Məhkəmə qərarları › İş №1(007)-224/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-224/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-224/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Younes oğlunun və X4, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1995-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Qarğalıq kəndində qeydiyyatda olmaqla yaşayan, 15 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin və yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, hədə-qorxu ilə tələb etməklə özgə əmlakını ələ keçirmə məqsədi ilə 2019-cu ilin əvvələrində “İnstagram” sosial şəbəkəsində “Shirin Farhud” adlı səhifənin istifadəçisi olan və özünü “Şirin” adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşı X6 ilə tanış olub uzun müddət ünsiyyət qurmaqla sonuncunun +**********92 GSM nömrəsindən “Telegram” sosial şəbəkəsi üzərindən +**********91 GSM nömrəsinə göndərdiyi çılpaq və yarıçılpaq foto və video görüntülərini əldə etdikdən sonra 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 1 ünvanda ona +**********06 mobil telefon nömrəsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 56A nömrəli yaşayış binasının 95 nömrəli mənzilindən zəng edən Zərərçəkmiş şəxs1 Younes oğluna arvadı Fazeh Nejadeynin həmin görüntülərini nümayiş etdirməklə rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı hədəsi ilə 5000 manat nağd pul vəsaiti verməsini hədə-qorxu ilə tələb etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 182.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin dəqiq tarixini xatırlamadığı günündə “İnstagram” sosial şəbəkəsində Shirinfarhud adlı istifadəçi ilə tanış olmağa başlamışdır. Həmin istifadəçi özünü ona Şirin adı ilə təqdim etmiş, əslən İrandan, həmin dövlətin vətəndaşı olduğunu, həmin dövlətdə yaşadığını və subay olduğunu demişdir. Tanışlıqları “İnstagram” sosial şəbəkəsində olmağına baxmayaraq, onlar sonradan həmçinin “Telegram” sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamışlar. Tanışlıq müddətində hər ikisinin istəyi ilə bir-birlərinə şəxsi foto və video görüntülərini göndərmişlər. Həmin qadın onun istəyi üzrə könüllü olaraq özünün çılpaq və yarımçılpaq foto və video görüntülərini “Telegram” sosial şəbəkəsi üzərindən ona göndərmişdir. Danışıqlarının birində həmin qadın yaxın vaxtlarda Bakı şəhərinə gələcəyini və onunla görüşmək istədiyini dedikdə o, qeyd etdiyi tarixə yaxın bir vaxtda Bakı şəhərinə gəlib, qardaşı Anarın mənzilində bir neçə gün qonaq qalmışdır. Şirinlə ilk görüşləri 01 fevral 2020-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Ganjlik Mail” ticarət mərkəzindəki açıq restoranların birində olmuşdur. Həmin vaxt hər ikisinin mobil telefonları ilə bərabər şəkil çəkdirmişlər. Bundan bir neçə gün sonra, 03 fevral 2020-ci il tarixdə Şirinlə ikinci görüşləri Bakı şəhəri, Qara Qarayev metrostansiyasının yaxınlığındakı dəqiq ünvanını və adını bilmədiyi çay evlərinin birində baş tutmuşdur. Bu dəfə də hər ikisinin istəyi ilə xatirə olaraq yaymamaq, paylaşmamaq, özündə saxlamaq məqsədi ilə mobil telefonla fotoşəkillərini çəkmişdir. 20 yanvar 2021-ci il tarixinə qədər Şirinlə mütəmadi telefon danışıqları, ümumi paylaşımları, söhbətləri olmuşdur. O, aralarındakı münasibətləri heç bir halda, heç bir yerdə, heç kəslə paylaşmamış, bu barədə heç kimə deməmişdir. Onun Şirinlə “Telegram”, “Whatsapp” sosial şəbəkəsi üzərindən danışıqları, şəkil və video paylaşımları ***-***-**-** mobil nömrəsindən olmuşdur. Şirin isə foto və video görüntü paylaşımlarını, eləcə də “Telegram”, “İnstagram” və “Whatsapp” üzərindən etdiyi yazışmaları ***-***-**-** nömrəsindən etmişdir. 12 yanvar 2021-ci il tarixində Şirin “Telegram” sosial şəbəkəsi vasitəsi ilə ona sms göndərib, yazışmalarının, foto və video görüntü paylaşımlarının atası tərəfindən aşkar edildiyini və bunu araşdırmağı Bakı şəhərində yaşayan dostuna həvalə etdiyini xəbərdar etmişdir. Həmin gün ***-***-**-** mobil nömrəsindən ***-***-**-** və ya ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, həmin vaxt tanımadığı kişi səsi ilə danışan biri hansı səbəbdən xanımı narahat etdiyini ondan soruşub, ardınca onu təhqir etməyə başlamışdır. O isə, fikir verməyərək ciddiyə almamışdır. Güman etmişdir ki, bu şəxs Şirinin dediyi kimi ya Bakıda yaşayan dostu, ya da ki, onu tanıyan, köhnə sevgililərindən biri olmuşdur. 03 fevral 2020-ci il tarixdə Şirin ona təkrar sms yazaraq, atasının bu dəfə Şirinin telefonunda yazışmalarını tutduğunu bildirmiş və tapşırmışdır ki, ona tanımadığı nömrələrdən zəng gələrsə, cavablandırmasın. Bir neçə gün zəng edilən həmin nömrədən eyni kişi səsi ilə danışan şəxs zəng edib, Şirinin həyat yoldaşı olduğunu, 10 ildir ki, evli olduğunu, Şirin adı tanıdığı şəxsin həqiqətdə adının Faezeh olduğunu, artıq uzun müddətdir ki, Bakıda yaşadıqlarını, 10 yaşında qızının olduğunu bildirmiş və onun arvadı ilə olan münasibətləri haqqında maraqlanmağa başlamışdır. O, bildirmişdir ki, bu məsələdən əl çəksin, əlində arvadının o qədər şəkili var, o, bu şəkillərdən istifadə edərsə, yaxşı olmaz. Şirinin əri olduğunu iddia edən şəxs onun bu sözündən sonra əlində olan foto və video çəkilişləri göndərməyini istəmişdir. O da inandırmaq üçün “Ganjlik Mail”da və çayxanaların birində çəkdirdikləri, arvadının yanağından öpdüyü anın görüntüsü olan fotoşəkili göndərmişdir. Bunun ardınca izah etmişdir ki, “istəsə, elə bir görüntülər ona göndərər ki, bunun nəticələri yaxşı olmaz”. Şirinin əri olduğunu iddia edən şəxs isə israrla ondan görüntüləri tələb etmiş və hətta ondan bunun müqabilində nə istədiyini soruşmuşdur. O, həmin anda Şirinin əri olduğunu iddia edən şəxsin arvadının onda olan foto və video görüntülərinin sonuncuya tam şəkildə göndərilməsi, sosial şəbəkələrdə yayılmaması, sonradan isə mobil telefonunun yaddaşından silinməsi müqabilində ona müəyyən qədər vəsait verməsini tələb etmişdir. O, pul tələbi irəli sürərkən ünvan 3 ünvandakı evdə olmuşdur. Özünü Şirinin əri kimi tanıtmış şəxs ilə aralarında olan istər pul tələbi ilə, istərsə də digər danışıqlar “Whatsapp” sosial şəbəkəsi üzərindən həyata keçirilmişdir. Onlar sonda anlaşmışlar ki, Şirin kimi tanıdığı, lakin sonradan adının Faezeh olduğunu öyrəndiyi adlı qadının ona göndərdiyi çılpaq və yarıçılpaq foto və video görüntülərinin, eləcə də bütün foto və video görüntülərinin kənar ortamlarda, sosial şəbəkələrdə yayılmaması, mobil telefonunun yaddaşından silinməsi müqabilində həmin şəxs ona 5000 manat nağd pul vəsaiti verəcəkdir. Bir gün sonra ona polisdən zəng edib, araşdırmaya çağırmışlar. Onun iştirakı ilə mobil telefonuna keçirilmiş baxış zamanı telefonun yaddaşında aşkar olunan görüntülər Faezeh Nejadeyn tərəfindən ona göndərilmişdir, sonuncunun ərinin ona etdiyi zəngə qədər həmin görüntülər heç kəsə göndərilməmiş, heç bir yerdə paylaşılmamış və belə bir niyyətinin olduğu heç kəsə bəyan edilməmişdir. Yəni, bir sözlə onu buna Şirin kimi tanıdığı Faezeh Nejadeynin əri Naser Farhoudian təhrik etmişdir. Sonuncu onu təhqir etməklə, arvadının ona dediyi sözün əksinə olaraq özünü təqdim etməklə onu bu işə vadar etmişdir. “Whatsapp” yazışmalarında Naser Şirin kimi tanıdığı həmin qadının əri olduğunu, 10 ildən artıq ailə həyatı qurduğunu, 10 yaşlı qızlarının olduğunu bildirdiyi vaxt Şirin kimi tanıdığı həmin qadın ona sms yazaraq və ya zəng edərək deyilənlərin yalan olduğunu, hələ də subay olduğunu, onunla danışan şəxsin atasının dostu olduğunu, hətta həmin şəxsi tanımadığını bildirməklə onu çaş-baş qoymuşdur. O da bir növ onunla danışan şəxsin həqiqətdə kim olduğunu öyrənməyə çalışmaq üçün və kim olması ilə bağlı ifşa etmək üçün sonuncudan pul tələb etmişdir. Hətta danışıqlarında israrla Şirin adı ilə tanıdığı qadının həyat yoldaşı olmağına inanmadığını, atasının dostu olduğunu, tələb etdiyi pulu Şirinin bilməməsini demişdir. Mobil telefonuna Şirinin foto və video görüntüləri göndərildiyi andan sonradan əri olduğunu bildiyi həmin şəxsin ona zənginə qədər həmin görüntüləri paylaşacağı, yayacağı ilə bağlı heç bir niyyəti olmamış və bunu heç kəsə bildirməmişdir. Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, ailə və maddi vəziyyəti ağırdır, atası ikinci qrup əlildir. Göstərdiklərinin nəzərə alınaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2018-ci ildən həyat yoldaşı və qızı ilə birlikdə BMT-nin nəzarəti altında Bakı şəhərində yaşamışdır. 2019-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək “hipomaniya” xəstəliyindən əziyyət çəkmiş, buna görə müalicələr almışdır. Xəstə olduğu müddətdə nə etdiyinin ciddiyyətinə varmamışdır. Belə ki, xəstə olduğu müddətdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə “Shirin_Farhud” adlı İlə istifadə etdiyi səhifə üzərindən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıq müddətində Təqsirləndirilən şəxs özünü Şirin kimi təqdim etmiş və Sadiq onun adını Şirin kimi tanımışdır. Sadiq ondan foto şəkillərini göndərməyini xahiş etdikdə etiraz etməyib Sadiqə özünün yarı çılpaq foto şəkillərini və video görüntülərini göndərmişdir. Sonrakı danışıqlar zamanı onu sevdiyini, onun üçün darıxdığını, özü öz şəkilərini və videosunu çəkib göndərməyini bildirdiyi üçün şəkillərini və video çəkib “Telegram” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Sadiq onunla görüşməyini xahiş etdikdə cəmi iki dəfə, dəqiq tarixini xatırlamadığı gündə birinci dəfə “Gənclik Mall” ticarət mərkəzində, ondan bir gün sonra isə “Qara Qarayev” metrosu yaxınlığında yerləşən çay evlərinin birində görüşüb söhbət etmişlər, həmin vaxt onlar öz razılıqları ilə şəkil çəkdirmişlər. Sadiqlə telefonla danışmağı ümumilikdə bir ilə yaxın müddətdə davam etmişdir. Daha sonra o, Sadiqə ailəli olduğunu, onu bir daha narahat etməməsini bildirdikdə sonuncu bununla razılaşmamış, hər dəfə ona zənglər edərək, smslər yazaraq narahat etməyə, sonuncu ilə görüşmədiyi təqdirdə ərinə foto və videoları göndərəcəyi ilə hədələməyə və onu bu şəkildə şantaj etməyə başlamışdır. O, ailəsinin dağılacağından qorxduğu üçün Sadiqin bütün yazılarını və zənglərini telefonundan silmiş və bu haqda ərinə heç bir söz deməmişdir. Bir müddət sonra əri Zərərçəkmiş şəxs1 Younes oğlu onun narahatçılıq keçirdiyini görüb telefonuna baxdıqda Sadiqin onu hədələdiyini və şantaj etdiyini görmüş və səbəbini soruşduqda o, bütün baş verənləri ərinə danışmışdır. Farhoudiyan X7 əlaqə saxlamış, onu narahat etməməsini xahiş etdikdə, Sadiq həyat yoldaşına onun foto və videolarını sosial şəbəkələrdə paylaşaraq onları biabır edəcəyini, əgər bunu istəmirsə, 5000 manat pul verməsini tələb etməyə başlamışdır. Əri Farhoudiyan X10 dilə tutmağa çalışsa da, sonuncu hər dəfə Naserə “Whatsap” vasitəsi ilə zəng vurmuş, səs göndərmiş və hər gün vaxtın azaldığını, 5000 manat pulu online şəkildə göndərməsə, foto və videoları paylaşacağını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Younes oğlu ifadəsində göstərmişdir ki, 2010-cu ildə X6 ilə rəsmi nikaha girmiş və ailə həyatı qurmuşlar, həmin izdivaçdan 10 yaşlı qız övladları vardır. Onun arvadı ilə münasibətləri normal olmuş, aralarında heç bir ədavət olmamışdır. 2018-ci ildən arvadı və qızı ilə birlikdə BMT-nin nəzarəti altında Bakı şəhərində yaşamışdır. Arvadı Faezeh 2019cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək “hipomaniya” xəstəliyindən əziyyət çəkdiyi üçün müalicələr almışdır. Faezeh “hipomaniya” xəstəliyindən əziyyət çəkdiyi müddətdə, yəni 2018-ci ildən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıq müddətində Təqsirləndirilən şəxs, arvadından özünə məxsus foto və videoları göndərməsini xahiş etdikdə, arvadı etiraz etməyərək özünə məxsus çoxlu sayda şəkilləri, bir necə videonu çəkib Sadiqə göndərmişdir. Sadiq ilk dəfə arvadı ilə “Gənclik Mall” ticarət mərkəzində, ikinci dəfə isə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığındakı çayxanaların birində görüşmüşdür. Hər görüş zamanı Sadiq və arvadı birgə fotoşəkil çəkdirmişlər. Bu hadisələr 2018-2019-cu illərdə olmuşdur və baş verənlərdən onun xəbəri olmamışdır. O, arvadının mobil telefonunda kiminləsə yazışdığı sms-lərini görmüş və bunu araşdırmaq üçün smsləşdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə əlaqə yaratmışdır. Telefon əlaqəsi zamanı Sadiq adlı şəxsdən arvadının narahat edilmə səbəbini soruşduqda, Sadiq arvadına aid foto və videoların özündə olduğunu, əgər bir həftə ərzində 5000 manat pulu online şəkildə göndərməsə, foto və videoları sosial şəbəkələrdə, instaqramda paylaşacağını, pulu göndərəcəyi təqdirdə foto və videoları siləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sözlərinə inanmadığı üçün foto və videoları ona göndərməsini bildirdikdə, Sadiq çoxlu sayda foto və bir necə videoları ona göndərmiş və dərhal həmin video və fotoşəkilləri silmişdir. O, Sadiqin əlində foto və videoların olduğunu gördükdə məsələnin ciddi olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs ondan pul tələb etməsinə dair “Whatsapp” yazılarını və səs yazılarını 25-ci polis şöbəsinə təqdim etməklə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs məxsus “Xiomi Mi6” markalı mobil telefona özünün razılığı ilə baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun ***-***-**- ** və ***-***-**-** GSM nömrələr altında istifadə edildiyi, telefonun “galereya” bölməsində olan albomlar sırasında “girme” başlıqlı albomda X5 aid 165 ədəd foto və 11 ədəd videogörüntünün olduğu, həmin foto və videogörüntülərin Faezeh Nejadeyn tərəfindən yarıçılpaq şəkildə çəkildiyi müəyyən edilmişdir. (i.v. 39) -09 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs məxsus **********96542 və **********96559 imei kodlu 01 ədəd qara rəngli, “Xiomi Mİ6A” markalı mobil telefona təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, zərərçəkmiş şəxs X3 və tərcüməçinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, +**********91 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 +**********06 nömrəsi arasında “Whatsapp” proqramı ilə sms və səs göndərilməsi vasitəsi ilə danışıqlar mövcuddur. Həmin danışıqların bir çoxunun məzmunundan aydın olur ki, Zərərçəkmiş şəxs1 +**********06 nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs +**********91 mobil nömrəsinə “səs” göndərməklə Faezeh Nejadeynin əri olduğunu bildirir və Faezehin Sadiqə göndərdiyi çılpaq və yarıçılpaq şəkillərinin telefonundan silinməsini və ya ona göndərilməsini tələb edir. Baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 16:21-də Zərərçəkmiş şəxs1 44 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda “İkimiz də bilirik ki, sən yalan danışırsan, bunu danmağa dəyməz, tamam mı, yalan söylüyorsun, yalan! Bir şərtim var, para qarşılığında bunları siləcəm. Şirinə də ən böyük yaxşılığım bu olacaq, amma sən olduğun üçün bunu istəmirəm, babasından istəyirəm. Tamammı? Mən bilirəm sən yalan deyirsən, sən onun heç nəyisən, babasının arkadaşısın. Bu sözümü də göndər. Babasından istəyirəm, para qarşılığında siləcəm onları. Amma, Şirin bunu bilməyəcək. Tamammı?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 16:23-də Təqsirləndirilən şəxs 13 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Bak, doğru olursa bunlar ne yapacaksın? Para talep etdin. Doğru olsa ne yapacaksın? Bana söyle. Kişi kimi. Müslümansın, ben de müslümanım” qeyd edildiyi müəyyən edildi. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 16:23-də Zərərçəkmiş şəxs1 14 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Təklifimi qəbul eləyirsən, ya yox? Məbləği də sən nə desən o olacaq. Mən heç bir söz deməyəcəm, sən deyəcəksən. Mən bir məbləğ istəmiyəcəm səndən. Hə yoxsa Yox? Bir kəlmə söz denən” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 16:24-də Təqsirləndirilən şəxs 23 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Yok, sən para talep etmisən. Doğru olsa ne yapacaksın? Ben kendimle yoldaşımın fotoğrafını niye sana göndereyim? Sen kimsin? Bu birinci. İndi kötü şeyleri-işleri bırakma. Ben sana söyledin bunu yapma. Ben doğru söylüyorum” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 16:25-də Zərərçəkmiş şəxs1 30 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Qardaş, sənin yalanını da bilirəm. Aha gəldik. Ben kimim, sənin karının resimleri bende olsun. Niye de gönderesen? Zaten var. Deyir dənizə düşmüşün yağmurdan ne korkusu. 400-500 tane bende resim var, bir tane də sən göndərsən, nolacaq ki? Nə var burda? İstərsən, göndərim sana resimleri” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 16:26-da Zərərçəkmiş şəxs1 06 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Razı deyilsənsə əgər, bir daha məni narahat etmə, Tamammı kardeş?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 16:38-də Təqsirləndirilən şəxs sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Nə qədər pul istərsiniz” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 16:39-da Zərərçəkmiş şəxs1 03 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Sənə dedim axı, onu sən təyin elə, mən demiyəcəm hələ” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 16:39-da Təqsirləndirilən şəxs 05 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Göndər, İnanmıram, Rəsimləri göndər, Anlaşarıq” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 16:42-də Təqsirləndirilən şəxs sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Resimlərin 20%-ni göndər, pul mövzusunda anlaşarıq” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 16:43-də Təqsirləndirilən şəxs sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Göndər, elə bil resimləri səndən alıram” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:20-də Təqsirləndirilən şəxs 41 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Yok, sənlə işim yoktur, sənin ortada suçun yoktur. Səndə bir şey yoktur, səndə bişey olmaz. Sadəcə bu məsələni bitirmək istədim. Sənə dedim fotoları-resimləri göndər. Göndərmirsən. Sən neçə dənəsini göndər mənə. Mənə neçə dənəsini göndər. Görüm nə məsələdir. Yok başqa fikir olmaz məndə. Neyniyirəm, mənim sənlə nə işim var. Sənin suçun ortada birşey deyil. Senle işim yok kardeşim Sənlə anlaşmak istədim, bu məsələ bitsin getsin. Sən resimləri bana göndər” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:22-də Zərərçəkmiş şəxs1 14 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Anlaşmak istəsən, anlaşacıyıq. Anlaşmaq istəməsən də sən özün bilərsən. Tamam, benden bundan sonra resim istəmə. Lütfen, rica ederim. Tamammı? Mən göndərməyəcəyəm. Tamammı?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:23-də Təqsirləndirilən şəxs 27 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Səbəbi nədir? Sən mənə deyirsən ki, biz anlaşaq, mən pul verim anlaşaq. Şuan rəsim göndərmirsən, mən söz verdim kimsəyə göndərmiyəcəm. Mən səndən rica etdim, Onu göndər. Ben bakıyım, budur, bu rəsimdir. Tamam kardeşim, bunları göndərmə. Səndən ricam var. Bu pulu mən sənə verərəm. Bunları göndərmə. Deyirsən 2 gün, tamam nə planım olacaq. Mənim planım sadəcə sənə pul göndərmək. Pul göndərim bu məsələ bitsin” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:26-da Təqsirləndirilən şəxs 04 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Pul, Nə qədər İstəyirsən?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:26-da Zərərçəkmiş şəxs1 03 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Bu saatdan sonra, anlaşmak filan yok, Tamammı? Sağol” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:26-da Təqsirləndirilən şəxs 04 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “2000 manat, yeter, yeter?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:26-da Zərərçəkmiş şəxs1 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Yok” olduğu müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:26-da Təqsirləndirilən şəxs 02 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Neçə?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:27-də Zərərçəkmiş şəxs1 02 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Mən bazarda patates satmıram” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:27-də Təqsirləndirilən şəxs 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “5000” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:27-də Zərərçəkmiş şəxs1 01 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Beş min” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:27-də Təqsirləndirilən şəxs 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “5000 razısan? Bütün resimləri bana vereceksin. Kendinden sileceksin. Ok?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:27-də Zərərçəkmiş şəxs1 13 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Hayır, sənə resim vermiyəcəm, kendimden siləcəm. Heç mən sənlə də görüşməyəcəm. Kart verəcəm, karta atacaqsan pulu. Bütün hər şey də silinəcək. Tam garantiya. Yüzdə yüz kişi sözü.” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:28-də Təqsirləndirilən şəxs 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Tamam” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:28-də Zərərçəkmiş şəxs1 06 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Buna əmin ola bilərsən. Bu silinəcək, amma sənə rəsim verilməyəcək. ” olduğu müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:28-də Təqsirləndirilən şəxs 06 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Kart bana göndər, 1500 bir göndərəcəm. 1500 də sonra. Sonra 2000. ok?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:28-də Zərərçəkmiş şəxs1 06 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Sonra nə zaman? Tam bitdikdən sonra rəsim silinəcək. Okey?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:29-da Təqsirləndirilən şəxs 05 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Tamam, 5000 verəndən, sonra, rəsimləri, sil” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:29-da Zərərçəkmiş şəxs1 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Söz” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:29-da Təqsirləndirilən şəxs 02 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Heç yerdə paylaşma, tamam?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:29-da Zərərçəkmiş şəxs1 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Söz” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:29, 17:30, 17:31-də Təqsirləndirilən şəxs 09 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Yaxşı, inanıram, sənə, iki və ya üçüncü gün 1500 birinci, dörd...beş-ci gün 1500 ikinci, 2000 manat da gələn həftə birinci gün, gələn həftə birinci gün beş min bitərsə, bütün resimləri sil, rica ederim.” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:31-də Zərərçəkmiş şəxs1 01, 04 saniyəlik danışıq səslərini göndərdiyi və həmin danışıqların məzmununda: “Tamam anlaştık”, “Ama yalan olursa, məndən günah getdi.” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:31, 17:32-də Təqsirləndirilən şəxs 05 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Tamamdır, yok, yalan deyi, başlıyalım, iki..üç-cü gündən gündən.” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:32-də Zərərçəkmiş şəxs1 01 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Okey” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:32, 17:33-də Təqsirləndirilən şəxs 02 sms mesajı göndərdiyi və həmin mesajların məzmununda: “Kart bana göndər, kəndi kartın olmasın.” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Zərərçəkmiş şəxs1 05 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Kartı sana göndərəcəm, birincini sabah başlayalımmı?” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Təqsirləndirilən şəxs 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Ya istərsin kendi kartın” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Zərərçəkmiş şəxs1 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Neden” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Təqsirləndirilən şəxs 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Sabah yalan olar” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Zərərçəkmiş şəxs1 01 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Ok.” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Təqsirləndirilən şəxs 02 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Fark etməz, istərsən kendi kartını göndər” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Zərərçəkmiş şəxs1 05 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Fark etməzsə, nədən söyledin, açık söyle” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:33-də Zərərçəkmiş şəxs1 08 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Yok, kendi kartımı göndermem, krediti var, onlara çıxar birdəfəlik, yox” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:34-də Təqsirləndirilən şəxs 04 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Ok, sabah göndərə bilməyəcəm, ikinci və ya üçüncü gündən, birincini” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 17:34-də Zərərçəkmiş şəxs1 06 saniyəlik danışıq səsini göndərdiyi və həmin danışığın məzmununda: “Onları anladım, gələn həftənin birinci gününə qədər hər şey bitəcək” qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs1 07 fevral 2021-ci il tarixdə saat 17:35-də Təqsirləndirilən şəxs 02 sms mesajı göndərdiyi və həmin mesajın məzmununda: “Tamamdır, anlaştık” qeyd edildiyi müəyyən edilmişdir. **********96542 və **********96559 imei kodlu 01 ədəd qara rəngli, Xiomi Mİ6A markalı mobil telefona baxış zamanı telefonun “Galery” bölməsinin “Girmə” adlı bölməsində Faezeh Nejadeynin çılpaq və ya yarıçılpaq 165 fotosu və 11 ədəd video görüntülərinin olduğu, həmin fotoların mobil telefonun “Galery” bölməsinə “göndərilən” adlı qovluğundan daxil olduğu müəyyən edilmişdir. (i.v. 146-160) - 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus **********96542 və **********96559 imei kodlu bir ədəd qara rəngli, Xiomi Mİ6A markalı mobil telefon cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin hökmü və ya digər yekun qərarı ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 161-165) - 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs hərəkətlərində hədə-qorxu ilə tələb etmənin “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və onların əmlakını tələf etmə hədəsi ilə əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməsini tələb etmə” əlamətləri olmadığından ona elan edilmiş ittihamda cinayətin adı çəkilən əlamətlərinin olmadığı doğru olaraq qəbul edilmiş və ittihama daxil edilmədiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180, 181 və 182.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin cinayətlərə görə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadələrində yer alan-Zərərçəkmiş şəxs1 Younesin onu təhqir etməsindən hirsləndiyi və sosial şəbəkədə “Şirin” adı ilə tanış olduğu X1 olduğuna əmin olduğu və Zərərçəkmiş şəxs1 Faezeh Nejadeynin əri olduğuna inanmadığı, hətta bu həqiqətə inanmasına Faezeh Nejadeynin ona imkan vermədiyi və məhz buna görə də Zərərçəkmiş şəxs1 arvadı Faezeh Nejadeynin çılpaq və yarıçılpaq foto və videolarını paylaşacağı hədəsi ilə 5000 manat pul tələb etdiyi ilə bağlı fikirləri işin faktiki halları və toplanmış sübut və dəlillərlə uyğunsuzluq təşkil etdiyindən özünü müdafiə kimi qiymətləndirilmişdir. (i.v. 171-184) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədəqorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 182.1ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 182.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 54-55) -Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 124-126) - 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 127-128, 131-138) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 134) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bu halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə işin faktiki hallarını, iş üzrə cəzanı yüngülləşdirici hal qismində nəzərə alınan halı, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hazırkı işlə bağlı 15 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, həmin müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı iş üzrə yekun məhkəmə aktının çıxarıldığı tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Maddi sübutla bağlı məsələni həll edərək məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının 09 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon maddi sübut hesab edilmiş və məhkəmənin yekun qərarı ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün aidiyyəti üzrə təhvil verilmişdir. Həmin mobil telefonun “Galery” bölməsinin “Girmə” adlı bölməsində iş üzrə zərərçəkmiş şəxs Faezeh Nejadeynin çılpaq və ya yarıçılpaq 165 fotosu və 11 ədəd video görüntülərinin olduğu, həmin fotoların mobil telefonun “Galery” bölməsinə “göndərilən” adlı qovluğundan daxil olduğu müəyyən edilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həmin foto və görüntüləri nümayiş etdirməklə rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı hədəsi ilə 5000 manat nağd pul vəsaiti verməsini zərərçəkmiş şəxsdən hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mobil telefon təqsirləndirilən şəxsin şəxsi əmlakı olduğundan geri qaytarılmalıdır, lakin təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməli olduğundan, cəzaçəkmə müəssisələrində isə mobil telefon saxlayaraq ondan istifadə etmək məhkumlara qadağan olduğundan həmin mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Lakin mobil telefonda zərərçəkmiş şəxsə aid şəxsi məlumatlar olduğundan onlar gələcəkdə qanunsuz yolla yayıla və zərərçəkmiş şəxsə qarşı istifadə oluna bilər, ona görə mobil telefon geri qaytarılmazdan həmin məlumatlar mobil telefonun “Galery” bölməsinin “Girmə” adlı bölməsindən bərpası mümkün olmayan formada silinməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 15 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus **********96542 və **********96559 imei kodlu bir ədəd qara rəngli, Xiomi Mİ6A markalı mobil telefonun “Galery” bölməsinin “Girmə” adlı bölməsindən zərərçəkmiş şəxs X4 şəxsi məlumatları (foto və video görüntülər) bərpası mümkün olmayan formada silinsin və həmin mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar