Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-215/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Aşurlu Mətanət İslam qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, hal-hazırda cəza çəkən, ünvan 1 ünvanda yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Məmmədov X1 Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə "Cəzaçəkmə müəssisələrinin X2" ilə məhkumlara qadağan olunmuş əşya sayılan audio və video daşıyıcısı hesab edilən, işlək vəziyyətdə və istifadə üçün yararlı olan, məzmununda zorakılıq və qəddarlığı əks etdirən “İnanılmaz nakautlar və zərbələr'’, “Moskvada dəhşət'’, “Moskvada iş adamının baltalanma anı”, “Uşağını döyən ana” və “Vurğun anı kamerada” adlı fayllar, habelə yaddaşına pornoqrafik xarakterli videogörüntülər yüklənmiş bir ədəd qara rəngli “Lexar” markalı 16 Gb həcmli “007930001” seriya nömrəli yaddaş kartını özündə saxlamış, gəzdirmiş, daşımış və 10.01.2021-ci il tarixdə saat 13:00 radələrində Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 6 saylı dəstənin yataqxanasında üzərinə axtarış-baxış tədbirləri keçirilən zaman boynundan asaraq köynəyinin altında gizlətdiyi həmin yaddaş kartı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən klubun qarşısından 2018-ci ilin əvvəllərində tapdığı yaddaş kartını özündə saxlayaraq özü ilə gizli yola Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə gətirib üzərində gəzdirmiş, daşımış, istifadə etmiş və 10.01.2021-ci il tarixdə saat 13:00 radələrində Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən keçirilən axtarış-baxış tədbirləri zamanı qeydiyyatda olduğu 6 saylı dəstənin yataqxanasında onun boynundan asaraq köynəyinin altında gizlətdiyi daxilində müxtəlif filmlər yüklənmiş “Lexar" markalı yaddaş kartı aşkar olunaraq götürülmüşdür. Ondan aşkar olunaraq götürülmüş yaddaş kartını istifadə üçün digər məhkumlara verməmiş və müəssisə rəhbərliyinə məlumat veriləcəyindən ehtiyat edərək həmin yaddaş kartında olan videogörüntülərə yalnız özü baxmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, həmçinin iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə olan digər sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinə məhkum Təqsirləndirilən şəxs məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya olub daxilində müxtəlif döyüşləri, müharibəyə açıq çağırışları, ekstremizmi və terroru təbliğ edən video çarxlar olan yaddaş katının olması və mütəmadi olaraq həmin video çarxlardan istifadə etməklə digər məhkumlara təsir etməyə cəhd etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə 10.01.2021-ci il tarixdə saat 13:00 radələrində müəssisənin ərazisində yerləşən 6 saylı dəstənin yataqxanasında məhkum Təqsirləndirilən şəxs üzərinə keçirdikləri baxış zamanı məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya daxilində müxtəlif döyüşləri, müharibəyə açıq çağırışları, ekstremizmi, terroru təbliğ edən və pornoqrafik materiallar yüklənmiş video çarxlar olan bir ədəd «Lexor» markalı yaddaş kartı aşkar edərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid5 ayrı-ayrılıqda, Şahid6 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə kompyuter texniki ekspertizasının 16.02.2021-ci il tarixli 5/134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli «Product of Çina, LJMD40-16G-000-10A, 007930001, 4018W» qeydləri olan «Lexar» markalı 16 Gb tutumlu «007930001» seriya nömrəli yaddaş kartı işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. İş materiallarında olan məhkəmə-fonoskopik, sənətşünaslıq linqvistik ekspertizasının 19.03.2021-ci il tarixli 4/152-4/153-11/36 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli «Lexar» narkalı 16 Gb tutumlu yaddaş kartında məzmununda zorakılıq və qəddarlığı əks etdirən “İnanılmaz nakautlar və zərbələr”, "Moskvada dəhşət”, “Moskvada iş adamının baltalanma anı”, “Uuşağını döyən ana” və "Vurğun anı kamerada” adlı fayllar, habelə yaddaşına pornoqrafik xarakterli videogörüntülər yüklənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin "Cəzaçəkmə müəssisələrinin X2”nın təsdiq edilməsi barədə 29.12.2011-ci il tarixli 7 N №-li Kollegiya qərarı və 11-ci əlavəsinin çıxarışından görünür ki, müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə parnoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərə saxlanılması qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan 03 may 2021-ci il tarixli qərardan görünür ki, aşkar olunub götürülmüş bir ədəd «Lexar» markal 16 Gb həcmli yaddaş kartı və ekspertizanın təqdim etdiyi 3 ədəd CD disklər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 23.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 15.05.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 və 66.5-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum edilməklə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 9 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzasının çəkilməmiş hissəsi həmin hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə 5 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində bir azyaşlı uşağı var. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşman olmasını nəzərə alır və cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir (CM-nin 15-ci maddəsi). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yeni hökm üzrə təyin ediləcək cəzaya Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq üzərində 5 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2017-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü üzə çəkilməmiş cəzası 2 il 4 ay 13 gün təşkil edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış - bir ədəd «Lexar» markal 16 Gb həcmli yaddaş kartı və 3 ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 361 (üç yüz altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 (yüz əlli) manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) il 4 (dörd) ay 13 (on üç) gün hissəsi yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi üçün barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 361 (üç yüz altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - bir ədəd «Lexar» markal 16 Gb həcmli yaddaş kartı və 3 ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 (yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-215/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-215/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver