Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-216/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, Yataqxana, 80 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs onun 2015-ci il təvəllüdlü oğlu Emil Məmmədovu evdən özü ilə aparmaq istəməsinə etiraz etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı, qəsdən əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən vuraraq ona ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəbolmuş yüngül zərərvurmaya aid sol gözün ağlı qişasının qansızması, sol üst göz qapağının ön səthinin hematoması və sıyrığı xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2001-ci il tarixdən halhazıra kimi Zərərçəkmiş şəxs ilə rəsmi nigahdadır. O, İİ qrup Qarabağ əlili olduğu üçün Dövlət tərəfindən ona verilmiş Nizami rayonu, Çobanzadə küçəsi, ev 23/99 ünvanını öz ailəsinə vermişdir və özü ayrı yaşayır. Həyat yoldaşı ilə arasında ailədaxili problemlərə görə tez-tez mübahisələri olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə o, Nizami rayonu, Çobanzadə küçəsi ev 23/99 ünvanına getmiş və 2015-ci il təvəllüdlü oğlunu özü ilə gəzməyə aparmaq istədiyini bildirmişdir. Bu zaman həyat yoldaşı Elnura ona uşağı evdən özü ilə aparmamağı demiş və bu zəmində onların aralarında mübahisə baş vermişdir. Həmin vaxt, evdə 2002-ci il təvəllüdlü qızı Lamiyə də olmuşdur. Mübahisə baş verdikdən sonra o, yataq otağında olan zaman əsəblərinə hakim ola bilməmiş və həyat yoldaşı Elnuranı göz nahiyyəsindən bir dəfə əli ilə vurmuşdur. Həmin vaxt o, əsəbi olduğu üçün stolun üzərində olan mobil telefonu yerə atmışdır. O Elnuranı vurduqdan sonra sonuncu da, ona əl-qol atdığından o, dodaq və hər iki əlindən xəsarət almışdır. Bundan sonra o, evi tərk edib çıxıb getmişdir. Hazırda o, etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2020 tarixdə, saat 12:00 radələrində o, evdə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs ilə arasında mübahisə yaranmışdır. Mübahisənin səbəbi Amilin, oğlu X1 özü ilə evdən çıxararaq aparması istəyinə onun etiraz etməsi olmuşdur. Amil, 2015-ci il təvəllüdlü oğlunu özü ilə müxtəlif məclislərə ve yerlərə apararaq azyaşlı uşağın indidən tərbiyyəsini pozmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə arasındaki mübahisə daha da böyüdüyündən Amil onu yaşadıqları mənzilin yataq otağında əli ilə göz nahiyəsindən vurub ona xəsarət yetirmişdir. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan başqa, mübahisə zamanı Amil əsəbləşərək ona məxsus olan “Nokia” markalı mobil telefonu yerə atmışdır. Ona məxsus “Nokia” markalı mobil telefon sınmadığından ona heç bir maddi ziyan dəyməmişdir. O, Amilin onu döydüyünü görüb üzərinə ayaqqabı atmışdır. Hadisənin yaşadığı Nizami rayonu, Çobanzadə küçəsi ev 23/99, mənzil 55 ünvanında baş vermiş, 10 dəqiqə davam etmiş, həmin vaxt orada qızı Lamiyə və 2015-ci il təvəllüdlü oğlu Emil olmuş, əvvəllər də mübahisələri olmuş, lakin Amil onu ilk dəfə vurmuşdur. Hal-hazırda o, Təqsirləndirilən şəxsla barışmış və sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını istəmir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri tamamilə ödədiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs vəsatətini müdafiə edərək, barəsində ittiham irəli sürülmüş şəxsi cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs vəsatətlə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməlidirlər, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin73.2-ci maddəsinə əsasən,həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişləbarışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən,məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 60 (altmış) manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 60 (altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-216/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-216/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver