Məhkəmə qərarları › İş №1(007)-227/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-227/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-227/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 30 avqust 1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonunun Böyük Xocavar kəndində qeydiyyatda olan, hazırkı işlə bağlı 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2022ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 02 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 124 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Şəlalə mobilya” adlı mebel mağazasına gələrək, mağazada mebelin üzərində olan Zərərçəkmiş şəxs məxsus içərisində 1500 manat nağd pul, şəxsiyyət vəsiqəsi, məcburi köçkün vəsiqəsi olan 25 manat dəyərində qara rəngli pul kisəsi olan 50 manat dəyərində əl çantasını götürüb ələ keçirməklə açıq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1575 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 29 ilə yaxın Rusiya Federasiyasının Voronej şəhərində meyvə-tərəvəz satışı ilə məşğul olmuş, bu müddətdə bir neçə dəfə məhkum olunmuşdur. 2021-ci il ilin mart ayında Bakı şəhərinə qayıtmış, sonra Masallı rayonunda meyvə-tərəvəz və qoyun alveri ilə məşğul olmuşdur. 2022-ci ilin yanvar ayının 20-də Ukrayna Respublikasının Xarkov şəhərinə getmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərindən təyyarə ilə İstanbul şəhərinə, oradan da təyyarə ilə Xarkov şəhərinə getmişdir. Lakin Xarkov şəhərində vizası olmadığını bildirərək onu təyyarə ilə Bakı şəhərinə geri qaytarmışlar. 24 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə qayıtmış, gəlikdən sonra iki gün 5 manatlıq evlərdə qalmış, natəmizliyə görə sonradan Nizami rayonunda yerləşən “Naxçıvan” otelində qalmağa başlamışdır. 02 fevral 2022-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonunda yerləşən adını xatırlamadığı kafedə tək oturub yemək yeyib spirtli içki içdikdən sonra taksi ilə Nizami rayonuna gəlmişdir. “8-ci km bazarı” yaxınlığında taksidən düşüb gəzməyə başlamışdır. Mebel salonunun qarşısından keçdikdə bilmədiyi səbəbdən mebel mağazasına girmişdir. İçəri girdkdə bir nəfər qadının stolda oturduğunu görmüşdür. Ona yaxınlaşıb stol almaq istədiyini bildirmişdir. Bu zaman qadının arxa tərəfində mebelin üzərində çanta olduğunu, çantanın içərisindəki pul qabından pulun bir hissəsinin çıxdığını görmüşdür. Satıcı xanım ona mağazada belə bir mebel olmadığını, lakin istəyirsə qonşu mebel mağazasına baxa biləcəyini bildirmişdir. Onlar mağazadan çıxıb 5-6 metr irəli gedərək başqa bir mebel mağazasına girmişlər. Burada satıcı xanım bir kişi ilə söhbət etdikdən sonra onlarda istədiyi formada mebel olmadığını bildirmişdir. O, həmin qadına mebel mağazasına qayıdıb oradakı mebellərə baxmaq istədiyini bildirmişdir. Geri qayıdanda o, həmin qadından irəlidə gedərək dərhal onun işlətdiyi mebel mağazasına girib orada mebelin üzərində olan qara rəngli əl çantasının içərisindəki kiçik qara rəngli çantanı götürüb əynində olan qara rəngli gödəkcəsinin içərisinə qoyub dərhal mağazanı tərk etmişdir. O, mağazadan çıxdıqda satıcı qadın mağazanın qarşısında mobil telefonla danışmışdır. O, həmin qadına avtomobilini mağazanın qarşısına çəkib mebellərə baxacağını bildirib iti addımlarla gedərək irəlidə taksiyə minərək “Naxçıvan” otelinə getmişdir. Otelə çatdıqda otağında çantanı açıb içərisindəki pul qabına baxdıqda içərisində 620 manat nağd pul, 4 manat qəpik və sənəd olduğunu görmüşdür. Pulları götürüb sənədlə birlikdə pul qabını və çantanı otelin qarşısında olan zibil qabına atmışdır. Əldə etdiyi pulun 200 manatını borcu olduğu Mehdi adlı şəxsə vermiş, yerdə qalan pulu isə gündəlik tələbatına xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 124 ünvanında yerləşən “Şəlalə” adlı mebel dükanını işlədir. 02 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində dükana müştəri qismində bir nəfər şəxs, sonradan tanıdığı Təqsirləndirilən şəxs daxil olmuşdur. Təqsirləndirilən şəxs ondan mebellərin qiymətini soruşaraq mebelləri haradan alması barədə maraqlanmışdır. Daha sonra həmin şəxs öz evinə stol və iki qapılı dolab almaq istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs istədiyi dolabdan olmadığı üçün qonşuluqda yerləşən mağazaya bilikdə getməyi təklif etmişdir. Həmin vaxt ona məxsus əl çantası mebelin üzərində olmuş, çanta açıq vəziyyətdə olduğu üçün qara rəngli pul kisəsi görünmüşdür. Pul kisəsinin içərisində 1500 manat pul və ailə üzvlərinin sənədləri olmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə işlədiyi dükandan çıxıb qonşuluqda yerləşən mebel dükanına getmiş, lakin dükan bağlı olmuşdur. Geri, öz dükanına qayıdan zaman Təqsirləndirilən şəxs ondan bir neçə addım öndə getmişdir. Dükana ilk öncə Təqsirləndirilən şəxs daxil olmuş, daha sonra o da içəri girmişdir. O, mağazaya daxil olduqda Təqsirləndirilən şəxs ona məxsus çantadan nəsə götürüb geri çəkildiyini görmüşdür. Eyni zamanda çantaya baxdıqda pul qabının orada olmadığını görmüşdür. O, Təqsirləndirilən şəxs xəbərdarlıq edib pul qabını qaytarmasını bildirən zaman həmin şəxs dərhal mağazanı tərk edib qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs arxasınca qaça bilmədiyi üçün mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sonradan onu 24-cü polis şöbəsinə dəvət etdikləri vaxt o, Təqsirləndirilən şəxs şöbədə görüb ona qarşı soyğunçuluq edən şəxsin həmin şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs hal-hazıradək ona vurduğu maddi ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 02 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. (i.v. 7-9) - 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən Bakı şəhəri, Q.Qarayev prospekti, 124 ünvanında yerləşən “Bazar Store” marketin müşahidə kameralarından 02 fevral 2022-ci il tarixdə həmin ünvanda yerləşən “Şəlalə mobilya” mebel mağazasında Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etdikdən sonra hadisə yerini tərk etməsi videogörüntülərini əks etdirən CD disk götürülmüşdür. (i.v. 12) - 09 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (i.v. 45-46) - 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş videogörüntülərə baxış zamanı görüntüdə ekranın sol tərəfində birinci mərtəbəsi ticarət obyektləri olan 9 mərtəbəli yaşayış binası görünür. Qeyd olunan binanın qarşısında avtomobil yolunun sol kənarında, yəni binanın qarşısında müxtəlif markalı avtomobillər park edilmişdir. Avtomobil yolunun sağ kənarında, kameranın qarşısında ağ rəngli dövlət nömrə nişanı oxunmayan “Fiat Doblo” markalı avtomobil dayanmışdır. Avtomobilin sol tərəfində piyada səkisi, səki ilə avtomobilin arasında bir ədəd kiçik ölçülü palma ağacı vardır. Videogörüntü hərəkətə gətirildikdə orta boylu, orta bədən quruluşlu, başında qara papaq, əynində kapşonlu, sarı zolaqlı, qara rəngli gödəkçə və qara rəngli şalvar olan kameranın görüntüsü istiqamətində, yəni arxa hissədən görüntülənən bir nəfər şəxsin (kişi) hərəkət edərək uzaqlaşdığı görüntülənir. Digər istiqamətdə quraşdırılmış müşahidə kamerasının görüntüsünə baxdıqda pilləkənlərlə və eyni ərazidə piyadaların hərəkətləri görünür. Həmin vaxt yuxarıda qeyd olunan şəxsin pilləkənlərlə düşərək kamera istiqamətində, yəni ön tərəfdən görüntülənən şəxsin hərəkət etdiyi müəyyən edilmişdir. Baxışda müdafiəçisi ilə iştirak edən Təqsirləndirilən şəxs həqiqətən də həmin videogörüntünün 02 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Şəlalə mobilya” mebel mağazasından etdiyi oğurluqdan sonra oradan uzaqlaşmasını özündə əks etdirən videogörüntü olmasını, videogörüntüdə olan şəxsin özünün olmasını bildirmişdir. (i.v. 76) - 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4 və 326.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə 02 fevral 2022-ci il tarixdə baş vermiş soyğunçuluq hadisəsindən sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşmasını özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs məxsus ələ keçirdiyi çantadan 1500 manat deyil, 620 manat pul və 4 manatlıq qəpik ələ keçirməsi, o, həmin çantanı götürərkən Zərərçəkmiş şəxs maqazindən bayırda telefonla danışdığını və onun əməlini görmədiyini bildirməsi barədə xüsusat özünü müdafiə xarakteri daşıdığından rədd edilmişdir. (i.v. 92-96) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs işlətdiyi mebel mağazasına girib orada mebelin üzərində olan qara rəngli əl çantasının içərisindəki kiçik qara rəngli çantanı götürüb mağazanı tərk etdikdən sonra otel otağında çantanı açıb içərisindəki pul qabına baxdıqda içərisində 620 manat nağd pul, 4 manat qəpik və sənəd olduğunu gördüyü barədə ifadəsinə tənqidi yanaşaraq, qeyd edir ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi soyğunçuluq əməli zamanı o, “Şəlalə mobilya” adlı mebel mağazasında mebelin üzərində olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus içərisində 1500 manat nağd pul, şəxsiyyət vəsiqəsi, məcburi köçkün vəsiqəsi olan 25 manat dəyərində qara rəngli pul kisəsi olan 50 manat dəyərində əl çantasını götürüb ələ keçirməklə açıq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1575 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Ona görə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər əsassız olduğundan nəzərə alınmır. Bununla yanaşı nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin həmin qaydada ifadə verməsi ona qarşı irəli sürülmüş ittihamın, ittihamla müəyyən edilmiş maddi ziyanın məbləğinin dəyişdirilməsi ilə nəticələnmir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 55) - 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 82-85) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Rusiya Federasiyası Voronej şəhəri Lenin Rayon Məhkəməsinin 07 iyul 2000-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161-ci maddəsinin 1-ci hissəsi, 161-ci maddəsinin 2-ci hissəsinin “B”, “D” bəndləri, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib, 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 aprel 2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; 2) Rusiya Federasiyası Voronej şəhəri Kominternov Rayon Məhkəməsinin 10 aprel 2003-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30cu maddəsinin 3-cü hissəsi, 161-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 3) Rusiya Federasiyası Voronej şəhəri Lenin Rayon Məhkəməsinin 20 may 2003-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 3-cü hissəsi, 161-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 69.5-ci maddəsinə əsasən 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 4) Rusiya Federasiyası Voronej şəhəri Sentralnı Rayon Məhkəməsinin 07 may 2008-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 64-cü maddəsinə əsasən 5000 rubl cərimə cəzasına məhkum edilmiş; 5) Rusiya Federasiyası Tambov şəhəri Lenin Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 73-cü maddəsinə əsasən 01 il 06 ay şərti sınaq müddəti təyin edilmiş; 6) Rusiya Federasiyası Voronej şəhəri Levoberejnı Rayon Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161-ci maddəsinin 1-ci hissəsi, 151-ci maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 73-cü maddəsinə əsasən 01 il şərti sınaq müddəti təyin edilmiş, Rusiya Federasiyası Dövlət Dumasının 24 aprel 2015-ci il tarixli Amnistiya Qərarının 9, 12 bəndlərinə əsasən cəzadan azad edilmiş; 7) Rusiya Federasiyası Voronej vilayəti Ostroqojsk Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 2-ci hissəsinin “V” bəndi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 8) Rusiya Federasiyası Voronej şəhəri Sovet Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 88-91) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Məhkəmə istinad edilən qərarla müəyyən edilmiş hüquqi nəticəyə uyğun olaraq, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının müvafiq məhkəmələrinin hökmləri ilə məhkum olunmasını nəzərə almır, hesab edir ki, o, əvvəllər məhkum olunmamış şəxs kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 59 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 59 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 354 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxsə maddi ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar