə, şəxsi əşyalarına və yataq yerinə axtarış-baxış tədbirləri keçirilən zaman, yataq yerinin altında saxladığı qara rəngli idman çantasının içərisində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin daxilində danışıq kartı olmayan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanıldığı kameradan aşkar edilərək götürülmüş daxilində danışıq kartı olmayan bir ədəd mobil telefon aparatının özünə məxsus olmuş, həmin mobil telefon aparatını daxilində danışıq kartı ilə birlikdə 2024-cü ilin may ayının təxminən 18-də cəza çəkdiyi müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş ümumi ayaqyolunda olan sanuzelin arxa tərəfindən sellefon torbaya bükülmüş vəziyyətdə taparaq öz istifadəsi üçün yataq yerinin altında saxladığı idman çantasının içərisindəki idman şalvarının sağ yan cibində gizlətmiş, həmin mobil telefon aparatından daxilində olan danışıq kartı vasitəsi ilə bir neçə dəfə istifadə edərək tanışları Xəlfəli, Vahab və Natiqlə əlaqə saxlayıb danışmış, mobil telefon aparatı aşkar olunmamışdan bir-iki gün əvvəl daxilində olan danışıq kartının yararsız hala düşdyü üçün qıraraq saxlanıldığı kamerada olan sanitar qovşağa atmışdır. 10 iyun 2024-cü il tarixdə, saat 10:30 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən saxlanıldığı Təcrid palatasının 1 saylı kamerasında üzərinə, şəxsi əşyalarına və yataq yerinə axtarış-baxış tədbirləri keçirilən zaman, əvvəlcədən gizlətdiyi daxilində danışıq kartı olmayan bir ədəd “Soyes” markalı mobil telefon aparatının aşkar olunaraq götürülmüşdür. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində xidmət edən, ədliyyə mayoru Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən 10 iyun 2024-cü il tarixdə, saat 10:30 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin Təcrid palatasının 1 saylı kamerasında məhkum Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə axtarış-baxış tədbirləri keçirilən zaman, yataq yerinin altında saxladığı qara rəngli idman çantasının içərisində olan qara rəngli idman şalvarının sağ yan cibindən gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya sayılan - daxilində GSM danışıq kartı olmayan bir ədəd “Soyes” markalı, “S23 Pro” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüş, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin, Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə protokol tərtib edilərək daxilində danışıq kartı olmayan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqləmişlər. Suallara cavab olaraq bildirdi ki, aşkar olunmuş mobil telefon işlək vəziyyətdə olmuş, ancaq üzərində danışıq kartı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində xidmət edən, ədliyyə kapitanı Şahid4 məhkəməyə və ifadəsi elan edilmiş şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinin digər əməkdaşları Şahid1 və Şahid3 oğlu ibtidai istintaqa Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahidlər Şahid5 və Şahid6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində Penitensiar Xidmətin Müalicə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq onunla əlaqə saxlayaraq danışdığını göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində Penitensiar Xidmətin Müalicə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq onunla əlaqə saxlayaraq danışdığını göstərmişdir, Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində Penitensiar Xidmətin Müalicə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq onunla əlaqə saxlayaraq danışdığını göstərmişdir, İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Vüqar Qasımovun, RNK-si ədliyyə mayoru Ramiz Quliyevin, Əməliyyat Şöbəsinin inspektoru, ədliyyə baş leytenantı Rəşad Məhərrəmovun, Rejim-nəzarət Şöbəsinin baş nəzarətçisi, ədliyyə giziri Mehdi Qurbanovun, hal şahidləri məhkum X1 və X2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat təxminən 12:30 radələrində məhkum Təqsirləndirilən şəxs stasionar müalicə aldığı müəssisənin Tibb-sanitar hissəsinin 3 saylı palatasında axtarış-baxış tədbiri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs üzərində gödəkçəsinin sağ yan cibindən daxilində “Nar” danışıq kartı olan 01 (bir) ədəd işlək vəziyyətdə mobil telefon aparatı və Tibbsanitar hissəsinin sanitar qovşağında xüsusi saxlanc yerindən daxilində danışıq kartı olmayan 01 (bir) ədəd işlək vəziyyətdə sahibsiz “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüş, hal şahidlərinin və digər proses iştirakçılarının iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş, hamı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/737 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android 8.1” əməliyyat sistemi ilə təhciz olunmuş "Soyes” markalı, "S23 Pro” modelli, “**********13630-**********13648" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X4 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Qarnizonu Hərbi Tribunalının 20 may 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241 M“V” bəndi ilə təqirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin 01 fevral 2001-ci il tarixli Amnistiya Qərarının 5-ci maddəsinə əsasən cəzadən azad edilmiş, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 08 aprel 2003-cü il tarixli nökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3- cü və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-538/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2025-ci il tarixə 05 il 03 ay müddətinə çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-538/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib təyin olunmuş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-538/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “Soyes” markalı, *'823 Pro” modelli, “**********13630-**********13648” imei kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-538/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 05 il 05 ay (beş il beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-538/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi – 53,65 manat (əlli üç manat 65 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Soyes” markalı, “823 Pro” modelli, “**********13630-**********13648” imei kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 212 (iki yüz on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar