Məhkəmə qərarları › İş №1(007)-225/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-225/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-225/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonunun Cahangirbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 10, mənzil 38-də yaşamış, 07 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2022ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Zeytunluq küçəsi, ev 102-də yaşayan, 07 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmiş, bundan başqa, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avlomobillə ünvan 1 ünvanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o, ozgə əmlakını ələ keçirdikdən sonra hadisə yerindən dərhal uzaqlaşmaları üçün qrupun üzvü Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə idarə etdiyi avtomobilli kənarda saxlamış, o, avtomobildən enərək qeyd edilən ünvanda piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əynində olan şalvarın arxa cibindən 10 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 700 manat dəyərində “Poco 3” markalı mobil telefonu götürməklə ələ keçirmək niyyəti ilə hadisə yerindən uzaqlaşmaq istəyən zaman Zərərçəkmiş şəxs onun arxasınca qaçaraq tutub saxlaması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməmiş, soyğunçuluq etməyə cəhd etmişdir. Bundan başqa, o, 05 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,015 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayəti törətməyə cəhd etməsi faktı üzrə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 1,015 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmiş, bundan başqa, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində birlikdə onun idarə etdiyi “Ravon” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən qrupun üzvü Təqsirləndirilən şəxs1 özgə əmlakını ələ keçirdikdən sonra hadisə yerindən dərhal uzaqlaşmaları üçün o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə idarə etdiyi avtomobilli kənarda saxlamış, Təqsirləndirilən şəxs1 isə avtomobildən enərək qeyd edilən ünvanda piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əynində olan şalvarın arxa cibindən 10 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 700 manat dəyərində “Poco 3” markalı mobil telefonu götürməklə ələ keçirmək niyyəti ilə hadisə yerindən uzaqlaşmaq istəyən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 arxasınca qaçaraq tutub saxlaması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməmiş, soyğunçuluq etməyə cəhd etmişdir. Bundan başqa, o, 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində naməlum mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,886 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2022-ci il tarixdə saat 19:50 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayəti törətməyə cəhd etməsi faktı üzrə ünvan 4 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 0,886 qram olan qəhvəyi rəngii, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə günorta saatlarında dostu Kahinlə birlikdə, Kahinin idarə etdiyi avtomobildə bir az fırlanmışlar, boş-bekarçılıqdan gəzmişlər. Saat 16 radələrində “Xalqlar Dostluğu” metrosundan keçəndə Kahinin avtomobilindən düşmüş, Kahin sürüb getmişdir. Həmin vaxt B.Nuriyev küçəsi ilə iki nəfər qadının getdiyini, onlardan nisbətən cavan olanının şalvarının arxa cibində mobil telefon olduğunu görmüşdür. O, həmin telefonu götürmək qərarına gəlmiş, bunun üçün həmin iki qadının arxasında 10 metr məsafə saxlayaraq getməyə başlamışdır. Qəfildən həmin qadınlara yaxınlaşıb onlardan nisbətən cavan olanının şalvarının arxa cibində olan markasını xatırlamadığı mobil telefonu götürərək sağ tərəfə doğru qaçmağa başlamışdır. Qaçdığı istiqamətdə təxminən 100 metr qaçdıqdan sonra telefonunu götürdüyü qadın onun arxasınca qaçaraq onu tutub saxlamış və əlində tutduğu mobil telefonu ondan almış, bir neçə dəqiqə sonra həmin yerə gələn polis əməkdaşlarına onu təhvil vermişdir. Polis əməkdaşları onu 24-cü polis şöbəsinə aparmışlar, orada həmin əməlini etiraf etmişdir. O, narkotik vasitələrdən istifadə edir, lakin saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində döyülmüş, ona təzyiq göstərilmişdir ki, soyğunçuluq əməlini Kahinlə birlikdə törətdiyini və onların təqdim etdikləri narkotik vasitənin üzərindən aşkar olunduğunu etiraf etsin, ona görə də həmin qaydada ifadə vermişdir. Əslində isə Kahindən ayrıldıqdan 15-20 dəqiqə sonra xanımlara yaxınlaşaraq telefonu götürmüşdür, Kahinin onun belə əməl törədəcəyindən xəbəri olmamış, avtomobili ilə onu qarşıda gözləməli olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda özünü CM-nin 180.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilmədiyini, özünü yalnız CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli hesab etdiyini, əməlinin həmin maddə ilə tövsif olunaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə günorta saatlarında dostu Vüqarla birlikdə, onun idarə etdiyi avtomobildə bir az fırlanmışlar, saat 16 radələrində “Xalqlar Dostluğu” metrosundan keçəndə Vüqar avtomobilindən düşmüş, o, həmin yerdən aralanaraq “1 manatlıq taksi”lərin dayandığı yerə getmişdir. Daha sonra o, Köhnə Günəşli qəsəbəsinə getmiş, bir müddət sonra Vüqarın yaşadığı binanın qarşısında olarkən polis əməkdaşları onu saxlayaraq 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda “kakos” kimi tanıdığı narkotik maddəni polislərə təqdim etmiş, etiraf etmişdir ki, həmin maddəni təxminən 15 gün əvvəl Əhmədli qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 15 manata almışdır. O, Vüqarla birlikdə olarkən Vüqar pul əldə etmək üçün soyğunçuluq edəcəyi barədə ona heç nə deməmiş, o, Vüqarı yolda düşürdəndən sonra həmin yerdən qabaqda onu gözləməmiş, yalnız tutulandan sonra Vüqarın soyğunçuluq edib telefon ələ keçirərkən tutulduğunu bilmişdir. Polis şöbəsində təzyiq olunduğuna görə ifadəsində soyğunçuluq edəcəkləri barədə Vüqarla guya əvvəlcədən razılaşdıqları barədə göstərmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda özünü CM-nin 29,180.2.1-ci maddəsi ilə təqsirli bilmədiyini, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və ona həmin maddə ilə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdikləri ifadələri ilə məhkəmə baxışında verdikləri cari ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onların 09 fevral 2022-ci il tarixdə müdafiəçilərinin iştirakları ilə təqsirləndirilən şəxs qismində verdikləri ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 sözügedən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsiri bilir, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında dostu Təqsirləndirilən şəxs2 ilə onların yaşadığı Köhnə Günəşli qəsəbəsində görüşmüşlər. Kahinlə aralarında olan söhbət zamanı Kahin maddi imkanının olmadığı üçün icarə əsasında sürdüyü avtomobilin sahibi tərəfindən onun əlindən alındığını bildirmisdir. O da Kahinə təklif etmişdir ki, öz mobil telefonunu lombarda girov qoymaqla pul götürsün, bu yolla avtomobilin üzərində olan cərimələri ödəsin və avtomobili geri alsın. Bu niyyətlə bir neçə lombarda gedib Kahinin telefonu ilə yanaşı onun mobil telefonunu da göstərsələr də, Kahinin mobil telefonunu qəbul etməkdən imtina etmişlər. Onun “Samsung a 12” markalı mobil telefonunu 100 manat qarşılığında girov qoymuşlar və həmin pulun 90 manatını Kahinin sürdüyü avtomobilin sahibinə göndərmişlər ki, avtomobilin cərimələrini ödəsin. Lakin, həmin məbləğ Kahinin avtomobilini geri götürməsinə kifayət etmiş və Kahin avtomobili xx.xx.2022-ci il tarixdə sahibindən geri almışdır. Avtomobili geri alarkən olan danışığa əsasən Kahin xx.xx.2022-ci il tarixdə də avtomobilin icarə haqqı olaraq 200 manat pul ödəməli olmuşdur. Həmin pulu təmin etmək üçün Kahin ona Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən “133 avtomobil servis” mərkəzindən velosiped oğurlamağı təklif etsə də, o, bundan imtina etmişdir. Kahinə bir tanışından müvəqqəti telefon götürərək girov qoymağı, bu yolla 200 manat pulu geri qaytarmağı təklif etmişdir. Kahin isə belə bir tanışının olmadığını dedikdən sonra qərara gəlmişlər ki, birindən telefon götürərək qaçsınlar, sonradan həmin telefonu girov qoyaraq həmin 200 manat pulu təmin etsinlər, həm də onun bir gün əvvəl girov qoyduğu telefonu girovdan çıxarsınlar. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində B.Nuriyev küçəsi ilə gedən iki nəfər qadını Kahinə göstərərək Kahinə təklif etmişdir ki, onlardan nisbətən cavan olanının şalvarının arxa cibində olan mobil telefonu götürüb qaçsınlar. Kahin onun bu təklifi ilə razılaşmış və ondan avtomobildən düşərək qadına yaxınlaşıb telefonu götürərək qaçmağını istəmiş, özünün isə onu “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında olan körpünün yanında avtomobildə gözləyəcəyini demişdir. Kahinin idarə etdiyi avtomobildən düşərək həmin iki qadının arxasında 10 metr məsafə saxlayaraq getməyə başlamışdır. Qəfildən həmin qadınlara yaxınlaşıb onlardan nisbətən cavan olanının şalvarının arxa cibində olan markasını xatırlamadığı mobil telefonu götürərək sağ tərəfə doğru qaçmağa başlamışdır. Qaçdığı istiqamətdə təxminən 100 metr qaçdıqdan sonra telefonunu götürdüyü qadın onun arxasınca qaçaraq onu tutub saxlamış və əlində tutduğu mobil telefonu ondan almış, bir neçə dəqiqə sonra həmin yerə gələn polis əməkdaşlarına onu təhvil vermişdir. Sonradan polis əməkdaşları onu 24-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqlardan birində üzərində axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə “kakos” olaraq tanıdığı narkotik maddə aşkar edilərək götürülmüşdür. Həmin maddəni öz şəxsi istifadəsi üçün xx.xx.2022ci il tarixdə Əhmədi qəsəbəsində tanımadığı şəxsdən 15 manata almış və öz səxsi istifadəsi üçün üzərində saxlamışdır. Nə polis əməkdaşları, nə də ki, Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkətə yol verməmiş, heç bir hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs2 sözügedən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs1 təxminən on ildir ki, tanıyır. 2015-ci ildə onunla birlikdə soyğunçuluq cinayəti törətdiklərinə görə həbs edilmişlər. Həbsdən azad olunduqdan sonra dostluqları davam etmişdir. “Ravon” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobili icarə əsasında sürərək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Son zamanlar avtomobilə yazılan cərimələrin məbləği çoxaldığı üçün və işlərinin zəif olması ilə əlaqədar icarə haqqını vaxtı-vaxtında ödəyə bilməmiş, avtomobilin sahibi həmin avtomobili ondan geri alaraq cərimələri və icarə haqqını ödəməyi tələb etmiş, yalnız bundan sonra avtomobili ona geri qaytara biləcəyini bildirmişdir. Həmin pulları ödəmək üçün xx.xx.2022ci il tarixdə Vüqar özünə məxsus “Samsung” markalı mobil telefonu onun üçün lombarda girov qoymuşdur. Vüqar girov müqabilində götürdükləri 100 manat pulun 90 manatını avtomobil sahibinə ödəmək üçün ona vermişdir. Həmin 90 manatı avtomobil sahibinə ödədikdən sonra avtomobilin sahibi avtomobili ona geri qaytarmış və tələb etmişdir ki, xx.xx.2022-ci il tarixdə ona 200 manat da pul ödəsin. Həmin məbləği tapmaq üçün Vüqarla birlikdə çarə axtarmağa başlamışlar. Vüqar ona təkiif etmişdir ki, kiminsə küçədə qarşısına çıxaraq pul alsınlar. O isə buna razılıq verməmişdir. Onlar qərara gəlmişlər ki, kiminsə əmlakını talayaraq pul əldə etsin və həmin pulla onun borcunu qaytarsın. Bir qədər sonra “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında dəqiq bilmədiyi ünvanda Vüqar ondan avtomobili saxlamağını istəmişdir. O da başa düşmüşdür ki, Vüqar kiminsə əmlakını talayacaq. Buna görə də Vüqara onu yaxınlıqda olan körpünün yaxınlığında avtomobildə gözləyəcəyini demişdir. Vüqar avtomobildən düşdükdən sonra o, dərhal avtomobili yaxınlıqda olan körpünün yanına sürüb əvvəlcədən razılaşdıqları qaydada Vüqarı gözləməyə başlamışdır. Vüqarın avtomobildən düşərək kimə yaxınlaşması və nə kimi bir hadisə törədərək kimin əmlakını götürməsini görməmişdir. Əvvəlcədən razılaşdıqları yerdə bir müddət Vüqarın gəlməsini gözləmişdir. Vüqarın gəlmədiyini gördükdə əvvəlcə öz yaşadığı Köhnə Günəşli qəsəbəsinə getmişdir. Bir müddət sonra Vüqarın yaşadığı binanın qarşısında polis əməkdaşları onu saxlayaraq 24-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqlardan birində üzərində axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda “kakos” adı ilə tanıdığı narkotik maddə ondan aşkar edilmişdir. Polis əməkdaşlarına həmin maddəni təxminən 15 gün əvvəl Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrinin elan olunmasından sonra həmin ifadələri təsdiq etmədiklərini, bu ifadələri təzyiq altında verdiklərini, hazırda verdikləri ifadələrinin düzgün olduğunu bildirmişlər. Buna baxmayaraq, təqsirləndirilən şəxslər onlara təzyiq göstərən konkret şəxslər barədə məlumat verməmiş, əməliyyat tədbirlərinin keçirilməsində iştirak etmiş 24-cü polis şöbəsinin əməkdaşları məhkəmə iclasında şahid qismində dindirilərkən isə, həmin əməkdaşların onlara qarşı fiziki zor tətbiq etmədiklərini və ya təsir göstərmədiklərini bildirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər idmanın yüngül atletika, həndbol və qaçış növü ilə məşğul olmuşdur. 07 fevral 2022-ci il tarixdə anası Sevda ilə birlikdə gəzintiyə çıxıb mağazalara baxmışlar. Saat 16 radələrində ünvan 5 ünvanında yerləşən binanın qarşısı ilə yeridikləri zaman ***-***-**-** saylı mobil nömrəni işlətdiyi özünə məxsus “Poco 3” markalı göy rəngli mobil telefonunu arxa sol cibinə qoymuşdur. Yol ilə gedərkən arxadan bir nəfər şəxsin ona yaxınlaşdığını və arxa cibində olan mobil telefonu götürdüyünü hiss etmişdir. Çönüb arxaya baxdıqda tanımadığı bir nəfər cavan oğlanın telefonunu götürüb qaçdığını görmüşdür. İdmanla məşğul olduğu üçün özünü itirməmiş və həmin oğlanın arxasınca qaçmağa başlamışdır. Sonradan adının Vüqar olduğunu bildiyi həmin oğlan onun arxasınca qaçdığını görüb daha da sürətlə qaçmağa başlamışdır. Lakin, təxminən 200-300 metr qaçdıqdan sonra telefonunu oğurlayaraq qaçmaq istəyən Vüqarı ünvan 6 ünvanında yerləşən “Araz” marketin arxasında tutub saxlamışdır. Vüqarı yerə yıxaraq əlində olan ona məxsus “Poco 3” markalı mobil telefonu onun əlindən alıb DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edib bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və o, həmin şəxsi polis əməkdaşlarına təhvil vermişdir. Ona məxsus “Poco 3” markalı mobil telefonun qiyməti 700 manat, ***-***-**-** saylı GSM nömrənin qiyməti isə 10 manatdır. Əgər telefonunu Vüqarın əlindən ala bilməsə idi, Vüqar onun telefonunu oğurlayacaqdı və ona ümumilikdə 710 manat maddi ziyan dəyəcəkdi. Hesab edir ki, iş üzrə ekspertiza rəyində mobil telefonunun qiymətinin 350 manat göstərilməsinin əsası yoxdur, ona dəymiş ziyanın məbləği ümumilikdə 710 manat kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 tutub saxlayarkən Vüqar onun əlindən çıxıb qaçmağa cəhd göstərmiş, lakin buna baxmayaraq onu tutub saxlaya bilmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır, eləcə də özü Təqsirləndirilən şəxs1 heç bir xəsarət yetirməmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs1 tək olmuş, hadisənin baş verdiyi yerdən Təqsirləndirilən şəxs2 avtomobilini saxladığı qeyd olunan yer görünməmişdir, ona görə o, Təqsirləndirilən şəxs2 həmin yerdə görə və tanıya bilməzdi. Yalnız polis şöbəsində əvvəl Təqsirləndirilən şəxs1, daha sonra Təqsirləndirilən şəxs2 əməli birlikdə törətdiklərini etiraf etmişlər. Mobil telefonu özünə qaytarılsa da, o, təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə 16 radələrində qızı Ləmanla birlikdə gəzintiyə çıxıb mağazalara baxmışlar. Saat 16 radələrində Nizami rayonu, B.Nuriyev küçəsi 32 saylı binanın qarşısı ilə getdikləri zaman araxadan bir nəfər şəxs onlara yaxınlaşıb Ləmanın arxa cibindən mobil telefonu götürüb qaçmışdır. Ləman idmanla məşğul olduğundan özünü itirməmiş və həmin şəxsin arxası ilə qaçmışdır. O da Ləmanın arxasınca qaçmış, təxminən 200-300 metr qaçdıqdan sonra Ləman həmin şəxsi B.Nuriyev küçəsi, 32 saylı ünvanda yerləşən “Araz” marketin arxasında tutub saxlamışdır. Ləman həmin şəxsi yerə yıxaraq əlində olan özünə məxsus “Poco 3” markalı telefonu ondan almış və DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edib bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra həmin yerə polis əməkdaşları gəldiyindən Ləman tutub saxladığı şəxsi polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə saat 16:02-də Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 32 ünvanının yaxınlığında mobil telefonunu oğurlamaq istəyən şəxsi tutub saxlaması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında həmin gün saat 16:10-da 24-cü PŞ-nin təhqiqatçısı Coşqun Qədiməliyev və həmin şöbənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə hadisənin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 32 ünvanının yaxınlığına getmişlər. Hadisə yerinə çatdıqda məlum olmuşdur ki, şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus telefonu onun əynindəki şalvarın arxa cibindən oğurlayıb qaçmaq istəyərkən sonuncu onun arxasınca qaçaraq ona çatmış və Təqsirləndirilən şəxs1 tutub saxlayaraq telefonunu onun əlindən almışdır. Təqsirləndirilən şəxs1 şübhəli davranışlarından onun üzərində narkotik vasitə olmasını güman etmişlər. Bu barədə Təqsirləndirilən şəxs1 soruşan zaman sonuncu üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs1 müvafiq araşdırma aparılması məqsədi ilə 24-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyərək onlarla birlikdə PŞ-nə gəlmişdir. PŞ-nə gəldikdən sonra təqdim olunmuş vəkillərin siyahısından seçdiyi vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kakos” olaraq tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni təxminən 05 fevral 2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan başqa, 07 fevral 2022-ci il tarixdə baş təhqiqatçı Nəriman Əzizovun əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Həmin əməliyyat tapşırığında Zərərçəkmiş şəxs məxsus mobil telefonu oğurlayan Təqsirləndirilən şəxs1 dostu olan Kahin adlı şəxsin də həmin cinayət əməlində iştirakının güman edildiyi və sonuncunun kimliyinin müəyyən edilməsi məqsədi ilə zəruri əməliyyat tədbirlərinin keçirilməsi qeyd edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Kahin adlı şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə zəruri əməliyyat axtarış tədbirləri keçirilərək Zərərçəkmiş şəxs məxsus əmlakın aşkar talanması faktında iştirakçı olması güman edilən xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək o, 07 fevral 2022-ci il tarixdə saat 19:50-də Xətai rayonu, İ.İsmayılov küçəsi 10 saylı ünvanın qarşısında olan zaman 24-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs2 şübhəli davranışlarından onun üzərində narkotik vasitə olmasını güman etmişlər. Bu barədə onun özündən soruşan zaman o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxiə ola biləcəyini nəzərə alıb Kahin Əlizadəni müvafiq araşdırma aparılması məqsədi ilə 24-cü PŞ-nə dəvət etmişlər. Kahin Əlizadə etiraz etməyərək onlarla birlikdə PŞ-nə gəlmişdir. 24-cü PŞ-nə gəldikdən sonra təqdim olunmuş vəkillərin siyahısından seçdiyi vəkil dəvət olunaraq Kahin Əlizadəyə təqdim edilmişdir. Kahin Əlizadə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təhqiqatçı tərəfindən Kahin Əlizadəyə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kakos” olaraq tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni təxminən 15 gün əvvəl Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 oğıunun təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Hadisə yerində olarkən və sonradan polis şöbəsində zərərçəkmiş şəxs digər Təqsirləndirilən şəxs2 barədə bir söz deməmişdir, yalnız Təqsirləndirilən şəxs1 onlara deməsi ilə məlum olmuşdur ki, həmin şəxslər soyğunçuluq əməlini birlikdə törətmişlər. Bundan sonra verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı Təqsirləndirilən şəxs2 aşkar olunaraq saxlanılmışdır. Hər iki şəxsə qarşı tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, onlar əməllərini səmimi etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Şahid1la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7) - 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “Poco 3” markalı, mavi rəngli arxa korpusu olan mobil telefon aparatı təhqiqatçı tərəfindən götürülmüşdür. (i.v. 13) - 07 fevral 2022-ci il və 08 fevral 2022-ci il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik oia biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kakos” olaraq tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni təxminən xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD diskə Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 07 fevral 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 görüntüdə üzərində şəxsi axtarış aparılan şəxsin özü olduğunu qeyd etmişdir. (i.v. 36-37, 97) - 07 fevral 2022-ci il və 08 fevral 2022-ci il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik oia biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kakos” olaraq tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni təxminən 15 gün əvvəl Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD diskə Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 07 fevral 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 görüntüdə üzərində şəxsi axtarış aparılan şəxsin özü olduğunu qeyd etmişdir. (i.v. 63-64, 104) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2022-ci il tarixli 6/767 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs1 aşkar edilmış maddə.....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,015 qr tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,015 qr olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,965 qram qalıq qalmışdır. (i.v. 78-82) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2022-ci il tarixli 6/768 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs2 aşkar edilmış maddə.....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,886 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,086 qr olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,836 qram qalıq qalmışdır. (i.v. 84-88) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 29 mart 2022-ci il tarixli 1457 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 226-227) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 29 mart 2022-ci il tarixli 1458 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 228-229) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 aprel 2022-ci il tarixli 9/3078 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Roco X3 Pro” markalı modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 350,00 manat müəyyən olunur. (i.v. 230-232) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 30 aprel 2022-ci il tarixli 1091 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 233-235) - 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barələrində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,015 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 0,965 qram olan 01 ədəd bükümdə narkotik vasitə heroin saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,886 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 0,836 qram olan 01 ədəd bükümdə narkotik vasitə heroin saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus “Poco X3 Pro” modelli mobil telefon aparatı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında 07 fevral 2022-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 02 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən işə daxil edilmiş materialların siyahısı, qərarların, prtokolların və digər sənədlərin surətləri əlavə edilməklə iş üzrə maddi sübut olan narkotik vasitə heroinləri sonunculara qanunsuz olaraq satmış şəxs və ya şəxslərin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində araşdırma materiallarının ayrılaraq araşdırmaların davam etdirilməsi qərara alınmışdır. (i.v. 250-263) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 29,180.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özlərini təqsirli bilməmələrini onların hüquqları kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeləri əsassızdır və onlarla razılaşmaq olmaz. Təqsirləndirilən şəxslərin və müdafiəçilərinin həmin məsələlər irəli sürdükləri, o cümlədən Təqsirləndirilən şəxs1 qarşı CM-nin 29,180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlin CM-nin 29,180.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 qarşı CM-nin 29,180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın isə ümimi ittihamdan xaric edilməsi barədə dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə irəli sürülmüş ittihamların ümumilikdə əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ümumi ittiham üzrə cinayətlərin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı hər iki təqsirləndirilən şəxslərə ittiham olunduqları hər hansı maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisələri baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyətləri olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 29,180.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 53) - 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 162-166) - 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 167-170) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 yanvar 2017-ci il tarixdə cəzasını çəkmiş kimi qeydiyyatdan çıxarılmışdır. (i.v. 189-190, 211-218) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (i.v. 191- 193, 204-210) -Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətlərindən görünür ki, baş leytenant X1 (Təqsirləndirilən şəxs2 qardaşı) Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenləri, “Cəbrayılın azad olunmasına görə, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin əmrləri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Şücaətə görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslər hesab edilirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində isə həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə müstəsna hal olaraq Təqsirləndirilən şəxs2 qardaşı X2 müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenləri, “Cəbrayılın azad olunmasına görə, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin əmrləri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Şücaətə görə” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxslərin təkrar cinayət törətmələri Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hal kimi qeyd olunsa da, cinayətlərin təkrar törədilməsini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 16-cı maddəsində nəzərdə tutulan halların təsiri altına düşmədiyinə görə həmin hal ittiham aktından xaric edilməli, nəzərə alınmamaldır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 07 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşlar, 09 fevral 2022-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətlərinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitələrin qalıqları məhv olunmalı, maddi sübut olan iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, “Poco X3 Pro” marka və modelli mobil telefon aparatının məhkəməyədək icraat zamanı saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamaların rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, qərar əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsini həyata keçirmiş, hüquqi yardım göstərmişlər, bu müddət hər vəkilə münasibətdə 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29,180.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29,180.2.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmələr zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Poco X3 Pro” marka və modelli mobil telefon aparatının məhkəməyədək icraat zamanı saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİnin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,965 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,836 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfinə aid olan ekspertiza xərci qismində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 88 manat ayrılıqda, 50 manat isə onlardan müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı ayrılıqda 35 iş saatı göstərdikləri pulsuz hüquqi yardıma görə qərar əsasında dəvət olunmuş müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə hər birinə 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar