Məhkəmə qərarları › İş №1(007)-209/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-209/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-209/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, ƏN-nin PX-nin 3 saylı İT-də cəza çəkən, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanda hərəkətdə olan 15 saylı marşurut avtobusun salonunda olarkən sərnişinlərin sıxlığından istifadə edib sərnişin Zərərçəkmiş şəxs1 əynində olan şalvarının arxa cibindən sonuncuya məxsus üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat dəyərində danışıq konturu olan 400 manat dəyərində “Xiaomi Redmi” markalı “8” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilkdə 420 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanda yerləşən avtobus dayanacağında 66 saylı marşurut avtobusuna daxil olan sərnişin Zərərçəkmiş şəxs2 ciyin nahiyəsindən bilərəkdən əli ilə itələyib sonuncunun diqqətinin yayınmasından istifadə edərək Zərərçəkmiş şəxs2 əynindəki gödəkçənin cibindən üzərində hər biri 10 manat dəyərində ***-***-**-** və ***-***- **-** mobil nömrələr və hər birində 5 manat dəyərində danışıq konturları olan 150 manat dəyərində ”Samsung-J4” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilkdə 180 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 noyabr 2020-ci il il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 26 ünvanda hərəkətdə olan 62 saylı marşurut avtobusun salonunda olarkən sərnişinlərin sıxlığından istifadə edib sərnişin Zərərçəkmiş şəxs3 çiynindən asdığı əl çantanın qapağının açıq olmasından istifadə edərək içərisində 172 manat və həmin dövrün rəsmi məzənnəsi ilə 171,7 manata bərabər 101 ABŞ dollar nağd pul vəsaitini, Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsini və üzərində 10 manat dəyərində ***-***- **-** mobil nömrə olan 1350 manat dəyərində “Samsung Note 10” mobil telefon olan 5 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilkdə 1708,7 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 dekabr 2020-ci il il tarixdə saat 19:57 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanda hərəkətdə olan 62 saylı marşurut avtobusun salonunda olarkən sərnişinlərin sıxlığından istifadə edib ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs4 əynində olan paltonun cibindən üzərində 10 manat dəyərində ***-***- **-** mobil nömrə və 10 manat danışıq konturu olan 430 manat dəyərində “Huawei” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilkdə 450 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 dekabr 2020-ci il il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65C ünvanda yerləşən “Maqnit” mağazasının qarşısındakı avtobus dayanacağında M1 saylı marşurut avtobusuna daxil olan sərnişinlərin sıxlığından istifadə edərək sərnişin Zərərçəkmiş şəxs5 çiynindən asdığı əl çantanın qapağının açıq olmasından istifadə edərək içərisindən 670 manat nağd pul və hər biri 10 manat dəyərində “Ekspres” və “Xalq” banka aid elektron kartlar olan 120 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilkdə 810 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 dekabr 2020-ci il il tarixdə saat 18:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanda hərəkətdə olan 62 saylı marşurut avtobusun salonunda olarkən sərnişinlərin sıxlığından istifadə edib ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs7 əynində olan gödəkçənin cibindən üzərində 50 manat dəyərində ***- ***-**-** mobil nömrə və 10 manat danışıq konturu olan 340 manat dəyərində “Samsung A01” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 400 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 fevral 2021-ci il il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 11 ünvanda hərəkətdə olan 81 saylı marşurut avtobusun salonunda olarkən sərnişinlərin sıxlığından istifadə edib ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs6 çiynindən asdığı əl çantasının zəncirbəndini açıb içərisindən hər biri 500 manat dəyərində qızıldan 01 ədəd kişi və 01 ədəd qadın nişan üzükləri, hər biri 100 manat dəyərində 02 ədəd qızıldan üzük, 500 manat dəyərində 01 ədəd qızıldan boyunbağı və 300 manat dəyərində 01 ədəd qızıldan klon olan pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 2000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 mart 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65C ünvanda hərəkətdə olan 81 saylı marşurut avtobusu salonunda olarkən sərnişinlərin sıxlığından istifadə edib ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs8 çiynindən asdığı əl çantanın qapağının açıq olmasından istifadə edərək içərisində 496 manat nağd pul, Zərərçəkmiş şəxs8 məxsus şəxsiyyət vəsiqəsi və 200 manat dəyərində 01 ədəd qızıldan bilərzik olan 30 manat dəyərində “Polo” firmasının istehsalı olan pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 726 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 may 2021-ci il il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanda yerləşən avtobus dayanacağına yaxınlaşan 113 saylı marşurut avtobusun salonunda olarkən avtobusun qabaq qapısının yanında dayanıb avtobusdan düşən sərnişin Zərərçəkmiş şəxs9 əynindəki gödəkçənin cibindən üzərində hər biri 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr və hər birində 5 manat danışıq konturu olan 500 manat dəyərində “Samsung J5” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilkdə 530 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 iyul 2021-ci il il tarixdə saat 22:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanda yerləşən avtobus dayanacağında 113 saylı marşurut avtobusa minmək istəyən sərnişinlərin sıxlığından istifadə edərək sərnişin Zərərçəkmiş şəxs10 Arif qızının ciynindən asdığı əl çantanın zəncirbəndinin açıq olmasından istifadə edərək içərisindən üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat dəyərində danışıq konturu, 20 manat dəyərində qoruyucusu olan 640 manat dəyərində “Samsung A51” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilkdə 680 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Əvvəllər dəfələrlə Azərbaycan Respublkası CM-nin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşamış və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra tikinti şirkətlərinin birində fəhlə kimi çalışmışdır. Məlum pandemiya ilə bağlı işlədiyi tikintidə işlər dayandığı üçün işsiz qalmış, maddi ehtyacını ödəmək üçün yenidən oğurluqla məşğul olmaq qərarına gəlmiş və xx.xx.2020-ci tarixdə saat 14 radələrində 8-ci kilometr bazarı yaxınlığndakı avtobus dayanacağında, 15 saylı marşurut avtobusuna 40-45 yaşında olan orta boylu bir qadın minmiş və qadının mobil telefonu sonuncunun əynindəki şalvarın arxa cibində olmuşdur. Həmin avtobusa minmiş, avtobus metronun “Q.Qarayev” stansiyası yaxınlığındakı dayanacaqda saxlayarkən sərnişinlərin sıxlığından istifadə edib həmin qadının arxa cibindən telefonu gizlin oğurlayaraq tələsik avtobusdan düşmüşdür. Telefon “Xiomi Redmi- 8” markalı telefon olmuş, telefonun nömrə kartını çıxarıb atmış və satmaq məqsədilə metronun ”Neftçilər” stansiyası yaxınlığında olan bir neçə dükana təklif etmişdir. Sənədi olmadığı üçün kimsə telefonu ondan almamışdır. Həmin telefonu bir müddət sata bilməmiş, 5-6 gün sonra axşam saatlarında Sabunçu rayonu Ləhic bağları deyilən yerdə avtobusla gedən zaman avtobusa iki polis nəfəri daxil olub pandemiya qaydalarını yoxlayan zaman polislərin ondan şübhələnəcəklərindən ehtiyat edib telefonu avtobusun pəncərəsindən yol kənarına tullamışdır. Növbəti gün oradan keçən zaman telefonu axtarmış, lakin tapa bilməmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən “Waikiki” mağazası qarşısındakı avtobus dayanacağında 66 saylı marşurut avtobusuna sərnişinlər minən zaman sıxlıqdan istifadə edərək, sərnişinlərdən bir qızın əynindəki gödəkçənin cibində mobil telefon görmüş, sonuncunun diqqətini yayındırmaq üçün ciynindən yüngül itələmiş, sonra isə telefonu gizlin oğurlamışdır. Telefon ”Samsung J4” markalı olmuş və telefona zənglər gəldiyi üçün nömrə kartını çıxarıb tullamış, növbəti gün “20 Yanvar” dairəsinə gedib mağazaların birində kodunu dəyişdirmiş, bir neçə gün sonra isə həmin telefonu 8-ci kilometr bazarında üzdən tanıdığı taksi sürücüsünə təklif edib telefonun həyat yoldaşına məxsus olduğunu, yenisini aldığı üçün satdığını deyib 100 manata satmışdır. 2020-ci ilin noyabr ayının sonlarında günün birində təxminən saat 16 radələrində metronun “Q.Qarayev” stansiyası yaxınlığında, keçmiş “Ustop” mağazasına yaxın yerləşən avtobus dayanacağında, 62 saylı marşrut avtobusuna minmiş və avtobusda ayaq üstündə dayanan bir qadının çiynindən əl çantası olduğunu görmüş və həmin qadına arxa tərəfdən yaxınlaşıb sərnişinlərin sıxlığından istifadə edərək sonuncunun çantasının qapağını ehtiyatla açaraq oradan bir telefon və mavi rəngli pul kisəsini gizlin oğurlamışdır. Telefon “Samsung Not” markalı olmuş, pul kisəsində isə təxminən 150 manat və 100 ABŞ dollar pul və şəxsiyyət vəsiqəsi olmuşdur. Pul kisəsini içərisindəki şəxsiyyət vəsiqəsi ilə bir yerdə xatırlamadığı yerə tullamış, telefona zənglər gəldiyi üçün üzərindəki nömrə kartı çıxarıb tullamış və “20 Yanvar” dairəsinə gedib mağazaların birində kodunu dəyişdirmiş və bir neçə gün sonra Sabunçu bazarında üzdən tanıdığı taksi sürücüsünə yalan olaraq həmin telefonun özünə məxsus olduğunu, yenisini aldığı üçün satmaq istədıyini bildirib 80 manata satmışdır. 100 ABŞ dolları isə metronun “Neftçilər” stansiyası yaxınlığında üzdən tanıdığı bir nəfərə verib manatla dəyişmişdir. Həmin şəxs metronun “Neftçilər” stansiyası yaxınlığında parkovşik işləmişdir. 2020-c ilin dekabr ayının 1-də axşam saatlarında “Sevinc” şadlıq sarayının qarşısındakı avtobus dayanacağında olan zaman orada dayanmış çox sayda sərnişinlərin avtobus gözlədiklərini görmüş, az sonra 62 saylı marşrut avtobusu yaxınlaşmış, oğurluq etmək məqsədilə həmin avtobusa minmiş və salonda ayaq üstündə dayanmış 50-55 yaşında bir kişi mobil telefonla danışıb telefonu əynindəki paltonun cibinə qoyduqdan sonra sərnişinlərin sıxlığından istifadə edib həmin şəxsə yaxın dayanmış və ehtiyatla sonuncunun paltosunun cibindən telefonu gizlin oğurlamışdır. Həmin telefon “Huavey” markalı olmuş, telefona zənglər gəldiyi üçün üzərindəki nömrə kartını çıxarıb tullamış və növbəti gün “20 Yanvar” dairəsinə gedib mağazaların birində kodunu dəyişdirmişdir. Bir neçə gün sonra 8-ci kilometr bazarı yaxınlığında “Bolt” taksi şirkətinə aid taksi sürücüsünə yalan olaraq həmin telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədıyimi bildirib 80 manata satmışdır. 2020-ci ilin dekabr ayının 10-da saat 17-18 radələrində metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən “Maqnit” mağazasının qarşısında avtobus dayanacağında 35-40 yaşında bir qadın əlində ərzaq torbası, çiynindən əl çantası ilə avtobus gözləmiş, dayanacaqda sıxlıq olmasından istifadə edib həmin qadının əl çantasını açaraq oğurluq etmək qrarına gəlmişdir. Dayanacağa M1 saylı marşrut avtobusu yaxınlaşmış, həmin qadın başqa sərnişinlərlə bərabər avtobusa qalxan zaman sonuncunun çiynindən yüngül itələyib diqqətini yayındıraraq əl çantasının qapağını açıb oradan qırmızı rəngli pul kisəsini gizlin oğurlamışdır. Avtobusa qalxmayaraq qeri qayıtmış və kənar bir yerdə oğurladığı pul kisəsini açıb baxan zaman orada 700 manata yaxın nağd pulun və iki ədəd bank kartının olduğunu görmüşdür. Pulu götürüb pul kisəsini içərisində bank kartları ilə bir yerdə xatırlamadığı yerə tullamışdır. Oğurladığı pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 2020-ci ilin dekabr ayının sonunda axşam saatlarında metronun “Q.Qarayev” stansiyası yaxınlığında avtobus dayanacağında 50-60 yaşlarında bir qadın hər iki əlində ərzaqla dolu torbalarla 62 saylı marşrut avtobusuna daxil olmuşdur. Avtobusda sərnişin çox olduğu üçün həmin qadın ayaq üstündə dayanmışdır. Qadın mobil telefonla danışmış və sonra telefonu əynindəki gödəkçənin cibinə qoyub cibinin zəncirbəndini bağlamışdır. Həmin qadına arxa tərəfdən yaxınlaşıb sıxlıqdan istifadə edərək ehtiyatla sonuncunun cibinin zəncirbəndini açaraq mobil telefonu oğurlamışdır. Növbəti dayanacaqda avtobusdan düşmüş uzaqlaşıb kənar yerdə həmin mobil telefonun “Samsung A01” markalı olduğunu görmüşdür. Telefona zənglər gəldiyi üçün üzərindəki nömrə kartını çıxarıb tullamış və növbəti gün “20 Yanvar” dairəsinə gedib mağazaların birində kodunu dəyişdirmişdir. Həmin telefonu bazarda fəhləlik edən zaman onunla bir yerdə işləyən Rövşən adlı fəhləyə 80 manata satmışdır. Telefonu Rövşənə satan zaman, həyat yoldaşının olduğunu və maddi ehtiyacla əlaqədar satdığını demişdir. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. 15 fevral 2021-ci il tarixdə saat 18-19 radələrində metronun “Q.Qarayev” stansiyası yaxınlığındakı avtobus dayanacağında 191 saylı marşrut avtobusuna daxil olmuş və yolda avtobusa bir qadın və qucağında azyaşlı uşaq olan bir kişi minmişdir. Qadın çiynindən əl çantasını asmış, hər iki əlində isə sellofan torbalar tutmuşdur. Həmin qadına arxa tərəfdən yaxınlaşıb sərnişinlərin sıxlığından istifadə edərək ehtiyatla sonuncunun əl çantasını açıb içərisindən pul kisəsini oğurlamışdır. Növbəti dayanacaqda avtobusdan düşmüş, oradan uzaqlaşıb kənar bir yerdə həmin pul kisəsinin içərisinə baxan zaman orada 4 ədəd üzük, bir ədəd kulon və bir ədəd boyunbağı aşkar etmişdir. Həmin qızıl-zinət əşyalarını olduğu kimi satdıqda ondan şübhələnib polisə məlumat verilə biləcəyini fikirləşərək, həmin qızıl-zinət əşyalarını bilərəkdən əzib yararsız vəziyyətə saldıqdan sonra onları sellofan parçasına büküb diş təmir edən stomatoloqlara satmaq istəmişdir. Bir neçəsinə təklif etmiş, nağd pul verən olmamış, nəhayət metronun “Q.Qarayev” stansiyası yaxınlığında diş təmiri kabinetinə yaxınlaşıb üzdən tanıdığı bir texnikiə həmin qızılları 470 manata satmışdır. Texnikə, qızılların onun həyat yoldaşına məxsus olduğunu və yük altında qalaraq əzildiyini demişdir. Əldə etdiyi həmin pulları xərcləmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Xətai rayonu, “Ukrayna dairəsi” deyilən yerdə avtobus dayanacağında 81 saylı marşrut avtobusuna minmiş və avtobusda bir qadının çiynindən asdığı əl çantasına pul kisəsini qoyduğunu görmüşdür. Avtobusda həmin qadına arxa tərəfdən yaxınlaşmış və sərnişinlərin sıxlığından istifadə edib ehtiyatla sonuncunun əl çantasının qapağını açaraq içərisindən pul kisəsini oğurlamışdır. Növbəti dayanacaqda avtobusdan düşmüş və oradan uzaqlaşıb kənar bir yerdə həmin pul kisəsinin içərisinə baxanda orada 400 manata yaxın pul, şəxsiyyət vəsiqəsi və 01 ədəd bilərzik aşkar etmişdir. Şəxsiyyət vəsiqəsini pul kisəsinin içərisinə qoyub xatırlamadığı yerə tullamış, pulu ehtiyacına xərcləmiş, bilərziyi isə əzib yarasız vəziyyətə salaraq Nizami rayonu “Laçın” ticarət mərkəzinin qarşısında üzdən tanıdığı bir nəfərə 70 manata satmışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Sabunçu qəsəbəsində 113 saylı marşurut avtobusuna minib metronun “Q.Qarayev” stansiyasına gedən zaman avtobusda bir qızın əlindəki mobil telefonda yazışıb sonra telefonu gödəkçəsinin cibinə qoyduğunu görmüşdür. Metronun “Q.Qarayev” stansiyası yaxınlığında dayanacağa çatan zaman avtobusda həmin qızın düşəcəyi qabaq qapının yanında dayanmış və sonuncu avtobusdan düşən zaman ehtiyatla telefonu həmin qızın cibindən oğurlamışdır. Həmin mobil telefon qızılı rəngdə “Samsung J5” markalı olmuşdur. Telefonun nömrə kartını çıxarıb atmış, bir müddət telefon onda qalmış və həmin telefonu bazarda fəhləlik edən zaman itirmişdir. xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində Nizami rayonu, “Sevinc” şadlıq saraynın qarşısındakı avtobus dayanacağında 113 saylı marşrut avtobusa minərkən, sərnişinlərin arasında 50-55 yaşlarında bir qadının çiynindən asdığı əl çantasından oğurluq etmək qərarına gəlmiş və sərnişinlərlə bir yerdə avtobusa qalxan zaman bir qədər onları arxadan itləməklə həmin qadının diqqətini yayındıb sonuncunun əl çantasından mobil telefonu oğurlamışdır. Avtobusun salonunda həmin qadından uzaqlaşmış və az keçmiş həmin telefona zəng gəldiyndən əlini cibinə salıb telefonun səsini azaltmışdır. Növbəti dayanacaqda avtobusadan düşərək uzaqlaşmış və telefonun üzərindəki nömrə kartını çıxarıb tullamışdır. Həmin telefonu Sabunçu bazarında tanımadığı bir nəfərə 80 manata satmışdır. Bir neçə gün sonra isə Bakı şəhərinin başqa rayonlarında etdiyi oğurluqlara görə Xətai RPİ-nin polis əməkdaşlar tərəfindən saxlanılmışdır. Barəsində cinayət işi başlanılmış, istintaq zamanı yuxarıda qeyd etdiyi faktları gizlədərək deməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış mümkün sübutlarla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Nizami rayonu, 8-ci kilometr bazarının yaxılığında 15 nömrəli marşurut avtobusuna əyləşmiş və həmin gün saat 14 radələrində metronun “Koroğlu” stansiyasının yanında avtobusdan düşən zaman şalvarının arxa cibinə qoyduğu 420 manat dəyərində “Xiaomi Redmi 8” markalı mobil telefonun oğurlandığını aşkar etmiş və hadisə barədə DİN-nin 102 xidməti məlumat vermişdir. Həmin hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü PB-də araşdırma aparılmış və hadisədən 1-2 ay sonra 23-cü PB-ə dəvət edilmiş və bölmədə onun oğurlanmış mobil telefonu özünə qaytarılmışdır. Bölmədə ona Sabunçu rayonunda xadimə işləyən bir qadının həmin mobil telefonu Sabunçu rayonu, Ləhic bağları deyilən yerdə avtomagistral yolun kənarından taparaq bölməyə təhvil verdiyi bildirilmişdir. Hadisə vaxtı üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat dəyərində danışıq konturu olan 400 manat dəyərində “Xiaomi Redmi” markalı “8” modelli mobil telefonun oğurlanması nəticəsində ona ümumilkdə 420 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci tarixdə saat 19:25 radələrində Nizami rayonu, “Q.Qarayev” prospekti 53 ünvanın yaxınlığında yerləşən avtobus dayanacağında 66 saylı marşurut avtobusunu gözləyən zaman mobil telefonu əlində olmuş və qulağında olan qulaqcıq ilə mobil telefonunda musiqilərə qulaq asmışdır. Az sonra 66 saylı marşrut avtobusu dayanacağa yaxnlaşmış və mobil telefonunu əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq arxa qapıdan avtobusa minmişdir. Həmin vaxt kimsə çiyni ilə ona toxunmuş və bundan sonra qulaqcığın səsinin zəiflədiyini hiss etmişdir. Əlini cibinə salıb telefonu yoxlamaq istəyəndə telefonu cibində aşkar etməmişdir. Ətrafa nəzər salmış, şübhəli kimisə görməmiş və yanında olan şəxslərin köməyi ilə həmin avtobusun içərisinə, ətrafa baxmış, lakin telefonu tapa bilməmişdir. Sonra tanımadığı bir neçə şəxsin mobil nömrəsindən telefonu üzərində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, telefonu kimsə məşğul etmişdir. Telefonun ourlandığına əmin olduqdan sonra hadisə barədə DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı üzərində hər biri 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr və hər birində 5 manat dəyərində danışıq konturları olan 150 manat dəyərində ”Samsung-J4” markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilkdə 180 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 27 noyabr 2020-ci il tarixdə günorta saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsinə getmək üçün yaşadığı ünvan 8 ünvandan çıxıb yaxınlıqdakı avtobus dayanacağına gəlmişdir. Həmin gün saat 16 radələrində 62 saylı marşrut avtobusuna arxa qapıdan qalxaraq qapının qarşısında ayaq üstə dayanmış və Q.Qarayev 66 ünvanda yerləşən “World Telekom” mağazasının qarşısındakı dayanacaqda avtobusdan düşən zaman əl çantasının açıq olduğunu, içərisində olan “Samsung Note 10” markalı mobil telefonunun, içərisində pul və şəxsiyyət vəsiqəsinin olduğu mavi rəngli pul kisəsinin oğurlandığını aşkar etmişdir. Dərhal hadisə barədə DİN-in 102 xidmət mərkəzinə məlumat vermişdir. Hadisə vaxtı içərisində 172 manat və həmin dövrün rəsmi məzənnəsi ilə 171,7 manata bərabər 101 ABŞ dollar nağd pul vəsaiti, şəxsiyyət vəsiqəsi və üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1350 manat dəyərində “Samsung Note 10” mobil telefon olan 5 manat dəyərində pul kisəsinin oğurlanması nəticəsində ona ümumilkdə 1708,7 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs4 Aslanpaşa oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin nəzdində olan 49 saylı marşurut avtobusunda sürücü işləyir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində işdən sonra evinə getmək üçün Sabunçu rayonu, "Stansiya” deyilən yerdə 62 saylı marşrut avtobusuna minmiş, avtobusda sıxlıq olduğu üçün sürücünün arxa tərəfində ayaq üstə dayanmışdır. Həmin vaxt mobil telefonu əynində olan paltosunun cibində olmuşdur. Avtobus metronun “Q.Qarayev” stansiyasına çatdıqdan sonra avtobusdan düşərkən paltosunun cibində olan “Huawei” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Dərhal hadisə barədə DİN-in 102 xidmət mərkəzinə məlumat vermişdir. Hadisə vaxtı üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat danışıq konturu olan 430 manat dəyərində “Huawei” markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilkdə 450 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radəlrində işdən çıxıb evə gedərkən ərzaq alıb Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65C ünvanda yerləşən keçmiş “Maqnit” ticarət mərkəzinin qarşısında avtobus dayanacağında M1 saylı marşrut avtobusa qarşı qapıdan qalxan zaman çiynindən asdığı əl çantasına nə isə toxunduğunu hiss etmişdir. Həmin vaxt əl çantasının açıq olduğunu görmüş və avtobusdan düşüb əl çantasına baxanda içərisində nağd pul, “Ekspres” bank və “Xalq” banka aid kartların olduğu qırmızı rəngli pul kisəsinin oğurlandığını aşkar etmişdir. Dərhal DİN-in “102” xidmət mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin gün kartların hesablarını bağladan zaman məlum olmuşdur ki, kartların hesablarından pul çıxarılmayıb. Hadisə vaxtı 670 manat nağd pul və hər biri 10 manat dəyərində “Ekspres” və “Xalq” banka aid elektron kartlar olan 120 manat dəyərində pul kisəsinin oğurlanmağı nəticəsində ona ümumilkdə 810 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18:15 radələrində metronun “Koroğlu” stansiyasına getmək üçün “Q.Qarayev” stansiyası yaxınlığında hər iki əlində çanta ilə 62 saylı marşrut avtobusuna minmişdir. Həmin vaxt avtobusda sərnişinlərin sayı çox olmuşdur. Mobil telefonu əynindəki gödəkçənin cibinə qoymuş və gödəkçəsinin cibi zəncirbəndlə bağlı olmuşdur. Avtobus metronun “Koroğlu” stansiyasına çatan zaman sərnişinlərin əksəriyyəti düşmüş və əyləşməyə yer olduğu üçün keçib oturacaqda əyləşmişdir. Həmin vaxt, gödəkçəsinin cibinin zəncirbəndinin açıldığını və cibində olan “Samsunq A01" markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Hadisə vaxtı üzərində 50 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat danışıq konturu olan 340 manat dəyərində mobil telefonun oğurlanması nəticəsində ona ümumilikdə 400 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə əri Şahid və azyaşlı övladı ilə atasının evinə qonaq getmişdir. Yola çıxan zaman yaşadığı mənzildən özünə məxsus qızıl-zinət əşyalarını pul kisəsinə qoyaraq əl çantasında özü ilə götürmüşdür. Həmin gün saat 18:30 radələrində atasının evindən öz evinə qayıdan zaman əri və azyaşlı övladı ilə Q.Qarayev prospekti 11 saylı binanın yanında 191 saylı marşrut avtobusuna minmişdir. Həmin vaxt əri Asif azyaşlı övladını qucağına götürmuş, özü isə əlində sellofan torbalar olduğu üçün əl çantasını çiynindən asmışdır. Avtobusda sərnişinlər çox olmuş, buna baxmayaraq sərnişinlər onlara şərait yaratmış və keçib oturacaqların birində əyləşib əl çantasını dizinin üzərinə qoyan zaman əl çantasının zəncirbəndinin açıq olduğunu, içərisindəki pul kisəsinn oğurlandığını aşkar etmişdir. Dərhal hadisə barədə DİN-in 102 xidmət mərkəzinə zəng edərək məlumat vermişdir. Hadisə vaxtı içərisində hər biri 500 manat dəyərində qızıldan 01 ədəd kişi və 01 ədəd qadın nişan üzükləri, hər biri 100 manat dəyərində 02 ədəd qızıldan üzük, 500 manat dəyərində 01 ədəd qızıldan boyunbağı və 300 manat dəyərində 01 ədəd qızıldan kulon olan dəyəri olmayan pul kisəsinin oğurlanması nəticəsində ona ümumilikdə 2000 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə metronun “Q.Qarayev” stansiyasına gəlmək üçün yaşadığı Xətai rayonunda 81 saylı marşurut avtobusuna arxa qapıdan qalxan zaman əlindəki əl çantasının içərisindən pul kisəsini çıxarıb 1 manat götürmüş və yenidən pul kisəsini həmin çantanın içərisinə qoymuşdur. Metronun “Neftçilər” stansiyasının yaxınlığında avtobusdan düşərək yolu keçmiş və Q.Qarayev prospekti 61 ünvanda yerləşən bijuteriya mağazasına daxil olub alver etmək istəyən zaman əl çantasından pul kisəsinin oğurlandığını aşkar etmişdir. Dərhal hadisə barədə DİN-in 102 xidmət mərkəzinə zəng edərək məlumat vermişdir. Hadisə vaxtı içərisində 496 manat nağd pul, şəxsiyyət vəsiqəsi və 200 manat dəyərində 01 ədəd qızıldan bilərzik olan 30 manat dəyərində “Polo” firmasının istehsalı olan pul kisəsininin oğurlanması nəticəsində ona ümumilikdə 726 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə diş həkiminə getmək üçün yaşadığı Suraxanı rayonundan əvvəl metronun “Q.Qarayev” stansiyasına gəlib oradan da “20 yanvar” dairəsinə getmək istəmişdir. Həmin gün 113 saylı marşrut avtobusuna əyləşib oradan metronun “Q.Qarayev” stansiyasına gələn zaman yolda oturacaqda əyləşib telefonda yazışmışdır. Avtobus saat 17:15 radələrində metronun “Q.Qarayev” stansiyası yaxınlığındakı avtobus dayanacağına çatan zaman oturacaqdan durub telefonu əynindəki gödəkçənin cibinə qoymuş və digər sərnişinlər ilə bir yerdə avtobusdan düşmüşdür. Sonra metronun çıxışında dayanan “20 yanvar” dairəsinə gedən “Sprinter” avtobuslarından birinə əyləşəndə cibinə qoyduğu “Samsung J5” markalı mobil telefonun cibində olmadığını aşkar etmişdir. Dərhal düşdüyü marşrut avtobusuna qayıdıb salonuna baxmış, telefonu aşkar etmədikdə sürücüdən xahiş etmişdir ki, onun mobil nömrəsinə zəng etsin. Həmin vaxt onun mobil nömrəsi sönülü olmuşdur. Mobil telefonunun oğurlanmasına əmin olduğundan hadisə barədə DİN-in 102 xidmət mərkəzinə zəng vuraraq məlumat vermişdir. Hadisə vaxtı üzərində hər biri 10 manat dəyərində ***- ***-**-** və ***-***-**-** mobil nömrələr və hər birində 5 manat danışıq konturu olan 500 manat dəyərində “Samsung J5” markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilkdə 530 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə qızı X6 ilə birlikdə “28 Mall” ticarət mərkəzində şam yedikdən sonra təxminən saat 21:50 ragələrində restorandan çıxmışdır. Həmin vaxt üzərində olan mobil telefonundan istifadə edib əl çantasına qoymuşdur. Sonra qızı ilə metroya əyləşib “Q.Qarayev” stansiyasına gəlmiş və evinə getmək üçün “Sevinc” kinoteatrının qarşısında Q.Qarayev prospekti 25/6 ünvanda yerləşən avtobus dayanacağına gəlmişdir. Təxminən 15-20 dəqiqə dayanacaqda gözləmiş və saat 22:43 radələrində 113 saylı avtobus gəlmiş və qızı ilə həmin avtobusa qabaq qapıdan daxil olan zaman sıxlıq olduğu üçün onu arxa tərəfdən kimsə itələmişdir. Avtobusda əyləşməyə yer olmamış və qızı ilə ayaq üstə dayanmışdır. Həmin vaxt oğluna zəng etmək istəyərkən mobil telefonunu əl çantasında tapmamışdır. Qızı onun ***-***-**-** nömrəsinə iki dəfə zəng etmiş, telefonun zəngini avtobusda eşitmiş, lakin sonra səs kəsilmişdr. Telefonun oğurlandığına əmin olmuş, lakin avtobusda sıxlıq olduğundan səsküy salmamışdır. Evinə gəldikdən sonra yenidən mobil nömrəsinə zəng etmiş, lakin bu dəfə telefon artıq sönülü olmuşdur. DİN-nin 102 xidmət mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə və 10 manat dəyərində danışıq konturu, 20 manat dəyərində qoruyucusu olan 640 manat dəyərində “Samsung A51” markalı mobil telefonun oğurlanması nəticəsində ona ümumilkdə 680 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Mənzil Komunnal İstismar Sahəsində xadiməçi işləyir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində onun iş yeri olan Sabunçu rayonu, Ləhic bağları adlanan yerdə avtomagistral yolunun kənarını süpürüb təmizləyən zaman yol kənarında albalı rəngdə “Redmi 8” markalı mobil telefon tapmışdır. Telefon işlək vəziyyətdə olduğu üçün onunla nə edəcəyini bilməyib özündə saxlamışdır. Həmin gün işdən sonra evinə getmiş, həmin telefona sahibinin zəng edəcəyini güman edib gözləmiş, lakin telefona zəng edilmədiyi üçün telefona baxanda məlum olmuşdur ki, telefonun üzərində nomrəsi yoxdur. Bundan sonra həmin telefona öz nömrəsini taxıb istifadə etmişdir. Bir-neçə gündən sonra ona polis əməkdaşları zəng edib Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Bölmədə həmin telefonun sahibindən oğurlandığı bildirilmiş və telefonu polis bölməsinə təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, maddi ehtiyacı ilə əlaqədar metronun “Neftçilər” stansiyası yaxınlığında avtomobil yolunun kənarında avtomobillərin parklanması ilə məşğul olur. 2020-ci ilin noyabr ayının sonlarında dayanacaqda topladığı pula 100 ABŞ dollar almaq üçün Nizami rayonu, metronun “Neftçilər” stansiyası yaxınlığında olan valyuta dəyişdirmə məntəqəsinə getmiş və orada məlum olmuşdur ki, satışda dollar yoxdur. Qayıtmaq istəyən zaman 40-45 yaşlarında, orta boylu, sarışın bir kişi ona yaxınlaşıb 100 ABŞ dollar pulu xırdalamaq istədiyini demişdir. Razılaşıb həmin şəxsə 170 manat verərək 100 ABŞ dollar pulu sonuncudan almışdır. İşdə olan protokoldan görünür ki, X1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Elçin Bağışov metronun “Neftçilər” stansiyası yaxınlığında Təqsirləndirilən şəxs 100 ABŞ dolları pul aldığını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X12 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, hazırda “Bolt” taksi xitməti şirkətində sürücü işləyir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində 8-ci kilometr bazarına müştəri aparmış, sonuncu ondan xahiş etmişdir ki, bazardan çıxana kimi onu gözləsin. Həmin vaxt ona əvvəllər tanımadığı, sarışın 40-45 yaşlarında olan orta boylu bir nəfər yaxınlaşıb “Huavei” markalı mobil telefonu göstərərək 80 manata satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən telefonu hansı səbəbdən satdığını soruşanda sonuncu söyləmişdir ki, təcili pul lazımdır. Həmin telefona görə təklif edilən qiymət münasib olmuşdur. Onun işlətdiyi mobil telefon enerji saxlamadığı üçün yeni telefona ehtiyacı olmuş və həmin telefonu almaq qərarına gəlmişdir. Həmin şəxsdən sənədini istəyən zaman sonuncu demişdir ki, uzaqda yaşayır pulu evdə qalıb. Bazarlıq etmək üçün təcili pul lazım olduğuna görə telefonu satır. Hətta ona özünün mobil nömrəsini verib söyləmişdir ki, 3-4 günə onunla görüşüb sənədinin surətini verəcəkdir. Həmin şəxs zahiri görkəmindən oğruya oxşamadığı üçün inanıb telefonu sənədsiz almışdır. İşdə olan protokoldan görünür ki, X12 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Qalib Məmmədov 8-ci kilometr bazarı yaxınlığında Təqsirləndirilən şəxs 80 manata “Huavei” markalı mobil telefon aldığını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, maddi ehtiyacı ilə əlaqədar yeni tikilən binalarda fəhləlik edib dolanır. 2020-ci ilin dekabr ayında Nizami rayonu, 8-ci kilometr bazarı yaxınlığında yeni inşa olunan tikilidə üzdən tanıdığı Adil adlı bir nəfər də onunla bərabər fəhlə işləmişdir. Təxminən dekabr ayının sonlarında Adil ona “Samsung A01” markalı mobil telefon təklif edib söyləmişdir ki, həmin telefon onun həyat yoldaşınındır, maddi ehtiyacı ilə bağlı satmaq istəyir. Adili normal, məsuliyyətli, sözünün sahibi olan bir şəxs kimi tanımışdır. Adilin təklif etdiyi “Samsung A01” markalı mobil telefonun qiyməti ona münasib olduğu üçün həmin telefonu Adildən 80 manata almışdır. Telefonu 3-4 ay işlətmiş, təsadüf nəticəsində həmin telefon tikintidə onun əlindən düşüb qırılmışdır. İşdə olan protokoldan görünür ki, X8 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Rövşən Bağırzadə 8-ci kilometr bazarı yaxınlığında yerləşən tikintidə Təqsirləndirilən şəxs 80 manata “Samsung A01” markalı mobil telefon aldığını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, stomatoloq, yəni diş texniki işləyir. Ayrıayrı diş həkimlərindən sifarişlər götürüb evində metal, yaxud da qızıl materiallarından dişlər düzəldir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində işlə əlaqədar Nizami rayonu, metronun “Q.Qarayev” stansiyası yaxınlığında yerləşən diş həkiminin yanında olan zaman əvvəllər tanımadığı, sarışın, 40-45 yaşlarında olan orta boylu bir nəfər kabinetin qarşısında ona yaxınlıaşıb üzərində olan sellofan bükümdə bir neçə əzilmiş qızıl-zinət məmulatlarını göstərərək satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən qızılların hansı səbəbdən əzildiyini soruşan zaman sonuncu söyləmişdir ki, qızıllar həyat yoldaşınındır, pul kisəsində saxlayırmış, təsadüfən yük altında qalaraq yarasız vəziyyətə düşmüşdür, odur ki, həmin qızılları lom şəklində satmaq istəyir. Həmin şəxsdən sənədini istəyən zaman sonuncu demişdir ki, uzaqda yaşayır, hazırda işdən gəlir, bir də evinə getmək istəmir, hətta ona mobil nömrə verib 3-4 günə gəlib sənədlərinin surətini verəcəkdir. Həmin şəxs zahiri görkəmindən oğruya oxşamadığı üçün inanıb qızılları qəbul edib çəkdikdən sonra sonuncuya 470 manat vermişdir. İşdə olan protokoldan görünür ki, X10 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı İbrahim Abbasov metronun “Q.Qarayev” stansiyası yaxınlığında yerləşən diş həkiminin kabinetində Təqsirləndirilən şəxs 470 manata lom şəkildə təqdim etdiyi qızıl əşyalarını aldığını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, maddi ehtiyacını ödəmək üçün Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında dayanıb az miqdarda lom qiymətinə qızıl-zinət əşyaları alıb nisyə qiymətə tanış zərgərlərə satmaqla dolanmış. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Nizami rayonu, “Laçın” ticarət mərkəzinin qarşısında olan zaman əvvəllər tanımadığı, sarışın, 40-45 yaşlarında olan orta boylu bir nəfər onun kimi qızıl alan şəxslərə yaxınlaşıb üzərində olan sellofan bükümdə əzilmiş vəziyyətdə olan qızıl bilərzik göstərərək satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən bilərziyin hansı səbəbdən əzildiyini soruşan zaman sonuncu söyləmişdir ki, bilərzik arvadınındır, təsadüfən yük altında qalaraq əzilib. Odur ki, qızılı lom şəklində satmaq istəyir, lakin öz sənədini gətirməyib, uzaqda yaşayır, hazırda işdən gəlir, bir də evinə getmək istəmir. Hətta ona özünün mobil nömrəsini verib demişdir ki, 3-4 günə gəlib sənədinin surətini verəcək. Həmin şəxs zahiri görkəmindən oğruya oxşamadığı üçün inanıb qızılı qəbul edərək həmin şəxsə 70 manat vermişdir. İşdə olan protokoldan görünür ki, X11 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Seymur İsayev “Laçın” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs 70 manata lom şəklində təqdim etdiyi qızıl əşyasını aldığını bir daha təsdiq etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 telefonunun oğurlanmasını aşkar etdiyi yer metronun “Koroğlu” stansiyası yaxınlığındakı Bakı Nəqliyyat Agentiyinə aid avtobus dayanacağıdır. xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində həmin yerdə 15 saylı marşurut avtobusundan düşən Zərərçəkmiş şəxs1 mobil telefonun oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanda yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs2 66 saylı marşurut avtobusuna daxil olan zaman naməlum şəxs ona məxsus mobil telefonu oğurlamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 66 ünvanda yerləşən avtobus dayanacağında 62 saylı marşurut avtobusundan düşən Nurayyə Aslanova əl çantasından ona məxsus mobil telefon və pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti, 25 ünvanda yerləşən avtobus dayanacağında 62 saylı marşrut avtobusundan düşən Zərərçəkmiş şəxs4 paltosunun cibində olan mobil telefonu naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 65C ünvanda yerləşən avtobus dayanacağında 1 saylı marşrut avtobusuna minən Zərərçəkmiş şəxs5 çiynindən asdığı əl çantasından pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən avtobus dayanacağında 62 saylı marşrut avtobusundan düşən Zərərçəkmiş şəxs7 əynindəki gödəkçəsinin cibindən ona məxsus mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 11 ünvanın yaxınlığında yerləşən avtobus dayanacağında 191 saylı marşrut avtobusuna sərnişin qismində minən Zərərçəkmiş şəxs6 avtobusda oturacaqda əyləşəndən sonra əl çantasının zəncirbəndinin açıldığını, içərisində olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanda yerləşən avtobus dayanacağında 81 saylı marşrut avtobusundan düşən Zərərçəkmiş şəxs8 Q.Qarayev prospekti 53 ünvanda yerləşən bijuteriya mağazasına daxil olan zaman əl çantasının zəncirbəndinin açıldığını, içərisində olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanda yerləşən avtobus dayanacağında 113 saylı marşrut avtobusundan düşən Zərərçəkmiş şəxs9 əynində olan gödəkçəsinin cibindən ona məxsus olan mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Nizami rayonu, “Sevinc” kinoteatırının qarşısında yerləşən avtobus dayanacağında 113 saylı marşrut avtobusuna qismində minən Zərərçəkmiş şəxs10 əynindəki gödəkçəsinin cibindən ona məxsus mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayonu, metronun “Q.Qarayev” stansiyasının çıxışında olan avtobus dayanacağına gələrək xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin yerdə 15 saylı maşrut avtobusunda olarkən orada istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs1 arxa cibindən “Xiomi Redmi” markalı mobil telefonu oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman fotoşəkillər çəkilrək protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev 53 ünvanında yerləşən avtobus dayanacağına gəlib xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində orada 66 saylı marşrut avtobusuna minən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs2 gödəkçəsinin cibindən “Samsung J4” markalı mobil telefonu oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman çəkilmiş fotoşəkillər texniki nasazlıq səbəbindən protokola əlavə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev prosprkti 26 ünvanında yerləşən avtobus dayanacağına gələrək xx.xx.2020-ci il tarixdə saat 16 radələrində həmin yerdə 62 saylı marşrut avtobusuna minən istintaq zamanı adını bildiyi X5 əl çantasından içərisində pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsini və “Samsung Not 10” markalı mobil telefonu oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman çəkilmiş fotoşəkillər texniki nasazlıq səbəbindən protokola əlavə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev 25 ünvanında yerləşən avtobus dayanacağına gələrək xx.xx.2020-ci il tarixdə saat 20 radələrində həmin yerdə 62 saylı maşurut avtobusunda olarkən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs4 Aslanpaşa oğlunun əynində olan paltosunun cibindən “Huavey” markalı mobil telefonu oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman fotoşəkillər çəkilrək protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev prospekti 65D ünvanında yerləşən “Maqnit” mağazasının qarşısındakı avtobus dayanacağına gələrək xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində həmin yerdə M1 saylı marşrut avtobusuna minən, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs5 əl çantasından içərisində pul və bank kartları olan pul kisəsini oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman çəkilmiş fotoşəkillər texniki nasazlıq səbəbindən protokola əlavə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev 25 ünvanında yerləşən avtobus dayanacağına gələrək xx.xx.2020-ci il tarixdə həmin yerdə 62 saylı marşrut avtobusuna minən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs7 gödəkçəsinin yan cibindən “Samsung A01” markalı mobil telefonu oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman fotoşəkillər çəkilrək protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev 25 ünvanında yerləşən avtobus dayanacağına gələrək xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində həmin yerdə 191 saylı marşrut avtobusuna minən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs6 Rafiq qızının çiynindən asdığı əl çantasında içərisində qızıl-zinət əşyaları olan pul kisəsini oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman çəkilmiş fotoşəkillər texniki nasazlıq səbəbindən protokola əlavə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev prospekti 65D ünvanında yerləşən “Maqnit” mağazasının qarşısındakı avtobus dayanacağına gələrək xx.xx.2021-ci il tarixdə saat 10:20 radələrində həmin yerdə 81 saylı marşrut avtobusunda olan zaman istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs8 çiynindən asdığı əl çantasından içərisində 500 manata yaxın nagd pul, şəxsiyyət vəsiqəsi və 01 ədəd bilərzik olan pul kisəsini oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman çəkilmiş fotoşəkillər texniki nasazlıq səbəbindən protokola əlavə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev 25 ünvanında yerləşən avtobus dayanacağına gələrək xx.xx.2021-ci il tarixdə saat 17:15 radələrində həmin yerdə 113 saylı maşrut avtobusundan düşən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs9 əynindəki gödəkçəsinin yan cibindən “Samsung J5” markalı mobil telefonu oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman fotoşəkillər çəkilrək protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev 25 ünvanında yerləşən avtobus dayanacağına gələrək xx.xx.2021-ci il tarixdə saat 22:45 radələrində həmin yerdə 113 saylı maşrut avtobusuna minən istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs10 Arif qızının əynindəki gödəkçəsinin yan cibindən “Samsung A51” markalı mobil telefonu oğurladığını bildirmişdir. İfadə yerində yoxlanılan zaman fotoşəkillər çəkilrək protokola əlavə edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli AZF/LGL-26228/21 tarixli məktubundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs10 məxsus mobil telefon xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsində qeydiyyatda olan X4 məxsus ***-***-**-** mobil nömrəsi ilə istifadə olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Redme 8” markalı mobil telefon X2 götürülmüşdür. Baxış zamanı Xannənə Muradova həmin mobil telefonu xx.xx.2020-ci il tarixdə saat 14 radələrində onun iş yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları adlanan yerdə avtomagistral yolunun kənarını süpürüb təmizləyən zaman yol kənarından tapdığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1, 326.1, 326.2 və 63.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublkası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilərək Azərbaycan Respublkası CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla üzərində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, əməlində cinayətin residivi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən cinayət əməli törətdiyindən əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə (cinayətlərin məcmusu üzrə) qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübut - “Xiomi Redmi 8” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 90 iş saatı və məhkəmədə iştirak etdiyi 31 iş saatı, cəmi 121 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 726 (yeddi yüz iyirmi altı) manat (121x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - “Xiomi Redmi 8” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 121 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 726 (yeddi yüz iyirmi altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar