Məhkəmə qərarları › İş №1(007)-213/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-213/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-213/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 28 iyun 2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan tanışı Zərərçəkmiş şəxs1 məxsus “Opel Vectra” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31H ünvanında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq qarşıda yolayrıcında hərəkəti üçün svetaforun qırmızı işığının yanmasını nəzərə alaraq vaxtında tədbir görməklə avtomobili yolayrıcına daxil olmadan dayandırmalı, avtomobili yolayrıcına daxil etməməli, sola doğru dönmə əməliyyatı aparmamalı və hərəkəti üçün svetaforun yaşıl işığı yandıqdan sonra hərəkətini davam etdirməli olduğu halda, bu tələblərə riayət etməyərək, avtomobili həmin prospektin M.Kazımov küçəsi ilə kəsişdiyi yolayrıcına svetaforun qırmızı işığında daxil edərək sola dönmə əməliyyatını aparmaqla qarşıdan əks istiqamətdən svetaforun yaşıl işığında hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı sol hərəkət zolağında toqquşması nəticəsində “Ford Fusion” markalı avtomobil idarəetməni itirərək Zərərçəkmiş şəxs3 MMC-yə məxsus binanın qarşısındakı daş bardürə və dirəyə dəymiş və ehtiyyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxili qanaxma ilə müşayiət olunan qaraciyərin sol payı, dalaq, diafraqmanın sol gümbəzi, 12-barmaq bağırsağın enən hissəsinin arxa divarının zədələnməsi (əzilmiş yaraları) ilə nəticələnən qarnın küt travması, sol tərəfli pnevmotoraks, sağ peritonarxası hematoma, baş beynin hər iki yarımkürəsinin kiçik ölçülü (millimetrik) kontuziya sahələri və beyin çadırı nahiyəsinin kiçik ölçülü subdural hematoması, sol İX və Xİİ qabırğanın arxa hissəsinin yerdəyişmiş, Vİİİ döş fəqərə (Th8) cisminin sol hissəsi və sol yan çıxıntının minimal yerdəyişmiş, sol kürək sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları, sağ mil sümüyünün yuxarı diafizar hissəsi və sağ bazu sümüyünün orta diafizar hissəsinin qəlpəli, yerdəyişmiş qapalı sınıqları, sağ burun sümüyü və xəlbir sümüyü səhfəsinin (lamina papyraceada) yerdəyişmiş sınıqları, dərialtı hematoma ilə müşayiət olunan alın və təpə nahiyyəsinin əzilmiş yaraları, sol diz nahiyyəsinin bayır səthinin sıyrığı xəsarətləri almış, həmin xəsarətlərdən daxili qanaxma ilə müşayiət olunan qaraciyərin sol payı, dalaq, diafraqmanın sol gümbəzi, 12-barmaq bağırsağın enən hissəsinin arxa divarının zədələnməsi (əzilmiş yaraları) ilə nəticələnən qarnın küt travması xx.xx.2022-ci il tarixdə saat 03:50-də Zərərçəkmiş şəxs1 ölümünə, həmçinin “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 baldır oynağı proyeksiyasının iri ölçülü şişkinlik halında əzilməsi və hər iki topuqətrafı qançırı, sol dizin ön-bayır səthinin şişkinlik halında əzilməsi, sol gözün bayır bucağına yaxın sahə və sağ baldırın orta 1/3-nin ön səthinin əzilmiş yaraları, sol gözün konyuktiva qişasının bayır yarısının qansızması, sol gözətrafı nahiyə, sağ dizin iç səthinin qançırları, sağ təpə-gicgah nahiyəsi, sağ çənə bucağı proyeksiyası, sol kürəküstü nahiyə, sol bazunun aşağı 1/3-nin arxa səthi, hər iki baldırın orta 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət almasına səbəb olmuş, Zərərçəkmiş şəxs2 “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin əzilməsi nəticəsində 5460 manat, özünün idarə etdiyi, Zərərçəkmiş şəxs1 məxsus “Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində 4595 manat, Zərərçəkmiş şəxs3 MMC-yə məxsus binanın zədələnməsi nəticəsində isə 6182 manat maddi ziyan yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, X4 onun ən yaxın dostudur və məktəb vaxtlardan biri-birini tanımış, hər zaman bir yerdə olmuşlar. 27 iyun 2022-ci il tarixdə axşam saat 20 radələrində İskəndər onların məhəlləsinə onun arxasınca gəlmiş və görüşərək Keşlə qəsəbəsində bir neçə yerə gedərək gəzmişlər. Hardasa saat 22-23 radələrində İskəndərlə birlikdə hər ikisinin yaxın dostu Şahid1 Nərimanov rayonunda yerləşən evinə qonaq getmişlər. Səbuhi Xətai rayonunda diş həkimi işləyir, ancaq Nərimanov rayonu ərazisində kirayə qalır, valideyinləri isə İsmayıllı rayonunda yaşayırlar. Səbuhigilə gedib orada dostu Şahid2 da orada görmüşlər. Səbuhinin kirayə qaldığı evdə olduğu zaman çörək yemiş və çörək yediyi zaman hər üçü spirtli içki araq qəbul etmişlər, ancaq o, içməmişdir. 28 iyun 2022-ci il tarixə keçən gecə təxminən saat 03:50 radələrinədək Səbuhigilin evində omuşlar. Saat 04 radələrində İskəndərlə o, Səbuhinin evindən çıxmışlar ki, Keşlə qəsəbəsinə yaşadığı ünvana getsinlər. Evə gəlmək üçün İskəndərin idarə etdiyi “Opel Vectra” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşdıqda ona bildirmişdir ki, «mən sərxoş vəziyyətdəyəm mənim avtomobilimi sən idarə et». Bu səbəbdən İskəndərin avtomobilini o, idarə etmiş və yaşadıqları Keşlə qəsəbəsi istiqamətində getmişlər. Saat təxminən 04:14-də Babək prospekti ilə üzü maşın bazarı istiqamətində hərəkət etdikləri zaman Məşhədi Kazımov küçəsi ilə kəsişmədiki işıqforun qırmızı işığını gözləmədən yolayrıcını daxil olmuş və nəticədə qarşıdan gələn qara rəngli, “Ford Fusion” markalı avtomobillə toqquşmuşlar. Toqquşma nəticəsində “Ford Fusion” “Rich Plaza”nın qarşısındakı bardürə çıxmış, onların avtomobili isə bardürün kənarında üzü şəhər istiqamətində dayanmışdır. Toqquşmanın zərbəsindən qabaq sağ qapı açılmış və İskəndər Zeynalov sərnişin oturacağından bardürün üstünə düşmüşdür. Təxminən 6-7 saniyədən sonra o, özü də sürücü tərəfdən yox, elə İskəndərin yerə yıxıldığı sağ qapıdan çıxaraq İsgəndərə yaxınlaşmış və uzanmış vəziyyətdə yaxasından tutaraq silkələyib ayıltmağa çalışmışdır. Sonra özündən getmiş və 1 saylı KTM-də xərəkdə olduğu zaman ayılmışdır. Ayıldıqdan sonra yenə də İskəndərlə maraqlanmışdır. Sonra hiss etmişdir ki, nəfəs ala bilmir və dostu Murad onu “Neftçilər” xəstəxanasına aparmışdır. Orada məlum olmuşdur ki, onun sağ tərəf qabırğaları çatlayıb və sağ ayağı topuq nahiyyəsindən əzilmişdir. Orada ona sistem qoyduqdan 2-3 saat sonra evə buraxılmış, hazırda evdə müalicə alır. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, o, həmin vaxt sərxoş olmamış və spirtli içki qəbul etməmişdir. Ayıq olduğu üçün İskəndərin avtomobilini idarə etməyini özü ondan xahiş etmişdir. Babək prospekti ilə gələrkən sürət həddi hardasa 80-90 km/saat olmuş, ancaq yolayrıcına daxil olub Keşlə qəsəbəsinə dönmək istəyəndə idarə etdiyi “Opel Vectra” markalı avtomobilin sürəti təxminən 70-80 km/saat olmuşdur. Səhərə yaxınlaşdığı üçün yol boş olmuş və qara rəngli “Ford-Fusion” markalı avtomobili görmədiyi üçün yolayrıcına qırmızı işıqda daxil olmuş və nəticədə hadisə baş vermişdir. Onun sağ qabırğalarında çatlama vardır, eyni zamanda sağ topuq nahiyyəsindən xəsarətlər almışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın əvəzi qismində 20000 manat pul ödədiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İskəndər onun böyük oğludur. İskəndər xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur, 2001-ci ildə Keşlə qəsəbəsində yerləşən 201 nömrəli orta məktəbə getmiş və 2011-ci ildə həmin məktəbi bitirərək qeyd edilən tarixdə Baku Biznes Universitetinin maliyyə fakültəsinə qəbul olmuşdur. 2015-ci ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidmətini Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə edib 2016-cı ildə hərbi xidmətdən təxris olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2022-ci ilin yanvar ayınadək Təhsil Nazirliyində fəaliyyət göstərən ictimai nəzarət şöbəsində məktəblərə nəzarətçi kimi işləmiş, 2022-ci ilin yanvar ayından isə “BPİ Company”də kurslara getmiş. Çünki oğlu 2-ci Qarabağ döyüşlərində iştirak etmiş və Kəlbəcərin azad edilməsinə görə dövlət tərəfindən medalla təltif edilmişdir. “BPİ Company”də kurslarda onları hazırlamışlar ki, sonradan işlə təmin etsinlər. İskəndərdən başqa xx.xx.1996-cı il təvvəllüdlü Anar adlı oğlu da var və hazırda onunla birlikdə yaşayır. 2022-ci ilin iyun ayının 27-dən 28-nə keçən gecə evdə yatdığı zaman birdən ayılmış və görmüşdür ki, saat 01.15-dir və oğlu İskəndər evdə yoxdur. Tez İskəndərin istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə zəng vuraraq harada olduğunu soruşanda İskəndər cavab vermişdir ki, “ata 10 dəqiqəyə çatıram”. Sonra onu yuxu aparmış və yatmışdır. Saat 04 radələrində balaca oğlu Anar onu ayıltmışdır ki, “ata dur qəza olub”. Dərhal yerindən qalxıb oğlu Anarla Babək prospekti ilə M.Kazımov küçəsinin kəsişməsindəki yolayrıcına “Rich Plaza” nın qarşısına getmişlər. Ora çatanda polislər və çoxlu adam yığışdığını, həqiqətən də oğlunun idarə etdiyi “Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil və qara rəngli “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşaraq yolun kənarında dayandığını, lakin xəsarət alanların heç birini görməmişdir. Orada ona demişlər ki, oğlu və digər xəsarət alanlar təcili tibbi yardım ilə “Semaşko” xəstəxanasına aparılmışdır. Buna görə də dərhal həmin xəstəxanaya getmiş və oraya çatanda öyrənmişdir ki, 20 dəqiqə olar oğlunu əməliyyata salmışlar. Xəstəxanada oğluna tibbi yardım edib əməliyyat etmişlər. xx.xx.2022-ci il tarixdə oğlu İskəndəri həmin xəstəxanadan çıxarıb “Avrasiya Hospitala” köçürmüşlər. Ancaq bütün bunlara baxmayaraq oğlu xx.xx.2022-ci il tarixdə saat 04 radələrində hospitalada ölmüşdür. Əlinin özünün dediyinə görə oğlu sərxoş olmuş və hardasa Nərimanov rayonu ərazisində Səbuhi adlı dostunun evində yeyib-içmişlər. O, “Semaşko” xəstəxanasında oğlunu görəndə şok vəziyyətində olmuş, qışqıraraq İskəndər deyib ağlamış, İskəndərin sərxoş olub-olmadığını hiss edə bilməmişdir. Çünki onun özü şokda olmuşdur. O, tam əminliklə qeyd etmişdir ki, oğlunun idarə etdiyi “Opel Vectra” markalı avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Ümumilikdə hadisədən sonra onun 30000 manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 20000 manat ödənilmişdir. Sonda X.H.Zeynalov, təqsirləndirilən şəxslə barışıq əldə etməsə də, sonuncudan şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Babək prospekti ilə üzü şəhər istiqamətində yaşadığı Nərimanov rayonuna getdiyi zaman Babək prospektinin Məşədi Kazımov küçəsi ilə kəsişməsindəki yolayrıcında qarşı tərəfdən gələn və sola dönərək Keşlə qəsəbəsi istiqamətində getmək istəyən “Opel-Vectra” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş toqquşma nəticəsində o yoldan çıxaraq sağ tərəfdə yerləşən “Rich İnterior”-un qarşısındakı səkiyə çıxmışdır. Təxminən 10 dəqiqədən sonra təcili-tibbi yardım gəlmiş və onu KTM-ə aparmışlar. Orada ona tibbi yardım göstərib müayinə etmişlər, sonra sərxoşluq dərəcəm müəyyən edildikdən sonra evə buraxılmış və həmin gün ağrıları olduğuna (sol ayağında) və qaytardığı üçün Yasamal rayonunda yerləşən M.Ə.Qasımov adına Respublika Xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada stasionar müalicə alıdlqdan sonra evə buraxılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Babək prospekti ilə hərəkət etdiyi zaman avtomobil “avtopilotda” olmuşdur və demək olar ki¸ yolboyu sürət həddi 60-80 km/saat olmuşdur. Hadisə baş verən yerə, yəni yolayrıcına yaxınlaşdığı zaman da avtomobilin sürət həddi hardasa 80-90 km/saat olmuşdur. O, avtomobil ilə orta zolaqla hərkət edirmiş. Həmin “Opel-Vectra” markalı avtomobili konkret olaraq yolayrıcında qarşısına çıxdığı anda görmüşdür. Çünki o, öz yolu ilə yaşıl işıqda gedirmiş və gözləməzmiş ki, “Opel-Vectra” markalı avtomobili qırmızı işıqda keçərək yolayrıcına daxil olsun və onunla toqquşsun. Əks halda çalışarmış ki, heç yolayırıcına daxil olmayıb və yolun qırağına çəkərək saxalasın. Bununla belə o, sağa çəksə də toqquşma qaçılmaz olmuşdur. Avtomobilini idarə etdiyi zaman o, spirtli içki qəbul etməmişdir və onun sərxoşluq dərəcəsi çıxarılanda da ayıq olmağı müəyyən olunmuşdur. Onun idarə etdiyi “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil 2014cü il buraxılışlı avtomobildir və tam saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində sağ ayağının topuq nahiyyəsindən, sol ayağının dizindən, sifət nahiyyəsin dən və sol çiynindən xəsarətlər almış, həmçinin də onun əmlakına 5460 manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2, hadisə nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 28 iyun 2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Babək prospekti ilə şəhərin mərkəzi tərəfdən maşın bazarı istiqamətində hərəkət edərək Bakı şəhəri, Nizami rayonu Babək prospekti ilə M.Kazımov küçəsinin kəsişməsinə şəhərin mərkəzi istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 MMC-nin daşınmaz əmlakı olan binaya çırpılmış və nəticədə binaya 6182 manat ziyan dəymişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X4 onun dostudur və İskəndərlə tanışlığı təxminən 2018-ci il tarixdə hər ikisinin ortaq dostu Şahid2 vasitəsi ilə olmuşdur. Belə ki, 2015-2018-ci il tarixlərdə o, 2 nömrəli Bakı Baza Tibb Kollecinin ortopedik stomotologiya fakültəsində Aqşinlə oxuduğu zaman Aqşinin yaşadığı Keşlə qəsəbəsinə mütəmadi getmiş və İskəndərdə həmin qəsəbədə yaşadığı üçün oradan tanış olmuşlar. Tanış olduqdan sonra münasibətləri dostluq səviyyəsinədək qalxmışdır. 27 iyun 2022-ci il tarixdə günorta radələrində dostu Aqşinlə işdən çıxdıqdan sonra görüşmüş və birlikdə onun yaşadığı ünvan 3 ünvanına getmişlər. Evdə olduqları zaman Aqşin ona ingilis dili üzrə danışıq kursundan çətinlik çəkdiyi bəzi şeyləri başa salmışdır. Çünki Aqşin ingilis dilində sərbəst danışa bilir. Axşam saat 21 radələrində Aqşin dostu Təqsirləndirilən şəxs ilə danışmışdır ki, bekarçılıqdırsa İskəndərlə birlikdə onların yanına gəlsinlər. Təxminən saat 22 radələrində hər ikisi onun yaşadığı evə getmişlər. Evdə söhbət etmiş, sonra çörək yemiş və çörək yedikləri zaman o, Aqşin və İskəndər kvadrat şəkilli olan, şüşəsi yaşıl rəngli, 2 ədəd 1,0 l-k “Orqanik” araq içmişlər. 28 iyun 2022-ci il tarixə keçən gecə hardasa saat 03:50 radələrində Əli və İskəndər onun yaşadığı mənzildən çıxmışlar ki, Keşlə qəsəbəsinə öz ünvanlarına getsinlər. Onları 6-cı mərtəbədə yola salmış və onlar getmişlər. Evdə olduqları zaman Əli araq içmədiyi üçün İskəndərlə razılaşmışlar ki, Əli İskəndərin “Opel Vectra” markalı avtomobilini idarə edəcək və Keşlə qəsəbəsinə gedəcəklər. Onlar gedəndən sonra Aqşin səhər universitetə gedəcəyi üçün onun yanında qalmışdır. Saat 07 radələrində Aqşin ayaqyoluna gedərkən görmüşdür ki, Əlinin telefonundan çoxlu zənglər gəlmiş, bu səbəbdən Əlinin nömrəsinə yığanda məlum olmuşdur ki, evə gedərkən Əli Babək prospektində qırmızı işıqda keçmiş və qara rəngli “Ford Fusion” markalı avtomobillə toqquşmuşlar. Bu məlumatı eşidib dərhal Aqşinlə birlikdə 1 saylı KTM-ə getmişlər. Oraya çatanda artıq İskəndər reanimasiyaya yerləşdirilmiş, Əlini isə bayırda görmüşlər. Onun yaşadığı evdə o, Aqşin və rəhmətlik İskəndər araq içmişlər. Bildiyi qədər Əli təsadüf hallarda spirtli içki qəbul edir. Tam əminliklə Əlinin spirtli içki qəbul etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X3 Keşlə qəsəbəsində təhsil aldığı 201 nömrəli orta məktəbdən tanıyır. Ancaq İskəndərlə dostluğu əmisi oğlu Təqsirləndirilən şəxs vasitəsilə olmuşdur. 27 iyun 2022-ci il tarixdə günorta radələrində digər dostu Səbuhi işdən çıxdıqdan sonra işlədiyi Xətai rayonunda yerləşən klinikanın qarşısında görüşmüş və birlikdə yaşadığı ünvan 3 ünvanına getmişlər. Evdə olduğu zaman o, ingilis dilini sərbəst bildiyinə görə Aqşinin ingilis dili kursundan olan bəzi tapşırıqlarına kömək etmiş və axşama kimi Aqşinin yanında qalmışdır. Axşam saat 21 radələrində o, əmisi oğlu Əli ilə danışmışdır ki, bekarçılıqdırsa İskəndərlə birlikdə onların yanına gəlsinlər. Təxminən saat 22 radələrində hər ikisi Səbuhinin yaşadığı evə gəlmişlər. Evdə söhbət etmiş, sonra çörək yemiş və çörək yedikləri zaman o, Səbuhi və İskəndər kvadrat şəkilli olan, şüşəsi yaşıl rəngli, 2 ədəd 1,0 litrlik “Orqanik” araq içmişlər. 28 iyun 2022-ci il tarixə keçən gecə hardasa saat 03:50 radələrində Əli və İskəndər Səbuhinin yaşadığı mənzildən çıxmışlar ki, Keşlə qəsəbəsinə öz ünvanlarına getsinlər. Onları 6-cı mərtəbədən yola salmış və onlar getmişlər. Evdə olduğu zaman əmisi oğlu Əli araq içmədiyi üçün İskəndərlə razılaşmışlar ki, Əli İskəndərin “Opel Vectra” markalı avtomobilini idarə edəcək və Keşlə qəsəbəsinə gedəcəklər. Onlar gedəndən sonra səhər universitetə gedəcəyi üçün Səbuhinin yanında qalmışdır. Saat 07 radələrində o, ayaqyoluna gedərkən görmüşdür ki, Əlinin telefonundan ona çoxlu zənglər gəlmiş, bu səbəbdən nömrəsinə yığanda məlum olmuşdur ki, evə gedərkən Əli Babək prospektində qırmızı işıqda keçmiş və qara rəngli “Ford Fusion” markalı avtomobillə toqquşmuşlar. Bu məlumatı eşidib dərhal Səbuhi ilə birlikdə 1 saylı KTM-ə getmişlər. Onlar oraya çatanda artıq İskəndər reanimasiyaya yerləşdirilmiş, Əlini isə bayırda görmüşlər. Səbuhinin evində o, Səbuhi və rəhmətlik İskəndər araq içmişdir. Əli spirtli içki qəbul etməmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli və 02 noyabr 2022-ci il tarixli “yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokollarla və ona əlavə edilmiş sxemlərlə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sola döndüyü yerdən toqquşmaya kimi qövsvari trayektoriya üzrə 10,5 metr məsafə qət etmişdir. Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə “maşın bazarı” istiqamətindən Bakı şəhəri, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru hərəkətdə olduğu zaman yolun orta səki daşlarının üzərində yerləşən elektirik dirəklərinin arası ölçülmüş və müəyyən edilmişdir ki, həmin dirəklərin ara məsafəsi 40 metrdir. Yəni iki dirək arası məsafə 40, 3 dirək arası məsafənin isə 80 metr olması əlavə baxış zamanı müəyyən edilmişdir. İşdə olan “diskə baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, diskdə Babək prospektində quraşdırılmış TŞ-4-015 nömrəli təhlükəsizlik kamerası tərəfindən xx.xx.2022-ci il tarixdə saat 04:14:06-da baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüləri qeydə alınmışdır. Həmin görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04:14:06-da Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə “maşın bazarı” istiqamətindən Bakı şəhəri, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru əsas yolun 3-cü zolağı ilə hərəkətdə olduğu zaman Məşhədi Kazımov küçəsi ilə kəsişmədə əks itiqamətdən yolun 4-cü zolağı ilə hərəkət edərək Keşlə qəsəbəsi istiqamətinə dönən Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında, gəldiyi sürətlə, sürəti azaltmadan sola dönmə manevir edərək yolayrıcında toqquşmuş, toqquşma nəticəsində “Ford Fusion” markalı avtomobil qəza işıqları yanılı vəziyyətdə yolun sağ hissəsində yerləşən “Rich Plaza”nın qarşısındakı səkinin üzərinə çıxmış, “Opel Vectra” markalı avtomobil isə bordyora dəyərək yolun kənarında üzü şəhər istiqamətində dayanmışdır. Hadisədən sonra hadisə yerinə çoxlu avtomobillər, PPX avtopatrulu, TTY avtomobili və çoxlu adamlar yığışır. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, avtomaşının sürətini azaltmamış və işıqforun qırmızı işığında keçmişdir. Hadisə zamanı onun sürətinin təxminən 70 km olmasını bildirmişdir. İşdə olan “diskə baxış protokolu”ndan görünür ki, diskdə Babək prospektində quraşdırılmış TŞ-4-015 nömrəli təhlükəsizlik kamerası tərəfindən xx.xx.2022-ci il tarixdə saat 04:14:06-da baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüləri qeydə alınmışdır. Görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə “maşın bazarı” istiqamətindən Bakı şəhəri, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru hərəkətdə olduğu zaman yolun orta səki daşlarının üzərində yerləşən elektirik dirəklərinin arası ölçülmüş və müəyyən edilmişdir ki, həmin dirəklərin ara məsafəsi 40 metrdir. Yəni iki dirək arası məsafə 40, 3 dirək arası məsafənin isə 80 metr olması əlavə baxış zamanı müəyyən edilmişdir. Video günütüyə baxış keçirilən zaman 3 dirək arasındakı məsafəni yəni 80 metr məsafəni 4 saniəyə qət etmişdir. Bu isə “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin saatda 73-80 km olduğunu göstərir. İşdə olan 07 iyul 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokola əsasən, “Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olması müəyyən edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 03 iyul 2022-ci il tarixli 554 nömrəli rəyindən görünür ki, X1 daxili qanaxma ilə müşayiət olunan qaraciyərin sol payı, dalaq, diafraqmanın sol gümbəzi, 12 barmaq bağırsağın enən hissəsinin arxa divarının zədələnməsi (əzilmiş yaraları) ilə nəticələnən qarnın küt travması; sol tərəfli pnevmotoraks; sağ peritonarxası hematoma; baş beynin hər iki yarımkürəsinin kiçik ölçülü (millimetrik) kontuziya sahələri və beyin çadırı nahiyəsinin kiçik ölçülü subdural hematoması; sol İX və Xİİ qabırğanın arxa hissəsinin yerdəyişmiş, Vİİİ döş fəqərə (Th8) cisminin sol hissəsi və sol yan çıxıntının minimal yerdəyişmiş, sol kürək sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları; sağ mil sümüyünün yuxan diafizar hissəsi və sağ bazu sümüyünün orta diafizar hissəsinin qələpəli, yerdəyişmiş, qapalı sınıqları; sağ burun sümüyü və xəlbir sümüyü səhfəsinin (lamina papyraceada) yerdəyişmiş sınıqları; dərialtı hematoma ilə müşayiə olunan alın və təpə nahiyəsinin əzilmiş yarları; sol diz nahiyəsinin bayır səthinin sıynğı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı yaranması mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 571 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol böyrəkətrafı piy toxumasının hematoması (ödemi) ilə müşayiət olunan sol Vİ-Vİİ qabırğaların xətti sınıqları; sağ tərəfli dərialtı hematoma ilə müşayiət olunan qarnın və döş qəfəsinin sağ yan səthinin iri ölçülü qançır və sıyrığı; döş qəfəsinin sol yarısının ön səthində körpücükaltı və məməüstü nahiyələrin, sağ budun yuxarı 1/3-nin bayır səthi, sol budun orta 1/3-nin iç səthi, sol baldırın yuxarı və orta 1/3-nin iç-ön səthi, sol iç topuqətrafını nahiyə və sol ayağın iç kənarını əhatə edən sahənin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şərait və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi za dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun sağlamlığa az ağır zərərvurmaya aid edilir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 570 nömrəli rəyindən görünür ki, X2 ölüm faktına dair təqdim olunmuş tibbi sənədlərin təhlilinə əsasən o, xx.xx.2022-ci il tarixdə, saat 04:14-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 05:00-da KTM-nin PHŞ-in RİTŞ-nə “Müştərək travma. Qapalı kəllə beyin travması, baş beyinin əzilməsi. Sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı. Qarının və döş qəfəsinin qapalı travması. Alın-təpə nahiyəsinin əzilmiş, sol diz nahiyəsinin sıyrılmış yaraları” diaqnozu ilə huşsuz vəziyyətdə daxil olmuş, aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında təyin olunmuş diaqnoza uyğun xx.xx.2022-ci il tarixdə, saat 06:50-də “Spleno-ektomiya, qaraciyərin cırılmasının tikilməsi, diafraqmanm cırılmasının tikilməsi, plevra boşluğunun drenajı” əməliyyatı icra olunmuş, alın və sol diz nahiyəsinin yaraları birincili işlənmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyəti kritik ağır olaraq inkişaf etmiş, xx.xx.2022-ci il tarixdə, saat 13:30-da “Qapalı kəllə beyin travması. Baş beyinin əzilməsi. Qarının və döş qəfəsinin qapalı travması. Splenoektomiya. Qaraciyərin, diafraqma yarasının tikilməsi. Sol plevra boşluğunun Bülau üsulu ilə drenajı. Sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı. Ahntəpə nahiyəsinin əzilmiş, sol diz nahiyəsinin sıyrılmış yaralan” diaqnozu ilə Avrasiya Hospitalına köçürülmüşdür.X4 xx.xx.2022-ci il tarixdə, saat 13:59-da Avrasiya Hospitalının reanimasiya şöbəsinə “Peritonit. Septik şok. KRDS. Qapalı kəllə beyin travması. Döş qəfəsinin küt travması. Qarının küt travması. Splenoektomiyadan sonrakı vəziyyət. Sağ bazu və said sümüklərinin sınığı” diaqnozu ilə gətirilmiş, qarın boşluğunun KT müayinəsində 12-barmaq bağırsağın İİ seqmentinin arxa divarında defekt (perforasiya) aşkar edilərək 30.06.20 22-ci il tarixdə, perforasiyanın ləğvi cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyəti kritik ağır olaraq qalmış, aparılan reanimasion tədbirlər effekt verməmiş və xx.xx.2022-ci il tarixdə, saat 03:50-də vəfat etmişdir. X2 meyitinin məhkəmə-tibbi müayinəsi aparılma- dığmdan ölümün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin tibbi sənədlərin təhlilinə və ölüm haqqında tibbi şəhadətnamədə göstərilənlərə əsasən demək olar ki, X2 ölümü xx.xx.2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar olmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 575 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ aşıq-baldır oynağı proyeksiyasının iri ölçülü şişkinlik halında əzilməsi və hər iki topuqətrafı qançırı; sol dizin ön- bayır səthinin şişkinlik halında əzilməsi; sol gözün bayır bucağına yaxın sahə və sağ baldırın orta 1/3-nin ön səthinin əzilmiş yaraları; sol gözün konyuktiva qişasının bayır yarısınin qansızması; sol gözətrafı nahiyə, sağ dizin iç səthinin qançırları; sağ təpə-gicgah nahiyəsi, sağ çənə bucağı proyeksiyası, sol kürəküstü nahiyə, sol bazunun aşağı 1/3-nin arxa səthi, hər iki baldırın orta 1/3-nin ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şərait və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid edilir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələrinin 13 dekabr 2022-ci il tarixli 8/3282 nömrəli rəyindən görünür ki istintaq tərəfindən təqdim olunan “Ford Fusion” markalı 99TS492 dövlət qeydiyyat nişanlı avtomobilin süürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 13 dekabr 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən Opel Vectra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı 4595 manat təşkil edir. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən Zərərçəkmiş şəxs3 LLC Rich İnteriorun qəza sonrası fasadına dəymiş ziyan miqdarı 6182 manat təşkil edir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən Zərərçəkmiş şəxs2 məxsus olan idarə etdiyi “Ford Fusion” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyan miqdarı 5460 manat təşkil edir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, müşahidə kamerasının görüntüsü olan 01 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı qismən ödəməsini və sonuncunun onun barəsində şikayətinin olmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.1.11-59.1.14-cü maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi həmin Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş və onların iş üzrə mülki iddiaçı qismində tanınmaları üçün əsas hesab edilmiş, iş materiallarının 189, 213 və 228-ci vərəqələrində olan ərizələr Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinin tələblərinə uyğun olmadığına görə həmin ərizələr baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin tutulması barədə xahiş öz əksini tapmalı olduğu halda, həmin ərizələrdə zərərçəkmiş şəxslər sadəcə onların mülki iddiaçı kimi tanınmalarını xahiş etmiş, iddianın kimin kimə qarşı verildiyi və hər hansı konkret məbləğin tutulması barədə xahiş isə öz əksini tapmamışdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izah edilsin ki, onlar, sonradan mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə haqlıdırlar. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar