Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-214/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1998-ci ildə Qəbələ rayonu, Zirik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, zərərçəkmiş şəxsə qarşı silah qismində istifadə olunan əşyadan istifadə etməklə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs üzərində öz üstünlüyünü göstərmək məqsədi ilə “instagram” sosial şəbəkəsindən Zərərçəkmiş şəxsla əlaqə saxlayıb onunla həmin gün, saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 63 ünvanında yerləşən “Neftçilər” metrostansiyasının çıxışı, “Newyorker” mağazasının yaxınlığında təyin etdiyi görüş zamanı mübahisə salmaqla insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, sağ əli ilə iki dəfə Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbələri endirib alt dodağın iç səthinin əzilmiş yarası bədən xəsarətlərini yetirdikdən sonra insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan silah qismində istifadə etdiyi özü ilə qabaqcadan gətirdiyi qara rəngli qatlanan bıçağını əynində olan gödəkçəsinin sağ iç cibindən çıxarıb Zərərçəkmiş şəxs qarşı tətbiq etməklə, daxilə nüfuz etməyən döş qəfəsinin sol yarısının 2 ədəd, sağ yarısının 3 ədəd, sol bazunun bayır səthinin 1 ədəd, sol budun ön səthinin 3 ədəd, sol ayaqaltı nahiyənin 1 ədəd, sol iç topuqaltı nahiyənin 1 ədəd, sağ əlin 3-cü barmağının 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini, cəmi 12 ədəd deşilmiş-kəsilmiş və 1 ədəd əzilmiş yaraları olmaqla, ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərini yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 2 ünvanında bibisi Xatirə Nəzirova və bibisi qızı Şahid1 ilə birlikdə yaşamışdır və Zərərçəkmiş şəxs bir il olar ki, əvvəllər yaşadığı ünvana yaxın yaşayan bir şəxs kimi, sonradan isə bibisinin qızı Vüsalənin zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanımışdır. Zərərçəkmiş şəxs və onun qohumları söz vermişdir ki, Məmməd həbsdən azad olan kimi Vüsalə ilə evlənəcəkdir. Onlar bibisini də razı salmışlar ki, şikayətçi olmasın.Həmçinin bu barədə məhkəmə hökmündə də, Məmmədin ifadəsində də, qeyd olunmuşdur. Lakin Məmməd həbsdən azad olunmuş, o və qohumları verdikləri sözə əməl etməmiş, bundan sonra məhəllədə olan tanışlarından Məmmədin kənarda “pulnan bağladım söhbəti, yaxşı eləmişəm” kimi ifadələri işlətməsini eşitmişdir. O, bütün bu danışdıqlarını Məmməd həbsdən azad olduqdan sonra bilmişdir. Bibisi Məmməd ilə Vüsalənin arasında olan hadisədən ona heç bir söz deməmiş və gizlətmişdir. Sonradan isə məhəllədə olan söz-söhbətlərdən şübhələnmiş və bu barədə bibisindən sonradan xəbər almışdır. xx xxxxxx 2020-ci il tarixdə “instagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs şəxslər arasında axtarışını vermiş və səhifəsini tapdıqdan sonra ona mesaj yazıb özünü təqdim edib və mobil telefonunu istəyib onunla görüşmək niyyətində olduğunu demişdir. Məmməd ona hazırda yadında qalmayan mobil nömrəsini vermiş və istifadəsində olan mobil nömrəsi vasitəsi ilə zəng edib danışmışdır. Məmmədə görüşmək istədiyini dedikdə Sabunçu rayonunda görüşə biləcəyini təklif etmiş, lakin onunla Sabunçu rayonunda görüşməyə razılıq verməmişdir. O, ehtiyat etmişdir ki, Sabunçu rayonunda Məmməd ətrafına adam yığar və onu təkləyər. Bu səbəblə “Neftçilər” metrostansiyası yaxınlığında, “McDonalds” restoranı tərəf olan çıxışında görüşmələrini təklif etmişdir. xx xxxxxx 2020-ci il tarixdə,saat 21 radələrində Məmməd ilə qeyd olunan ünvanda görüşmüşlər. Həmin zaman onun və Məmmədin yanında başqa heç kim olmamışdır. Onlar birlikdə hərəkət edərək adamların az olduğu “Ekspress Köşk”ün arxasına şam ağaclarının arxasına keçmişlər. Yolda o, üzdən tanıdığı Emil adlı şəxsi görmüş, o və Məmməd Emili üzdən tanıyırlar. Onlar Emil ilə salamlaşıb, daha sonra qeyd olunan yerə keçmişlər. O, Məmmədə Vüsaləyə qarşı etdiyi hərəkətlərinin düz olmadığını bildirdikdə, Məmməd ona aqressiya ilə cavab verərək yaxşı etdiyini, düz etdiyini bildirmiş və həmin zaman yumruğunu sıxdığını müşahidə etmişdir. O, Məmmədin onu vuracağından ehtiyat edib birinci Məmmədə sağ yumruğu ilə onun üz nahiyəsinə, konkret olaraq çənə nahiyəsinə zərbə endirmiş, həmin zərbədən Məmməd yerə yıxılmış, ayağa qalxıb onun üzərinə gəlməyə başlamış, Məmmədin əl-qol hərəkətlərindən düşünmüşdür ki, onun üzərində bıçaq vardır. Yenidən Məmmədə birinci vurduğu zərbə kimi eyni ilə yəni sağ əli ilə onun çənə nahiyəsinə bir yumruq zərbəsi endirmişdir. Bundan sonra Məmməd ilə yerdə əlbəyaxa olmuşlar. Həmin zaman qabaqcadan özü ilə gətirdiyi qatlanan qara rəngli bıçağı əynindəki gödəkçəsinin cibindən çıxardıb Məmməddən aralaşmaq üçün onun ayaq nahiyəsinə bir neçə dəfə bıçaqla vurmuşdur. Lakin Məmmədə vurduğu zərbələrin heç biri qüvvətli olmamışdır. Həmin zaman onlar yerdə əlbəyaxa olarkən bəzən üstünlük Məmməddə, bəzən isə onda olmuşdur. Onun bıçağı öz əlində olduğundan əlbə-yaxa zamanı öz-özünə də, istəmədən xəsarət yetirmiş olmuşdur. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Məmməd onunla əlbə-yaxa olduqdan sonra ayağa qalxmış və hadisə yerindən uzaqlaşmışdır. O, Məmmədə ayaq nahiyəsindən bir neçə xəsarət yetirmiş, qalan xəsarətləri qəsdən yetirməmiş, Məmmədin ondan aralanmağı üçün bıçaqla vurmuş, Məmmədlə görüşə gedərkən bıçağı ehtiyat etdiyi üçün özü ilə aparmış, hadisə yerində Məmməddən və ondan başqa heç kimolmamış, Məmməd ondan güclü olduğu üçün bıçaqdan istifadə etmiş, Məmməd ilə heç bir münasibəti, ədavəti, düşmənçiliyi və qərəzi olmamışdır. Sonda Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə xəsarət yetirdiyini etiraf etdiyini, lakin niyyətinin xuliqanlıq olmadığını və hazırda törətdiyi əməldən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsini “intagram” sosial şəbəkəsindən öyrənib onunla telefon əlaqəsi saxlamışdır. Həmin gün, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığından görüşmək barədə razılaşmışlar. Röyal ilə o, “Neftçilər” metrostansiyasının yaxınlığında, “Mc.Donalds” restoranının qarşısında görüşmüşlər. Söhbət zamanı Röyal onu qıcıqlandırmış və o, yumruğunu sıxıb saxlamışdır. Röyal ona “yumruğu sıxmağa ehtiyac yoxdur, səni davaya çağırmamışam” sözlərini demiş, onlar söhbət edə-edə yaxınlıqda olan “LC WAİKİKİ” dükanının yanına getmişlər. Orada Röyal dörd nəfər şəxsə salam vermiş, bundan sonra o, da həmin şəxslərə salam vermiş, orada olan köşkün arxasına ağaclıq olan hissəyə keçmişlər. Röyal orada onun qohumu Vüsaləyə qarşı nə üçün düzgün hərəkət etməməyini demiş, o, üzünü arxaya çevirən zaman Röyal qəfildən bıçaqla onun bud nahiyəsindən vurmuş, sonra sol qoluna vurmuş, bu zaman o, əli ilə bıçağın kəsən yerindən tutub Röyalın əlindən almaq istəmiş, lakin sağ əlinin üçüncü barmağı kəsildiyi üçün bıçağı ala bilməmişdir. Qolu keyləşdiyi üçün Röyalı tuta bilməmiş, yerə yıxılmış, Röyal ilə yerdə dartışmışdır. Bundan sonra Röyala təpik atarkən o, sol ayağının altından bıçaq xəsarəti almış, bıçaq zərbəsi onun ayağının topuqdan aşağı hissəsinə dəymişdir. Ayağa qalxmaq istəyən zaman başı gicəllənmiş və yerə yıxılmışdır. Həmin zaman Röyalın dövlət qeydiyyat nişanını görmədiyi avtomobilə əyləşib getdiyini görmüşdür. O, Röyalın arxası ilə qaçmağa başlasa da, Röyal oradan uzaqlaşmışdır. Röyalın hadisədən əvvəl,hadisə yerində görüşdüyü şəxs hadisə yerində qalmış, həmin şəxsi üzdən tanımış, ona kömək üçün yaxınlaşsa da, o etiraz etmiş və qohumu Rəşada zəng etmiş, Rəşad onu götürüb xəstəxanaya aparmışdır. O, Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir, Röyal ilə əvvəllər görüşməmiş, danışmamış, münasibətləri olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir və ətrafda çox sayda tanımadığı şəxslər toplaşmışdır. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlamadığını bildirdi və sonuncu barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısının oğludur. xx xxxxxx 2020-ci il tarixdə o, anasından Röyalın Məmmədi bıçaqladığını eşitmişdir. Həmin zaman hadisənin onun üstündə olduğunu bilmişdir. Zərərçəkmiş şəxs 2017-ci ildən tanıyır, Məmmədlə bir neçə dəfə qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Hətta 2017-ci ildə Məmmədin Kənan kimi tanıtdığı özünü polis kimi təqdim edən şəxs tərəfindən hədə-qorxuya məruz qalıb onunla cinsi əlaqədə olmuş, daha sonra Kənan ondan 150 manat pul istəmiş və bir daha Kənanla görüşməmiş, xx xxxxxx 2018-ci ildə Məmməd ilə təbii yolla cinsi əlaqədə olmuş, qızlığı pozulmuşdur. Məmməd onunla evlənəcəyini söz vermişdir. Məmməd sonradan sözünün üstündə qalmadığından onlar polisə müraciət etmiş, Məmməd həbs olunduqdan sonra o, ifadəsini dəyişmiş, Məmmədin əməli yüngül maddə ilə məhkəməyə göndərilmiş və o, həbsdən azad olunduqdan sonra da, verdiyi sözünə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən “Zz hause” adlı çay evindən çıxıb “Neftçilər” metrostansiyasının yanında “Mc Donalds” restoranın qarşısında dostu Seymuru gözləmişdir. Həmin zaman üzdən tanıdığı Sabunçu rayonunda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsi, sonradan isə Zərərçəkmiş şəxs görmüşdür. Röyal ilə salamlaşan zaman Röyal ona Məmmədin dostu olduğunu bildirmişdir. Röyal və Məmməd orada köşkün arxasında olan ağaclıq hissəyə keçmişlər. Bir müddət sonra həmin yerdən səs gəldiyini eşitmiş və ora yaxınlaşan zaman Məmmədin yerdə uzandığını görmüş, ətrafda gül satan şəxsdən su götürüb Məmmədin qanlı əlini yumuş, ayaqqabısını tapıb ona vermiş, daha sonra Məmməd hadisə yerindən onun köməyini rədd edərək uzaqlaşmışdır. Bundan başqa, Röyal onunla hadisədən əvvəl salamlaşan zaman Röyal Məmməd ilə köşk tərəfə gedərkən onların arası ilə 18-20 yaşlı arıq bədən cüssəli şəxslər getmiş, o, elə başa düşmüşdür ki, həmin şəxslər Röyalın tanışlarıdır. Həmin iki nəfər şəxs də, hadisə yerinin yaxınlığında bir az dayanıb sonra getmişlər. Hadisənin konkret necə baş verməsini o, görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, zərərçəkmiş şəxs Heydər Məmmədovun qohumudur. xx xxxx 2020-ci il tarixdə X3 onun mobil telefonuna “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə mesaj yazaraq, barışıq vermədikləri halda özünə qəsd edəcəyi ilə bağlı hədə gəlmişdir. Hazırki cinayət işi üzrə isə bildirir ki, o, baş vermiş davanı görməmiş və hadisə yerində olmamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 63 ünvanının qarşısında baş vermişdir. Hadisə yerinin tam olaraq, “Mc.Donalds” restoranının qarşısında olan köşkün arxa hissəsində ağaclıq sahədə olduğu aşkar edilmişdir. Baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alması və 3 saylı X2 aparılması müəyyən edilmişdir. Hadisə yeri metrostansiyanın çıxışına yaxın olsa da, hadisə qaranlıq ağaclıq sahədə baş verdiyindən ətrafda şahid dairəsi müəyyən edilməmişdir. Hadisə yerinə yaxınlıqda TŞ-4- 035 nömrəli kameranın olduğu müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında quraşdırılmış TŞ-4-035 saylı kameranın görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 63 ünvanının qarşısında vətəndaş Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən hadisənin günün qaranlıq saatlarında, ağaclıq sahədə, nəzarət müşahidə kameralarının əhatə dairəsindən kənarda baş verdiyi üçün görüntüləri aşkar edilməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 165 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxilə nüfuz etməyən döş qəfəsinin sol yarısının 2 ədəd, sağ yarısının 3 ədəd, sol bazunun bayır səthinin 1 ədəd, sol budun ön səthinin 3 ədəd, sol ayaqaltı nahiyənin 1 ədəd, sol iç topuqaltı nahiyənin 1 ədəd, sağ əlin İİİ barmağının 1 ədəd deşilmiş-kəsilmiş yarası, alt dodağın iç səthinin əzilmiş yarası olmuşdur. Şəxsin bədən səthi üzərində cəmi 12 ədəd deşilmiş-kəsilmiş və 1 ədəd əzilmiş yara vardır. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın; əzilmiş yara isə bərk küt əşyanın təsirindən törənmişdir, xx xxxxxx 2020-ci il tarixdə yarana bilər və dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin arxa səthinin 1 ədəd cırılmışkəsilmiş və sağ baldırın arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə yarana bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inkar edilmir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 63 ünvanının qarşısındakı yeri göstərərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Zərərçəkmiş şəxs ilə görüşüb bir qədər gəzişib ikisi birlikdə köşkün arxa tərəfinə, ağaclıq əraziyə keçib söhbət etməyə başlamışlar. Sonradan həmin yerdə mübahisə edib, nəticədə əlində olan bıçaqla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində sonuncuya bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 63 ünvanının qarşısındakı yeri göstərərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs ilə görüşüb bir qədər gəzişib ikisi birlikdə köşkün arxa tərəfinə, ağaclıq əraziyə keçib söhbət etməyə başlamışlar. Sonradan həmin yerdə mübahisə nəticəsində Röyal əlində olan bıçaqla ona bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 165 saylı rəyə 11 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs olan xəsarətlərdən, daxilə nüfuz etməyən döş qəfəsinin sol yarısının 2 ədəd, sağ yarısının 3 ədəd, sol bazunun bayır səthinin 1 ədəd, sol budun ön səthinin 3 ədəd, sağ əlin İİİ barmağının 1 ədəd deşilmiş kəsilmiş yaralarının qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Təqsirləndirilən şəxsla ayaqüstə dava zamanı yaranması inkar edilmir. Lakin digər xəsarətlər, sol ayaqaltı nahiyənin 1 ədəd, sol iç topuqaltı nahiyənin 1 ədəd deşilmiş-kəsilmiş yaralarını Təqsirləndirilən şəxsla dava zamanı yıxıldıqdan sonra yerdə uzanıqlı vəziyətdə olarkən Təqsirləndirilən şəxs bıçaq zərbələrindən yayınmaq istədiyi zaman yaranması daha inandırıcıdır. Qərarən təsviri hissəsindən göstərilən “əlbəyaxa” mövhumu məhkəmə-tibbi ekspertiza termini olmadığından onu qiymətləndirmək məqsədə uyğun deyil. İş materiallarında olan maddi sübutların ekspertizasının xx xxxx 2020-ci il tarixli, 95/2020 saylı rəyindən və ona əlavə edilmiş fotoşəkillərin kserosurətlərindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus ayaqqabının və corabın sol tayının alt hissəsində bir ədəd; jiletin, gödəkçənin, sviterin və maykanın sol-yan nahiyəsində bir ədəd; jiletin, gödəkçənin, sviterin və maykanın ön hissəsinin sağ çiyin nahiyəsində bir ədəd; jiletin, gödəkçənin və sviterin ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd; jiletin, gödəkçənin və sviterin ön hissəsinin sag qoltuqaltı nahiyəsində bir ədəd; gödəkçənin və sviterin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd; jiletin və gödəkçənin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd; jiletin sağ çiyin nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus ayaqqabının və corabın sol tayının alt hissəsində aşkar olunmuş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol ayaqaltı nahiyəsində olan; jiletin, gödəkçənin, sviterin və maykanın sol-yan nahiyəsində bir ədəd, həmçinin jiletin və gödəkçənin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol yarısında olan iki ədəd; jiletin, gödəkçənin, sviterin və maykanın ön hissəsinin sağ çiyin nahiyəsində bir ədəd, jiletin, gödəkçənin və sviterin ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd, həmçinin jiletin, gödəkçənin və sviterin ön hissəsinin sağ qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sağ yarısında olan üç ədəd; gödəkçənin və sviterin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bazunun bayır səthində olan bir ədəd; şalvarın sol ayağının ön hissəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sol budun ön səthində olan üç ədəd deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər- sol iç topuqaltı nahiyənin 1 ədəd, sağ əlin İİİ barmağının 1 ədəd deşilmiş-kəsilmiş yaraları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarla örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jiletin astarının sağ yan tikişinin üzərində bir ədəd, jiletin astarının sol yan tikişinin üzərində bir ədəd və gödəkçənin astarının sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, paltarların həmin nahiyyələrinin gərilibdartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kəmər üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar fraqmentinin üzərində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar fraqmentinin üzərində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ baldırın arxa səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçağına uyğun gəlir və soyuq silah hesab edilmir. İş materiallarında olan maddi sübutların müayinəsinin xx xxxx 2020-ci il tarixli, 170/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu 0(İ)dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu 0(İ)-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus cins şalvar, qolsuz gödəkçə, 1 cüt corab, 1 cüt ayaqqabı, mayka, gödəkçə, Təqsirləndirilən şəxs məxsus şalvar ayağının fraqmenti üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələri AB0 sistemi üzrə 0(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (Əgər sonuncunun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olmuşdursa). İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli düyməli qatlanan bıçaq, boz rəngli idman gödəkçəsi, mavi rəngli cins şalvar, bir ədəd tünd göy rəngli qolsuz gödəkçə, bir cüt corab, bir cüt ayaqqabı, iki hissəyə bölünmüş, qara rəngli mayka və şalvarın sağ aşağı tərəfinin zədələnmiş hissəsi maddi sübut hesab edilərək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, T149/2020 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər, döş qəfəsəinin sol yarısının daxilə nüfuz etməyən iki ədəd, sağ yarısının üç ədəd, sol bazu sinirini postravmatik nevriti ilə müşayiət olunmuş bazunun bayır səthinin bir ədəd, sol budun ön səthinin üç ədəd, sol ayaqaltı nahiyənin bir ədəd, sol iç topuqaltı nahiyənin bir ədəd, sağ əlin İİİ barmağının bir ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin ki, bıçağın, alt dodağın iç səthinin əzilmiş yarası isə bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti və şəraiti xx xxxxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 357 saylı “iş materialları üzrə ekspertiza”nın rəyindən görünür ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən iki ədəd, sağ yarısının üç ədəd, sol bazu sinirini postravmatik nevriti ilə müşayiət olunmuş bazunun bayır səthinin bir ədəd, sol budun ön səthinin üç ədəd, sol ayaqaltı nahiyənin bir ədəd, sol iç topuqaltı nahiyənin bir ədəd, sağ əlin İİİ barmağının bir ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin ki, bıçağın, alt dodağın iç səthinin əzilmiş yarası isə bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti və şəraiti qərarın təsviri hissələrində göstərilən müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən- 3 həftədən az olan müddətdə müvəqqəti yetirilməsi başa düşülməlidir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə xx xxxx 2020-ci il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, şahid X1 Şahid3 hədə gəlməsi barədə xüsusatla cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla düşmənçilik, ədavət və qərəzinin olmaması, Təqsirləndirilən şəxs hadisəni zərərçəkmiş şəxsin üzərində öz üstünlüyünü göstərmək, cəmiyyətdə özünə “mövqe” qazanmaq niyyəti ilə etməsi, cinayətə qabaqcadan hazırlanması kimi halların cinayət işi üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbələrini qəsdən, digər bıçaq zərbələrini isə ehtiyatsızlıqdan yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatların öz müdafiəsi üçün gətirdiyi dəlillər olduğundan sübut hesab edilməməsi, şahid V.Nəzirlinin cinsi toxunulmazlıq hüququnun pozulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi və.s qərara alınmışdır. Beləliklə, məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır və qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində silah qismində istifadə edilən bıçaq tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından, onun əməli CM-nin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs üzərində öz üstünlüyünü göstərmək məqsədi ilə “instagram” sosial şəbəkəsindən Zərərçəkmiş şəxsla əlaqə saxlayıb onunla həmin gün, saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 63 ünvanında yerləşən “Neftçilər” metrostansiyasının çıxışı, “Newyorker” mağazasının yaxınlığında təyin etdiyi görüş zamanı mübahisə salmaqla insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, sağ əli ilə iki dəfə Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbələri endirib alt dodağın iç səthinin əzilmiş yarası bədən xəsarətlərini yetirdikdən sonra insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan silah qismində istifadə etdiyi özü ilə qabaqcadan gətirdiyi qara rəngli qatlanan bıçağını əynində olan gödəkçəsinin sağ iç cibindən çıxarıb Zərərçəkmiş şəxs qarşı tətbiq etməklə, daxilə nüfuz etməyən döş qəfəsinin sol yarısının 2 ədəd, sağ yarısının 3 ədəd, sol bazunun bayır səthinin 1 ədəd, sol budun ön səthinin 3 ədəd, sol ayaqaltı nahiyənin 1 ədəd, sol iç topuqaltı nahiyənin 1 ədəd, sağ əlin 3-cü barmağının 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini, cəmi 12 ədəd deşilmiş-kəsilmiş və 1 ədəd əzilmiş yaraları olmaqla, ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərini yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında ilkin mübahisə, sonuncunun təqsirləndirilən şəxsin bibisi qızı Şahid1 ilə yetkinlik yaşına çatmadığı dövrdə cinsi əlaqədə olduğu üçün məhkum edilib, cəzadan azad edildikdən sonra Şahid1 ilə evlənəcəyi barədə verdiyi vədə sadiq qalmamaqla, yaşamış olduqları məhəllədə “pulnan bağladım söhbəti, yaxşı eləmişəm” deməsi səbəbindən, söhbət etdikləri vaxt isə zərərçəkmiş şəxsin üzrxahlıq etmək əvəzinə “Yaxşı eləmişəm, demişəm” deməsi üstündə şəxsi münasibətlərin pozulması zəminində başlamış, tərəflər arasında qarşılıqlı dava baş vermişdir. Həmin yerdə başqa digər şəxslər olmamış, hadisə zamanı onlara kənar şəxslər yaxınlaşmamış, hadisə qısa müddətdə başa çatmış, onlar bir-birlərinə qarşı söyüş söyməmiş və təhqiredici ifadələr işlətməmişlər. Ümumiyyətlə, təqsirləndirilən şəxsin xuliqanlıq etmək niyyəti olmamış, o, cinayəti şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkən şəxsin verdiyi vədə əməl etməməsinin düzgün olmamasının sonuncuya izah etmək istədiyi vaxt sonuncunun aqressiv danışıq tərzi ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxsin münaqişə yaradan hərəkətlərinin təsiri, qarşılıqlı münasibətlərin pozulması nəticəsində törətmişdir. Qeyd edildiyi kimi, CM-nin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış xx xxx 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmin Qərarda həmçinin göstərilmişdir ki, eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bununla da, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması, ümumiyyətlə onun belə bir niyyətinin olması məhkəmə iclasında sübut olunmamışdır. Ümumilikdə, həmin mübahisə şəxsi münasibətlər zəminində ilə baş vermişdir. Hazırkı halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmamışdır. Bundan başqa, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin olması (kənar şəxslərin xeyli, az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Bu da, dolayı yolla hadisənin baş verdiyi yerdə kənar şəxslərin olmasını, təqsirləndirilən şəxsin cəmiyyətə qarşı hörmətsizlik ifadə etməsi, ictimai qaydanı pozması əlamətlərini istisna edir. Məhkəmə istintaqı zamanı da hadisənin baş verdiyi vaxt hadisə yerinə başqa şəxsin yaxınlaşmaması, ümumiyyətlə kənar şəxslərin olmaması müəyyən olunmuşdur. Əksinə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adamların çox olması ehtimal olunan “McDonalds”ın restoranının yanından daha sakit, “Ekspress Köşk”ün arxasında yerləşən, axşam vaxtı, qaranlıq şəraitdə, şam ağaclarının arxasına getmişlər ki, həmin yerdə də məlum olduğu kimi kənar şəxslər olmamış və müəyyən də edilməmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ittiham aktında şahid qismində göstərilmiş şəxslər Şahid1, Şahid3 və Şahid2 ümumiyyətlə baş vermiş hadisənin bilavasitə şahidi olmamış, habelə hadisənin baş verdiyi vaxt həmin ərazidə olan təhlükəsiz şəhər kameraları vasitəsilə hadisə yerinin görüntülərini əldə etmək mümkün olmamış, bu hal işdə olan baxış protokolu ilə öz əksini tapmışdır. Bununla da, hazırkı iş üzrə təqsirləndirilən şəxsin ictimai qaydanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması məhkəmə iclasında sübut olunmamışdır. Ona görə də, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham verilməsi açıq-aşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində onun təqsirliliyi sübut olunmur. Məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı başqa sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispoziyasında nəzərdə tutulan əməldə onun təqsirli olması sübuta yetməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Ona görə də, məhkəmə ibtidai istintaq həyata keçirən müstəntiq tərəfindən yalnız həmin mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması, ümumiyyətlə onun belə bir niyyətinin olması məhkəmə iclasında sübut olunmamışdır. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 63 ünvanında yerləşən “Neftçilər” metrostansiyasının çıxışı yaxınlığında, “Express köşk”ün arxa tərəfində, ağaclıq sahədə Zərərçəkmiş şəxs ilə onun bibisi qızı Şahid1 ilə əvvəllər münasibət saxlaması üstündə şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sağ əli ilə iki dəfə Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbələri endirib alt dodağın iç səthinin əzilmiş yarası, daha sonra isə əlində olan bıçaqla Zərərçəkmiş şəxs daxilə nüfuz etməyən döş qəfəsinin sol yarısının 2 ədəd, sağ yarısının 3 ədəd, sol bazunun bayır səthinin 1 ədəd, sol budun ön səthinin 3 ədəd, sol ayaqaltı nahiyənin 1 ədəd, sol iç topuqaltı nahiyənin 1 ədəd, sağ əlin 3-cü barmağının 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini, cəmi 12 ədəd deşilmiş-kəsilmiş və 1 ədəd əzilmiş yaraları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin təsiri altına düşdüyündən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aldığından təqsirləndirilən şəxsin əməlinin CM-nin 128-ci maddəsi ilə tövsif olunması üçün kifayət qədər əsas vardır, ona görə də təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməl üzrə ittihamın mahiyyətində həmin hallar da öz əksini tapmalı, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs statusunda iştirakını davam etdirməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin eyni kateqoriyadan olan işlər üzrə gəldiyi hüquqi mövqelərinə, qeyd edilən maddi hüquq normalarına və işin müəyyən olunmuş faktiki hallarına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkən şəxsin əvvəllər törətmiş olduğu cinayət əməli ilə bağlı verdiyi vədə əməl etməməsi səbəbindən başlanmış mübahisə və ya dalaşma gedişində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurması ilə bağlı hərəkətlərini xuliqanlıq kimi qiymətləndirilmir, kifayət qədər əsas olduğundan onun əməlinin Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan 128-ci maddəsi ilə tövsif edilməli olması ilə bağlı mövqeyini qanuni və əsaslı hesab edir. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. X5 Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, X5 Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli digər Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli başqa bir Qərarında qeyd edilmişdir ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır: Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Bundan əlavə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakiminin qərarı ilə barəsində 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakiminin xx xxxx 2020-ci il tarixli qərarı həbsdə saxlama müddəti 02 ay 28 gün müddətinə yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmış və həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə, yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkəməyə verilməsi, işin açıq məhkəmə baxışına təyin edilməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarı ilə tövsiyyə edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. X5 Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, məhkəmə iclasındakı davranışı, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışı, gəncliyi və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun hazırkı cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, onun üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda,daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən,iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, 01 (bir) ədəd qara rəngli düyməli qatlanan bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş iki hissəyə bölünmüş qara rəngli mayka və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş şalvarın sağ aşağı tərəfinin zədələnmiş hissəsi dəyəri olmadığına görə məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş boz rəngli idman gödəkçəsi, mavi rəngli cins şalvar, bir ədəd tünd göy rəngli qolsuz gödəkçə, bir cüt corab və bir cüt ayaqqabı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə icraatı zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 02 (iki) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, 01 (bir) ədəd qara rəngli düyməli qatlanan bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş iki hissəyə bölünmüş qara rəngli mayka və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş şalvarın sağ aşağı tərəfinin zədələnmiş hissəsi dəyəri olmadığına görə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş boz rəngli idman gödəkçəsi, mavi rəngli cins şalvar, bir ədəd tünd göy rəngli qolsuz gödəkçə, bir cüt corab və bir cüt ayaqqabı Zərərçəkmiş şəxs qaytarılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-214/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-214/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver