Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-214/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Nümayəndə və Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 sentyabr 2021-ci il tarixdə, saat 11:15-də, Bakı şəhərində, xx.xx.1999-cu ildə Cəlilabad rayonunun Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 may 2020-ci il il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 Enin qızının yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı binanın 38-ci nənzilinin açarını binanın blokundakı həmin mənzilə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisindən götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin qonaq otağında dolabın yuxarı gözündə, içərisində 60 manat dəyərində gümüşdən dairəvi klonla bir yerdə boyunbağı, 30 manat dəyərində 01 ədəd gümüşdən halqa şəkilndə olan sırğa dəsiti, 80 manat dəyərində 01 ədəd gümüşdən tünd göy rəngli uzun qaşlı üzük, qonaq otağındakı kiçik ölçülü dolabın gözündən 500 manat dəyərində qızı dan 5 qramlıq qolbaq və 600 manat dəyərində qızıldan dördkünc formalı bir cüt sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1270 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talamaq məqsədilə 17 iyul 2020-ci il tarixdə saat 23 radələrində Lənkəran rayonun Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus ‘Patron” adlı kafenin pəncərəsini əli ilə mexaniki təsir edərək açaraq kafeyə qanunsuz daxil olub orada olan “UĞUR" markalı soyuducuya aid 220 manat dəyərində mühərriki, pivə içkisi üçün avadanlığa aid 300 manat dəyərində mühərriki, “UĞUR" markalı vitrin tipli soyucucuya aid hər biri 500 manat qiymətində, ümumi dəyəri 1000 manat olan 2 ədəd mühərriki və 1200 manat dəyərində havalandırma sistemini, hər birinin qiyməti 0,90 manat, ümumi dəyəri 5,4 manat olan 6 ədəd “Coca-Cola" içkisini və hər birinin qiyməti 1,70 manat, ümumi dəyəri 10,20 manat olan 6 ədəd “Xırdalan pivəsi" içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 2735,60 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talamaq məqsədilə 22 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında yerləşən ticarət köşkünün qapısını özü ilə gətirdiyi vintaçanla sındıraraq qanunsuz köşkə daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus hər biri 32 manat qiymətində, ümumi dəyəri 992 manat olan 31 qutu “Winston”, hər biri 37 manat qiymətində, ümumi dəyəri 1110 manat olan 30 qutu “Sobranie", her biri 28 manat qiymətində, ümumi dəyəri 476 manat olan 17 qutu “LD”, hər biri 16 manat qiymətində, ümumi dəyəri 400 manat olan 25 qutu “Winchester”, hər biri 18 manat qiymətində, ümumi dəyəri 522 manat olan 29 qutu “Magna" siqaretlərini gizli o:araq talayıb zərəçəkıniş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evin qapısı üzərindəki nəfəsliyi özü ilə gətirdiyi vintaçanla sındıraraq oradan qanunsuz yaşayış sahəsinə daxil olub mənzildən Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində direl, 50 manat dəyərində “Hublot" markalı qol saatı və 250 manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şoxs Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 noyabr 2020-ci il il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 37 saylı binanın 87 saylı mənzilinin açarını binanın blokundakı həmin mənzilə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisindən götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin qonaq otağındakı dolabın gözündən, içərisində 300 manat və həmin dövrün rəsmi məzənnəsi ilə 510 manata bərabər 300 ABŞ dollar nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 810 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 yanvar 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs7 icarə müqaviləsi əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 9 ünvanırda yerləşən köşkə, həmin köşkün qapısının özü ilə gətirdiyi vintaçanla sındıraraq qanunsuz caxil olub vitrində olan hər biri 40 manat qiymətində, ümumi dəyəri 80 manat olan 02 qutu ‘Kent", hər biri 40 manat qiymətində, ümumi dəyəri 240 manat olan 06 qutu “Sobranie", hər biri 20 manat qiymətində, ümumi dəyəri 40 manat olan 02 qutu “Vinston", hər biri 20 manat qiymətində, ümumi dəyəri 80 manat olan 04 qutu “Meqa”, 20 manat dəyərində 01 qutu “Prima” və 20 manat dəyərində 01 qutu “Yava" markalı siqaretlərin, hər biri 20 manat qiymətində, ümumi dəyəri 120 manat olan 6 qutu alışqan və 30 manat dəyərində 01 qutu “50 qramlıq sinikers” və 50 manat dəyərində 01 qutu “95 qramlıq sinikers" şirniyyatlarını və obyektdə quraşdırılmış 1500 manat dəyərində kamera aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 2180 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etnişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs8 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı binanın 36 saylı mənzilinin açarını binanın blokundakı həmin mənzilə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisindən götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağındakı dolabdan 300 manat nağd pul, 114C manat dəyərində 01 ədəd qızıldan brillyant qaşlı üzük, 500 manat dəyərində 01 ədəd qızıldan süni qaşlı üzük və 60 manat dəyərində “Samsung" markalı “Tab 3" modelli planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 2000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2021 -ci il tarixdə saat 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 saylı ünvanda yerləşən “AL Market" MMC-yə məxsus mağazanın plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla sındıraraq mağazaya qanunsuz daxil olub oradan 01 kiloqram 5,22 manat dəyərində “Halal Nemət” kolbasasını, 1 kiloqram 6,71 manat cəyərində “Ovçular Krakov” kolbasası, 1 kiloqram 12,49 manat dəyərində “Ankor” kərə yağı, 1 ədəd ümumi dəyəri 3,35 manat olan “Azərsüd” ismayıllı pendiri, 3 kiloqram ümumi dəyəri 20,14 manat olan “X10 Moskovski" kolbasası, 3 kioqram ümumi dəyəri 21,14 manat olan “X9” sosiskası, 1 ədəd 3,35 manat dəyərində “Azərsüd ağ pendir", 1 kiloqram 11,15 manat dəyərində “Yeni Zellandiya" kərə yağı, 4 ədəd hər biri 450 qram çəkidə ümumi dəyəri 26,38 manat olan “X13" çayı, 1 kiloqram 9,94 manat dəyərində “Novaya Zemlya" kərə yağı, 2 ədəd 700 ml ümumi dəyəri 13,79 manat olan “Mameedov" markalı, 2 ədəd 500 ml ümumi dəyəri 10,55 manat olan “Mamaedov” markalı, 1 ədəd 700 ml 6,34 manat dəyərində “Yakor" markalı araq içkilərini, 1 ədəd 6,28 manat dəyərində "Amanda saç üçün set”, 1 ədəd 36,72 manat dəyərində "Simbo blender seti 1000 V". 2 ədəd ümumi dəyəri 24,20 manat olan “Amanda istilik verici” və 2 ədəd ümumi dəyəri *5,06 manat olan “Amanda ütü” məişət texnikalarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs12 MMC- yə 242,81 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2021-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs13 icarə götürüb işlətdiyi ünvan 2 ünvanda yerləşən ticarət köşkünün plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla sındıraraq qanunsuz köşkə daxil olub oradan hər birinin qiyməti 3,80 manat, ümumi dəyəri 266 manat olan 70 ədəd “Sobronie”, hər birinin qiyməti 3,50 manat, ümumi dəyəri 315 manat olan 90 ədəd “Ken:", hər birinin qiyməti 3,40 manat, ümumi dəyəri 272 manat olan 80 ədəd “Vinston”, hər birinin qiyməti 3,50 manat, ümumi dəyəri 315 manat olan 90 ədəd “Davidov”, hər birinin qiyməti 2,40 manat, ümumi dəyəri 192 manat olan 80 ədəd “Vinçester”, hər birinin qiyməti 2,70 manat, ümumi dəyəri 189 manat olan 70 ədəd “LD”, hər birinin qiymət 2,40 manat, ümumi dəyəri 120 manat olan 50 ədəd "Rotmans”, hər birinin qiyməti 2,40 manat, ümumi dəyəri 144 manat olan 60 ədəd "Palİ Mail", hər birinin qiyməti 2,40 manat, ümumi dəyəri 48 manat olan 20 ədəd “Vest", hər birinin qiyməti 1,80 manat, ümumi dəyəri 126 mana: olan 70 ədəd “Magna”, hər birinin qiyməti 1,80 manat, ümumi dəyəri 72 manat olan 40 ədəd “Viceroy", hər birinin qiyməti 1,70 manat, ümumi dəyəri 85 manat olan 50 ədəd “Argo’’, hər birinin qiyməti 2,20 manat, ümumi dəyəri 231 manat olan 105 ədəd “Vant”, hər birinin qiyməti 1,90 manat, ümumi dəyəri 57 manat olan 30 ədəd “Veqas", hər birinin qiyməti 1,70 manat, ümumi dəyəri ' 19 manat olan 70 ədəd “Kingston" markalı siqaretləri və Zərərçəkmiş şəxs13 anası X2 məxsus olan 18 qram 583 əyyarlı 1080 manat dəyərində qızıl-zinyət əşyalarını gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13 2551 manat və Zərərçəkmiş şəxs14 1080 miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 fevral 2021-ci il il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 73 saylı binanın 56 saylı mənzilinin açarını binanın blokundakı həmin mənzilə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisindən götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub qonaq otağındakı divanın üzərindən 150 manat dəyərində “Honor 73", 250 manat dəyərində olan “Honor 8ХГ və 2250 manat dəyərində “Xiomi Ml A2” markalı mcbil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2650 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 fevral 2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs9 odlunun kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəs ev 70 saylı evin 4 saylı mənzilinin açarını həmin mənzilin giriş qapısının qarşısındakı ayaqaltının altından götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin qonaq otağında masanın üzərində olan 1000 manat dəyərində ‘'Acer'' markalı notbuk kompüteri gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 1000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 fevral 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs10 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 42 saylı binanın 32 saylı mənzilinin açarını binanın blokundakı həmin mənzilə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisindən götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub oradan 3500 manat dəyərində 01 ədəd brillyant qaşlı üzük-sırğa dəstini, 2000 manat dəyərində 01 ədəd brillyant qaşlarla olan qadın nişan üzüyünü, 1500 manat dəyərində 01 ədəd almaz və brillyant qaşlarla olan köhnə qızıldan qadın üzüyünü, 200 manat dəyərində 01 ədəd qırıq vəziyyətdə olan qolbaq, hər biri 40 manat dəyərində 02 ədəd gümüş qadın üzükləri, 50 manat dəyərində büjuteriyann və 100 manat nağd pul vəsaitinin gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs10 7430 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 fevral 2021-ci il tarixdə saat 14 radələrində Şahid10 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 ünvanındakı yaşayış binasının 14 saylı mənzilinin açarını binanın blokundakı həmin mənziə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisindən götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub mənzildəki divanın üzərindən 1000 manat dəyərində “HP” markalı notbuk kompüterini gizli olaraq talayıb zərərçəkmiş şəxs Şahid10 1000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talarra məqsədi 13 fevral 2021- ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs11 kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 20 saylı binanın 36 saylı mənzilinin açarını binanın blokundakı həmin mənzilə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisindən götürərək həmin açarla mənzilin qapısını açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağındakı dolabdan asılmış gödəkçənin cibindən 150 manat nağd pul vəsaiti və 100 manat dəyərində 01 ədəd gümüşdən üzük-sırğa dəstini, qonaq otağındakı masanın üzərindən 20 manat dəyərində ***-***-**-** nömrəsi ilə istifadə etdiyi 50 manat dəyərində "Samsung GT” markalı mobil telefonu, hər oiri 6 manat qiymətincə, ümumi dəyəri 30 manat olan orta məktəb dərsliklərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 350 manat miqdarında dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 73, mənzil 60-da kirayədə yaşayanadək, Xətai rayonu, “Xəzər” yaşayış sahəsində xalası Tünzalə Balaşovanın mənzilində yaşamışdır. Xalasının evində yaşayan vaxtlar mənzilin artıq açarı olmadığı üçün xalası öz açarını mənzilə aid blokdakı su sayğacınnın qutusunun içərisində saxlamışdır. Başqa şəxslərində belə etdiklərini düşünərək, bu yolla mənzillərdən oğurluq etmək qərarına gəlmişdir. 19.05.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı binanın blokuna girib su sayğacları üçün quraşdırılmış qutuları yoxlayan zaman qutuların birində bir neçə açar tapmış, açarların 38-ci mənzilə aid olduğuna əmin olduqdan sonra həmin açarlarla mənzilin qapılarını açıb içəri daxil olmuş və mənzilin qonaq otağındakı dolabın yuxarı gözündən 01 ədəd boyunbağı, sırqa dəsti və bir üzük götürmüş, qonaq otağında nisbətən kiçik dolabın gözündən 01 ədəd qolbağ və 01 dəst üzük götürüb mənzili tərk etmiş və mənzildən çıxan zaman mənzilin qapısını açarla bağlayıb yenidən su sayğacının qutusuna qoymuş və həmin qızıl-zinət əşyalarını tanımadığı şəxslərə satıb pulunu xərcləmişdir. 2020-ci ilin yay aylarında daimi yaşadığı Lənkəran rayonu, Nərimanabaq qəsəbəsində olarkən bir dəfə 17.07.2020-ci il tarixdə səhər saatlarında qəsəbədə yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs6 məxsus “Patron” kafesinin yanından keçən zaman kafenin pandemiya ilə bağlı işləmədiyini, kənar şəxslərin onu görməycəklərinə arxayın olub kafeyə girmək qərarına gəlmiş və kafenin plastikdən olan pəncərəsini çıxarıb daxil olduqdan sonra kafedə qiymətli bir əşya tapmayıb mətbəxə keçmiş, dondurma soyuducusunun mühərrikini hadisə yerindən təsadüfən tapdığı dəmir alətlə, sonra kafenin ümumi zalında olan pivə süzən aparatın mühərrikini, vitrin soyuducularının iki ədəd mühərrikini yerindən çıxarmış və mühərriklərə qoşulu mis materialdan olan boruları da söküb götürmüşdür. Sonra nətbəxdəki soyuducudan bir neçə koka-kola və “Xırdalan pivəsi” götürərək onları kafedən tapdığı iri bir kisəyə doldurub kafeyə daxil olduğu yerdən çıxıb getmişdir. Həmin gün kafedən oğurladığı soyuducu mühərriklərini və mis materialdan olan boruları tanımadığı metal qəbulu ilə məşğul olan şəxsə 40 manata, içkiləri isə 5 manata sataraq pulunu xərcləmişdir. 22.10.2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında, sonradan ünvanı bildiyi Q.Qarayev prospekti 59 ünvanda yerləşən “siqaret və sərin sular” satıldığı köşkün yanından keçən zaman kənar şəxslərin onu görməycəklərinə əmin olub həmin köşkə girmək qərarına gəlmiş və həmin gün saat 02 radələrində köşkün arxa hissəsinə keçib üzərində gəzdirdiyi kəlbətinlə köşkün elektrik naqillərini kəsmiş, sonra köşkün plastikdən olan qapısını üzərində olan vintaçanla sındıraraq köşkə daxil olmuş və oradan 5 blok “ARQO” və 5 blok “BAKİ" markalı siqaretləri götürüb torbaya yığaraq köşkü tərk etmişdir. 28.10.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizam rayonu, Ə.Hacıyev küçəsində həyət evlərinin yanından keçərkən qapılardan birinin açıq olduğunu görüb həyətə daxil olmuş, orada ensiz həyətdəki yanaşı tikilmiş kiçik ölçülü otaqlardan birinin qapısının plastik materialdan və üst tərəfindən nəfəslik olduğunu görmüş və əli ilə nəfəsliyə vuran zaman nəfəslik içəri düşmüş, nəfəsliyin yerindən otağa daxil olub otaqda olan qol saatını, drel aparatını və çarpayının altından 250 manat nağd pulu taparaq götürmüş, bundar sonra həmin nəfəslikdən çıxaraq həyəti tərk etmiş və növbəti gün oğurladığı dreli “Sabunçu bazarı" deyilən yerdə 15 manata satmış, saatı isə qoluna taxmış, 250 manat pulu isə xərcləmişdir. 16.11.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 37 saylı binanın blokuna girib su sayğacları üçün quraşdırılmış qutuları yoxlayan zaman qutuların birində açar tapmış, açarların 87-ci mənzilə aid olduğuna əmin olduqdan sonra həmin açarla mənzilin qapısını açıb gizlin içəri daxil olmuş və mənzilin qonaq otağında olan dolabın yuxarı gözündəki qutudan 01 ədəd 200 manatlıq, 01 ədəd 100 manatlıq və 03 ədəd 100 ABŞ dolları əskinazları götürüb mənzilndən çıxmış və mənzilin qapısını bağlayıb açarı həmin su sayğacının qutusuna qoymuş və oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 10.01.2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 9 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının aşağı mərtəbəsində yarı-zirzəmidə yerləşən “siqaret və sərin sular” satıldığı köşkün yanından keçən zaman kənar şəxslərin onu görməyəcəklərinə əmin olub gizlin həmin köşkə girmək qərarına gəlmiş və ehtiyat üçün əvvəl obyektin yuxarısında quraşdırılmış müşahidə kamerasının istiqamətini dəyişmiş, pilləkənlə yarı zirzəmiyə düşüb köşkün qapısını üzərində olan vintaçanla sındıraraq köşkə daxil olmuş, köşkdə müşahidə kamerasının olduğunu görüb ehtiyat üçün onun istiqamətini dəyişmiş, sonra köşkdən “Vinston", ‘'Sobranye”, “Yava" və başqa xatırlamdığı siqaretlərlə dolu qutuları, müxtəlif növ şirniyyat, saqqız və energetik içkiləri üzərində olan torbaya yığaraq köşkü tərk etmiş, səhər gün oğurladığı siqareti və ərzaqları “Sabunçu bazarı" deyilən yerdə 120 manata satıb pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. 28.01.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 70 saylı binanın blokuna girib su sayğacları üçün quraşdırılmış qutuları yoxlayan zaman qutuların birində açar tapmış, açarların 36-ci mənzilə aid olduğuna əmin olduqdan sonra həmin açarla mənzilin qapısını açıb gizlin içəri daxil olmuş və bir otaqlı mənzildəki paltar dolabında asılmış çəhrayı rəngli qadın paltosunun sağ yan cibindən 02 ədəd üzük, 01 ədəd “Samsung" markalı planşeti götürüb mənzili tərk etmiş və səhəri gün oğurladığı “Samsung” markalı planşeti Nizami rayonu, “Neftçilər" dairəsi deyilən yerdə telefon mağazalarından birinə əmisi X4 şəxsiyyət vəsiqəsi ilə 20 manata satmışdır. 02 ədəd üzükləri isə 8-ci kilometr bazarında tanımadığ şəxsə 80 manata satıb əldə etdiyi pulları şəxsi ehtiyacına xərcləmişdir. 31.01.2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 ünvandakı binanın 1ci mərtəbəsində yerləşən “Al market" mağazasının yanından keçən zaman pəncərəsinin plastik materialdan olduğunu görüb həmin mağazaya girmək qərarına gəlmiş və üzərində olan vintaçanla plastik materialdan olan pəncərəni açaraq mağazaya daxi olmuş və mağazadakı vitrinlərdən 10 manatlıq 4 ədəd araq, 25 manatlıq 01 ədəd ütü və 20 manatlıq 01 ədəd fen götürüb mağazaya daxil olduğu yerdən çıxaraq, oğurladığı malları "Sabunçu bazarı" deyilən yerdə tanımadığı şəxslərə 83 manata satmış və əldə etdiyi pulu şxsi ehtiyaclarına xərcləmişdir. 31.01.2021-ci il tarixdə saat 05 radələrində ünvan 4 ünvanda yerləşən üzərində “Mini market" yazılmış köşkün yanından keçən zaman pəncərəsinin plastik materialdan olduğunu görüb həmin köşkə girmək qərarına gəlmiş və üzərində olan vintaçanla plastik pəncərəni açaraq köşkə daxil olmuş, köşkdən hər birində 10 qutu olmaqla 20 blok müxtəlif markalı siqaretləri və 20-25 ədəd energetik içkiləri götürüb daxil olduğu yerdən çıxaraq, oğurladığı siqaretləri və içkiləri istifadə etmişdir. 01.02.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 73 saylı binanın blokundakı sayğacların qutularına baxan zaman onlardan birində açar olduğunu görüb həmin sayğacın 56 saylı mənzilə aid olduğunu müəyyən etmiş və açarla 56 saylı mənzilin qapısını açıb içəri daxil olmuş, qonaq otağındakı dolabın siyirməsini axtarmış, qiymətli bir şey tapa bilməmiş və divanın üzərində olan 5-6 ədəd mobil telefon aparatlarından işlək olan 02 ədəd "Honor" və 01 ədəd “Xiomi" markalı mobil telefonları götürüb mənzili tərk etmiş, növbəti gün həmin telefonları metronun "Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxslərə sənədsiz təklif edib “Honor" markalı telefonu və “Xiomi” markalı mobil telefonu bir yerdə 110 manata, iki gün sonra isə digər “Honor" markalı mobil telefonu metronun “Əhmədli" stansiyası yaxınlığında yerləşən telefon mağazasına xatırlamadığı qiymətə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 05.02.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 70 saylı binanın blokuna girib su sayğacları üçün quraşdırılmış qutuları yoxlayan zaman qutuların birində açar tapmış və açarın 4 saylı mənzilə aid olduğuna əmin olduqdan sonra həmin açarla mənzilin qapısını açıb gizlin içəri daxil olmuş və mənzildə olan “Acer" markalı notbuk kompüteri götürüb mənzilndən çıxmış və qapını bağlayıb açarı həmin su sayğacının qutusuna qoymuşdur. Tutulduqdan sonra həmin “Acer" markalı notbuk kompüteri polis əməkdaşlarına təqdim etmişdir. 09.02.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 42 saylı binann blokuna girib su sayğacları üçün quraşdırılmış qutuları yoxlayan zaman qutuların birində açar tapmış və açarın 32 saylı mənzilə aid olduğuna əmin olduqdan sonra həmin açarla mənzilin qapısını açıb içəri daxil olmuş və mənzildə güzgülü dolabın qarşısından 01 ədəd üzük-sırğa dəstini 02 ədəd qızıldan üzük və 01 ədəd büjüteriyaya oxşayan, qırıq vəziyyətdə olan qolbağı götürüb mənzilndən çıxmış və qapını bağlayıb açarı həmin su sayğacının qutusuna qoymuşdur. Oğurladığı qızıl-zinət əşylarını onunla bir yerdə kirayə yaşayan Rizvan adlı tanışına verib nənəsinin ona bağışladığını, maddi imkanı olmadığı üçün satmaq istədiyini və yalandan sənədinin olmadığını bəhanə edərək Rizvandan öz sənədi ilə həmin qızılzinət əşyalarını satmasını xahiş etmişdir. Rizvan həmin qızılları 900 manata satıb pulunu ona vermiş və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 10.02.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 saylı binanın blokuna girib su sayğacları üçün quraşdırılmış qutuları yoxlayan zaman qutuların birində açar tapmış və açarın 14 saylı mənzilə aid olduğuna əmin olduqdan sonra həmin açarla mənzilin qapısını açıb içəri daxil olmuş və mənzildə divanın üzərində olan “HP" markalı notbuk kompüteri götürüb mənzilndən çıxmış və qapını bağlayıb açarı həmin su sayğacının qutusuna qoymuş, tutulduqdan sonra həmin “HP” markalı notbuk kompüteri polis əməkdaşlarına təqdim etmişdir. 13.02.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 20 saylı binanın blokuna girib su sayğacları üçün quraşdırılmış qutuları yoxlayan zaman qutuların birində açar tapmış və açarın 36 saylı mənzilə aid olduğuna əmin olduqdan sonra həmin açarla mənzilin qapısını açıb içəri daxil olmuş və mənzilin yataq otağında olan paltar dolabından asılmış qadın gödəkçəsinin cibindən 70 manat pul, gümüş materialdan olan üzük-sırğa dəstini və qonaq otağındakı masanın üzərindən “Samsung" markalı telefonu götürüb mənzili tərk etmiş, tutulduqdan sonra həmin gümüş materialdan olan üzük-sırğa dəstini və “Samsung” markalı telefonu polis əməkdaşlarına təqdim etmiş və həmin əşyalardan başqa mənzildən hər hansı əşya o cümlədən orta məktəb dərslikləri götürməmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəməmiş, törətdiyi cinayət əməllərindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bak şəhəri, ünvan 5 ünvanında yaşayır. Hər gün səhər saatlarıda işə getdiyi üçün azyaşlı oğlu Sardin üçün təribiyəçi tutmuş, işə gedən zaman Sardini özü ilə tərbiyəçinin yanına aparmış və bəzən işdə yubananda tərbiyəçidən Sardini evə ötürməsini xahiş etmişdir. Ona görə də yaşadığı mənzilin giriş qapılarının ehtiyat açarlarını binanın blokundakı mənzilinə aid su sayğacının quraşdırıldığı qutunun içərisində gizlətmişdir. 19.05.2020-ci il tarixdə səhər işə gedən zaman həmişəki kimi, mənzilin giriş qapılarının ehtiyat açalarını blokdakı mənzilə aid su sayğacı quraşdırılmış qutunun içərinə qoyub getmiş və həmin gün saat 22 radələrində işdən çıxıb Sardini tərbiyəçidən götürərək evə gəlmişdir. Açarla mənzilin giriş qapısının birini açmiş, digərinin açıq olduğunu aşkar etmiş və mənzilə daxil olan zaman mənzilin otaqlarındakı əşyaların alt-üst edildiyini aşkar etmişdir. Mənziliə kənar şəxsin girdiyini yəqin edib hadisə barədə polisə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra mənzilə daxil olan zaman mənzilin qonaq otağındakı dolabın gözündə olan qutuda anası üçün hədiyyə aldığı 60 manat dəyərində 01 ədəd dairəvi klonla boyunbağının, 30 manat dəyərində 01 ədəd halqa şəkilndə olan sırğa dəsitinin, 80 manat dəyərində 01 ədəd tünd göy rənli uzun qaşlı üzüyün oğrlandığını aşkar etmişdir. Binanın blokundakı mənzilə aid su sayğacının quraşdırıldığı qutunun içərisinə baxanda orada gizlətdiyi açarların yerində olmadığını aşkar etmişdir. Növbəti gün qonaq otağında ikinci dolabın gözündə atasının ona yadigar verdiyi 500 manat dəyərində 01 ədəd qızıldan 5 qramlıq qolbağın və 600 manat dəyərində 01 ədəd dörkünc formalı bir cüt sırğanın da oğurlandığını müəyyən etmiş və oğurluq nəticəsində ona 1270 manat miqdarında maddi ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailəsi ilə yaşayır. 28.01.2021-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı uşaqları ilə qohum evinə qonaq getmiş, az sonra isə özü mənzilin yeganə açarını evdən çıxan zaman binanın blokunda olan mənzilə aid su sayğacı üçün quraşdırılmış qutunun içərisinə qoyaraq işə getmişdir. İşdən qayıdan zaman açarı həmin yerdən götürüb qapıya yaxınlaşan zaman mənzilin qapısının açıq olduğunu, mənzilə daxil olduqda isə mənzilin yeganə otağındakı dolabın qapısının açıq olduğunu, oradakı geyim əşyalarının yerdə olduğunu görmüşdür. Dolabda asılmış vəziyyətdə olan arvadına məxsus paltonun cibində saxladıqları 300 manat nağd pulun, 1140 manat dəyərində 01 ədəd qızıldan brilyant qaşlı və 500 manat dəyərində 01 ədəd qızıldan adi daşlı üzüklərin, mənzildə masanın üzərindən 60 manat dəyərində 01 ədəd “Samsung” markalı “Tab 3” modelli planşetin oğurlandığını aşkar etmiş və dərhal hadisə barədə polisə məlumat vermişdir. Oğurluq hadisəsi nətcəsində ona ümumlikdə 2000 manat miqdarında maddi ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, “Al market" MMC-də hüquqşünas vəzifəsində çalışır. 31.01.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs12 MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 ünvanında yerləşən dükana gecə saatlarında naməlum şəxs qanunsuz daxil olaraq müxtəlif növ ərzaq məhsulları, içkilər oğurlamış və nəticədə “Al market" MMC-yə 242,81 (iki yüz qırx iki nanat səksən bir qəpik) dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 10.01.2021-ci il tarixdən Bakı şəhəri, Nizami rayoru, Məhsəti 9/10 ünvanda yerləşən 7 kvadrat metrlik köşkü icarə götürüb ərzaq və tütün məhsullarının satışını həyata keçirmiş. Buna görədə köşkə 2410 manat dəyərində, o cümlədən 7 qutu hər biri 38 manat dəyərində “Sobranie", 9 qutu hər biri 35 manat dəyərində “Kent”, 8 qutu hər biri 34 manat dyərində “Vinston", 9 qutu hər biri 25 manat dəyərində “Davidov", 8 qutu hər biri 24 manat dəyərində “Vinçester”, 7 qutu hər biri 27 manat dəyərində “LD", 5 qutu hər birində 24 manat dəyərində '‘Rotmans’’, 6 qutu hər biri 24 manat dəyərində “PalMal’, 2 qutu hər biri 24 manat dəyərində “Vest”, 7 qutu hər biri 18 manat dəyərində “Maqna”, 4 qutu hər biri 18 manat dəyərində “Viceroy", 5 qutu hər biri 17 manat dəyərində “Argo”, 105 ədəd hər biri 2.20 manatdan “Vant", 3 qutu hər biri 19 manat dəyərində "Veqas" və 4 qutu hər biri 17 manat dəyərində “Kingston” markalı siqaretlər alaraq köşkə yığmışdır. 31.01.2021-ci il tarixə qədər dükanda təmizlik işləri aparmış və bununla əlaqədar işləməmişdir. Həmin gün saat 12 radələrində dükana gələn zaman dükanın plastik materialdan olan pəncərəsinin kənar şəxs tərəfindən açıldığını, orada olan siqaretlərin və anası X1 ona təmir etdirmək üçün verdiyi sonuncuya məxsus 1080 manat dəyərində 18 qram 583 əyyarlı qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə barədə dərhal polisə məlumat vermiş və oğurluq nəticəsində ona 2551 manat miqdarında ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 22.01.2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs13 təmir etdirmək üçün özünə məxsus hər biri 200 manat dəyərində 02 ədəd qızıldan 3 qramlıq bir cüt sırğa və 100 manat dəyərində 01 ədəd qızıldan 2 qramlıq bir cüt sırğa, hər biri 200 manat dəyərində 02 ədəd qızıldan 3 qramlıq üzük, 50 manat dəyərində 01 ədəd qıızıldan 1 qramlıq və 130 manat dəyərində 01 ədəd qızıldan 3 qramlıq klon vermişdir. 31.01.2021-ci il tarixdə Elsevərin işlədiyi ərzaq köşkündən oğurluq olmuş, həmin vaxt ona məxsus qızıllar da oğurlanmışdır. Oğurluq nəticəsində ona 1080 manat miqdarında ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 42 saylı binanın 32-ci mənzilində ailəsi ilə birlikdə yaşayır. Həmin mənzilin yeganə açarını üzərində gəzdirmişdir. 09.02.2021-ci il tarixdə həyat yoldaşı Vüsalə Hüseynova evdən çıxıb işə getmiş, saat 13 radələrində azyaşlı uşağını götürüb evdən çıxarkən, həyat yoldaşı evə gələndə açarı götürsün deyə, mənzilin qapısını bağlayıb açarı binanın blokundakı həmin mənzilə aid su sayğacının qutusunun içərisində gizlətmişdir. Həmin gün saat 15:30 radələrində həyat yoldaşı ona zəng edərək mənzilə gəldiyini, mənzilin qapısının açarının su sayğacının içərisindən götürdüyünü, mənzilə daxil olan zaman mənzili dağıdılmış vəziyyətdə aşkar etdiyini bildirmişdir. Dərhal evə gəlmiş, həqiqətən mənzildə olan əşyaların alt-üst edildiyini görmüş, mənzilin yataq otağındakı dolabın siyirməsindən 3500 manat dəyərində 01 ədəd brilyant qaşlı üzük-şırğa dəstinin, 2000 manat cəyərində 01 ədəd brilyant qaşlarla olan qadın nişan üzüyünün, 1500 manat dəyərində 01 ədəd almaz və brilyant qaşlarla olan köhnə qızıldan qadın üzüyünün 200 manat dəyərində 01 ədəd qırıq vəziyyətdə olan qolbağın, hər biri 40 manat dəyərində 02 ədəd gümüş qadın üzüklərinin, 100 manat nağd pulun və 50 manat dəyərində bijuteriyanın oğurlandığını aşkar etmişlər. Baş vermiş oğurluq nəticəsində onlara 7430 manat miqdarında ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 oğunun, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Şahid10 və Zərərçəkmiş şəxs11 oğunun ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev 35\1 ünvandakı ev ona məxsusdur, maddi ehtiyacı ilə əlaqədar həmin evi Fəxri və Sabir adlı şəxslərə kirayə vermişdir. Həmin evin cəmi iki açarı olmuş və onlardan birini Fəxriyə vermişdir. Lakin Fəxri həmin açarı itirdiyi üçün özündə olan açarı da Fəxriyə vermişdir. 28.10.2020-ci il tarixdə axşam saatlarında Fəxri ona telefonla zəng edib yaşadıqları mənzilə kənar şəxsin daxil olub evdən drel oğurladığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvandakı fərdi evdə tanışı Zərərçəkmiş şəxs1 ilə kirayədə yaşayırlar və tikintidə usta işləyirlər. Hər gün səhər saatlarında işə gedən zaman mənzilin qapısının qıfılını bağlayıb hərdən həmin açarı qapının yanındakı taxtanın üzərində saxlamışlar. 28.10.2020-ci il tarixdə səhər saatlarında Sabir ilə birlikdə işə gedərkən qapını bağlayıb açarı həmin yerə qoyub getmişlər. Həmin gün saat 19 radələrində Sabir ilə evə gələrkən evin qapısının qıfılının yerində olduğunu, lakin açarın yerində olmadığını aşkar etmişlər. Evə daxil olmaq üçün qıfılı üzərlərində olan iş alətləri ilə açıb evə daxil olmuşlar. Mənzildəki əşyalarının alt-üst olunduğunu aşkar etmişlər. Daha sonra qapının üst tərəfindəki nəfəsliyin otağın içərisində yerdə olduğunu, otaqda Sabirin çarpayı kimi istifadə etdiyi divanın üzərində saxladığı sonuncuya məxsus pul kisəsindən 250 manat pulun, otaqda dolabın siyirməsində saxladığı 200 manat dəyərində 01 ədəd markasını xatırlamadığı drel-prefaratorunun və 50 manat dəyərində 01 ədəd "Hublot" markalı qol saatının oğurlandığını aşkar edib dərhal polisə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahidlər- Şahid9, Zərərçəkmiş şəxs15, Şahid2, Şahid1, Şahid7, Şahid6, Şahid8 və Şahid5 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan Respublika Narkoloji Mərkəzinin 502 saylı 16.02.2021-ci il tarixli "narkoloji sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixot*op maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında" aktından görünür ki, 16.02.2021 -ci il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs “sidikdə OPİ (+) müsbət aşkar edilmişdir". İşdə olan məhkəmə trasoloji ekspertizasının 11.01.2021-ci il tarixli 3/2063 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizminin səthində, açar yuvalarının kənarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə silindrik mexanizmin ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Təqdim edilən qıfılın konstruksiyası onların kənar predmetlə (məs kilidaçan) iz qoymadan açılmasını istisna etmir. Tədqiqata təqdim edilmiş bir ədəd açarın səthində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr olmadığından həmin açarın original və yaxud surət olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İşdə olan “baxış və götürmə aparılması haqqında" 15.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd “HP" kompüteri, onun adapterini, 01 ədəd arxa korpusu zədəli vəziyyətdə olan “Samsung" markalı mobil telefonu, 01 ədəd qızılı rəngli metal materialından, üzərində qaşlar olan üzük, 01 ədəd qızılı rəngli metal materialından, xətvari sırqa dəsti, 01 ədəd qızılı rəngli metal materialından, zəncirlərlə, sonunda beşkünc ulduz olan sırqa dəsti, 01 ədəd qızılı rəngli metal materialından, şarlı sırqa dəsti, 01 ədəd qızılı rəngli metal materialından, halqalı sırqa dəsti, 01 ədəd qızılı rəngli metal materialından, beşkünc ulduzlarla olan sırqa dəsti, 01 ədəd qızılı rəngli metal materialından, xətvari, sonunda qar rəngli bəzək olan sırqanın bir tayı, 01 ədəd gümüşü rəngli metal materialından, iri damcı formada sırqanın bir tayı, 01 ədəd gümüşü rəngli metal materialından, bəzəkli üzük, 01 ədəd gümüşü rəngli metal materialından, zəncirə bənzər üzük, 01 ədəd gümüşü rəngli metal materialından, halqavari sırqanın tayına keçirilmiş 02 ədəd halqalar, 01 ədəd gümüşü rəngli metal materialından, bir-birlərinə keçirilmiş 02 ədəd halqalar və 01 ədəd gümüşü rəngli metal materialından, sırqanın qulağa bərkidilməsi üçün nəzərdə tutulan kiçik ölçülü vasitəni və 10 qutu “ARGO” siqaretini təqdim edərək həmin əşyaları müxtəlif vaxtlarda ayrı-ayrı mənzillərdən oğurladığını bildirmiş və həmin əşyalar sübut əhəmiyyəti daşıdığı üçün götürtmüşdür. İşdə olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşanslıq ekspertizasının 10.03.2021-ci il tarixli 6/840-9/1063 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş: 1) 4,69 qram kütləli üzük 925 əyarlı gümüşdən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 1) 3,81 qram kütləli sırqa tayı dəmir, kalsium, natrium və sair əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, təqdim edilmiş məmulatların orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 4,69 qram kütləli üzük-19,0 manat; 2) 3,81 qram kütləli sırqa tayı 1,0 manat; 3) 01 ədəd istifadədə olmuş, arxa korpusu zədəli vəziyyətdə olan Samsung markalı GT-İ 9001 modelli mobil telefon -20,0 manat.” İşdə olan “əşyanın tanınmaya təqdim edilməsi barədə” 10.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 təqdim edilmiş 4,69 qram kütləli üzük, 3.81 qram kütləli sırqa tayı və 01 ədəd istifadə də olmuş, arxa korpusu zədəli vəziyyətdə olan Samsung markalı GT-İ9001 modelli mobil telefonu tanımaqla mənzilindən oğurlanmış əmlaklar olduğunu bildirmişdir. İşdə olan məhkəmə-əmtəəşanslıq ekspertizasının 17.03.2021-ci il tarixli 9/1065 saylı rəyindən görünür ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı olan, “HP” markalı, “Pavilion dv6” model, ağ rəngli, “İntel Core İ3”, 4GB Ram xüsusiyyətli, cərəyan qidalandırıcısı ilə birlikdə notebookun istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən 180,00 manat müəyyən edilmişdir”. İşdə olan əşyanın tanınmaya təqdim edilməsi barədə” 17.03.2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Şahid10 ona təqdim edilmiş “HP” markalı notbuk kompüteri tanımaqla mənzilindən oğurlanmış əmlak olmasını bildirmiş, lakin həmin notbukun istifadə üçün yararsız vəziyyətə salındığını səbəb kimi göstərərək protokolu imzalamaqdan və onu qəbul etməkdən imtina etmişdir. “HP” markalı notbuk kompüteri maddi sübut kimi tanınaraq saxlanması üçün Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İşdə olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşanslıq ekspertizasının 18.03.2021-ci il tarixli 6/887-9/1215 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş : 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “14K” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,69 qramdır, qaşları qiymətli qaşlara aid deyil-144,0 manat, 01 ədəd sarı rəngli metaldan, halqa formalı, içərisində “Cartier" yazısı olan sırğa cütü - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 11,22 qramdır - 10 manat, 01 ədəd gümüşü rəngli metaldan, zəncir formalı sırğa cütü-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 4,23 qramdır - 05 manat, 01 ədəd gümüşü rəngli metaldan, üzərində kürə formalı elementi olan sırğa cütü-metalı qiyməlsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 4,86 qramdır - 06 manat, 02 cüt gümüşü rəngli metaldan məmulat hissəsi - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 4,65 qramdır, qırıntı hesab olunur - 01 manat, 04 ədəd gümüşü rəngli metaldan (1 ədədi sarı), müxtəlif formalı sırğa tayı - metalı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 13,04 qramdır, qırıntı hesab olunur - 02 manat, 01 ədəd gümüşü rəngli metaldan, 2 ədəd halqa formalı elementi olan məmulat hissəsi - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,61 qramdır, qırıntı hesab olunur - qiymətləndirilmir və 02 ədəd gümüşü rəngli metaldan üzük-üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,28 qramdır - 21 manat müəyyən olunmuşdur. İşdə olan əşyanın tanınmaya təqdim edilməsi barədə” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 ona təqdim edilmiş büjiteriya məhsulları olan 01 ədəd halqa formalı, 01 ədəd zəncir formalı sırğa cütü, 01 ədəd gümüşü rəngli metaldan kürə formalı elementi olan sırğa cütü, 02 cüt gümüşü rəngli metaldan məmulat hissəsi, 04 ədəd gümüşü rəngli metaldan (1 ədədi sarı), müxtəlif formalı sırğa tayı, 01 ədəd gümüşü rəngli metaldan, 2 ədəd halqa fornalı elementi olan məmulat hissəsi və 02 ədəd gümüşü rəngli metaldan üzükləri tanımada mənzilindən oğurlanmış əmlaklar olmasını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs10 mənzilindən oğurlanmış qiymətli əşyaların ona qaytarılmadığını əsas gətirərək büjiteriya məhsullarını qəbul etməkdən imtina etmişdir. Odur ki, həmin büjiteriya məhsulları maddi sübut kimi tanınaraq saxlanması üçün Nizami RPİ-nirı maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İşdə olan məhkəmə-əmtəəşanslıq ekspertizasının 18.03.2021–ci tarixli 9/1187 saylı rəyindən görünür ki “Aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcədə köhnə işlənmiş vəziyyətdə kompüter avadanlıqlarının və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş tədqiqat otyektlərinin hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin əvvəllərinə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd üzərində istifadədə olmuş “Acer” markalı veb kameralı noutbuk 120,00 manat; bir ədəd xarici görünüşünə görə əvvəllər istifadədə olmuş notbuk kompüteri üçün nəzərdə tutulan adapter 5,00 manat; bir ədəd istismarda olmuş, lakin hazırda təyinatı üzrə istismar üçün yararlı olan smartfon tipli «Honor» markalı JSN- L21 modelli mobil telefon aparatı 300,00 manat; bir ədəd istismarda olmuş, lakin hazırda təyinatı üzrə istismar üçün yararlı olan smartfon tipli «X12 3 Neo» markalı SM-N7505 modelli mobil telefon aparatı 80,00 manat.” İşdə olan əşyanın tanınmaya təqdim edilməsi barədə” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 ona təqdim edilmiş “Aser’: markalı notbuk kompüterini tanımaqla mənzilindən oğurlanmış əmlak olmasını bildirmişdir. 01.04.2021-ci il tarixdə bir ədəd üzərində istifadədə olmuş “Acer” markalı veb kameralı noutbuk və bir ədəd xarici görünüşünə görə əvvəllər istifadədə olmuş notbuk kompüteri üçün nəzərdə tutulan adapter maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 qəbzlə təhvil' verilmişdir. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 19.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus, oğurluq hadisəsinin baş verdiyi ünvan ünvan 11 olan “hadisə yerinə baxış keçirilməsi barədə" 18.07.2020-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Məlikov X3 məxsus “Patron” restoranıdır. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 22.10.2020-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus ticarət köşküdür. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 28.10.2020-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev 35/1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 krayə yaşadığı fərdi həyət evidir. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 17.11.2020-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Zərərçəkmiş şəxs4 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 37 saylı binanın 87 saylı mənzildir. İşdə olan “hadisə yerinə baxış keçirilməs barədə” 10.01.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 icarə götürüb işlətdiyi ticarət köşküdür. İşdə olan "hadisə yerinə baxış keçirilməsi barədə” 29.01.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Zərərçəkmiş şəxs8 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 70 saylı evin 36 saylı mənzildir. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 31.01.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 saylı ünvanında yerləşən Zərərçəkmiş şəxs12 MMC-yə məxsus ərzaq mağazasıdır. İşdə olan “hadisə ye'inə baxış keçirilməsi barədə” 31.01.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 9/10 ünvanında yerləşən Zərərçəkmiş şəxs13 icarə götürüb işlətdiyi ticarət köşküdür. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 06.02.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsnin baş verdiyi ünvan Zərərçəkmiş şəxs5 məxsus ünvan 18ylı evin 56 saylı mənzildir. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 05.02.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ürvan Zərərçəkmiş şəxs9 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 70 saylı evin 4 saylı mənzildir. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə" 10.02.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Zərərçəkmiş şəxs10 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 42 saylı evin 32 saylı mənzilidr. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 10.02.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Zərərçəkmiş şəxs11 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 20 saylı evin 36 saylı mənzilidir. İşdə olan “hadisə yerinə baxış keçirilməsi barədə” 13.02.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Şahid10 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 saylı evin 14 saylı mənzildir. İdə olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.01.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 74 ünvanında yerləşən “Violet Telekom” mobil telefonların alqı-satqısı maqazasına oğurladığı “Samsung Tab-3” markalı planşeti, 04.02.2021-ci il tarixdə isə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçsəi 131D ünvanında yerləşən mobil telefonların alqısatqısı maqazasına oğurladığı “Samsung" və “Honor” markalı mobil telefonları satmışdır. İşdə olan “baxış və götürmə barədə” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Lüx” lombartda işləyən Şahid5 üzərində əlyazmalar olan Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək həmin sənədlə sonuncudan “Acer” markalı notbuk kompüteri girov götürmüşdür. Üzərində əlyazmalar olan Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surəti iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün götürülmüş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan “baxış və götürmə” haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən lombartda işləyən Şahid6 üzərində əlyazmalar olan Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək həmin sənədlə sonuncudan 02 ədəd qızıldan üzük ve 01 cüt sırqanı aldığını bildirmişdir. Üzərində əlyazmalar olan Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surəti iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün götürülmüş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan “baxış və götürmə barədə” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Violet Telekom” mağazasında satıcı işləyən Şahid7 üzərində əlyazmalar olan X6 məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək həmin sənədlə sonuncudan “Samsung” markalı Tab-3 planşeti aldığını bildirmişdir. Üzərində əlyazmalar olan X6 məxsus şəxsiyyet vəsiqəsinin surəti iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün götürülmüş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan “baxış və götürmə barədə" protokoldan götrünür ki, Xətai rayonu, M.Hadi küçsəi 131D ünvanında, metronun “Əhmədli” stansiyası yaxınlığında mobil telefonaların alqı-satıqsı mağazasında satıcı işləyən Şahid8 üzərində əlyazmalar olan Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək həmin sənədlə sonuncudan “Honor-8X” markalı mobil telefonu aldığını bildirmişdir. Üzərində əlyazmalar olan Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surəti iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün götürülmüş və naddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan “baxış və götürmə keçirilməsi haqqında" protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q Qarayev prospekti 47 əaylı ünvanda yerləşən "AL” marketdə oğurluq hadisəsini əks etdirən CD-də olan görüntülər sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 saylı ünvanda yerləşən “AL” marketdə oğurluq hadisəsini əks etdiriən götüntüyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin onun olduğunu bildirmişdir. Qeyd edilən CD iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan DİN-nin KTİ-nin 01.08.2020-ci il tarixli 011-7670-1221 saylı məktubundan görünür ki, 17.07.2020-ci il tarixdən 18.07.2020-ci il tarixədək Lənkəran rayonu, Nərimanabad-1 qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus "Patron” adlı restoranda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Tədqiqata təqdim edilmiş əl izləri KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 08 ədədinin (Lənkəran ŞRPŞ-dən ADİS məlumat bankına daxil olan) xx.xx.1999-cu ildə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu (04 dəfə), şəhadət, adsız və çeçələ (02 dəfə) barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir." İşdə olan məhkəmə-trasoloji ekspertizasının 01.04.2021-ci il tarixli 3/561 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 şaylı daktilolentin şərhindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır, həmin izlər əlin barmaqlarının və ovucun toxunması nəticəsində yaranmışdır. İş üzrə tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki ovuc izi, 5 saylı daktilolentin səthindəki əlbarmaq izi yayıldığına, tam və aydın əks ounmadığına görə, hatelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi və 3 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol əlinin böyük, şəhadət barmaqlarından, həmçinin sol ovucunun hipotenar hissəsindən qalmışdır. İşdə olan DİN-nin KTİ-nin 03.02.2021-ci il tarixli 011-1024-1221 saylı məktubundan görünür ki, 31.01.2021-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 ünvanında yerləşən vet. Şahid9 işlətdiyi “Al” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zarnanı götürülmüş əl-barmaq izlərdən 08 ədədinin (Lənkəran ŞRPŞ-dən ADİS məlumat bankına daxil olan) xx.xx.1999-cu ildə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu (04 dəfə), şəhadət, adsız və çeçelə (02 dəfə) barmaqları ilə eynilik müəyyən edilmişdir. İşdə olan məhkəmə-trasoloji ekspertizasının 30.03.2021-ci il larixli 3/515 saylı rəyindən görünür ki,1 №li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki "a” ovuc izi və 2 saylı daktilolentin səthindəki ovuc izi, 2 №li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi və “b” ovuc izi, 3 saylı daktilolentin səthindəki “a" əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 6,7 və 8 saylı daldilolentlərin səthlərindəki ovuc izləri müqayisəli tədqiqat üçün yararlıdır. 1 №-li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki Ba° ovuc izi və 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucunun hipotenar hissəsindən, 2 №li zərfdə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi və 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta, şəhadət, çeçelə, adsız barmaqlarından, 2 saylı daktilolentin səthindəki “b" ovuc izi, 6, 7 və 8 saylı daktilolentlərin səthindəki ovuc izləri isə Təqsirləndirilən şəxs sol ovucunun hipotenar hissəsindən qalmışdır. İşdə olan sənədlərdən görünür ki, 15.02.2021-ci tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.02.2021-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İşdə olan 10.04.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı əldə edilmiş “X12 3 Neo” markalı mobil telefon aparatının və 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan 585 əyyarlı qızıla uyğun, çəkisi 1,69 qram üzüyün mənbəyi müəyyən edilməsi üçün cinayət işinin materiallarından material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə belə qənaətə gələrkən, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının izahını da nəzər alır. Berə ki, Plenumun qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edlməsini və törətdiyi cinayət əməllərindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır və cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona törətdiyi cinayət əməllərini nəzərdə tutan maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Belə ki, Cinayət Qanunvericiliyinin müddəalarına görə, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin oluna cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi perevensiya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübutlar – Bakı şəhər Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan büjiteriyalar Zərərçəkmiş şəxs10 qaytarılmalı, 01 ədəd “HP” markalı notbuk kompüteri zərərçəkmiş şəxs Şahid10, 01 ədəd “Acer” notbuk kompüteri Zərərçəkmiş şəxs9, 4,69 qram kütləli üzük, 3,81 qram kütləli sırğa tayı və 01 ədəd istifadədə olmuş, arxa korpusu zədəli vəziyyətdə olan “Samsung” markalı GT-İ9001 modelli mobil telefon Zərərçəkmiş şəxs11 və 10 qutu “AGRO” siqareti Zərərçəkmiş şəxs13 qaytarılmış hesab edilməli, Zərərçəkmiş şəxs12 mağazasının kamera görüntüsü yazılmış 01 ədəd «CD» disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri ekpertiza tədqiqatlarının dəyəri – 669,50 (altı yüz altmış doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 150 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı, cəmi 200 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 1200 (min iki yüz) manat (200x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Bakı şəhər Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan büjiteriyalar Zərərçəkmiş şəxs10 qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd “HP” markalı notbuk kompüteri zərərçəkmiş şəxs Şahid10, 01 ədəd “Acer” notbuk kompüteri Zərərçəkmiş şəxs9, 4,69 qram kütləli üzük, 3,81 qram kütləli sırğa tayı və 01 ədəd istifadədə olmuş, arxa korpusu zədəli vəziyyətdə olan “Samsung” markalı GT-İ9001 modelli mobil telefon Zərərçəkmiş şəxs11 və 10 qutu “AGRO” siqareti Zərərçəkmiş şəxs13 qaytarılmış hesab edilsin. İş üzrə Zərərçəkmiş şəxs12 mağazasının kamera görüntüsü yazılmış 01 ədəd «CD» disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri ekpertiza tədqiqatlarının dəyəri – 669,50 (altı yüz altmış doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 200 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 1200 (min iki yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-214/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-214/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver