Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-213/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, 09 sentyabr 2021-cu il tarixdə, saat 12:30-da, Bakı şəhərində, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində '‘həbs’' qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki o, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 86 ünvanında yerləşən ət mağazasının yanında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs bir neçə dəqiqə əvvəl onunla birlikdə spirtli içki qəbul etmək barədə təklifini rədd etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edib özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyəti ilə uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək əvvəlcədən evdən itilətdirmək məqsədi ilə götürərək üzərində saxladığı, təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol qol nahiyəsindən bir dəfə vuraraq ona mil sinirinin kəsilməsi ilə müşayiət olunan sol bazunun bayır səthinin kəsilmiş yarası xəsarətini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vuraraq qaçmış, Zərərçəkmiş şəxs onun arxasınca qaçaraq həmin ünvanda yerləşən “Şirin” marketin qarşısında ona yaxınlaşıb nə səbəbə görə onu vurduğunu soruşduqda o, qanunsuz hərəkətlərini davam etdirərək ictimai yer sayılan marketin qarşısında ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib yerdən götürdüyü silah qismində istifadə olunan, istintaqa məlum olmayan şüşə butulkanı qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsinə vurub ona sağ çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əvvəllər Yalçınla aralarında bir neçə dəfə söz-söhbət olmuşdur. Həmin söz-söhbət sonuncu dəfə Nizami rayonu ərazisində yerləşən "Dostlar" kafesində baş vermişdir. Həmin vaxt yanında dostu Şahid3 olmuşdur. 21.02.2021-ci il tarixdə saat təxminən 21 radələrində qonşuları Şahid4 və Şahid5 ilə birlikdə yaşadığı məhəllədə olan “xeyir-şər” evində yemək yedikləri vaxt içəriyə qonşusu Yalçın daxil olmuş və salam vermədən birbaşa ona üzünü tutaraq “...bu özünü doğrayan qəhbəni niyə bura buraxmısız..." demişdir. O isə Yalçına “...bu nə sözdür mənə deyirsən...” cavabını vermişdir. Yalçının qonşuların yanında etdiyi bu hərəkətə çox əsəbləşmiş və təxminən saat 22 radələrində yemək yeməyi yekunlaşdırıb süfrəni yığışdarmağa başlamışlar. Masanın üzərində olan mətbəx bıçağını əynində olan gödəkçənin sağ yan cibinə qoyaraq bayıra çıxmışdır. Yalçın həyətdə olan gözətçi üçün nəzərdə tutulmuş dayanacaqda əyləşərək həmin vaxt orada xatırlamadığı bir nəfərlə söhbət etmişdir. Yalçına yaxınlaşıb onu bayıra dəvət etmiş və Yalçın bayıra çıxmışdır. Yalçından nə səbəbə qonşuların yanında onun ünvanına kobud sözlər deməsini soruşduqda, Yalçın ona yaxşı elədiyini deyərək yumruqla çiyninə vurmuş, Yalçın ondan fərqli olaraq iri cüssəli olduğu üçün qorxub yaşadığı binaya tərəf “Şirin” market istiqamətində qaçmış, Yalçın isə onun arxasınca düşmüşdür. Yalçın onu “Şirin” marketin qarşısında tutmaq istədikdə Yalçının əlindən çıxmış, lakin Yalçın yenə ona yumruq atanda əyildiyi üçün yumruq onun çiyninə dəymişdir. Bundan sonra, özünü müdafiə etmək məqsədilə gödəkçəsinin sağ yan cibindən mətbəx bıçağını çıxararaq Yalçının sol qoluna bir dəfə vurmuş və bıçağı yerə ataraq qaçıb getmişdir. Yalçını butulka ilə vurmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət əməli törətməsi məhkəmə istintaqı zamanı təsdiq edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birgə yaşayır. Özünə məxsus “Toyota Camry” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun qonşusudur. Sonuncu ilə münasibətləri əvvəllər normal olmuş, heç bir düşmənçilik və ədavətləri olmamışdır. Yaşar tüfeyli həyat sürmüş və daim yaşadığı məhəllədə problemlər yaratmışdır. Belə ki, Yaşar həmişə yaşadıqları binada hamıya qarşı aqressiv yanaşmış, müxtəlif vaxtlarda sakinlərlə söz-söhbəti olmuşdur. Yaşar daim üzərində bıçaq və beşbarmaq gəzdirdiyinə görə onunla heç bir münasibət qurmamışdır. 21.02.2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda yerləşən “xeyir-şər” evində Yaşar, qonşuları Şahid5 və Şahid4 birlikdə spritli içki qəbul edərək yemək yeyən vaxt o, içəri daxil olmuş və Samir onlarla yemək yeməyi ona təklif etmişdir. Samirə öz təşəkkürünü bildirmiş, lakin Yasar Məmmədov həmin vaxt qonşuların yanında onun ünvanına “...Yaxşı oğlan qəhbə olar, gəl mənlə vuraq...“ demişdir. O, isə Yaşara “...Sən öz qollarını kəsən oğlansan, mən səninlə bir stola əyləşmərəm..." deyərək qapını örtüb getmişdir. Təxminən bir saatdan sonra, yəni saat 22 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda dayanacaqda olan zaman, Yaşar onun yanına gələrək onunla işi olduğunu və “ət kəsimi" mağazası istiqamətinə getməyi demişdir. Yaşara heç bir söz demədən onun arxasınca, Yaşar isə ondan 5-6 addım öndə getmiş və ət kəsimi mağazasının qarşısına çatdıqda, Yaşardan hara getdiklərini və ona nə sözü olduğunu soruşduqda, Yaşar dayanmış və qəfildən geriyə dönərək sağ əlində tutduğu bıçaqla onun sol qoluna bir dəfə vurub dərhal qaçmışdır. Əvvəlcə heçnə hiss etməmiş və Yaşarın arxasınca qaçmağa başlamışdır. Yaxınlıqda olan “Şirin" marketin qarşısında Yaşara çatdıqda, sonuncu yerdən götürdüyü boş şüşə butulkanı zərbə ilə onun sifət nahiyəsinə atmış, şüşə butulka onun sifətinə dəyib yerə düşmüşdür. Həmin vaxt ətrafda tanımadığı adamlar olmuş, eyni zamanda “Şirin" marketi işlədən Siyavuş da Yaşarın ona butulka atdığını görmüşdür. Yerdən boş şüşə butulkanı götürmək istəyəndə sol qolunu və barmaqlarını hərəkət etdirə bilməmiş, qan axdığını görüb ət kəsimi mağazasının yanında olan bərbərxanaya getmiş və bərbər Pərvindən ona kömək etməsini xahiş etmişdir. Pərvin qanaxma baş verməməsi üçün onun gödəkçəsini çıxarmış və kəmərlə qoluna bağlayıb bərk sıxmışdır. Bundan sonra, bərbərxanadan çıxarkən təsadüfən dostu Ariflə rastlaşmışdır. Arif onun sol qolunun və əlinin qan olduğunu görüb avtomobillə onu Sabunçuya 3 saylı şəhər klinik xəstəxanasına, oradan “Baku Medical" klinikaya, daha sonra isə “X8" aparmış və həkimlər ona tibbi yardım göstərmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Sonuncuların hər ikisi ilə münasibətləri normaldır. 21.02.2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda yerləşən “xeyir-şər” evində qonşuları Yaşar və Azərlə birlikdə içki qəbul edərək yemək yemişlər. Bu vaxtı içəriyə digər qonşusu Zərərçəkmiş şəxs daxil olmuşdur. Yalçına onlarla yemək yeməyi təklif etmiş, lakin Yalçın təşəkkür edərək yemək istəmədiyini bildirmişdir. Bu vaxt Yalçın üzünü Yaşara tərəf tutaraq “...bu özünü doğrayan qəhbəni bura kim buraxıb..." dedikdə, Yaşar Yalçına “...nə səbəbə həmişə belə deyirsən..." cavabını vermişdir. Yalçın isə ona yaxşı etdiyini demiş və çıxıb getmişdir. Onlar təxminən 1 saat sonra yeyib içməyi bitirib süfrəni yığışdırmışlar. Qabları yuyan vaxt Yaşar xeyir-şər evindən çıxıb getmiş və təxminən 5 dəqiqə sonra içəri daxil olub onlara pivə içməyə getməyi təklif etmişdir. Yaşara ‘‘...səbirli ol, qabları yuyum birlikdə gedək..." demişdir. Sonradan Yaşarın bıçaqla Yalçını vurduğunu eşitmiş və sonuncuların arasında baş vermiş hadisəni görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Naxçıvanski küçəsi ev 90, mənzil 12-də qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onların hər ikisi ilə münasibətləri normaldır. 21.02.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda yerləşən “xeyir-şər” evində qonşuları Yaşar və Samirlə birlikdə içki qəbul edib yemək yeyərəkən, digər qonşusu Zərərçəkmiş şəxs içəriyə daxil olmuşdur. Yalçına onlarla yemək yeməyi təklif etmişlər, lakin sonuncu təşəkkür edərək yemək istəmədiyini bildirmişdir. Bu vaxt Yalçın üzünü Yaşara tərəf tutaraq "...bu özünü doğrayan qəhbəni bura kim buraxıb..." dedikdə, Yaşar Yalçına “...nə səbəbə həmişə sən mənə belə deyirsən..." cavabını vermişdir. Yalçın isə yaxşı etdiyini deyərək çıxıb gelmişdir. Onlar təxminən 1 saat yeyib-içdikdən sonra süfrəni yığışdırmışlar. Yaşar xeyir-şər evindən bayıra çıxaraq təxminən 5 dəqiqə sonra içəriyə daxil olmuş və onlara pivə içməyə getməyi təklif etmişdir. Yaşara "...səbirli ol qabları yuyaq birlikdə gedərik..." demişdir. Sonradan Yaşarın bıçaqla Yalçını vurduğunu eşitmiş və baş vermiş hadisəni görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. Nizami rayonu, Cəmşid ünvan 5şən “Şirin” marketi işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs onun işlətdiyi mağazanın ikinci mərtəbəsində yerləşən mənzildə yaşayır. 21.02.2021-ci il tarixdə saat 22 radələrində mağazada olmuş, həmin vaxt bayırda Yalçınla Yaşarın arasında baş vermiş mübahisədən xəbəri olmamışdır. Bu barədə 22.02.2021-ci il tarixdə mağazada sakinlərdən keçən gecə Yaşarla Yalçının arasında baş vermiş mübahisə zəminində Yaşarın bıçaqla Yalçını vurub xəsarət yetirdiyini eşitmiş və baş vermiş həmin hadisəni şəxsən görməmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayır. ünvan 7a yerləşən obyektdə saç ustası işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlar işlədiyi obyektin yaxınlığında olan binalarda yaşayırlar. Onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavətləri olmamışdır. 21.02.2021-ci il tarixdə saat 22 radələrində obyektdə müştərinin saçını səliqəyə salan zaman içəriyə Zərərçəkmiş şəxs daxil olmuşdur. Yalçının sol qol nahiyəsindən sol əlinin üzərinə qan axdığını görüb nə baş verdiyini soruşduqda, Yalçın qonşusu Yaşarın bıçaqla qolundan vurduğunu demişdir. Yalçın ona köməklik etməyini və şalvarının kəmərini çıxarıb sol qoluna bağlamağı xahiş etmişdir. Yalçına köməklik göstərmiş və sonuncu obyektdən çıxıb getmişdir. X3 arasında mübahisə olduğunu və Yaşarın bıçaqla Yalçını vurduğunu bir daha eşitmişdir. Sonuncuların arasında baş vermiş hadisəni görməmiş, Yalçını yola saldıqdan sonra müştərinin saçını səliqəyə saldığı üçün bayıra çıxmamış və ətrafda adamların olduğunu görməmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 25 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 86 ünvanında baş vermişdir. İş materiallarında olan 09 mart 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə saat təxminən 22 radələrində ünvan 7a Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində bıçaqdan istifadə edərək sonuncunun sol qol nahiyəsindən bir dəfə vurduğunu, eyni zamanda yerdən götürdüyü şüşə butulkanı Zərərçəkmiş şəxs baş nahiyəsinə vurduğunu göstərmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 27.02.2021-ci il tarixli 163 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, mil sinirinin kəsilməsi ilə müşayiət olunan sol bazunun bayır səthinin kəsilmiş yarası olmuşdur. Qeyd olunan sağ çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası bərk küt əşyanın (ola bilsin şüşə butulkanın küt kənarı) təsirindən, kəsilmiş yara iti kənara malik əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 21.02.2021-ci il tarixdə alınmaları mümkündür, sağ çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, kəsilmiş yara dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.04.2021-ci il tarixli 674 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal hazırki, psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə dövrdən əsəbi şəxs olması, əsəbi gərginliklər zamanı kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi çağırış zamanı Bakı şəhər, 2 nömrəli X1 müayinə edilərək 17B maddəsi ilə hərbi xidmətə yarasız hesab edilməsi, hazır ki, müayinə zaman onda müəyyən edilən əsəbilik, emosional, qeyri-sabitlik, əhvalının dəyişkənliyi və s.) sübut edir. Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görədə Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22 maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixilariya Xəstəxanası’' X9 verdiyi 17 mart 2021-ci il tarixli 2204 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci i təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan 09 fevral 2021-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17.04.2017-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan xasiyyətnamədə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə aşağıdakıları nəzərə alır: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından qiymət verərək hesab edir ki, iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və həmin sübutların müqayisəli təhlili ilə aparılmış məhkəmə istintaqının nəticələrinə görə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən istintaq orqanının təqdim etdiyi sübutların məhkəmədə tədqiq edilməsinin yekun nəticəsi olaraq aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. İstintaq orqanının qənaətinə və Təqsirləndirilən şəxs verilmiş ittihamın mahiyyətinə görə o, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətbrlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 86 ünvanında yerləşən ət mağazasının yanında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs bir neçə dəqiqə əvvəl onunla birlikdə spirtli içki qəbul etmək barədə təklifini rədd etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edib özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyətilə uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək əvvəlcədən evdən itilətdirmək məqsədi ilə götürərək üzərində saxladığı, təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol qol nahiyəsindən bir dəfə vuraraq ona mil sinirinin kəsilməsi ilə müşayiət olunan sol bazunun bayır səthinin kəsilmiş yarası xəsarətini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vuraraq qaçmış, Zərərçəkmiş şəxs onun arxasınca qaçaraq həmin ünvanda yerləşən “Şirin" marketin qarşısında ona yaxınlaşıb nə səbəbə görə vurduğunu soruşduqda o, qanunsuz hərəkətlərini davam etdirərək ictimai yer sayılan marketin qarşısında ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib yerdən götürdüyü silah qismində istifadə olunan, istintaqa məlum olmayan şüşə butulkanı qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsinə vurub ona sağ çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq hərəkətləri etmişdir...”. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə əməl Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda sözü gedən cinayət məsuliyyəti yaranır. Lakin, məhkəmə araşdırmasının nəticələrinə görə Təqsirləndirilən şəxs təqsiri aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 21.02.2021-ci tarixdə saat 21 radələrində ünvan 8 ünvanda yerləşən “xeyir-şər” evində qonşuların yanında onun ünvanına Zərərçəkmiş şəxs kobud sözlər deməsi səbəbindən, həmin gün saat 22:00 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda olan dayanacaqda Yalçının yanına gədərək, sonuncu ilə işi olduğunu və “ət kəsimi" mağazası istiqamətinə getmələrini deməsi, Yalçının heç bir söz demədən Yaşarın arxasınca, Yaşarın isə 5-6 addım öndə getməsi və ət kəsimi mağazasının qarşısına çatdıqda, Yalçının hara getdiklərini və ona nə sözü olduğunu Yaşardan soruşduqda, sonuncunun dayanaraq qəfildən geriyə dönüb sağ əlində tutduğu bıçaqla Yalçının sol qoluna bir dəfə vurub dərhal qaçması, sonuncunun ilkin olaraq heçnə başa düşməməsi və Yaşarın arxasınca qaçaraq “Şirin" marketin qarşısında Yaşara çatdıqda sonuncunun yerdən götürüb zərbə ilə atdığı boş şüşə butulkanın Yalçının sifətinə dəyməsi kimi xüsusatlar, sözü gedən cinayət işinin müəyyən olunmuş faktiki və mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin müvafiq (CM-nin 127.2.3 və 221.3) maddələri ilə qiymətləndirərkən gəldiyi nəticəni, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspert rəyi və istintaq hərəkətinin protokolları ilə əsaslandırmışdır. Halbu ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin təhlili göstərir ki, həmin ifadələr əsasında müəyyən olunmuş işin faktiki halları, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət əməli törətməsi haqqında qəti nəticəyə gəlməyə heç bir əsas vermir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində, 21.02.2021-ci il tarixdə saat təxminən 21 radələrində qonşuları Şahid4 və Şahid5 ilə birlikdə yaşadığı məhəllədə olan “xeyir-şər” evində yemək yeyərkən, içəri daxil olan qonşusu Zərərçəkmiş şəxs onun ünvanına “...bu özünü doğrayan qəhbəni niyə bura buraxmısız..." dediyini göstərmişdir. Eyni zamanda, ibtidai istintaq və məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində, 21.02.2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda yerləşən xeyir-şər evində Yaşarın, qonşuları Şahid5 və Şahid4 ilə birlikdə spritli içki qəbul edib yemək yeyərkən, içəri daxil olduğu vaxt X5 və Azərin yanında ona “...Yaxşı oğlan qəhbə olar, gəl mənlə vuraq...“ dediyini, onun isə Yaşara “...Sən öz qollarını kəsən oğlansan, mən səninlə bir stola əyləşmərəm..." deyərək qapını örtüb getdiyini göstərmişdir. Göründüyü kimi, məlum hadisə baş verməzdən əvvəl ilk öncə kimin kimi kobud sözlərlə alçatması ilə bağlı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mövcud ifadələri arasında əsaslı olaraq şübhəli ziddiyyət yaranmışdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 17.05.2021-ci il tarixdə keçirilmiş üzləşdirmə zamanı, 21.02.2021-ci il tarixdə saat 21 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda yerləşən xeyir-şər evində ilk öncə kimin kimi kobud sözlərlə alçatması məsələsi aydınlaşdırılmamış və bu mühüm hal istintaq orqanının diqqətindən kənarda qalmışdır. Həmçinin, keçirilmiş üzləşdirmə zamanı, müstəntiqin “...Hadisə zamanı ətrafda kimlər var idi...” sualına Zərərçəkmiş şəxs “...Hadisə zamanı ətrafda tanımadığım adamlar olmuşdur. Onu da qeyd edirəm ki, Yaşar butulkanı mənim üzərimə atanda “Şirin” marketi işlədən Siyavuş görmüş, eyni zamanda yaxınlıqda olan ət kəsimi mağazasının yanında olan bərbərxananı işlədən bərbər də görmüşdür...” cavabını vermişdir. Məhkəmə yuxarıda qeyd olunan halları ətraflı araşdıraraq, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifadələri arasında mövcud olan (ilk öncə kimin kimi kobud sözlərlə alçatması) əsaslı, mübahisəli və mühüm olan ziddiyyətin məhkəmə istintaqı zamanı digər sübutlarla aradan qaldırılmasına nail olmuşdur. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ifadələri əsasında, 21.02.2021-ci il tarixdə saat 21 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda yerləşən xeyir-şər evində Təqsirləndirilən şəxsla spirtli içki qəbul edib yemək yeyərkən, qonşuları Yaşar Əliyevin içəri daxil olduqda ilk öncə məhs onun Yaşara "...bu özünü doğrayan qəhbəni bura kim buraxıb..." dediyi və Yaşarın isə “...nə səbəbə həmişə sən mənə belə deyirsən..." məzmunda Yalçına cavab verdiyi müəyyən edilmişdir. Şahid5 və Şahid4 ibtidai istintaq zamanı da məhkəmə baxışı zamanı verdikləri məzmunda ifadə vermişlər. Məhkəmə hesab edir ki, 21.02.2021-ci il tarixdə saat 21 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda yerləşən xeyir-şər evində ilk öncə Zərərçəkmiş şəxs kobud sözlərlə Təqsirləndirilən şəxs alçatması faktının müəyyən edilməsi özözlüyündə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifini şərtləndirən əsas elemetlərdən biridir. Məhkəmə eyni zamanda işin müəyyən olunmuş faktiki hallarına bu konteksdən yanaşaraq, Təqsirləndirilən şəxs cinayət əməlini zərərçəkmiş şəxsin qanuna zidd (alçaldıcı kobud sözlər deməsi səbəbindən) hərəkətlərinin təsiri altında törətməsi qənaətinə gəlir və nəzərə alır. Məhkəmə habelə xüsusilə vurğulayır ki, 21.02.2021-ci il tarixdə saat 22 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda baş vermiş hadisənin təfərrüatlarına görə Təqsirləndirilən şəxs qəfil geriyə dönərək (aktiv hərəkətlər etmədən) bıçaqla Zərərçəkmiş şəxs sol çiyin nahiyyəsinə bir dəfə vurub qaçması və sonuncu tərəfindən təqib edilməsi xüsusatında, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq cinayətinin törədilməsində təqsirli bilinməsi nəticəsində absurd bir mənzərə yaranmışdır. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında dey edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, baş vermiş məlum cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən yuxarıda təsvir olunan ardıcıllıqla törədilməsi məhs zərərçəkmiş şəxsin ifadələri əsasında müəyyən edilmişdir. İş materiallarından habelə görünür ki, ibtidai istintaq zamanı baş vermiş cinayətin şahidi olmuş şəxslərin müəyyən olunması, eləcə də hadisənin törədilməsində istifadə olunan “Bıçaq” və “Şüşə butulka”nın müəyyən olunaraq istintaqa təqdim olunması istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilmiş, C.Naxçıvanski küçəsi, 86 saylı binanın sakinləri ilə kəşfiyyat xarakterli söhbətlər aparılmış, lakin nəticə əldə olunmamışdır. Məhkəmə bu məlumatla əlaqədar qeyd edir ki, 21.02.2021-ci il tarixdə saat 22 radələrində soyuq qış gecəsi (səs-küy olmadan) ani surətdə baş vermiş məlum hadisə zamanı küçədə və ətrafda insanların (zərərçəkmişə görə adamların) olması barədə fikirlər də hüquqi məntiqlə uzlaşmır. Məhkəmə habelə vurğulayır ki, Zərərçəkmiş şəxs ifadəsində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda, Təqsirləndirilən şəxs onun sol çiyin nahiyyəsinə bir dəfə bıçaqla vurarkən ətrafda tanımadığı adamların olduğunu, Yaşarın butulkanı onun üzərinə atarkən “Şirin” marketi işlədən Siyavuşun və eyni zamanda yaxınlıqda olan bərbərxananı işlədən bərbərin (X2) hadisəni gördüyünü bildirsə də, həmin xüsusatlar nə ibtidai istintaq zamanı, nədə məhkəmə baxışı zamanı həmin şəxslərin şahid qismində verdikləri ifadləri ilə öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq və məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş, “Şirin” martketi işlətmiş Şahid2 və bərbər X2 hər biri ifadəsində, 21.02.2021-ci il tarixdə gecə saat 22 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisəni görmədiklərini bildirmişlər. Belə olan halda, məhkəmə araşdırmasının nəticələrinə görə, Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə gecə saat 22 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanlıq əməlini törətməsi konteksində istintaq orqanının mülahizəsi ilə verilmiş ittiham həmin hissədə təsdiq olunmamışdır. Yəni, verilmiş ittiham üzrə 21.02.2021-ci il tarixdə gecə saat 22 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda, Təqsirləndirilən şəxs qəfil geriyə dönərək bıçaqla Zərərçəkmiş şəxs sol çiyin nahiyyəsinə bir dəfə vurub qaçmazdan əvvəl, onların arasında hər hansı (ictimai qaydaların kobud surətdə pozulmasına dəlalət edən) münaqişənin baş verməməsi, münaqişə zəminində küçədə (soyuq qış gecəsi) olan kənar şəxslərin müdaxilə edərək onları ayırmaması və bununla da ictimai qaydaların kobud surətdə pozulmaması fonunda, xuliqanlıq cinayətinin bütün tövsifedici elemenləri mübahisəsiz olaraq istisna olunur. Məhkəmə qeyd olunanlarla yanaşı istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda müəyyən olunmuş digər qüsurları da diqqətə çatdırmağı və nəzərə almağı vacib hesab edir. Belə ki, yuxarıda qeyd olunan məzmunda Təqsirləndirilən şəxs verilmiş ittihamın detalları istintaq orqanının topladığı sübutlar əsasında müəyyən olunmuş hallar hesab olunur. Lakin, məhkəmə ittihamda qeyd olunanlarla əlaqədar vurğulayır ki, Zərərçəkmiş şəxs öz ifadəsinə və digər şəxslərin ifadələrinə əsasən, 21.02.2021-ci il tarixdə saat 21 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanında yerləşən “xeyir-şər” evində Təqsirləndirilən şəxs onunla birlikdə spirtli içki qəbul etməyi Zərərçəkmiş şəxs təklif etməmişdir. Habelə, ittihamda “Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan” Zərərçəkmiş şəxs qarşı qanuna zidd hərəkətlər etdiyi qeyd olunsa da, əvvəllər də onların arasında münaqişə olduğu və eləcə də baş vermiş hadisədən öncə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına kobud sözlər deməsi faktı müəyyən edilmişdir. Bundan başqa, ittihamda “Təqsirləndirilən şəxs uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək” qeyd olunsa da, belə bir hal Zərərçəkmiş şəxs ittihamda əks olunmuş ifadəsində öz əksini tapmamış və sonuncu məhkəmədə də belə bir ifadə verməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs ittiham aktında olan ifadəsində “Yaşar tüfeyli həyat yaşayır. Daim yaşadığı məhəllədə problemlər yaradır. Belə ki, Yaşar həmişə yaşadıqları binada hamıya qarşı aqressiv yanaşır. Müxtəlif vaxtlarda orada olan sakinlərlə onun söhbətləri olmuşdur” qeyd olunsa da, işdə olan sübutlarla bunun tam əksi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu və qonşuları ilə pis münasibətdə olmadığı müəyyən edilmişdir. Həmçinin, ittihamda “Təqsirləndirilən şəxs evdən itilətdirmək məqsədi ilə götürərək üzərində saxladığı, təyinatı istintaqa məlum olmayan bıçaq” qeyd olunsa da, nədənsə Zərərçəkmiş şəxs ifadəsində “...tiyəsinin uzunluğu təxminən 17-18 sm, tutacağının uzunluğu təxminən 13 sm olan və tutacağında “çöçələ” barmağına keçirmək üçün yuvacıq olan bıçaq..” kimi, Təqsirləndirilən şəxs ifadəsində isə “...qəhvəyi rəngli, tiyəsinin uzunluğu təxminən 12 sm olan bıçaq...” mətbəx bıçağı kimi təsvir olunmuşdur. Halbu ki, ittihamın özündə həmin predmet təyinatı istintaqa məlum olmayan “Bıçaq” kimi təqdim olunmuş, lakin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrərində isə fərqli şəkildə təsvir olunaraq ölçüsü, əlaməti və rəngi barədə dəqiq məlumatlar əks olunmuşdur. Məhkəmənin qənaətinə görə isə gecənin qaranlığında həmin bıçağı görmək, onun ölçülərini və əlamətini təyin etmək mümkün hal deyil. Bundan başqa, ittihamda “Zərərçəkmiş şəxs onun arxasınca qaçaraq “Şirin" marketin qarşısında ona yaxınlaşıb” qeyd olunduğu halda, istintaq orqanının qənaətinə görə qaçan (təqib olunan) şəxs Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq əməli törətmişdir. Bundan əlavə, ittihamda “ətrafdakı şəxslər üçün aşkar surətdə” qeyd olunduğu halda, həmin şəxslərin kim və ya kimlər olduğu istintaqla müəyyən edilməmiş və onlar dindirilməmişdir. Habelə, ittihamda və iş üzrə verilmiş ifadələrdə Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyi qeyd olunsa da, bundan dolayı Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı içkili olduğuna dair tibbi rəy işə əlavə edilməmişdir. Beləliklə, qeyd olunan xüsusatları nəzərə alan məhkəmə toplanmış sübutlarda olan məlumatları və həqiqəti əks etdirməyəm bu kimi qüsurlarla verilmiş ittihamı əsaslı saymır və Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı qərəzli xuliqanlıq cinayətinin törədilməsində təqsirli bilinməsini qanunvericiliyin tələbləri baxımından yolverilməz hesab edir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutların nəticəsi olaraq belə qənaətə gələrkən, eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarının və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli qərarının izahlarını və “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubunun tövsiyyəsini də nəzərə alır. Belə ki, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Plenum həmçinin qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Plenum habelə qeyd edir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmin Qərarda həmçinin göstərilmişdir ki, eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Bu əsnada, qeyd olunan Plenum qərarlarının izahlarına uyğun olaraq, məhkəmə araşdırması zamanı, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə deyil, məhs şəxsi münasibətlərdən törəyən əvvəlcədən pozulmuş şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və yüngül xəsarət yetirməsi və onun bu hərəkətlərinin ictimai qaydalara, cəmiyyətə və digər şəxslərə qarşı deyil, konkret şəxsə qarşı yönəlmiş qəsd olduğu barədə yekun nəticə olaraq qənaətə gəlmək üçün kifayət edən və lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Bununla, hazırkı iş üzrə Təqsirləndirilən şəxs ictimai qaydadanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması, ümumiyyətlə onun belə bir niyyətinin olması məhkəmə iclasında sübut olunmamışdır. Məhkəmə iclasında bir daha müəyyən olunmuşdur ki, həmin mübahisə zərərçəkmiş şəxsin kobud davranışı nəticəsində, qarşılıqlı münasibətlərin pozulması zəminində baş vermişdir. Hazırkı halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmamışdır. Bundan başqa, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması, ətrafa kənar şəxslərin yığılması ittihamla, eyni zamanda məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin olması (kənar şəxslərin xeyli və ya az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Bu da, dolayı yolla hadisənin baş verdiyi yerdə kənar şəxslərin olmasını, təqsirləndirilən şəxsin cəmiyyətə qarşı hörmətsizlik ifadə etməsini, ictimai qaydanın pozulması əlamətlərini istisna edir. Məhkəmə istintaqı zamanı da hadisənin baş verdiyi vaxt hadisə yerinə başqa şəxsin yaxınlaşmaması, ümumiyyətlə kənar şəxslərin olmaması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmasını tam sübut etmək mümkün olmamış və ümumiyyətlə, onun əməllərində xuliqanlıq cinayətinin əlamətləri mövcud deyildir. Bu səbəbdən, Təqsirləndirilən şəxs əməlinin CM-nin 221.3 və 127.2.3-cü maddələri ilə tövsif edilməsi üçün hüquqi əsaslar və faktiki sübutlar mövcud deyildir. Məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinməsini təsdiq edən hər hansı başqa sübutları da məhkəməyə təqdim etməmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən yalnız mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPM-nin 8.0.2, 8.0.5, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1, 21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Bununla da, hazırkı iş üzrə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması məhkəmə iclasında sübut olunmamış və ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3 və və 127.2.3-cü maddələri ilə ittiham verilməsi açıq-aşkar əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002-ci il tarixli Qərarında çəkişmə prinsipi ilə əlaqədar qeyd edilmişdir ki, qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarında qeyd edilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarının izahlarına və “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubunun tövsiyyəsinə uyğun olaraq məhkəmə istintaqı zamanı müəyyən olunmuş işin faktiki hallarına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin dispozisiyasında, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşağıda göstərilən əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21.02.2021-ci tarixdə saat 21 radələrində ünvan 8 ünvanda yerləşən “xeyir-şər” evində qonşuların yanında onun ünvanına Zərərçəkmiş şəxs kobud sözlər deməsi səbəbindən, həmin gün saat 22:00 radələrində Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 86 ünvanda olan dayanacaqda Yalçının yanına gədərək, sonuncu ilə işi olduğunu və “ət kəsimi" mağazası istiqamətinə getmələrini demiş, Yalçın heç bir söz demədən Yaşarın arxasınca, Yaşarın isə 5-6 addım öndə getmiş və ət kəsimi mağazasının qarşısına çatdıqda, Yalçın hara getdiklərini və ona nə sözü olduğunu Yaşardan soruşduqda, sonuncu dayanaraq qəfildən geriyə dönüb sağ əlində tutduğu bıçaqla Yalçının sol qoluna bir dəfə vuraraq ona mil sinirinin kəsilməsi ilə müşayiət olunan sol bazunun bayır səthinin kəsilmiş yarası xəsarətini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vuraraq dərhal qaçmış, sonuncu əvvəlcə heçnə hiss etməmiş və Yaşarın arxasınca qaçaraq “Şirin" marketin qarşısında Yaşara çatdıqda sonuncu yerdən götürüb zərbə ilə atdığı boş şüşə butulka Yalçının sifətinə dəyməsi nəticəsində ona sağ çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə münaqişə başa çatmışdır. Təqsirləndirilən şəxs xuliqanlıq etmək niyyəti olmamış, o, cinayəti zərərçəkmiş şəxsin münaqişəyə səbəb olan hərəkətlərinin təsiri və qarşılıqlı münasibətlərin pozulması nəticəsində törətmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini iş materialları ilə əlaqəli tədqiq edib qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs məlum hadisə zamanı “Şirin" marketin qarşısında yerdən boş butulka götürüb Zərərçəkmiş şəxs doğru atmadığını qeyd etsə də, ilikin izahatında və ifadələrində həmin halı təsdiq etmiş və onun həmin hadisəni törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin faktiki halları ilə təsdiq olunduğundan bu hissədə onun ifadəsi inandırıcı hesab edilə bilməz və özünü müdafiə kimi qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinin tələblərinə riayət etməklə gəlir. Həmin normada birmənalı olaraq təsbit edilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam yə obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarının izahlarını və “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubunun tövsiyyəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində izah edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması ilə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə belə nəticəyə gələrkən yuxarıda göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 2-ci bəndindəki izahını da nəzərə alır. Həmin qərarda izah olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırlmalıdır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 6 (altı) ay müddət ona cəza təyin edilərkən cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 357.0-cı maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, hökmün icrasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün zərurət yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 mart 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-213/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-213/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver