Məhkəmə qərarları › İş №1(007)-217/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-217/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-217/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 xx xxxxxxxx 1983-cü ildə Füzuli rayonu, Arayatılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum edilmiş, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, X4 barəsində xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, R.R.Hacılının Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılır ki, şikayətçi X3 , 1982-ci ildə anadan olmuşdur, (bundan sonra Şikayətçi). Şikayətçi ali təhsillidir, 2004-cü ildə Bakı Dövlət Universitetini, 2009-cu ildə Harvard Universitetini bitirmişdir. Şikayətçi ictimai-siyasi fəaldır və son olaraq, x xxxxxx 2020-ci ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Şikayətçi 2013-cü ildən 2020-ci ilə qədər X1 şəbəkələrdə və KİV-lərdə böhtan və təhqir xarakterli hücumlarına məruz qalmışdır. Həmin hərəkətlər aşağıdakılardan ibarət olmuşdur: xx xxxxxx 2013-cü il tarixindən başlayaraq özünə məxsus Facebook şəbəkəsində Şikayətçi barədə böhtan və təhqir məzmunlu məlumatlar paylaşmağa başlayır. O, bu məlumatlarda Şikayətçini 13 yaşlı qıza seks təklif etməkdə ittiham edir. O, eyni zamanda Şikayətçini pedofillikdə, nurçuluqda, azyaşlı qızlarla seks skandallarında, zorlamada, satqınlıqda və digər cinayətlərdə ittiham edir. (Onun sosial şəbəkələrdə Şikayətçi haqqında yazdığı yazıların surətləri qoşmada) X5 2013-cü ilin noyabr ayında etatist.com saytına dəfələrlə məlumat verərək, eyni ittihamları, böhtan və təhqirləri təkrarlayır və bu zaman öz niyətini də gizlətmir. Sitat: “Məqsədimi açıq deyirəm. Adamı o qədər gözdən salacam ki, onu ciddiyə alıb mənə qarşı ittiham irəli sürülməsin” (Həmin məqalələrin surətləri qoşmaya əlavə edilir). X5 bu böhtan və təhqir kampaniyasını, Şikayətçini ağır cinayətlərdə ittiham etmək adətini 2020-ci ilə qədər həm sosial şəbəkələrdə, həm də müxtəlif KİV-lərdə davam etdirir və onun bu çıxışları Şikayətçinin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ciddi maddi və mənəvi zərbə vurur. X5 AR Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, o, 2013-cü ilin noyabr ayından etibarən sosial şəbəkələrdə, müxtəlif KİV-lərdə və yazı və müsahibələrdə mənə qarşı həqiqi olmadığını bilə-bilə böhtan xarakterli məlumatlar yaymış, məni ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmişdir. Odur ki, yuxarıdakı göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2, 88.1.3, 204.1, 293.3.1-293.3.7-ci maddələrinin tələblərini nəzərə alaraq, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi, xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun verilmədiyinə görə, icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, xüsusi ittiham qaydasında şikayətin icraata götürülərək, məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş ərizəni tədqiq edərək, xüsusi ittihamçını və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisini dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətCPM-in tələblərinə uyğun verilmədiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, elektron məhkəmə portalından çıxarışdan görünür ki, X4 yaşayış yeri Füzuli rayonu, Arayatılı kəndidir. Xüsusi ittiham qaydasında şikayətdə isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 ünvanı “ünvan 1 kimi göstərilmiş, lakin sonuncunun həqiqətən də həmin ünvanda yaşamasını təsdiq edən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Halbuki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası MPM-nin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçrilməsindən imtina etməlidir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan, onun elan olunduğu gündən 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar