Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-220/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 3, ev 10-da qeydiyyatda olmaqla yaşamış, 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin müddəti 03 ay həddində müəyyən edilmiş, 05 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 07 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 12 fevral 2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Taksi” marketin qarşısında “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Kia Rio” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müştəri qismində əyləşərək ünvan 5 saylı binanın qarşısına gəlib avtomobildən enməklə Zərərçəkmiş şəxs3 guya əşyaları götürüb geri qayıtması üçün zəng etməli olduğunu bildiməklə aldararaq etibarından sui-istifadə etməklə sonuncuya məxsus 5 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 500 manat dəyərində “Xiaomi Ml 9T” markalı mobil telefonu danışmaq adı ilə istəyib alaraq, həmin telefonla zəng edib danışıq aparması görüntüsünü yaratmaqla Nizami rayonu, E.Süleymanov küçəsi, 148 saylı binanın blokuna daxil olub həmin blokun digər qapısından çıxıb oradan uzaqlaşmaqla mobil telefonu üzərində olan nömrəsi ilə birlikdə ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 505 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə 01 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 1 ünvanında yerləşən “Ruslan-93” ərzaq mağazasının qarşısından “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E270” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müştəri qismində əyləşərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 126 ünvanında yerləşən “Oven” şirniyyat dükanının qarşısına gəlib avtomobildən enməklə Zərərçəkmiş şəxs2 guya əşyaları götürüb geri qayıtması üçün zəng etməli olduğunu deyib aldadaraq, etibarından sui-istifadə etməklə sonuncuya məxsus 5 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 600 manat dəyərində “Samsung” markalı, “SM-G950F” modelli, 64GB yaddaşlı mobil telefonu danışmaq adı ilə istəyib alaraq həmin telefonla zəng edib danışıq aparması görüntüsünü yaratmaqla Elman Əbilovun diqqətinin yayınmasından istifadə edərək oradan uzaqlaşmaqla mobil telefonu üzərində olan nömrəsi ilə birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 605 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 04 avqust 2022-ci il tarixdə saat 07:30 radələrində ünvan 2 ünvanından “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Pirus” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müştəri qismində əyləşərək ünvan 5 saylı binanın qarşısına gəlib avtomobildən enməklə Zərərçəkmiş şəxs1 guya əşyaları götürüb geri qayıtması üçün zəng etməli olduğunu deyib aldadaraq, etibarından sui-istifadə etməklə sonuncuya məxsus 5 manat dəyərində ***-***- **-** nömrə ilə işləyən 993 manat dəyərində “Samsung” markalı “SM-A525F/DS (A52)” modelli mobil telefonu danışmaq adı ilə istəyib alaraq, həmin telefonla zəng edib danışıq aparması görüntüsünü yaratmaqla ünvan 5 saylı binanın blokuna daxil olub həmin blokun digər qapısından çıxıb oradan uzaqlaşmaqla mobil telefonu üzərində olan nömrəsi ilə birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 998 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, naməlum mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,401 qram olan ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 07 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 126 ünvanının qarşısında saxlanılaraq Nizami rayonu, Q.Qarayev prospekti, 81A ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, polis şöbəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarının sağ kiçik yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş, təmiz çəkisi 1,401 qram olan ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyi üçün pula ehtiyacı olmuş, bu səbəbdən asan yolla pul qazanmaq qərarına gəlmişdir. 12 fevral 2022-ci il tarixdə “Bolt” taksi proqramı vasitəsilə sifariş etdiyi sürücünün mobil telefon aparatını ələ keçirmək məqsədi ilə yalandan ünvan 5 ünvanına sürdürmüşdür. Orada taksi sürücüsünə zəng edib qaytarmaq adı ilə “Redmi Note 9S” markalı mobil telefonunu alaraq guya kiminləsə danışırmış kimi binanın girişinə daxil olaraq arxa hissədə olan digər çıxışdan istifadə etməklə hadisə yerindən uzaqlaşmış, mobil telefon aparatını tanımadığı şəxsə sataraq əldə etdiyi pulu özünə sərf etmişdir. Bundan başqa, 01 avqust 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən evdən “Xalqlar Dostluğu” metrostansiyasına getmək üçün “Bolt” taksi şirkətindən taksi sifariş etmişdir. Bir qədər sonra nömrə nişanını xatırlamadığı “Mersedes” markalı taksi avtomobili sifariş verdiyi ünvana gəlmişdir. O, həmin taksi avtomobilinə əyləşdikdən sonra verdiyi sifariş üzrə “Xalqlar Dostluğu” metrostansiyasının qarşısına getmişdir. Həmin ünvana çatdıqda taksi sürücüsünün mobil telefonunu ələ keçirmək qərarına gəlmiş və mobil telefonunu istifadə etmək üçün ona verməsini xahiş etmişdir. Sürücü etiraz etməmiş və özünə məxsus “Samsung Galaxy S8” markalı mobil telefonunu ona vermişdir. O, həmin telefonu götürüb avtomobildən düşmüş, mobil telefonu qulağına yaxınlaşdırıb guya kiminləsə danışırmış kimi davranaraq avtomobildən uzaqlaşmış, sürücünün onu görmədiyindən əmin olduqdan sonra ərazidən uzaqlaşmışdır. Bundan sonra “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə yaxınlaşaraq taksi sürücüsünə məxsus, ələ keçirdiyi həmin mobil telefonu özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 100 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 04 avqust 2022-ci il tarixdə saat 07 radələrində Sabunçu rayonu ərazisində onunla birlikdə qonşuluqda yaşayan Anar adlı tanışının mobil telefonundan istifadə edərək “Bolt” taksi sifarişi tətbiqi vasitəsilə Sabunçu rayonu, E.Mehdiyev küçəsindən Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin arxasına, yəni sonradan ünvanını bildiyi ünvan 7 etmişdir. Taksi sifariş etməkdə məqsədi həmin binanın üçüncü girişinin iki girişli-çıxışlı olduğunu bildiyi üçün orada taksi şoferinin mobil telefonunu danışmaq adı ilə ələ keçirmək olmuşdur. Sifariş etdikdən bir neçə dəqiqə sonra “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı taksi olduğu Sabunçu rayonu, E.Mehdiyev küçəsinə gəlmiş və taksiyə əyləşib yolu şoferə özü başa salaraq Nizami rayonu, E.Süleymanov küçəsi, 148 saylı binanın qarşısına sürdürmüşdür. Həmin binanın qarşısında taksi şoferinə yalandan guya evinə gedib qayıdacağını deyib orada gözləməsini xahiş etmiş, 25-30 saniyə sonra taksi şoferinin yanına geri qayıdıb evdəkilərin qapını açmadığını, üzərində mobil telefon olmadığını, ailə üzvlərinin qapını açması üçün zəng etməkdən ötrü ona verməsini xahiş etmişdir. Taksi şoferi etiraz etməyib özünün “Samsung Galaxy A52” markalı mobil telefonu ona vermişdir. Mobil telefonu yalandan qulağına tutub guya ailə üzvlərilə danışa-danışa binanın üçüncü girişinə daxil olmuş və mobil telefonla birlikdə girişin digər çıxışından çıxıb oradan uzaqlaşmışdır. Mobil telefonu ələ keçirdikdən sonra özünə məxsus şəxsiyyət vəsiqəsi ilə “Q.Qarayev” metrostansiyasının yaxınlığında yerləşən adını tam bilmədiyi lombarda girov qoyaraq oradan 250 manat pul götürmüşdür. 04 avqust 2022-ci il tarixdə təxminən saat 17 radələrində mobil telefonun sahibinin adını bilmədiyi oğlu yaşadığı ünvanı haradansa öyrənib ünvana gəlmiş və atasına məxsus mobil telefonu geri qaytarmasını tələb etmişdir. O, telefonu lombarda qoyduğunu həmin şəxsə bildirib onunla birlikdə lombarda getmiş, mobil telefonu oradan təhvil alıb sahibinə geri qaytarmışdır. Bundan başqa, o, təxminən 4- 5 il əvvəldən narkotik vasitələrdən istifadə etməyə başlamışdır, onların aludəçisidir. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində narkotik vasitələrin satışı ilə məşqul olan, üzdən tanıdığı şəxsi Bakıxanov qəsəbəsində ünvanını dəqiq bilmədiyi yerdə görüb 10 manat verərək “şüşə” kimi tanıdığı metamfetamin narkotik vasitəsini almış, həmin metamfetaminin az miqdarını istifadə etmişdir. 07 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində işləri ilə əlaqədar Q.Qarayev prospektində olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra onların polis əməkdaşı olduqlarını bilmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə və daşınmasında şübhəli olduğunu deyib onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, vəkil də dəvət olunmuşdur. Sonra ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Buna görə o, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmişlərin ona qarşı şikayət və tələblərinin olmadığını, barışdıqlarını göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Mersedes Benz E270” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobililə “Bolt” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 01 avqust 2022-ci il tarixdə saat 10 radələrində xatırlamadığı mobil nömrədən daxil olmuş sifariş əsasında orta boylu, normal bədən quruluşlu, az saqqallı, təxminən 30 yaşlarında olan oğlan, sonradan tanıdığı Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Ruslan 93” ticarət mərkəzi ilə üzbəüz ünvanda idarə etdiyi avtomobilə müştəri kimi əyləşmişdir. O, Turalı “Laçın” ticarət mərkəzi ilə üzbəüz, köməkçi yolda yerləşən mebel mağazaları olan əraziyə aparmışdır. Tural qeyd olunan ərazidən ona məlum olmayan əşyaları götürüb geri qayıtmalı olmuşdur. Həmin ünvana çatdıqda Tural ona məxsus mobil telefondan istifadə etməyi xahiş etmişdir. O, etiraz etməmiş və özünə məxsus, üzərində ***-***-**-** mobil nömrə olan, imei kodunu bilmədiyi “Samsung Galaxy S8” markalı mobil telefonunu Turala vermişdir. Tural ona məxsus mobil nömrədən məlum olmayan nömrəyə zəng vurub avtomobildən düşmüşdür. O, Turalı avtomobilində gözləmişdir. Bir qədər sonra Turalın həmin ərazidə olmadığını aşkar etmişdir. Dərhal ərazidə olan tanımadığı şəxsdən xahiş edərək özünə məxsus mobil nömrəyə zəng vurduqda mobil nömrəsinə zəng çatmamışdır. Həmin vaxt başa düşmüşdür ki, Təqsirləndirilən şəxs danışmaq adı ilə onu aldadaraq mobil telefonunu ələ keçirmişdir. Onun həmin mobil telefonunun qiyməti 600 manat, telefonun üzərində olan mobil nömrənin dəyəri 5 manat olmuş, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 605 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 sonradan məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia Rio” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “*2111” taksi sifarişi şirkətinin sifarişləri ilə taksi fəaliyyətilə məşğul olur. 12 fevral 2022-ci il tarixdə təxminən saat 08 radələrində şirkətin telefonuma yüklədiyi sifariş proqramına ***-***-**-** saylı mobil nömrədən sifariş daxil olmuş və sifarişdə müştərini Sabunçu rayonu ərazisində yerləşən “Taksi” market adlanan yerdən Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin arxasına aparıb yenidən Sabunçu rayonu ərazisində yerləşən “Taksi” marketə qaytaracağı göstərilmişdir. Qeyd olunan ünvanda sifariş verən şəxsi, sonradan tanıdığı Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib onu “Laçın” ticarət mərkəzinin arxasında olan Nizami rayonu, E.Süleymanov küçəsi, 148A saylı binanın qarşısında aparmışdır. Binanın qarşısına çatdıqda Tural ondan xahiş etmişdir ki, özünə məxsus mobil telefonu ona versin ki, zəng etsin. O, özünə məxsus “Xiaomi Ml 9T” markalı, **********21599 və **********21581 imei kodlu, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon aparatını Turala vermiş, Tural telefonu ondan alaraq binanın girişinə girmişdir. Həqiqətən Turalın hər hansı şəxsə zəng edib-etməməsini, hər hansı şəxslə danışıb-danışmamasını bilməmişdir. Bir neçə dəqiqə keçməsinə baxmayaraq, Tural qayıtmadığı üçün, onun arxası ilə getmiş, binada iki tərəfli giriş olduğunu gördükdə, Turalın onu aldadaraq oradan çıxıb getdiyini anlamışdır. Mobil telefon aparatını 2020-ci il tarixdə 610 manata alsa da, hadisə baş verən vaxta qiyməti 500 manat təşkil etmiş, mobil telefonunun üzərində olan nömrəni isə 5 manata almış, bununla ona 505 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 sonradan məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsilə göndərdiyi teleqramında işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, işlə əlaqədar heç bir iddia və tələbinin olmadığını göstərmişdir. Bununla əlaqədar məhkəmə həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 sözügedən ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” taksi şirkətinə qeydiyyat olub taksi fəaliyyəti ilə məşğul olur. 04 avqust 2022-ci il tarixdə saat 07:30 radələrində taksi şirkətinə məxsus mobil telefona ***-***-**-** saylı mobil nömrədən sifariş daxil olmuş, sifarişdə Sabunçu rayonu ərazisinin Sabunçu körpüsü adlanan yerin yaxınlığından “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığına gedəcəyi göstərilmişdir. O, qeyd olunan ünvana yaxınlaşıb müştərini götürmək üçün istifadə etdiyi mobil telefona zəng etdikdə, zənginə cavab verən şəxs taksi sifariş vermədiyini demişdir. Bu səbəbdən oradan uzaqlaşıb getmək istəyən zaman bir nəfər 25-30 yaşlarında oğlan avtomobilinə yaxınlaşıb taksini özü sifariş etdiyini demiş və avtomobilə əyləşib “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığına özü yolu tərif edərək getmişlər. Sonradan ünvanını bildiyi ünvan 11arşısına gəlmişlər. Həmin şəxs avtomobildən enib yaşadığı mənzildən açarları götürüb qayıdacağını demiş, 15-20 saniyə müddətinə avtomobilə geri qayıdıb mobil telefonunun üzərində olmadığını, onun mobil telefonundan istifadə etmək istədiyini xahiş etdikdə, o, özünə məxsus “Samsung A52” markalı **********14457 və **********14457 imei kodlu, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefonu sonuncuya vermiş və həmin şəxs mobil telefonla guya danışa-danışa binanın girişinə girmişdir. Həqiqətən həmin şəxsin hər hansı şəxsə zəng edib-etməməsi, hər hansı şəxslə danışıb-danışmaması barədə heç bir fikir söyləyə bilməz. Bir neçə dəqiqə keçməsinə baxmayaraq, həmin şəxs qayıtmadığı üçün, o, sonuncunun arxası ilə getsə də, binanın girişinin ikitərəfli giriş olduğunu gördükdə, həmin şəxsin onu aldadaraq ordan çıxıb getdiyini anlamışdır. “Samsung A52” markalı, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon aparatını 03 sentyabr 2021-ci il tarixdə “Kontakt” məişət mağazasından 18 aylıq kredit şərtləri ilə 993 manat qiymətinə aldığı üçün ona həmin məbləğdə maddi ziyan dəymişdir. Mobil telefonun üzərində olan mobil nömrəni isə 5 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami rayonu “Neftiçilər” metrostansiyasının yaxınlığında təxminən 25 kv.m ərazisi olan dükanı aylıq 1200 manata icarəyə götürərək orada mobil telefonların alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Bir dəfə dükanda olan zaman bir nəfər şəxs, sonradan tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq cibindən bir ədəd “Samsung S8” markalı mobil telefon çıxarıb həmin mobil telefonun özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O, mobil telefona baxaraq həmin şəxsdən neçəyə satmaq istədiyini soruşmuş, Təqsirləndirilən şəxs mobil telefonu 100 manata satmaq istədiyini bildirmişdir. O, razılaşaraq, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini alaraq kserosurətini çıxarmışdır. Həmin kserosurətin üzərində Təqsirləndirilən şəxs müvafiq qeydlər apararaq imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 100 manat ödəyərək mobil telefonu almışdır. Təxminən 2022-ci ilin avqust ayının 5-də ona polis əməkdaşları tərəfindən bildirilmişdir ki, Təqsirləndirilən şəxs ona satmış olduğu mobil telefonu cinayət yolu ilə əldə etmişdir. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş üzərində əlyazma ilə müvafiq qeyd aparmış olduğu şəxsiyyət vəsiqəsinin surəti olan A4 kağızını təqdim etmişdir. Təqsirləndirilən şəxs mobil telefonu satan zaman ona bildirmişdir ki, satdığı mobil telefon özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 07 noyabr 2022-ci il tarixdə Tural adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat raportla şöbə rəisinə məruzə olunaraq əməliyyat tədbirinin keçirilməsinə dair razılıq alındıqdan sonra, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmaqla əməliyyat tədbiri iştirakçıları müəyyən edilmişdir. Daha sonra həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Tural” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində olması müəyyən edilmiş və əməliyyat qrupu üzvləri ilə birlikdə Q.Qarayev prospekti, 126 ünvanına getmişlər. Həmin ünvanda xarici əlamətləri “Tural” adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin olmasını görüb saat 17 radələrində sonuncuya yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirdikdən sonra, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək onlarla birlikdə 24-cü polis şöbəsinə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla birlikdə 24-cü polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə verdikdən sonra xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı Həsən Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan göy rəngli cins şalvarının sağ kiçik yan cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində ağ rəngli, kristal formada spesifik iyə malik olan maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 10 manata Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqdim olunan 01 ədəd bükümdə olan psixotrop maddəyə bənzər maddə ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada götürülmüş, protokol tərtib edilmiş, bütün iştirakçılar protokolu və digər sənədləri imzalamışlar, bu proseslər video çəkilişlə qeydə alınmışdır. Əməliyyat tədbirinin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, o, özünü səmimi aparmaqla əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3, Şahid2lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 noyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 07 noyabr 2022-ci il və 28 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, 07 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ kiçik yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli spesifik iyə malik kütləni çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, onu şəxsi istifadəsi üçün 3-4 gün əvvəl Bakıxanov qəsəbəsində 10 manat müqabilində aldığını bildirmişdir. Təqdim olunan 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada götürülmüş, protokol tərtib edilmiş və bu proseslər video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 07 noyabr 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (İ cild i.v. 30-31, 104) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 noyabr 2022-ci il tarixli 6/6460 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №164” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. ad, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,401 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,401 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 1,301 qram qalığı qalmışdır. (İ cild i.v. 38-42) - 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilməsi faktları ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 55) - 08 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə ilə istintaqı davam etdirilmişdir. (İ cild i.v. 51-52) - 04 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 61-62) - 01 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 83-84) - 05 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Şahid1 bir ədəd üzərində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti və “Samsung Galaxy S8, İMEİ **********87214/01, satdım, imza, tel ***-***-**-**” sözləri qeyd edilmiş A4 tipli kağızı təqdim edərək qeyd olunan mobil telefon aparatını şəxsiyyət vəsiqəsi sahibinə 100 manat ödəməklə aldığını bildirmiş, həmin kağız sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (İ cild i.v. 86-87) - 08 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X4, Zərərçəkmiş şəxs3, X10 və X2 şikayət ərizələri əsasında Nizami RPİ-nin 24-cü polis şöbəsində toplanmış materiallar ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 160-161) - 12 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti ilə əlaqədar hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 191-192) - 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş 1 ədəd “Samsung S8” markalı mobil telefon aparatı ondan götürülmüşdür. (İ cild i.v. 249-250) - 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Xanvuvar oğlu tərəfindən təqdim edilmiş 1 ədəd “Samsung A52” markalı mobil telefon aparatı ondan götürülmüşdür. (İİ cild i.v. 2) - 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınması üçün təqdim edilmiş 1 ədəd “Samsung Galaxy S8” markalı mobil telefon aparatını tanıyaraq həmin mobil telefon aparatının ona məxsus telefon aparatı olmasını bildirmişdir. (İİ cild i.v. 5) - 08 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 32-33) - 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 rəhbərliyi ilə “Tural” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 07 noyabr 2022-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (İİ cild i.v. 107) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 08 dekabr 2022-ci il tarixli 7453 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 109-110) - 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən marketdə quraşdırılmış müşahidə kamerasında qeydə alınmış, 5 ədəd CD diskə köçürülmüş görüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. 1-ci CD diskdə olan foto və video görüntülərin 25 yanvar 2022-ci il tarixi əhatə etməsi, həmin görüntüdə 1 nəfər şəxsin avtomobildən düşərək E.Süleymanov küçəsi, 148 ünvanında yerləşən binanın girişinə daxil olaraq geri qayıtmaması, 2-ci CD diskdə foto və video görüntülərin 12 yanvar 2022-ci il tarixi əhatə etməsi, həmin görüntüdə 1 nəfər şəxsin avtomobildən düşərək E.Süleymanov küçəsi, 148 ünvanında yerləşən binanın girişinə daxil olaraq geri qayıtmaması, 3-cü CD diskdə foto və video görüntülərin 07 fevral 2022-ci il tarixi əhatə etməsi, həmin görüntüdə 1 nəfər şəxsin avtomobildən düşərək E.Süleymanov küçəsi, 148 ünvanında yerləşən binanın girişinə daxil olaraq geri qayıtmaması, 4-cü CD diskdə foto və video görüntülərin 28 yanvar 2022-ci il tarixi əhatə etməsi, həmin görüntüdə 1 nəfər şəxsin avtomobildən düşərək E.Süleymanov küçəsi, 148 ünvanında yerləşən binanın girişinə daxil olaraq geri qayıtmaması müşahidə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin görüntülərdə olan şəxsin özünün olmasını və həqiqətən də həmin görüntülərin dələduzluqla taksi sürücülərinin mobil telefon aparatlarını ələ keçirdiyi zaman qeydə alınmış video və foto görüntülər olmasını bildirmişdir. (İİ cild i.v. 116) - 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə 28 yanvar 2022-ci il tarixdə X2 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən 250 manat dəyərində “Samsung A10” markalı, 07 fevral 2022-ci il tarixdə X5 20 manat dəyərində 070- ***-**-** saylı nömrə ilə işləyən 300 manat dəyərində “Redmi Note 9S” markalı, 25 yanvar 2022-ci il tarixdə X1 10 manat dəyərində ***-***-**-** saylı nömrə ilə işləyən 100 manat dəyərində “Samsunq Galaxy” markalı mobil telefonlarını ələ keçirməsi öz təsdiqini tapdığından həmin faktlar üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun psixotrop maddəni polis əməkdaşlarına təqdim etməsi narkotik vasitə, psixotrop maddələri könüllü təhvil vermə və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad edilməmiş, ********* nömrəli cinayət işinin materiallarından naməlum mənbəyə dair materiallar ayrılmış və Nizami RPİ-nə göndərilmiş, iş üzrə X10 və X1 zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 9/6795 nömrəli rəyi sübut növü kimi qiymətləndirilməmiş, Zərərçəkmiş şəxs1 998 manat, Zərərçəkmiş şəxs2 605 manat maddi ziyan vurulması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,401 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd arxa gövdəsi zədəli vəziyyətdə olan “Samsung” markalı “SM-G950F” model, 64GB yaddaşlı mobil telefon, 1 ədəd “Samsung” markalı “SM-A525F/DS (A52)” modelli mobil telefon, 07 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, 04 avqust 2022-ci il, 25 yanvar 2022-ci il, 12 fevral 2022-ci il, 07 fevral 2022-ci il və 28 yanvar 2022-ci il tarixli dələduzluq cinayətlərinin görüntüsünü özündə əks etdirən 5 ədəd CD disk, bir ədəd üzərində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti və “Samsung Galaxy S8, İMEİ **********87214/01, satdım, imza, tel ***-***-**-**” sözləri qeyd edilmiş A4 tipli vərəq maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1,301 qram psixotrop maddə metamfetamin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd arxa gövdəsi zədəli vəziyyətdə olan “Samsung” markalı “SM-G950F” model, 64GB yaddaşlı mobil telefon və 1 ədəd “Samsung” markalı “SM-A525F/DS (A52)2 modelli mobil telefon müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəbzlə təhvil verilmiş, 06 ədəd CD disk, bir ədəd üzərində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti və müvafiq sözlər qeyd edilmiş A4 tipli vərəq cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild i.v. 117-135) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamış, bununla yanaşı, o, dələduzluq cinayətini məhz aldatma yolu ilə törətmişdir, təqsirləndirilən şəxsin niyyəti əmlakları ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlləri üzrə iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, digər zərərçəkmiş şəxsə məxsus mobil telefon naturada geri qaytarılmış və o, şikayətçi olmamış, lakin həmin zərərçəkmişlə barışıq əldə edilməmiş, habelə, sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ümumi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 119) - 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında olma müddəti 03 ay həddində müəyyən edilmiş, bu müddətin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 152-156) - 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 28-29) - 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 25) - 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 63-65) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunmuşdur; onun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. (İİ cild i.v. 10-11) -Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X6 26 aprel 2016-cı il tarixdə, X9 07 fevral 2018-ci il tarixdə, X3 15 fevral 2021-ci il tarixdə doğulmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, iş üzrə iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bir nəfər zərərçəkmiş şəxsin isə ona qarşı şikayətinin olmamaını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 06 avqust 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 03 ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə şübhəli şəxs qismində tutulduğu 07 noyabr 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 06 ədəd disk və üzərində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti və müvafiq sözlər qeyd edilmiş A4 tipli vərəq cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, ekspertiza tədqiqatına sərf edildikdən sonra psixotrop maddənin qalığı məhv olunmalı, 02 ədəd mobil telefonun məhkəməyədək icraat zamanı sahibləri olan zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 06 avqust 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 03 (üç) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 06 ədəd CD disk, üzərində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti və “Samsung Galaxy S8, İMEİ **********87214/01, satdım, imza, tel ***-***-**-**” sözləri qeyd edilmiş A4 tipli vərəq cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Samsung” markalı “SM-G950F” model, 64GB yaddaşlı 01 ədəd mobil telefonun və “Samsung” markalı “SM-A525F/DS (A52)2 modelli 01 ədəd mobil telefonun məhkəməyədək icraat zamanı müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəbzlə təhvil verilməsi nəzərə alınsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,301 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-220/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-220/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver