Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-218/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Dadaşov X7 və onların müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Dadaşov X7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər üçün qanunsuz gəlir, sair üstünlük əldə etmək məqsədi və tamah niyyəti ilə karantin rejimi dövründə VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Dadaşov X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Sərin” restoranında 150 nəfərdən artıq sayda şəxsin toy mərasimində iştirak etməsinə şərait yaratmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Koronavirus (Covid- 19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarının, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarının tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Sərin” restoranında həmin gün təşkil edilmiş toy mərasimində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq 150 nəfərdən artıq sayda şəxsin iştirak etməsi müəyyən edilmiş, eləcə də Təqsirləndirilən şəxs1 otağına baxış keçirilərkən həmin gün təşkil edilmiş toy mərasimində 150 nəfərdən artıq sayda şəxsin iştirak etməsini təsdiq edən və Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanmış bir ədəd vərəqdən ibarət sxem aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən «Sərin» restoranında inzibatçı işləmiş, əsas işi idarəçilik funksiyalarının həyata keçirilməsi, toy məclisi və ya ad günü məclisi keçirmək istəyən müştərilər ona yaxınlaşmış, məclisin keçiriləcəyi gün, məclisdə iştirak edəcək şəxslərin sayı, qiymət və sair barədə söhbət aparmış, daha sonra razılıq əldə olunduğu təqdirdə, məclisin keçiriləcəyi gün təyin olunmuşdur. Ölkədə karantin rejimi tətbiq edildiyinə görə bir sıra kütləvi tədbirlərin və toy mərasimlərinin keçirilməsi qadağan olunmuş, lakin 2021-ci ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə toy mərasimində iştirak edən şəxslərin sayının 150 nəfər olması şərti ilə keçirilməsinə icazə verilmişdir. 09 iyul 2021-ci il tarixdə restoranda toy məclisi təyin edilmiş, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən toyda iştirak edən şəxslərin sayı 50 nəfər civarında olmalı olduğu halda toy sahibinin xahişi nəzərə alınaraq toy mərasimində 150 nəfərdən təxminən 20 nəfər artıq sayda qonağın iştirak etməsinə şərait yaradılmış və toy mərasimində 170 nəfərə yaxın qonaq iştirak etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Ağa oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən «Sərin» restoranını icarəyə götürmüş və restoranın direktoru olmuşdur. Restoranın inzibatçısı Təqsirləndirilən şəxs1 restoranda toy məclisi keçirmək istəyən şəxsləri qəbul etmiş, toy məclisinin tarixini, qonaqların sayını və sair məsələləri müzakirə edib qonaqların siyahısını müəyyən etmişdir. 09 iyul 2021-ci il tarixdə restoranda toy məclisinin keçirilməsi ilə bağlı danışıqlar Samir tərəfindən aparılmış və qonaqların sayı müəyyən edilmişdir. Samir həmin toy məclisində 150 nəfərdən artıq 20 nəfər şəxsin iştirak etməsi ilə bağlı tərtib olunmuş siyahını ona təqdim etmişdir. Nazirlər Kabinetinin qərarında toy məclislərinin keçirilməsinə icazə verilsə də, toy məclisində iştirak edən şəxslərin sayının 150 nəfərdən çox olmaması nəzərdə tutulmuş, lakin Samir toy məclisinin sahibinin xahişini nəzərə alaraq 150 nəfərdən artıq şəxsin məclisdə iştirak etməsinə razılıq vermiş və şərait yaratmışdır. 09 iyul 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı toy məclisində 170 nəfər şəxsin iştirak etdiyi müəyyən edilmiş və Samirin iş masasının üzərindən aşkar edilərək götürülmüş cədvəldə əlyazma xətti ilə toy məclisində iştirak edən qonaqların sayının 150 nəfərdən artıq olduğu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağa oğlunun törətmiş olduqları cinayət əməlləri özlərinin səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən «Sərin» restoranında karantin rejimlərinin pozulması barədə daxil olmuş məlumat əsasında, 09 iyul 2021-ci il tarixdə restorana baxış keçirilərkən həmin gün keçirilən toy məclisində 150 nəfərdən artıq sayda şəxsin iştirak etdiyi müəyyən edilmişdir. Restoranın inzibatçısı Təqsirləndirilən şəxs1 və restoranın direktoru Təqsirləndirilən şəxs2 həmin gün təşkil edilmiş toy məclisində 150 nəfərdən artıq sayda şəxsin iştirak etdiyini təsdiq eməklə, Nazirlər Kabinetinin müvfaiq qərarında göstərilən tələblərə əməl etmədiklərini bildirmişlər. Restorana baxış zamanı Təqsirləndirilən şəxs1 iş otağında aşkar edilmiş sxemlərdə 150 nəfərdən artıq şəxsin toy məclisində iştirak ediyi qeyd olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid1, X3 və X1 elan olunaraq tədqiq olunmuş ifadələri Şahid2 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ifadələri elan olunaraq tədqiq olunmuşdur. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasırın 23 dekabr 2021-ci il tarixli 4/1750 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sxemdəki «9 iyun 15X12 7X6 222» hərf və rəqəmi əlyazmaları və həmin sxemdəki 15 ədəd «12» rəqəmləri - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2021-ci il tarixli 971/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2021-ci il tarixli 971.1/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. İşdə olan raportdan görünür ki, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Sərin” restoranında karantin rejiminin pozulması barədə məlumat daxil olmuşdur. İşdə olan “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən "Sərin” restoranında karantin rejiminin pozulması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilmişdir. İşdə olan protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Sərin” restoranına baxış keçirilərkən orada karantin rejiminin pozulması, yəni 150 nəfər şəxsdən artıq sayda şəxsin toy məclisində iştirak etməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 07 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 (VÖEN **********) fiziki şəxs (fərdi sahibkar) qismində xx.xx.2016-cı il tarixdə vergi orqanında uçota alınmışdır, lakin onun hər hansı müəssisənin rəhbəri və təsisçisi olması barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs2 Ağa-Zəki oğlu (VÖEN **********) fiziki şəxs (fərdi sahibkar) qismində xx.xx.2019-cu il tarixdə vergi orqanında uçota alınmışdır, lakin onun hər hansı müəssisənin rəhbəri və təsisçisi olması barədə məlumat yoxdur. İşdə olan 24 aprel 2022-ci il tarixli qərardan görünür ki, «Sərin» restoranına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 otağından aşkar edilmiş 01 ədəd sxem və 05 ədəd yazı nümunələri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarından görünür ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müdəti 01 avqust 2021-ci il tarixədək uzadılmışdır. Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarından görünür ki, 01 iyul 2021-ci il tarixdən etibarən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və sair) keçirilməsinə icazə verilmiş, lakin şənlik mərasimlərində iştirak etməli olan qonaqların ümumi sayının 150 nəfərdən çox olmaması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Dadaşov X10 əvvəllər məhkum olunmamışdır. İşdə olan 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Dadaşov X7 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Dadaşov X7 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törətməsinin təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığını nəzərə alaraq, həmin halları Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Dadaşov X8 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Dadaşov X7 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törətməsinin təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığı üçün Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə əsas cəza kimi cərimə cəzası və əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinin tələbinə əsasən təyin olunduğu təqdirdə cəzanın məqsədlərinin təmin oluna bilər. Məhkəmə eyni zamanda yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Dadaşov X7 barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə əsas cəza kimi cərimə cəzası və əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinin tələbinə əsasən təyin olunduğu təqdirdə cəzanın məqsədlərinin təmin oluna bilər. İş üzrə maddi sübutlar - 01 ədəd sxem və 05 ədəd yazı nümunələri cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Dadaşov X5 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dadaşov X10 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən, Dadaşov X8 təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Dadaşov X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 01 ədəd sxem və 05 ədəd yazı nümunələri cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Dadaşov X5 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-218/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-218/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver