Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-215/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Qulamhüseyn oğlunun və Müdafiəçi2, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs3 iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.2002-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 33, mənzil 49 ünvanında yaşayan, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Maklerlər bağı” adlanan parkda Zərərçəkmiş şəxs2 sərxoş halda olduğunu görüb onu yaşadığı ünvana qədər izləyərək ünvan 5 nömrəli evin dördüncü girişində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün binanın qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 qarşısını kəsərək sinə nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs2 həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əynində olan paltonun ciblərindəki ümumilikdə 2300 (iki min üç yüz) manat nağd pul vəsaitini götürüb açıq talayaraq əldə etdikləri vəsaiti öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 2300 (iki min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs1 sərxoş halda olduğunu görüb onu yaşadığı ünvana qədər izləyərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 nömrəli evin doqquzuncu girişinin üçüncü mərtəbəsinə qalxan liftin içərisində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 əllərini tutaraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə dəfə vurub fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona sol bazunun ön və bayır səthlərinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirmiş, o isə Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sol iç cibindən sonuncuya məxsus içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 1235 (bir min iki yüz otuz beş) manat 90 (doxsan) qəpik təşkil edən 727 (yeddi yüz iyirmi yeddi) ABŞ dolları, 520 (beş yüz iyirmi) manat 60 (altmış) qəpik nağd pulu, 200 (iki yüz) manat dəyərində olan 3,51 qram çəkili, 585 əyarlı, 8 ədəd eyni ölçülü ağ şəffaf brilyant qaşlı kustar üsulla hazırlanmış qızıl üzüyü, içərisində 20 (iyirmi) manat olan “Azərtürk bank” kartı, 2 (iki) manat dəyərində metro kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan 50 (əlli) manat dəyərində pul qabını açıq talayaraq öz aralarında bölüb Zərərçəkmiş şəxs1 cəmi 2028 (iki min iyirmi səkkiz) manat 50 (əlli) qəpik miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Maklerlər bağı” adlanan parkda Zərərçəkmiş şəxs2 sərxoş halda olduğunu görüb onu yaşadığı ünvana qədər izləyərək ünvan 5 nömrəli evin dördüncü girişində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün binanın qarşısında dayanmış, o isə Zərərçəkmiş şəxs2 qarşısını kəsərək sinə nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs2 həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əynində olan paltonun ciblərindəki ümumilikdə 2300 (iki min üç yüz) manat nağd pul vəsaitini götürüb açıq talayaraq əldə etdikləri vəsaiti öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 2300 (iki min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs1 sərxoş halda olduğunu görüb onu yaşadığı ünvana qədər izləyərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 nömrəli evin doqquzuncu girişinin üçüncü mərtəbəsinə qalxan liftin içərisində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 əllərini tutaraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə dəfə vurub fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona sol bazunun ön və bayır səthlərinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sol iç cibindən sonuncuya məxsus içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 1235 (bir min iki yüz otuz beş) manat 90 (doxsan) qəpik təşkil edən 727 (yeddi yüz iyirmi yeddi) ABŞ dolları, 520 (beş yüz iyirmi) manat 60 (altmış) qəpik nağd pulu, 200 (iki yüz) manat dəyərində olan 3,51 qram çəkili, 585 əyarlı, 8 ədəd eyni ölçülü ağ şəffaf brilyant qaşlı kustar üsulla hazırlanmış qızıl üzüyü, içərisində 20 (iyirmi) manat olan “Azərtürk bank” kartı, 2 (iki) manat dəyərində metro kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan 50 (əlli) manat dəyərində pul qabını açıq talayaraq öz aralarında bölüb Zərərçəkmiş şəxs1 cəmi 2028 (iki min iyirmi səkkiz) manat 50 (əlli) qəpik miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə yetkinlik yaşına çatmadığı dövrdə, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs1 sərxoş halda olduğunu görüb onu yaşadığı ünvana qədər izləyərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 nömrəli evin doqquzuncu girişinin üçüncü mərtəbəsinə qalxan liftin içərisində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əllərini tutaraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən bir neçə dəfə vurub fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona sol bazunun ön və bayır səthlərinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sol iç cibindən sonuncuya məxsus içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 1235 (bir min iki yüz otuz beş) manat 90 (doxsan) qəpik təşkil edən 727 (yeddi yüz iyirmi yeddi) ABŞ dolları, 520 (beş yüz iyirmi) manat 60 (altmış) qəpik nağd pulu, 200 (iki yüz) manat dəyərində olan 3,51 qram çəkili, 585 əyarlı, 8 ədəd eyni ölçülü ağ şəffaf brilyant qaşlı kustar üsulla hazırlanmış qızıl üzüyü, içərisində 20 (iyirmi) manat olan “Azərtürk bank” kartı, 2 (iki) manat dəyərində metro kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan 50 (əlli) manat dəyərində pul qabını açıq talayaraq öz aralarında bölüb Zərərçəkmiş şəxs1 cəmi 2028 (iki min iyirmi səkkiz) manat 50 (əlli) qəpik miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində Nizami rayonu ərazisində yerləşən “Maklerlər bağı” kimi tanınan ərazidə tanışı Talehlə görüşmüşdür. Talehlə görüşüb parkda bir qədər o tərəf, bu tərəfə gəzişdikdən sonra orada olan maklerlərin yanında kənardan hərəkətləri ilə sərxoş şəxs kimi sezilən bir nəfər şəxsin əynində olan paltosunun sağ və sol ciblərindən pul çıxararaq bir neçə dəfə saydığını görmüşlər. Aralarında razılığa gələrək həmin şəxsin arxasınca gedib pullarını ələ keçirməyi qərara almışlar. Təxminən saat 20 radələrində həmin şəxs parkdan çıxaraq 81 nömrəli xətt üzrə hərəkətdə olan avtobusa minmiş, onlar da həmin şəxsin arxasınca avtobusa minmişlər. Avtobus “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində hərəkət edərkən həmin şəxs orada yerləşən parkın yaxınlığındakı dayanacaqda avtobusdan düşmüşdür. Hava qaranlıq olduğundan onlar ikisi də həmin şəxsin arxasınca hərəkət etmişlər və yaşadığı binaya yaxınlaşmasını görüb əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən o, binanın kənarında dayanıb Talehi gözləmiş, Taleh həmin şəxsin arxasınca B.Nuriyev küçəsi, 2 saylı binanın girişinə daxil olmuş və biriki dəqiqədən sonra Taleh oradan çıxaraq ona tərəf gəlmiş və onlar birlikdə həmin ünvandan uzaqlaşmışlar. Oradan bir qədər kənarlaşdıqdan sonra Taleh ələ keçirdiyi pulları çıxarmış və onlar pulları sayaraq ümumilikdə 2300 manat olduğunu müəyyən etmişlər. Həmin pulu aralarında bölmüşlər, və o, 1150 manat pulu götürərək yaşadığı ünvana getmiş, Taleh də öz yaşadığı ünvana getmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısında tanışı Taleh və Hüseynlə görüşüb söhbət edən zaman yanlarında iki nəfər içkili şəxs dayanıb bir-biriləri ilə söhbət etmişlər. Həmin vaxt Taleh və Hüseyn siqaret çəkmək istəmişlər, lakin üzərlərində siqaret olmamışdır. Taleh onlara yaxın məsafədə dayanmış həmin sərxoş şəxslərdən birinə, sonradan adı ona Elnur kimi məlum olan şəxsə yaxınlaşıb ondan siqaret istəmişdir. Həmin şəxs siqareti olmadığını bildirib təhqiredici ifadələr ilə Talehi söymüş, həmin vaxt Taleh bir söz deməmiş. Taleh onlara yaxınlaşıb həmin şəxsin söydüyü söyüşlərlə bağlı onu güdərək kənar bir yerdə döyməyi təklif etmiş, onlar da razılaşmışlar. Elnur yanında olan sərxoş tanışından ayrılıb getməyə başlayarkən onlar da onun arxasınca hərəkət etməyə başlamışlar. Həmin şəxsin Q.Qarayev prospekti 47 ünvanının blokuna daxil olduğunu görüb həmin şəxsin dalınca dərhal bloka daxil olmuşlar. Həmin şəxs liftə daxil olduqda onlar üçü də həmin şəxsin arxasınca liftə daxil olmuşlar. Liftə daxil olarkən Taleh və Hüseyn Elnurun əllərindən tutmuşlar, o isə onun sifət, bədən nahiyələrindən yumruq və təpiklə vurmuş, sonra Taleh və Hüseyn də həmin şəxsi təpik və yumruqla vurmuşlar. Taleh həmin şəxsin üzərində pulunun olub-olmadığını axtarmış, həmin şəxs isə “məndən nə istəyirsiniz” deyərək əynində olan gödəkçənin sol iç cibindən pul qabını çıxararkən o, pul qabını həmin şəxsin əlindən almışdır. Həmin vaxt liftin qapısı açılmış, onlar üçü də liftdən çıxaraq aşağı mərtəbəyə qaçaraq düşməyə başlamışlar və binanın qarşısında olan pilləkənlər tərəfdən qaçaraq “Q.Qarayev” metrostansiyası tərəfə getmişlər. “Q.Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “ATS”in yanında dayanıb pul qabının içərisinə baxarkən içərisində 3 ədəd 20 dollarlıq əskinas, bir ədəd 5 dollarlıq əskinas, 2 ədəd bir dollarlıq əskinas, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslar, təxminən 60 qəpik pul, həmin qəpiklərin yanında 1 ədəd qızıl üzük, metro və bankomat kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi olduğunu görmüşlər. Pulları götürdükdən sonra pul qabını içində kartlar və şəxsiyyət vəsiqəsi ilə birlikdə yaxınlıqda olan ağacın altına atmışlar. Pulları isə öz aralarında tam olaraq bölmüşlər, ona 25 manat, 27 dollar və 1 qızıl üzük düşmüş, qalan hissəsini isə Taleh və Hüseynə vermişdir. Həmin yerdən yaxınlıqda olan marşrut avtobusları ilə öz yaşadıqları ünvana getmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Məhkəmədən himayəsində yaşlı anasının, azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Vüqarla Nizami rayonu ərazisində yerləşən “Maklerlər bağı” kimi tanınan ərazidə görüşmüşlər. Vüqarla görüşüb sonra parkda bir qədər o tərəf, bu tərəfə gəzişdikdən sonra orada olan maklerlərin yanında kənardan hərəkətləri ilə sərxoş şəxs kimi sezilən bir nəfər şəxsin əynində olan paltosunun sağ və sol ciblərindən pul çıxararaq bir neçə dəfə saydığını görmüşlər. Aralarında razılığa gələrək həmin şəxsin arxasınca gedib pullarını ələ keçirməyi qərara almışlar. Təxminən saat 20 radələrində həmin şəxs parkdan çıxaraq 81 nömrəli xətt üzrə hərəkətdə olan avtobusa minmiş, onlar da həmin şəxsin arxasınca avtobusa minmişlər. Avtobus “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində hərəkət edərkən orada yerləşən parkın yaxınlığındakı dayanacaqda həmin şəxs avtobusdan düşmüşdür. Hava qaranlıq olduğundan onlar ikisi də həmin şəxsin arxasınca hərəkət etmişlər və yaşadığı binaya yaxınlaşmasını görüb əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən Vüqar binanın kənarında dayanıb onu gözləmiş, o, isə həmin şəxsin arxasınca B.Nuriyev küçəsi, 2 saylı binanın girişinə daxil olmuşdur. Girişə daxil olduqda kənar şəxslərin olmadığını görüb yumruqla həmin şəxsin sinəsindən bir zərbə endirmiş və pulu paltosunun sol və sağ ciblərindən götürüb dərhal oradan çıxaraq Vüqara yaxınlaşmış və onlar birlikdə oradan uzaqlaşmışlar. Oradan bir qədər kənarlaşdıqdan sonra o, ələ keçirdiyi pulları çıxartmış və onlar pulları sayaraq ümumilikdə 2300 manat olduğunu müəyyən etmişlər. Həmin pulu aralarında bölmüşlər, və o, 1150 manat pulu götürərək yaşadığı ünvana getmiş, Vüqar da öz yaşadığı ünvana getmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısında tanışı Hüseyn və Vüqarla görüşüb söhbət edən zaman yanlarında iki nəfər içkili şəxs dayanıb bir-biriləri ilə söhbət etmişlər. Həmin vaxt o və Hüseyn siqaret çəkmək istəmişlər, lakin üzərlərində siqaret olmamışdır. O, onlara yaxın məsafədə dayanmış həmin sərxoş şəxslərdən birinə, sonradan adı ona Elnur kimi məlum olan şəxsə yaxınlaşıb ondan siqaret istəmişdir. Elnur siqareti olmadığını bildirib təhqiredici ifadələr ilə onu söymüş, o, həmin vaxt bir söz deməmişdir. Tanışlarına yaxınlaşıb həmin şəxsin söydüyü söyüşlərlə bağlı onu güdərək kənar bir yerdə döyməyi təklif etmiş, onlar da təklifi ilə razılaşmışlar. Elnur yanında olan sərxoş tanışından ayrılıb getməyə başlayarkən onlar da həmin şəxsin arxasınca hərəkət etmişlər. Həmin şəxsin Q.Qarayev prospekti 47 ünvanının blokuna daxil olduğunu görüb həmin şəxsin dalınca bloka daxil olmuşlar. Həmin şəxs liftə daxil olduqda onlar üçü də həmin şəxsin arxasınca liftə daxil olmuşlar. Liftə daxil olarkən Hüseyn və o, Elnurun əllərindən tutmuşlar, Vüqar isə onun sifət, bədən nahiyələrindən yumruq və təpiklə vurmuş, sonra Hüseyn və o da həmin şəxsi təpik və yumruqla vurmuşlar. O, həmin şəxsin üzərində pulunun olub-olmadığını axtarmış, həmin şəxs “məndən nə istəyirsiniz” deyərək əynində olan gödəkçənin sol iç cibindən pul qabını çıxararkən Vüqar pul qabını həmin şəxsin əlindən almışdır. Həmin vaxt liftin qapısı açılmış və onlar üçü də liftdən çıxaraq aşağı mərtəbəyə qaçaraq düşməyə başlamışlar və binanın qarşısında olan pilləkənlər tərəfdən qaçaraq “Q.Qarayev” metrostansiyası tərəfə getmişlər. “Q.Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “ATS”in yanından keçib bir qədər qarşıda dayanıb pul qabının içərisinə baxarkən içərisində 3 ədəd 20 dollarlıq əskinas, bir ədəd 5 dollarlıq əskinas, 2 ədəd bir dollarlıq əskinas, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslar, təxminən 60 qəpik pul, həmin qəpiklərin yanında 1 ədəd qızıl üzük, metro və bankomat kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi olduğunu görmüşlər. Onlar həmin pulları götürdükdən sonra pul qabını içində kartlar və şəxsiyyət vəsiqəsi ilə birlikdə yaxınlıqda olan ağacın altına atmışlar. Pulları öz aralarında tam olaraq bölmüşlər, ona 25 manat və 20 dollar pul düşmüş, qalan hissəsini isə Hüseyn və Vüqar götürmüşdür. Həmin yerdən yaxınlıqda olan marşrut avtobusları ilə öz yaşadıqları ünvana getmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısında tanışı Taleh və Vüqarla görüşüb söhbət edərkən yanlarında iki nəfər içkili şəxs dayanıb bir-biriləri ilə söhbət etmişlər. Həmin vaxt o və Taleh siqaret çəkmək istəmişlər, lakin üzərlərində siqaret olmamışdır. Taleh onlara yaxın məsafədə dayanmış həmin sərxoş şəxslərdən birinə, sonradan adı ona Elnur kimi məlum olan şəxsə yaxınlaşıb ondan siqaret istəmişdir. Elnur siqareti olmadığını bildirib təhqiredici ifadələr ilə Talehi söymüş, Taleh həmin vaxt bir söz deməmişdir. Taleh onlara yaxınlaşıb, həmin şəxsin söydüyü söyüşlərlə bağlı həmin şəxsi güdərək kənar bir yerdə döyməyi təklif etmiş, onlar da razılaşmışlar. Elnur yanında olan sərxoş tanışından ayrılıb getməyə başlayarkən onlar da həmin şəxsin arxasınca hərəkət etmişlər. Həmin şəxsin Q.Qarayev prospekti 47 ünvanının blokuna daxil olduğunu görüb həmin şəxsin dalınca bloka daxil olmuşlar. Həmin şəxs liftə daxil olduqda onlar üçü də həmin şəxsin arxasınca liftə daxil olmuşlar. Liftə daxil olarkən Taleh və o, Elnurun əllərindən tutmuşlar, Vüqar isə həmin şəxsin sifət, bədən nahiyələrindən yumruq və təpiklə vurmuş, sonra Taleh və o da həmin şəxsi təpik və yumruqla vurmuşlar. Həmin vaxt Taleh həmin şəxsin üzərində pulunun olub-olmadığını axtarmış, həmin şəxs “məndən nə istəyirsiniz” deyərək əynində olan gödəkçənin sol iç cibindən pul qabını çıxararkən Vüqar pul qabını həmin şəxsin əlindən almışdır. Həmin vaxt liftin qapısı açılmış və onlar üçü də liftdən çıxaraq aşağı mərtəbəyə qaçaraq düşməyə başlamışlar və binanın qarşısında olan pilləkənlər tərəfdən qaçaraq “Q.Qarayev” metrostansiyası tərəfə getmişlər. Onlar “Q.Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “ATS”in yanından keçib bir qədər qarşıda dayanıb pul qabının içərisinə baxarkən içərisində 3 ədəd 20 dollarlıq əskinas, bir ədəd 5 dollarlıq əskinas, 2 ədəd bir dollarlıq əskinas, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslar, təxminən 60 qəpik pul, həmin qəpiklərin yanında 1 ədəd qızıl üzük, metro və bankomat kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi olduğunu görmüşlər. Onlar həmin pulları götürdükdən sonra pul qabını içində kartlar və şəxsiyyət vəsiqəsi ilə birlikdə yaxınlıqda olan ağacın altına atmışlar. Pulları isə öz aralarında tam olaraq bölmüşlər, ona 25 manat və 20 dollar pul düşmüş, qalan hissəsini isə Taleh və Vüqar götürmüşdür. Həmin yerdən yaxınlıqda olan marşrut avtobusları ilə öz yaşadıqları ünvana getmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Məhkəmədən yaşını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə dostu Seymurla Nəsimi rayonu ərazisində yerləşən restoranların birində əyləşərək bir qədər spirtli içki olan araq içmişlər və oradan taksi avtomobili ilə “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişlər. Taksidən düşdükdən sonra metrostansiyanın yaxınlığında yerləşən kafeyə daxil olub orada hərəyə bir bakal pivə içib Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısına gəlmişlər. Saat 22 radələrində Seymur avtobusa minib yaşadığı ünvana getmiş, o isə yolu əks istiqamətə keçib Q.Qarayev prospekti ilə yaşadığı ünvana doğru getmişdir. Yaşadığı ünvanın, yəni Q.Qarayev prospekti 47 nömrəli evin 9-cu blokuna daxil olmuş və liftin qarşısında dayanıb üçüncü mərtəbəyə qalxmaq üçün liftin düyməsinə basmışdır. Liftin qapısı açıldıqda liftə daxil olmuş, bu vaxt arxasınca sifət nahiyələrində tibbi maska olan üç nəfər şəxs də liftə daxil olmuşlar. Liftin qapısı dərhal bağlanan kimi həmin şəxslərdən ikisi hərəsi bir qolunu tutub liftin divarına sıxmışlar, digər üçüncü şəxs isə sinə nahiyəsindən əli ilə tutaraq üstünü axtarmağa başlamış, həmçinin həmin vaxt yanında olan şəxslərdən biri də üzərini axtarmış, o, səsini çıxarmasa da qollarını həmin şəxslərin əlindən dartmağa cəhd etmiş, lakin cəhdi baş tutmamışdır. Həmin vaxt onlar təpik və yumruqla bədəninin müxtəlif nahiyələrinə yüngül zərbələr endirmişlər. Üzərini axtaran şəxs köynəyinin cib hissəsini də cırmış, üzərində olan gündən qorunmaq üçün olan qara rəngli eynəyini qırmış, ən sonda isə gödəkçənin sol iç cibində olan dəri materialdan olan qara rəngli pul qabını tapıb çıxarmışdır. Həmin vaxt lift üçüncü mərtəbəyə çatdığından qapı açılmış, həmin şəxslər dərhal liftdən çıxıb pilləkənlər ilə aşağı mərtəbəyə qaçmışlar. O da həmin şəxslərin arxasınca aşağıya doğru qaçmış, lakin həmin şəxslər sürətli qaçdığından binanın qarşısında olan pilləkənlərə qədər onları təqib etsə də onlara çata bilməmişdir. O, binanın qarşısından DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə zamanı cibindən dəyəri 50 manat olan bir ədəd dəri pul qabı, həmin pul qabının içərisində 6 ədəd 100 dollarlıq, 6 ədəd 20 dollarlıq, bir ədəd 5 dollarlıq, 2 ədəd 1 dollarlıq, 5 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq əskinaslar, 3 ədəd 20 qəpiklik xırda pullar, 200 manat dəyərində bir ədəd üzərində brilliant qaşlar olan qızıl üzük, bir ədəd içərisində təxminən 20 manat olan “Azərtürk bankın” kartı, 2 manat dəyərində metro kartı olmuşdur. “Azərtürk bank”a məxsus kartdakı pul çıxarılmamışdır. Ona ümumilikdə 2008,50 manat maddi ziyan dəymişdir. Həmin pul qabının içində ona məxsus şəxsiyyət və sürücülük vəsiqələri də olmuşdur. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, onları bağışlayır. Ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində “Kapital Bank”ın Nizami rayon filialından 2500 manat kredit götürmüşdür. Həmin puldan 160 manat bank faiz saxlamış, ona 2340 manat pul verilmişdir. Həmin pulun 1200 manatını əynində olan paltonun sağ iç cibinə, 1100 manatını paltonun sol iç cibinə qoymuş, 40 manatı isə şalvarının cibində xərclik üçün saxlamışdır. Bankdan çıxıb “Maklerlər bağı”na gəlmiş və orada Nicatla görüşüb “Loğmed” Klinikasının həyətində yerləşən kafeyə çörək yeməyə getmişlər. Nicat özü ilə spirtli içki araq gətirmişdir. Onlar oturub Nicatla çörək yemişlər və bir litr spirtli içki araq içmişlər. Saat təxminən 17 radələrinə kimi Nicatla birlikdə kafedə əyləşmiş, kafedən çıxandan sonra Nicat ondan ayrılmışdır. O,“Maklerlər bağı”na qayıtmışdır. Orada Vaqif, Mərdan, adını bilmədiyi “Mişa” kimi tanıdığı şəxslərin yanında cibində olan pulları çıxardıb bir neçə dəfə saymışdır. Bağdan çıxıb 81 nömrəli xətt üzrə hərəkətdə olan avtobusa minib təxminən saat 20 radələrində evə qayıdanda tam dəqiq xatırlamasa da iki nəfər onun qoluna girib evə gətirmişdir. Blokun qapısını açıb içəri girəndə həmin şəxslər onu vurmuşlar və paltosunun sağ və sol ciblərində olan ümumilikdə 2300 manatı götürüb çıxıb getmişlər. O, bir az özünü toplayıb həmin şəxslərin arxasınca blokdan çıxsa da onlardan hər hansı birini müəyyən edə bilmədiyindən dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və sonra ərizə ilə Polis İdarəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş 1100 manat, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş 1200 manat ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir maddi və mənəvi şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işi başlanılmışdır. - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - ********* saylı cinayət işinin ********* saylı cinayət işi ilə birləşdirilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-57/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli, 180 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində məhkəmə-tibbi müayinə zamanı hər hansı bir xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 258 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sol bazunun ön və bayır səthlərinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər və həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizası, məhkəmə-iqtisad ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/595-9/1006 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində 8 ədəd eyni ölçülü ağ şəffaf qaşları olan üzük – metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,51 qramdır, qaşları briliyantdır, hər birinin ölçüsü 0,005 karat, 3/3 keyfiyyətlidir. Üzük kustar üsulla hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim olunan üzüyün 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 259,0 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/176 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 2003-cü il buraxılışlı L88337087B və L17013405M seriya nömrəli 2 ədəd 1, 2009-cu il buraxılışlı JB12911316A seriya nömrəli 1 ədəd 5, 2007 və 2017-ci il buraxılışlı NE53293770A və GE12340542C seriya nömrəli 2 ədəd 20-lik ABŞ dollar əskinasına oxşar pul vahidləri mətbəə ofset çap üsulu ilə hazırlanaraq, eyni növ pul əskinasları üçün qəbul olunmuş standarta uyğundur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1224 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1223 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 yüngül debillik dərəcəsində kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə uşaqlıqda başından zədə alması, əqli inkişafda nisbətən geri qalması, nitqində qüsur olması, formal olaraq məktəbdə təhsil alması, hərbi çağırış zamanı Bakı 2 saylı X1 müayinə olunaraq sonradan hərbi xidmətdən azad edilməsi, hazırki müayinə zamanı aşkar olunan əlamətlər: maraq dairəsinin məhdudluğu, intellektual səviyyəsinin nisbətən aşağı olması, yaddaşında zəiflik və s.) sübut edir. Bununla birlikdə yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1249 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçillik, özünü müdafiəyə meyillilik, ətrafa qarşı biganəlik, eqosentrizm, konfliktə meyillilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik müəyyən edilmədi, lakin o, hadisənin bəzi təfərrüatlarını öz xeyrinə uyğun tərzdə danışa bilər. Təqsirləndirilən şəxs3 idrak prosesləri (duyğu, qavrama, yaddaş təfəkkür və s) normaya uyğun olduğundan, o, baş vermiş hadisələri düzgün qavraya və təsvir edə bilər. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Qərarın təsviri hissəsində qeyd olunan cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs3 şüuruna və dərketməsinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq o, öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. - sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 2003-cü il buraxılışlı, L88337087B və L17013405M seriya nömrəli 2 ədəd 1, 2009-cu il buraxılışlı JB12911316A seriya nömrəli 1 ədəd 5, 2007 və 2017-ci il buraxılışlı NE53293770A və GE12340542C seriya nömrəli 2 ədəd 20-lik ABŞ dolları əskinasları, 1 ədəd üzərində 8 ədəd ağ şəffaf brilyant qaşları olan, 3,51 qram 585 əyarlı üzük iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 alınmış xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 adlı bir uşağı vardır. - Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 121m saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01-276 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...
7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs3 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin və tələbinin olmamasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay 11 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs3 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs3 sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 216,66 (iki yüz on altı manat, altmış altı qəpik) manat ekspertiza xərcinin 72,22 (yetmiş iki manat, iyirmi iki qəpik) manatı Təqsirləndirilən şəxs2, 72,22 (yetmiş iki manat, iyirmi iki qəpik) manatı Təqsirləndirilən şəxs1 və 72,22 (yetmiş iki manat, iyirmi iki qəpik) manatı Təqsirləndirilən şəxs3 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 2003-cü il buraxılışlı, L88337087B və L17013405M seriya nömrəli 2 ədəd 1, 2009-cu il buraxılışlı JB12911316A seriya nömrəli 1 ədəd 5, 2007 və 2017-ci il buraxılışlı NE53293770A və GE12340542C seriya nömrəli 2 ədəd 20-lik ABŞ dolları əskinasları, 1 ədəd üzərində 8 ədəd ağ şəffaf brilyant qaşları olan, 3,51 qram 585 əyarlı üzük Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin ibtidai istintaqda iştirak etdikləri müddət 40 iş saatı və məhkəmədə iştirak etdikləri müddət 10 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay 11 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 2003-cü il buraxılışlı, L88337087B və L17013405M seriya nömrəli 2 ədəd 1, 2009-cu il buraxılışlı JB12911316A seriya nömrəli 1 ədəd 5, 2007 və 2017-ci il buraxılışlı NE53293770A və GE12340542C seriya nömrəli 2 ədəd 20-lik ABŞ dolları əskinasları, 1 ədəd üzərində 8 ədəd ağ şəffaf brilyant qaşları olan, 3,51 qram 585 əyarlı üzük Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 216,66 (iki yüz on altı manat, altmış altı qəpik) manat ekspertiza xərcinin 72,22 (yetmiş iki manat, iyirmi iki qəpik) manatı Təqsirləndirilən şəxs2, 72,22 (yetmiş iki manat, iyirmi iki qəpik) manatı Təqsirləndirilən şəxs1 və 72,22 (yetmiş iki manat, iyirmi iki qəpik) manatı Təqsirləndirilən şəxs3 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə 50 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Mətanət Hacıyeva