Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-220/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1996-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəlilabad Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28.10.2020-ci ildə cəza müddəti bitmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan, 19.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20.03.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2021ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 95 saylı evin 14 saylı otağına həmin otağa aid əvvəlcədən özündə saxladığı dublikat (surət) açarla giriş qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olub, otaqdan Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəyəri 1100 manat olan “Lenova” markalı notebook kompüteri, 01 ədəd dəyəri 22 manat olan “Kemei” markalı, “KM-5017” modelli saçqırxan aparatı cərəyan qidalandırıcısı ilə birlikdə, 01 ədəd dəyəri 20 manat olan saç qurutmaq üçün “Hair Dryer” markalı fen, 01 ədəd dəyəri 30 manat olan Çin Respublikası istehsallı “Tissot” markalı qol saatı, 01 ədəd dəyəri 15 manat olan ətiri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1187 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin fevral ayının ortalarından 26 fevral 2021-ci il tarixədək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95, otaq 14-də Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə qalmışdır. O, otağın açarının surətini çıxartdırıb özündə saxlamışdır. O, 26 fevral 2021-ci il tarixdə həmin mənzildən çıxmışdır. O, 04 mart 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs qaldığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95, 14 saylı otağa gedərək özündə saxladığı surət açarla giriş qapısını açmış və otağa daxil olaraq “Lenova” markalı notebooku, saçqırxan aparatı cərəyan qidalandırıcısı ilə birlikdə və saç qurutmaq üçün feni götürüb otaqdan çıxaraq kirayədə yaşadığı mənzilə getmişdir. O, ittiham aktında qeyd edilən qol saatını və ətiri oğurlamamışdır. Götürdüyü kompüteri tanımadığı şəxsə 200 manata satmışdır. Əməlindən peşmandır. Ailə vəziyyəti ağırdır, azadlıqda qalacağı təqdirdə işləyib zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilər. Məhkəmədən barəsində cəza təyin edilərkən gənc olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95, otaq 14-də bir müddət Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə qalmışdır. 26 fevral 2021-ci il tarixdə Zahid həmin mənzildən çıxıb getmişdir, O, 04 mart 2021-ci il tarixdə səhər işə getmiş və saat 22 radələrində evə gəlmişdir. “Lenova” markalı notebooku istifadə etmək istədikdə notebooku tapa bilməmişdir. Notebookun yerini təkcə Zahid bildiyindən ondan şübhələnmişdir. O, evdə olan əşyalarını yoxlamış və dəyəri 1100 manat olan "Lenova” markalı notebookdan başqa, dəyəri 22 manat olan 01 ədəd “Kemei" markalı, “KM-5017" modelli saçqırxan aparatı cərəyan qidalandırıcısı ilə birlikdə, 01 ədəd dəyəri 20 manat olan saç qurutmaq üçün üzərində “Hair Dryer” yazılmış fenin, dəyəri 30 manat olan Çin Respublikası istehsallı “Tissot” markalı qol saatının, dəyəri 15 manat olan 01 ədəd markasını xatırlamadığı ətirin oğurlandığını aşkar etmişdir. O, bu barədə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə yazıb bildirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1187 manat məbləğində ziyan dəymişdir. Fen və saçqırxan aparatı cərəyan doldurucusu ilə birlikdə ona qaytarılmış, digər əşyaları qaytarılmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində ərizə və izahat yazaraq kirayədə qaldığı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 95 saylı evin 14 saylı otağından ona məxsus “Lenova” markalı notebooku, qol saatı, fen, saçqırxan aparat və ətirin oğurlandığını və oğurluq cinayətinin əvvəllər onunla birlikdə həmin otaqda kirayədə qalmış Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şübhəsi olduğunu bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. 19 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yeri müəyyən edilərək ona yaxınlaşmışlar, özlərini təqdim edərək Zərərçəkmiş şəxs məxsus əşyaların oğurlanması barədə suallar verdikdə, o, həmin oğurluğu etdiyini könüllü olaraq etiraf edərək “Lenova” markalı notebooku və qol saatını “tap az” internet saytı vasitəsi ilə ümumilikdə 220 manata tanımadığı şəxsə satdığını, adını bilmədiyi ətirin içərisində az olduğundan istifadə edib qurtardığına görə zibilə tulladığını, fen və saçqırxan aparatlarının isə özündə olduğunu, təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs oğurladığı fenlə saçqırxan aparatlarını təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 95 saylı ev ona məxsusdur. Həmin evdə olan 14 saylı otaqda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə bir müddət kirayədə qalmışlar. 26 fevral 2021-ci il tarixdə Zahid həmin mənzildən çıxıb getmişdir. Zahid gedəndə otağın açarını ona qaytarması üçün İlhama vermiş, İlham da həmin açarı ona qaytarmışdır. 04 mart 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq qaldığı 14 saylı otaqda özünə məxsus “Lenova" markalı notebooku, 01 ədəd saçqırxan aparatı cərəyan qidalandırıcısı ilə birlikdə, 01 ədəd saç qurutmaq üçün fen, 01 ədəd qol saatı, 01 ədəd markasını xatırlamadığı ətirin oğurlandığını, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsində şübhələri olmasını və bu barədə polisə müraciət edəcəyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 19.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-63/2021 saylı, 20.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.04.2021-ci il tarixli, 9/2169 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 45,0 manat müəyyən edilir. O cümlədən: 1. 1 ədəd üzərində “Hair Dryer” yazıları olan, 2300 W-luq fen – 30,0 manat; 2. 1 ədəd üzərində “Kemei” yazıları olan, “KM-5017” model saçqırxan aparat cərəyan qidalandırıcısı ilə birlikdə - 15,0 manatdır. - maddi sübut kimi tanımaq haqqında 18.05.2021-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs tərəfindən verilmiş 24.05.2021-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd üzərində “Hair Dryer” sözləri yazılmış fen, 01 ədəd “Kemei" markalı, “KM-5017" modelli saçqırxan və ona aid 01 ədəd cərəyan qidalandırıcısı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs 1187 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.06.2021ci il tarixli tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 1(073)-128/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28.10.2020-ci ildə cəza müddəti bitmişdir. Göründüyü kimi əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 19.03.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd üzərində “Hair Dryer” sözləri yazılmış fen, 01 ədəd “Kemei" markalı, “KM-5017" modelli saçqırxan və ona aid 01 ədəd cərəyan qidalandırıcısı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd üzərində “Hair Dryer” sözləri yazılmış fen, 01 ədəd “Kemei" markalı, “KM-5017" modelli saçqırxan və ona aid 01 ədəd cərəyan qidalandırıcısı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs istintaqda 20 saat, məhkəmədə 15 saat, cəmi 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-220/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-220/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver