Məhkəmə qərarları › İş №1(007)-21/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-21/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-21/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs – mülki iddiaçının nümayəndəsi X1 müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 xx.xx.2016-cı il tarixli, 273.1/K nömrəli əmri ilə satış departamentinin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2020-ci ilin avqust ayının 18-dən 2020-cı ilin sentyabr ayının 08-nə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs2 MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında öz dislokasiyasına daxil olan satış nöqtələri üzrə xx.xx.2020-ci il tarixli akta əsasən öhdəliyinə uçot üzrə 48.666 manat 04 qəpik dəyərində malları qəbul etmiş, cəmiyyət tərəfindən aparılan təhvil-təslim zamanı 850 manat 19 qəpik dəyərində mallar cəmiyyətin anbarına qaytarılmış, 280 manat 87 qəpik cəmiyyətin xəzinəsinə ödəmiş, 2.041 manat 39 qəpik dəyərində mallar fəaliyyətini dayandırmış müştərilərdə qalıq qalmış, təhvil-təslim dövründə 96 manat 04 qəpik dəyərində mallar yararsız hala düşmüş, 27.302 manat 59 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 18.094 manat 96 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs2 MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Zərərçəkmiş - mülki iddiaçının nümayəndəsi məhkəməyə mülki iddia təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 xx.xx.2016-cı il tarixli, 273.1/K nömrəli əmri ilə satış departamentinin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2020-ci ilin avqust ayının 18-dən 2020-cı ilin sentyabr ayının 08-nə kimi olan dövr ərzində 18.094,96 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs2 MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmədən Təqsirləndirilən şəxs vurulmuş zərər üzrə 18.094,96 manat, dövlət rüsumu üzrə ödənilmiş 144,28 manat məbləğində pul vəsaitinin tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-ə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş-mülki iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 MMC-ə vurduğu ziyandan 500 manat ödəmişdir. Zərərçəkmiş şəxs2 MMC-ə dəymiş ziyandan qalan 17594,96 manatın və dövlət rüsumu üzrə ödənilmiş 144,28 manat pul vəsaitinin təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-ə ödənilməsinə və təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilərək, mülki iddianı etiraf edərək ifadəsində göstərmişdir ki, 09 sentyabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs2 Satış Departamentinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, işə qəbul olunarkən onunla MMC-nin rəhbərliyi arasında əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, satış təmsilçisi kimi vəzifəsi ona təhkim olunmuş ticarət obyektlərindən sifarişləri qəbul edib, elektron qaydada mobil telefonun "xxxx" proqramı ilə MMC-yə həmin sifarişləri ötürmək, adına qaimələr tərtib edilərək sifarişi əsasında həmin mallar anbardan MMC-nin adlarını xatırlamadığı sürücülərinə təhvil verildikdən və sürücülər həmin məhsulları qeyd etdiyi ticarət obyektlərinə aparıb təhvil verdikdən sonra satışdan əldə olunmuş pulları toplayıb MMC-nin xəzinəsinə ödəmək olmuşdur. 2020-ci ilin avqust ayınadək MMC-nin ona təhkim etdiyi avtomobil ilə xidmət etmiş və ona özünün, ailəsinin maddi ehtiyaclarını ödəyə biləcək qədər normal əmək haqqı ödənilmiş, lakin 2020-ci ilin avqust ayından etibarən ona təhkim olunmuş avtomobil ondan geri alınmış, əmək haqqı azaldılmış, öz şəxsi avtomobili ilə ona tapşırılan işləri yerinə yetirmək məcburiyyətində qalmış, bu isə onu qane etməmiş, belə ki, avtomobilin təmirinə əlavə pul xərcləmiş və ödənilən əmək haqqı onun ehtiyaclarını ödəməmiş, bununla bağlı MMC-nin rəhbərliyinə müraciət edib əmək haqqının qaldırılmasını, ona təhkim olunmuş xidməti avtomobili geri təhvil verilməsini xahiş etdikdə, ona pandemiya dövrü olduğundan xahişinə yalnız 2-3 aydan sonra baxılacağı bildirilmiş, bu səbəbdən də, o, məcbur olub ticarət obyektlərindən hissə-hissə yığdığı cəmi 18.094 manat 96 qəpik pulu MMC-nin xəzinəsinə ödəməyib, özünün və ailəsinin maddi ehtiyaclarını ödəmişdir. 09 oktyabr 2020-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Zərərçəkmiş şəxs2 MMC-yə vurulmuş ziyandan 500 manat ödəmişdir. Qalan borcunu da ödəyəcəkdir. Əməlindən peşmandır, səhv etmişdir. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş – mülki iddiaçının nümayəndəsi X3 məhkəmədən mülki iddianı təmin edərək Zərərçəkmiş şəxs2 MMC-nə vurulmuş 17594,96 manat maddi ziyanın və dövlət rüsumu üzrə ödənilmiş 144,28 manat pul vəsaitinin təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-ə ödənilməsinə və təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Operativ yoxlama təftiş bölməsinin mütəxəssisi Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən 2021-ci ilin mart ayına kimi Zərərçəkmiş şəxs2 MMC-də Operativ yoxlama təftiş bölməsinin mütəxəssisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2016-cı il tarixli, 273.1/K nömrəli əmri ilə satış departamentinin satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. O, işə qəbul olunduqda maddi məsuliyyət haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımışdir. Lakin, 2020-ci ilin avqust ayının əvvəllərində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır, bu barədə məlumat əsasında, əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmş, qeyd edilən təftiş yoxlamasında o, da iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 18.094 manat 96 qəpik məbləğində çatışmazlıq aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məsələni araşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X6 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 31 mart 2021-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının 18-dən 2020-cı ilin sentyabr ayının 08-nə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs2 MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında öz dislokasiyasına daxil olan satış nöqtələri üzrə xx.xx.2020-ci il tarixli akta əsasən öhdəliyinə uçot üzrə 48.666 manat 04 qəpik dəyərində malları qəbul etmişdir. Cəmiyyət tərəfindən aparılan təhvil-təslim zamanı 850 manat 19 qəpik dəyərində mallar cəmiyyətin anbarına qaytarılmış, 280 manat 87 qəpik cəmiyyətin xəzinəsinə ödəmiş, 2.041 manat 39 qəpik dəyərində mallar fəaliyyətini dayandırmış müştərilərdə qalıq qalmış, təhvil-təslim dövründə 96 manat 04 qəpik dəyərində mallar yararsız hala düşmüş, 27.302 manat 59 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, 18.094 manat 96 qəpik məbləğində pul vəsaitini isə mənimsəmişdir. Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamışdır. Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəb ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməyərək şəxsi ehtiyaclarına sərf etməsi olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçiləri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının mənimsənilməsi faktları üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmışdır. - Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 273.1/K nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2016-cı il tarixdən satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. - Zərərçəkmiş şəxs2 MMC ilə Təqsirləndirilən şəxs oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında əlavə müqavilədən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan bütün mövcud malları və məhsulları qəbul etdikdən sonra onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımağı, işdən çıxdığı təqdirdə anbardan qəbul etdiyi malın və məhsulların dəyərlərini ödəməyi, çatışmayan hissəsi olduqda isə müəyyən olunmuş qaydada mal şəklində anbara qaytarmağı və s. öz üzərinə öhdəlik götürmüşdür. - Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 243.1/K saylı əmrindən görünür ki, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2021-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, Zərərçəkmiş şəxs2 MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2020-ci il tarixə 18.094,96 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/973-9/4222 nömrəli rəyinin məhkəmə-mühasibat ekspertizası üzrə nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan audit rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs2 MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 18.094,96 məbləğində müəyyən edilmişdir. Həmin rəyin məhkəmə-xətşünaslıq ekspertizası üzrə nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adından olan əmək müqaviləsinin və tam maddi məsuliyyət haqqında olan müqavilənin kserosurətlərində işçiyə aid “İmza” qrafalarında əks olunan imzalar, xx.xx.2020-ci il tarixli aktda Təqsirləndirilən şəxs adından olan imzalar, xx.xx.2020-ci il tarixli 389664 nömrəli, xx.xx.2020-ci il tarixli 389670 nömrəli, xx.xx.2020-ci il tarixli 389667 nömrəli üzləşmə aktlarında Təqsirləndirilən şəxs adından olan imzalar, xx.xx.2020-ci il tarixli 389311 nömrəli, xx.xx.2020-ci il tarixli 389310 nömrəli, xx.xx.2020-ci il tarixli 389308 nömrəli xx.xx.2020-ci il tarixli 388871 nömrəli, xx.xx.2020-ci il tarixli 388842 nömrəli, xx.xx.2020- ci il tarixli 388823 nömrəli, xx.xx.2020-ci il tarixli 388813 nömrəli, xx.xx.2020-ci il tarixli 388809 nömrəli, xx.xx.2020-ci il tarixli 388808 nömrəli, xx.xx.2020-ci il tarixli 388811 nömrəli, xx.xx.2020-ci il tarixli 388818 nömrəli, xx.xx.2020-ci il tarixli 388826 nömrəli, xx.xx.2020-ci il tarixli 388836 nömrəli, xx.xx.2020-ci il tarixli 388840 nömrəli, xx.xx.2020- ci il tarixli 388844 nömrəli, xx.xx.2020-ci il tarixli 388846 nömrəli, xx.xx.2020-ci il tarixli 388876 nömrəli, xx.xx.2020-ci il tarixli 388869 nömrəli, xx.xx.2020-ci il tarixli 388867 nömrəli, xx.xx.2020-ci il tarixli 386805 nömrəli, xx.xx.2020-ci il tarixli 386828 nömrəli, xx.xx.2020-ci il tarixli 386826 nömrəli, xx.xx.2020-ci il tarixli 386165 nömrəli, xx.xx.2020- ci il tarixli 386542 nömrəli, xx.xx.2020-ci il tarixli 386534 nömrəli, xx.xx.2020-ci il tarixli 386524 nömrəli, xx.xx.2020-ci il tarixli 386523 nömrəli, xx.xx.2020-ci il tarixli 386256 nömrəli, xx.xx.2020-ci il tarixli 386141 nömrəli, xx.xx.2020-ci il tarixli 386547 nömrəli,xx.xx.2020-ci il tarixli 386251 nömrəli, xx.xx.2020-ci il tarixli 386158 nömrəli, xx.xx.2020- ci il tarixli 386199 nömrəli, xx.xx.2020-ci il tarixli 386173 nömrəli, xx.xx.2020-ci il tarixli 386188 nömrəli, xx.xx.2020-ci il tarixli 387870 nömrəli, xx.xx.2020-ci il tarixli 386814 nömrəli, xx.xx.2020-ci il tarixli 389654 nömrəli, xx.xx.2020-ci il tarixli 388866 nömrəli xx.xx.2020-ci il tarixli 388851 nömrəli, xx.xx.2020-ci il tarixli 388853 nömrəli, xx.xx.2020- ci il tarixli 388856 nömrəli, xx.xx.2020-ci il tarixli 389303 nömrəli, xx.xx.2020-ci il tarixli 389300 nömrəli, xx.xx.2020-ci il tarixli 389298 nömrəli, xx.xx.2020-ci il tarixli 389296 nömrəli, xx.xx.2020-ci il tarixli 389295 nömrəli, xx.xx.2020-ci il tarixli 389294 nömrəli, xx.xx.2020-ci il tarixli 389289 nömrəli, xx.xx.2020-ci il tarixli 389284 nömrəli, xx.xx.2020- ci il tarixli 389305 nömrəli, xx.xx.2020-ci il tarixli 389272 nömrəli, xx.xx.2020-ci il tarixli 389283 nömrəli, xx.xx.2020-ci il tarixli 389660 nömrəli, xx.xx.2020-ci il tarixli 389077 nömrəli, xx.xx.2020-ci il tarixli 389081 nömrəli, xx.xx.2020-ci il tarixli 389082 nömrəli,xx.xx.2020-ci il tarixli 389085 nömrəli, xx.xx.2020-ci il tarixli 389094 nömrəli, xx.xx.2020- ci il tarixli 389100 nömrəli, xx.xx.2020-ci il tarixli 389102 nömrəli, xx.xx.2020-ci il tarixli 389104 nömrəli, xx.xx.2020-ci il tarixli 389108 nömrəli, xx.xx.2020-ci il tarixli 389110 nömrəli, xx.xx.2020-ci il tarixli 389114 nömrəli, xx.xx.2020-ci il tarixli 389073 nömrəli. xx.xx.2020- ci il tarixli 389098 nömrəli, xx.xx.2020-ci il tarixli 389106 nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli 389112 nömrəli, xx.xx.2020-ci il tarixli 389321 nömrəli, xx.xx.2020-ci il tarixli 389316 nömrəli, xx.xx.2019-cu il tarixli 293350 nömrəli xx.xx.2029- xx.xx.2019-cu il tarixli 293350 nömrəli, xx.xx.2019-cu il tarixli 293330 : nömrəli xx.xx.2019-cu il tarixli 293329 nömrəli, xx.xx.2019-cu il tarixli 293342 nömrəli, xx.xx.2019-cü il tarixli 293344 nömrəli, xx.xx.2019-cu il tarixli 293345 nömrəli, xx.xx.2019cu il tarixli 293348 nömrəli, xx.xx.2019-cu il tarixli 293317 nömrəli, xx.xx.2019-cu il tarixli 293324 nömrəli, xx.xx.2019-cu il tarixli 293326 nömrəli, xx.xx.2019-cu il tarixli 293340 nömrəli, xx.xx.2019-cu il tarixli 293338 nömrəli, xx.xx.2019-cu il tarixli 293335 nömrəli, xx.xx.2019-cu il tarixli 293334 nömrəli, xx.xx.2019-cu il tarixli 293331 nömrəli, xx.xx.2019cu il tarixli 293315 nömrəli, xx.xx.2019-cu il tarixli 293313 nömrəli, xx.xx.2019-cu il tarixli 293297 nömrəli, xx.xx.2019-cu il tarixli 293294 nömrəli, xx.xx.2019-cu il tarixli 293332 nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli 293319 nömrəli, xx.xx.2019-cu il tarixli 293351 nömrəli, xx.xx.2019-cu il tarixli 293354 nömrəli, xx.xx.2019cu il tarixli 293358 nömrəli, xx.xx.2019-cu il tarixli 293360 nömrəli, xx.xx.2019-cu il tarixli 293361 nömrəli, xx.xx.2019-cu il tarixli 293363 nömrəli, xx.xx.2019-cu il tarixli 293365 nömrəli, xx.xx.2019-cu il tarixli 293369 nömrəli, xx.xx.2019-cu il tarixli 293371 nömrəli, xx.xx.2019-cu il tarixli 293374 nömrəli, xx.xx.2019-cu il tarixli 293375 nömrəli, xx.xx.2019cu il tarixli 293377 nömrəli, xx.xx.2019-cu il tarixli 293378 nömrəli, xx.xx.2019-cu il tarixli 293379 nömrəli, xx.xx.2019-cu il tarixli 293380 nömrəli, xx.xx.2019-cu il tarixli 293300 nömrəli, xx.xx.2019-cu il tarixli 293305 nömrəli, xx.xx.2019-cu il tarixli 293309 nömrəli, xx.xx.2019-cu il tarixli 293311 nömrəli, xx.xx.2019-cu il tarixli 293677 nömrəli, xx.xx.2019cu il tarixli 293678 nömrəli, xx.xx.2019-cu il tarixli 293680 nömrəli, xx.xx.2019-cu il tarixli 293681 nömrəli, xx.xx.2019-cu il tarixli 293682 nömrəli, xx.xx.2019-cu il tarixli 293684 nömrəli, xx.xx.2019-cu il tarixli 293685 nömrəli, xx.xx.2019-cu il tarixli 293686 nömrəli, xx.xx.2019-cu il tarixli 293687 nömrəli, xx.xx.2019-cu il tarixli 293689 nömrəli təhvil-təslim aktlarında “Təqsirləndirilən şəxs” yazıları önündəki imzalar, 641615, 612722, 612748, 612723, 641645, 612703, 641657, 612756, 612753, 612728, 612162, 612151, 41611, 760106, 262135, 641621, 612788, 641671, 262103, 641699, 612734, 612701, 612717, 612754, 788401, 612731, 641608, 535878, 612751, 760107, 612717, 612158, 641665, 612792, 641623, 612738, 612739, 262129, 262121, 612743, 535896, 262120, 612721, 612800, 612710, 641610, 612768, 612783, 612742, 760105, 612758, 612155, 641639, 641643, 641690, 612716, 612170, 641685, 612704 nömrəli kassa mədaxil orderlərinin surətlərində “Təqsirləndirilən şəxs” yazıları önündə əks olunmuş imzalar, 641648, 641686, 612713, 262143, 641612, 641676, 262148, 262110, 612194, 262130, 612188, 641650, 641622, 612745, 612757, 612779, 612729, 612769, 641674, 760108, 262114, 535889, 612157, 612173, 612762, 535893, 641659, 641607, 262105, 612192, 612732, 262113, 226102, 612193, 612190, 535899, 612714, 662107, 612160, 612161, 612761, 612711, 612724, 535886, 612730, 262134, 641692, 612715, 612741, 535895, 262115, 262133, 641669, 641614, 641646, 641695, 612744, 612767, 262104, 641680, 612797, 612156, 641660, 535874, 641620, 612786, 641670, 612718, 641642, 612765, 60111, 262144, 262137 nömrəli kassa mədaxil orderlərinin surətlərində “Təqsirləndirilən şəxs” yazıları önündə əks olunmuş imzalar, 262131, 641616, 612163, 641652, 612184,641687, 760117, 262139, 612733, 641644, 612771, 612776, 641664, 612789, 535887, 641679, 641696, 760113, 262146, 262145, 262128, 262127, 612746, 612747, 535892, 641693, 612187, 262101, 612186, 612172 nömrəli kassa mədaxil orderlərinin surətlərində “Təqsirləndirilən şəxs” yazıları önündə əks olunmuş imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 MMC zərərçəkmiş kimi, Zərərçəkmiş şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(007)-458/2023 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus 0.36 ha kənd təsərrüfatı təyinatlı, 0.02 ha həyətyanı torpaq sahəsi olan hissəsinin üzərinə həbs qoyulmuşdur. - “X5 və Ekspertiza Mərkəzi” MMC-nin 104 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 30 noyabr tarixli 34 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinə İsmayıllı rayonu Təzəkənd kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (JN 367 saylı Kod ********) göstərilən 2,18 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs aid hissəsində, yəni 0,36 ha hissəsinin orta bazar dəyəri təqribən 14.400 manat və İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 30 noyabr tarixli 34 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinə İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN 127F Kod ********) qeyd olunan 0,13 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs aid hissəsində, yəni 0,02 ha hissəsinin orta bazar dəyəri təqribən 5000 (beş min) manat təşkil edir - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - elektron məhkəmə sistemi vasitəsi ilə əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Nilay və xx.xx.2013-cü il təvəllüdlü Ayhan adlı iki övladı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 18.094,96 məbləğində əmlakı mənimsəmə yolu ilə talaması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində iki övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəkində tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 17.594,96 manat və ödənilmiş dövlət rüsumuna görə 144.28 manat tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. Cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus 0.36 ha kənd təsərrüfatı təyinatlı, 0.02 ha. həyətyanı torpaq sahəsi müsadirə edilərək, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, məhkəmədə iştirak etdiyi müddət 74 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 444 (dörd yüz qırx dörd) manat (74x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs maddi ziyana görə 17594,96 (on yeddi min beş yüz doxsan dörd manat doxsan altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 144,28 (bir yüz qırx dörd manat iyirmi səkkiz qəpik) manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilsin. Cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus 0.36 ha kənd təsərrüfatı təyinatlı, 0.02 ha. həyətyanı torpaq sahəsi müsadirə edilərək, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş ziyanın ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 74 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 444 (dörd yüz qırx dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar