Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-216/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi ev 16, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, 08 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 avqust 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 14 aprel 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 27 aprel 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, təqsirləndirilən şəxs xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi, ev 25M-də qeydiyyatda olmaqla yaşamış, 21 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 26 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən həmin iş üzrə 07 mart 2023-cü il tarixdən 08 mart 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən pəncərənin qarşısında olan dəmir barmaqlığı qrup üzvləri Təqsirləndirilən şəxs1 və Şahid1 metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq onunla birlikdə qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən 10 manat dəyərində bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynəyi, 15 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynəyi, 15 manat dəyərində bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynəyi, 100 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcəni, 10 manat dəyərində bir ədəd qara rəngli qolu qısa qadın üçün köynəyi, 150 manat dəyərində bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, hər biri 5 manat ümumilikdə 10 manat dəyərində iki ədəd qara rəgli qadın üçün maykanı, 5 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün maykanı, 5 manat dəyərində bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynəyi, 15 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün şalvarı, 70 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün toxunma şalvar və bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynəyi, 50 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün donu, 20 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynəyi, 25 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvarı, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün cins şalvarı, 10 manat dəyərində bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarını, 25 manat dəyərində bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvarı, 100 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün şalvarı, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papağı, 25 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri papağı, 4 manat dəyərində bir ədəd ağ və boz rəngli toxunma papağı, 5 manat dəyərində bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papağı, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir cüt qara rəngli qadın üçün əlcəyi, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün şərfi, 15 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün şortu, 20 manat dəyərində bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətəyi, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün alt paltarını, 3 manat dəyərində bir ədəd qara rəngli kisəni, 1 manat dəyərində bir ədəd albalı rəngli kəsik parçanı, 10 manat dəyərində bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynəyi, 2 manat dəyərində bir ədəd rəngli tibbi maskanı, 5 manat dəyərində bir ədəd qəhvəyi rəngli toxunma kəməri, 5 manat dəyərində bir ədəd qara rəngli toxunma qadın üçün əlcəyi, 2 manat dəyərində bir ədəd qara rəngli qadın üçün corabı, 3 manat dəyərində bir cüt qara rəngli kişi üçün corabı, 10 manat dəyərində bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarını, 10 manat dəyərində bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parçadan əl çantasını, 25 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq yonanı, 5 manat dəyərində bir ədəd qara rəngli darağı, 5 manat dəyərində bir ədəd qızılı rəngli dəri əl çantanı, 25 manat dəyərində bir ədəd qara rəngli metal qutu və onun içində olan 13 ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketlərini, hər biri 3 manat ümumilikdə 9 manat dəyərində 3 ədəd pudranı, hər biri 5 manat ümumlikdə 20 manat dəyərində dörd ədəd şüşə qabda kosmetik kremi, 15 manat dəyərində bir ədəd şüşə qabda ətiri, 5 manat dəyərində bir ədəd pomadanı, hər biri 3 manat ümumilikdə 6 manat dəyərində iki ədəd metal qolbağı, 10 manat dəyərində bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbağı, 10 manat dəyərində bir ədəd qaş tuşunu, 3 manat dəyərində bir ədəd kosmetik karandaşı, 3 manat dəyərində bir ədəd pilkanı, 2 manat dəyərində bir ədəd Bakı kart, 1 manat dəyərində bir ədəd qəhvəyi rəngli sap topasını, 10 manat dəyərində bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik materialı, 15 manat dəyərində bir ədəd qəhvəyi rəngli parça yük çantasını, 500 manat dəyərində bir ədəd qaz peçini və bir ədəd aspiratoru (hava soranı), 70 manat dəyərində bir ədəd elektriklə işləyən sobanı, 210 manat dəyərində bir ədəd elektriklə işləyən mikrodalğalı sobanı, 70 manat dəyərində bir ədəd elektriklə işləyən ütünü, 400 manat dəyərində bir ədəd segwayi, 50 manat dəyərində bir ədəd göy rəngli, hər biri 25 manat ümumilikdə 50 manat dəyərində iki ədəd sarı rəngli üzərində tünd albalı rəngli naxışları olan yataq örtüyünü, 400 manat dəyərində bir ədəd xalçanı, 30 manat dəyərində elektriklə işləyən bir ədəd mikseri, 100 manat dəyərində elektriklə işləyən bir ədəd blenderi, 130 manat dəyərində elektriklə işləyən bir ədəd tozsoranı, 45 manat dəyərində bir ədəd modem aparatını, 150 manat dəyərində elektriklə işləyən bir ədəd ətçəkən aparatı, 130 manat dəyərində elektriklə işləyən bir ədəd şirəçəkən aparatı, 180 manat dəyərində elektriklə işləyən samovar dəstini, 3000 manat dəyərində bir ədəd Samsung markalı televizoru, 30 manat dəyərində elektriklə işləyən bir ədəd kofe bişirən aparatı, 50 manat dəyərində bir ədəd elektriklə işləyən kofe üyüdən aparatı, 55 manat dəyərində elektriklə işləyən bir ədəd direli, 70 manat dəyərində elektriklə işləyən laqondanı, 110 manat dəyətində bir ədəd açar dəstini, 180 manat dəyərində qazan dəstini, 120 manat dəyərində tava dəstini, 50 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatını, 30 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatını, 70 manat dəyərində bir ədəd elektriklə işləyən hava fenini, 80 manat dəyərində bir ədəd elektriklə işləyən daraqlı feni, 1500 manat dəyərində Toshiba markalı bir ədəd notbuku, 550 manat dəyərində Asus markalı bir ədəd planşeti, 100 manat dəyərində bir ədəd planşeti, 50 manat dəyərində bir ədəd Samsung markalı mobil telefon aparatını, hər biri 100 manat ümumilikdə 1700 manat dəyərində 17 ədəd yataq dəstini, 350 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klonu, 1200 manat dəyərində bir ədəd Pandora markalı qolbağı, 130 manat dəyərində Samsung markalı bir ədəd DVD aparatını, 60 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq aparatını, 50 manat dəyərində bir dəst xrustal bakalı, 30 manat dəyərində bir dəst xrustal stəkanı, 25 manat dəyərində bir dəst xrustal nəlbəkini, hər biri 25 manat ümumilikdə 100 manat dəyərində 4 ədəd süfrə dəstini, hər biri 50 manat ümumilikdə 250 manat dəyərində 5 ədəd dəsmal dəstini, 50 manat dəyərində kül rəngində olan bir ədəd qadın pencəyini, 70 manat dəyərində qadın üçün bir ədəd dəri jileti, hamamda olan 25 manat dəyərində duşun bir ədəd krantını, 15 manat dəyərində bir ədəd balaca duşun bir ədəd krantını, qonaq otağında olan kondisionerin 4 manat dəyərində 4 metr elektrik naqilini, iki ədəd tozsoran aparatının 6 manat dəyərində 12 metr elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13664 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən pəncərənin qarşısında olan dəmir barmaqlığı o və qrup üzvü Şahid1 metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən 10 manat dəyərində bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynəyi, 15 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynəyi, 15 manat dəyərində bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynəyi, 100 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcəni, 10 manat dəyərində bir ədəd qara rəngli qolu qısa qadın üçün köynəyi, 150 manat dəyərində bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, hər biri 5 manat ümumilikdə 10 manat dəyərində iki ədəd qara rəgli qadın üçün maykanı, 5 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün maykanı, 5 manat dəyərində bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynəyi, 10 manat dəyərində bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynəyi, 15 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün şalvarı, 70 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün toxunma şalvar və bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynəyi, 50 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün donu, 20 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynəyi, 25 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvarı, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün cins şalvarı, 10 manat dəyərində bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarını, 25 manat dəyərində bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvarı, 100 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün şalvarı, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papağı, 25 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri papağı, 4 manat dəyərində bir ədəd ağ və boz rəngli toxunma papağı, 5 manat dəyərində bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papağı, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün köynəyi, 10 manat dəyərində bir cüt qara rəngli qadın üçün əlcəyi, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün şərfi, 15 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün şortu, 20 manat dəyərində bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətəyi, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün alt paltarını, 3 manat dəyərində bir ədəd qara rəngli kisəni, 1 manat dəyərində bir ədəd albalı rəngli kəsik parçanı, 10 manat dəyərində bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynəyi, 2 manat dəyərində bir ədəd rəngli tibbi maskanı, 5 manat dəyərində bir ədəd qəhvəyi rəngli toxunma kəməri, 5 manat dəyərində bir ədəd qara rəngli toxunma qadın üçün əlcəyi, 2 manat dəyərində bir ədəd qara rəngli qadın üçün corabı, 3 manat dəyərində bir cüt qara rəngli kişi üçün corabı, 10 manat dəyərində bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarını, 10 manat dəyərində bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parçadan əl çantasını, 25 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq yonanı, 5 manat dəyərində bir ədəd qara rəngli darağı, 5 manat dəyərində bir ədəd qızılı rəngli dəri əl çantanı, 25 manat dəyərində bir ədəd qara rəngli metal qutu və onun içində olan 13 ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketlərini, hər biri 3 manat ümumilikdə 9 manat dəyərində 3 ədəd pudranı, hər biri 5 manat ümumlikdə 20 manat dəyərində dörd ədəd şüşə qabda kosmetik kremi, 15 manat dəyərində bir ədəd şüşə qabda ətiri, 5 manat dəyərində bir ədəd pomadanı, hər biri 3 manat ümumilikdə 6 manat dəyərində iki ədəd metal qolbağı, 10 manat dəyərində bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbağı, 10 manat dəyərində bir ədəd qaş tuşunu, 3 manat dəyərində bir ədəd kosmetik karandaşı, 3 manat dəyərində bir ədəd pilkanı, 2 manat dəyərində bir ədəd Bakı kart, 1 manat dəyərində bir ədəd qəhvəyi rəngli sap topasını, 10 manat dəyərində bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik materialı, 15 manat dəyərində bir ədəd qəhvəyi rəngli parça yük çantasını, 500 manat dəyərində bir ədəd qaz peçini və bir ədəd aspiratoru (hava soranı), 70 manat dəyərində bir ədəd elektriklə işləyən sobanı, 210 manat dəyərində bir ədəd elektriklə işləyən mikrodalğalı sobanı, 70 manat dəyərində bir ədəd elektriklə işləyən ütünü, 400 manat dəyərində bir ədəd segwayi, 50 manat dəyərində bir ədəd göy rəngli, hər biri 25 manat ümumilikdə 50 manat dəyərində iki ədəd sarı rəngli üzərində tünd albalı rəngli naxışları olan yataq örtüyünü, 400 manat dəyərində bir ədəd xalçanı, 30 manat dəyərində elektriklə işləyən bir ədəd mikseri, 100 manat dəyərində elektriklə işləyən bir ədəd blenderi, 130 manat dəyərində elektriklə işləyən bir ədəd tozsoranı, 45 manat dəyərində bir ədəd modem aparatını, 150 manat dəyərində elektriklə işləyən bir ədəd ətçəkən aparatı, 130 manat dəyərində elektriklə işləyən bir ədəd şirəçəkən aparatı, 180 manat dəyərində elektriklə işləyən samovar dəstini, 3000 manat dəyərində bir ədəd Samsung markalı televizoru, 30 manat dəyərində elektriklə işləyən bir ədəd kofe bişirən aparatı, 50 manat dəyərində bir ədəd elektriklə işləyən kofe üyüdən aparatı, 55 manat dəyərində elektriklə işləyən bir ədəd direli, 70 manat dəyərində elektriklə işləyən laqondanı, 110 manat dəyətində bir ədəd açar dəstini, 180 manat dəyərində qazan dəstini, 120 manat dəyərində tava dəstini, 50 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatını, 30 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatını, 70 manat dəyərində bir ədəd elektriklə işləyən hava fenini, 80 manat dəyərində bir ədəd elektriklə işləyən daraqlı feni, 1500 manat dəyərində Toshiba markalı bir ədəd notbuku, 550 manat dəyərində Asus markalı bir ədəd planşeti, 100 manat dəyərində bir ədəd planşeti, 50 manat dəyərində bir ədəd Samsung markalı mobil telefon aparatını, hər biri 100 manat ümumilikdə 1700 manat dəyərində 17 ədəd yataq dəstini, 350 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klonu, 1200 manat dəyərində bir ədəd Pandora markalı qolbağı, 130 manat dəyərində Samsung markalı bir ədəd DVD aparatını, 60 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq aparatını, 50 manat dəyərində bir dəst xrustal bakalı, 30 manat dəyərində bir dəst xrustal stəkanı, 25 manat dəyərində bir dəst xrustal nəlbəkini, hər biri 25 manat ümumilikdə 100 manat dəyərində 4 ədəd süfrə dəstini, hər biri 50 manat ümumilikdə 250 manat dəyərində 5 ədəd dəsmal dəstini, 50 manat dəyərində kül rəngində olan bir ədəd qadın pencəyini, 70 manat dəyərində qadın üçün bir ədəd dəri jileti, hamamda olan 25 manat dəyərində duşun bir ədəd krantını, 15 manat dəyərində bir ədəd balaca duşun bir ədəd krantını, qonaq otağında olan kondisionerin 4 manat dəyərində 4 metr elektrik naqilini, iki ədəd tozsoran aparatının 6 manat dəyərində 12 metr elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13664 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə həyat yoldaşı ilə olan nikahları pozulmuş, birgə nikahlarından doğulmuş 2004-cü il təvəllüdlü qızı Zeynəb və 2005-ci il təvəllüdlü qızı Aytən onun himayəsində qalmışlar. Özü 2012-ci ildən fərdi qaydada saç ustası işləmiş, 2014-2019-cu illərdə Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzində qadın geyimlərinin satışı ilə məşğul olmuş, 2019-2020-ci illərdə Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Boom store” marketində kassir, sonra isə mağaza müdiri işləmişdir. 2019-cu ilin axırlarında o, Keşlə qəsəbəsində yaşayan Şahid1 ilə tanış olmuş və onların münasibətləri yaranmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Əliağa evlidir və 3 övladı vardır. 2020-ci ildən onların yaxın münasibəti yaranmış və o, Əliağa ilə Nizami rayonu ərazisində kirayə ev tutub yaşamışlar. 2020-ci ilin ortalarında ona məlum olmuşdur ki, Əliağa psixotrop maddə metamfetamin qəbul edir. Əliağanın anası Şahid5 onunla oğlunun yaxın münasibətinə narazı olmuşdur. 2021-ci ilin ortalarında Keşlə qəsəbəsində Əliağagilin qonşuluğunda yaşayan Əli adıl ilə çağırdıqları Mirəlini tanımış və onun Əli ilə normal münasibəti olmuşdur. 2022-ci ilin iyul ayının əvvəllərində Əliağanın arvadı Səidə 3 uşağı ilə birlikdə Tərtər rayonuna getmişdir. Həmin vaxtlar Əliağanın anası işdə olan zaman Əliağa onu evinə dəvət etmiş və o da gedib onların evində qalmışdır. 30 iyul 2022ci il tarixdə saat 06 radələrində Əliağa ona demişdir ki, anası saat 06:30 radələrində işə gedir, sonra onlara gəlsin. Buna görə o, həmin vaxt Əliağagilin evinə getmişdir. Həmin ev iki mərtəbəlidir, ikinci mərtəbəsi yarımtikilidir, yaşayış yoxdur, evin birinci mərtəbəsində bir qonaq otağı, bir yataq otağında Şahid5, bir yataq otağında Səidə Maşallayeva uşaqları ilə birlikdə, digər yataq otağında isə Əliağa yaşamışlar. O, Əliağanın otağına keçmiş, birlikdə səhər yeməyi yeyib çay içmişlər. Həmin gün saat 08 radələrində Mirəli də Əliağagilin evə gəlmiş, onlarla görüşüb çay içmişdir. Mirəli və Əliağa öz aralarında danışmışlar ki, qonşuluqda yaşayan Gülvera evdə yoxdur, onun evinə girib oğurluq etsinlər. Əliağagilin yaşadığı evin ikinci mərtəbəsində olan yarımtikili ilə Gülveranın yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsinin arasında təxminən 1 metr ara məsafəsi olmuşdur. Həmin gün saat 12 radələrində Mirəli və Əliağa evin ikinci mərtəbəsinə qalxmış və Gülveranın yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı sındırmışlar. Bundan sonra Mirəli ilə Əliağa Gülvaranın evindən bir ədəd “Samsung” markalı televizoru evin birinci mərtəbəsinə gətirmişlər. Bundan sonra Mirəli və Əliağa ona demişlər ki, Gülveranın evinə getsin, orada yaxşı paltarlar vardır. Bundan sonra o da Mirəli və Əliağa ilə birlikdə Gülveranın evinin ikinci mərtəbəsinin pəncərəsindən yataq otağına girmişlər. Mirəli yataq otağında olan bütün paltarları, yataq dəstini adyalın arasına yığmışlar, Mirəli və Əliağa köməkləşib adyalı götürmüşlər, o isə pəncərədən Əliağagilin evinin ikinci mərtəbəsində olan yarımtikiliyə keçmiş və onlardan adyalı alıb ikinci mərtəbədəki yarımtikiliyə qoymuşdur. Adyalın arasında çoxlu sayda geyinilmiş qadın paltarları olmuşdur. O, həmin paltarları Mirəlinin həmin evdən oğurladığı idman çatasına yığıb Əliağanın yaşadığı evin ikinci mərtəbəsində olan yarımtikilidə gizlətmişdir. Həmin vaxtı Mirəli və Əliağa Gülveranın evinin ikinci mərtəbəsində, evin içində olan kondisionerin mis kabelini kəsib Əliağagilin evinin ikinci mərtəbəsində tikilməkdə olan yerə gətirmişlər. Bundan sonra Əliağa taksi sürücüsü Elnura zəng vurub demişdir ki, evin televizorunu metronun “Neftçilər” stansiyasının yaxınlığına aparmaq istəyir. Bundan sonra Elnur idarə etdiyi “Mersedes” markalı avtomobillə Əliağagilin evinin qarşısına gəlmiş, Mirəli və Əliağa oğurlanmış bir ədəd “Samsung” markalı telefovizoru avtomobilin arxa oturacağına qoymuşlar. Bundan sonra o və Mirəli həmin avtomobilin arxa oturacağında, Əliağa isə qabaq oturacağına əyləşmişdir. Elnur avtomobili ilə onları Bakı şəhəri, Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığına gətirmişdir. Bundan sonra Əliağa düşüb lombarda getmiş, təxminən 5-10 dəqiqə sonra onun mobil telefonuna zəng vurub demişdir ki, Əliyə desin, televizoru içəri gətirsin. O, bu barədə Əliyə demiş, Əli televizoru götürüb lombarda getmiş, o da avtomobildən düşüb lombarda getmişdir. Əliağa oğurlanmış bir ədəd “Samsung” markalı televizoru lombarda girov qoyub 350 manat götürmüşdür. Bundan sonra Elnurun avtomobili ilə Keşlə qəsəbəsinə qayıtmışlar. Əliağa evinin yaxınlığında avtomobildən düşmüş və ona 100 manat verib demişdir ki, 100 manat pulu xırdalayıb taksi sürücüsü Elnura 10 manat versin. O, Əliağadan 100 manat pulu almış, Elnur idarə etdiyi avtomobillə onu və Mirəlini Keşlə qəsəbəsində olan “Məryəm” marketin yanına aparmışdır. O, 100 manat pulu həmin marketdə xırdalamış, 70 manat pulu Əliağanın “Loe” kartına yükləmiş, Elnura 10 manat vermiş, 20 manatı isə özünə saxlamışdır. Bundan sonra o, Mirəli ilə birlikdə Əliağagilin evinə getmişdir. Əliağa ona demişdir ki, anası saat 17-də gələcək, anası gələndən sonra birlikdə şəhərə gedərlər. O, Mirəli və Əliağa ilə birlikdə evin ikinci mərtəbəsində tikilməkdə olan yerə gəlmişlər və o, həmin yerdə olan çarpayıda uzanmışdır. Həmin vaxt Mirəli oğurlanmış mis kabellərin üz hissəni soyub toplamışdır. O, uzandığı çarpayıda yatmış və oyananda görmüşdür ki, səhər saat 4-dür. O, əl çantasının harada olduğunu soruşanda Mirəli demişdir ki, çantanı Əliağa götürmüşdür. Həmin gün saat 06 radələrində Əliağa ikinci mərtəbədə olan yarımtikiliyə qalxmış və o, Əliağadan çantasının yerini soruşmuşdur. Əliağa əl çantasını gətirib verəndə görmüşdür ki, içində olan 20 manat yoxdur, Əliağa lazım olduğuna görə pulu götürdüyünü demişdir. Buna görə Əliağa ilə mübahisə etmişlər və dalaşıb evdən çıxıb getmişdir. Lakin bundan sonra o, yenə Əliağa ilə əlaqə saxlamış və onun yaşadığı evə gedib-gəlmişdir. 01 avqust 2022-ci il tarixdə saat 06:30 radələrində o, Ədilənin evdən çıxdığını görüb hasarından aşmış və qapı açıq olduğu üçün Əliağagilin evinə girmiş, görmüşdür ki, Mirəli və Əliağa yataq otağında yatmışlar. O, Əliağanı yuxudan oyatmış, o, çay və səhər yeməyi hazırlamışdır. Bundan sonra o, Mirəlini də yuxudan oyatmış və onlar birlikdə səhər yeməyi yeyib çay içmişlər. Bundan sonra qərara gəlmişlər ki, Gülveranın evinə girib oğurluq etsinlər və oğurlanmış malları satıb pul əldə etsinlər. Həmin gün saat 10-11 radələrində o, Mirəli və Əliağa birlikdə Gülveranın evinin ikinci mərtəbəsinin pəncərəsindən yataq otağına daxil olmuşlar. Gülveranın evində olan qaz sobasını, aspiratoru, uşaq oyuncağını, mikrodalğalı sobanı və elektriklə işləyən sobanı götürmüşlər, Əliağagilin evinin yarımtikilisindən keçib birinci mərtəbəyə yığmışlar. Taksi tapa bilmədikləri üçün oğurladıqları əşyalar evin birinci mərtəbəsində qalmış, bundan sonra Mirəli çıxıb getmişdir. 04 avqust 2022-ci il tarixdə Əliağa adyalın arasında olan elektriklə işləyən fenləri, kosmetik əşyalarını və qadın paltarlarını götürmüş və Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yaşayan taksi sürücüsü Vüsalı çağırmış, Mirəli də kömək etmiş və adyalı Vüsalın idarə etdiyi avtomobilin arxa baqajına qoymuşlar, Əliağa Vüsala demişdir ki, həmin əşyaları aparsın, sonra ondan götürəcəkdir. Bundan sonra Vüsal idarə etdiyi avtomobillə getmişdir. 05 avqust 2022-ci il tarixdə saat 17 radələrində o, Əliağagildə olan zaman Əliağa ilə mübahisə etmiş və o, ikinci mərtəbədə tikilməkdə olan yerdə gizlətdiyi idman çantasını götürüb məhəlləyə atmışdır. Əliağa ona evdən getməsini demişdir. O, pulu olmadığını deyəndə Mirəli demişdir ki, Reyhan yataq dəstləri axtarır, alacaqdır, aparıb yataq dəstlərini ona satsın. O, məhəlləyə atdığı idman çantasının içindən iki ədəd adyalı götürmüş, Reyhanın yaşadığı evə getmiş və iki ədəd adyalı ona göstərib demişdir ki, pul lazım olduğu üçün ucuz satır. O, Reyhanla iki ədəd adyalı 130 manata razılaşmış, Reyhan 100 manat pul vermiş və demişdir ki, 30 manatı 09 avqust 2022-ci il tarixdə verəcəkdir. O, 100 manat pulu götürmüş, 40 manat pulu Mirəliyə vermiş, 60 manat pul isə onda qalmışdır. 07 avqust 2022-ci il tarixdə saat 19-20 radələrində o, Əliağa ilə görüşmüş, onlar Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olan “Otel” mehmanxasına getmiş və gecəni orada qalmışlar. 08 avqust 2022-ci il tarixdə saat 18:00-da Əliağa ondan ayrılıb Keşlə qəsəbəsinə getmişdir. Həmin gün saat 19 radələrində Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları onu həmin bölməyə aparmışlar. Polis əməkdaşları ondan Giilvera Qədirovanın evində baş vermiş oğurluq cinayəti haqqında soruşmuşlar və o, həmin oğurluq cinayətini səmimi etiraf edib bu barədə izahat yazmışdır. Beləliklə, onlar Zərərçəkmiş şəxs evinə birinci dəfə 30 iyul 2022-ci il tarixdə, ikinci dəfə isə 01 avqust 2022-ci il tarixdə daxil olaraq oğurluq etmişlər. Həmin evdən 30 iyul 2022-ci il tarixdə bir ədəd “Samsung” markalı televozor, qadın üçün paltarlar və iki ədəd yataq dəsti, 01 avqust 2022-ci il tarxdə isə bir ədəd qaz sobası, bir ədəd aspirator, bir ədəd uşaq üçün skuter, bir ədəd mikrodalğalı soba, bir ədəd elektriklə işləyən soba oğurlamışlar. Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə olaraq oğurluq hadisəsi ilə bağlı 08 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində polislər tərəfindən saxlanılaraq 23-cü polis bölməsinə aparıldığını, həmin vaxtdan orada saxlanıldığını və 10 avqust 2023-cü il tarixdə barəsində qətimkan tədbiri seçilərək tutmadan azad olunduğunu, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini göstərmiş, həmin halları, himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, azadlıqda olduğu vaxt tullantı metal yığıb satışı ilə məşğul olaraq çörək pulu qazanmışdır. O, münasibəti olduğu Təranəgilin Keşlə qəsəbəsində yaşadıqları evə gedib-gəlmiş, 2020-ci ildən Təranəgilin qonşusu Şahid1lə tanış olmuş və onunla münasibəti yaranmışdır. Əliağanın Xəyalə ilə yaxın münasibəti olmuş, o da Əliağanın vasitəsilə Xəyaləni tanımışdır. Əliağanın anası evdən çıxıb işə gedən kimi Xəyalə Əliağagilin evinə getmişdir. 30 iyul 2022-ci il tarixdə saat 08 radələrində o, Keşlə qəsəbəsində olduğu vaxt Əliağa onu yaşadığı evə dəvət etmişdir. O, Əliğagilin evinə gedən vaxt Xəyalənin də orada olduğunu görmüşdür. Onlar birlikdə çay içmişlər, sonra Əliağa demişdir ki, qonşuluqda yaşayan Gülvera evdə yoxdur, onun evinə girib oğurluq etsinlər. Əliağagilin yaşadığı evin ikinci mərtəbəsində olan yarımtikili ilə Gülveranın yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsinin arasında təxminən 1 metr ara məsafəsi olmuşdur. Həmin gün saat 12 radələrində birlikdə Əliağagilin evinin ikinci mərtəbəsinə qalxmışlar, Gülveranın yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı o və Əliağa sındırmışlar. Bundan sonra onlar birlikdə pəncərədən Gülvaranın evinə girmişlər. O, Xəyalə və Əliağa Gtilveranın evindən bir ədəd “Samsung” markalı televizoru götürüb evin birinci mərtəbəsinə gətirmişlər. Sonra birlikdə Gülveranın evinin ikinci mərtəbəsinin pəncərəsindən yataq otağına girmişlər. O və Əliağa yataq otağında olan bütün paltarları, yataq dəstini adyalın arasına yığmışlar, bundan sonra o və Əliağa köməkləşib adyalı götürmüşlər, Xəyalə isə pəncərədən Əliağagilin evinin ikinci mərtəbəsində olan yarımtikiliyə keçmiş, ondan və Əliağadan adyalı alıb ikinci mərtəbədə olan yarımtikiliyə qoymuşdur. Adyalın arasında çoxlu sayda geyinilmiş qadın paltarları olmuşdur. Xəyalə həmin paltarları evdən oğurladıqları idman çatasına yığıb Əliağagilin evinin ikinci mərtəbəsindəki yarımtikilidə olan yerdə gizlətmişdir. Həmin vaxt o və Əliağa Gülveranın evinin ikinci mərtəbəsində evin içində olan kondisionerin mis kabelini kəsib Əliağagilin evinin ikinci mərtəbəsində tikilməkdə olan yerə gətirmişlər. Bundan sonra Əliağa taksi sürücüsü Elnura zəng vurub demişdir ki, evin televizorunu metronun “Neftçilər” stansiyasının yaxınlığına aparacaqdır. Elnur idarə etdiyi “Mersedes” markalı avtomobillə Əliağagilin evinin qarşısına gəlmiş, o və Əliağa oğurladıqları bir ədəd “Samsung” markalı telefovizoru avtomobilin arxa oturacağına qoymuşlar. Bundan sonra o və Xəyalə həmin avtomobilin arxa oturacağında, Əliağa isə həmin avtomobilin qabaq oturacağına əyləşmişlər. Bundan sonra Elnur idarə etdiyi “Mersedes” markalı avtomobillə onları Bakı şəhəri, Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığına gətirmişdir. Əliağa düşüb lombarda getmiş, təxminən 5-10 dəqiqə sonra Xəyalənin mobil telefonuna zəng vurub demişdir ki, televizoru gətirməsini ona desin. Xəyalə bu barədə ona demiş, o televizoru götürüb lombarda tərəf getmiş, Xəyalə də avtomobildən düşüb lombarda getmişdir. Əliağa oğurlanmış bir ədəd “Samsung” markalı televizoru lombarda girov qoyub 350 manat götürmüşdür. Bundan sonra Elnurun avtomobili ilə Keşlə qəsəbəsinə qayıtmışlar. Əliağa evlərinin yaxınlığında avtomobildən düşmüş və Xəyaləyə 100 manat verib demişdir ki, 100 manat pulu xırdalayıb taksi sürücüsü Elnura 10 manat versin. Xəyalə Əliağadan 100 manat pulu almış, Elnur idarə etdiyi avtomobillə onu və Xəyaləni Keşlə qəsəbəsində olan “Məryəm” marketin yanına aparmışdır. Xəyalə 100 manat pulu həmin marketdə xırdalamış, Elnura 10 manat vermiş, 90 manat özündə qalmışdır. Xəyalə 70 manat pulu Əliağaya vermiş, 20 manat isə özündə qalmışdır. Bundan sonra o, Xəyalə ilə birlikdə Əliağagilin evinə getmişdir. Əliağa onlara demişdir ki, anası saat 17-də gələcək, anası gələndən sonra birlikdə şəhərə gedərlər. O və Xəyalə Əliağagilin evinin ikinci mərtəbəsində tikilməkdə olan yerə çıxmışlar və Xəyalə orada olan çarpayıda uzanıb yatmış, o isə oğurlanmış mis kabellərin üz hissəni soyub toplamış, sonra pivə içmişdir. Əliağa Xəyalənin əl çantasından 20 manatı götürmüş və mobil telefonda olan oyuna yükləmişdir. Səhər saat 04 radələrində Xəyalə yuxudan oyanmış və Əliağadan əl çantasının yerini soruşmuşdur. Əliağa Xəyalənin əl çantasını gətirib verəndə Xəyalə demişdir ki, əl çantasında olan 20 manat yoxdur. Əliağa demişdir ki, lazım olduğuna görə götürmüşdür. Xəyalə Əliağaya demişdir ki, 20 manat verib, onu da götürür, buna görə onlar mübahisə etmişlər və Xəyalə dalaşıb çıxıb getmişdir. 01 avqust 2022-ci il tarixdə saat 07 radələrində o, Əliağagildə olan vaxt Xəyalə gəlib onu və Əliağanı yuxudan oyatmış, çay və səhər yeməyi hazırlamış, birlikdə səhər yeməyi yeyib çay içmişlər. Bundan sonra qərara gəlmişlər ki, Gülveranın evinə girib oğurluq etsinlər və oğurlanmış malları satıb pul əldə etsinlər. Onlar razılaşaraq həmin gün saat 10-11 radələrində birlikdə Gülveranın evinin ikinci mərtəbəsinin pəncərəsindən yataq otağına daxil olmuşlar. Gülveranın evində olan qaz sobasını, aspiratoru, uşaq oyuncağını, mikrodalğalı sobanı və elektriklə işləyən sobanı götürmüş, Əliağagilin evinin yarımtikilisindən keçib birinci mərtəbəyə yığmışlar. Taksi tapa bilmədikləri üçün oğurladıqları əşyalar evin birinci mərtəbəsində qalmış və bundan sonra o, çıxıb getmişdir. 04 avqust 2022-ci il tarixdə Əliağa adyalın arasında olan elektriklə işləyən fenləri, kosmetik əşyaları və qadın paltarlarını götürmüş və Xətai rayonu NZS qəsəbəsində yaşayan taksi sürücüsü Vüsalı çağırmışdır. O, kömək edib Əliağa ilə birlikdə adyalı Vüsalın idarə etdiyi avtomobilin arxa baqajına qoymuşlar və Əliağa Vüsala demişdir ki, həmin əşyaları aparsın, sonra ondan götürəcəkdir. Bundan sonra Vüsal idarə etdiyi avtomobillə getmişdir. 06 avqust 2022-ci il tarixdə saat 16 radələrində o, Təranəgilə gedən zaman Təranənin nənəsi Reyhanın əlində bir ədəd qara rəngli çantanı darvazadan küçəyə atdığını görmüşdür. Həmin vaxtı Ellada da küçə ilə getmişdir. Təranə çantada olan paltarları görüb demişdir ki, bu paltarlar Gülveranın paltarlarına oxşayır və bu barədə Elladaya demişdir. Ellada gəlib paltarlara baxmış və demişdir ki, bacısı Gülveraya məxsusdur, Gülvera evini ona tapşırmış, özü ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Ellada Gülveranın yaşadığı evin qapısını açmışdır. Həmin vaxt o, kənarda dayanmışdır. Ellada demişdir ki, Gülvarının evinə oğru girmiş və əşyaların çoxunu oğurlamışdır. Bundan sonra Ellada mobil telefonla DİN-nin 102 xidmətizəng mərkəzinə zəng vurub Gülvarının evindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra 23-cü polis bölməsinin əməkdaşları gəlib Gülveranın evinə baxış keçirmişlər. 08 avqust 2022-ci il tarixdə Reyhan 02 ədəd yataq dəstini götürüb 23-cü polis bölməsinə gedən zaman ona məlum olmuşdur ki, Reyhan 02 ədəd yataq dəstini Xəyalədən almışdır, yəni həmin 02 ədəd yataq dəsti Gülveranın evindən birlikdə oğurladıqları əşyalardandır. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini göstərmiş, həmin halları və özünün xəstəliyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, ev 15B-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 orada yaşadığı müddətdə tanımış və normal münasibəti olmuşdur. Həmçinin, qonşuluqda yaşayan Şahid5, sonradan onun oğlu Şahid1 tanımışdır. Sonradan görmüşdür ki, Xəyalə tufeyli həyat tərzi keçirir və qonşu Əliağa ilə Xəyalənin yaxın münasibətləri vardır, anası Ədilə buna etiraz etsə də, Əliağa arvadı evdə olmayan zaman Xəyaləni evə gətirmişdir. Onların evi ilə Şahid5 evinin arasında təxminən 50 sm məsafə var, həmin evin ikinci mərtəbəsi yarı tikilidir və yaşayış yoxdur. X6 Respublikasında yaşayır və arada Bakı şəhərinə gəlib-gedir. 2022-ci ilin mart ayında əri Bakı şəhərinə gəlmiş və aprel ayında qayıdıb getmişdir. 20 iyun 2022-ci il tarixdə o, uşaqları ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, gedərkən bütün qapıları və pəncərələri bağlamışdır. O, evdən çıxanda qonşu Ədiləyə və Əliağanın arvadı Səidəyə tapşırmışdır ki, evi onlara əmanətdir. 06 avqust 2022-ci il tarixdə İstanbul şəhərində olan zaman bacısı Ellada ona zəng vurub bildirmişdir ki, evinə oğru girmişdir. O, bunu haradan bildiyini soruşanda Ellada demişdir ki, ona məxsus adyalı Təqsirləndirilən şəxs2 qonşu Reyhana satmışdır. 07 avqust 2022-ci il tarixdə o, İstanbul şəhərindən təyyarə ilə Bakı şəhərinə gəlmiş və yaşadığı evin qapısını açıb mənzilə daxil olmuşdur. Evin birinci mərtəbəsinin qonaq otağında olan “Samsung” markalı televizorun, bir ədəd seqvayın, bir ədəd nootbukun, iki ədəd planşetin, mətbəxdə olan qaz sobası və aspiratorun, elektriklə işləyən qırmızı və ağ rəngli sobaların, elektriklə işləyən samovar dəstinin, elektriklə işləyən mikserin, elektriklə işləyən blenderin, qazan dəstinin, bir ədəd elektriklə işləyən laqondanın, elektriklə işləyən direlin, açar dəstinin, ikinci mərtəbədə yataq otağında elektriklə işləyən fenlərin, kosmetik əşyaların, paltarların və evə məxsus digər əşyaların oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona məxsus evdən 10 manat dəyərində bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynək, 15 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynək, 10 manat dəyərində bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynək, 15 manat dəyərində bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynək, 100 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcə, 10 manat dəyərində bir ədəd qara rəngli qolu qısa qadın üçün köynək, 150 manat dəyərində bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, hər biri 5 manat ümumilikdə 10 manat dəyərində iki ədəd qara rəgli qadın üçün mayka, 5 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün mayka, 5 manat dəyərində bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynək, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynək, 10 manat dəyərində bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynək, 15 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün şalvar, 70 manat dəyərində bir ədəd ağ rəngli qadın üçün toxunma şalvar və bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynək, 50 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün don, 20 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynək, 25 manat dəyərində bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvar, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün cins şalvar, 10 manat dəyərində bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarı, 25 manat dəyərində bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvar, 100 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri şalvar, 25 manat dəyərində bir ədəd göy rəngli qadın üçün şalvar, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papaq, 25 manat dəyərində bir ədəd qara rəngli qadın üçün dəri papaq, 4 manat dəyərində bir ədəd ağ və boz rəngli toxunma papaq, 5 manat dəyərində bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papaq, 10 manat dəyərində bir ədəd qara rəngli qolu uzun qadın üçün köynək, 10 manat dəyərində bir cüt qara rəngli qadın üçün əlcək, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün şərf, 15 manat dəyərində bir ədəd mavi rəngli qadın üçün şort, 20 manat dəyərində bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətək, 5 manat dəyərində bir ədəd qara rəngli qadın üçün alt paltarı, 3 manat dəyərində bir ədəd qara rəngli kisə, 1 manat dəyərində bir ədəd albalı rəngli kəsik parça, 10 manat dəyərində bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynək, 2 manat dəyərində bir ədəd rəngli tibbi maska, 5 manat dəyərində bir ədəd qəhvəyi rəngli toxunma kəmər, 5 manat dəyərində bir ədəd qara rəngli toxunma qadın üçün əlcək, 2 manat dəyərində bir ədəd qara rəngli qadın üçün corab, 3 manat dəyərində bir cüt qara rəngli kişi üçün corab, 10 manat dəyərində bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarı, 10 manat dəyərində bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parçadan əl çantası, 25 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq yonan, 5 manat dəyərində bir ədəd qara rəngli daraq, 5 manat dəyərində bir ədəd qızılı rəngli dəri əl çantası, 25 manat dəyərində bir ədəd qara rəngli metal qutu və onun içində olan 13 ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketləri, hər biri 3 manat ümumilikdə 9 manat dəyərində 3 ədəd pudra, hər biri 5 manat ümumilikdə 20 manat dəyərində dörd ədəd şüşə qabda kosmetik krem, 15 manat dəyərində bir ədəd şüşə qabda ətir, 5 manat dəyərində bir ədəd pomada, hər biri 3 manat ümumilikdə 6 manat dəyərində iki ədəd metal qolbaq, 10 manat dəyərində bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbaq, 10 manat dəyərində bir ədəd qaş tuşu, 3 manat dəyərində bir ədəd kosmetik karandaş, 3 manat dəyərində bir ədəd pilka, 2 manat dəyərində bir ədəd “Bakı kart”, 1 manat dəyərində bir ədəd qəhvəyi rəngli sap topası, 10 manat dəyərində bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik material, 15 manat dəyərində bir ədəd qəhvəyi rəngli parça yük çantası, 500 manat dəyərində bir ədəd qaz peçi və bir ədəd aspiratoru (hava soranı), 70 manat dəyərində bir ədəd elektriklə işləyən soba, 210 manat dəyərində bir ədəd elektriklə işləyən mikrodalğalı soba, 70 manat dəyərində bir ədəd elektriklə işləyən ütü, 400 manat dəyərində bir ədəd segvay, 50 manat dəyərində bir ədəd göy rəngli, hər biri 25 manat ümumilikdə 50 manat dəyərində iki ədəd sarı rəngli üzərində tünd albalı rəngli naxışları olan yataq örtüyü, 400 manat dəyərində bir ədəd xalça, 30 manat dəyərində elektriklə işləyən bir ədəd mikser, 100 manat dəyərində elektriklə işləyən bir ədəd blender, 130 manat dəyərində elektriklə işləyən bir ədəd tozsoran, 45 manat dəyərində bir ədəd modem aparatı, 150 manat dəyərində elektriklə işləyən bir ədəd ətçəkən aparat, 130 manat dəyərində elektriklə işləyən bir ədəd şirəçəkən aparat, 180 manat dəyərində elektriklə işləyən samovar dəsti, 3000 manat dəyərində bir ədəd “Samsung” markalı televizor, 30 manat dəyərində elektriklə işləyən bir ədəd kofe bişirən aparat, 50 manat dəyərində bir ədəd elektriklə işləyən kofe üyüdən aparat, 55 manat dəyərində elektriklə işləyən bir ədəd direl, 70 manat dəyərində elektriklə işləyən laqonda, 110 manat dəyərində bir ədəd açar dəsti, 180 manat dəyərində qazan dəsti, 120 manat dəyərində tava dəsti, 50 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatı, 30 manat dəyərində bir ədəd elektriklə işləyən saç ütü aparatı, 70 manat dəyərində bir ədəd elektriklə işləyən hava feni, 80 manat dəyərində bir ədəd elektriklə işləyən daraqlı fen, 1500 manat dəyərində Toshiba markalı bir ədəd nootbuk, 550 manat dəyərində Asus markalı bir ədəd planşet, 100 manat dəyərində bir ədəd planşet, 50 manat dəyərində bir ədəd Samsung markalı mobil telefon aparatı (həmin mobil telefonun üzərində nömrə olmamışdır), hər biri 100 manat ümumilikdə 1700 manat dəyərində 17 ədəd yataq dəsti, 350 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klon, 1200 manat dəyərində bir ədəd Pandora markalı qolbağı, 130 manat dəyərində Samsung markalı bir ədəd DVD aparatı, 60 manat dəyərində bir ədəd elektriklə işləyən dırnaq aparatı, 50 manat dəyərində bir dəst xrustal bakal, 30 manat dəyərində bir dəst xrustal stəkan, 25 manat dəyərində bir dəst xrustal nəlbəki, hər biri 25 manat ümumilikdə 100 manat dəyərində 4 ədəd süfrə dəsti, hər biri 50 manat ümumilikdə 250 manat dəyərində 5 ədəd dəsmal dəsti, 50 manat dəyərində kül rəngində olan bir ədəd qadın pencəyi və 70 manat dəyərində qadın üçün bir ədəd dəri jilet, hamamda olan 25 manat dəyərində duşun bir ədəd krantı, 15 manat dəyərində bir ədəd balaca duşun bir ədəd krantı və evdə olan kondisonerin 4 manat dəyərində 4 metr elektrik naqili, iki ədəd tozsoran aparatının 6 manat dəyərində 12 metr elektrik naqili kəsilib oğurlanmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2022-ci il və 02 noyabr 2022-ci il tarixli rəyləri ilə razı deyil, rəylərdə qeyd olunan qiymətlər real həyatda olan qiymətlərdən həddindən artıq aşağı göstərilmişdir, ona məxsus əmlakların oğurlanması nəticəsində ona ümumilikdə 13664 manat məbləğində maddi ziyan dəymişdir. Polislərin operativ araşdırması nəticəsində oğurluğun Əliağa, Xəyalə və Mirəli tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilməsə də onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin evin qonşuluğunda Kamran Əfkari küçəsi, ev 15-də Şahid5, oğlu Şahid1 və Əliağanın ailəsi yaşayır. Şahid5 ilə onların münasibətləri yaxşıdır və bir-birlərinin evinə gedib-gəlirlər. Şahid1 Səidə Maşallayeva ilə ailə həyatı qurmuş və onların üç azyaşlı övladları vardır. Buna baxmayaraq Şahid1 özündən 12 yaş böyük olan Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Özünün Təqsirləndirilən şəxs2 ilə münasibəti yoxdur. 2017-ci ildə qızı Zeynəbin əri Sərxan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yaşayan Əli, sonradan dəqiq adını bildiyi Mirəli ilə birlikdə dəmir qırıntıları yığıb satmışlar. Həmin vaxtdan Mirəli onun yaşadığı evə gedib-gəlmişdir. Mirəlinin qonşuluqda yaşayan Şahid1lə münasibəti olmuşdur. 05 avqust 2022-ci il tarixdə saat 17 radələrində evdə olan zaman evinin giriş qapısı döyülmüş və qapını açanda görmüşdür ki, Təqsirləndirilən şəxs2dır. O, Xəyalədən soruşmuşdur ki, xeyir ola, Xəyalə demişdir ki, qardaşı Türkiyə Respublikasından satdıq dəsmal, yataq dəstləri gətirib, o da satır. Xəyalənin satdığı 130 manata 02 ədəd yataq dəstinin qiyməti münasib olduğu üçün ona razılıq vermişdir. O, Xəyalədən 02 ədəd yataq dəstini almış, 100 manat verib demişdir ki, 3-4 günə 30 manatı verəcəkdir. Xəyalə razılaşmış və ondan 100 manat pulu alıb getmişdir. 06 avqust 2022-ci il tarixdə saat 16 radələrində evdə olan zaman Xəyalə əlində bir ədəd qara rəngli içərisində müxtəlif geyim əşyaları olan çantanı onun yaşadığı evin həyət qapısının qarşısına qoymuş və demişdir ki, gedir, gələndə götürəcəkdir. O, Xəyalənin qoyduğu çantanı götürüb həyət qapısının çöl tərəfdən qarşısına qoymuşdur. Bu zaman qonşuluqda yaşayan Ellada adlı qadın həmin çantaya baxıb demişdir ki, bu, onun bacısı Gülveraya məxsus əşyalardır. Gülvera evini ona tapşırıb, özü ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Gülveranın yaşadığı evlə onun yaşadığı ev üzbəüzdür. Ellada Gülveranın yaşadığı evin qapısını açmış və görmüşdür ki, evin birinci mərtəbəsi dağınıq vəziyyətdədir, soyuducu və paltar yuyan aparat yerindən çəkilmişdir. Ellada demişdir ki, bacısı Gülvaranın evinə oğru girmiş və evdə olan əşyaların çoxu oğurlanmışdır. Bundan sonra Ellada mobil telefonla DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng vurub Gülvaranın evindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra 23-cü polis bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. 08 avqust 2022-ci il tarixdə onu 23-cü polis bölməsinə dəvət etmişlər. O, Xəyalədən aldığı 02 ədəd yataq dəstini götürüb 23-cü polis bölməsinə getmiş, olan hadisə barədə məlumat vermiş və yataq dəstlərini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 aldığı 02 ədəd yataq dəstinin oğurluq olmasını bilməmişdir, əgər bilsəydi ki, həmin yataq dəstələri oğurluqdur, heç vaxt almazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 1529 ünvanında yerləşən 10 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüş və həmin yerdə lombard fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin yay aylarında Şahid1 onun işlədiyi lombarda Redmi Not 8 markalı mobil telefonu girov qoyub pul götürmüş və bir ay ərzində pulu qaytarıb mobil telefonu geri almışdır. Bundan sonra Şahid1 bir neçə gündən sonra yenə lombarda gəlib Redmi Not 8 markalı mobil telefonu girov qoyub pul götürmüş və bir ay ərzində pulu qaytarıb mobil telefonu geri almışdır. Şahid1 lombarda Təqsirləndirilən şəxs2 ilə gəlib-getmişdir. O. Şahid1 bir müştəri kimi tanımışdır. 30 iyul 2022-ci il tarixdə saat 12- 13 radələrində lombardda olan zaman Şahid1 gəlib ona təklif etmişir ki, evinə məxsus bir ədəd Samsung markalı televizoru girov qoyub 450 manat pul götürmək istəyir. O, Şahid1 demişdir ki, televizoru gətirsin, baxıb ondan sonra deyəcək ki, nə qədər pul verir. Bundan sonra Şahid1 getmiş və 3-4 dəqiqədə sonra tanımadığı bir oğlan və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir ədəd oval formalı, 120 düyümlük Samsung markalı televizor gətirmişdir. O, televizora baxmışdır ki, televizor işlənmişdir. O, soruşmuşdur ki, bu televizor birdən oğurluq olar, onda Şahid1 ona demişdir ki, evindir, pul lazım olduğu üçün girov qoyur. O, Şahid1 demişdir ki, bu televizoru girov götürsə 350 manat verə bilər. Şahid1 onunla razılaşmış və demişdir ki, şəxsiyyət vəsiqəsi üzərində yoxdur, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini versə, onun adına sənədləşdirə bilərmi, o da razılıq vermişdir. Təqsirləndirilən şəxs2 özünə məxsus şəxsiyyət vəsiqəsini vermiş, o, girovu həmin şəxsin adına sənədləşdirmiş, 350 manat pulu Şahid1 vermiş və onlar pulu alıb getmişlər. 30 avqust 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng vursa da, telefon sönmüşdür. O, Təqsirləndirilən şəxs2 verdiyi mobil telefon nömrəsinə sms yazmışdır ki, “hörmətli müştəri, sizin qoyduğunuz Samsung markalı televizor ödəniş etmədiyiniz təqdirdə satışa çıxarılacaq, xahiş olunur aylıq ödənişi edin”. 13 sentyabr 2022-ci il tarixdə onu Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə dəvət etmişlər və ondan Şahid1 Samsung markalı televizoru girov qoyub-qoymamasını soruşmuşlar. O, polis əməkdaşlarına demişdir ki, Şahid1 bir ədəd Samsung markalı televizor gətirib girov qoymuş, ancaq sənədi üzərində olmadığı üçün tanışı Xəyalı Sadıxovanın adına sənədləşdirilmişdir. Polis bölməsində ona məlum olmuşdur ki, lombarda Şahid1 tərəfindən girov qoyulmuş bir ədəd Samsung markalı televizor oğurluqdur. 18 sentyabr 2022-ci il tarixdə o, lombardda olan zaman bir nəfər qadın gəlmiş və demişdir ki, o, Şahid1 anasıdır, gəlib televizoru girovdan çıxarsın. O, həmin qadının şəxsiyyət vəsiqəsinə baxmış və görmüşdür ki. həmin qadın Şahid5dır. Şahid5 400 manatı ona vermiş və qəbz yazıb vermişdir ki, girov qoyulmuş bir ədəd Samsung markalı televizoru oğlu Şahid1 oğurladığı üçün polis orqanına aparıb verəcəkdir. O da həmin Samsung markalı televizoru Şahid5 vermişdir. Şahid1 girov qoyduğu Samsung markalı televizorun oğurluq olduğunu bilməmişdir, əgər oğurluq olduğunu bilsəydi girov götürməzdi. Şahid1, Təqsirləndirilən şəxs2 və Əli adlı şəxs həmin Samsung markalı televizordan başqa lombarda girov qoymamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə DİN-nin 102 Xidməti-zəng mərkəzindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli evdən naməlum şəxsin məişət, yataq və geyim əşyalarını oğurlaması barədə daxil olmuş məlumatla əlaqədar 23cü polis bölməsinin təhqiqatçısı Şəbnəm Ələkbərova tərəfindən araşdırma aparılmışdır. Bölmənin əməliyyat müvəkilli Şahid7la keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 08 avqust 2022-ci il tarixdə saat 18:30-da ünvan 3 ünvanın yaxınlığında həmin oğurluq cinayətini törətməkdə şübhəli bilinən və xarici görkəmindən narkotik vasitə aludəçisinə bənzəyən Şahid1 saxlayaraq 23-cü polis bölməsinə dəvət etmişlər. Şahid1 etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Xidməti otaqların birində bölmənin baş təhqiqatçısı tərəfindən Şahid1 hüquq və vəzifələri izah olunmuş və vəkil dəvət olunmuşdur. Şahid1 üzərində şəxsi axtarış aparılarkən o, vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış aparılmasına başlanmış, bu zaman ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Şahid1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümün içərisində ağ rəngli kristal şəkilli maddədən ibarət olan psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid1 həmin bükümdə olan maddənin psxitrop maddə metamfetamin olduğunu, 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində Elnur adlı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şahid1 üzərindən aşkar olunan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərlə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənib götürülmüşdür. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli evdən oğurluq olması ilə əlaqədar soruşulduqda, Şahid1 səmimi olaraq bildirmişdir ki, qonşusu Zərərçəkmiş şəxs yaşadığı həmin evin ikinci mərtəbəsinin pəncərəsindən yaşadığı evin ikinci mərtəbəsində olan yarımtikilidən tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə girib məişət, geyim, yataq və digər əşyaları oğurlamışlar. Həmin əşyaların bir qismi yaşadığı evin zirzəmisindədir, bir ədəd Samsung markalı televizor metronun “Neftçilər” stansiyasının yaxınlığında lombarda girov qoyub 350 manat pul götürmüş, qalan əşyaların bir qismini Təqsirləndirilən şəxs2 satmış, bir qismini isə Vüsal adlı taksi sürücüsünün avtomobilinə qoymuşdur. Bu barədə raportla 23-cü polis bölməsinin rəhbərliyinə müraciət etmişlər, həmin oğurluq hadisəsini araşdıran təhqiqatçı Şahid1 iştirakı ilə yaşadığı evə gedib oğurlanmış məişət əşyalarını götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid7 Sadıx oğlu, Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və ayrıca icraata ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində ittiham hökmü çıxarılmış Şahid1 yuxarıda göstərilənlərə, ittihamın mahiyyətinə uyğun ifadə verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15B nömrəli iki mərtəbəli evə qanunsuz olaraq daxil olub oradan oğurluq etməklə zərərçəkmiş şəxsə ümumilikdə 13664 manat məbləğində maddi ziyan vurduqlarını etiraf etmişdir. Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid5 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamran Əfkari küçəsi, ev 13-də ailəsi ilə birlikdə kirayə yaşayır, yaşadığı evlə bacısı Zərərçəkmiş şəxs yaşadığı evin arasında təxminən 100-150 metr ara məsafəsi vardır. 20 iyun 2022-ci il tarixdə bacısı Gülvera uşaqları ilə birlikdə Türkiyə Respublikasına getmiş və evinə nəzarət etməyi ona tapşırmışdır. 06 avqust 2022-ci il tarixdə saat 16:30-da radələrində o, evdə olan zaman qonşuluqda yaşayan Şahid3 nəvəsi Təranə və onların evinə gedib-gələn Əli adlı şəxs onun yaşadığı evə gəlib demişlər ki, bacısı Zərərçəkmiş şəxs evindən gecə səslər gəlirmiş. O, Təranə və Əliyə demişdir ki, ola bilməz, çünki bacısı Gülvera evdə yoxdur. Bundan sonra Təranə ona demişdir ki, Xəyalə onların həyətinə bir ədəd çanta gətmişdir, həmin çanta bacısı Gülveranın çantasına oxşayırmış. O, Təranə və Əli ilə birlikdə onların həyətinə getmiş və görmüşdür ki, həqiqətən də Gülveraya məxsus çantadır. O, həmin çantanı açıb içinə baxmış və görmüşdür ki, Gülveraya məxsus istifadə olunmuş və istifadə olunmamış geyim əşyalarıdır. Bundan sonra o, Gülveraya zəng vurub vəziyyəti ona danışmışdır. Gülvera ona demişdir ki, evə girməsin, polis çağırsın, o da bilet alıb Türkiyədən təyyarə ilə Bakıya gəlir. Həmin vaxt Şahid3 ona demişdir ki, bu çantanı Təqsirləndirilən şəxs2 qoymuş və demişdir ki, bir taksi gəlib aparacaqdır, Xəyalə ona iki ədəd yataq dəsti satmış və demişdir ki, qardaşı Türkiyə Respublikasından gətirmişdir. Həmin vaxt o, qardaşı İlqara bu barədə məlumat vermiş, bundan sonra istifadəsində olan ***-***-**-** nömrəsindən DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng vurub bacısı Zərərçəkmiş şəxs evindən oğurluq olması ilə əlaqədar məlumat vermişdir. Daha sonra dayısı Bəxtiyar Nəsirovdan bacısı Gülveranın evinin açarını götürüb evə getmişdir. Bir müddət sonra hadisə yerinə Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları gəlmişlər. Həmin vaxt qardaşı İlqar da hadisə yerinə gəlmişdir. O, açarı orada olan polisə əməkdaşlarına vermişdir ki, bacısı Zərərçəkmiş şəxs evinin giriş qapısını açsınlar. Polis əməkdaşları onun verdiyi açarla qapını açmaq istəsələr də qapını aça bilməmişlər, çünki qapı arxadan bağlanmışdır. Polis əməkdaşlarından biri qardaşı İlqara demişdir ki, evin ikinci mərtəbəsindən içəri düşsün və qapını arxadan açsın. Bundan sonra İlqar Gülveranın evinin ikinci mərtəbəsindən içəri düşüb giriş qapını arxadan açmışdır. O, evin birinci mərtbəsinə baxan zaman görmüşdür ki, hər şey dağınıqdır, mətbəxdə paltaryuyan aparatı və soyuducu qabaq tərəfə çəkilmişdir. Bundan sonra polis əməkdaşları evə baxış keçirmiş və evin giriş qapısını bağlayıb açarlarını ona vermişlər. 07 avqust 2022-ci il tarixdə Gülvera Türkiyədən təyyarə ilə Bakı şəhərinə gəldiyinə görə evin açarını ona vermişdir. Gülvera evinə baxmaq üçün getmiş və baxıb gələndən sonra demişdir ki, evindən demək olar ki, çox şey oğurlanmışdır. 08 avqust 2022-ci il tarixdə Gülvera evindən oğurluq olması ilə əlaqədar 23-cü polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Şahid5 sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanda oğlu Şahid1 və onun ailəsi ilə birlikdə yaşayır. Oğlu Əliağa taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanmışdır, X2 ilə birgə nikahlarından 2013-cü ildə İbrahim, 2015-ci ildə Ramiz, 2016-cı ildə Seymur adlı nəvələri anadan olmuşdur. Özü Bakı Metropolitenində təmizlik işçisi işləyir və bazar günü istisna olmaqla hər gün saat 08-də işdə olur, saat 17-də işdən çıxıb evə gəlir. X4 qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə münasibəti yaranmış və onlar görüşmüşlər. O, həmişə oğlu Əliağaya buna görə irad tutmuşdur. 06 may 2022-ci il tarixdə əri İbrahim ürək çatışmamazlığından ölmüşdür. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə normal münasibəti vardır. Gülveranın iki mərtəbəli evi ilə onun evinin arasında təxminən 50-60 sm məsafə var, onun evinin ikinci mərtəbəsi yarı tikilidir və həmin ikinci mərtəbədə yaşayış yoxdur. 2022-ci ilin yay aylarında ona məlum olmuşdur ki, Əliağa narkotik vasitə qəbul edir. O, Əliağaya demişdir ki, müalicə olunmalıdır. Əliağa narkotik vasitə qəbul etdiyini inkar etmişdir. 2022-ci ilin iyun ayında Gülvera uşaqları ilə birlikdə Türkiyə Respublikasına getmiş və getməmişdən qabaq ona demişdir ki, onun evinə nəzarət edər. 2022-ci ilin iyul ayında gəlini Səidə nəvələrini götürüb Tərtər rayonuna getmişdir. Həmin vaxtlar ona qonşudan kimsə demişdir ki, o, işə gedəndə oğlu Əliağa Təqsirləndirilən şəxs2 evə gətirir. O, Əliağaya buna görə irad tutmuşdur. 06 avqust 2022-ci il tarixdə saat 18 radələrində işdən evə gələn zaman qonşulardan eşitmişdir ki, Gülveranın evinə oğru girib və əşyalarını oğurlamışlar. Həmin günün axşamı məlum olmuşdur ki, bu oğurluğu Təqsirləndirilən şəxs2 etmişdir. 08 avqust 2022-ci il tarixdə Əliağanın 23-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Xəyalə ilə Əliağa qonşu Zərərçəkmiş şəxs evindən oğurluq etmişlər. O, evdə olan video kameralara baxan zaman görmüşdür ki, 01 avqust 2022-ci il tarixdə saat 11:20də Təqsirləndirilən şəxs2 və qonşuda yaşayan Şahid3 evinə gedib-gələn Əli adlı şəxs onun yaşadığı evin həyətində olan pulləkanlarla ikinci mərtəbədə olan yarı tikiliyə çıxırlar, qayıdanda əllərində məişət əşyaları və geyim əşyaları gətirirlər. 23-cü polis bölməsinə gedən zaman ona məlum olmuşdur ki, oğlu Əliağa tanışı Xəyalə ilə qonşu Gülveranın evindən oğurladıqları bir ədəd televizoru Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında olan lombarda girov qoyub pul götürmüşdür. O, evdə sənəd axtaran zaman lombard kağızını görmüş, həmin lombard kağızının üzərində Təqsirləndirilən şəxs2 adını və girov qoyulan bir ədəd Samsung markalı televizor sözünü oxumuşdur. Lombard kağızının üzərində olan telefon nömrəsinə zəng vurub lombardın yerini öyrənmiş və lombarda gedib televizorla maraqlanmışdır. Ona məlum olmuşdur ki, Xəyalənin adına qoyulmuş televizor 30 iyul 2022-ci il tarixdə girov qoyulmuş və 350 manat götürülmüşdür. Lombardda işləyən oğlan demişdir ki, 30 sentyabr 2022-ci il tarixdə pul verilməsə televizor satışa qoyulacaqdır. O, həmin oğlandan xahiş etmişdir ki, oğlu Əliağa tutulmuşdur, televizor qonşunundur, oğlu oğurlayıbdır, satışa çıxarmasın, pulu dıizəldib verəcəkdir. 18 sentyabr 2022-ci il tarixdə 400 manat düzəldib lombardda işləyən oğlana verərək televizoru götürmüş və qonşuya qaytarmaq üçün polisə aparmışdır. 08 avqust 2022-ci il tarixdə Əliağa 23-cü polis bölməsinin əməkdaşları ilə yaşadığı evə gələn zaman Əliağa evin zirzəmisindən elektrik peçini, mikrodalğalı peçi, skuteri və digər əşyaları polis əməkdaşlarına təhvil verəndə həmin əşyaları evində görmüşdür. Həmin vaxta qədər evində oğurluq əşyaların olduğunu bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 5) - 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (İ cild i.v. 1-2) - 06 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs2 onun yaşadığı evin həyətinə qoyduğu bir ədəd idman çantasında olan bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynəyi, bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynəyi, bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynəyi, bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcəni, bir ədəd qara rəngli qolu qısa qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, iki ədəd qara rəgli qadın üçün maykanı, bir ədəd mavi rəngli qadın üçün maykanı, bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynəyi, bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynəyi, bir ədəd ağ rəngli qadın üçün şalvarı, bir ədəd ağ rəngli qadın üçün toxunma şalvarı, bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynəyi, bir ədəd qara rəngli qolu uzun qadın üçün donu, bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynəyi, bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvarı, bir ədəd göy rəngli qadın üçün cins şalvarı, bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarını, bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvarı, bir ədəd qara rəngli qadın üçün dəri şalvarı, bir ədəd göy rəngli qadın üçün şalvarı, bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papağı, bir ədəd qara rəngli qadın üçün dəri papağı, bir ədəd ağ və boz rəngli toxunma papağı, bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papağı, bir ədəd qara rəngli qolu uzun qadın üçün köynəyi, bir cüt qara rəngli qadın üçün əlcəyi, bir ədəd qara rəngli qadın üçün şərfi, bir ədəd mavi rəngli qadın üçün şortu, bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətəyi, bir ədəd qara rəngli qadın üçün alt paltarını, bir ədəd qara rəngli kisəni, bir ədəd albalı rəngli kəsik parçanı, bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynəyi, bir ədəd rəngli tibbi maska, bir ədəd qəhvəyi rəngli toxunma kəməri, bir ədəd qara rəngli toxunma qadın üçün əlcəyi, bir ədəd qara rəngli qadın üçün corabı, bir cüt qara rəngli kişi üçün corabı, bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarını, bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parça əl çantasını, bir ədəd elektriklə işləyən dırnaq yonanı, bir ədəd qara rəngli darağı, bir ədəd qızılı rəngli dəri əl çantasını, bir ədəd qara rəngli metal qutu və onun içində olan on üç ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketlərini, üç ədəd pudranı, dörd ədəd şüşə qabda kosmetik kremi, bir ədəd şüşə qabda ətiri, bir ədəd pomadanı, iki ədəd metal qolbağı, bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbağı, bir ədəd qaş tuşu, bir ədəd kosmetik karandaşı, bir ədəd pilkanı, bir ədəd “Bakı kart”ı, bir ədəd qəhvəyi rəngli sap topasını, bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik materialı götürərək 23-cü polis bölməsinə təqdim etmiş, həmin əşyalar CA üzrə əməliyyat müvəkkilinin iştirakı ilə təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (İ cild i.v. 31-32) - 08 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 34-38) - 08 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid1 Zərərçəkmiş şəxs evindən oğurlayaraq yaşadığı evin zirzəmisində gizlətdiyi bir ədəd qaz peçini, bir ədəd aspiratoru, bir ədəd elektriklə işləyən sobanı, bir ədəd elektriklə işləyən mikrodalğalı sobanı və bir ədəd segwayı hal şahidlərinin iştirakı ilə təqdim etmiş və həmin əşyalar ondan götürülmüşdür. (İ cild i.v. 46-48) - 08 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs2 aldığı bir ədəd çantada olan iki ədəd yataq dəstini hal şahidlərinin iştirakı ilə təqdim etmiş və həmin əşyalar ondan götürülmüşdür. (İ cild i.v. 51-52) - 18 sentyabr 2022-ci il və 17 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, Şahid5 təqdim etdiyi oğurluq hadisəsinin törədildiyini təsdiq edən 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs evindən oğurlanaraq lombarda qoyulmuş 01 ədəd Samsung markalı televizor ondan götürülmüşdür. Diskə baxış zamanı 01 avqust 2022-ci il tarixdə saat 11:20-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin həyətində olan pilləkanla ikinci mərtəbəyə qalxdıqları, əllərində məişət əşyaları və geyim əşyaları qayıdıb gəlmələri müşahidə olunmuşdur. Həmin görüntülərə Təqsirləndirilən şəxs2 və müdafiəçisinin, eyni zamanda Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirilmişdir. (İ cild i.v. 142, İİ cild i.v. 9, 21) - 30 sentyabr 2022-ci il tarixdə şahid qismində dindirilərkən Şahid4 təqdim etdiyi girov müqaviləsinin, Təqsirləndirilən şəxs2 və Şahid5 şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 30 iyul 2022-ci il tarixli 000229 nömrəli girov müqaviləsində Təqsirləndirilən şəxs2 həmin tarixdə 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürdüyü, Şahid5 isə oğlu Şahid1 lombarda girov qoyduğu Samsung markalı televizor üçün 400 manat ödəməklə televizoru 23-cü polis bölməsinə təqdim etmək üçün götürdüyü qeyd edilmiş və tərəflərindən imzalanmışdır. (İ cild i.v. 146-147) - 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilməklə həmin maddələrlə ittiham elan edilmiş, cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 9/6796 nömrəli və 02 noyabr 2022-ci il tarixli 9/7276 nömrəli rəyləri cinayət prosesində sübut hesab edilməmiş, cinayət işi üzrə Şahid1 yaşadığı evdən götürülmüş bir ədəd qaz peçi, bir ədəd aspiratoru, bir ədəd elektriklə işləyən soba, bir ədəd elektriklə işləyən mikrodalğalı soba və bir ədəd segwayı, Şahid3 təqdim etdiyi bir ədəd idman çantasında olan bir ədəd qırmızı rəngli qolu qısa qadın üçün köynəyi, bir ədəd açıq qəhvəyi rəngli qolu uzun qadın üçün köynəyi, bir ədəd tünd qəhvəyi rəngli qolu uzun üzərində “LOVE YOU SO” sözləri yazılmış papaqlı qadın üçün toxunma köynəyi, bir ədəd ağ rəngli qara zolaqlı qolu uzun qadın üçün köynəyi, bir ədəd qara rəngli qolu uzun qadın üçün dəri gödəkcə, bir ədəd qara rəngli qolu qısa qadın üçün köynək, bir ədəd qara rəngli qolu uzun papaqlı qadın üçün dəri gödəkcə və bir ədəd qara rəngli qadın üçün dəri şalvar, iki ədəd qara rəgli qadın üçün mayka, bir ədəd mavi rəngli qadın üçün mayka, bir ədəd yaşımtıl rəngli qolu uzun qadın üçün köynək, bir ədəd qara rəngli qolu uzun üzərində qız şəkili olan qadın üçün köynək, bir ədəd tünd qırmızı rəngli qolu uzun üzərində “BLUE WHEAT” sözləri olan qadın üçün köynək, bir ədəd ağ rəngli qadın üçün şalvar, bir ədəd ağ rəngli qadın üçün toxunma şalvar, bir ədəd ağ rəngli qolu uzun qadın üçün toxunma köynək, bir ədəd qara rəngli qolu uzun qadın üçün don, bir ədəd açıq qəhvəyi rəngli qolu qısa qadın üçün toxunma köynək, bir ədəd açıq qəhvəyi rəngli qadın üçün şalvar, bir ədəd göy rəngli qadın üçün cins şalvar, bir ədəd açıq çəhrayı rəngli qadın üçün alt paltarı, bir ədəd açıq göy rəngli üzərində “THE END” sözü yazılmış qadın üçün şalvar, bir ədəd qara rəngli qadın üçün dəri şalvar, bir ədəd göy rəngli qadın üçün şalvar, bir ədəd çəhrayı rəngli qadın üçün toxunma papaq, bir ədəd qara rəngli qadın üçün dəri papaq, bir ədəd ağ və boz rəngli toxunma papaq, bir ədəd qırmızı rəngli qırmızı qotazlı toxunma papaq, bir ədəd qara rəngli qolu uzun qadın üçün köynək, bir cüt qara rəngli qadın üçün əlcək, bir ədəd qara rəngli qadın üçün şərf, bir ədəd mavi rəngli qadın üçün şort, bir ədəd qara rəngli üzəri yaşıl və mavi rəngli qadın üçün ətək, bir ədəd qara rəngli qadın üçün alt patarı, bir ədəd qara rəngli kisə, bir ədəd albalı rəngli kəsik parça, bir ədəd açıq mavi rəngli 4 düyməli qolu qısa qadın üçün köynək, bir ədəd rəngli tibbi maska, bir ədəd qəhvəyi rəngli toxunma kəmər, bir ədəd qara rəngli toxunma qadın üçün əlcək, bir ədəd qara rəngli qadın üçün corab, bir cüt qara rəngli kişi üçün corab, bir ədəd tünd göy rəngli kənarında iki ağ zolaq olan qadın idman şalvarı, bir ədəd ağ rəngli üzəri qara zolaqlarla olan parça əl çantası, bir ədəd elektriklə işləyən dırnaq yonan, bir ədəd qara rəngli daraq, bir ədəd qızılı rəngli dəri əl çantası, bir ədəd qara rəngli metal qutu və onun içində olan on üç ədəd qırmızı bağlamada üzərində “CHİNA TEA” sözləri yazılmış çay paketləri, üç ədəd pudra, dörd ədəd şüşə qabda kosmetik krem, bir ədəd şüşə qabda ətir, bir ədəd pomada, iki ədəd metal qolbaq, bir ədəd kəndir və üzərində yumru qaşlardan olan qolbaq, bir ədəd qaş tuşu, bir ədəd kosmetik karandaş, bir ədəd pilka, bir ədəd Bakı kart, bir ədəd qəhvəyi rəngli sap topası, bir ədəd qutu və içində olan 192 ədəd dırnaq üzərinə qoyulan plastik material, bir ədəd çantada olan iki ədəd yataq örtüyü, Şahid5 təqdim etdiyi bir ədəd Samsung markalı televizor maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs qaytarılması qərara alınmış, 01 avqust 2022-ci il tarixdə saat 11:20-də Təqsirləndirilən şəxs2 və Əli adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15 nömrəli evin həyətində olan pilləkanla ikinci mərtəbəyə qalxaraq əllərində məişət və geyim əşyaları gətirmələrinə dair videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin istintaq materiallarında saxlanması nəzərə alınmış, 30 iyul 2022-ci il tarixdə tərtib edilmiş 000229 nömrəli girov müqaviləsinə əsasən həmin tarixdə Təqsirləndirilən şəxs2 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürməsinə dair girov müqaviləsi maddi sübut qismində tanınaraq cinayət işinin istintaq materiallarında saxlanması nəzərə alınmış, Şahid3 və Şahid4 əməllərində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 istintaq orqanının çağırışlarına gəlmədiyi və şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmadığı üçün Təqsirləndirilən şəxs2 yerinin və şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması, cinayət işi üzrə taksi sürücüləri Elnur və Vüsal adlı şəxslərin, Təranə Məmmədova ilə zəruri istintaq hərəkətlərinin və cinayət işi üzrə tam və hərtərəfli araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslərin əməllərinə ayrılan cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. (İ cild i.v. 185-207) - 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, 01 avqust 2022-ci ildə saat 11:20də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsi, 15 nömrəli evin həyətində olan pilləkanla ikinci mərtəbəyə qalxaraq əllərində məişət və geyim əşyaları gətirmələrinə dair video görüntü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmış, 30 iyul 2022-ci il tarixdə tərtib edilmiş 000229 nömrəli girov müqaviləsinə əsasən 30 iyul 2022-ci il traixdə Təqsirləndirilən şəxs2 bir ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürməsi barədə girov müqaviləsi cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmış, Təranə Məmmədova, “Elnur” və “Vüsal” adlı şəxslərin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 307.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. (İİ cild i.v. 26-46) -Hökmün surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(007)-76/2023 nömrəli hökmü ilə Şahid1 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Məhkəmənin qərarına əsasən təyin olunaraq keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 16 sentyabr 2023-cü il tarixli 2644 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, özünükəsmələrlə müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 66) - 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (İ cild i.v. 113-114) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 118-119) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 134) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi digər cinayət əməlinə görə 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 26 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həmin iş üzrə 07 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablanmışdır. (İİ cild i.v. 1-2, 148-149) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsindəki 26 iyul 2023-cü il tarixli 1(007)-409/2023 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 21 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 90-91) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 1(007)- 216/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. (İİ cild i.v. 153-155) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 28 aprel 2023-cü il tarixli 1/2- 4872 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 27 aprel 2023-cü il tarixdə tutulmuşdur. (İİ cild i.v. 161-162) -Doğum şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X1 birgə nikahlarından 07 fevral 2004-cü il tarixdə Zeynəb, 28 noyabr 2005-ci il tarixdə Aytən adlı uşaqları doğulmuşdur. -Bakı şəhəri 25 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsini, lakin zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsini, lakin zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 08 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində polislər tərəfindən saxlanılmış, barəsində tutma protokolu 09 avqust 2022-ci il tarixdə tərtib olunsa da azadlıq hüququ faktiki olaraq saxlanıldığı vaxtdan məhdudlaşdırılmış, 10 avqust 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə 02 gün tutmada saxlanılmış, bundan başqa, o, 27 aprel 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutularaq həbs edilmişdir, halhazıra, yəni 01 noyabr 2023-cü il tarixədək 06 ay 05 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 06 ay 07 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, habelə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun 26 iyul 2023-cü il tarixli hökm üzrə müəyyən edilmiş 07 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablanmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu, habelə həmin hökmlə ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməklə onunla barışıq əldə edilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk və Təqsirləndirilən şəxs2 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürməsinə dair girov müqaviləsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, aşkar olunmuş müvafiq əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; təqsirləndirilən şəxslərə münasibətdə məhkəmə xərcinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 08 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 27 aprel 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 05 (beş) gün, cəmi 06 (altı) ay 07 (yeddi) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 14 (on dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 26 iyul 2023-cü il tarixli hökm üzrə müəyyən edilmiş 07 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu, habelə həmin hökmlə ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 01 ədəd Samsung markalı televizoru girov qoyaraq 350 manat pul götürməsinə dair 30 iyul 2022-ci il tarixli 000229 nömrəli girov müqaviləsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, aşkar olunmuş müvafiq əşyaların məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı dövründə 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-216/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-216/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver