Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-226/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi - X3, Təqsirləndirilən şəxs və müdafiəçi - “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 iyun 1975-ci ildə Tbilisi şəhərində anadan olmuş, Gürcüstan dövlətinin vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Tbilisi şəhəri, Kintsmaraulu döngəsi, 25-ci korpus, mənzil 67 ünvanda qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində işlədiyi ünvan 2 ünvanda yerləşən avtomobillərə qaz quraşdırılması sahəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus «Brend Avtoqaz» müəssisəsinin anbarına qanunsuz daxil olaraq oradan hissə-hissə olmaqla, hər birinin dəyəri 154,03 manat olan, ümumi dəyəri 8163,59 manat təşkil edən 53 ədəd 4 silindrli X10 kit 4ci qaz avadanlığı, hər birinin dəyəri 30,8 manat olan, ümumi dəyəri 1786,40 manat təşkil edən 58 ədəd qaz avadanlığının ehtiyat hissəsi Map Sensor, hər birinin dəyəri 46,75 manat olan, ümumi dəyəri 2618 manat təşkil edən 56 ədəd qaz avadanlığının ehtiyat hissəsi Reducer, hər birinin dəyəri 19,24 manat olan, ümumi dəyəri 1115, 92 manat təşkil edən 58 ədəd qaz avadanlığının ehtiyat hissəsi Cng Lpg injection Rail, hər birinin dəyəri 4,93 manat olan, ümumi dəyəri 300,73 manat təşkil edən 61 ədəd X9 pressure tube filtr olmaqla, ümumilikdə 13984,64 manat dəyərində avtomobillərə quraşdırmaq üçün nəzərdə tutulmuş qaz avadanlıqları və həmin avadanlıqların müxtəlif ehtiyat hissələrini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 13984,64 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda fəaliyyət göstərən «Brend Av.oqaz» şirkətində usta işləmiş və avtomobillərə qaz qurğusu quraşdırmışdır. Şirkətə rəhbərliyi Zərərçəkmiş şəxs həyata keçirmişdir. Avtomobillərə quraşdırılması üçün şirkətə gətirilmiş 50 ədəd qaz balonları şirkətin ərazisində saxlanılmış, qaz balonlarının üzərində olan açıb-bağlamaq üçün nəzərdə tutulmuş latundan olan ventillər isə sellofanın içərisində şirkətin ikinci mərtəbəsində yerləşən saxlanc yerinə aparılmışdır. Arabir həmin saxlanc yerində işləyən Şahid4 yanına gedib lazım olan avadanlıqları və ehtiyat hissələrini götürmüş, həmin anbarın giriş qapısının açarları ancaq Fəriddə olmuşdur. 05 dekabr 2021-ci il tarixdə Fərid şirkətin anbarından oğurluq olduğunu demiş, Zərərçəkmiş şəxs zəng vuraraq oğurluq barədə məlumat vermiş və polisə müraciət etməsini demişdir. Polis əməkdaşları şirkətə gəlib anbara baxış keçirdikdən sonra şirkətin rəhbəri Zərərçəkmiş şəxs, Fəridə anbardakı avdanlıqları ətraflı saymağı tapşırmışdır. Fərid anbarda hesabat aparıb 40 ədəd latun ventilin, 15-20 ədəd latun doldurucunun anbardan oğurlandığını demişdir. Bir daha Fəriddən digər avadanlıqların yerində olub-olmadığını soruşmuş, sonuncu digər avadanlıqların yerində olduğunu demişdir. 06 dekabr 2021-ci il tarixdə saat təxminən 20-21 radələrində əvvəllər müştəri kimi tanıdığı və adını xatırlamadığı şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq avtomobilinə quraşdırılmış qaz sistemində nasazlıq olduğunu bildirərək, axşam saatlarında idarə etdyi avtomobillə iş yerinə gəlmişdir. Həmin şəxsin avtomobilini təmir edərkən polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, işlədiyi «Brend Avtoqaz» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs polisə müraciət edərək müəssisədən qaz balonlarının üzərində quraşdırılan latundan olan qazı açıb-bağlamaq üçün nəzərdə tutulmuş 40 ədəd ventilin oğurlandığını və oğurluq hadisəsində ondan şübhələndiyini bildirmişdir. Zərərçəkmiş şəxs və polis əməkdaşlarına ventilləri oğurlamadığını, anbardan oğurluq etmədiyini və anbardan oğurluq etmək niyyəti olduğu təqdirdə 35 manat dəyərində ventil deyil, 800-900 manat dəyərində kiçik ölçülü qurğuları oğurlaya biləcəyini demişdir. Zərərçəkmiş şəxs şirkətdən yalnız latun ventillər deyil, 50 000 manat dəyərində qaz çənləri, qaz tənzimləyicisi, qaz xəttləri, qaz paylayıcı, qaz kranları, yaddaş sistemi, map sensor oğurlandığını bildirsə də, polis əməkdaşları şirkətin anbarına baxış keçirdikdən sonra Fəriddən anbardan nə oğurlandığını soruşduqda sonuncu anbardan 40 ədəd latun ventil, 15-20 ədəd latun doldurucu oğurlandığını, digər avdanlıqların yerində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs şirkətdə çalışan Şahid4 COVİD 19 virusuna yoluxan vaxt işə çıxmadığı müddətdə anbarın açarlarının onda olduğunu bildirsə də, heç zaman anbarın açarlarını götürməmişdir. Şahid2 tanımış, sonuncu da avtomobillərə qaz qurğusu quraşdırmışdır. Şahid2 və digər şəxslərə, habelə internet vasitəsilə avtomobillərdə qaz qurğusu quraşdılarkən istifadə olunan avdanlıqlar satmışdır. Həmin avdanlıqları arabir internet vasitəsilə alıb sonradan satmışdır. Bəzi hallarda isə qaz avadanlığı quraşdırmış şəxslər həmin qurğunu sökdürdükdə, avdanlığı nisbətən ucuz qiymətə alıb sonradan müxtəlif şəxslərə satmışdır. Satdığı avadanlıqlar yalnız işlənmiş avadanlıqlar olmuş və həmin avadanlıqlar şirkətə məxsus olmamışdır. Şahid2 və «Hacı» kimi tanıdığı Kamal adlı şəxsə Digitronik, AEB və qaz balonları təklif etmişdir. Sonuncularla söhbət zamanı həmin avadanlıqların Gürcüstanda ucuz olduğunu və lazım olarsa gətirib onlara sata biləcəyini demişdir. Şahid7 da tanımış və sonuncu ilə əvvəllər bir yerdə işləmişlər. Xəqani sonradan Razim ilə avtomobillərə qaz qurğusu quraşdırmağa başlamışdır. Şahid7, onun avtomobil qəzası törətdikdən sonra guya işlədiyi şirkətdən avdanlıqlar oğurlayıb axşamlar aparıb Asim adlı şəxsə satdığı barədə bildirdikləri yalandır. Arabir Asimə işlənmiş ehtiyat hissələri satmış və əsasən Asim işlədiyi şirkətə avadanlıq satmışdır. Şirkətə gələn avdanlıqlar qurtardıqdan sonra Fərid hesabat aparmış və hesabatdan sonra Elçin və Fərid hər şeyin qaydasında olduğunu bildirmişdir. Avtomobillərə quraşdırılan qaz avadanlıqlarını Elçin Gürcüstan Respublikasından almışdır. İldə 2 dəfə həmin avadanlıqlar rəsmi sənədlərlə alınmış, qalan hallarda avadanlıqlar qeyri-rəsmi yolla alınmış və heç bir sənədləşmə aparılmamışdır. Avtomobillərə qaz avadanlığı quraşdırarkən və lazımi ehtiyat hissələrini anbardan alarkən hər hansı sənədləşmə aparılmamışdır. Şifahi olaraq Fəridə hansı qurğu lazım olduğunu demiş, sonuncu isə həmin qurğunun pulunu müştəridən almışdır. Lakin heç zaman heç bir rəsmiləşdirmə aparılmamış, qaimə və ya qəbz yazılmamışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməməsinə baxmayaraq onun təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən və avtomobillərə qaz quraşdırılması sahəsində fəaliyyət göstərən «Brend Avtoqaz» şirkətini 2020-ci ildə almış və rəhbərlik etmişdir. Həmin şirkətdə Təqsirləndirilən şəxs 3 il usta kimi çalışmışdır. Giorgi şirkətə gələn avtomobillərə qaz avadanlığı quraşdırmış, avadanlıqların və görülən işlərin dəyəri Şahid4 ödənilmişdir. 2021ci ilin noyabr ayında Gürcüstan Respublikasından şirkətə avtomobillərə curaşdırılması üçün 50 ədəd qaz balonları və onların 100 qədər avadanlığı gətirilmişdir. Həmin qaz balonları və avadanlıqlar şirkətin anbarında saxlanılmışdır. Qaz balonlarının üzərində açıbbağamaq üçün nəzərdə tutulmuş latun tərkibli ventillər sellofanın içərisində şirkətin ikinci mərtəbəsində yerləşən saxlanc yerinə yığılmışdır. Həmin saxlanc yerinə Fərid nəzarət etmişdir. Lakin, anbar daimi olaraq açıq olmuş və Giorgiyə etibar edildiyi üçün sonuncu anbardan istədiyi vaxt ehtiyat hissəsi götürüb avtomobillərə quraşdırmışdır. Fərid “COVİD 19” virusuna yoluxduğundan anbarın açarları bir müddət Giorgidə olmuşdur. Giorgi sonradan açarları Fəridə versə də, açarların bir nüsxəsinin sonuncuda qaldığını ehtimal edir. 05 dekabr 2021-ci il tarixdə Fərid anbardan 40 ədəd latun ventillərin oğurlandığı barədə məlumat verdiyindən hadisəsi ilə bağlı polisə müraciət etmişdir. Polis əməkdaşları şirkətə gəlib anbara baxış keçirdikdən sonra şirkətin anbarından hər birinin dəyəri 35 manat təşkil edən 40 ədəd latun ventilin, hər birinin dəyəri 30 manat təşkil edən 40 ədəd latun tərkibli doldurucunun oğurlandığı məlum olmuşdur. Həmin əşyaların əvvəllər Giorgi tərəfindən oğurlandığını hesab etməsə də, sonradan həmin avadanlıqları Giorginin oğurladığını başa düşmüşdür. Oğurluq hadisəsi ilə əlaqədar eyni avadanlıqları quraşdıran digər şirkətlərin əməkdaşları ilə danışıq apararkən, Giorginin onun etibarından istifadə edərək xeyli miqdarda ona məxsus qaz balonlarını və onlara aid avadanlıqları götürərək həmin şirkətlərin ustalarına nisbətən ucuz qiymətə satdığı, müxtəlif avtomobillərə quraşdırdığı və pulu mənimsədiyi məlum olmuşdur. Sonradan Giorginin şirkətdə olan 200 yaxın qaz avadanlıqları dəstindən 50 ədəd qaz balonlarını və onlara aid 40 dəst avadanlıqları oğurlayaraq eyni sahədə fəaliyyət göstərən digər şirkətlərin ustalarına satdığı, habelə həmin avdanlıqların bir qismini avtomobillərə quraşdıraraq dəyərini şirkətə ödəmədən pulu ələ keçirdiyi məlum olmuşdur. Bu barədə həmin avadanlıqların satışını həyata keçirən Asim və Etibar adlı şəxslərdən «İtalqaz» şirkətində çalışan Əli, «4 çarx» şirkətində çalışan Razim və Xəqani adlı ustalardan eşitmişdir. Avtomobillərə quraşdırılan qaz avadanlıqlarını 2020-ci ildə Çindən və Gürcüstandan sifariş verərək gətirmiş, sonuncu dəfə 2021-ci ilin noyabr ayında Gürcüstandan 100 dəst avadanlıq və 50 ədəd qaz balonları almışdır. Giorginin əsasən oğurladığı avadanlıqları 2021-ci ilin sentyabr ayında gecə saat 01-02 radələrində aparıb satdığını bilmişdir. Audit yoxlamasından sonra ona dəymiş ziyanın məbləğinin 13984.64 manat təşkil etdiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, avtomobillərə qaz quraşdırılması sahəsində fəaliyyət göstərən «Brend Avtoqaz» şirkətində usta kimi çalışmış Təqsirləndirilən şəxs tanımış və sonuncu şirkətə gələn avtomobillərə qaz avadanlığı quraşdırmışdır. Aralarında əlaqələr olduğundan Giorgi arabir ona qaz avdanlıqlarının ehtiyat hissələrini, bir ədəd işlənmiş vəziyyətdə qaz balonu, 3-4 ədəd işlənmiş halda dəst qaz avdanlığı və 1-2 ədəd təzə halda dəst qaz avdanlığı satmış və həmin avdanlıqları ona hissə-hissə gətirmişdir. Giorgi həmin avdanlıqların özünə məxsus olduğunu və Gürcüstandan ucuz qiymətə aldığını bildirmişdir. Təzə avadanlıqların maya dəyəri 380-400 manat aralığında olsa da, Giorgi həmin dəsti maya dəyərindən ucuz, yəni hər birini 250 manata, 3-4 ədəd işlənmiş avadanlıqların hər birini isə 150 manata ona satmışdır. Giorgi bir neçə dəfə həmin avdanlıqlarda olan bəzi işlənmiş ehtiyat hissələrini də nisbətən ucuz qiymətə satmışdır. Giorgi həmin avadanlıqları və qaz balonunu ona satarkən tək olmuşdur. 06 dekabr 2021-ci il tarixdə Giorginin usta işlədiyi «Brend Avtoqaz» servisin rəhbəri Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb servisdə avadanlıqların çatışmadığını demiş, sonuncuya Giorginin qeyd olunan avadanlıqlardan gətirib ona satdığını demişdir. Giorgi ona satdığı təzə dəst qaz avdanlıqlarının çalışdığı «Brend Avtoqaz» şirkətinə məxsus olduğunu deməmiş, həmin avadanlıqların özünə məxsus olduğunu, Gürcüstandan ucuz qiymətə aldığını demişdir. Giorgidən aldığı avadanlıqları sonradan həmin sahədə fəaliyyət göstərən ustalara satmış və həmin avadanlıqlar müştərilərin avtomobillərinə quraşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, “4 çarx” avtoservisində avtomobillərə qaz avadanlığı quraşdırılması üzrə usta işləmişdir. Bu sahədə fəaliyyət göstərən «Brend Avtoqaz» şirkətində usta kimi çalışmış Təqsirləndirilən şəxs tanımış və sonuncu işlədiyi şirkətə gələn avtomobillərə qaz avadanlığı quraşdırmışdır. Eyni sahədə çalışdıqları üçün aralarında əlaqələr yaranmış və arabir biri-birinə ehtiyat hissələrinin tapılıb alınmasında köməklik göstərmişlər. Arabir Giorgiyə qaz avdanlıqlarının ehtiyat hissələrini, arabir də Giorgi ona ehtiyat hissələri satmışdır. Giorgi ona ehtiyat hissələri almaqda köməklik etmiş və 30 ədəd təzə dəst qaz avdanlıqlarını ona satmış və həmin avdanlıqlar hissə-hissə gətirmişdir. Giorgi həmin avdanlıqların özünə məxsus olduğunu, Gürcüstandan ucuz qiymətə aldığını demişdir. Həmin avadanlıqların maya dəyəri 750-900 manat aralığında, satış qiyməti 1200-1300 manat olsa da, Giorgi həmin dəsti maya dəyərindən ucuz, yəni 400-450 manata ona satmışdır. Giorgi bir neçə dəfə ona həmin avdanlıqlarda olan bəzi işlənmiş ehtiyat hissələri də nisbətən ucuz qiymətə satmışdır. 2021-ci ilin əvvəllərində Giorgi avtomobil qəzası törətdiyindən və maddi sıxıntıları yarandığından ona müraciət edərək borc pul istəmişdir. Giorgiyə 4000 manat borc pul vermiş və sonradan Giorgi həmin pulu ona gətirdiyi qaz avadanlıqları ilə ödəmişdir. 2021ci ilin avqust ayında Giorgi ilə birlikdə işləmiş Xəqani adlı usta Giorgidən ayrılaraq onun yanında işləməyə başlamışdır. Giorgi ona satdığı 30 ədəd təzə dəst qaz avadanlıqlarının çalışdığı «Brend Avtoqaz» şirkətinə məxsus olduğunu deməmiş, həmin avadanlıqların özünə məxsus olduğunu və Gürcüstandan ucuz qiymətə aldığını demişdir. Sonradan Giorginin işlədiyi şirkətə gətirilmiş qaz avadanlıqlarını götürüb müxtəlif şəxslərə sataraq pulu mənimsədiyini eşitmişdir. Giorginin «Brend Avtoqaz» şirkətinə məxsus avadanlıqları “İtalqaz” şirkətində işləyən Əli adlı şəxsə, Gəncə şəhərindən olan Etibar adlı şəxsə və Asim adlı şəxsə satdığını eşitmişdir. Giorgi ona satdığı «Brend Avtoqaz» şirkətinə məxsus avadanlıqlardan işlədiyi servisdə qalmış bir ədəd qaz balonunu təqdim etmişdir. «Brend Avtoqaz» şirkətinə məxsus avadanlıqların balondan başqa digər ehtiyat hissələrinin üzərində "Digitronik AEB” sözləri yazılmış etiket olmuş, digər avadanlıqlarda olan qaz balonları 14-16 kub.metr həcmində, «Brend Avtoqaz» şirkətinin gəirdiyi qaz avadanlıqlarının balonları 20-24 kub.metr həcmində olmuşdur. Bundan başqa həmin balonlar “Faber” şirkətinə məxsus qara rəngli balonlar olmuş və həmin avadanlığı da Azərbaycana «Brend Avtoqaz» şirkəti gətirmişdir. Giorginin gətirib ona satdığı balonlar 20, 24 kub metr həcmli balonlar olmuş, Giorgi ona təxminən 5-6 dəfə iş vaxtı qurtarandan sonra gecə saat 22 radələrində işlədiyi “4 Çarx 2” servisinə balon və avadanlıq gətirmişdir. Bəzi vaxtlarda pula ehtiyacı olanda avadanlıqları satmış, bəzi hallarda isə avtomobillərə quraşdırmışdır. Giorgiyə yoldaş kimi kömək etmiş, pulu isə Giorgi almışdır. Bəzi hallarda Giorgi ona avadanlıqlar təklif edəndə pulu olmadığı üçün istəməmişdir. Giorgi avadanlıqları və balonları «Brend Avtoqaz» şirkətindən oğurlayıb gətirdiyini ona deməmiş, həmin avadanlıqları Gürcüstandan gətirdiyini, özünə məxsus olduğunu demişdir. Georgi 2021-ci ilin sentyabr, oktyabr, noyabr aylarında ona qaz balonları və avadanlıqlar gətirmiş, təzə avadanlıqları 400-450 manata, işlənmiş avadanlıqları 70-80 manata, tək balonu isə 300 manata satmış, işlənmiş avadanlıqlar Atiker, Can qaz və s. firmalara aid olmuş, “Digitronik" firmasına aid olmamışdır. Təzə avadanlıqlar və işlənmiş qaz balonları ancaq «Brend Avtoqaz» şirkətinə məxsus "Digitronik AEB” firmasına aid olmuşdur. 2021-ci ilin noyabr ayının axlırlarında Giorgi onun yanına tanımadığı bir müştəri göndərmiş, müştərinin avtomobilinə qaz avadanlığı quraşdırmış, avadanlıqların kitini (beyin hissəsini) isə Giorgi özü həmin maşına yükləyib göndərmişdir. Həmin müştəridən avadanlığı quraşdırma üçün zəhmət haqqı almışdır. Avadanlıq 4 silindrli X10 kit, Map Sensor, Reduktor, Cng Lpg injection Rail, X9 təzyiq fıltrindən ibarət olmuşdur. Giorgi ona “Digitronik” firmasının avadanlıqlarını, İtaliya istehsalı olan “Faber" qaz balonlarını satmış, Giorginin ona ümumilikdə təxminən 2000 manat dəyərində qaz avadanlığı satması barədə bildirməsi həqiqətə uyğun deyil, Giorgi işlənmiş və təzə olmaqla ona ümumilikdə 30-a yaxın, 2021-ci ilin sentyabr-noyabr aylarında təxminən 6000-7000 manat dəyərində qaz avadanlığı satmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən ünvan 3 ünvanda yerləşən avtomobillərə qaz quraşdırılması sahəsində fəaliyyət göstərən «Brend Avtoqaz» şirkətində sənədləşmə işlərini aparmış və qeyri-rəsmi olaraq anbara nəzarət etmişdir. Həmin şirkətdə Təqsirləndirilən şəxs usta kimi avtomobillərə qaz avdanlığı quraşdırmış, həmin avadanlıq və görülmüş işlərin dəyəri isə ona ödənilmişdir. 2021-ci ilin noyabr ayında Gürcüstan Respublikasından şirkətə avtomobillərə quraşdırılması üçün 50 ədəd qaz balonu və onların 100 ədəd avadanlıqları gətirilmişdir. Həmin qaz balonları və avadanlıqlar şirkətdə saxlanılmışdır. Qaz balonlarının üzərində açıb-bağlamaq üçün nəzərdə tutulmuş latun tərkibli ventillər isə sellofanın içərisində şirkətin ikinci mərtəbəsində yerləşən saxlanc yerinə yığılmışdır. Həmin saxlanc yeri daimi olaraq bağlı, açar isə onda olmuşdur. Giorgiyə anbardan ehtiyat hissələri lazım olduqda ona müraciət etmiş, bundan sonra anbarda olan dəftərdə qeydiyyat aparmaqla həmin ehtiyat hissələrini Giorgiyə vermişdir. “COVİD 19” virusuna yoluxduğu zaman həmin anbarın açarları bir müddət Giorgidə olmuş və sonuncu sonradan açarları ona qaytarmışdır. 05 dekabr 2021-ci il tarixdə Giorgi ondan ventil istəmiş, anbarı açdıqda ehtiyat hissələrinin səliqəsinin pozulduğunu, latun tərkibli ventillərin oğurlandığını aşkar etmiş və anbara baxış keçirdikdə 10 ədəd latun ventillərin oğurlandığını müəyyən etmişdir. Şirkətin rəhbəri Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş və sonuncu oğurluq hadisəsi ilə bağlı polisə müraciət etmişdir. Polis əməkdaşları şirkətin anbarına baxış keçirdikdən sonra şirkətin anbarından hər birinin dəyəri 35 manat təşkil edən 40 ədəd latun ventil, hər birinin dəyəri 30 manat təşkil edən 40 ədəd latun tərkibli doldurucu oğurlandığı məlum olmuşdur. Sonradan Zərərçəkmiş şəxs eyni avadanlıqları quraşdıran digər şirkətlərin əməkdaşları ilə əlaqə saxlayarkən, Giorginin etibardan istifadə edərək xeyli miqdarda qaz balonları və onlara aid avadanlıqları götürərək həmin şirkətlərin ustalarına nisbətən ucuz qiymətə satdığı, müxtəlif avtomobillərə quraşdıraraq pulu mənimsədiyi məlum olmuşdur. Bundan sonra, Zərərçəkmiş şəxs hadisə ilə bağlı polis orqanına şikayət etmiş, sonuncunun iştirakı ilə bütün avadanlıqlar sayılmış və şrkətdə olan xeyli avdanlığın çatışmadığı aşkar edilmişdir. Sonuncu dəfə şirkətdə 2019-cu ilin noyabr ayında təftiş aparılarkən, ciddi çatışmazlıq müəyyən edilməmişdir. Giorgiyə etibar edildiyindən uzun müddət hesabat aparılmamış, şirkətə avadanlıqlar lazım olduqda Giorgi Zərərçəkmiş şəxs demiş, sonuncu da həmin avadanlıqları sifariş etmişdir. Avtomobillərə quraşdırılan qaz avadanlıqları Çindən və Gürcüstandan sifariş verilərək gətirilmiş, sonuncu dəfə 2021-ci ilin noyabr ayında Gürcüstandan 100 dəst avadanlıq və 50 ədəd qaz balonları alınmışdır. Giorginin anbardan qaz avadanlığı və servisdən qaz balonları götürməsinə, ümumiyyətlə anbara onsuz girişinə icazəsi olmamışdır. Servisdə olan avtomobillərə avadanlıqları quraşdırmaq üçün Giorgiyə vermiş, həmin avadanlıqlar təxminən 1200 manata avtomobillərə quraşdırmışlar. Giorginin servisdən kənara qaz balonları, qaz avadanlıqları və onların ehtiyyat hissələrini aparmasını servisində fəhlə kimi köməkçi işləmiş Vüqar görmüşdür. Giorginin gecə saatlarında servisə gələrək həmin avadanlıqları apardığını eşitmişdir. Anbarın açarı müvəqqəti Giorgiyə verilərkən, sonuncunun açarın surətini çıxardığı ehtimal edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, “4 çarx” avtoservisində avtomobillərə qaz avadanlığı quraşdırılması üzrə usta işləmişdir. Əvvələr eyni sahədə fəaliyyət göstərən «Brend Avtoqaz» şirkətində usta kimi çalışmış Təqsirləndirilən şəxs ilə birlikdə işləmişdir. Həmin şirkətin rəhbəri Zərərçəkmiş şəxs olsa da, iş prosesi Giorgi tərəfindən aparılmışdır. Həmin şirkətdə Giorginin rəhbərliyi altında işləmiş, sonuncu şirkətə gələn avtomobillərə qaz avadanlığı quraşdırmış, lazım olan avadanlıqlar barədə Zərərçəkmiş şəxs demiş, sonuncu isə həmin avadanlıqları Çin və Gürcüstandan sifariş edərək gətirmişdir. Giorgi avtomobillərə qaz avadanlığı quraşdırarkən lazım olan ehtiyat hissələrini şirkətin anbardarı Fəriddən götürmüşdür. Şirkətin rəhbəri Zərərçəkmiş şəxs Giorgiyə etibar etdiyindən sonuncunun götürdüyü avdanlıqların hesabatı aparılmamışdır. Giorgi dəfələrlə şirkətdən götürdüyü avadanlıqları və qaz balonlarını onun köməyi ilə avtomobilə yükləyib apararaq «4 Çarx» avtoservisdə qaz quraşdırma üzrə usta işləmiş Razimə satmış və pulunu almışdır. Giorgi digər şirkətdə çalışan ustalara və həmin qaz avadanlıqlarının pərakəndə satışını həyata keçirən şəxslərə də müxtəlif qaz avadanlıqları satmışdır. Şirkətin rəhbəri Zərərçəkmiş şəxs ayda bir-iki dəfə şirkətə gəlmişdir. Giorginin həmin avadanlıqları Zərərçəkmiş şəxs razılığı ilə götürüb satdığını və pulu Zərərçəkmiş şəxs verdiyini düşünmüşdür. Giorgi onun köməyi ilə hissə-hissə 5 dəst qaz avadanlıqlarını avtomobilə yükləmiş və aparıb Asimə satmışdır. Bundan başqa müxtəlif vaxtlarda, hissəhissə olmaqla onun köməyi ilə 30 dəst qaz avadanlıqlarını avtomobilə yükləmiş və aparıb «4 Çarx» şirkətində usta işləyən Razimə satmışdır. Giorginin həmin avadanlqları hansı qiymətə satdığını bilməmiş, lakin hər dəfə ona 50-100 manat pul vermişdir. 2021-ci ilin avqust ayında Giorgi ilə aralarında narazılıq yarandığı üçün işdən çıxarılmış və «4 Çarx» avtoservisində işləməyə başlamışdır. «Brend Avtoqaz» şirkətindən çıxdıqdan sonra Giorgi bir neçə dəfə «4 Çarx» avtoservisə qaz balonu və qaz avadanlığı gətirib Razimə satmış, 2021-ci ilin noyabr ayının axırlarında tanımadığı bir müştərini avtomobilinə qaz avadanlığı quraşdırmaq üçün usta Razimin yanına göndərmiş və həmin avtomaşına avadanlıqların kitini (beyin hissəsini) Giorgi özü yükləyib göndərmiş və həmin müştəridən yalnız avadanlığı quraşdırmaq üçün zəhmət haqqı almışlar. Sonradan «Brend Avtoqaz» şirkətində müxtəlif avadanlıqların və qaz balonlarının çatışmadığını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, avtomobillərə qaz avadanlıqlarının quraşdırlması sexinin sahibidir. Təqsirləndirilən şəxs yol qəzası keçirmiş, həmin yol qəzası nəticəsində avtomobilinə 4000 manata yaxın ziyan dəymişdir. Həmin ziyanın 1000 manatı Zərərçəkmiş şəxs, 2300 manatını isə o qarşılamışdır. Təqsirləndirilən şəxs ona olan borcunu sonuncuya məxsus sexdə işləməklə hesablaşmışdır. Təqsirləndirilən şəxs internet rusursları vasitəsi ilə həm köhnə həm yeni avadanlıqların satmasının şahidi olmuşdur. Yeni avadanlıqları adətən Təqsirləndirilən şəxs dediyinə görə Gürcüstan Respublikasından əldə etdiyi bilmişdir. Ona məxsus sexdə Təqsirləndirilən şəxs bir neçə dəfə avadalıq quraşdırmış, lakin bununla bağlı ona heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, mallarına nəzarət etsin. Ehtimal etmişdir ki, Xəqani ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mallarını oğurlayır, sonuncunun mallarını satır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, X1 və Şahid6 vermiş olduqları ifadələri məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuşdur. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 fevral 2022-ci il tarixli 9/593 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd qırmızı rəngli, 72 litr tutumu olan qaz balonunun istifadədə olması nəzərə alınaraq 2021-ci ilin sentyabr-dekabr aylarına orta bazar qiyməti təxminən 90,00 manat müəyyən olunmuşdur. İşdə olan «Brend Avtoqaz» şirkətində keçirilmiş audit yoxlamasının rəyindən görünür ki, “BREND AVTOQAZ" müəssisəsində usta işləmiş, Təqsirləndirilən şəxs yoxlama dövründə ümumi kənarlaşma və çatışmayan pul məbləği 13984.64 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixə Avtomobillərə qaz quraşdırılması obyektində mal-materialların uçotu üzrə yaradılmış komissiya tərəfindən aparılmış inventarizasiyanın nəticələrinə əsasən anbarda çatışmayan mal-materialların (qaz balonları və avvadanlıqlar, onların ehtiyyat hissələrinin) qalığının 32071.20 manat təşkil etdiyi müəyyən edilmişdir. Yoxlamaya təqdim edilən mühasibat və gömrük bəyannamələri sənədləri üzrə anbarda faktiki çatışmayan mal-materialların qalığı 13984.64 manat olduğu müəyyən edilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində sahibkarın, yəni “BREND AVTOQAZ” müəssisəsinin anbarında (obyektində) inventarizasiyanın aparılması noticosində anbarda çatışmayan mal-materialların (qaz avadanlığı və onların ehtiyyat hissələrinin) düzgünlüyünü audit yoxlaması zamanı araşdırarkən yoxlamaya yalnız təqdim edilən təsdiqedici idxal bəyannamələri və digər sənədlər üzrə 13984.64 manat olduğu müəyyən edilmişdir. İşdə olan “CD” diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefonun «Qalereya» bölməsində olan WhatsApp proqramından istifadə olunmaqla aparılmış danışıqların köçürülmüş səs yazılarıba baxış zamanı, Təqsirləndirilən şəxs əlaqə saxladığı şəxsə rus dilində «Qardaş Elçin burdadır. Qoy Elçin getsin sonra götürərəm. Orada başqa şeylər də lazım olacaq» deyir, digər səs yazısında «Vüqar gedək balonu quraşdıraq», Vüqar adlı şəxs soruşur «Balon qarajdadır?», Giorqi «Hə qarajdadır» deyir, digər səs yazısında Giorgi «Asim mən 10 dəqiqədən sonra zəng vuraram. O, buradadır. Danışa bilmirəm» deyir, digər səs yazısında Giorgi Razim adlı şəxsə «Qardaş mən qaz balonunu gətirirəm. Qoy Xəqani onu quraşdırsın. İçərisində hər şeyi var» deyir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun prosessual hüququ kimi qiymətləndirir və iş üzrə toplanmış, məhkəmədə tədqiq edilmiş, biri digərinə kifayət qədər uyğun gələn, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan sübut xarakterli sənədləri, habelə zərərçəkmiş şəxs və şahid ifadələrini verilmiş ittihamın əsası kimi qəbul edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 ay 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs olunsun. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-226/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-226/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver