Məhkəmə qərarları › İş №1(007)-217/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-217/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-217/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonunda yerləşən 263 nömrəli məktəbdə müəllim işləyən, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:43-də “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan ona məxsus “Nissan Note minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60-70 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki körpünün üzərində sol tərəfdən birinci hərəkət zolağı ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman arxası ilə eyni istiqamət üzrə hərəkət edən "Kia Sorento minik" markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid işıq və səs siqnalından istifadə edərək yol istəməsi ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə əsasən sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda, həmin tələblərə əməl etməyərək, yol hərəkəti qaydalarını pozub, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən körpünün üzərində sol hərəkət zolağından sağ hərəkət zolağına yerdəyişərkən idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə yolun kənarında nasaz olduğu üçün dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs faktiki mülkiyyətində olan "BMW 318 minik" markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə toqquşması və avtomobilin ön hissəsində dayanmış Zərərçəkmiş şəxs "BMW 318 minik" markalı 10- SX-913 dövlət qeydiyyat nişanlı avtomobilin dəyməsi nəticəsində ehtiyatsızlıqdan sonuncunun dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmaya aid alt çənə sümüyünün sınıqları, İV, V, Vİ qabırğaların, sol qamış sümüyünün sınıqları, sol baldırın sıyrıqlarından ibarət xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Xırdalan şəhərində yaşayır, ancaq Suraxanı rayonu, Günəşli qəsəbəsində işləyir. Hadisə 29 may 2024-cü il tarixdə, saat 13:30 radələrində baş vermiş, idarə etdiyi “Nissan Note” minik markalı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi istiqamətindən avtomobil yolunun Bakı şəhəri Nizami rayonu, Babək prospektindən keçən hissəsindən üzü şəhərin mərkəzi istiqamətində hərəkət etmiş, həmin vaxt avtomobilin arxa oturacağında azyaşlı oğlu İslam Xəlilzadə oturmuşdur. Göstərilən tarixdə, saat 13:40 radələrində idarə etdiyi avtomobillə avtomobil yolunun Nizami rayonu, ünvan 2 ünvandan keçən hissəsindən 2 zolaqlı hərəkət yolunun sol tərəfdən birinci hərəkət zolağında üzü şəhərin mərkəzi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilinin arxasınca gələn başqa bir maşın səs və işıq siqnalından istifadə edərək avtomobili sağ hərəkət zolağına çıxarmağına işarə etmiş, o da həmin avtomobilə yol vermək məqsədilə avtomobili sağ hərəkət zolağına çıxartmışdır. Ondan sonra olanları isə orada qəza olduğundan və xaos yarandığından xatırlamır. Hadisə ilə əlaqəli zərərçəkmiş şəxsə bacardığı qədər yardım etməyə çalışmış, zərərçəkmiş şəxs onlardan dəfələrlə maddi yardım istəmiş, o da nə qədər bacarırsa, ona göndərmişdir. Belə ki dəfələrlə zərərçəkmiş şəxsin kart hesabına müxtəlif məbləğlərdə pul köçürmüş, eyni zamanda onun göndərdiyi siyahıya uyğun olaraq ona lazım olan ərzaqları alıb vermiş, hətta ona müxtəlif xörəklər hazırlayıb aparmışdır. Ümumilikdə kart hesabına da 7300 manat məbləğində ödəniş olunmuşdur. Əvvəlcə aralarında barışıq əldə olunsa da, sonradan zərərçəkmiş şəxs razılaşmamış, əvvəlcə 70 min manat pul tələb etmiş, sonra isə 50 min manat olaraq tələb etmişdir. 70 min tələb etməsinin səbəbini isə onunla əlaqələndirmişdir ki, hadisə baş verən günü o, 70 minlik iş dalınca gedirmiş. Əməlindən çox peşmandır. Himayəsində 1 azyaşlı uşağı var və onu təkbaşına böyüdür. Əmisi şəhid olmuş, atası isə müharibə veteranıdır. Bütün bunları nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 29 may 2024-cü il tarixdə saat 13:30 radələrində idarə etdiyi “BMW 318” markalı **-SX-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə üzü şəhər mərkəzi istiqamətində hərəkət edərkən Babək prospektində yerləşən körpünün üzərində iki zolaqlı hərəkət yolunun sağ tərəfdən birinci hərəkət zolağında hərəkətdə olan zaman birdən avtomobil söndüyündən, o, avtomobili saxlayaraq qəza siqnallarını yandıraraq avtomobildən düşmüşdür. Yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə avtomobilin ön tərəfinə keçmiş, avtomobilin ön hissəsindəki qapağı qaldırmışdır. Bu zaman gözlənilmədən nəyinsə avtomobilə çırpılmasını hiss etmişdir. Bundan sonra heçnə xatırlamır, çünki aldığı xəsarətlərdən komaya düşmüş və 4 gün sonra xəstəxanada özünə gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil idarə etdiyi avtomobilə çırpılmış və o, avtomobilin qarşısında olduğu üçün avtomobili ona çırpıldığından xəsarət almışdır. Hadisə nəticəsində ona dəymiş maddi ziyandan 2700 manat o, xəstəxanada olarkən ona ödənilmiş və həmin pulu həkimlərə vermişdir. Daha sonra bir dəfə 200 manat, bir dəfə isə 3500 manat ona dəymiş ziyandan pul ödənilmişdir. Əvvəllər təqsirləndirilən şəxslə dəymiş zərərlə bağlı razılığa gəlmiş, bununla bağlı təqsirləndirilən şəxs evə notarius gətirərək ondan ərizə almışdır, lakin sonra onu aldatmışlar. Belə ki, o bildirmişdir ki, onun maşını, bir də sağlamlığını düzəltsinlər. Təqsirləndirilən şəxs 10000 manat pul verməli, o da maşın almalı idi. Lakin getdikdən sonra sadəcə ona 3500 manat pul göndərərək qalan pulu da sığortadan almasını bildirmişlər. Hadisə baş verən zaman o, türk filminə çəkilməli olmuş, bununla bağlı ona ödəniş olunmalı idi. Lakin həmin vəsait də əldən çıxmışdır. Hazırda təqsirləndirilən şəxsdən dəymiş zərərin əvəzi olaraq 50000 manat tələb edir, şikayətçidir, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 29 may 2024-cü il tarixdə, saat 13 radələrində Xətai rayonu, Neapol dairəsi istiqamətindən üzü şəhərin mərkəz istiqamətində idarə etdiyi “Kia Sorento” markalı avtomobil ilə hərəkətdə olan zaman təxminən 13:40 radələrində Nizami rayonu, Babək prospektində yerləşən körpünün üstü ilə sol hərəkət zolağı ilə hərəkətdə olarkən ondan ön tərəfdə hərəkətdə olan “Nissan Note” markalı avtomobilin sürücüsü onun qarşısı ilə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilə siqnal verərək ondan yol istəmişdir. Bundan sonra “Toyota Prius” markalı avtomobilin sürücüsü öz hərəkəti ilə yoluna davam etmiş və yol verməmişdir. Bu məqamda “Nissan Note” markalı avtomobilin sürücüsü qəfildən yolun sol zolağından yolun sağ zolağına tərəf hərəkət etmiş və yolun sağ zolağında dayanmış BMW markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən “Nissan Note” markalı avtomobilin sol hissəsi onun idarə etdiyi avtomobilin sağ ön künc hissəsinə dəyib yolun ortasında dayanmışdır. Bundan sonra o, avtomobili saxlayaraq dərhal avtomobildən düşmüş və Nissan markalı maşına yaxınlaşmış, avtomobildə olan qadın sürücü və uşağa digər şəxslərlə birlikdə kömək etmişlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 646 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs alt çənə sümüyünün sınıqları, İV, V, Vİ qabırğaların, sol qamış sümüyünün sınıqları, sol baldırın sıyrıqları olmuşdur. Xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024cü il tarixli, 8/1963 nömrəli ekspert rəyindən görünür ki, Nissan Note markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü A.Abdullayevə avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Sorento markalı, **-XJ-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 318 markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə istintaqı zamanı Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin təhlükəsizlik kamerasının çəkmiş olduğu yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən DVD diskə baxış keçirərkən hadisənin videonun alt hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə, saat 13:43-də baş verməsi, videonun 00.18-ci dəqiqəsində uzaq məsafədən körpünün üzərində avtomobillərin hərəkət etməsi, daha sonra bir avtomobilin körpünün üzərində kənarda dayanmış olan avtomobilə dəyməsi və irəlidə yenidən digər avtomobilə dəyməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, videogörüntüdən, ekspertiza rəyindən ibarət olan və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və ya islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı islah işləri növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, cinayət hadisəsi baş verdikdən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin və onun nəticələrinin aradan qaldırılması üçün əlindən gələni etmiş, himayəsində azyaşlı uşağı olduğu və onu tək böyütdüyü halda zərərçəkmiş şəxsə müxtəlif vaxtlarda onun tərtib etdiyi siyahı üzrə bazarlıq etmiş, qida ilə təmin edərək yemək hazırlayıb göndərmiş, həmçinin zərərçəkmiş şəxsin həkim xərclərini, həmçinin onun evinə gedan həkimin yol xərclərini belə ödəmişdir. Bütün bunlardan əlavə onun kart hesabına 6400 manag məbləğində vəsaitin, daha sonra isə ayrı-ayrı vaxtlarda 900 manat məbləğində vəsaitin köçürülməsini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsə qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan AZE18330149 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 adında 1 azyaşlı uşağı var. İş materiallarında olan 033727 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X2 müharibə veteranıdır. İş materiallarında olan arayışların surətindən görünür ki, Təqsirləndirilən şəxs əmisi X5 vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, atasının müharibə veteranı olmasını, əmisinin Vətən uğrunda gedən döyüşlərdə şəhid olmasını, həmçinin zərərçəkmiş şəxsə 7300 manat məbləğində ödəniş olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin təhlükəsizlik kamerasının çəkmiş olduğu yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Nissan Note minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Təqsirləndirilən şəxs, "BMW 318 minik" markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi təqdim etsə də, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməmiş, iddiaçı, hakim tərəfindən müəyyən edilmiş müddətdə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Bu halda zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin məhkəmə hökmü barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 72-ci maddəsinə əsasən mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırkı iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə əsasların dəqiqləşdirilməsi və məbləğlərin müəyyən edilməsi üçün əlavə araşdırılmanın aparılması tələb olunur ki, bu da məhkəmə baxışının uzanmasına şərait yaratmış olacaqdır. CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddia üzrə çıxarılan qərarlardan biri də iddianın baxılmamış saxlanması barədədir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, hər ay qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il (iki il) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin təhlükəsizlik kamerasının çəkmiş olduğu yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan “Nissan Note minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün X6, "BMW 318 minik" markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar