Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-21/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs - mülki iddiaçı – Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – mülki cavabdeh - Alakhverdıev Tengızin (X2) iştirakları ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh 18 iyul 1979-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük qəsəbəsi, Üzümçülük sovxozunda müvəqqəti qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Alakhverdıev Tengızin (X2) Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Alakhverdıev Tengız (X6), tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahədə olan 4 sot torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə dair texniki pasport almaqda köməklik edilməsi üçün Şahid3 tərəfindən Zərərçəkmiş şəxs 8400 manat pul vəsaiti alındığını bilib sonuncunun əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs həmin pulu Şahid3 alıb ona geri qaytaracağına dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs razılığını aldıqdan sonra etibarından sui-istifadə etməklə sonuncuya qaytarmaq adı ilə Şahid3 həmin pulun ona verilməsini bildirməklə sonuncunun xx.xx.2022ci il tarixdə, saat 01:44:04-də onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olmaqla onun istifadəsində olan “Kapital Bank" ASC-yə aid 4169-7388-0727-2848 nömrəli plastik karta köçürülmüş 7.000 manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra, Zərərçəkmiş şəxs əmlakının ələ keçirməsinə yönəldilmiş cinayətkar hərəkətlərini davam etdirərək sonuncuya qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evinə texniki pasport alınmasında özünün köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs əlavə olaraq, ünvan 3 ünvanının qarşısında yerləşən “Muxtar” adlı çay evində istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla cəmi 3.000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 10.000 manat pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs – mülki cavabdeh Alakhverdıev Tengızdən (X1) vurduğu maddi ziyana görə 10.000 manat, mənəvi ziyana görə 11.000 manat, ümumilikdə 21.000 manat məbləğində ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs- mülki cavabdeh Alakhverdıev Tengız (X6) məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsa da, Bakı şəhəri, Yasamal rayonunda yerləşən orta məktəblərin birində təhsilini Azərbaycan bölməsində almışdır, ona görə də tərcüməçiyə ehtiyacı yoxdur. 2007-ci ildən Şahid1 ilə rəsmi olmasa da ailə həyatı qurmuşdur. Həmin evliliyindən 2008-ci il təvəllüdlü Mədinə Eynullayeva və 2009-cu il təvəllüdlü Əli Eynullayev adlı övladları olmuşdur. Gözdən fiziki qüsurludur. Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 2022-ci ilin may ayında təsadüfən hüzr məclislərinin birində Nəsiblə görüşmüşdür. Nəsib həm onun qohumu, həm də həmkəndlisidir. Uzun müddətdir görüşmədiyi Nəsiblə söhbətləşdikdən sonra Nəsib ondan mobil telefon nömrəsi istəmişdir. O da Nəsibə istifadə etdiyi mobil telefon nömrəsini vermişdir. 2022-ci ilin sentyabr ayında Nəsib ona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. Nəsib görüş zamanı qızı Nargilənin boşandığını və evin üstündə kürəkəni Raminlə mübahisələri olduğunu bildirmişdir. Qızı Nargilə və Ramin Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamışlar. Onların yaşadığı evi və torpaq sahəsini Nəsib dediyinə görə özü alaraq onlara vermişdir. Həmin evin və torpaq sahəsinin heç bir sənədi olmadığı üçün həmin evə sənəd düzəltmək istəmişdir. Buna görə də həmin sənədlərin düzəltdirilməsi üçün Hövsan qəsəbəsində yaşayan Firqəd adlı şəxsə 8.400 manat pul verdiyini, ancaq Firqədin evin sənədlərini düzəltmədiyini və pulu geri qaytarmadığını bildirmişdir. O, əvvəllər Türkan qəsəbəsində yaşadığı üçün orada yaşayan adamların çoxunu tanımışdır. Nəsib Firqədin adını çəkən kimi o, Nəsibə Firqədi tanıdığını və Firqədin həmin məsələni həll edə bilməyəcəyini deyərək, Nəsibə narahat olmamağını və Firqədlə görüşüb danışacağını, pulu qaytartdıracağını bildirmişdir. Nəsib əsas pulu yox, Firqədə verdiyi sənədləri ondan almağını istəmişdir. Belə ki, Nəsibin deməsinə görə həmin sənədlərdə sözügedən evin və torpaq sahəsinin Nəsibin aldığını sübut edə biləcək qonşuların izahatları və digər vacib sənədlər olmuşdur. Bundan sonra Firqədin tanışları ilə əlaqə saxlayıb Firqədin onun qohumuna “niyə pul atdığını” bildirmişdir. Bundan sonra Firqədin tanışı olan Qulu adlı şəxs ona zəng edərək, Firqədin Nəsibə qaytarmalı olduğu pulun 7.000 manatını karta göndərə biləcəyini demişdir. O da razılaşaraq, ona həyat yoldaşı Şahid1 adına olan “Kapital Bank" ASC-yə məxsus plastik kartının şəklini göndərmişdir. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində, gecə saat 02 radələrində Elviranın adına olan karta 7.000 manat pul köçürülmüşdür. O da zəng edib bu barədə Nəsibə bildirmişdir. Nəsib də ona Firqədlə aralarında danışdıqlarını və düzgün olaraq 7.000 manat pul köçürüldüyünü bildirmişdir. Həmin gün axşam Nəsiblə görüşüb kartdan pulu çıxarmışlar. Bank faiz tutduğuna görə kartdan cəmi 6.930 manat çıxmışdır. Sonra Nəsiblə “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən çay evlərinin birində oturmuşlar. Orada o, Qulu ilə əlaqə saxlayaraq evin sxemini və evin “Socar”ın ərazisində olmadığına dair sənədləri gətirməsini istəmişdir. Qulu həmin gün sənədləri gətirib verəcəyinə söz vermiş, bir müddət sonra Qulu oturduqları çay evinə gəlmişdir. Qulu evin sxemini çəkdirdiyinə görə 550 manat və evin “Socar”ın ərazisində olmadığına dair sənədə görə 1.700 manat pul istəmişdir. O da Nəsibin razılığı ilə 550 manat sxemə görə, 1.700 manat isə “Socar”ın sənədinə görə Quluya pul vermişdir. Bundan bir müddət sonra Qulu həmin dediyi sənədləri gətirib onlara vermişdir. Geri qalan 4.680 manat puldan 3.000 manat Nəsibə qaytarmışdır. Qalan 1.680 manat pulu da Nəsib ona köməklik etdiyi üçün ona verdiyini bildirmişdir. Bundan sonra Nəsib evin sənədləşməsində ona köməklik etməyini xahiş etmişdir. Nəsib qızına aldığı torpağa və orada tikilmiş evə öz adına texniki pasport almaq istəmişdir. O da bu barədə bir neçə tanışlarına danışdıqdan sonra Nəsibə bu işi həll edə biləcəyini demişdir. Bunun müqabilində Nəsibdən 3.000 manat pul istəmişdir. Nəsib də onunla razılaşmışdır. 2023-cü ilin yanvar ayında Nəsiblə yaşadığı binanın yaxınlığında olan çay evində görüşərək, hissəhissə olmaqla Nəsib ona 3.000 manat pul vermişdir. Bundan sonrakı müddətdə ona pul lazım olduğu üçün Nəsibdən əlavə olaraq borc kimi, 1.000 manat pul istəmiş, Nəsib də ona borca 1.000 manat pul vermişdir. Lakin konkret olaraq həmin 1.000 manat pulu Nəsibin ona harada verdiyi yadında olmasa da yaşadığı evin yaxınlığında Nəsiblə görüşüb ondan 1.000 manat pul almışdır. Bundan sonra o, həmin evin sənədləşməsini həll etmək istəsə də, Nəsibin qızı Nargilə həyat yoldaşı Ramin ilə boşanma ərəfəsində olduqları üçün və Ramin evin ona məxsus olduğunu iddia etdiyi üçün məhkəmənin yekun qərarı olmadığından və evə “stop” qoyulduğundan həmin evin sənədləşməsinə heç bir müdaxilə etmək olmamışdır. Həmin vaxt maddi ehtiyacları olduğu üçün 3.000 manat pulu geri qaytarmayaraq gözünün əməliyyatına və müalicəsinə xərcləmişdir. Lakin bu barədə Nəsibə məlumat verməmişdir. Bir müddət sonra Nəsib ona evi və torpaq sahəsini sənədləşdirməsi üçün verdiyi 3.000 manatı, onun pulunu Firqəddən alıb geri qaytardığı üçün verdiyi 1.680 manatı və daha sonra borca verdiyi 1.000 manat pulu geri tələb etməyə başlamışdır. O da Nəsibə həmin pulu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Nəsiblə görüşüb bu barədə danışdıqda Nəsib ona 7.000 manat borcu olduğunu iddia etmişdir. O da Nəsibə 4.680 manat və əlavə 1.000 manat borc aldığını demişdir. Nəsib də onların bu işləri gördükləri zaman görüşüb oturduqları çay evlərində və kafelərdə ödədiyi hesabları da toplayaraq ümumilikdə ona 7.000 manat borcu olduğunu iddia etmişdir. O da Nəsibin ondan əl çəkmədiyini görüb ona 7.000 manat borcu qaytarmağa razılıq verdiyini bildirmişdir. Bundan sonra 2023-cü ilin aprel ayının sonlarında o, Gürcüstan Respublikasında olanda Nəsib ondan Xətai rayon Polis İdarəsinə şikayət etdiyi üçün, həyat yoldaşı Elvira onun Nəsibdən borca aldığı 1.000 manat pulu Nəsibə geri qaytarmışdır. Geri qalan 6.000 manatı isə hissə-hissə qaytaracağına söz vermişdir. Firqədin ona geri qaytardığı puldan 1.680 manat pulu Nəsib ona Firqəddən pulu geri qaytardığına görə vermişdir. Onun hal-hazırda Nəsibə 4.680 manat borcu vardır. Lakin Nəsib ondan kafe və çay evlərində verdiyi hesabları istədiyi üçün ona 6.000 manat verəcəyinə söz vermişdir. O, Rəşad adlı şəxs tanımır. O, Nəsibə adını bildirmədiyi tanışları vasitəsilə işi həll edəcəyini demişdir. Sadəcə olaraq onların məhkəmədə işləri olduğundan o, evin sənədləşməsində köməklik edə bilməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Alakhverdıev Tengızin (X2) qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında mülki iddiaçı-zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2006-cı ildə qızı X3 ev tikmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahədə 4 sot torpaq sahəsi almışdır. 2007-ci ildən 2 mərtəbəli 9 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. Ev tikildikdən sonra həmin evdə qızı Nargilə və həyat yoldaşı X11 ilə birlikdə yaşamağa başlamışlar. Buna qədər Nargilə və əri Ramin, Raminə məxsus Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fərdi evdə yaşamışlar. 2021-ci ilin noyabr ayında Nargilə və Raminin övladı olmadığına görə Ramin qızından boşanmaq istədiyini və gəlib qızını götürüb aparmasını istəmişdir. O, nə qədər onları barışdırmaq istəsə də, Ramin Yasamal Rayon Məhkəməsinə onun qızı Nargilədən boşanmaq barədə ərizə vermişdir. Eləcə də Ramin iddia etmişdir ki, həmin 2 mərtəbəli 9 otaqdan ibarət fərdi ev və evin inşa edildiyi torpaq sahəsi ona məxsusdur. O da məcbur qalıb bu işlə əlaqədar vəkil Şahid2 ilə görüşüb söhbət etmişdir. Vəkil Akşin ona Mahir adlı tanışının olduğu və Mahirin evin sənəd məsələsini həll edib, evə çıxarış ala biləcəyini demişdir. Bundan sonra birlikdə Mahirlə görüşüb məsələni Mahirə danışaraq, evin və torpaq sahəsinin heç bir sənədi olmadığını bildirmişlər. Kürəkəni Ramin də evin su, qaz və işıq sənədlərini öz adına aldığı üçün həmin ev və torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Mahir də bu işləri görən Firqəd adlı tanışının olduğunu və evin sənədləşmə işini həll edib evə çıxarış ala biləcəyini demişdir. Buna görə də Akşinlə birlikdə Mahir və Firqədlə görüşüb bu barədə söhbət etmişdir. Onlar torpağı aldığı şəxsin və qonşuların ərizələrini, bir neçə sənədin lazım olduğunu və bu işi ümumilikdə 5.000-7.000 manata həll edəcəklərini bildirmişlər. Bundan sonra 2021-ci ilin dekabr ayında Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Rafo” adlı kafedə Akşin və Mahirlə görüşmüşdür. Mahirin istəyinə əsasən ona pulun bir hissəsini yəni 3.500 manat pul vermişdir. Qalan hissəsini də iş prosesində verəcəyini bildirmişlər. Eləcə də Mahir evin və torpaq sahəsinin sənədləşdirmə işini 2022-ci ilin may ayına qədər həll edəcəyini bildirmişdir. O da Mahirlə razılaşmışdır. Bu müddət ərzində o, qonşuluqda yaşayan şəxslərin və torpaq sahəsini aldığı şəxsin ərizəsini, öz şəxsiyyət vəsiqəsinin və lazım olan digər sənədlərin surətlərini Mahirə vermişdir. Həmin dövr ərzində torpaq işi üçün əlavə olaraq 4.900 manat pulu hissəhissə Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Rafo” adlı kafedə Firqədə vermişdir. Lakin Firqəd və Mahir verdikləri vədə əməl etmədiklərinə görə onlara verdiyi ümumilikdə 8.400 manat pulu qaytarmalarını onlardan tələb etmişdir. Firqəd və Mahir torpaq məsələsini həll etmək istədikləri dövrdə kürəkəni Ramin bir neçə yerə şikayət etdiyindən evin və torpağın sənədləşmə işini həll edə bilmədiklərini bildirmişlər. 2022-ci il may ayında qohumu rəhmətə getmişdir. Onun yas mərasimində qohumu Tengizlə görüşmüşdür. Çoxdandır Tengizi görmədiyindən oturub söhbətləşmək üçün onun mobil nömrəsini almışdır. Evin və torpağın sənədləşməsi məsələsi ilə bağlı Firqəd və Mahirə verdiyi pulları Firqəd və Mahir qaytarmağı gecikdirmişlər. Firqəd Hövsan qəsəbəsində yaşadığı üçün o, 2022-ci ilin oktyabr-noyabr ayında qohumu Tengizə zəng edərək, Firqədi tanıyıb tanımadığını soruşmuşdur. Çünki Tengiz əvvəllər uzun müddət Hövsan qəsəbəsində yaşadığından Firqədi tanıya biləcəyini düşünmüşdür. Tengiz də Firqədi tanıdığını bildirmiş və pulu ondan alacağına söz vermişdir. O da Tengizə Firqədlə arasında olan problemi danışmışdır. Tengiz də ona narahat olmamağını və Firqəddən pulu alacağını demişdir. Bir müddət sonra Tengiz ona zəng edərək, onun Firqədə verdiyi 8.400 manat puldan 7.000 manatını Firqədin onun həyat yoldaşının adına olan plastik karta yüklədiyini bildirmişdir. Geri qalan 1.400 manat pulu isə Firqəd evin eskiz layihəsi və xx.xx.2022-ci il tarixli “Socar” şirkətindən alınmış məktuba xərclədiyini bildirdiyi üçün o, onunla razılaşmışdır. Bundan sonra Tengiz Firqəddən 7.000 manat pul aldığını və onun evinin sənədlərini özü tanışları vasitəsilə düzəldəcəyinə söz vermişdir. Lakin 7.000 manatdan başqa 3.000-4.000 manat əlavə xərci çıxacağını bildirmişdir. O da Tengizlə razılaşmışdır. Firqəd Tengizə pulu qaytardıqdan sonra Tengizə Firqədə puldan əlavə sənəd verdiyini və onları da qaytarmasına köməklik göstərməsini istəmişdir. Bir neçə gün sonra Tengiz ona zəng edərək, onunla birlikdə Hövsan qəsəbəsinə getməsini istəmişdir. Hövsan qəsəbəsində olan zaman tanımadıqları şəxs onlarla görüşərək, onun Firqədə verdiyi sənədləri geri qaytarmışdır. Bir müddət sonra həmin sənədləri Tengiz ondan istədiyinə görə Tengizə vermişdir. Bildiyi qədəri ilə Tengiz bu işi adını ona demədiyi tanışları vasitəsilə edəcəkdi. 2023-cü ilin əvvəllərində hissə-hissə olmaqla Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən adı yadında olmayan çay evində Tengizlə görüşüb, ona 3.000 manat pul vermişdir. Tengiz həmin çay evinin yaxınlığında qaldığı üçün həmişə orada görüşmüşlər. Tengizə verdiyi 3.000 manat pulunu həmin evin sənədləşmə işinə görə vermişdir. Bundan bir müddət sonra Tengiz xeyir işləri olduğu üçün ondan 1.000 manat pul istədiyindən, Tengizə borc olaraq 1.000 manat pul vermişdir. Lakin bir müddət keçməsinə baxmayaraq, Tengiz evin və torpaq sahəsinin sənədləşdirməsini həll etməmişdir. Tengizdən evin və torpaq sahəsinin sənəd işinin niyə uzandığını soruşsa da, Tengiz hər dəfə bir bəhanə gətirərək vaxtı uzatmışdır. Bir neçə dəfə də Tengizdən həmin məsələ barədə soruşduqdan sonra Tengiz pulu bir həftəyə qaytaracağına söz versə də, bu günə qədər heç bir ödəniş etməmişdir. Tengiz onun ona verdiyi ümumilikdə 10.000 manatdan evin eskiz layihəsinə və “Socar” şirkətindən alınan sənədə görə xərclədiyini bildirdikdə, o, Tengizə həmin sənədlərin 2022-ci ilin avqust ayında Firqəd və Mahir tərəfindən alındıqlarını bildirib, ondan tam olaraq 10.000 manat pulu qaytarmasını tələb etmişdir. Lakin, Tengiz pulu geri ödəmədiyindən bu barədə Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. Bundan sonra Tengizin həyat yoldaşı Elvira, Tengizə borca verdiyi 1.000 manat pulu geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs-mülki cavabdeh tərəfindən ona dəymiş 10000 (on min) manat maddi ziyan tam həcmdə ödənilmişdir, ona görə də verdiyi mülki iddiadan maddi ziyanla bağlı hissədə imtina edir, 11.000 (on bir min) manat mənəvi ziyanın ödənilməsi hissəsində isə mülki iddianın baxılmamış saxlanılmasını, cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tengiz onun həyat yoldaşıdır. Rəsmi olaraq nikahda olmasalar da 2007-ci ildən evlənib birlikdə yaşayırlar. Həmin evlilikdən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı övladları var. "xxxx" ASC-dən verilmiş 4169-7388-0727-2848 nömrəli plastik bank kartı onun adınadır. Həmin plastik kartı təxminən bir-iki il bundan qabaq “Koroğlu“ metrostansiyasının yaxınlığında yerləşən "xxxx"-ın filialından əri Tengizlə birlikdə almışlar. X17 Respublikası vətəndaşı olduğundan adına bank kartı ala bilmir. Ona görə də həmin bank kartı onun adına alınmışdır. Kart alındığı gündən əri Tengizin istifadəsində olmuşdur. Bildiyinə görə əri Tengizin qohumu Zərərçəkmiş şəxs qızının yaşadığı evə və torpaq sahəsinə sənəd almaq üçün hansısa şəxsə müəyyən məbləğdə pul vermişdir. Lakin həmin şəxs işi yerinə yetirməsə də aldığı pulu qaytarmaq istəməmişdir. Bu barədə Zərərçəkmiş şəxs Tengizə bildirmiş və pulun qaytarılmasında ondan kömək istəmişdir. Tengiz də həmin pulu Zərərçəkmiş şəxs almış, Firqəd adlı şəxsi tanıdığından onunla əlaqə saxlamış və həmin şəxs Zərərçəkmiş şəxs aldığı 7.000 manat pulu onun adına olan həmin bank kartına köçürmüşdür. Ancaq həmin 7.000 manat pulun kartdan çıxarılmasında onun iştirakı olmamışdır. Bildiyinə görə, əri Tengiz həmin 7.000 manat pul karta köçürüldükdən sonra bu barədə Zərərçəkmiş şəxs xəbər vermiş və həmin pulu ATM-dən əri ilə Zərərçəkmiş şəxs birlikdə çıxarmışlar. O, Nəsiblə əri Tengizin arasında olan pul məsələsini tam olaraq bilmir. Bir onu bilir ki, Nəsib qızının yaşadığı evin sənədlərini düzəltmək istəmişdir və bununla bağlı Tengizlə arasında borc yaranmışdır. Zərərçəkmiş şəxs Xətai rayon Polis İdarəsinə şikayət edərək əri Tengizin ondan 7.000 manat pul aldığını və qaytarmadığını bildirmişdir. Həmin vaxt Tengiz gözünün müalicəsi ilə əlaqədar Gürcüstan Respublikasında olmuşdur. Tengizlə əlaqə saxladıqdan sonra o, Tengizin istəyi ilə qohumlarından 1.000 manat borca pul alaraq, 2022-ci ilin aprel ayının 14-də Zərərçəkmiş şəxs geri qaytarmışdır. Cinayət işi üzrə Şahid2 teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından Vəkillər Kollegiyasının üzvü olaraq fəaliyyət göstərir. Zərərçəkmiş şəxs 2021-ci ilin sonlarında Nəsibin qızı Nargilənin əri ilə boşanma işi ilə bağlı tanımışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs ona qızının əri ilə yaşadığı Sabunçu rayonunda yerləşən fərdi evin üstündə mübahisələri olduğunu və evin texniki pasportu olmadığını bildirmiş, evin texniki pasportunu almağa köməklik etməyini istəmişdir. O da bu barədə tanışı Mahirə demişdir. Belə ki, Mahirlə aralarında söhbət zamanı Mahir texniki pasportu olmayan evlərə sənəd ala biləcəyini, hansısa tanışa evə sənəd almaq lazım olduqda ona bildirməsini demişdir. Zərərçəkmiş şəxs və o, 2021-ci ilin dekabr ayında Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Rafo” adlı kafedə görüşmüşlər. Söhbət zamanı Mahir həmin işi tanışı Firqədin gördüyünü deyib, Firqədi oturduqları kafeyə çağırmışdır. Firqəd sənədləşmə işinə Zərərçəkmiş şəxs təxminən 5.000-7.000 manat xərci çıxacağını bildirmiş, Nəsib də Firqədlə razılaşmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onun və Mahirin yanında Firqədə həmin kafedə 3.500 manat pulu vermişdir. Zərərçəkmiş şəxsla Firqədin aralarında razılığa əsasən Zərərçəkmiş şəxs qalan məbləği Firqədə hissəhissə olmaqla verməli olmuşdur. Sonrakı bir neçə ay ərzində Zərərçəkmiş şəxs Firqədə daha 4.900 manat pul vermişdir. Puldan başqa Zərərçəkmiş şəxs həmin evin qonşuluğunda yaşayanların ərizələrini və evi aldığı şəxsin ərizəsini Firqədə vermişdir. Həmin sənədlərdə də evi həqiqətən də Zərərçəkmiş şəxs aldığının təsdiqi olmuşdur. Sonrakı müddətdə Zərərçəkmiş şəxs kürəkəni Ramin həmin evin onun adına olduğunu iddia etdiyi, evin sənədlərinə görə bir neçə orqana müraciət etdiyi bildirdiyindən Firqəd Zərərçəkmiş şəxs həmin evin sənədini düzəldə bilməyəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Firqəddən pulunu qaytarmasını tələb etməyə başlamışdır. Firqəd də Zərərçəkmiş şəxs “Socar" şirkətindən alınmış məktuba və evin eskiz-layihəsinə 1.400 manat pul xərclədiyini deyib, ona 7.000 manat pul qaytaracağını demiş, Nəsib də Firqədlə razılaşmışdır. Lakin Firqəd pulu Zərərçəkmiş şəxs geri qaytarmağı uzatdığı üçün Nəsib bu barədə əvvəllər Firqədin yaşadığı Hövsan qəsəbəsində yaşamış qohumu Tengizə demişdir. Bundan sonra bildiyi qədəri ilə Tengiz Firqədlə əlaqə saxlayaraq ondan Zərərçəkmiş şəxs 7.000 manat pulunu qaytarmasını istəmiş, Firqəd də həmin 7.000 manat pulu köçürmə yolu ilə Zərərçəkmiş şəxs istəyi ilə Tengizin bildirdiyi kart hesabına göndərmişdir. Tengiz də həmin evin sənədini özü tanışları vasitəsilə düzəldəcəyinə söz verməklə həmin 7.000 manatdan başqa Zərərçəkmiş şəxs əlavə olaraq Nizami rayonunda 3.000 manat pul almışdır. Bundan sonra Tengiz Zərərçəkmiş şəxs aldadıb ona Firqədin hazırladıqları sənədləri yəni “Socar” şirkətindən alınmış məktuba və evin eskiz-layihəsinə görə pul alıb geri qalan pulu da şəxsi ehtiyaclarına xərclədiyini bildirib qısa müddətə qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Tengiz Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, təkrarən məhkəmə iclaslarına gəlmədiklərinə görə, iş üzrə şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasına məcburi gətirilmələri qərara alınmış və qərar icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Lakin qeyd olunan şahidlərin məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin sonundan tanıyır. Onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Şahid4 isə təxminən 15-20 ildir ki tanıyır. Onunla dost münasibəti vardır. Akşin adlı vəkili isə Nəsibin yanında görmüş və tanımışdır. Onunla da normal münasibəti vardır. 2021-ci ilin sonlarında Mahir ona zəng edərək, tanışının evinə texniki pasport almaq istədiyini demişdir. Evin sənədləşməsi ilə məşğul olan bir neçə tanışı olduğu üçün, Mahir ondan həmin şəxsə sənədləşmə işində kömək etməyini xahiş etmişdir. Onun özü də əvvəllər ev alqı-satqısı ilə məşğul olduğu üçün həmin işlə bağlı anlayışı olmuşdur. Ona görə də Mahirə ev sahibi ilə görüşüb, sənədlərə baxdıqdan sonra konkret söz deyə biləcəyini demişdir. Bundan sonra 2021-ci ilin sonlarında Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən adı yadında olmayan kafedə o, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid4 görüşmüşlər. Zərərçəkmiş şəxs Sabunçu rayonu, Ramana qəsəbəsində qızına tikdirdiyi həyət evinə dair bələdiyyə sənədi olduğunu və həmin evə texniki pasport almaq istədiyini bildirmişdir. Həmin ev neft buruqlarının yaxınlığında tikildiyi üçün evin tikildiyi həmin torpaq sahəsinin “Socar” ərazisində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün “Socar”a müraciət edib, oradan rəsmi sənəd alınmalı olmuşdur. Bundan sonra evin texniki pasportunun alınması üçün evin eskiz layihəsi hazırlanmalı olmuşdur. Bütün bu işlərin müqabilində Zərərçəkmiş şəxs 8.400 manat xərci çıxacağını bildirmişdir. Zərərçəkmiş şəxs da razılaşmışdır. Tam yadında olmasa da Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 8.400 manat pulu Xətai rayonu, Köhnə Günəşlidə yerləşən kafedə Mahirin və Akşinin iştirakı ilə ona vermişdir. İşlər tam həll olduqdan sonra Mahirə də “şirinlik” verməli olmuşdur. Sonrakı günlərdə həmin evin sənədləşməsi ilə bağlı bir neçə orqana müraciət etmişdir. “Socar”dan həmin evin yerləşdiyi ərazinin “Socar”a aid olmadığı barədə rəsmi sənəd almışdır. Bundan sonra həmin evin Nəsibə aid olması barədə qonşulardan, həmin torpaq sahəsinin əvvəlki sahibindən Zərərçəkmiş şəxs vasitəsilə ərizələr və digər sənədlər toplamışdır. Evin texniki pasportunun alınması üçün evin eskiz layihəsini çəkdirdib hazırlatmışdır. Evin texniki pasportunu Dövlət Reyestr Xidmətindən almaq istədikdə, evin bütün kommunal xidmətləri sənədlərinin Zərərçəkmiş şəxs kürəkəninin adına olduğunu və həmin evin üstündə mübahisələrin olduğu üçün məhkəmədə iş prosesinin getdiyini bilmişdir. O, bundan sonra Mahirə və Zərərçəkmiş şəxs işi həll edə bilməyəcəyini, bu səbəbdən də evin yerləşdiyi torpaq sahəsinin “Socar”ın ərazisində olmadığı barədə sənədin və evin eskiz layihəsini hazırlatması ilə əlaqədar xərclədiyi pulları çıxdıqdan sonra qalan 7.000 manatı Zərərçəkmiş şəxs qaytaracağını demişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq, Bakı şəhərində olmadığı üçün Zərərçəkmiş şəxs pulu geri qaytara bilməmişdir. Bundan sonra Çingiz kimi tanınan lakin, adının Tengiz olduğunu bildiyi şəxsin Zərərçəkmiş şəxs qaytaracağı pulla bağlı onu axtardığını öyrəndiyindən Zərərçəkmiş şəxs zəng edib, Bakı şəhərində olmadığını bildirməklə köçürmə ilə ona həmin 7000 manat pulu ona qaytarması üçün ona hesab nömrəsini bildirməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs da ona özünün bank kartının olmadığını bildirərək, Tengizin ona bildirəcəyi hesaba həmin pulu göndərməsini istəmişdir. Bundan sonra o, tanışı Qulu adlı şəxsdən Tengizlə əlaqə saxlayıb onun bildirəcəyi kart nömrəsinə həmin 7.000 manat pulu göndərməsini xahiş etmişdir. Tanışı Qulu da Tengizin ona göndərdiyi, adı yadında qalmayan qadının adına olan ‘‘Kapital Bank” kart hesabına 2022ci ilin noyabr ayının ortalarında 7.000 manat pulu köçürmüşdür. Bakı şəhərinə qayıtdıqdan sonra tanışı Quluya 7.000 manat pulu tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında başlanan cinayət işi üzrə ifadəsinin alınması üçün polis idarəsinə çağırıldıqdan sonra Tengizin həmin 7.000 manatı Zərərçəkmiş şəxs verməyərək mənimsədiyini öyrənmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin sonunda tanımışdır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Şahid3 isə təxminən 15-20 ildir ki tanıyır. Əvvəllər Şahid3 yaşadığı Hövsan qəsəbəsində kafe işlətdiyi üçün Firqədlə aralarında dost münasibəti yaranmışdır. Şahid2 adlı vəkili də bir neçə ildir ki tanıyır. Şahid2lə söhbət əsnasında aldığı torpağın iki şəxsə məxsus olduğu üçün problem yaşadığını və Firqəd adlı tanışı vasitəsilə həll etdiyini demişdir. 2021-ci ilin sonlarında Şahid2 ona zəng edərək, Nəsib adlı tanışının torpaq problemi olduğunu deyib, ondan köməklik etməyini xahiş etmişdir. O da Akşin və Nəsiblə görüşüb işin mahiyyətini öyrənmişdir. Daha sonra zəng edib, bu barədə Firqəddən həmin işdə kömək etməsini istəmişdir. Firqəd onlarla görüşüb ətraflı söhbət etdikdən sonra köməklik edə bilib-bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Firqəd, Akşin və Nəsib Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən “Rafo” adlı kafedə görüşmüşlər. Görüş zamanı Nəsib Sabunçu rayonu, Ramana qəsəbəsində qızına tikdirdiyi həyət evinin bələdiyyə sənədi olduğunu və həmin evə öz adına texniki pasport almaq istədiyini bildirmişdir. Həmin evin texniki pasportunu hazırlatmaq üçün tam xatırlamasa da, Firqəd Nəsibdən 7.000-8.000 manat pul istəmişdir. Lakin Firqədin evin sənədləşmə işini kimin vasitəsilə görəcəyindən onun xəbəri olmamışdır. Nəsib də Firqədin dediyi pulu hissə-hissə olmaqla Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən “Rafo” adlı kafedə Firqədə vermişdir. İşlər tam həll olduqdan sonra isə Firqəd ona müştəri tapdığı üçün ona “şirinlik” verməli olmuşdur. Daha sonra Firqəd ona Nəsibin dediyi evin texniki pasport düzəltmək istədiyi evin bütün kommunal xidmətlərinin Nəsibin kürəkəninin adına olduğunu və həmin evin üstündə mübahisələr yarandığından məhkəmədə iş prosesi olduğunu bildirmişdir. Ona görə də iş alınmadığı üçün bir müddət sonra Firqəd Nəsibdən aldığı pulu tam olaraq Nəsibin istəyi ilə adını bilmədiyi qohumunun kartına yükləmişdir. Nəsibin də həmin qohumu Nəsibi aldadıb, pulunu ələ keçirmişdir. Lakin onun həmin məsələ ilə heç bir bağlılığı olmamış, sadəcə olaraq Nəsibi Firqədlə o, tanış etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs, Firqəd adlı şəxsin hazırlatdırdığı evin eskiz layihəsini və “Socar”dan alınan cavab məktubunu təhqiqat orqanına təqdim etmişdir. - cinayət əməlinin hüquqi tövsifi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Alakhverdıev Tengız (X6) Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Alakhverdıev Tengız (X6) Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Alakhverdıev Tengızin (X2) barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X7 vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Alakhverdıev Tengız (X6) MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Alakhverdıev Tengızin (X2) barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şahid1 ailə tərkibi qismində xx.xx.2002-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X8 göstərilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Alakhverdıev Tengız (X6) barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. - 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2- 6181/2024 saylı məktubdan görünür ki, Alakhverdıev Tengız (X6) xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Alakhverdıev Tengızin (X2) məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Alakhverdıev Tengızin (X2) törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Alakhverdıev Tengızin (X2) cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Alakhverdıev Tengızin (X2) etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Alakhverdıev Tengız (X6) tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Alakhverdıev Tengızin (X2) zərərçəkmiş şəxsdən 10000 manat deyil, 4680 manat pul almasına dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Alakhverdıev Tengızin (X2) cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs Alakhverdıev Tengızə (X4) cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Alakhverdıev Tengızin (X2) törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Alakhverdıev Tengızin (X2) ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Alakhverdıev Tengızin (X2) cəzasını Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Alakhverdıev Tengızin (X2) barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Alakhverdıev Tengızin (X2) üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Alakhverdıev Tengızin (X2) xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 2 ay 10 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Alakhverdıev Tengızin (X2) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından dərhal azad edilməli; Alakhverdıev Tengızin (X2) cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Alakhverdıev Tengızin (X2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikasının CPM-nin 186.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan maddi ziyanla bağlı hissədə imtina etdiyindən və məhkəmə tərəfindən həmin imtina qəbul edildiyindən, onun mülki iddiası üzrə icraata “10.000 (on min) manat maddi ziyanın ödənilməsi” hissəsində xitam verilməli, “11.000 (on bir min) manat mənəvi ziyanın ödənilməsi” hissəsində isə baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 110 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 660 (altı yüz altmış) manat (110x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Alakhverdıev Tengız (X6) Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Alakhverdıev Tengızin (X2) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 2 ay 10 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Alakhverdıev Tengızin (X2) cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Alakhverdıev Tengızin (X2) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Alakhverdıev Tengızin (X2) üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Alakhverdıev Tengızin (X2) üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası üzrə icraata “10.000 (on min) manat maddi ziyanın ödənilməsi” hissəsində xitam verilsin, mülki iddia “11.000 (on bir min) manat mənəvi ziyanın ödənilməsi” hissəsində isə baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs Alakhverdıev Tengızə (X4) 110 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 660 (altı yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-21/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-21/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver