Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-21/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ikinci qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə törədilməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 02-dən 03-dək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin ünvan 2 3, 3A ünvanlarının ümumi paylaşdırıcısından qeyd edilən binalara gedən 10 metr uzunluğunda cəmi 68,60 manat dəyərində Kabel TPP-100*2 markalı, 160 metr uzunluğunda cəmi 616 manat dəyərində Kabel TPP-50*2 markalı, 50 metr uzunluğunda cəmi 125 manat dəyərində Kabel TPP-30*2 markalı, 33 metr uzunluğunda cəmi 56,43 manat dəyərində Kabel TPP- 10*2 markalı, 2 ədəd 16,72 manat dəyərində P/Qolcaq-50X2 markalı, 2 ədəd cəmi 11,88 manat dəyərində P/Qolcaq-10/30X2 markalı, 2 ədəd cəmi 7 manat dəyərində B/Qolcaq- 10/30X2 markalı, ümumilikdə 1212,87 manat təşkil edən dövlət və ictimai əhəmiyyətli telekommunikasiya rabitə xətlərinin vasitələri sayılan və özgə əmlakı olan xüsusi avadanlıqları özündə olaraq cinayətin aləti kimi istifadə etdiyi vintaçan, kəlbətin və kəsici ilə yerindən çıxarıb kəsərək gizli yolla talamaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-yə ümumilikdə 1212,87 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx xxxx 2020-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd yaşıl rəngdə kağız bükülülərdə olan, təmiz çəkiləri 0,217 qram və 0,064 qram, ümumi təmiz çəkisi 0,281 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manata əldə edib üzərində saxlamaqla daşıyaraq xx xxxx 2020-ci il tarixdə saat 07:50-də Bakı şəhəri, Nizami rayon X5 Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsi, 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 119 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, orada hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaretin içindəki gümüşü falqanın içərisində qanunsuz saxlayaraq daşıdığı, iki ədəd yaşıl rəngdə kağız bükülülərdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,217 qram və 0,064 qram, ümumi təmiz çəkisi 0,281 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında Nizami rayonu ərazisində dəmir parçalarını yığaraq aparıb “8-ci km bazarı” deyilən yerin yaxınlığında tanımadığı metal qəbul edənlərə təhvil vermişdir. Lakin onun kimi metal yığanlar çox olduğundan bu işlə dolanmaq çətin olmuş, gün ərzində metal yığa bilməmişdir. Ona görə qərara gəlmişdir ki, kimsəsiz yerlərdən keçən çoxlu kabellərin bir hissəsini əli çatan münasib yerlərdən kəsib apararaq təhvil versin. xx xxxxxxxx 2019-cu il tarixdə gecə vaxtı saat 2-dən 3-dək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, bina 2 və İ.Müzəffəroğlu küçəsi, binalar 1, 3, 3A ünvanlarına gedən telefon və internet xətlərinin müxtəlif markalı kabel və naqillərini əl çatan və dırmaşa bildiyi yerlərdən özünə məxsus vintaçanın (otvertkanın) köməyi ilə bərkidilmə yerlərindən ayırıb, kəlbətin və kəsici (rezak) ilə kəsib əvvəl İ.Müzəffəroğlu küçəsində həyətdəki su çəninin arxasına, daha sonra isə aparıb 12 saylı orta məktəbin yanında transformatorun içərisinə qoymuşdur. Daşınması asan olsun deyə və tullantılara oxşaması üçün alətləri ilə bu əşyaları hissələrə bölmüşdür. İ.Müzəffəroğlu küçəsindəki binalardan oğurluq etdikdən sonra həyətdə olan zaman oranın sakini kimi tanıdığı İlham adlı şəxs onu görmüşdür. Lakin oğurluq etməsini birbaşa görməmişdir, ona oğurluqla bağlı sual verməmişdir. Soruşanda ki, burada nə edir, onu aldadıb demişdir ki, metal qırıntılarını yığır. O, belə başa düşmürdür ki, İlham onun oğurluq etməsini bilmir, yoxsa ona iradını bildirərdi. Həmin gün saat təxminən 9-10 radələrində 12 saylı orta məktəbin yanında transformatorun içərisinə qoyduğu, tullantı vəziyyətinə gətirdiyi oğurladığı kabel və naqilləri tanımadığı bir taksiyə qoyaraq aparıb “8-ci km bazarı”nın yaxınlığında tanımadığı metal qəbul edənlərə digər yığdığı tullantılara qarışdırıb hər kiloqramı bir neçə qəpiyə təhvil vermişdir. Lakin kabellərin yararsız qalıqları transformatorun içərisində qalmışdır. Satışdan əldə etdiyi pulun dəqiq məbləğini hazırda xatırlamır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bu cinayətin törədilməsində ona heç kim köməklik etməmiş, heç kimin onun əməllərindən xəbəri olmamışdır. Metal qəbul edənlər kabel və naqilləri tullantı kimi qəbul etmişlər və oğurluq olduqlarını bilməmişlər. Bundan başqa, 2020-ci ilin əvvəlindən narkomaniyaya düçar olaraq “şüşə” kimi bildiyi “metamfetamin” psixotrop maddəsini istifadə etməyə başlamışdır. xx xxxx 2020-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən internet klubların birində sosial şəbəkədən istifadə edərkən orada xatırlamadığı şəbəkələrin birində “metamfetamin” kimi bildiyi psixotrop maddənin satılmasını görmüşdür. O, həmin şəbəkə vasitəsi ilə tanımadığı şəxslə əlaqə yaradaraq şəxsi istifadəsi üçün psixotrop maddə “metamfetamin” almaq istədiyini bildirmişdir. Həmin şəxs ona bildirmişdir ki, bir saat sonra Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən bazarın sol tərəfindəki binaların birində, birinci blokun girişinin sağ hissəsində “metamfetamin” qoyulacaqdır, o, həmin maddəni götürüb həmin yerə 10 manat nağd pul vəsaiti qoymalıdır. Danışıqlarına əsasən o, bir saat sonra deyilən yerə getmiş, orada birinci blokun girişinin sağ hissəsində bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində gümüşü rəngli falqa bükümündə içərisində iki ədəd yaşıl kağıza bükülmüş “metamfetamin” olduğunu görüb götürərək 10 manat nagd pulu həmin yerə qoymuşdur. Bundan sonra o, içərisində “metamfetamin” olan həmin bükülüləri “Rothmans” markalı siqaret qutusuna yerləşdirib əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuş, qərara gəlmişdir ki, münasib vaxtda onları istifadə edər. xx xxxx 2020-ci il tarixdə saat 07:50 radələrində Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsi, 3 ünvanının qarşısında piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Nizami rayon X5 Patrul Xidməti əməkdaşları olduqlarını demişlər və özünü şübhəli apardığı üçün ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini xahiş etmişlər. Lakin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Sonra ondan üzərində qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuşlar. O, bildirmişdir ki, narkotik vasitələr qəbul edir və hazırda da üzərində “şüşə” adlandırılan belə maddə vardır. Bundan sonra polis əməkdaşları onu 25-ci Polis Şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polislərlə birlikdə 25-ci Polis Şöbəsinə getmişdir. Orada xidməti otaqların birində şəxsiyyəti müəyyən edildikdən sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsini təklif etmişlər. O, etiraz etməmiş, bundan sonra dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. Hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşyalar və ya predmetlər varsa, onları könüllü olaraq təqdim etsin. O, bildirmişdir ki, üzərində “şüşə” adı ilə tanıdığı və narkotik vasitə kimi qəbul etdiyi maddələr vardır. Sonra əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaretin içindən gümüşü falqanı, onun içərisində olan iki ədəd yaşıl rəngdə kağız bükülüləri təqdim etmiş, bükülülərin içində ağ rəngli kristaldan ibarət maddələr olduğunu bildirmişdir. O, etiraf etmişdir ki, həmin maddələr “şüşə” kimi adlandırılan maddədir, ondan özü istifadə edir, təxminən 5-6 gün əvvəl sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı, lakin tanımadığı şəxsdən Nərimanov rayonunda əldə etmişdir. Bundan sonra onun əynindəki bütün paltarlara, ciblərinə, paltarlarının iç hissələrinə, corabına və ayaqqabısının içərisinə diqqətlə baxılmış, lakin qeyd olunandan başqa saxlanılması qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış nəticəsində təqdim etdiyi həmin iki ədəd bükülülərdə olan maddələr onların iştirakları ilə götürülüb zərfə qoyulmuşdur. O, zərfin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, bir daha belə cinayət əməli törətməyəcəkdir, bir böyrəyi yoxdur, ikinci qrup əlildir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Rabitə Xidmətləri Mərkəzinin məlumat bürosundan ünvan 5 3, 3A və Q.Qarayev prospekti, 2 ünvanlarındakı yaşayış binalarının telefon və internet xətlərinin sıradan çıxması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında hüquq məsləhətçisi kimi göstərilən ünvanlarda olmuş və onun tərəfindən həmin ünvanlarda olan telefon və internet xətlərinə baxış keçirilmişdir. Baxış zamanı göstərilən məhəllədəki ümumi paylaşdırıcıdan qeyd edilən binalara gedən Kabel TPP-100*2 markalı 10 metr uzunluğunda cəmi 68,60 manat dəyərində, Kabel TPP- 50*2 markalı 160 metr uzunluğunda cəmi 616 manat dəyərində, Kabel TPP-30*2 markalı 50 metr uzunluğunda cəmi 125 manat dəyərində, Kabel TPP-10*2 markalı 33 metr uzunluğunda cəmi 56,43 manat dəyərində, P/Qolcaq-50x2 markalı 2 ədəd 16,72 manat dəyərində, P/Qolcaq-10/30x2 markalı 2 ədəd cəmi 11,88 manat dəyərində, B/Qolcaq- 10/30x2 markalı 2 ədəd cəmi 7 manat dəyərində, ümumilikdə 1212,87 manat təşkil edən telefon və internet xətlərinin kəsilərək naməlum şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Bu barədə tərəfindən smeta bərpa vərəqəsi tərtib edilmiş, oğurluq nəticəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-yə ümumilikdə 1212,87 manat maddi ziyanın dəyməsi müəyyən edilmişdir. Oğurluq barədə məlumat daxil olduqdan sonra o, hadisə yerlərində olarkən İ.Müzəffəroğlu küçəsi 1 ünvanda yaşayan, özünü Şahid2 kimi təqdim edən şəxs ona yaxınlaşıb bildirmişdir ki, o, gecə saatlarında tanıdığı Tural adlı metal qırıntıları yığan şəxsin əlində rulonla bükülmüş kabellərin olmasını görmüşdür və o, əmindir ki, telefon və internet xətlərinin kabellərini məhz həmin Tural adlı şəxs oğurlamışdır. Oğurlanmış bu naqil, kabellər və onların P/Qolçaqları çox da ağır deyillər və onlar adi kəlbətin və kəsici ilə kəsilirlər, bunun üçün heç bir xüsusi bilik tələb olunmur. Baxış zamanı müəyyən olunmuşdur ki, onları oğurlayan şəxs əli çatan yerlərdən kabelləri bərkidicilərdən hansısa bərk alətlə, məsələn vintaçanla ayırıb kobudcasına kəsib aparmışdır. Bu naqil və kabellərin, onların P/Qolçaqlarının kobudcasına və hissə-hissə kəsilmələrinə görə aydın olmuşdur ki, onları material kimi satmaq mümkün deyildir, yalnız metal qırıntısı kimi satmaq olar. Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən və təsdiq olunmuşdur. MMC-yə dəymiş 1212,87 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ona qarşı şikayət və tələbləri yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzində xətt qurğuları üzrə nəzarətçisi-mühəndis işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Rabitə Xidmətləri Mərkəzinin məlumat bürosundan ünvan 5 3, 3A və Q.Qarayev prospekti, 2 ünvanlardakı yaşayış binalarının telefon və internet xətlərinin sıradan çıxmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xətt qurğuları üzrə nəzarətçisi-mühəndis kimi göstərilən ünvanlarda olmuş və tərəfindən həmin ünvanlarda olan telefon və internet xətlərinə baxış keçirilmişdir. Baxış zamanı göstərilən ünvanların məhəlləsində ümumi paylaşdırıcıdan qeyd edilən binalara gedən Kabel TPP-100*2 markalı 10 metr uzunluğunda cəmi 68,60 manat dəyərində, Kabel TPP-50*2 markalı 160 metr uzunluğunda cəmi 616 manat dəyərində, Kabel TPP- 30*2 markalı 50 metr uzunluğunda cəmi 125 manat dəyərində, Kabel TPP-10*2 markalı 33 metr uzunluğunda cəmi 56,43 manat dəyərində, P/Qolcaq- 50x2 markalı 2 ədəd 16,72 manat dəyərində, P/Qolcaq-10/30X2 markalı 2 ədəd cəmi 11,88 manat, B/Qolcaq-10/30x2 markalı 2 ədəd cəmi 7 manat dəyərində, ümumilikdə 1212,87 manat təşkil edən telefon və internet xətlərinin avadanlıqları kəsilərək naməlum şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Bu barədə tərəflərindən smeta bərpa vərəqəsi tərtib edilmiş, oğurluq nəticəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-yə ümumilikdə 1212,87 manat maddi ziyanın dəyməsi müəyyən edilmişdir. Hadisədən sonra sakinlərlə söhbətlər aparmışlar ki, bəlkə kimsə nəsə bilir. Belə ki, oğurluq barədə məlumat daxil olduqdan sonra hadisə yerlərində olarkən orada İ.Müzəffəroğlu küçəsi 1 ünvanda yaşayan və özünü Şahid2 kimi təqdim edən şəxs ona yaxınlaşıb bildirmişdir ki, o, gecə saatlarında üzdən tanıdığı Tural adlı metal qırıntıları yığan şəxsin əlində rulonla bükülmüş kabellərin olmasını görmüşdür və o, əmindir ki, telefon və internet xətlərinin kabellərini məhz həmin Tural oğurlamışdır. Çünki məhz İlham Təqsirləndirilən şəxs adlı şəxsi gördükdən sonra binalarının telefon və internet xətlərinin sıradan çıxması aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, kütləvi informasiya təşkilatı olan “Azpress Az”da işlədiyi üçün mütəmadi olaraq yazılarını gecə saatlarında yazmalı olur. xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində yazılarını bitirib, mənzilinin eyvanına çıxmışdir. Bu zaman həyətə baxarkən, həyətin işığının söndürüldüyünü, bir nəfər cavan, qarayanız, balaca boylu, lakin üzdən qismən tanıdığı Tural adlı şəxsin yaşadığı binanin ikinci blokundan əlində rulon şəklində bükülmüş kabellərin olduğunu, daha sonra onun həmin kabelləri həyətdə yerləşən nasosxana ilə su çəninin arxasına qoyduğunu və həyətdəki “besetka”ya yaxınlaşaraq dayandığını görmüşdür. Tural binaya baxarkən onun eyvanda dayandığını görmüş və onunla salamlaşmışdır. O, Turaldan gecə vaxtı həyətdə tək olduğunun səbəbini soruşmuşdur. Tural isə ona dəmir metal yığdığını bildirmişdir. O, Turaldan metal yığmağı niyə gecə vaxtı etməsinin səbəbini soruşmuş, lakin Tural yerində dayanaraq tutulmuş, heç bir cavab verməmişdir. Təxminən 2-3 dəqiqə sonra o, həmin şəxsi tanıdığı üçün bu barədə heç kimə məlumat vermədən yatmağa getmişdir. Səhər saatlarında isə yuxudan oyananda “xxxx” MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin əməkdaşlarının binanın həyətində olduqlarını görmüşdür. Onlardan nə baş verməsini soruşanda, bildirmişlər ki, binanın telefon və internet xətt kabelləri kəsilərək naməlum şəxs tərəfindən oğurlanmışdır. Məhz həmin vaxt o, Turalın gecə saatlarında həyətdə oturduğunu xatırlayıb onun tərəfindən telefon və internet xətlərinin oğurlandığını və onun əlində gördüyü kabel rulonun həmin oğurlanmış kabellər olduğunu başa düşmüşdür. O, bu barədə 3 saylı Rabitə Xidmətləri Mərkəzinin əməkdaşlarına məlumat vermiş, oğrunun tanıdığı Tural adlı şəxsin olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 məhkəmə iclaslarına gəlmədiyindən məhkəmə iclasında onun ifadəsi elan edilməklə tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin Post-Patrul Xidmətində xidmət edir. xx xxxxxxxx 2019-cu il tarixdə gecə vaxtı ünvan 2 3, 3A ünvanlarına gedən müxtəlif markalı kabel və qolçuqlarının oğurlanmasında Tural adlı şəxsin şübhəli bilinməsi və onu gördükdə şöbəyə gətirilməsi onlara təlimatlandırma zamanı tapşırılmışdır. xx xxxxxxxx 2020-ci ildə gecə saat 04:00 radələrində Özbəkistan küçəsində bir nəfər şəxsin qaranlıq yerdə dayandığını görmüşlər, ona yaxınlaşıb özlərini təqdim etmişlər və kim olduğu ilə maraqlanmışlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və əlindəki sellofan torbada kəsici alətin, vintaçan və kəlbətinin olması aydın görünmüşdür. Həmin səbəbdən də, Təqsirləndirilən şəxs alətləri ilə birlikdə polis şöbəsinə gətirilmiş və bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclaslarına gəlmədiyindən onun ifadəsi elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, şahid N.A.Kələntərli ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 07:50 radələrində Nizami RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən 25-ci PŞ-nə Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsi, 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs gətirilmişdir. Onun şəxsiyyəti şübhəli olduğundan saxlanılmış, üzərində şəxsiyyət vəsiqəsi olmamaqla yanaşı sorğu-sual zamanı üzərində “şüşə” adlanan maddəni qanunsuz saxladığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs dərhal Nizami RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilərək bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxlanılması qadağan edilmiş əşya və ya predmetlər varsa, onları təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən “Rothmans” markalı siqaretin içində gümüşü falqanı, falqanın içərisində saxladığı 2 ədəd yaşıl rəngdə kağıza bükülüləri təqdim etmiş və bu bükülülərin içində ağ kristaldan ibarət maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu maddələri təqdim edərək etiraf etmişdir ki, həmin maddələr “şüşə” kimi adlandırılan maddədir, ondan özü istifadə edir, təxminən 5-6 gün əvvəl sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı, lakin tanımadığı şəxsdən Nərimanov rayonunda əldə etmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, iştirakşılar həmin zərfi imza etmişlər. Qablaşdırılmış zərf möhürlənmiş və bildirilmişdir ki, məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəkdir. Şəxsi axtarışın nəticələri barədə protokol tərtib olunmuş və tərtib olunan protokol ucadan oxunduqdan sonra hər bir iştirakçı tərəfindən imza olunmuşdur. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd yaşıl kağıza bükülmüş maddələr ayrı-ayrılıqda təmiz çəkiləri 0,217 qram və 0,064 qram, ümumi təmiz çəkisi 0,281 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmuşdur. Faktla bağlı Təqsirləndirilən şəxs ətrafında keçirilmiş müvafiq əməliyyat tədbirləri ilə onun həmçinin xx xxxxxxxx 2019cu il tarixdə ünvan 2 3, 3A ünvanlarından telefon və internet xətlərini kəsib gizli talaması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni kimdən almasını, oğurladığı əmlakı kimə satmasını və harada saxlanılmasını, alətlərinin yerini və törətdiyi cinayət əməllərinin əlavə şahidlərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları Şahid5, Şahid6 və Şahid7, Şahid4lə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək xidməti zərurətlə bağlı gələ bilmədiyindən onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bununla əlaqədar həmin şahidin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, onun Şahid4lə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 məhkəmə iclaslarına gəlmədiyindən onun ifadəsi elan edilməklə tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin yaxınlığından piyada keçərkən ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və bir nəfər şəxsin üzərində şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etməyə dəvət etmişdirlər. O, bu təklifə razılaşmış və polis əməkdaşları onu 25-ci PŞ-nin xidməti otaqlarının birinə aparmışlar. Orada ona hal şahidi kimi dəvət olunmuş tanımadığı digər şəxsə, əvvəllər tanımadığı, sonradan isə şəxsiyyəti Təqsirləndirilən şəxs kimi bəlli olan şəxs təqdim edilmişdir və bildirilmişdir ki. onun üzərində şəxsi axtarış keçiriləcəkdir. Hal şahidi kimi onun, digər şəxsin və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxlanılması qadağan edilmiş əşya və ya predmetlər varsa, onları təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən “Rothmans” markalı siqaretin içində gümüşü falqanı, falqanın içərisində saxladığı 2 ədəd yaşıl rəngdə kağıza bükülüləri təqdim etmişdir, bu bükülülərin içində ağ kristaldan ibarət maddə olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr “şüşə” kimi adlandırılan maddədir, özü ondan istifadə edir, onu təxminən 5-6 gün əvvəl Nərimanov rayonunda sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı, lakin tanımadığı şəxsdən əldə etmişdir. Baxıldıqda həmin maddənin ağ rəngli kristallardan ibarət, spesifik iyə malik olması aşkar edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs əynində olmuş bütün paltarlara, onların ciblərinə, iç hissələrinə, corabına və ayaqqabısının içərisinə diqqətlə baxılmış, lakin qeyd olunandan başqa saxlanılması qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, həmin zərfi imza etmişlər. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş və bildirilmişdir ki. məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəkdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclaslarına gəlmədiyindən onun ifadəsi elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, Şahid11lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə istintaqı aparılan cinayət işləri bir icraatda birləşdirilmişdir. (i.v. 61-62) -Baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, “xxxx” MMC-nin ünvan 2 3, 3A ünvanlarında yerləşən beşmərtəbəli binaların üz səthində çəkilmiş dövlət və ictimai əhəmiyyətli telekommunikasiya rabitə xətlərinin vasitələri sayılan xüsusi avadanlıqların oğurlanması müəyyən edilmişdir. (i.v. 75-79) -Götürmə haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı kabellərin 4 ədəd kəsilmiş qalıqlarını könüllü olaraq təqdim etmiş, həmin kabel qalıqları götürülmüşdür. (i.v. 88-89) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin ünvan 2 3, 3A ünvanlarının ümumi paylaşdırıcısından qeyd edilən binalara gedən avadanlıqlarını hansı yerlərdən necə oğurladığını və sonra isə aparıb 12 saylı orta məktəbin yanında transformatorun içərisinə hansı yerdə gizlətdiyini əyani şəkildə yerində göstərib təsvir etmişdir. (i.v. 115-116) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 31228/31229 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 4 ədəd kabel nümunəsinin qırmızımtıl-sarı rəngli simləri mis əsaslı ərintidən, gümüşü rəngli ekran təbəqələri alüminium əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fizikikimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət şəbəkələrində, elektrik kabel və inşaat materialları satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş tədqiqat obyektlərinin, 2019-cu ilin sentyabr ayına, təqdim edilmiş Rabitə Xidmətləri Mərkəzi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş 000779 nömrəli smeta bərpa cədvəlinin məlumatlarını və köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: 10 metr TPP-100*2 markalı rabitə kabeli 54,90 manat; 160 metr TPP-50*2 markalı rabitə kabeli 492,80 manat; 50 metr TPP-30*2 markalı rabitə kabeli 100,00 manat; 33 metr TPP-10*2 markalı rabitə kabeli 45,21 manat. Ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektləri nəzəri hesablama yolu ilə şərti olaraq iki ədəd P/Qolcaq-50x2 13,38 manat; iki ədəd P/Qolcaq- 10/30x2 9,50 manat; iki ədəd B/Qolcaq-10/30x2 5,60 manat. (i.v. 121-124) -Baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı kabellərin könüllü təqdim etdiyi qalıqlarına və ondan aşkar edilmiş alətlərə telekommunikasiya sahəsində xətt qurğuları üzrə nəzarətçimühəndis işləyən Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş kabel qalıqlarının məhz ünvan 5 3, 3A və Q.Qarayev prospekti 2 ünvanlardakı yaşayış binalarının telefon və internet xətlərinin oğurlanmış kabelləri ilə eyni markalı olmaları təsdiqini tapmışdır. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş alətlərlə həmin kabellərin kəsilməsinin mümkün olması müəyyən edilmişdir. (i.v. 190-192) -Şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 07:50-də Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsi, 3 ünvanının qarşısında saxlanılaraq 25-ci PŞ-nə gətirilmiş, orada üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı və narkotik vasitə kimi istifadə etdiyi maddə olduğunu bildirmiş, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaretin içindən gümüşü falqanı, onun içərisində olan 2 ədəd yaşıl rəngdə kağız bükülüləri, onların içindəki ağ rəngli kristaldan ibarət maddəni təqdim etmiş, onların “şüşə” kimi adlandırılan maddə olduğunu, özü istifadə etmək üçün 5- 6 gün əvvəl sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı, lakin şəxsən tanımadığı şəxsdən Nərimanov rayonunda əldə etdiyini bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. (i.v. 8-9) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/101 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,217 qram və 0.064 qram, ümumi təmiz çəkisi 0,281 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metemfetaminin ümumi təmiz çəkisi 0,281 qram olmuş, tədqiqata 0,080 qram sərf olunmuş, 0,201 qram qalıq qalmışdır. (i.v. 30-33) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının xx xxxx 2020-ci il tarixli 803 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 196-197) -Sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.1 və 234.2ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış avadanlıqları almış şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0,281 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin əldə olunma mənbəyi barədə material ayrılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,281 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, kabellərin və qolçaqların oğurlanmasında istifadə etdiyi alətlər vintaçan, kəlbətin və kəsici, onun oğurladığı əmlakdan Kabel TPP-100*2, Kabel TPP-50*2, Kabel TPP-30*2 və Kabel TPP-10*2 markalı kabellərin qalıqlarının cinayət işi üzrə maddi sübut kimi tanınmaları, ekspertiza tədqiqatından sonra qalıq qalan hissələri, alətlər və kabellərin qalıqlarının möhürlənmiş vəziyyətdə təhvil verilmələri nəzərə alınmışdır. (i.v. 218-233) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X2 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə saat 08:30-da tutulmuşdur. (i.v. 18) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 160-162) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 120) -Bakı şəhəri 141 saylı MKİS-in rəisi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 195) -Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1212,87 manat məbləğində maddi zərər ödənilmişdir, “xxxx” MMC-nin ona qarşı mülki iddiası yoxdur. -Məhkəməyə təqdim edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən ikinci qrup əlildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə törətdiyi əməllər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunmasını və ikinci qrup əlil olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı tam ödədiyini göstərmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, kabellərin və qolcaqların oğurlanmasında istifadə edilən alətlər - vintaçan, kəlbətin və kəsici, oğurlanmış əmlakdan Kabel TPP-100*2, Kabel TPP-50*2, Kabel TPP-30*2 və Kabel TPP-10*2 markalı kabellərin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2-ci bəndinə uyğun olaraq, hazırda Təqsirləndirilən şəxs ikinci qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, kabellərin və qolcaqların oğurlanmasında istifadə edilən alətlər - vintaçan, kəlbətin və kəsici, oğurlanmış əmlakdan Kabel TPP-100*2, Kabel TPP-50*2, Kabel TPP-30*2 və Kabel TPP-10*2 markalı kabellərin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan cəmi 177,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə, dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-21/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-21/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver