Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-225/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-mülki cavabdeh: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25/31-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 avqust 2024cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən “Araz Supermarkefin anbar girişinin qarşısında olan “Araz Supermarket" MMC-yə məxsus ümumi qiyməti 20 manat 10 qəpik olan 10 qutu “Argo Nano" markalı siqareti, ümumi qiyməti 26 manat 30 qəpik olan 10 qutu “X9” markalı siqareti, ümumi qiyməti 52 manat 60 qəpik olan 20 qutu “X7" markalı siqareti, ümumi qiyməti 239 manat olan 100 qutu “X7 X10" markalı siqareti, ümumi qiyməti 21 manat 72 qəpik olan 10 qutu “X4 Blue” markalı siqareti, ümumi qiyməti 162 manat 5 qəpik olan 50 qutu “Kent Nano 4” markalı siqareti, ümumi qiyməti 78 manat 90 qəpik olan 30 qutu “LD X11” markalı siqareti, ümumi qiyməti 100 manat 50 qəpik olan 50 qutu “X8” markalı siqareti, ümumi qiyməti 24 manat 1 qəpik olan 10 qutu “Rothmans Blue” markalı siqareti, ümumi qiyməti 346 manat 90 qəpik olan 100 qutu “Sobranie Caster" markalı siqareti, ümumi qiyməti 38 manat 56 qəpik olan 10 qutu “X5” markalı siqareti, ümumi qiyməti 40 manat 20 qəpik olan 20 qutu “Viceroy N-series White” markalı siqareti, ümumi qiyməti 216 manat 16 qəpik olan 70 qutu “X6” markalı siqareti, ümumi qiyməti 21 manat 50 qəpik olan 14 ədəd 200 qramlıq paketdə “Heinz" markalı sezar sousunu, ümumi qiyməti 14 manat 20 qəpik olan 10 ədəd “Taç külçə" adlı şirniyyatı, ümumi qiyməti 64 manat 80 qəpik olan 40 ədəd “Sladok Vafli" adlı şirniyyatı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1467 manat 50 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, oğurluq əməlini törətmişdir, anca ittiham aktında göstərilən həcmdə olmamış, daha az məhsul oğurlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 3 radələrində Nizami raonu, ünvan 2 ünvanında yerləşən Araz Supermarketdən oğurluq etmiş, oradan 1 qutu siqaret götürmüş, 1 qutu “top kek” şirniyyatı götürmüş, lakin həmin şirniyyat qutusunun içinə baxdıqda onun içində də siqaret olduğunu görmüşdür. Bunlardan əlavə yenə şirniyyat qutuları götürmüşdür. Oğurladığı siqaretləri satmış, şirniyyatların isə bir hissəsini özü yemiş, bir hissəsini isə az təminatlı ailələrə paylamışdır. Hazırda dəymiş ziyanı birdəfəlik ödəməyə maddi imkanı yoxdur, hissə-hissə az-az ödəyə bilər. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, həmçinin himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də hüquqşünas kimi çalışır. MMC-nin rəhbərliyi tərəfindən cinayət işlərində MMC-ni təmsil etmək hüquqları ona həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, C.ünvan 2-da yerləşən “Araz market"də baş vermiş oğruluq nəticəsində Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1467 manat 50 qəpik maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan tam şəkildə ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 1-2 radələrində qonşusu Şahinlə yaşadığı evin həyətində görüşmüşlər. Bu zaman Şahin ona birlikdə 8-ci kilometr bazarının arxasında onun əvvəldən tanıdığı və münasibəti olduğu 2 qızla göürüşüb çay içməyi təklif etmiş o da razılıq vermişdir. Şahin onun mobil telefonu ilə taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra “Toyota Prius” markalı taksi onların sifariş verdiyi ünvana gəlmiş və onlar birlikdə taksiyə əyləşib Şahinin dediyi ünvana hərəkət etmişlər. O, həmin gün yorğun olduğu üçün maşında yuxulayırmış. Birdən avtomobilin dayandığını hiss edib gözünü açmış, bu zaman Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi ilə Cəmşid Naxçıvanski küçəsinin kəsişməsində yerləşən “Nazlı Saray” adlı şadlıq sarayının yaxınlığında olduqlarını görmüş bu zaman Şahin ona qızların görüşə gecikəcəyini, onlardan xəbər gələnə kimi buraya qədər gəlmişkən dayısının ona daha əvvəldən əşyalar göndərdiyini və yaxınlıqda yaşayan tanışına onun götürməsi üçün qoyduğunu demişdir. Onları götürüb geri qayıdaraq evə qoymağı və qızlardan xəbər gələndə qayıtmağı təklif etmişdir. O, etiraz etməmiş və onu taksidə gözləmişdir. Təxminən 5-6 dəqiqə sonra Şahin əlində iri həcmli 2 ədəd karton qutu ilə geri qayıtmış, qutuları avtomobilin arxa sərnişin oturacağına, yəni onun yanına qoymuş və sürücüdən avtomobili bir qədər də irəli sürməsini istəmişdir, sürücü avtomobili bir qədər irəliyə sürüb orada yerləşən Araz mareketə biraz daha yaxınlaşmışdır. O, yenə avtomobildə gözləmiş, bir neçə dəqiqə sonra Şahin iki iri qutu daha gətirmiş və qutuları digər qutuların yanına qoymuş və özü də keçib qabaq sərnişin oturacağında oturmuşdur. Daha sonra onlar birlikdə yaşadıqları ünvana, yəni Xətai rayonu A.Qurban küçəsinə qayıtmışlar. Ünvana çatdıqda Şahin həmin karton qutuları taksidən götürüb yaşadıqları ünvanın həyətinə gətirmişdir. Orada qutuların ağzını açdıqda qutuların içərisində çox sayda şirniyyat məhsulları və çoxsaylı bloklarda siqaretlərin olduğunu görmüşdür. Şahinə bununla bağlı sual verdikdə Şahin bunun dayısının göndərdiyini və həbsdə olan tanışlarına aparacağını demişdir. Daha sonra Şahinin polis tərəfindən saxlandığını bildikdə həmin məhsulların oğurluq olduğunu bilmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, taksi sürücüsü avtomobili “Nazlı Saray” şadlıq sarayının yanında, “Araz marketin” yaxınlığında saxlamışdır, Şahin də avtomobildən orada düşmüşdür. Həmin vaxt ətraf qaranlıq olduğundan və o spirtli içki qəbul etdiyi və yorğun olduğu üçün avtomobildə yuxuladığından Şahinin getdiyi istiqaməti görə bilməmişdir. Bu oğurluqda onun heç bir rolu olmamışdır, onun bu oğurluqdan məlumatı belə olmamışdır. Yalnız Şahin tutulandan sonra onun oğurluq etdiyini bilmişdir. Ona verilən “Təqsirləndirilən şəxs oğurladığı məhsulları nə etdi?” sualına cavab olaraq “Bilmirəm, mən həmin vaxt yorğun idim qızlardan da xəbər gəlmədiyin gördükdə gedib yatdım, səhər oyandıqda isə Şahin yox idi, o, həmin qutuları da aparmışdı" deyə cavab vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, bir neçə vaxtdır ki, öz övladı üçün ucuz kompyuter və yanoutbuk satan adam axtardığını, bu barədə əvvəllər fəhlə işlədiyi Nərimanov rayonu Çermet körpüsünün yanında olan adamlara da dediyini, 25 aprel 2024-cü ildə saat təxminən 18 radələrındə Çermet körpüsünün yanında fəhləlik edən tanışlarından birinin ona zəng vuraraq bir nəfər səxsin ucuz noutbuk satdığını dediyini, həmin yerə gəlib noutbuk satan adamla görüşdüyünü, satdığı noutbuka baxdığını, ondan neçəyə satdığını, oğurluq olub-ormaması soruşduğunu, o da noutbukun özünün olduğunu, koda düşdüyünü, işləmədiyini dediyini, ondan neçəyə satdığını soruşanda 50 manata satdığını dediyini, noutbuk istifadəyə yararsız olduğu üçün həmin adama noutbuku almayacağını dediyini, bu zaman həmin şəxsin ona “yol pulum yoxdu, yol pulu ver, kompyuteri verim” dediyini, ona 7 manat verə biləcəyini dediyini, onun da razı olduğunu, həmin noutbuku alıb evinə apardığını, bundan bir neçə gün sonra ona polisdən zəng gəldiyini, onu Nizamı RPİ-nin 23-cü Polis Bölməsinə dəvət elədiklərini, 23-cü Polis Bölməsində olan zaman ona aldığı noutbukun oğurluq olduğunu deyildiyini, bundan sonra həmin noutbukun oğurluq olduğunu bildiyini, polis əməkdaşlarına “mənə oğurluq noutbuk lazım deyil və onu polisə özüm könüllü olaraq təqdim edə bilərəm", bundan sonra həmin noutbuku 23-cü Polis Bölməsinə gətirib polis əməkdaşlarına könüllü təqdim elədiyini, daha sonra noutbukun fotoşəkilləri çəkildiyini və protokol tərtib edildiyini, həmin protokoiu imzaladığını bildirmişdir. İş materiallarında olan 05 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinn və hadisənin baş vermə anının əks olunduğu görüntülərin olduğu 01 ədəd disk sübut kimi qiymətləndirilməsi və cinayət işi materiallarında saxlanılması, Şahid2 təqdim etdiyi 30 qutu “Sobranie Caster” markalı siqaretlərin maddi sübut kimi tanınması və saxlanılması üçün mağazanın müdiri Şahid3 təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 177.1-ci maddəsi ilə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, belə ki, şəxsin oğurladığı qutularda olan əşyaların say və bazar qiymətini nəzərə alaraq zərərçəkmiş tərəfin qeyd etidyi vurulmuş zərərin məbləğinin ağlabatan olması qənaətinə gəlir. Zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əvvəllər də dəfələrlə cinayət əməli törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. Lakin şəxsin yenidən cinayət əməli törətməsi onun islah olunmadığını, təyin olunmuş cəzalardan nəticə çıxarmadığını sübut etmiş olur. Beləliklə, qeyd olunan hal təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Belə ki, daha yüngül cəzanın təyin edilməsi ilə təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmasını qeyri-mümkün etmiş olacaqdır Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.1- 1-ci maddələrinə əsasən 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 69.3-cü maddəsinə əsaən üzərində 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətsə də, CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli isə CM-nin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1467.5 manat məbləğində dəymiş zərərin və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1501.50 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə hər hansı ərizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iclası zaman təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mülki iddia ərizəsi baxılmamış saxlanmalıdır. CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddia üzrə çıxarılan qərarlardan biri də iddianın baxılmamış saxlanması barədədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerinn və hadisənin baş vermə anının əks olunduğu görüntülərin olduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Şahid2 təqdim etdiyi 30 qutu “Sobranie Caster” markalı siqaretlərin mağaza müdiri Şahid3 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 05 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerin və hadisənin baş vermə anının əks olunduğu görüntülərin olduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 təqdim etdiyi 30 qutu “Sobranie Caster” markalı siqaretlərin mağaza müdiri Şahid3 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 207 (iki yüz yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-225/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-225/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver