Məhkəmə qərarları › İş №1(007)-210/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-210/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-210/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, ev 42-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddətinin sonu 17 aprel 2022-ci il tarixədək müəyyən edilmiş, cəzanın icrası ilə əlaqədar Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olarkən hazırkı işlə bağlı 29 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş və qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 29 noyabr 2021-ci il tarixdə gecə saat 03:30 radələrində narkotik sərxoşluğu vəziyyətində "xxxx" MMC-dən müqavilə əsasında icarəyə götürüb yol vərəqəsi ilə idarə etdiyi X2 məxsus “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Yusif Səfərov küçəsi istiqamətində hərəkətdə olarkən təsdiq olunmuş naryad əsasında dislokasiya üzrə Bakı şəhəri, Nizami rayonu ərazisində “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı 279 nömrəli çağırışlı yol patrul xidməti avtomobilində, polis geyim formasında xidmət aparan Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol patrul xidməti alayının inspektorları - polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis baş serjantı Şahid1 hakimiyyət nümayəndəsi kimi yol hərəkətinin təhlükəsizlik qaydaları və ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirərkən onun avtomobili sərxoş vəziyyətdə idarə etməsindən şübhələnməklə saxlanılaraq sənədlərini tələb edərək sərxoşluq müayinəsindən keçirilməsinin zəruri olmasını izah etmələrinə baxmayaraq o, polis baş serjantı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə qolundan tutub itələyərək tabesizlik göstərmiş və polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobilə əyləşib cəld şəkildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi istiqamətində işıqforun qırmızı, yəni qadağanedici işarəsinə məhəl qoymadan, əks hərəkət zolağına daxil olaraq hərəkətini davam etdirib ünvan 1 ünvanındakı dar yolda sürətini tam azaltdıqda qanunsuz hərəkətlərinin qarşısını almaq üçün həmin yerə gəlmiş polis nəfərləri Zərərçəkmiş şəxs1 və Şahid1 müqavimət göstərmək məqsədi ilə idarə etdiyi avtomobili onların üzərinə doğru hərəkət etdirib avtomobilin sağ güzğüsü ilə polis nəfəri Zərərçəkmiş şəxs1 sağ əl nahiyyəsindən vurub sağ əlin arxa səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bundan sonra avtomobilin hərəkətini davam etdirib dövlət yol polis şöbəsinin yol patrul xidməti alayının “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin ön sol tərəfindən vuraraq, avtomobilin zədələnməsi nəticəsində dövlət yol polis şöbəsinə 1970 manat məbləğində maddi ziyan vurmuş və sonra onun davamlı qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə əlavə qüvvə qismində cəlb edilmiş “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı 5961 çağırışlı post patrul xidməti avtomobilində xidmət aparan Nizami rayon polis idarəsinin post patrul xidməti alayının əməkdaşları, polis nəfərləri - polis serjantı Zərərçəkmiş şəxs3 və polis serjantı Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında onun idarə etdiyi avtomobilin qarşısını kəsərək dayandırıb, ona tərəf yaxınlaşdıqda o, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimətini davam etdirib idarə etdiyi “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yenidən hərəkət etdirərək “Mercedes Çitan” markalı post patrul xidməti avtomobilinin ön sol tərəfindən vurmaqla həmin avtomobilin zədələnməsi nəticəsində post patrul xidməti alayına 3605 manat, “Kia Rio” markalı avtomobilin zədələnməsi nəticəsində isə X2 3765 manat məbləğində ziyan vurduqdan sonra idarə etdiyi avtomobilin təkəri ilə polis serjantı Zərərçəkmiş şəxs3 sol ayağının üzərindən keçməklə sol ayaqüstü nahiyənin iri ölçülü şişkinlik halında əzilməsi və qançırı, sol baldırın ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, daha sonra idarə etdiyi avtomobili polis serjantı Zərərçəkmiş şəxs2 istiqamətində hərəkət etdirməklə sonuncunun sağ ayağının üzərindən keçib sağ ayaqüstü nahiyənin iriölçülü şişkinlik halında əzilməsi və qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Kia Rio” markalı avtomobillə Babək prospektində hərəkətdə olarkən Nizami RPİ-nin dövlət yol polis şöbəsinin əməkdaşları ona saxla işarəsi vermişlər, o, tabe olaraq avtomobili yolun kənarına çəkərək saxlamışdır. Yol polisi əməkdaşları, sonradan adlarını bildiyi Asifbəy və İqrar yaxınlaşaraq özlərini təqdim etmiş, narkoloji testdən keçmək üçün dispanserə getməli olduğunu ona demişlər. O, həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur və polislərə demişdir ki, nişanlısı və qaynı avtomobildədirlər, onları məkana çatdırsın, sonra hara deyərlərsə gedər. Yol polisləri onunla razılaşmamış və bu hərəkətləri ilə onu vadar etmişlər deyə o, avtomobilini Keşlə qəsəbəsi istiqamətində sürərək getmişdir. Keşlə qəsəbəsində post patrul xidmətinin əməkdaşları idarə etdikləri avtomobillə onun avtomobilinin qarşısını kəsmişlər. O, avtomobili ilə PPX avtomobilinə toxunaraq irəliyə doğru sürüb getmiş, nişanlısını və qaynını lazımi məkana düşürmüş, sonra avtomobilini arxa-arxaya idarə edərkən DYP-nin arxasınca gələn avtomobilinə dəymişdir. Sonra o, avtomobilini idarə edib hərəkətini davan etdirmiş, lakin təxminən 100-150 metr məsafədə zibil daşıyan maşının dayandığını və yolu kəsdiyini görmüşdür. Ona görə avtomobilini dayandırmış, qorxduğundan düşüb qaçmış, lakin bir məhəllə sonra PPX əməkdaşları onu saxlamışlar, fiziki zor işlədərək onu döymüş və PPX avtomobili ilə 23-cü polis bölməsinə aparmışlar, bölmədə də bir qədər onu döydükdən sonra Nizami rayon polis idarəsinə aparmışlar. Avtomobildə və 23-cü polis bölməsinin girişində olan kamera görüntülərinə baxılarsa, onun dedikləri öz təsdiqini tapar, həmçinin müəyyən olunar ki, hadisə zamanı polislər ciddi xəsarət almamışlar. Hadisə zamanı o, polislərə qarşı nalayiq ifadələr işlətməmiş, yalnız içkinin təsiri olduğuna və polislər onu əsəbləşdirərək vadar etdiklərinə görə avtomobili sürüb getmiş, bu zaman polislərin avtomobillərini vuraraq əzmişdir. Hesab edir ki, bu da yol hərəkəti qaydalarının pozulması kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 02 fevral 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, hadisədən təxminən 7-8 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "xxxx" MMC-dən müqavilə əsasında 1 günü 50 manata “Kia Rio” markalı dövlət qeydiyyat nişanı **-RJ-*** olan avtomobili icarəyə götürmüş, həmin avtomobili "xxxx" MMC tərfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. 29 noyabr 2021-ci tarixdə saat təxminən 01 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan dostu Əlinin ad gününə icarəyə götürdüyü “Kia Rio” markalı dövlət qeydiyyat nişanı **-RJ-*** olan avtomobili idarə edərək getmiş, ad günü məclisində qonaqlarla bir qədər yemək yeyib təxminən 250 qaram spirtli içki qəbul etmiş, təxminən bir saat sonra məclisi tərk edərək sevdiyi qadın Şahid2 ilə görüşmək üçün yaşadığı ünvan 2 ünvanına getmiş və Şahid2 yaşadığı mənzildən götürərək birlikdə Bakı şəhərinin müxtəlif yerlərini avtomobildə gəzmiş, daha sonra Şahid2 yaşadığı ünvana aparmaq üçün Babək propekti ilə şəhərin mərkəzi istiqamətində icarəyə götürdüyü avtomobili idarə etmiş, saat 03:30-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte-Carlo şadlıq evinin yaxınlığında yol patrul xidməti əməkdaşları özlərinin idarə etdiyi xidməti avtomobillə ona saxla işarəsi vermiş və o da avtomobili saxlayaraq polis əməkdaşlarına yaxınlaşmışdır. Polis əməkdaşları həmin vaxt xidməti geyimdə olmuş və özlərini təqdim etmişlər. Polis əməkdaşlarına yaxınlaşan zaman həmin polis əməkdaşları, sonradan adlarının Şahid1 və Zərərçəkmiş şəxs1 olduğunu bildiyi polis əməkdaşları ondan spirtli içki qəbul edib-etməmədiyini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmiş, lakin polis əməkdaşları onu müayinədən keçirəcəklərini demiş, o, içkili olduğundan və idarə etdiyi avtomobildə sevdiyi qızın oturması səbəbindən əsəb gərginliyi keçirərək polis baş serjantı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətmiş və sağ qolundan itələyərək sənədlərinin avtomobildə olduğunu bildirib dərhal avtomobilə əyləşərək avtomobili surətlə idarə edib Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi istiqamətində hərəkət etmiş, həmin vaxt yol patrul xidməti əməkdaşları özlərinin idarə etdiyi xidməti avtomobillə onun arxasınca gəldiyini görərək sürəti daha da artıraraq hərəkətini davam etdirmiş, polis əməkdaşlarından yayınmaq məqsədi ilə işıqforun qırmızı işığından keçib, yolun digər əks hərəkət zolağına keçərək avtomobili idarə etməyə davam etmişdir. Bir qədər Keşlə qəsəbəsində hərəkət etdikdən sonra qəsəbənin dar küçəsində gedəcəyi istiqaməti seçə bilmədiyindən avtomobili dayandırmış, yol patrul xidməti əməkdaşları ona yaxınlaşmaq istədikdə o, avtomobili əvvəlcə geriyə, daha sonra irəli hərəkət etdirərək avtomobili polis əməkdaşlarının üzərinə doğru hərəkət etdirmiş, həmin vaxt avtomobilin sağ güzgüsü ilə sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi yol patrul xidmətinin əməkdaşının əlinə dəydiyini görmüş, lakin buna əhəmiyyət verməyərək avtomobili idarə etməyə başlamış və yol patrul xidməti avtomobilinin sol yan tərəfini vurmuşdur. Bundan sonra o, polis əməkdaşlarından yayınmaq məqsədi ilə avtomobili sürətlə idarə etmiş, lakin qarşıdan post patrul xidməti avtomobilinin olduğunu görmüş və buna baxmayaraq avtomobili idarə edib polis əməkdaşlarından yayınmaq istəmiş, həmin polis əməkdaşlarının onun üzərinə gəldiyini görüb avtomobili idarə edərək onların üzərinə tərəf getmiş, həmin vaxt avtomobilin təkəri ilə post patrul xidməti əməkdaşlarının ayağının üstündən keçmiş və post patrul xidməti avtomobilinin ön sol hissəsindən vuraraq zədələmişdir. O, bu hərəkətləri etdikdən sonra avtomobildən enib qaçmaq istəmiş, lakin polis əməkdşları onu tutaraq Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, onun hadisə zamanı polisləri vurub onlara xəsarət yetirmədiyini, elan olunmuş ifadəsində də bunu deməyə çalışdığını, verilmiş ittihamla razılaşmadığığını, özünü həmin əməllərdə yox, yalnız yol hərəkəti qaydalarını pozmaqda təqsirli bildiyini göstərmişdir. Məhkəmədə son sözlə çıxış edərkən isə Təqsirləndirilən şəxs barəsindəki şərti azad olunma cəzasından Amnistiya Qərarına əsasən azad edilməsini, evdə işləyən şəxsin tək özü olduğunu, xəstə anasının onun himayəsində olduğunu nəzərə alaraq, ona ən aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol şöbəsinin yol patrul xidmətinin inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 29 noyabr 2021-ci il tarixdə Nizami RPİnin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid1lə birlikdə “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı, 279 nömrəli çağırışlı yol patrul xidməti avtomobili ilə xidmətdə olan zaman saat 03:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olmasından şübhələnərək həmin avtomobilə saxla işarəsi vermiş, həmin avtomobilin sürücüsü Babək prospektində yerləşən “Monte Carlo” şadlıq sarayının qarşısında saxladıqda o, xidməti avtomobildən enərək sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə yaxınlaşaraq özünü təqdim edib sənədləri sürücüdən tələb etmişdir. Həmin vaxt sürücüdən spirtli içkinin iyi gəlmiş və danışığında qeyri-adekvatlıq olduğundan sürücüdən hər hansı spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiyini soruşmuşdur. Sürücü ona spirtli içki qəbul etmədiyini bildirdikdə o, sürücünü sərxoşluq müayinəsindən keçməsini tələb etmişdir. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər işlətməklə qolundan itələyib idarə etdiyi avtomobilə əyləşib cəld şəkildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. O və xidmət yoldaşı Şahid1 yol hərəkətinin təhlükəsizliyi qaydalarını qorumaq məqsədi ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ardınca getmişlər. Təqsirləndirilən şəxs onların qanuni tələblərinə məhəl qoymadan avtomobili saxlamamış və işıqforun qırmızı işığından keçərək yolun əks hərəkət zolağına keçməklə sürətli şəkildə yoluna davam etmişdir. Bundan sonra Şahid1 post patrul xidməti bölüyünə məlumat verərək kömək üçün əlavə qüvvə çağırmış və Təqsirləndirilən şəxs getdiyi istiqaməti köməyə çağırılan post patrul xidməti əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində olarkən dar küçəyə daxil olmuş, dar küçədən sürətlə keçə bilmədiyi üçün idarə etdiyi avtomoblin sürətini azaltmış, həmin vaxt onlar Təqsirləndirilən şəxs qarşısını kəsmiş və xidməti avtomobili saxlayaraq avtomobildən enib Təqsirləndirilən şəxs yaxınlaşmış, avtomobilin sol ön qapısı tərəfə yaxınlaşaraq qapını açıb sürücünü avtomobildən endirmək istədikdə Təqsirləndirilən şəxs avtomobili hərəkət etdirib onların xidmət apardığı 279 çağırışlı xidməti avtomobilin sol yan tərəfini vuraraq zədələmiş, daha sonra avtomobili onun üzərinə hərəkət etdirmiş və avtmobilin güzgüsü ilə onu vurmuşdur. O, həmin anda yerə yıxılmış və sağ əlinin üstü sıyrılmışdır. Əlavə qüvvə kimi köməyə gələn post patrul xidmətinin əməkdaşları idarə etdikləri xidməti avtomobillə Təqsirləndirilən şəxs qarşısını almaq istəmişlər, lakin Təqsirləndirilən şəxs post patrul xidməti bölüyünün əməkdaşlarına da müqavimət göstərərək xidməti avtomobilin ön sol hissəsindən vuraraq zədələmiş və eyni zamanda idarə etdiyi avtomobilin təkərləri ilə post patrul xidmətinin əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ayaqlarının üzərindən keçərək onlara xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onlara müqavimət göstərib xəsarət yetirdikdən sonra qaçmağa başlamış, lakin qarşıdan yük avtomobili gəldiyi üçün idarə etdiyi avtomobili saxlayaraq avtomobildən enib qaçmaq məcburiyyətində olmuşdur. Buna görə onlar Təqsirləndirilən şəxs saxlayaraq 23-cü polis şöbəsinə aparmışlar. Qeyd olunanlara dair raport yazmaqla müvafiq tədbir görülməsini xahiş etmişlər. Tərəfindən təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci il tarixdə saat 03:40 radələrində “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı 5961 çağırışlı avtopatrulda PPX-nin polis nəfəri Zərərçəkmiş şəxs3 ilə birlikdə 4 saylı patrul sektorunda xidmətdə olan zaman Nizami RPİ-nin YPXŞ-nin 279 saylı yol patrul xidməti avtomobili efir vasitəsi ilə Keşlə qəsəbəsində xidmətdə olan post patrul xidmətindən kömək istəmişdir. Efir vasitəsi ilə yaxınlıqda olmasını bildirərək nə baş verməsini soruşmuşlar, 279 saylı yol patrul xidməti avtomobilində xidmətdə olan inspektor, polis baş serjantı Şahid1 qara rəngli “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tabesizlik və onlara müqavimət göstərdiyini bildirmişdir. Buna görə o, yol patrul xidməti əməkdaşlarının qeyd etdiyi istiqamətdə post patrul xidməti avtomobilini hərəkət etdirərək Keşlə qəsəbəsi, M.Ağayev küçəsində saxlamış, “Kia Rio” markalı avtomobilin yüksək sürətlə gəldiyini görüb avtomobili yolun sağına çəkmiş və Zərərçəkmiş şəxs3 ilə birlikdə avtomobildən enib “Kia Rio” markalı avtomobili saxlayan, sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs yaxınlaşmaq istədikdə Təqsirləndirilən şəxs avtomobili hərəkət etdirərək onların xidməti avtomobilinin sol ön hissəsini vurmuş, daha sonra yenidən müqavimətini davam etdirərək avtomobili onların üzərinə sürmüş, avtomobillə Zərərçəkmiş şəxs3 və onun ayağının üstündən keçərək onlara xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onlara xəsarət yetirərək hadisə yerindən qaçmaq istəmiş, lakin qarşıdan gələn yük avtomobili onun avtomobili saxlamasına səbəb olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən enərək qaçmaq istədikdə Keşlə qəsəbəsində yerləşən məscidin yanında 23-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır. Tərəfindən təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci il tarixdə saat 03:40 radələrində “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı 5961 çağırışlı avtopatrulda PPX- nin polis nəfəri Zərərçəkmiş şəxs2 ilə birlikdə 4 saylı patrul sektorunda xidmətdə olan zaman Nizami RPİ-nin YPXŞ-nin 279 saylı yol patrul xidməti avtomobili efir vasitəsi ilə Keşlə qəsəbəsində xidmətdə olan post patrul xidmətindən kömək istəmişdir. Efir vasitəsi ilə yaxınlıqda olmasını bildirərək nə baş verməsini soruşduqda 279 saylı yol patrul xidməti avtomobilində xidmətdə olan inspektor, polis baş serjantı Şahid1 qara rəngli “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tabesizlik və onlara müqavimət göstərdiyini bildirmişdir. Onlar yol patrul xidməti əməkdaşlarının qeyd etdiyi istiqamətdə post patrul xidməti avtomobilini hərəkət etdirərək Keşlə qəsəbəsi, M.Ağayev küçəsində saxlamış, “Kia Rio” markalı avtomobilin yüksək sürətlə gəldiyini görüb avtomobili yolun sağına çəkmiş və Zərərçəkmiş şəxs2la birlikdə avtomobildən enib “Kia Rio” markalı avtomobili saxlayan sürücüyə yaxınlaşmaq istədikdə həmin avtomobili idarə edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobili hərəkət etdirərək onların xidməti avtomobilinin sol ön hissəsini vurmuş, daha sonra yenidən müqavimətini davam etdirərək avtomobili onların üzərinə sürmüş, avtomobillər Zərərçəkmiş şəxs2 və onun ayağının üstündən keçərək onlara xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onlara xəsarət yetirərək hadisə yerindən qaçmaq istəmiş, lakin qarşıdan gələn yük avtomobili onun avtomobili saxlamasına səbəb olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən enərək qaçmaq istədikdə Keşlə qəsəbəsində yerləşən məscidin yanında 23-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır. Tərəfindən təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmiş, zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami rayon polis idarəsinin dövlət yol şöbəsinin yol patrul xidmətinin inspektoru, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, o, 29 noyabr 2021-ci il tarixdə Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 ilə birlikdə “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı 279 nömrəli çağırışlı yol patrul xidməti avtomobili ilə xidmətdə olan zaman saat 03:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olmasından şübhələnərək həmin avtomobilə saxla işarəsi vermişlər, həmin avtomobilin sürücüsü avtomobili Babək prospektində yerləşən “Monte Carlo” şadlıq sarayının qarşısında saxladıqda Zərərçəkmiş şəxs1 xidməti avtomobildən enərək sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxsə yaxınlaşaraq özünü təqdim edib sənədləri sürücüdən tələb etmişdir. Həmin vaxt sürücüdən spirtli içkinin iyi gəlmiş və danışığında qeyri-adekvatlıq olduğundan sürücüdən hər hansı spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiyini soruşmuş, sürücü Zərərçəkmiş şəxs1 spirtli içki qəbul etmədiyini bildirdikdə onlar sürücünü sərxoşluq müayinəsindən keçməsini tələb etmişlər. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun ünvanına nalayiq söyüşlər işlətməklə Asifbəyin qolundan itələyib idarə etdiyi avtomobilə əyləşib cəld şəkildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. O və xidmət yoldaşı Asifbəy yol hərəkətinin təhlükəsizliyi qaydalarını qorumaq məqsədi ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ardınca getmişlər, Təqsirləndirilən şəxs onların qanuni tələblərinə məhəl qoymadan avtomobili saxlamamış və işıqforun qırmızı işığından keçərək yolun əks hərəkət zolağına keçməklə sürətli şəkildə yoluna davam etmişdir. Bundan sonra o, post patrul xidməti bölüyünə məlumat verərək kömək üçün əlavə qüvvə çağırmış və Təqsirləndirilən şəxs getdiyi istiqaməti köməyə çağırılan post patrul xidməti əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində olarkən dar küçəyə daxil olmuş, dar küçədən sürətlə keçə bilmədiyi üçün idarə etdiyi avtomobilin sürətini azaltmış, həmin vaxt onlar Təqsirləndirilən şəxs qarşısını kəsmişlər və xidməti avtomobili saxlayaraq avtomobildən enib Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Zərərçəkmiş şəxs1 avtomobilin sol ön qapısı tərəfə yaxınlaşaraq qapını açıb sürücünü avtomobildən endirmək istədikdə Təqsirləndirilən şəxs avtomobili hərəkət etdirib onların xidmət apardıqları 279 çağırışlı xidməti avtomobilin sol yan tərəfini vuraraq zədələmiş, daha sonra avtomobili Asifbəyin üzərinə hərəkət etdirmiş və avtomobilin güzgüsü ilə Asifbəyi vurmuş, Asifbəy həmin anda yerə yıxılmış və sağ əlinin üstü sıyrılmışdır. Əlavə qüvvə kimi köməyə gələn post patrul xidmətinin əməkdaşları idarə etdikləri xidməti avtomobillə Təqsirləndirilən şəxs qarşısını almaq istəmişlər, lakin Təqsirləndirilən şəxs post patrul xidməti bölüyünün əməkdaşlarına da müqavimət göstərərək xidməti avtomobilin ön sol hissəsindən vuraraq zədələmiş, eyni zamanda idarə etdiyi avtomobilin təkərləri ilə post patrul xidmətinin əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ayaqlarının üzərindən keçərək onlara xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onlara müqavimət göstərib xəsarət yetirdikdən sonra qaçmağa başlamış, lakin qarşıdan yük avtomobili gəldiyi üçün idarə etdiyi avtomobili saxlayaraq enib qaçmaq məcburiyyətində olmuş, buna görə onlar Təqsirləndirilən şəxs saxlayaraq 23cü polis şöbəsinə aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci il tarixdə saat 01:30 radələrində sevgili münaibətində olduğu Təqsirləndirilən şəxs “rentakar”dan icarəyə götürdüyü “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı ünvana gələrək onu götürmüş və Bakı şəhərinin müxtəlif yerlərinə gəzməyə aparmışdır. Həmin vaxt Emin ona ad günü məclisindən gəldiyini və spirtli içki qəbul etdiyni bildirmişdir. O, şəhərdə gəzərkən Eminə acdığını bildirmiş, Emin isə onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Shaurma 1” restoranına aparmış, orada yemək yedikdən sonra birlikdə çıxaraq onun yaşadığı evə getmək istəmiş, həmin vaxt Emin avtomobili Babək prospekti istiqamətində idarə etdirmişdir. Təxminən saat 03:30 radələrində dövlət yol polis əməkdaşları Eminin idarə etdiyi avtomobili saxlatmışlar, Emin avtomobili Babək prospektində yerləşən “Monte Carlo” restoranının qarşısında saxlayaraq polis əməkdaşlarına yaxınlaşmış, o da həmin vaxt avtomobildə olmuş, təxminən 3-4 dəqiqədən sonra Eminin uca səslə polis əməkdaşına söydüyünü eşitmiş və qolundan itələdiyini görmüşdür. Bundan sonra Emin avtomobilə əyləşərək cəld şəkildə polis əməkdaşlarından yayınmaq üçün avtomobili idarə edib Keşlə qəsəbəsi istiqamətində hərəkət etmiş, o, avtomobildə Eminə polis əməkdaşlarına tabe olmasını məsləhət bilmişdir. Lakin Emin ona məhəl qoymayaraq Keşlə qəsəbəsində işıqforun qırmızı işığını keçməklə yolun əks hərəkət zolağına daxil olmuş və hərəkətini davam etdirmişdir. Keşlə qəsəbəsində küçənin dar olması səbəbindən Emin idarə etdiyi avtomobilin sürətini azaltmış, həmin vaxt yol patrul xidməti əməkdaşları yaxınlaşmaq istədikdə Emin avtomobili polis əməkdaşlarının üzərinə doğru hərəkət etdirmiş və yol patrul xidməti avtomobilini sol tərəfdən vuraraq zədələmiş, bundan başqa isə tanımadığı yol polis əməkdaşını avtomobillə vuraraq xəsarət yetirmiş, sonra isə köməyə gəlmiş post patrul xidmətinin əməkdaşlarına da xəsarət yetirməklə xidməti avtomobilini vurub zədələmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1-2) - 29 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin balansında olan “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön tərəfi və sol ön qapısının ətək hissəsi əzilmiş vəziyyətdə olmuşdur. Post patrul xidməti bölüyünün balansında olan “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanadı, ön bamperi, ön sol tərəfin alt hissəsi sınmış və yararsız vəziyyətə olmuşdur. Bundan başqa baxış zamanı "xxxx" MMC-nin balansında olan “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qanad hissəsinin, bamperinin, sağ qapısının əzilərək yarasız vəziyyətə düşməsi müəyyən edilmişdir. (İ cild i.v. 7-11) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 29 noyabr 2021-ci il tarixli 1/4313 nömərli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:35-də keçirilən müayinəsi zamanı narkotik vasitə və psixotrop maddənin istifadəsi nəticəsində alkoqol sərxoşluğu müəyyən edilmişdir. (İ cild i.v. 22) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 30 noyabr 2021-ci il tarixli 1033 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ ayaqüstü nahiyənin iri ölçülü şişkinlik halında əzilməsi və qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin ayaqüstü nahiyədən keçməsi nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (İ cild i.v. 97-98) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 30 noyabr 2021-ci il tarixli 1034 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 sol ayaqüstü nahiyənin iri ölçülü şişkinlik halında əzilməsi və qançırı, sol baldırın ön səthinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin ayaqüstü nahiyədən keçməsi nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (İ cild i.v. 100-101) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 29 noyabr 2021-ci il tarixli 1036 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ əlin arxa səthinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı yarana bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. (İ cild i.v. 103-104) - 01 dekabr 2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3605 manat məbləğində maddi ziyan dəymişdir. (İ cild i.v. 105) - 01 dekabr 2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1970 manat məbləğində maddi ziyan dəymişdir. (İ cild i.v. 106) - 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 138-139) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 30 aprel 2020-ci il tarixli 37 ş/h nömrəli əmrındən çıxarışından görünür ki, polis serjantı Zərərçəkmiş şəxs1 Nizami RPİ-nin DYPŞnin yol patrul xidməti inspektoru vəzifəsinə təyin edilmişdir. (İ cild i.v. 194) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 24 yanvar 2019-cu il tarixli 8 ş/h nömrəli əmrındən çıxarışından görünür ki, polis sıravisi Zərərçəkmiş şəxs3 Nizami RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə təyin edilmişdir. (İ cild i.v. 195) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 23 may 2019-cu il tarixli 54 ş/h nömrəli əmrındən çıxarışından görünür ki, polis sıravisi Zərərçəkmiş şəxs2 Nizami RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə təyin edilmişdir. (İ cild i.v. 196) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 24 aprel 2015-ci il tarixli 17 ş/h nömrəli əmrındən çıxarışından görünür ki, polis serjantı Şahid1 Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru vəzifəsinə təyin edilmişdir. (İ cild i.v. 197) - 02 fevral 2022-ci il və 13 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə ittiham elan olunmuş, əməlində Azərbaycan Respublikası CM-nin 186, 221.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin maddələrlə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən qeyd edilən fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış cinayət işinin materiallarından müvafiq sənədlərin surəti ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nizami rayon prokuroruna təqdim edilmiş, Şahid2 Təqsirləndirilən şəxs tərəfindən hakimiyyət nümayəndələrinə müqavimət göstərməklə zor tətbiq edilməsində hər hansı bir formada iştirakı müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs törətdiyi daha ağır əmələ görə cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib artıq həbsdə saxlanılması nəzərə alınmaqla barəsində narkotik maddə qəbul etməsi faktı üzrə inzibati icraatın başlanılması məqsədəmüvafıq hesab edilməmiş, iş üzrə baxış keçirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli protokolla götürülmüş “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər və hadisəni əks etdirən videogörüntü qeydiyyata alınmış 1 ədəd disk maddi sübut kimi tanınmış, avtomobillər saxlanılması üçün mülkiyyətçilərinə təhvil verilmiş, CD disk cinayət işində saxlanılmışdır. (İ cild 232-248, İİ cild i.v. 77-90) -Məhkəmə iclasında cinayət prosesi iştirakçıları ilə birlikdə, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə gecə saat 03:30 radələrindən etibarən törətdiyi əməllərin “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı 279 nömrəli çağırışlı yol patrul xidməti avtomobilin videoregistratoru vasitəsi ilə qeydə alınaraq CD diskə köçürülmüş görüntülərinə baxış keçirilmiş, ittihamda aidiyyəti hissələrdə əksini tapmış cinayət xarakterli hərəkətlərə onun tərəfindən yol verildiyinin öz təsdiqini tapdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 315 və 128-ci maddələrinin dispoziyasında nəzərdə tutulan hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və qəsdən sağlamlığa yüngül zərər vurma əməllərinin törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 315 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əslində verilmiş ittiham üzrə işin faktiki hallarına uyğun ifadə verməklə əməlini etiraf etmiş, sadəcə olaraq onun qənaətinə görə o, bu hərəkətləri ilə cinayət əməli törətməmişdir, yalnız yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə baş vermiş cinayət hadisəsi zamanı naryad əsasında dislokasiya üzrə xidmət aparan “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı 279 nömrəli çağırışlı yol patrul xidməti avtomobili və onun davamlı qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə əlavə qüvvə qismində cəlb edilmiş “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı 5961 çağırışlı post patrul xidməti avtomobili "xxxx" MMC-dən müqavilə əsasında icarəyə götürüb yol vərəqəsi ilə idarə etdiyi X2 məxsus “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurub həmin avtomobilləri zədələməsini məhkəmə iclasında etiraf etmişdir, lakin hakimiyyət nümayəndəsi kimi xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına ciddi xəsarət yetirmədiyini qeyd etmişdir. Hansı ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində polis serjantları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhz sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər, polis baş serjantı Zərərçəkmiş şəxs1 isə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmin xəsarətlərin hansı tarixdə və şəraitdə yetirilməsi, müəyyən edilmiş xəsarətlərin hansı qaydada alınması və onların ağırlıq dərəcələri canlı şəxslərin ekspertizasını həyata keçirmiş məhkəmə-tibbi ekspertizaları yolu ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirsiz olması, habelə onun müdafiəçisinin iş üzrə bəraət hökmü çıxarılmalı olması barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128 və 315-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözlə etdiyi çıxışında müvafiq halları nəzərə alaraq, onun barəsində aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs həmin epizod üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmamış və onlara dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla qeyd olunan maddə ilə cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində CM-nin 128-ci maddəsi ilə də ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: - 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 45) - 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 133-137) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (İ cild i.v. 203-215, İİ cild i.v. 33) -Bakı şəhər probasiya idarəsinin 19 oktyabr 2022-ci il tarixli 21-1-3-17447 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə, CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş Təqsirləndirilən şəxs cəza müddətinin sonu 17 aprel 2022-ci il kimi göstərilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığından “Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi” Qaydalarının 2.3.11-ci, 2.3.12-ci və 7.1.1-ci bəndlərinin tələblərinə əsasən 15 aprel 2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələr “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 11-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlərin siyahısında olduğu üçün o, amnistiya qərarının təsiri altına düşməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə etdiyi çıxışlarında və eləcə də təqdim etdiyi ərizələrində şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş hissəsindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən azad olunmasını xahiş etmişdir. X1 3.2-ci bəndinə əsasən həmin Qərarın 2.12-ci bəndində göstərilən şəxslərdən başqa, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzalardan azad edilirlər. Həmin Qərarın 11.1-ci bəndinə əsasən həmin Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin .... 180.1, ..., 234.1, ... maddələrində, habelə .... maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Bakı şəhər probasiya idarəsinin yuxarıda istinad edilən məktubunda göstərldiyi kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələr “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 11-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlərin siyahısında olduğu üçün o, amnistiya qərarının təsiri altına düşməmişdir. Bundan başqa, məhkəmə icraatında olan hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı xüsusi əhəmiyyət kəsb etməsi ilə əlaqədar həmin məsələ üzrə hüquqi qiymətləndirmə apararaq, müəyyən etmişdir ki, Azərbaycan Respublikası CM-nin az ağır cinayətlər kateqoriyasına aid olan 180.1 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkdiyi müddətdə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs həqiqətən X1 müddəalarının təsiri altına düşmür, Qərarın onun barəsində tətbiq olunub şərti olaraq vaxtından əvvəl azad etmədən azad olunması üçün əsaslar yoxdur. Əksinə, Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən Salyan Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü üzrə çəkilməmiş 09 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictiami təhlükə törətməyən cinayət, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin residivinin müəyyən edildiyini nəzərə alaraq, həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128 və 315-ci maddələri ilə təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Salyan Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü üzrə çəkilməmiş 09 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin dispoziyasında əlavə cəza nəzərdə tutulmamışdır; onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxslər tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, avtomobillərin məhkəməyədək icraat zamanı mülkiyyətçilərinə təhvil verilməsi nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir. Bundan başqa, həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı da iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərsə də, bu hüquqi yardımın müddətinə, hər iş saatı üçün müəyyən edilmiş məbləğinə dair qanunla müəyyən edilmiş qaydada izahlı hesabat arayışını təqdim etmədiyinə görə hər iki halda dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının ödənilməsi məsələsinin həlli hazırkı halda mümkün deyildir, nöqsanlar aradan qaldırıldıqdan sonra əmək haqqının ödənilməsi məsələsi üzrə ayrıca akt şəklində qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü üzrə çəkilməmiş 09 (doqquz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “BMW 328” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Çitan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin məhkəməyədək icraat zamanı mülkiyyətçilərinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar