Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-21/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi – Nümayəndə, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Şahməddin oğlunun və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 5, mənzil 23 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan “Sərxan” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən istintaqa məlum olmayan mənbədə qanunsuz hazırlanmış guya hərbi qulluqçu olmaları barədə hüquq verən və vəzifədən azad edən adına olan 24 iyun 2016-cı il tarixli, MN № ******* seriyalı, Təqsirləndirilən şəxs1 isə öz adına olan 23 yanvar 2019-cu il tarixli, MN № 00080977 seriyalı rəsmi sənəd hesab edilən saxta şəxsi vəsiqələri “Sərxan” adlı qrup üzvündən əldə edərək 10 may 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs ASC-nin ünvan 3 ünvanında yerləşən filialına gedərək hərbi qulluqçu olmadıqları halda Təqsirləndirilən şəxs1 bilə-bilə öz adına olan saxta şəxsi vəsiqəni banka təqdim etməklə istifadə edib kredit götürmək istəyini bəyan etmiş, o isə aralarında olan razılığa əsasən bilə-bilə öz adına olan saxta şəxsi vəsiqəni banka təqdim etməklə istifadə edib kreditin götürülməsi üçün özünü Təqsirləndirilən şəxs1 zamin olan şəxs kimi təqdim etməklə yaranmış etibardan suiistifadə edərək sonuncunun adına kredit adı ilə aldadıb bankdan 7000 manat nağd pul vəsaitini ələ keçirərək cinayətkar qrupun üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs ASC-yə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan “Sərxan” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən istintaqa məlum olmayan mənbədə qanunsuz hazırlanmış guya hərbi qulluqçu olmaları barədə hüquq verən və vəzifədən azad edən adına olan 23 yanvar 2019-cu il tarixli, MN № 00080977 seriyalı, Təqsirləndirilən şəxs2 isə öz adına olan 24 iyun 2016-cı il tarixli, MN № ******* seriyalı rəsmi sənəd hesab edilən saxta şəxsi vəsiqələri “Sərxan” adlı qrup üzvündən əldə edərək 10 may 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs ASC-nin ünvan 3 ünvanında yerləşən filialına gedərək hərbi qulluqçu olmadıqları halda bilə-bilə öz adına olan saxta şəxsi vəsiqəni banka təqdim etməklə istifadə edib kredit götürmək istəyini bəyan etmiş, eyni zamanda aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 də bilə-bilə öz adına olan saxta şəxsi vəsiqəni banka təqdim etməklə istifadə edib kreditin götürülməsi üçün özünü ona zamin olan şəxs kimi təqdim etməklə yaranmış etibardan sui-istifadə edərək kredit adı ilə aldadıb bankdan 7000 manat nağd pul vəsaitini ələ keçirərək cinayətkar qrupun üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs ASC-yə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, o, eyni məktəbdə oxuduğu Hüseyn adlı tanışı ilə “Əhmədli” metrostansiyasının yaxınlığında rastlaşmışdır. Söhbət zamanı Hüseyn ona Əziz adlı dostunun adına bankdan kredit götürəcəklərini, zamin olmadıqda bankdan az miqdarda pul verildiyini, zamin olduqda isə çox miqdarda pul verildiyini bildirərək ondan 100-150 manat pulun müqabilində zamin durmasını xahiş etmişdir. Həmin vaxt anası xəstə olduğundan onun pula ehtiyacı olmuş, ona görə də razılaşmışdır. Hüseyn ondan şəxsiyyət vəsiqəsini və bir ədəd şəkil istəmişdir. O, şəkil üçün Hüseynlə birlikdə yaxınlıqdakı fotostudiyaya getmiş və orada şəkil çəkdirib şəkili şəxsiyyət vəsiqəsi ilə birlikdə Hüseynə vermişdir. Həmin günün axşamı Hüseyn və Əzizlə görüşüb söhbət etmişlər. Səhərisi gün Hüseyn ona zəng edərək “Neftçilər” metrostansiyasının yaxınlığına gəlməyini bildirmişdir. O, “Neftçilər” metrostansiyasının yaxınlığına gələndə ona Əzizin bankda olduğunu, girib qol çəkməyini bildirmişdir. O, banka daxil olmuş, Əzizin yanına getmiş, kredit mütəxəssisi onlara bir neçə sual vermiş, onlara kredit şərtlərini, krediti ödəmədikləri halda eyni məsuliyyəti daşıdıqlarını izah etmişdir. O, sənədləri imzalamışdır. O, soruşduqda sənədləşmə prosesinin uzun çəkəcəyini bildirmişlər. O, işdən icazə alıb gəldiyindən tələsdiyi üçün gözləməmiş, şəxsiyyət vəsiqəsini Əzizdən götürüb bankdan çıxıb getmişdir. Zamin durduğuna görə ona hissə-hissə olmaqla 100 manata qədər pul verilmişdir. Onun saxta sənəddən məlumatı olmamış, o, heç bir sənəd görməmişdir. O, banka gedəndə hər şey hazır olmuş, o, sadəcə qol çəkmişdir. Onun bu işdə heç bir gəliri olmamış, maddi marağı olmamışdır. Heç kimi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Sərxanla Penitensiar Xidmətin hospitalında müalicə alan zaman tanış olmuşdur. Sərxanla “Neftçilər” metrostansiyasının yaxınlığında görüşüb danışan zaman Sərxan bankdan kredit götürmək işi olduğunu, onun şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmiş, o, razılaşmışdır. Səhərisi gün bankla üzbəüz kafedə Sərxanla görüşmüşlər. Sərxan ona sənədləri vermişdir. Sərxan Ülvinin də sənədlərini ona verərək banka getməyini, Ülvinin işdə olduğunu, gəlib çatacağını demişdir. O, banka daxil olmuş, kredit şöbəsinə yaxınlaşaraq sənədləri təqdim etmiş, sonra ona təqdim olunan sənədləri imzalamışdır. Ülvi də gələrək sənədləri imzalamış, sonra çıxıb getmişdir. O, bankdan 7000 manat pul götürmüşdür. Bankdan çıxdıqdan sonra 7000 manat pulun 3000 manatını və Sərxandan aldığı sənədləri Sərxana vermiş, 4000 manatını isə özünə götürmüşdür. Bankdan götürülmüş pulun 3000 manatının aylıq kreditini Sərxanın, 4000 manatın aylıq kreditini isə onun ödəyəcəyi ilə bağlı razılığa gəlmişlər. Bankdan onunla əlaqə saxlayıb götürülmüş kreditin aylıq ödənişini ödəməsini tələb etdikdə o, Sərxanla əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Sərxan ona narahat olmamasını bildirmişdir. Sonra o, Sərxanla əlaqə saxlaya bilməmişdir. Banka təqdim etdiyi sənədin saxta olduğunu bilmişdir. Bankla razılığa gələ bilməyi üçün ona bir həftə vaxt verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş kreditlə bağlı ödəniş olmadığından kredit problemə düşmüş və bunun araşdırılması baş ofisə həvalə edilmişdir. Həmin məsələnin araşdırılması ona həvalə olunmuşdur. Araşdırma zamanı kredit sənədlərində olan əlaqə nömrələri ilə əlaqə saxladıqda nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 zəng çatmamışdır. Nömrələrin birinə Rübabə adlı xanım cavab vermiş və Təqsirləndirilən şəxs1 anası olduğunu bildirmişdir. O, bankdan 7000 manat kreditin götürüldüyü, lakin ödənişin edilmədiyi barədə məlumat vermiş və oğlunun hərbiçi olub-olmadığını soruşmuşdur. Rübabə xanım oğlunun hərbiçi olmadığını, hal-hazırda Biləsuvar rayonunda olduğunu və tez bir zamanda krediti ödəyəcəklərini bildirmişdir. Onlar vaxt vermişlər, kreditdən 150 manat ödənilmişdir. Sonra Rübabə xanıma da zəng çatmamışdır. Bundan sonra onlar məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmişlər. Müraciət etdikdən sonra Təqsirləndirilən şəxs1 gəlmiş və söhbət zamanı hərbi sənədlərin saxta olduğunu, hərbi sənədləri düzəldən şəxsin adının Sərxan olduğunu, həmin şəxsin əvvəllər məhkum olunduğunu və onu cəzaçəkmə müəssisəsindən tanıdığını bildirmişdir. Həmçinin bildirmişdir ki, o və Təqsirləndirilən şəxs2 Sərxanın vasitəsi ilə saxta olan hərbi bilet və əmək haqqı almağına dair “Kapital Bank”dan ödənişlə bağlı sənəd əldə etmişlər və həmin sənədlərin əsasında Zərərçəkmiş şəxs ASC-nin Neftçilər filialından 7000 manat pul götürmüşlər. Zərərçəkmiş şəxs ASC-yə 8062,42 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 tərəfindən 1100 manat pul vəsaiti banka ödənilmişdir. 6962,42 manat pul vəsaiti banka ödənilməmişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2019cu ilin may ayının 10-da saat təxminən 11-12 radələrində Təqsirləndirilən şəxs1 onun əyləşdiyi masaya yaxınlaşaraq kredit götürmək istədiyini bildirmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini götürüb kserosurətini çıxarmış və məlumatlarını yoxlamışdır. Kreditin verilməsi üçün hərbi bilet, şəxsiyyət vəsiqəsi və əmək haqqından möhürlü çıxarışa dair sənədlərini götürüb filial daxili təhlil etdikdən sonra ona zamin təqdim etməli olduğunu bildirmişdir. O da zamin təqdim edəcəyini bildirərək filialdan çıxıb getmişdir. Həmin gün saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs1 yenidən zaminlə və sənədlərlə birlikdə ona yaxınlaşmışdır. O, zaminin sənədlərini götürüb yoxlamış, müvafiq sənədləşməni aparmışdır. O, Təqsirləndirilən şəxs1 və zaminə kreditin şərtlərini, həmçinin əgər kreditin ödənilməsi ilə bağlı problem yaranarsa hərbiçi olduqları üçün hərbi hissəyə, hərbi qurumlara məlumat veriləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs1 kredit ayrılmış və ona kassadan pul verilmişdir. Təqsirləndirilən şəxs1 götürdüyü kreditin ilk aylıq ödəməli olduğu məbləği ödəmədiyini görüb onun kredit götürən zaman verdiyi əlaqə nömrələri ilə əlaqə saxlamağa çalışmış, lakin əlaqə saxlaya bilməmişdir. Zaminin verdiyi əlaqə nömrələri ilə əlaqə saxlamağa çalışmış, lakin əlaqə saxlaya bilməmişdir. Zaminin qoyduğu ev telefonu ilə əlaqə saxlayıb anası ilə danışmış, anasına oğlunun zamin dayanması barədə məlumat vermiş, anası məlumatsız olduğunu bildirmişdir. Xanıma oğlunun hərbiçi olduğunu, onun üçün problem yarana biləcəyini bildirdikdə, xanım oğlunun hərbiçi olmadığını, hərbi ilə heç bir əlaqəsinin olmadığını, usta olduğunu, hazırda Ukrayna Respublikasında olduğunu bildirmişdir. O, bu barədə filial müdirinə məlumat vermişdir. Sonra sənədlər toplanıb bankın aidiyyəti departamentinə göndərilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14.12.2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - “Kreditverən” Zərərçəkmiş şəxs ASC-nin Neftçilər filialı ilə “Borcalan” Təqsirləndirilən şəxs1 arasında bağlanmış 10.05.2019-cu il tarixli, 032CASA191300004 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Kreditverən 0 (sıfır) ay güzəşt olmaqla, 7000 manat məbləğdə və illik 25 faizlə Borcalanın istifadəsinə krediti təqdim etməyi, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən kreditin Kreditverənə qaytarılması üçün son müddət 10.05.2021-ci il tarix müəyyən edilmişdir. - “Kreditor” Zərərçəkmiş şəxs ASC-nin Neftçilər filialı ilə “Zamin” Təqsirləndirilən şəxs2 arasında bağlanmış 10.05.2019-cu il tarixli, 032FİZAM72141301 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 1.2-ci bəndinə əsasən icrası Zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu Kreditor və Borclu Təqsirləndirilən şəxs1 arasında bağlanmış məbləği 7000 manat, illik faiz dərəcəsi 25, müddəti 10.05.2021 olan 032CASA191300004 saylı, 10.05.2019-cu il tarixli kredit müqaviləsi ilə müəyyən olunmuşdur. Əsas müqavilə üzrə tələb edilə biləcək borc: 7000 manat kredit, hesablanacaq faiz borcları və cərimələrdir. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 16.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ASC zərərçəkmiş şəxs qismində, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında 11.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. - 27.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27.02.2021-ci il tarixdə tutulmuşdur. - şəxsin müvəqqəti tutulmaqdan azad edilməsi haqqında 01.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müvəqqəti tutulmaqdan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - videogörüntüyə baxış keçrilməsi haqqında 17.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilərkən CD diskdə Zərərçəkmiş şəxs ASC-nin “Neftçilər” filialında kassa otağında olan təhlükəsizlik kamerasından aparılmış videoçəkiliş olması müəyyən edilir. Həmin çəkiliş 04 saat 56 dəqiqə davamlı olmaqla 10 may 2019-cu il tarixi əhatə edir. Videogörüntüyə əsasən Təqsirləndirilən şəxs1 təqdim etmiş olduğu saxta sənədlər əsasında 7000 manat kredit alması öz əksini tapır. - toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 18.03.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmişdir. İş üzrə bir ədəd CD disk, X2 adına olan 23.01.2019-cu il tarixli, MN 00080977 seriyalı və Təqsirləndirilən şəxs2 adına olan 24.06.2016-cı il tarixli, MN ******* seriyalı rəsmi sənəd hesab edilən saxta şəxsi vəsiqələri, “ödəniş kartı üzrə çıxarış” 7 vərəqədə, “sifariş ərizəsi” 2 vərəqədə, 032CASA191300004 nömrəli “kredit müqaviləsi” 3 vərəqədə, 032FİZAM72141301 nömrəli “zaminlik müqaviləsi” 5 vərəqədə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1891/2020 saylı, 16.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs ASC arasında bağlanmış 032CASA191300004 saylı, 10.05.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 müştərək qaydada 6850 manat əsas borcun, 1172,42 manat faiz borcunun, 10 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8062,42 manat borcun Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulması qət edilmişdir. - Zərərçəkmiş Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 21.02.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs ASC-yə vurduğu 8062 manat maddi zərərdən Təqsirləndirilən şəxs1 tərəfindən 1100 manat pul vəsaiti banka ödənilmişdir. Lakin 6962,42 manat pul vəsaiti banka ödənilməmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.04.2022-ci il tarixli, 1(007)-21/2022 saylı qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinmələri, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmələri və cinayət işinin icraatına həmin hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir.... Özgənin adına olan sənədlər (məsələn bankın əmanət kitabçası, pensiya vəsiqəsi, adlı qiymətli kağızlar və sair) əsasında qanunsuz olaraq pensiyaların, müavinətlərin, banklara yerləşdirilmiş vəsaitlərin ələ keçirilməsi o halda aldatma yolu ilə törədilmiş dələduzluq kimi qiymətləndirilir ki, təqsirkar bu zaman kredit təşkilatının əməkdaşını özünün həmin sənədlərin sahibi olmasına inandırmış olsun. Bu sənədlər (qiymətli kağızlar) təqsirkar tərəfindən oğurlandıqda şəxsin əməli işin hallarından asılı olaraq, həm də CM-nin 326.1 və ya 326.2ci maddəsi ilə tövsif edilməlidir. Eyni ilə hər hansı sosial ödənişlər və ya müavinətlər almaq hüququna malik olmayan şəxsin belə hüququnun olması haqqında müvafiq orqanlara yalan məlumatlar verərək həmin məlumatlar əsasında ödənişləri və ya müavinətləri alması da dələduzluq kimi qiymətləndirilir, bu halda rəsmi sənədlərin saxtalaşdırılması və ya onlardan istifadə edilməsi müəyyən edildikdə isə əlavə olaraq CM-nin 320.1 və ya 320.2-ci maddəsi ilə tövsif edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1, şəxsiyyətləri istintaqa məlum olmayan “Sərxan” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2, şəxsiyyətləri istintaqa məlum olmayan “Sərxan” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.02.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.10.2012-ci il tarixli, 1(011)-260/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.06.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 1(011)-62/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.1ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 29.03.2022-ci il tarixli, 21-1/3- 3368/7 nömrəli məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 1(011)-62/2022 saylı hökmü ilə 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 Bakı Şəhər Probasiya İdarəsində 05.03.2022-ci il tarixdə qeydiyyata götürülmüş və həmin tarixdən cəzası hesablanır. Təqsirləndirilən şəxs2 29.03.2022-ci il tarixə cəzasından 24 gün çəkmiş və onun 1 il 5 ay 4 gün çəkilməmiş cəzası qalmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.02.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.04.2011-ci il tarixli, 1(007)-61/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.04.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 27.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 1(011)-62/2022 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 1(011)-62/2022 saylı hökmü ilə təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36/6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyandan qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 1(011)-62/2022 saylı hökmü üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 05.03.2022-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk, Təqsirləndirilən şəxs1 adına olan 23.01.2019cu il tarixli, MN seriyalı, 00080977 nömrəli, Təqsirləndirilən şəxs2 adına olan 24.06.2016cı il tarixli, MN seriyalı, ******* nömrəli rəsmi sənəd hesab edilən saxta şəxsi vəsiqələri, “ödəniş kartı üzrə çıxarış” 7 vərəqədə, “sifariş ərizəsi” 2 vərəqədə, 032CASA191300004 nömrəli “kredit müqaviləsi” 03 vərəqədə, 032FİZAM72141301 nömrəli “zaminlik müqaviləsi” 5 vərəqədə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1891/2020 saylı, 16.10.2020-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 müştərək qaydada 6850 manat əsas borcun, 1172,42 manat faiz borcunun, 10 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8062,42 manat borcun Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulması qət edildiyindən zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin ibtidai istintaqda iştirak etdikləri müddət 56 iş saatı və məhkəmədə iştirak etdikləri müddət 70 iş saatı, cəmi 126 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 756 (yeddi yüz əlli altı) manat (126x6) məbləğində əmək haqqı Bakı şəhəri 13 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 1(011)-62/2022 saylı hökmü ilə təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza – 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36/6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia təmin edilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk, Təqsirləndirilən şəxs1 adına olan 23.01.2019-cu il tarixli, MN seriyalı, 00080977 nömrəli, Təqsirləndirilən şəxs2 adına olan 24.06.2016-cı il tarixli, MN seriyalı, ******* nömrəli rəsmi sənəd hesab edilən saxta şəxsi vəsiqələri, “ödəniş kartı üzrə çıxarış” 7 vərəqədə, “sifariş ərizəsi” 2 vərəqədə, 032CASA191300004 nömrəli “kredit müqaviləsi” 03 vərəqədə, 032FİZAM72141301 nömrəli “zaminlik müqaviləsi” 5 vərəqədə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə istintaqda 56 saat, məhkəmədə 70 saat, cəmi 126 (bir yüz iyirmi altı) saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 müvafiq olaraq Bakı şəhəri 13 saylı Vəkil Bürosu və Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 756 (yeddi yüz əlli altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-21/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-21/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver