Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-219/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, hazırkı cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 oktyabr 2024-cü il tarixdə saat 06:00-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında yerləşən içərisində təmir işləri aparılan “Turba Cars” avtomobil salonunun ofis kimi istifadə olunan otağının bağlı olan qapısını açaraq saxlanc yeri hesab olunan ofisə qanunsuz daxil olub, həmin avtosalonda aparılan təmir işlərini həyata keçirən usta Zərərçəkmiş şəxs məxsus içərisində 400 manat dəyərində “Bosch” firmasına məxsus üzərində ağızlıqları ilə birlikdə laqonda və 200 manat dəyərində 60 metr uzunluğunda uzadıcı (udinitel) kimi istifadə edilən kabel olan selofanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sadəcə laqonda oğurlamış, kabel oğurlamamışdır. Belə ki, 28 oktyabr 2024-cü il tarixdə, saat 06 radələrində piyada şəkildə Babək prospektinə gəldikdən sonra təmir işləri aparıldığından sökülmüş halda olan ofisə daxil olaraq və içəridə olan laqondanı götürüb oradan uzaqlaşmışdır. Oradan piyada şəkildə yaşadığı ünvana getmiş, həmin gün saat 09 radələrində oğruladığı laqondanı Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “bit bazarı” kimi tanınan yerdə tanımadığı bir nəfər şəxsə 40 manata satmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Etdiyi oğurluq əməlindən peşmandır, maddi çətinlik çəkdiyi üçün bu əmələ əl atmışdır. O, yalnız laqonda oğurlamış, kabel oğurlamamış, oğurladığı laqondanın pulunu da, yəni 300 manat zərərçəkmiş şəxsə ödəmişdir. Qalan ziyanı isə azadlığa çıxarsa, ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 ünvanında fəaliyyət göstərən “Turbo Cars” avtomobil salonunun təmiri ilə məşğul olmuşdur. Həmin avtomobil salonunun ön hissəsində təmir işləri apardıqdan sonra xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində tikintidə istifadə etdiyi əşyaları salonun ofisi kimi istifadə edilən otağa qoymuş, xx.xx.2024-cü il tarixdə yağış yağdığından o, işə getməmiş, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində işə gəlmiş və əşyaları qoyduğu ofisə baxan zaman içərisində “Bosch” markalı tikintidə istifadə edilən ən böyük ölçülü, üzərində ağızlıqları ilə birlikdə dəyəri 400 manat olan laqonda və udinitel, yəni uzadıcı olaraq istifadə etdiyi dəyəri 200 manat olan 60 metr uzunluğunda kabel olan göy rəngli selofanın oğurlanmasını aşkarlamışdır. Hadisə barədə avtosalonu işlədən Şahid məlumat vermiş, videogörüntüyə baxdıqda həmin əşyaların oğurlandığı aşkarlanmış, o, 23-cü Polis Böləsinə məlumat verəcəyini bildirmiş və PB-nə ərizə ilə müraciət etmişdir. Ofisdən həm laqonda, həm də kabel oğurlanmışdır. Onlar hamsı bir torbada olmuşdur. Hətta kabeli o, yeni almış, kabel təzə olmuşdur. Oğurluq nəticəsində ona 600 manat maddi ziyan dəymiş, həmin ziyandan 300 manat təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Hazırda qalan ziyan da ödənilsə, təqsirləndirilən şəxsdən şikayətçi olmayacaqdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 ünvanında yerləşən “Turbo Cars” avtomobil alqı-satqı salonunu icarəyə götürərək orada təmir işləri aparmış, Zərərçəkmiş şəxs usta kimi işləməyə başlamışdır. Avtosalonda təmir işləri aparıldığından həmin avtosalonun ön hissəsi açıq halda olmuş, xx.xx.2024-cü il tarixdə avtosalonda Zərərçəkmiş şəxs işi bitdiyindən tikinti işləri aparılması üçün istifadə etdiyi təmir-tikinti alətlərini selofana yığaraq ofisə yığmış, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində avtosalona gəldikdə ona məxsus olan tikinti alətlərini yığdığı selofanın oğurlanmasını bildirmiş, daha sonra kameraya baxış keçirən zaman bir nəfər şəxsin – süpürgəçi paltarında olan bir şəxsin salondan oğurluq etməsi məlum olmuşdur. Daha sonra 23-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut kimi tanınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında fəaliyyət göstərən “Turbo Cars” avtosalonunda təhlükəsizlik kamerasından götürülmüş videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və aşkar olunmuşdur ki, bir nəfər şəxs ətrafda gəzişdikdən sonra Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında fəaliyyət göstərən “Turbo Cars” avtosalonunun ofis kimi istifadə olunan otağının qapısını açaraq içəriyə daxil olmuş, ağzında olan maskanı düzəltdikdən sonra ətrafa baxmış, əynində olan köynəyin papağını başına qoymuş, irəliyə doğru getdikdən sonra qara rəngli dolabın yanında qoyulmuş, qara rəngli selofana yaxınlaşmış, daha sonra geri qayıtmış, dolabın digər tərəfində yerdə olan göy rəngli selofanı götürərək qapıdan çıxıb uzaqlaşmış, daha sonra qapını örtmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sözügedən ofisdən kabel oğurlamaması barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin, şahidin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə məhkum olunmasını və hazırda məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından ona CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 09 avqust 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 23-1-ci maddəsinə əsasən 01 il müddətinə əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 22 oktyabr 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 3-ci hissəsi, 143-cü maddənin 3-cü hissəsi, 220-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 38-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 aprel 1995-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin 24 aprel 1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəinə əsasən 03 il 03 ay 13 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş; Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 15 sentyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, CM-nin 39-cu maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 dekabr 2001-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 iyul 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 aprel 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 13 fevral 2024cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilməmiş törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)- 517/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 02 gün ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli 2024-cü ilin oktyabr ayında törətmişdir. Beləliklə, o, hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi ilə müəyyən edilmiş müddəaya uyğun oğlaraq onun həmin iş üzrə həbsdə saxlanıldığı 02 gün müddət hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, dəymiş ziyanın bir hissəsini ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, ibtidai istintaq dövründə 2 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında fəaliyyət göstərən “Turbo Cars” avtosalonunda təhlükəsizlik kamerasından götürülmüş videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 08 ay (iki il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(007)-517/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il 08 ay (iki il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(007)-517/2024 nömrəli hökmü ilə müəyyən edilmiş 02 gün həbsdə saxlanılma müddəti və hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 02 gün müddət, ümumilikdə 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-517/2024 saylı hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1(007)-517/2024 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/10 ünvanında fəaliyyət göstərən “Turbo Cars” avtosalonunda təhlükəsizlik kamerasından götürülmüş videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-219/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-219/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver