Məhkəmə qərarları › İş №1(007)-220/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-220/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-220/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X5 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxx 1996-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Mollalar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan və barəsində 23 dekabr 2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək həmin mənzildə aralarında borcla bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdikdən sonra o, qisas almaq məqsədi ilə üzərində olan cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin sol yarısının ön və arxa səthinin döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol budun yuxarı 1/3-nin ön səthinin və sol sağrı nahiyəsinin deşilmişkəsilmiş yaraları, sol əlin baş barmağının kəsilmiş yarası, sol ənsə nahiyəsinin iki ədəd səthi kəsilmiş yarası və boynun sağ arxa nahiyəsinin sıyrığı xəsarətləri yerirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməlin törədilməsinə görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmiş, barəsində Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Nizami rayon prokuroru tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İstintaqın gəldiyi bu nəticə ilə razı deyiləm. Çünki kobud pozuntularına yol verildiyi üçün istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişdir. Məhkəmə cinayət işinin baxılmasına xitam verməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Belə ki, 08 iyun 2024-cü il tarixində saat 14-15 radələrində Təqsirləndirilən şəxs xalası oğlu Şahid2 Tariyel oğlu ilə birlikdə yaşadığım ünvan 3 ünvana gəlib məni nalayiq sözlərlə söyüb üstümə hücüm edərək Nicatın özünün və anası X2 mənə olan ümumilikdə 35 min manat borcu qaytarmamaq üçün məni öldürmək niyyəti ilə bıçaqla bədənimin həyat üçün təhlükəli hissələrinə ürək, sol ayağıma, arxadan belimə bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Sonra məni yerə yixaraq boyun hissəmə bıçaqla 3 kəsici xəsarət yetirmişdir. Qanaxmam çox olduğu üçün mən Təcili Tibbi yardımı gözləmədən evin yaxınlığındakı “Məlhəm” hospitalına getdim. Orada əlimdəki yaraya, ayağıma, belimə və döşümün ürək hissəsinə tikişlər qoyuldu. Mən özümü ölmüş kimi göstərdiyim üçün Təqsirləndirilən şəxs hadisə yerindən Şahid2lə birlikdə qaçmışlar. Bu hal binanın və liftin video görüntüsündə qeyd olunub. Sonradan Nicat polis tərəfindən Bərdə rayonunda yaxalanaraq Nizami RPİ-nə gətirilmişdir. Onun niyyəti özünün və anası X2 ümumilikdə mənə olan 35 min 500 manat borcu qaytarmamaq üçün məni öldürmək olmuşdur.Təqsirləndirilən şəxs barəsində ictimai ittiham qaydasında cinayət işi başlamlaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalı və aidiyyəti üzrə Prokurorluğa göndərməlidir. Lakin Nizami RPİ-nin müstəntiqi polis mayoru C.Əhmədov tərəfindən məndən şikayət ərizəsi almadan və qanuni əsası belə olmadan xx.xx.2024-cü il tarixdə fakta görə İctimai-xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış sonradan istintaq polis mayoru C.Sadıqov tərəfindən aparılmışdır. Cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırlması məqsədilə istintaqın bu cinayət işi üzrə yol verdiyi kobud qanun pozuntularına dair o cümlədən təqsirkarın əməlinin düzgün tövsif edilməsi üçün təqsirləndirilən şəxs və şahidlərlə ziddiyətli ifadələri üzləşmə aparılması ilə aradan qaldırılması barədə, bu cinayətlə mənə yetirilən xəsarətlər nəticəsində səhhətimdə ciddi problemlərin yaranması ilə əlaqədar təkrar tibbi ekspert rəy alınmasının vacibliyi barədə verdiyim vəsatətlərim təmin edilməmişdir. Belə ki, mənim görmə qabiliyyətinin olmaması hazırki iş üzrə hadisə iştirakçılarına aşkar surətdə bəlli idi. Bir sözlə, hadisə zamanı mən köməksiz vəziyyətdə olmuşam özümü müdafiə və müqavimət göstərmək imkanım olmamışdır. Bu vəziyyətdə olan şəxsə qarşı basqın edib bicaqla bir neçə zərbələr yetirməsi təqsirkarın niyyəti öldürmək olmasına dəlalət edir. Təqsirləndirilən şəxs məni öldürmək məqsədilə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq əzab vemək məqsədi izləmiş, mənə qarşı qəddarlıq, rəhmsizlik göstərmiş və bu hallar xəsarətlərin sayı, xarakteri və lokalizasiyası ilə sübut edilir. Həmçinin istintaqa təqdim etdityim hadisə yerində olan Şahid1 səs yazısında “mən olmasaydım Nicat Elgünün şah damarını kəsirdi” sözlərini istintaq orqanı məcazi mənada işlətməsi barədə qeyri- professional qiymət verib. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməli xüsusi amansızlıqa və köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, yəni CM-nin 29.120.2.4 və 29.120.2.9-cu maddələri ilə düzgün ixtisaslaşdırılmalı və buna görə də onun əməli CM- nin eyni maddələri ilə tövsif edilməli, ona həmin maddə əsasında cəza təyin edilməlidir. Qanunvericilikdə ümumi şəkildə şəxsin köməksiz vəziyyətdə olması onun bir qayda olaraq, fizioloji (fiziki) və ya psixoloji (psixi) vəziyyəti ilə əlaqələndirilir və belə şəxslərin həyat və sağlamlıqlarının cinayətkar qəsdlərdən qorunmasına xüsusi önəm verilərək onların sağlamlıqlarına qəsdən az ağır, ağır zərərin vurulmasına, habelə qəsdən öldürülməsinə görə daha ağır məsuliyyət nəzərdə tutulur (CM-nin 126.2.3, 127.2.2 və 120.2.9-cu maddələri).Cinayət qanunu normalarının mənasına görə, şəxsin aşkar surətdə köməksiz vəziyyətdə olması dedikdə, onun elə psixi və ya fiziki vəziyyəti başa düşülür ki, o, bu vəziyyətdə özünü ona edilmiş cinayətkar qəsdlərdən müdafiə etmək, yaxud da qəsd edən şəxsə müqavimət göstərmək imkanlarından məhrum olsun və onun belə qəsdlərdən müdafəsi üçün kənar qüvvələrin müdaxilsinə ehtiyac yaransın. Hüquq nəzəriyyəsinə görə şəxsin köməksiz vəziyyətdə olmasına səbəb olan hallar obyektiv və subyektiv hallara bölünür. Subyektiv hallara görə köməksiz vəziyyətdə olan şəxslərə, məsələn, sağlamlığında müəyyən fiziki və ya psixi qüsurları olan, ağır xəstəlikdən əzab çəkən, ümumiyyətlə baş verən hadisələrin mahiyyətini qavraya bilməyən, belə qüsurların olması səbəbindən özlərini müdafiə etmək üçün imkanları ümumiyyətlə olmayan və ya məhdud imkanlara malik olan şəxsləri, azyaşlı uşaqları, qocaları aid etmək olar. Obyektiv hallara görə isə köməksiz vəziyyətdə olan şəxslərə elə şəxslər aiddirlər ki, onlar kənar qüvvələrin və ya amillərin nəticəsində yenə də özlərini onlara edilmiş qəsdlərdən müdafiə etmək və ya qəsd edənə müqavimət göstərmək imkanından məhrum olsunlar. Belə vəziyyətdə olan şəxslərə alkoqol və ya narkotik sərxoşluğu, qipnoz, huşsuz, yatmış, əlləri bağlanmış vəziyyətdə və ya hərəkətləri başqa cür məhdudlaşdırılmış şəxsləri aid etmək olar. Hər bir halda belə şəxslərin həyatına qəsd edən təqsirkar dərk edir ki, zərər çəkmiş şəxs göstərilən obyektiv və ya subyektiv hallara görə ona müqavimət göstərmək və özünü müdafiə etmək imkanında deyil və olmayacaq, belə hallar isə onun üçün əlverişli şəraitdə cinayət əməlini maneəsiz törətməyə imkan yaradır. Cinayət törətmiş şəxsin əməlinin CM-nin 120.2.9-cu maddəsi ilə tövsif edilməsi zamanı zərərçəkmişin obyektiv və ya subyektiv hallara görə aşkar surətdə köməksiz vəziyyətdə olması məsələsinin əhəmiyyətinə qəsdən adam öldürmə işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 12 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Qərarda da xüsusi diqqət yetirilmişdir. Həmin qərarın 13-cü bəndinin birinci abzasında deyilir ki: CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşma çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Mən, gözdən əliləm. Hadisə iştirakçılarına da açıq aşkar bəllidir ki, mənim adi günlərdə belə köməksiz vəziyyətdə sərbəst hərəkət etmək imkanım yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirir ki, “Elgün gözdən əlilolduğundan o ozü və Nicat onun qulluğunu çəkmişdir, onu əlimdən tutub gəzdirmiş və əynini soyundurub geyindirmişdir.” Eyni zamanda o ifadəsində bildirir ki, “Elgün gözdən əlil olduğundan Nicat çox asanlıqla onları ayıranadək Elgünü öldürə bilərdi. Lakin yetirilmiş xəsarətlər yalnız Elgünü qorxutmaq üçün vurulmuş, həmin xəsarətlər dərin olmamışdır”. Burdan belə nəticəyə gəlmək olar ki, bəlkə də xəsarətlərin dərin olmasının qarşısını Zamin almışdır. Lakin gözdən əlil olan şəxsi özlərinin də dediyinə inansaq “balaca” bıçaqla necə qorxutmaq olar və qorxutmaq üçün niyə bədənimin həyat üçün təhlükəli hissələrinə ürək, sol ayağıma, arxadan belimə sonra yerə yixaraq boyun hissəmə bıçaqla ümumilikdə 6-7 kəsici xəsarət yetirmişdir suallarına istintaq orqanı məntiqli ağlabatan cavab almadan qeyri obyektiv yanaşaraq yanlış nəticəyə gəlmişdir. Bu hallara aydınlıq gətirə biləcək üzləşmə keçirilməsi barədə vəsatətimi isə rədd etmişdir. İstintaq orqanın yaratdığı bu cür əlverişli şərait nəticəsində bu cinayət işi üzrə dindirilən bəzi şəxslər həqiqəti gizlətmək, özlərini və təqsirləndirilən Təqsirləndirilən şəxsı müdafiə etmək məqsədi ilə yalan ifadələr vermişlər. Bundan əlavə, görmə qabiliyyətim olmadığı üçün mən zərbələrin hansı alətlə yetirildiyini görmürdüm. Sonradan bildim ki, bicaqlanmışam. Ümumiyyətlə xəsarətlərin biçaqla yetirilməsi və həmin biçaq Nicatın əlində olması və bıcağm “balaca” olmasını Təqsirləndirilən şəxs və hadisə yerində olan Mirzayev Zamin və Şahid2 bildirmişlər. Sonuncu ifadəsində göstərmişdir ki, “Nicat cibindəki kiçik cib bıçağını çıxartmış və o, bıçağı görən kimi özünü itirmiş, panik-atak keçirmiş və başını tutub yerə oturmuşdur.” Şahid2 ifadəsindən bəlli olur ki, onu panik-atak keçirməsinin səbəbi təqsirləndirilən şəxsin əlindəki bıcağm ölçüsü deyil görmə qabiliyyəti olmayan köməksiz vəziyyətdə olan şəxsə qarşı xüsusi amansızlıqla adam öldürmə prosesində mənə əzab, işgəncə verməsi, şəxsiyyətimin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə və s.) yetirilməsi halları olmuşdur. Bundan əlavə, bu cinayətlə mənim sağlamlığıma yetirilən xəsarətlərin yüngül dərəcəli olması barədə ekspert rəyləri ilə razı deyiləm. Çünki, bu cinayətlə mənə yetirilən xəsarətlər nəticəsində səhhətimdə ciddi problemlər yaranmışdır. Sol ayağımda biçaqla yetirilən zərbə ilə sinirlərə toxunulduğu üçün yarım il keçməsinə baxmayaraq ağrılar keçmir tez-tez keyləşmə və qıcolmalar səbəbdən axsama əmələ gəlmişdir. Bununla əlaqədar xəstəxanaya müraciət etmişəm və BAKU MEDİCAL PLAZA ENMG LABORATUVARİ-da tibbi müayinədən keçdim və “Budun bayır dəri sinirinin fravmatik zədələnməsi” ROT xəstəliyi diaqnozu qoyulmuşdur. Bu barədə təkrar tibbi ekspertiza təyin olunması barədə vəsatətim istintaq tərəfindən rədd edilmişdir. Bundan əlavə, bıçaqla həyat üçün vacib orqanlarıma çoxsalı zərbələr endirilməsi xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin əsas əlamətlərindən biri kimi onun törədilməsi üsuludur. Özü-özlüyündə zərbələrin sayının çox olması heç də həmişə əməlin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir və bu hallarda həm də təqsirkarın zərərçəkmişə, əzab və iztirablar verməsi də müəyyən edilməlidir. Bunun üçün də əməlin törədilmə şəraitinin nəzərə alınması mühüm amillərdən biridir. İstintaq bu halları nəzərə almamışdır. Eyni zamanda bıçaq zərbələrinin vurulması mərhələsində zərər çəkmişin, yaxud da digər şəxslərin ona qarşı əməlin törədilməsinin dayandarılması tələblərinə əhəmiyyət verməyən təqsirkarın zərbələr vurmaqda davam etməsi də əməlin düzgün tövsif edilməsi zamanı təhlil edilən halın olmasının təsdiqi kimi qəbul edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində də məhkəmələrin diqqətinə çatdırılmışdır ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs onda olan bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs bədən nahiyəsinin müxtəlif hissələrinin, ürək, sol ayaq, arxadan belinə əlinə və boyun hissəsinə çoxsaylı (cəmisi 8 ədəd) həyat üçün təhlükəli olan zərbələr vurmuş, lakin buna baxmayaraq, bıçaq zərbələrini vurmaqda davam etmişdir. Bıçaqla yetirilmiş xəsarətlərin sayı, xarakteri, lokalizasiyası və ağırlıq dərəcəsi, əməlin törədilməsi şəraiti, bıçaq zərbələrinin bir hissəsinin uzanmış vəziyyətdə olan zərərçəkmişə vurulması, sonuncunun özünü müdafiə etmək və müqavimət göstərməkimkanının olmaması zərbələrin vurulmasının dayandırılmaması kimi halların yuxarıda göstərilən təfsirlə və Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə birgə müqayisəli təhlili təqsirləndirilən Təqsirləndirilən şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı məhz xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətini törəməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Təkrar tibbi ekspertiza keçirildiyi halda xəsarətlərin az ağır olması təsdiq edilərsə təqsirləndirilən şəxs üçün ən yaxşı halda əməli AR CM-nin 127.2.2 maddəsi ilə tövsif oluna bilər. Cinayət nəticəsində yaranmış ROT xəstəliyi barədə əldə etdiyim tibbi sənədlər vəsatətə əlavə olunur. AR Cinayət Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1.5-ci maddəsinə görə, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması(303.3.6). Qeyd olunanlara əsasən 1(007)-220/2025 saylı cinayət işi üzrə cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı vəsatətin əsassız olmasını, vəsatətin təmin edilməməsini, təqsirləndirilən şəxsin CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasında vəsatətin əsassız olmasını və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında vəsatətin əsassız olmasını və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ittiham aktı ilə yanaşı, zərəçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş eyni tarixli, lakin məzmunca cinayət işi materiallarına əlavə edilmiş ittiham aktından fərqli digər ittiham aktı da mövcud olmuşdur. Hər iki ittiham aktı Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən imzalanmış və Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi qiymətləndirilmişdir. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin CPM-nin 300.3-cü maddəsinin tələbinə əsasən məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı, eyni zamanda məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar