Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-211/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxx 1977-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham elan olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,528 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən 25-ci Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 14:30 radələrində şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən, şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 0,528 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsinə görə guya o, narkotik vasitə olan heroini Xəzər rayonunun ərazisində tanımadığı şəxsdən 10 manata almış və polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə əynində olan gödəkçəsinin cibindən aşkar edilmişdir. Əslində isə o, istintaq zamanı ifadə verərkən təzyiq altında olmuş və qorxduğu üçün polis əməkdaşlarının dediyi məzmunda ifadə vermişdir. Özü beton tökmək işi ilə məşğul olduğundan və gündüz saatlarında işdə olduğu üçün öz avtomobilini düzəltdirmək məqsədi ilə ustanın yanına axşam getmək qərarına gəlmişdir. O əvvəlcə ustayla danışıb avtomobilini düzəltdirmək və pulunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək istəmişdir. Usta qonşusu Şahid3 tanışı olmuş və Səxavət ustanın evinin metronun “Koroğlu” stansiyasının yaxınlığında olduğunu bildirmişdir. Ustanın evini axtarmaq məqsədilə 05 dekabr 2023-cü il tarixdə axşam saat 23-24 radələrində qonşusu Səxavət ilə birlikdə metronun “Koroğlu” stansiyasının yaxınlığına gəlmişlər. Ətrafı bir qədər gəzsələr də ustanın yaşadığı evi tapa bilməmişlər. Həmin vaxt iki nəfər post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşıb orada nə etdiklərini soruşduqda cavabında maşın düzəltdirməyə gəldiklərini bildirmişlər. Post-patrul xidmətinin əməkdaşları onların hər ikisini 25-ci Polis Şöbəsinə gətirmişlər. Onu şöbədə bir gün kamerada saxladıqdan sonra bir büküm narkotik vasitə verilərək videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna götürməsini, əks təqdirdə onun əməlini daha ağır maddə ilə tövsif edəcəklərini bildirmişlər. Onun himayəsində körpə uşağı olduğundan, həyat yoldaşı isə 2-ci qrup əlil olmaqla işləmədiyindən və ailənin yeganə qazanc gətirəni olduğu üçün polis əməkdaşlarının təzyiqlərindən qorxub onların dedikləri məzmunda ifadə vermişdir. Üzərinə baxış keçirilən zaman müdafiəçisi dəfələrlə ondan narkotik vasitənin özünə məxsus olub-olmamasını soruşmuşdur. O qorxduğu üçün vəkilinə də həqiqətləri deməkdən çəkinmişdir. Onu saxladıqları vaxt üzərində narkotik vasitə olmamış və həmin gün narkotik vasitə istifadə etməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, beton tökmək işi ilə məşğul olur. Həmin gün metronun “Ulduz” stansiyasından bir qədər irəlidə yerləşən şirkətdə beton tökmüşdür. Gündüz vaxtı işdə olduğundan, ustanın evi isə həmin ərazidə yerləşməklə yollarının üstü olduğundan, gecə vaxtı Səxavətlə birlikdə Ülvi adlı şəxsin idarə etdiyi taksi ilə həmin yerə gəlmişlər. Ustanın evi orada yerləşsə də gecə işləmir və ora getməmişdən əvvəl usta ilə telefon vasitəsi ilə danışmamışlar. Həmin vaxt ustanın evini tapa bilməmişlər. Ustanın adını bilmir və ustanı Səxavət tanıyır. Post-patrul xidmətinin əməkdaşları onu metronun “Koroğlu” stansiyasının yaxınlığında saxlayan zaman saat təxminən axşam 12-yə qalmış olardı və həmin vaxt Səxavət yanında olmuşdur. Onunla birlikdə Səxavəti də şöbəyə gətirərək bir gün orada saxladıqdan sonra hər ikisini CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirmişlər. Əlavə olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuş və sonuncu dəfə təxminən 1 il əvvəl narkotik vasitə istifadə etmişdir. Saxlanılan gün narkotik vasitə istifadə etməmiş və polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, “Elnur” adlı şəxsin Bakı şəhəri Nizami rayonunun ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məruzə edilmişdir. Bundan sonra həmin şəxsin yaxalanması məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs metronun “Koroğlu” stansiyasının qarşısında saxlayıb 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, olduğu halda təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir ədəd bükümdə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid2 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs gündüz saatlarında saxlamışlar və həmin vaxt Elnur tək olmuşdur. Əgər onlar iki nəfər olsaydı hər ikisini şöbəyə gətirərdilər. Səxavət adlı şəxsi tanımır, onu saxlamamış və şöbəyə gətirməmişdir. Daxil olan əməliyyat məlumatı məxfi olduğu üçün onun məzmununu deyə bilməz. Təqsirləndirilən şəxs əvvəl növbətçi hissəyə təhvil vermiş və raportla müraciət etmişlər. Raport qeydiyyata alındıqdan sonra Təqsirləndirilən şəxs üzərinə onun, əməliyyat müvəkkili Şahid1 və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış təhqiqatçı Gündüz Zeynalov tərəfindən aparılmışdır. Lakin baxış zamanı videoçəkilişi kimin apardığı yadında deyildir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuş və özü narkotik vasitəni Xəzər rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını etiraf etmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və əməliyyat tədbirləri zamanı mobil telefonu üzərində olur. Təqsirləndirilən şəxs Şahid2 ilə çarpaz dindirmə zamanı bildirmişdir ki, onu polis şöbəsinə gətirən şəxs Şahid2 olmamışdır, onu səhəri günü şöbədə görmüşdür. Səxavətlə birlikdə metronun “Koroğlu” stansiyasının yaxınlığında körpünün altında olan zaman qaranlıq olduğu üçün post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq orada olmaqlarının səbəbini soruşmuşlar, onlar da avtomobili düzəltdirməyə gəldiklərini demişlər. Ona görə də onları saxlayıb şöbəyə gətirmişlər. Saxlanılan zaman ona məxsus olan ***- ***-**-** saylı mobil nömrə üzərində olmuşdur. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında yenidən dindirilən Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı düşmənçiliyi, şəxsi qərəzliyi olmamışdır. ***-***-**-** saylı mobil nömrə onun daimi istifadəsindədir. Əməliyyat tədbirlərinə gedən zaman üzərində başqa mobil nömrə ola da bilər, olmaya da. Təqsirləndirilən şəxs yalan ifadə verir, onu gecə saatlarında PPX bölüyünün əməkdaşları saxlamamışlar. Gün ərzində təxminən 6-7 əməliyyat tədbiri olur. Hadisədən uzun müddət keçdiyindən həmin vaxt mobil telefonun üzərində olub-olmadığı yadında deyildir. 06 dekabr 2023-cü il tarixdə saat 09:27-dən saat 13:54-dək mobil nömrəsinin anten dairəsinin ünvan 5 ünvanında qeydə alınmasını onunla izah edir ki, “Faxralı” kafesi 25-ci PŞ-nin yanında yerləşir. Təqsirləndirilən şəxs günorta saatlarında 25ci PŞ-nə gətirib MSY-nə təhvil vermişlər. Şahid3 adlı şəxsi xatırlamır, Şahid8 adlı şəxsi isə tanımır. Təqsirləndirilən şəxs PPX bölüyünün əməkdaşları deyil, onlar şöbəyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, “Elnur” adlı şəxsin Bakı şəhəri Nizami rayonunun ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin saxlanması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs metronun “Koroğlu” stansiyasının qarşısında saxlayıb 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman o üzərində olan bir ədəd bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid1 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrə görə məhkum olunduğundan onu cinayətə meylli şəxs kimi tanımışlar. Təqsirləndirilən şəxs günorta vaxtı Mərdəkan qəsəbəsinə gedən istiqamətdə sağ tərəfdə, metronun “Koroğlu” stansiyasının qarşısında saxlamışlar, saat dəqiq yadında qalmasa da gecə saatları olmamışdır. Həmin vaxt əməliyyat müvəkkili Şahid2 də onunla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs post-patrul xidmətinin əməkdaşları saxlamamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobillə olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman ola bilsin ki, ətrafda başqa şəxslər olmuşdur, lakin dəqiq xatırlamır. Ancaq Təqsirləndirilən şəxs saxlayan zaman tək olmuşdur, Şahid3 adlı şəxs barədə isə məlumatı yoxdur. Həmçinin hadisədən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs saxlayarkən üzərində narkotik vasitə olduğunu dediyini xatırlamır. Metronun “Koroğlu” stansiyasının yaxınlığında emalatxana olub-olmaması barədə isə məlumatı yoxdur. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə səhv etmirsə heroin olmuşdur. Əlavə olaraq bildirmişdir ki, adətən mobil telefon üzərində olur. Əməliyyata gedən zaman telefonlar maşında da qala bilər və yaxud onlar bir maşından başqa maşına da keçirilə bilərlər. Təqsirləndirilən şəxs Şahid1 ilə çarpaz dindirmə zamanı bildirmişdir ki, əməliyyat müvəkkili Şahid1 tanımır və ilk dəfə onu məhkəmədə görür. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında yenidən dindirilən Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı düşmənçiliyi, şəxsi qərəzliyi olmamışdır. Şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirinə əməliyyat müvəkkili Şahid2lə birlikdə getmişdir. Təqsirləndirilən şəxs metronun “Koroğlu” stansiyasının qarşısında saxlamışlar. ***-***-**-** saylı mobil nömrə onun daimi istifadəsindədir. Əməliyyat tədbiri zamanı üzərində mobil telefon olmuşdur. Cinayətkarları ifşa etmək üçün əməliyyat müvəkkilləri bir neçə mobil nömrələrdən istifadə edirlər. Həmin vaxt üzərində hansı mobil nömrə olduğunu xatırlamır. Bəzən əməliyyat tədbirlərinə gedən zaman mobil telefonunu unudub xidməti otaqda və ya avtomobildə qoyur və vaxt itkisi olmaması üçün, operativliyi təmin etmək məqsədilə geri qayıdıb mobil telefonunu götürmür. Əməliyyat tədbirləri zamanı zərurət yarandıqda əlavə kömək çağırırlar. Təqsirləndirilən şəxs saxlayan zaman əlavə kömək çağırmamışlar. Həmin vaxt PPX bölüyünün əməkdaşları Şahid7 və Şahid6 köməyə çağırmamışlar. Təqsirləndirilən şəxs şöbəyə hansı avtomobillə apardıqlarını xatırlamır. Kamil Balakişiyev küçəsi 25-ci PŞ-nin yerləşdiyi ərazidir. 06 dekabr 2023-cü il tarixdə saat 09:15-dən saat 13:46-dək mobil nömrəsinin anten dairəsinin ünvan 5 ünvanında qeydə alınmasını onunla izah edir ki, “Faxralı” kafesinin divarı 25-ci PŞ-nin divarı ilə bitişikdir. Darvazanın sağ tərəfi “Faxralı” kafesi, sol tərəfi isə şöbədir. O həmin vaxt kafedə deyil, mobil telefonu şöbədə olmuşdur. Təqsirləndirilən şəxs MSY-nə nə zaman təhvil verildiyini xatırlamır. O, Şahid3 tanımır. Ola bilər ki, Şahid3 başqa əməkdaş saxlamış, o sadəcə kömək etdiyi üçün onun adını bilməmişdir. Əlavə şahid qismində dindirilmiş Şahid8 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxslə birlikdə 05 dekabr 2023-cü il tarixdə gecə saat 11-12 radələrində saxlanılmaları ilə bağlı bildirdikləri barədə heç nə deyə bilmir. Təqsirləndirilən şəxs postpatrul xidməti bölüyünün əməkdaşları deyil, günorta saatlarında onlar saxlayıb şöbəyə gətirmişlər. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmçinin Şahid1 Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsinin 06 dekabr 2023-cü il tarixdə saat 02:38-dən ünvan 5 ünvanında qeydə alınmasının səbəbini izah edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında səsləndirmiş olduğu dəlillərinə aydınlıq gətirilməsi məqsədi ilə, həmçinin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə və onun bəraət almasına təsir edə biləcəyini nəzərə alaraq müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi və anten məlumatlarının götürülməsi ilə bağlı vəsatətlərini təmin etmiş, vəsatətdə göstərilmiş şahidlər məhkəmə iclasında şahid qismində dindirilmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Elnurun avtomobilində əzik olduğu üçün ondan avtomobili təmir etdirməməsinin səbəbini soruşduqda maddi imkanının olmadığını bildirmişdir. O da tanıdığı usta olduğunu, onunla avtomobili düzəltdirib pulunu hissə-hissə ödəməklə bağlı razılığa gələ biləcəklərini demişdir. 2023-cü ilin sonlarında, dəqiq xatırlamadığı vaxtda Elnurla birlikdə işdən qayıdarkən ustanı axtarıb tapmaq üçün metronun “Koroğlu” stansiyasının yaxınlığına gəlmişlər. Təxminən gecə saat 22-23 radələrində post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq sənədlərini istəmişlər. Üzərində sənəd olmadığını bildirdikdə polis əməkdaşları onunla kobud danışaraq əl-qol atmışlar. Ona görə də onları avtomobilə mindirib 25-ci Polis Şöbəsinə aparmışlar. Orada onları kameraya saldıqları zaman nə Elnurun, nə də ki onun üzərində narkotik vasitə olmamışdır. Şöbədə ona təzyiq göstərərək narkotik vasitənin onun olduğunu boynuna götürməyəcəyi halda əməlini daha ağır maddə ilə tövsif edəcəkləri ilə qorxutmuşlar. Suallara cavab olaraq bildirmişdir ki, onları səhər saat 12 və ya 13-ə kimi kamerada saxlamışlar. Əvvəlcə Elnurla onu ayrı kameraya salmışlar, sonra bir kameraya keçirmişlər. Gecə onların yanında müdafiəçi olmamış, səhərisi günü günorta saatlarında müdafiəçi gəlmişdir. Üzərinə baxış keçirilən zaman müdafiəçi videoçəkilişi dayandırıb, ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, o da qorxduğu üçün narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Elnurun üzərinə baxış keçirilən zaman orada olmamış, lakin Elnurun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onların ustaya getdikləri Ülvi adlı taksi sürücüsünü də saxlayaraq onlarla birlikdə şöbəyə gətirmişlər. Lakin onları sənədləşdirəndən sonra taksi sürücüsünü buraxmışlar. O, iki gün evə gedə bilmədiyi üçün ailəsi narahat olub DİN-in 102 Zəng mərkəzinə məlumat vermişdir. O, bir gün bölmədə, bir gün müvəqqəti saxlama yerində qaldıqdan sonra onu prokurorun yanına aparmışlar və prokuror onu həbsdən buraxandan sonra 102 Zəng mərkəzinə verilən məlumatla bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nə gedib Ağdam rayonuna getdiyini, bu barədə ailə üzvlərinə məlumat vermədiyini bildirmişdir. O qorxduğu üçün həqiqəti deməmişdir. Əlavə olaraq bildirmişdir ki, ***-***-**-** saylı nömrə onun istifadəsindədir və saxlanılan zaman mobil telefon üzərində olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid5 ifadəsində bildirmişdir ki, 05 dekabr 2023-cü il tarixdə axşam saatlarından 06 dekabr 2023-cü il tarixə səhər saatlarına qədər olan müddət ərzində Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 182A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının ərazisində xidmətdə olmuşdur. Həmin vaxt onunla bərabər həmin ərazidə Şahid4, Şahid6 və Şahid7 xidmətdə olmuşlar. Xidmətdə olduğu vaxt Təqsirləndirilən şəxs saxlamamışdır. Suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt xidmətdə 4 nəfər olmuşlar, başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə məhkəmədə görür. Təqsirləndirilən şəxs Şahid5 ilə çarpaz dindirmə zamanı bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman Şahid5 orada olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid6 ifadəsində bildirmişdir ki, o, 01-10 dekabr 2023-cü il tarixlərində gecə növbəsində olmuş, lakin həmin vaxtdan uzun müddət keçdiyindən konkret hansı ərazidə xidmətdə olduğunu xatırlamır. Həmin müddətdə şübhəli şəxs qismində kimləri saxladığını xatırlamır. O, Təqsirləndirilən şəxs saxlamamışdır. Şahid6 suallara cavab olaraq bildirmişdir ki, 6 ildir ki, Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyündə xidmət edir. Xidməti əraziləri Qara Qarayev prospekti, metronun “Koroğlu”, “Neftçilər” stansiyalarının ərazisi, Babək prospekti, Keşlə qəsəbəsinin əraziləridir. 05 dekabr 2023 – 06 dekabr 2023-cü il tarixlərdən uzun müddət keçdiyindən dəqiq xatırlamır, ya metronun “Neftçilər” stansiyasının ətrafında, ya da Qara Qarayev prospektində xidmətdə olmuşdur. 2023-cü ilin dekabr ayında metronun “Koroğlu” stansiyasının yaxınlığında xidmətdə olmamışdır. Şahid7 və Şahid5la birlikdə xidmətdə olduğunu təsdiq edir. O, 10 gün gecə növbəsində, 20 gün isə gündüz növbəsində olur. Gecə növbəsi saat 19:00-da başlayır saat 07:00-da qurtarır. Post-patrul xidməti əməkdaşının saxladığı şəxsin üzərinə baxış keçirmək və bölmədə videoçəkiliş aparmaq səlahiyyəti yoxdur. Saxlanılan şəxsə əvvəlcə müdafiəçi təyin olunur. Müdafiəçinin iştirakı ilə müstəntiq və ya təhqiqatçı tərəfindən videoçəkiliş aparılaraq üzərinə baxış keçirilir. Qaranlıq ərazilərdə, heç kimin olmadığı, maşınların sıx olduğu, şüşəli obyektlərin olduğu yerlərdə vətəndaş özünü şübhəli apararsa, onları görüb qaçarsa və ya əlində şübhəli alətlər olarsa dərhal həmin vətəndaşa yaxınlaşırlar, zərurət olduqda vətəndaşı ərazi üzrə 23-cü PB-nə və ya 25-ci PŞ-nə aparırlar. Saxlayan zaman vətəndaşa üzərində kəsicideşici alət varsa təqdim etməsini təklif edirlər, əgər təqdim etməsə onların vətəndaşın üstünü yoxlamaq səlahiyyətləri yoxdur. ***-***-**-** saylı nömrə onun istifadəsindədir və 05 dekabr 2023-cü il tarixində üzərində olmuşdur. Təqsirləndirilən şəxs Şahid6 ilə çarpaz dindirmə zamanı bildirmişdir ki, onu 05 dekabr 2023-cü il tarixində gecə saatlarında saxlayan, saxlanılan zaman üzərinə baxış keçirən, ona təzyiq göstərən, şöbədə üzərinə baxış keçirilən zaman videoçəkiliş aparan polis nəfəri Şahid6 olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid7 ifadəsində bildirmişdir ki, 05 dekabr 2023-cü il tarixində axşam saatlarından 06 dekabr 2023-cü il tarixə səhər saatlarına qədər olan müddət ərzində metronun “Qara Qarayev”, “Neftçilər” stansiyalarının ərazisində xidmətdə olmuşdur. Onun xidmət etdiyi ərazilər metronun “Qara Qarayev”, “Neftçilər” stansiyalarının ərazisidir. Köməyə çağırılanda, rəhbərlik tərəfindən göstəriş olduqda metronun “Koroğlu” stansiyasının ərazisinə də gedir. Təqsirləndirilən şəxs tanımır. Hadisədən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs saxladığını xatırlamır. Şahid7 suallara cavab olaraq bildirmişdir ki, vətəndaşı saxlayan zaman onun üzərinə baxış keçirmək səlahiyyətləri yoxdur. Metronun “Koroğlu” stansiyasının ərazisinə yalnız köməyə çağırılanda gedir. Metronun “Koroğlu” stansiyasının ərazisinə adətən saat 19:00-dan sonra köməyə çağırırlar. 05 dekabr 2023-cü il tarixdən uzun müddət keçdiyindən dəqiq xatırlamır, həmin vaxt ola bilsin ki, metronun “Koroğlu” stansiyasının ərazisinə köməyə getmişdir. Adətən Şahid6la birlikdə xidmətdə olurlar. ***-***-**-** saylı nömrə onun istifadəsindədir. Təqsirləndirilən şəxs Şahid7 ilə çarpaz dindirmə zamanı bildirmişdir ki, onu saxlayan zaman polis nəfəri Şahid7 da orada olmuşdur. Şahid7 ona qarşı zor tətbiq etməmişdir. Onu saxlayan zaman üzərini yoxlamışlar, lakin üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Onu 25-ci PŞ-nə təhvil verdikdən sonra Şahid7 və Şahid6 görməmiş, şöbədə üzərinə baxış keçirilən zaman onlar orada olmamışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, “Mercedes Benz E class” markalı Az **-ZZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin dekabr ayının əvvəllərində gecə saat 23-24 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında olan zaman Elnur Səxavətlə birlikdə ona yaxınlaşaraq onları əvvəlcə yaxınlıqda yerləşən maşın ustasının yanına, sonra isə Mərdəkan qəsəbəsinə aparmağını xahiş etmişlər, o da razılaşmışdır. Elnur və Səxavət avtoservisin yanında düşmüşlər, o isə avtomobildə gözləmişdir. Bir qədər sonra çöldən tappıltı səsi gəldiyini eşidib avtomobildən düşmüş, bu zaman 3 nəfər post-patrul xidmətinin əməkdaşlarının Elnurla Səxavəti saxladıqlarını, Elnurun başını maşının kapotuna vurduqlarını görmüşdür. Polis əməkdaşları ondan orada nə işi olduğunu soruşduqda o, taksi sürücüsü olduğunu, Elnurla Səxavəti gətirdiyini bildirmişdir. Polis əməkdaşları orada avtomobilə baxış keçirmiş, avtomobilindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Orada polis əməkdaşları Elnur və Səxavətin üstünə də baxış keçirmiş, onların üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Elnurla Səxavəti post-patrul xidmətinin avtomobili ilə 25-ci PŞ-nə aparmışlar. O isə öz avtomobili ilə 25-ci PŞ-nə getmişdir. Onları həmin gecə orada saxlamışlar, səhərisi gün saat təxminən 11-12 radələrində onu buraxmışlar, lakin Səxavətlə Elnur orada qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış 06 dekabr 2023-cü il tarixli raportdan görünür ki, məxfi əməkdaşdan əldə olunmuş məlumatda Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilir. - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin baş təhqiqatçısı Gündüz Zeynalov tərəfindən 06 dekabr 2023-cü il tarixdə tərtib edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 06 dekabr 2023-cü il tarixdə saat 13:00-dan tutulmuş hesab edilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin baş təhqiqatçısı Gündüz Zeynalov tərəfindən tərtib edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saat 13:00-da Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 182A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında saxlanılaraq saat 13:15-də 25-ci PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 06 dekabr 2023-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilir. Protokol saat 13:50-də tərtib olunmağa başlanmış, saat 14:05-də qurtarmışdır. - şübhəli şəxsə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısının təqdim edilməsi barədə siyahıdan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıda yalnız vəkil Müdafiəçi soyadı, adı və ata adı qara hərflərlə xüsusi olaraq qeyd edilmiş, Təqsirləndirilən şəxs siyahı ilə tanış olduğunu və vəkil Müdafiəçi onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını qeyd etmişdir. - müdafiəçinin təqdim edilməsi haqqında 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs həmin tarixdə təqdim edilmişdir. Lakin həmin protokolda müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi vaxtı (saatı, dəqiqəsi) göstərilməmişdir. - Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin baş təhqiqatçısı Gündüz Zeynalov tərəfindən 06 dekabr 2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış saat 14:30-da başlamış, saat 14:50-də qurtarmışdır. 06 dekabr 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin (kakos) olduğunu, 06 dekabr 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Xəzər rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının nəticələrinə dair 07 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6296 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165”-li dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,528 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,528 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,478 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manatdır. - Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən qəbul edilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rafail Tağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 dekabr 2023-cü il tarixli 8469 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - maddi sübut kimi tanıma haqqında 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,528 qram çəkidə olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 0,478 qram olan narkotik vasitə heroin Nizami RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, 06 dekabr 2023-cü il tarixdə aparılmış şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə 05 dekabr 2023-cü il tarixdə saat 22:00-dan 06 dekabr 2023-cü il saat 14:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairələrinə dair məlumatların, o cümlədən Bakı şəhəri Nizami RPİnin 25-ci Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ünvan 4 ünvanında 05 dekabr 2023cü il tarixdə hansı saatda olması ilə bağlı anten məlumatlarının, 05 dekabr 2023-cü il tarixdə saat 22:00-dan 06 dekabr 2023-cü il saat 14:00-dək olan müddət ərzində Şahid2 istifadəsində olan ***-***-**-** və Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrələrin anten dairələrinə dair məlumatların, o cümlədən Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182A ünvanında 06 dekabr 2023-cü il tarixdə hansı saatda olması ilə bağlı anten məlumatlarının müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən 02 aprel 2024-cü il tarixli BKC/LGL-4865/24 nömrəli məktuba əlavə edilmiş “CD” formatlı diskdə təqdim edilmiş məlumatlardan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 05 dekabr 2023-cü il tarixdə saat 22:02:47-dən saat 22:07:29-dək Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 33, 05 dekabr 2023-cü il tarixdə saat 22:07:33-dən 06 dekabr 2023-cü il saat 07:21:34-dək Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsi, 06 dekabr 2023-cü il tarixdə saat 09:27:13-dən saat 13:54:49-dək ünvan 9 ünvanı göstərilmiş, Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 05 dekabr 2023-cü il tarixdə saat 22:05:10-dan 06 dekabr 2023-cü il saat 09:09:17-dək Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 2381-ci məhəllə, 06 dekabr 2023-cü il tarixdə saat 09:09:22-dən saat 13:46:57-dək ünvan 9 ünvanı göstərilmişdir. - "xxxx" MMC tərəfindən 07 may 2024-cü il tarixli AZF/LGL-341/24 nömrəli məktuba əlavə edilmiş “CD” formatlı diskdə təqdim edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 05 dekabr 2023-cü il tarixdə saat 23:48:13-dən 06 dekabr 2023-cü il saat 00:30:45-dək Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsi 2428-ci məhəllə, “Madonna” restoranı, 06 dekabr 2023-cü il tarixdə saat 01:30:45-dən 02:30:45-dək Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsi 2347, “İmperator şadlıq sarayı”, 06 dekabr 2023-cü il tarixdə saat 02:38:25-dən saat 11:20:53-dək ünvan 9 ünvanı göstərilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə 05 dekabr 2023-cü il tarixdə saat 21:00-dan 06 dekabr 2023-cü il saat 14:00-dək olan müddət ərzində Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairələrinə dair məlumatların, o cümlədən Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ünvan 4 ünvanında 05 dekabr 2023-cü il tarixdə hansı saatda olması ilə bağlı anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli BKC/LGL-4864/24 nömrəli məktubdan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə 05 dekabr 2023-cü il tarixdə saat 22:00-dan 06 dekabr 2023-cü il saat 14:00-dək olan müddət ərzində Şahid6 istifadəsində olan ***-***-**-** və Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrələrin anten dairələrinə dair məlumatların, o cümlədən Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182A ünvanında 06 dekabr 2023-cü il tarixdə hansı saatda olması ilə bağlı anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli BKC/LGL-12013/24 nömrəli məktubdan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələrin zəngləri sorğulanan tarixdə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182A ünvanının əhatə dairəsində qeydə alınmışdır. - müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ittiham aktından görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ititham aktı Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən 29 fevral 2024-cü il tarixdə təsdiq olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şahid3 irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,732 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində daşımaqla saxlamış, 06 dekabr 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 25-ci Polis Şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,732 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin cinayət işi üzrə şahidlər Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1dur. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 28 may 2024-cü il tarixli 52/2-19566/24 saylı məktubuna əlavə edilmiş Nizami RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 13:50-də Nizami RPİ-nin MSY-nə gətirilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X2 RPİ-nin 1-ci PŞ-nə müraciət edərək 05 dekabr 2023-cü il tarixdə saat 15:30 radələrində qardaşı Şahid3 evdən çıxıb gedərək itkin düşdüyünü bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şahid3 itkin düşməmiş, 05 dekabr 2023-cü il tarixdə ailə üzvlərinə məlumat vermədən Ağdam rayonuna getmişdir. Göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli tələbnamədən və Bakı Hərbi Məhkəməsinin 13 dekabr 2002-ci il tarixli 202/2002 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin 19 dekabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 02 il müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 13 dekabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.5, 334.1 və 335.1-ci maddələri ilə təqsirli bilinib CMnin 66.3 və 67-ci maddələrinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1ci maddəsinə əsasən 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 dekabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü Quliyev Sübhanəli adlı bir azyaşlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. İş materiallarından məlum olur ki, ibtidai istintaq orqanının həmin maddə ilə irəli sürdüyü ittihamın əsasını Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən 25-ci Polis Şöbəsinə aparılması, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 0,528 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi təşkil edir. Hansı ki, məhkəmə tədqiqi zamanı toplanmış təkzibolunmaz sübutlarla həmin cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olmaması müəyyən edilmiş, yəni onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid8 ifadələri Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 25-ci Polis Şöbəsinə gətirilməsini istisna edir. Eyni zamanda bu fakt şahidlərin anten dairələrinə dair alınmış məlumatlarla da təkzib olunur ki, bu da ittihamın əsas sübutlarından olan şahid ifadələrini şübhə altına alır və həmin ifadələrin sübut əhəmiyyətini itirməsinə səbəb olur. Belə ki, təqsirləndirilən şəxs onu saxlayan şəxslərin şahidlər Şahid2 və Şahid1 olmadığını, onları ilk dəfə polis şöbəsində gördüyünü bildirsə də, qeyd olunan şahidlər təqsirləndirilən şəxsin onlar tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildiyini bildirmişlər. Təqsirləndirilən şəxsin, şahidlərin, o cümlədən əlavə şahidlərin ifadələri arasında olan uyğunsuzluğu aradan qaldırmaq və obyektiv həqiqəti müəyyən etmək məqsədilə müdafiə tərəfinin vəsatəti əsasında onların istifadələrində olan nömrələrin anten dairələri məhkəmə qərarına əsasən götürülmüşdür. "xxxx" MMC tərəfindən “CD” formatlı diskdə təqdim edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 05 dekabr 2023-cü il tarixdə saat 23:48:13-dən 06 dekabr 2023-cü il saat 00:30:45-dək Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsi 2428-ci məhəllə, “Madonna” restoranı, 06 dekabr 2023cü il tarixdə saat 01:30:45-dən saat 02:30:45-dək Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsi 2347, “İmperator” şadlıq sarayı, 06 dekabr 2023-cü il tarixdə saat 02:38:25-dən saat 11:20:53-dək ünvan 11 ünvanı göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində tutularaq şöbəyə gətirilməsi ilə bağlı şahidlərin ifadələri həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsi 06 dekabr 2023-cü il tarixdə gecə saat 02:38:25-dən səhər saat 11:20:53-dək ünvan 11 ünvanında, yəni bir yerdə olmuşdur. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 13:00-da deyil, özünün bildirdiyi kimi 05 dekabr 2023-cü il tarixdə gecə saatlarında saxlanılmışdır. Təqsirləndirilən şəxs digər dəlili onu saxlayan şəxslərin ittiham aktında adı keçən polis əməkdaşları Şahid1 və Şahid2 deyil, post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid6 və Şahid7 olması ilə bağlıdır. Təqsirləndirilən şəxsin həmin dəlili də həqiqəti əks etdirir. Eyni zamanda şahidlərin ifadələrində bununla bağlı dəlillərini inkar edir. Belə ki, "xxxx" MMC tərəfindən “CD” formatlı diskdə təqdim edilmiş məlumatdan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 05 dekabr 2023-cü il tarixdə saat 22:02:47-dən saat 22:07:29-dək Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 33, 05 dekabr 2023-cü il tarixdə saat 22:07:33-dən 06 dekabr 2023-cü il saat 07:21:34-dək Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsi, 06 dekabr 2023-cü il tarixdə saat 09:27:13-dən saat 13:54:49-dək ünvan 11 ünvanı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 05 dekabr 2023-cü il tarixdə saat 22:05:10-dan 06 dekabr 2023-cü il saat 09:09:17-dək Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 2381-ci məhəllə, 06 dekabr 2023-cü il tarixdə saat 09:09:22-dən saat 13:46:57-dək ünvan 11 ünvanı göstərilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş məlumatdan görünür ki, Şahid6 istifadəsində olan ***-***-**-** və Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrələrin anten dairələri sorğulanan tarixdə, yəni 05 dekabr 2023-cü il tarixdə saat 22:00-dan 06 dekabr 2023-cü il saat 14:00-dək olan müddət ərzində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182A ünvanının (metronun “Koroğlu” stansiyasının ərazisi) əhatə dairəsində qeydə alınmışdır. Anten dairələrinə dair məlumatlardan göründüyü kimi ittiham aktında adı keçən şahidlər Şahid1 və Şahid2 05 dekabr 2023-cü il tarixdə gecə saatlarından 06 dekabr 2023cü il tarixdə saat 13:40 radələrinədək Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının yanında olmamışlar. Təqsirləndirilən şəxs ifadəsində onu saxladıqlarını qeyd etdiyi polis əməkdaşları Şahid6 və Şahid7 isə qeyd olunan müddət ərzində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının yanında olmuşlar. Həmçinin anten dairələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə gecə saat 02:38:25-dən səhər saat 11:20:53-dək, Şahid2 06 dekabr 2023-cü il tarixdə saat 09:27:13-dən saat 13:54:49-dək, Şahid1 isə 06 dekabr 2023-cü il tarixdə saat 09:09:22-dən saat 13:46:57-dək ünvan 11 ünvanında olmuşlar. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən də görünür ki, həmin ünvan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binası ilə yanaşıdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid8 ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs Şahid3lə birlikdə 05 dekabr 2023-cü il tarixində gecə saat 23-24 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq post-patrul xidməti avtomaşınında Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gətirilmiş, saxlanılan zaman onların üzərinə PPX əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin onların üstündən qanunsuz hər hansı predmet aşkar olunmamışdır. Bundan başqa şahidlər Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs saxlayan zaman tək olduğunu, Şahid3 adlı şəxsi tanımadıqlarını, onu saxlamadıqlarını və şöbəyə gətirmədiklərini bildirsələr də, onların ifadələrində qeyd etdikləri bu dəlillər də tamamilə əsassızdır. Belə ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından görünür ki, Şahid3 06 dekabr 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 25-ci Polis Şöbəsinə aparılmışdır. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-dən əldə edilmiş cinayət işinin başlanmasının rədd materialından görünür ki, 08 dekabr 2023-cü il tarixdə Şahid3 qardaşı X5 1-ci PŞ-nə müraciət edərək, həyat yoldaşı X1 isə DİN-in 102 zəng mərkəzinə müraciət edərək Şahid3 05 dekabr 2023cü il tarixdə evdən çıxaraq geri qayıtmamağı barədə məlumat vermişlər. Bu hal isə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olduğunu bir daha təsdiq edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023cü il tarixdə saat 13:00-da deyil, 05 dekabr 2023-cü il tarixdə saat 02:38:25-dən 25-ci Polis Şöbəsində olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə Təqsirləndirilən şəxs saxlanıldığı zaman dərhal deyil, təxminən 12 saat sonra, yəni saat 14:30-da keçirilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında 12 saat vaxtın keçməsi həmin sübut növünün qəbul edilməsinin mümkünsüzlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Bundan başqa Nizami RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 13:50-də müvəqqəti saxlama yerinə gətirilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokolda isə həmin protokolun tərtibinin saat 13:50-dən başlanıldığı saat 14:05-də qurtardığı qeyd edilmişdir. Məhkəmə tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-yə qəbul olunması və saxlanılması üçün əsaslardan birinin də şübhəli şəxsin tutulması haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən tərtib edilmiş protokol olduğunu nəzərə alaraq hesab edir ki, şübhəli şəxsin tutulması haqqında protokolun tərtibi başa çatmamış tutulmuş şəxsin MSY-nə qəbul edilməsi inandırıcı deyildir. Bu da öz növbəsində cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 06 dekabr 2023-cü il tarixli protokolun əsaslılığını şübhə altına alır. Həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 06 dekabr 2023-cü il tarixdə saat 14:30-da başlanılmış, saat 14:50-də başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul olunarkən üstünün axtarıldığını, yanında olan əşyalarının yoxlanıldığını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs saat 13:50-də MSY-nə qəbul edildikdən 40 dəqiqə sonra saat 14:30-dan saat 14:50-dək üzərinə axtarış və baxış keçirilməsi və üzərindən narkotik vasitə aşkar edilməsi şəxsi axtarış və götürmə aparılması haqqında protokolun əsaslılığını şübhə altına alır. Məlumdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə mühüm və zəruri sübut əhəmiyyətinə malik olan ilkin sənəd şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi barədə protokoldur. Lakin hazırda baxılan işə münasibətdə həmin növdən olan 06 dekabr 2023-cü il tarixli protokolun mötəbər sübut kimi qəbul edilməsinə hər hansı hüquqi əsas yoxdur, məhkəmə həmin sübut növünü etibarsız sayır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən həmin protokol təqsirləndirilən şəxsin təqsirini müəyyən və sübut edən sübut, belə sübutlardan biri kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bundan başqa Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrə görə məhkum olunduğunu, onu cinayətə meylli şəxs kimi tanıdığını qeyd etsə də, məhkumluq haqqında tələbnamədən görünür ki, o, əvvəllər narkotik vasitələrin əldə etmə, saxlama, daşıma və s. ilə məhkum olunmamışdır. Bundan əlavə Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etsə də xeyli müddətdir istifadə etmir və onun hazırda narkotik vasitə istifadə etməsinə dair heç bir əlamət yoxdur. Bu da öz növbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi verdiyi izahatında və təqsirləndirilən şəxsin dindirilməsi protokolunda qeyd olunan “təxminən 7-8 ay olar ki, narkotik vasitələrin müxtəlif növlərinin istifadəçisiyəm. Bədənimdə ağrılar olduğundan müxtəlif yerlərdən tanımadığım şəxslərdən narkotik vasitə heroin əldə edib qəbul edirəm” ilə bağlı ifadəsinin reallığı əks etdirmədiyini və təzyiq altında verdiyini bir daha sübut edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayətprosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması cinayətini törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 147.6-cı maddəsinə görə tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 02:38 radələrində Azərbaycan Respublikası CPM-nin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılaraq 25-ci Polis Şöbəsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, hüquq, vəzifələri və məsuliyyəti dərhal izah edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 06 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması və şəxsi axtarış və götürmə aparılması haqqında protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-nin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı”şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,528 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, müdafiə hüququ təmin olunmamış, onun üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, 12 saatdan artıq müddət sonra polis şöbəsində keçirilmişdir. Bundan əlavə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində “əsl” axtarış aparmamış, yalnız qoyduqları narkotik vasitəni tapmışlar. Belə ki, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etdikdən sonra onun üzərinə əməliyyat müvəkkili tərəfindən formal axtarış aparılmışdır. Belə ki, əməliyyat müvəkkili Təqsirləndirilən şəxs idman şalvarının, idman gödəkçəsinin və üzərindən geyindiyi qara rəngli gödəkçənin heç bir ciblərinə baxmamış, yalnız ciblərin üst hissələrinə əli ilə toxunmuş, həmin geyimlərin digər yerlərində, yəni idman gödəkçəsinin və qara gödəkçənin içində, o cümlədən onların altında narkotik vasitə olub-olmamasını müəyyən etmək üçün axtarış aparmamışdır. Eyni zamanda şahidlər 25-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ifadələri ilə məhkəmə iclasında tədqiq edilmiş sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, əməliyyat müvəkkillərinin ümumiyyətlə əməliyyat qrupu yaratması, əməliyyat-axtarış tədbiri keçirməsi, bununla bağlı raportların tərtib olunmasının formal olaraq tərtib olunması müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı ittiham tərəfinin təqdim etdiyi sübutlar arasında, o cümlədən təqsirləndirilən şəxsin saxlanılması və şəxsi axtarışın keçirilməsi vaxtı, əməliyyat müvəkkillərinin Təqsirləndirilən şəxs saxlayan zaman Şahid3 onun yanında görməmələri, ümumiyyətlə şahidlərin əməliyyat tədbirində iştirak etməmələri, əməliyyat tədbirində iştirak edən və ya Təqsirləndirilən şəxs həqiqətdə saxlayan şəxslərin şahid kimi dindirilməmələri, Təqsirləndirilən şəxs üzərinə formal olaraq axtarış keçirilməsi ilə bağlı yaranan ciddi ziddiyyətlər və digər hallar aşkar edilmişdir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217 A (İİİ) nömrəli qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəsi üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ və İİİ bəndlərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırılması zamanı yol verilən kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,478 qram olan narkotik vasitə heroin sahibi müəyyənləşdirilənədək Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməli olduğundan məhkəmə məsrəfi olan ekspertiza xərci ondan tutula bilməz, iş üzrə məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bununla bağlı məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi kimi tanınmış, ekspertiza tədqiqatından sonra 0,478 qram qalığı qalmış narkotik vasitə heroinin hansı mənbədən əldə edilərək hazırkı cinayət işi üzrə istifadə edilməsi, narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün, hökm qanuni qüvvəyə mindikdən sonra, müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 84 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 504 manat (84x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,478 qram olan narkotik vasitə - heroin sahibi müəyyənləşdirilənədək Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi kimi tanınmış, ekspertiza tədqiqatından sonra 0,478 qram qalığı qalmış narkotik vasitə heroinin hansı mənbədən əldə edilərək hazırkı cinayət işi üzrə istifadə edilməsi, narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün, hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 114 (yüz on dörd) manat ekspertiza xərci Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs 84 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 504 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-211/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-211/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver