Məhkəmə qərarları › İş №1(007)-227/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-227/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-227/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri X5 və X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx.xx.2005-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 02 noyabr 2022-ci il tarixdə saat 03 radələrində "xxxx" MMC-yə məxsus «Kontakt Home» mağazalar şəbəkəsinə aid Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən mağazanın yaxınlığına gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi üçün mağazanın qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə yerdən götürdüyü daşla qeyd olunan mağazanın şüşəli giriş qapısını sındıraraq qanunsuz olaraq binaya daxil olub mağazanın vitrinində olan, bir ədəd 3100 manat dəyərində, **********84738 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 14 Plus» markalı, bir ədəd 2800 manat dəyərində, **********37628 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 14» markalı, bir ədəd 2250 manat dəyərində, **********02628 İMEİ kodlu, 128 GB yaddaş tutumlu, «İphone 13» markalı, bir ədəd 2850 manat dəyərində, **********08885 İMEİ kodlu, 128 GB yaddaş tutumlu, «İphone 13 Pro» markalı, bir ədəd 3150 manat dəyərində, **********62900 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 13 Pro» markalı, iki ədəd, hər birinin dəyəri 3150 manat olan, **********04546 və **********14482 İMEİ kodlu, 128 GB yaddaş tutumlu, «İphone 13 Pro Max» markalı olmaqla, ümumilikdə 20450,00 manat dəyərində 07 ədəd mobil telefonları gizli olaraq talayıb həmin telefonları öz aralarında bölməklə zərərçəkmiş "xxxx" MMC-yə 20450 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 11 noyabr 2022-ci il tarixdə saat 05 radələrində "xxxx" MMC-yə məxsus «Kontakt Home» mağazalar şəbəkəsinə aid Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125B ünvanında yerləşən «Xalqlar Dostluğu» mağazasının yaxınlığına gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi üçün mağazanın qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə yerdən götürdüyü daşla qeyd olunan mağazanın şüşəli giriş qapısını sındıraraq qanunsuz olaraq binaya daxil olub mağazanın vitrinində olan, bir ədəd 3150 manat dəyərində, **********32304 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 13 Pro» markalı, bir ədəd 3760 manat dəyərində, 512 GB yaddaş tutumlu, **********79114 İMEİ kodlu, «İphone 13 Pro Max» markalı, bir ədəd 3150 manat dəyərində, **********63779 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 13 Pro» markalı, bir ədəd 1550 manat dəyərində, **********43693 İMEİ kodlu, 128 GB yaddaş tutumlu, «İphone 11» markalı, bir ədəd 2250 manat dəyərində, **********12346 İMEİ kodlu, 128 GB yaddaş tutumlu, «İphone 13» markalı, bir ədəd 2800 manat dəyərində, **********13323 İMEİ kodlu, 128 GB yaddaş tutumlu, «İphone 14 Plus» markalı, bir ədəd 2800 manat dəyərində, **********07716 İMEİ kodlu, 128 GB yaddaş tutumlu, «İphone 14 Plus» markalı, bir ədəd 1940 manat dəyərində, **********35434 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 12 Mini» markalı, bir ədəd 1560 manat dəyərində, **********14286 İMEİ kodlu, 64 GB yaddaş tutumlu, «iphone 12 Mini» markalı, bir ədəd 2800 manat dəyərində, **********83545 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 14» markalı, bir ədəd 2550 manat dəyərində, **********10894 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 13» markalı, bir ədəd 2550 manat dəyərində, **********00799 İMEİ kodlu, 256 GB yaddaş tutumlu, «İphone 13» markalı və bir ədəd 280 manat dəyərində, **********61102 İMEİ kodlu, 3/32 GB yaddaş tutumlu, «Blackview A70» markalı olmaqla, ümumilikdə 31140 manat dəyərində 12 ədəd «iphone» markalı və 1 ədəd «Blackview A70» markalı mobil telefonları gizli olaraq talayıb həmin telefonları öz aralarında bölməklə zərərçəkmiş "xxxx" MMC-yə 31140 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 noyabr 2022-ci il tarixdə, axşam saat 21 radələrində məhəllədəki 525 nömrəli avtobusun sonuncu dayanacağı deyilən yerdə yerləşən kafeyə getmiş, kafedə Təqsirləndirilən şəxs2la rastlaşmış, Fazillə birlikdə 02 noyabr 2022-ci il tarixə keçən gecə saatlarına qədər vaxt keçirdikdən sonra Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş və orada oğurluq etmək qərarına gəlmişlər. Xırdalan şəhərində mərkəzi küçədə yerləşən “Kontakt Home” mağazasının qarşısındakı küçədə bir neçə saat gəzmiş, küçədən adamlar çəkiləndən, yəni gediş-gəliş azalandan sonra mağazadan oğurluq etmişlər. Belə ki, o, küçənin xarab olan yerindən səki daşı götürmüş, 02 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində “Kontakt home” mağazasının qarşısındakı pilləkəni çıxıb mağazanın giriş qapısının qarşısında ətrafı gözdən keçirmiş, küçədən adam keçdiyini görüb qapıdan aralanmış, daha sonra təhlükəsizliyə əmin olduqdan sonra yenidən qapıya yaxınlaşmışlar. Fazil ətrafdan gələn olub-olmamasına nəzarət etmək üçün bayırda qalmış, o isə əlindəki daş ilə giriş qapısının şüşəsini sındırıb, qapının aşağı tərəfindən sınmış yerdən içəri daxil olmuş, lakin mağazanın içərisinə daxil olandan sonra mağazada siqnalizasiya işə düşmüşdür. Buna baxmayaraq bir dəqiqə müddətində giriş qapısının yaxınlığında olan masanın üzərindən mobil telefonları götürüb ciblərinə qoyaraq qapının sındırılmış yerindən çölə çıxmış və Fazil ilə birlikdə qaçaraq oradan uzaqlaşmışlar. Sonra Masazır dairəsi deyilən yerə gedərək mağazadan oğurladığı “İphone” markalı mobil telefonlardan birini, yəni «iphone 13 Pro Max» markalı mobil telefonu Fazilə vermiş, qalan telefonları da satıb pulundan Fazilə verəcəyini bildirmişdir. Sonradan Fazil həmin telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında olan telefon mağazasında lombard kimi fəaliyyət göstərən şəxsə verib 1000 manat pul götürdüyünü bildirmişdir. Yerdə qalan 6 ədəd mobil telefonu isə o, aparıb metronun «28 May» stansiyasının yaxınlığında olan telefon mağazasına tanışı olan Şahid3 şəxsiyyət vəsiqəsini verməklə satmışdır. Belə ki, o, tanışı olan Əsmərlə metronun «28 May» stansiyasının yaxınlığına gedib mağazaya birinci dəfə 2 ədəd mobil telefonu 500 manata satmış, ertəsi gün yenə həmin mağazaya gedib qalan 4 ədəd mobil telefonu 1200 manata satmış, ümumilikdə həmin mağazaya 6 ədəd “İphone 13” markalı mobil telefonları satıb 1700 manat pul almışdır. Bundan sonra Masazır qəsəbəsində olan dairədə Fazillə görüşüb əldə etdiyi puldan Fazilə 450 manat pul vermiş, yerdə qalan pullarla borclarını ödəmiş, qalan pulu isə yeməyə və geyimə xərcləmişdir. Bundan başqa, 10 noyabr 2022-ci il tarixdə, axşam saat 24 radələrində Fazil ona zəng vurub Binəqədi qəsəbəsində “Sentralniy” adlanan yera çağırmış, o, Fazilin yanına getdikdə orada Fazil və onun əmisi oğlu Mehmanla görüşmüş, Mehman taksi çağıraraq birlikdə metronun “Həzi Aslanov" stansiyasının yanına getmiş, orada Mehman ilə sağollamışlar. Mehman onlara yemək və yol pulu etmək üçün 4 manat pul vermiş və evlərinə getmişdir. Onlar Fazil ilə birlikdə kvadratlar deyilən yerə gedərək orada adını bilmədiyi bir kafeyə girib pendir, çörək və hər birinə bir qədəh spirtli içki alıb içmişlər. Kafedə onlardan pul almamışlar. Sonra piyada metronun “Xalqlar Dostluğu” stansiyasının yanına gəlmiş, təxminən 2 saata yaxın orada gəzişmiş və oradakı “Kontakt Home” adlı, elektron malları mağazasına gecə vaxtı daxil olub, oradan telefon oğurlamaq qərarına gəlmişlər. Bu niyyətlə həmin gün təxminən saat 04:50 radələrində hər ikisi üzlərinə qara rəngli tibbi maska taxıb, əllərinə isə ağ rəngli tibbi əlcəklər geyinərək Q.Qarayev prospektində yerləşən “Kontakt Home” adlı mağazaya yaxınlaşmışlar. O, mağazanın yan tərəfində olan köməkçi giriş qapısının yanında yerdə olan iri bir daş parçasını götürüb qapının şüşəsini vurub sındırmış və birlikdə dükanın yan tərəfinə keçib bəlkə polislər gələr deyə 1-2 dəqiqə oturub gözləmiş, ancaq heç kim gəlməmiş, o, tələsik həmin mağazaya girmiş, Fazil isə onu mağazanın çölündə gözləmişdir. O, mağazada vitrinlərin üzərinə düzülmüş telefonlardan əsasən “İphone” markalı olan 13 ədəd telefonu oğurlayıb əynindəki paltarlarının ciblərinə qoymuş və köməkçi giriş qapısına yaxınlaşmışdır. Həmin telefon aparatları ilə birgə şüşənin qırıq olan hissəsindən çıxmaq çətin olduğu üçün həmin telefonları əvvəlcə qapıdan çölə atmış, sonra isə özü qapıdan çıxmışdır. Qapıdan çıxdıqdan sonra Fazil yerdə olan telefon aparatlarından ikisini götürüb öz cibinə qoymuş, o isə, yerdə qalan 11 ədəd mobil telefonu özü ilə götürmüş və tələsik qaçaraq oradan uzaqlaşmışlar. Onun üzərində olan mobil telefonların çox olması onun rahat qaçmağına əngəl olmuş, bu səbəbdən üzərində olan 11 ədəd mobil telefon aparatının ikisini də Fazilə vermiş, beləliklə onda 9 ədəd, Fazildə isə 4 ədəd mobil telefon olmuşdur. Təxminən 10 dəqiqə sonra ətrafda çox sayda polis avtomobillərinin hərəkət etdiyini görüb Nizami rayonu B.Nuriyev küçəsində yerləşən ara məhəllələrə daxil olub yaşayış binalarının arası ilə qaçmağa davam etmiş, bir qədər qaçdıqdan sonra polis əməkdaşları onları görmüş və onları saxlamaq üçün arxalarınca qaçmış. Bu səbəbdən Fazil ilə fərqli istiqamətlə qaçmışlar. Qaçarkən üzərində olan telefonların bir neçəsi yerə düşmüşdür. Bir qədər sonra polis əməkdaşları onu saxlamış, lakin artıq saxlanılan zaman üzərində mağazadan oğurladığı iki ədəd mobil telefon aparatı qalmışdır. Sonra polis əməkdaşları ilə gedib cibindən yerə düşmüş mobil telefonları axtarmış və bəzilərini tapıb gətirmişlər. Bundan sonra polis əməkdaşları onu Nizami RPİ-nin 24-cü PŞ-nə aparıb təhvil vermişlər. Polis şöbəsində olarkən üzərində olan 2 ədəd telefon aparatını təqdim etmişdir. Abşeron rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasından telefon oğurlamaq təklifini əvvəl Fazil vermiş, həmin vaxt o da razılaşmışdır. İkinci dəfə isə Nizami rayonu ərazisində olan zaman oğurluq etmək təklifi hər ikisindən gəlmişdir. Nizami rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasından oğurluq nəticəsində əldə etdikləri 13 ədəd telefondan 9-u onda, 4-ü isə Fazildə olmuş, özündə olan telefonları polis əməkdaşlarına təhvil vermişdir. Fazilin deməsinə görə o, özündə olan 4 ədəd mobil telefonu qaçıb gizlənərkən ağaclığın yaxınlığında yerə atmış, sonradan polis məkdaşlarına həmin yeri göstərmiş, nə qədər oranı axtarsalar da 4 ədəd mobil telefonu tapa bilməmişlər. O, telefonları cinayət yolu ilə əldə etdiyini Əsmərə deməmiş, 6 ədəd «İphone» markalı mobil telefonu xaricdə yaşayan tanışının göndərdiyini, həmin telefonları Qeydiyyata salmaq çətin olduğundan satdığını bildirmişdir. Metronun «28 May» stansiyasının yaxınlığında mobil telefonları satdığı şəxsə də telefonları cinayət yolu ilə əldə etdiyini deməmiş, həmin şəxsə də 6 ədəd «İphone» markalı mobil telefonu xaricdə yaşayan tanışının göndərdiyini, həmin mobil telefonları qeydiyyata salmaq çətin olduğundan satdığını bildirmişdir. Bakı şəhəri Nizami rayon ərazisində olan metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı “Kontakt Home” mağazasından oğurluq cinayətini törədərkən geyindikləri tibbi maska və əlcəyi “Kontakt Home” mağazasından oğurluq etdikdən sonra qaçarkən atmışlar. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 01 noyabr 2022-ci il tarixdə axşam saat 21 radələrində məhəllədəki 525 nömrəli avtobusun sonuncu dayanacağı deyilən yerdə yerləşən kafeyə gəlmiş və kafedə Təqsirləndirilən şəxs1la rastlaşmış, birlikdə vaxt keçirmişlər. Zakir spirtli içki qəbul etmiş və ona oğurluq etməyi təklif etmiş, ona çöldə gözləyəcəyini, ətrafdan gələn olarsa bildirəcəyini, Zakir isə içəri daxil olub oğurluq edəcəyini demiş, o da razılaşmışdır. Zakir haradan, hansı obyektdən oğurluq edəcəyini deməmiş, birlikdə 02 noyabr 2022-ci il tarixədək gecə saatlarına qədər vaxt keçirdikdən sonra Abşeron rayonu, Xırdalan şəhərinə gələrək mərkəzi küçədə yerləşən “Kontakt Home” mağazasının qarşısındakı küçədə bir neçə saat gəzmiş, küçədən adamlar çəkiləndən, yəni gediş-gəliş azalandan sonra mağazadan oğurluq etmişlər. Zakir səkinin xarab olan yerindən səki daşı götürmüş, xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində “Kontakt Home” mağazasının qarşısındakı pilləkəni çıxıb mağazanın giriş qapısının qarşısında ətrafı gözdən keçirmiş, bu zaman küçədən adam keçdiyini görüb qapıdan aralanmış, sonra təhlükəsizliyə əmin olduqdan sonra yenidən qapıya yaxınlaşmışlar. O, ətrafdan gələn olub-olmamasını gözləmiş, Zakir isə əlindəki səki daşı ilə giriş qapısının şüşəsini sındırmış və qapının aşağı tərəfindən sınmış yerdən içəri daxil olmuş, bu zaman mağazada siqnalizasiya işə düşmüş, buna baxmayaraq Zakir bir dəqiqə müddətində giriş qapısının yaxınlığında olan masanın üzərindən mobil telefonları götürüb ciblərinə qoyaraq qapının sındırılmış yerindən çölə çıxmış və qaçaraq oradan uzaqlaşmışlar. Sonra Masazır dairəsi deyilən yerə gedərək Zakir mağazadan oğurladığı “İphone” markalı mobil telefonlardan birini ona vermiş, qalan telefonları isə satıb pulundan ona verəcəyini bildirmişdir. Zakirin ona verdiyi mobil telefon yaşıl rəngli telefon olmuşdur. Zakir ona mağazadan cəmi 5 (beş) ədəd mobil telefon oğurladığını bildirmiş, iki gündən sonra Masazır dairəsində “A+” mağazasının qarşısında Zakirlə görüşmüş, Zakir mobil telefonları cəmi 450 manata satdığını söyləmiş mobil telefonların satışındsan əldə etdiyi puldan ona 150 (yüz əlli) manat pul vermiş, Zakirin ona verdiyi oğurluq yolu ilə əldə olunmuş mobil telefonu isə xx.xx.2022-ci il tarixdə Bakı şəhərində, “20 Yanvar” dairəsinin yanında telefon satılan dükana girov qoyub 1000 manat pul götürmüşdür. Mobil telefonu lombarda Masazır kəndində yaşayan dostu Emilbəyin şəxsiyyət vəsiqəsi ilə vermiş, Emilbəyin yalnız adını bilmiş, mobil telfonunun nömrəsini əzbər bilməmiş, lakin onun mobil tlefonunun yaddaşında vardır. Əldə etdiyi pullardan 100 manat verərək özünə paltar almış, Masazır kəndində “Əyləncə” otelində bir gün qalıb 40 manat vermiş, qalan pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. O, cəmi iki oğurluq cinayəti törətmişdir. Birinci cinayəti xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə qeyd olunan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kontakt Home” mağazasından törətmişdir. İkinci oğurluq cinayətini isə, xx.xx.2022-ci il tarixə keçən gecə Bakı şəhəri, Nizami rayonunun ərazisində “Kontakt Home” mağazasından Təqsirləndirilən şəxs1la birlikdə törədərkən polis tərəfindən yaxalanılmışlar. Belə ki, xx.xx.2022-ci il tarixdə, axşam saat 19:30 radələrində Zakir ona “WhatsApp” mesajlaşma proqramı vasitəsi ilə zəng vurmuş, 1200 (bir min iki yüz) manat pul lazım olduğunu demiş, o da Zakiri görüşmək üçün Binəqədiyə çağırmış, təxminən saat 20 radələrində Zakir Binəqədiyə onun yanına gəlmiş, dostu Mehman da yanında olmuşdur. Görüşüb təxminən saat 22-dək oradakı parkda gəzişmiş, sonra Mehman taksi çağırmış və onlar birlikdə metronun “Həzi Aslanov” stansiyasının yanına getmiş, orada Mehman ilə sağollaşmışl, Mehman onlara yemək və yol pulu üçün 4 manat pul vermiş və evlərinə getmişdir. Onlar Zakir ilə birlikdə “kvadratlar” deyilən yerə getmiş, orada adını bilmədikləri bir kafeyə girib oradan pendir, çörək və Zakir ilə hər birinə bir qədəh, yəni 100 qram spirtli içki alıb içmişlər. Kafedə onlardan pul almamışlar. Sonra piyada gəzərək metronun “Xalqlar Dostluğu” stansiyasına tərəf gəlmiş, həmin metrostansiyanın yaxınlığında olan “Kontakt Home” dükanının ətrafına baxmış və həmin dükana girib telefon oğurlamaq qərarına gəlmişlər. Orada da bir xeyli gəzişdikdən sonra ətrafda heç kim olmadığına görə ikisi də üzlərinə qara rəngli tibbi maskalar, əllərinə də ağ rəngli tibbi əlcəklər taxıb həmin dükana yaxınlaşmış, Zakir bir daş parçası götürüb dükanın köməkçi giriş qapısının şüşəsini vurub sındırmış və içəri daxil olmuşdur. O isə, çöldə Zakiri gözləmiş, Zakir bir xeyli mobil telefonlar götürüb geri çıxmaq istəyəndə, telefonları çölə atmış, sonra da özü çıxmışdır. O, iki ədəd telefon götürmüş, qalan telefonları Zakir ciblərinə yığmışvə qaçaraq oradan uzaqlaşanda Zakirdən onda neçə telefon olduğunu soruşmuşdur. Zakir onda çox telefon olduğunu və qaçanda iki ədəd telefonun cibindən yerə düşdüyünü demiş, iki telefon ona vermiş və onda 4 ədəd telefon olmuşdur. Təxminən 10 dəqiqə sonra ətrafda çoxlu sayda polis avtomobillərinin olduğunu görüb, ara məhəllələrə daxil olmuşlar, həmin vaxt arxalarınca polis işçiləri qaçmış, o, üstündəki 4 telefonla bağa tərəf qaçıb orada gizlənmiş, qaçarkən telefonlar cibindən düşmüşdür, ancaq o, telefonları götürməmiş, Zakir də telefonlarla başqa tərəfə qaçmışdır. Abşeron rayonu ərazisində “Kontakt Home” mağazasından telefon oğurlamaq təklifini ilk əvvəl o vermiş, Zakir onunla razılaşmışdır. İkinci dəfə isə təklif hər ikisindən gəlmişdir. Metronun «20 Yanvar» stansiyasının yaxınlığında olan mağazaya telefonu lombarda qoyub pul götürən zaman şəxsiyyət vəsiqəsini istəmişlər. Lakin üstündə şəxsiyyət vəsiqəsi olmadığı üçün yanında olan Emilbəy adlı tanışının şəxsiyyət vəsiqəsini mağazaya təqdim edib girov qoyub pul götürmüşd, telefonun özünə məxsus olduğunu bildirmişdir. Emilbəy də onunla razılaşıb şəxsiyyət vəsiqəsini ona vermiş və özü bayırda gözzləmiş, telefonu girov qoyub pul götürdükdən sonra Emilbəyin şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Həmin vaxtdan sonra Emilbəyi görməmiş, onunla əlaqəsi tamamilə kəsilmişdir. Oğurluğa girərkən geyindikləri tibbi maska və əlcəyi “Kontakt Home” dükanından oğurluq edib çıxandan sonra qaçarkən atmışlar. Onların oğurluq cinayəti törətdiklərindən Mehmanın xəbəri olmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi dindirilmiş Zərərçəkmiş şəxs Əflaun oğlu ifadəsində bildirmişdir ki, 11 may 2022-ci il tarixdən "xxxx" MMC-nin korparativ hüquqşünası vəzifəsində işləyir. 02 noyabr 2022-ci il tarixdə axşam saat 03:53 radələrində naməlum şəxslər "xxxx" MMC- yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən «Kontakt Home» mağazasının şüşədən olan giriş qapısını sındırmaqla mağazaya daxil olub oradan 07 (yeddi) ədəd «Apple» markalı mobil telefon oğurlamış, hadisə nəticəsində "xxxx" MMCyə 20759,93 manat maddi ziyan dəymişdir. Qeyd olunan mağazada nəzarətmüşahidəkameraları quraşdırılmış, oğurluq hadisəsi baş verən zaman nəzarət-müşahidə kameraları işlək vəziyyətdə olmuş və həmin kameralar vasitəsilə aparılmış çəkilişin görüntüləri disk şəklində istintaqa təqdim olunmuşdur. Bundan başqa, «Kontakt Home» mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanında yerləşən «Xalqlar Dostluğu» mağazasının yaxınlığında yaşayan, şəxsiyyəti ona məlum olmayan bir şəxs DİN-in «102» mərkəzi zəng xidmətinə zəng vuraraq naməlum şəxslərin 11 noyabr 2022-ci il tarixdə saat 05 radələrində qeyd olunan mağazanın şüşəli giriş qapısını sındıraraq mağazaya qanunsuz daxil olduqları barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan mağazadan İPHONE 13 PRO 256 GB - SİERRA BLUE modelli, **********32304 imei kodlu, İPHONE 13 PRO M AX 512GB - GOLD modelli, **********79114 imei kodlu, İPHONE 13 PRO 256 GB - GOLD modelli, **********63779 imei kodlu, İPHONE 11 128 GB - WHİTE modelli, **********43693 imei kodlu, İPHONE 13 128 GB - BLUE modelli, **********12346 imei kodlu, İPHONE 14 PLUS 128 GB - MİDNİGHT modelli, **********13323 imei kodlu, İPHONE 14 PLUS 128 GB - (PRODUCT) RED modelli **********07716 imei kodlu, İPHONE 12 MİNİ 256GB - RED modelli, **********35434 imei kodlu, İPHONE 12 MİNİ 64 GB - RED modelli, **********14286 imei kodlu, İPHONE 14 256 GB - BLUE modelli, **********83545 imei kodlu, İPHONE 13 256 GB - (PRODUCT) RED modelli, **********10894 imei kodlu, İPHONE 13 256GB - PİNK modelli, **********00799 imei kodlu, BLACKVİEW A70 3/32GB DUAL SİM TWİLİGHT BLUE modelli, **********61102 imei kodlu olmaqla ümumilikdə 31179,89 manat dəyərində 12 ədəd «İphone» markalı və 1 ədəd «Blackview A70» markalı mobil telefon gizli olaraq talanmış, mağazadan oğurlanmış mobil telefonların modeli, hər birinin ayrı-ayrılıqda dəyəri və İMEİ kodlarının siyahısını istintaqa təqdim etmişdir. Baş vermiş oğurluq hadisələri nəticəsində şirkətə ümumilikdə 51669,78 manat maddi ziyan dəymişdir. Hazırda dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı iddia, şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayından "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında, hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən «Kontakt Home» mağazasının müdiri vəzifəsində işləyir. Mağazada elektronika əşyaları satılır. Mağazanın qarşı tərəfi əsasən şüşə materiallardan inşa edilmiş, giriş qapısı da qalın şüşə materialdandır. Mağaza uzun müddətdir ki, polisin siqnalizasiya mühafizəsinə qoşulmuş, polis tərəfindən mühafizə olunur və onun mağaza müdiri kimi ***-***-**-** mobil nömrəsi polisin mühafizə xidmətində qeyd olunmuş, mağazaya müdaxilə olunuqda polis əməkdaşları ona zəng edib məlumat vermişlər. Mağazada işlədiyi müddətdə əvvəllər heç bir oğurluq cinayəti baş verməmiş, küləklə bağlı əvvəllər bir neçə dəfə siqnalizasiya işə düşmüş və onu çağırmışlar. Mağaza gündəlik olaraq saat 10:00-dan 21:00-dək işləyir. 02 noyabr 2022-ci il larixdə saat 04 radələrində onun mobil nömrəsinə zəng olunmuş, zəng edən polis əməkdaşı olduğunu və mağazadan oğurluq edildiyini bildirmiş, o, dərhal mağazaya gəlmiş və işçilərdən bir neçəsini mağazaya çağırmışdır. Mağazaya gəldikdə polis əməkdaşları orada olmuş, o, mağazanın şüşə materialdan olan giriş qapısının səki daşı ilə sındırıldığını, şüşələrin pilləkən və mağazanın girişində yerə töküldüyünü görmüş, dərhal mağazanın içərisinə baxdıqda giriş qapısının sol tərəfində, birinci sırada olan masanın üzərində qoyulmuş mobil telefonların olmadığını, yəni oğurlandığını müşahidə etmişdir. Masaya və mağazaya ətraflı olaraq baxdıqdan sonra mağazadan ümumilikdə 07 ədəd mobil telefonun oğurlandığını müəyyən etmiş və bu barədə rəhbərliyə məlumat vermişdir. Həmçinin polis idarəsinə ərizə yazmış və DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Mağazanın müşahidə kameralarına baxdıqda cinayətin törədilməsi anlarının müşahidə kamerasında qeydə alındığı məlum olmuş və sonra cinayətin iki nəfər şəxs tərəfindən törədildiyi aşkar olunmuşdur. Onlardan biri çöldə gözləmiş, digəri isə daşla qapı şüşəsini sındıraraq içəri daxil olub mobil telefonları götürdükdən sonra qaçıb getmişlər. Cinayət qısa müddətdə baş vermiş, mühafizə siqnalizasiyası şüşəyə qoşulmadığından oğurluq edən şəxs şüşəni sındırarkən siqnal çalmamış, yalnız içəri daxil olduqdan sonra siqnalizasiya işə düşmüş, qısa müddətdə polis əməkdaşları hadisə yerinə gəlsələr də, həmin vaxta qədər cinayət törətmiş şəxslər qaçıb getmişlər. Mmağazadan yalnız 07 ədəd mobil telefon - 3099,99 manat dəyərində bir ədəd «İPHONE 14 Plus» markalı, qırmızı rəngli, 256 GB yaddaş tutumlu, **********84738 İMEİ kodlu mobil telefon, 2799,99 manat dəyərində bir ədəd «İPHONE 14» markalı, boz rəngli, 256 GB yaddaş tutumlu **********37628 İMEİ kodlu mobil telefon, 2259,99 manat dəyərində bir ədəd «İPHONE 13» markalı, boz rəngli, 128 GB yaddaş tutumlu **********02628 İMEİ kodlu mobil telefon, 2849,99 manat dəyərində bir ədəd «İPHONE 13 Pro» markalı markalı, gümüşü rəngli, 128 GB yaddaş tutumlu **********08885 İMEİ kodlu mobil telefon, 3149,99 manat dəyərində bir ədəd «İPHONE 13 Pro» markalı, tünd yaşıl rəngli, 256 GB yaddaş tutumlu **********62900 İMEİ kodlu mobil telefon, 3149,99 manat dəyərində bir ədəd «İPHONE 13 Pro Max» markalı, qızılı rəngli, 128 GB yaddaş tutumlu **********04546 İMEİ kodlu mobil telefon, 3149,99 manat dəyərində bir ədəd «İPHONE 13 Pro Max» markalı, tünd yaşıl rəngli, 128 GB yaddaş tutumlu **********14482 İMEİ kodlu mobil telefon oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ildən ortaq tanışları vasitəsilə tanımışdır. Aralarında sevgi münasibətləri yaranmış, onunla mütəmadi olaraq görüşüb söhbət etmişlər. 02 noyabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində Zakir onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq görüşmək istədiyini bildirmiş, o, etiraz etməmişdir. Zakir ilə metronun «Əhmədli» stansiyasının yaxınlığında görüşmüş, Zakir özündə olan iki ədəd «İphone» markalı mobil telefonu ona göstərib həmin telefonların xaricdə yaşayan tanışı tərəfindən göndərildiyini, həmin telefonların qeydiyyata düşməsi çətin olduğundan istifadə edə bilmədiyini, telefonları satmaq istədiyini bildirmiş, o etiraz etməmiş və Zakir ilə birlikdə metronun «28 May» stansiyasının yaxınlığında yerləşən telefon alqı-satqısı ilə məşğul olan mağazaya gəlmişlər. Mağazada olarkən o, bir qədər kənarda dayanmış, Zakir satıcıya iki ədəd «İphone» markalı mobil telefonu göstərmiş, satıcı «İphone» markalı mobil telefonlara baxış keçirmiş və telefonları almağa razılaşmışdır. O, bir qədər kənarda olduğundan satıcının həmin telefonları hansı qiymətə almağa razılaşdığını bilməmiş, Zakir ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini istəmiş, o, nəyə görə vəsiqəsini verməli olduğunu soruşduqda Zakir şəxsiyyət vəsiqəsinin özündə olmadığını bildirmişdir. Zakir həmin 2 ədəd telefonu mağazaya satdıqdan sonra onlar birlikdə bir qədər şəhərdə gəzmiş və kafelərdən birində kofe içmişlər. Sonra o, Zakirdən ayrılıb yaşadığı evə yollanmış, ertəsi gün günorta saatlarında Zakir ilə yenidən metronun «Əhmədli» stansiyasının yaxınlığında görüşmüş, Zakir bu dəfə özündə olan daha dörd ədəd «İphone» markalı mobil telefonu ona göstərib həmin telefonların da xaricdə yaşayan tanışı tərəfindən göndərildiyini, həmin telefonları da satmaq istədiyini bildirmişdir. O etiraz etməmiş və Zakir ilə birlikdə metronun «28 May» stansiyasının yaxınlığında yerləşən telefon alqı-satqısı ilə məşğul olan eyni mağazaya gəlmiş, mağazada olarkən o yenə də bir qədər kənarda dayanmış, Zakir satıcıya dörd ədəd «İphone» markalı mobil telefonu satdığını bildirmiş, satıcı oğlan telefonlara baxış keçirmiş və almağa razılaşmışdır. Zakir bu dəfə də onun şəxsiyyət vəsiqəsini istəmiş, o, şəxsiyyət vəsiqəsini Zakirə vermiş, Zakir həmin 4 ədəd telefonu onun şəxsiyyət vəsiqəsini təqdim edərək mağazaya satdıqdan sonra onlar birlikdə bir qədər şəhərdə olan mağazaları gəzmiş, lakin Zakir nə özünə, nə də ona heç bir əşya almamışdır. Sonra o, Zakirdən ayrılıb yaşadığı evə yollanmış, təxminən 10 gündən sonra Zakirin oğurluq cinayəti törətdiyinə görə tutulduğunu eşitmişdir. Təqsirləndirilən şəxs1 həmin 6 ədəd «iphone» markalı mobil telefonu xaricdə yaşayan tanışının göndərdiyini, həmin telefonları qeydiyyata salmaq çətin olduğundan satdığını bildirmişdir. Zakiri bir il ərzində tanıdığından, biri-birini sevdiklərini düşündüyündən, onu atası və anası ilə tanış etdiyindən Zakirin onun şəxsiyyət vəsiqəsini təqdim edərək cinayət yolu ilə əldə etdiyi həmin 6 ədəd «İphone» markalı mobil telefonu satacağını düşünməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2011-ci ildən "xxxx" MMC şirkətində çalışır, 2022-ci ilin iyul ayından "xxxx" MMC-nin «Kontakt Home» mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125 ünvanında yerləşən «Xalqlar Dostluğu» mağazasının müdiri vəzifəsində işləyir. 11 noyabr 2022-ci il tarixdə saat 05 radələrində mühafizə polisinin əməkdaşları onun istifadəsində olan mobil telefona zəng vuraraq müdiri olduğu mağazanın şüşəli giriş qapısının naməlum şəxslər tərəfindən sındırıldığını və mağazaya qanunsuz daxil olaraq mağazadan müxtəlif telefonların oğurlandığı barədə məlumat vermiş, o, dərhal mağazaya gəlmişdir. Mağazaya gəldikdə şüşədən olan giriş qapısının sındırıldığını və mağazanın vitrinində olan mobil telefonların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mağazada aparılan araşdırma zamanı, qeyd olunan mağazadan 3149.99 manat dəyərində İPHONE 13 PRO 256GB - SİERRA BLUE modelli, **********32304 imei kodlu, 3759.99 manat dəyərində, İPHONE 13 PRO MAX 512GB - GOLD modelli, **********79114 imei kodlu, 3149.99 manat dəyərində, İPHONE 13 PRO 256GB - GOLD modelli, **********63779 imei kodlu, 1559.99 manat dəyərində, İPHONE 11 128GB - WHİTE modelli, **********43693 imei kodlu, 2259.99 manat dəyərində, İPHONE 13 128GB - BLUE modelli, **********12346 imei kodlu, 2799.99 manat dəyərində, İPHONE 14 PLUS 128GB - MİDNİGHT modelli, **********13323 imei kodlu, 2799.99 manat dəyərində, İPHONE 14 PLUS 128GB - (PRODUCT) RED modelli **********07716 imei kodlu, 1939.99 manat dəyərində, İPHONE 12 MİNİ 256GB - RED modelli, **********35434 imei kodlu, 1559.99 manat dəyərində, İPHONE 12 MİNİ 64GB - RED modelli, **********14286 imei kodlu, 2799.99 manat dəyərində, İPHONE 14 256GB - BLUE modelli, **********83545 imei kodlu, 2559.99 manat dəyərində, İPHONE 13 256GB - (PRODUCT)RED modelli, **********10894 imei kodlu, 2559.99 manat dəyərində, İPHONE 13 256GB - PİNK modelli, **********00799 imei kodlu, 279.99 manat dəyərində, BLACKVİEW A70 3/32GB DUAL SİM TWİLİGHT BLUE modelli, **********61102 imei kodlu, ümumilikdə 31179.89 manat dəyərində 12 ədəd «İphone» markalı və 1 ədəd «Blackview A70» markalı mobil telefon oğurlandığını müəyyən etmişlər. Baş vermiş oğlurluq hadisəsi nəticəsində şirkətə 31179,89 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 3 ildir tanıyır. Fazil ilə bir ərazidə yaşamışlar. O, qapı-pəncərə təmiri ilə məşğul olur. 10 noyabr 2022-ci il tarixdə Fazilin vasitəsilə Təqsirləndirilən şəxs1 tanımışdır. Həmin gün axşam saatlarında Binəqədi rayonu ərazisində yerləşən metronun “Azadlıq” stansiyasının yaxınlığında Fazil ilə görüşüb gəzmiş, Fazil tanışı Zakir adlı şəxsə zəng etmiş və Binəqədi qəsəbəsinə “Sentralnıy” adlanan yerə çağırmışdır. Zakir təxminən 1 saat sonra onların yanına gəlmiş, bir az söhbət etdikdən sonra o, evə getmək istədiyini bildirmiş, həmin vaxt Fazil onların da metronun “Həzi Aslanov” stansiyasına getdiklərini demiş, onlar birlikdə metronun “Həzi Aslanov” stansiyasına gəlmişlər. O, acdığını, ona soyuq olduğunu və evə getmək istədiyini bildirdikdə Fazil varıdırsa, onlara yemək üçün pul verməsini demiş, o da cibindən 4 manat çıxarıb yemək yemələri üçün onlara vermiş və evə getmişdir. Sonra o, Zakirin telefonuna zəng etmiş, telefona Fazil cavab vermiş, o, isinməyə yer tapıb-tapmadıqlarını soruşmuş, Fazil isinməyə yer tapmadıqlarını bildirmiş və ondan papaq istəmişdir. O, Fazilə onlara verəsi papağı olmadığını bildirmiş və yatmışdır. 11 noyabr 2022-ci il tarixdə, səhər saat 09 radələrində aşağı düşəndə Fazili yolda görmüş, Fazil gecəni çöldə qaldığını demiş, ona yemək almasını xahiş etmiş, o da Fazilə bir ədəd çöplü sok və bir ədəd qoğal almışdır. Fazil qoğalı yeyib, soku içmiş, o, Fazilə metronun “Əhmədli” stansiyası tərəfdə olan iş yerinə getdiyini bildirmiş, Fazilə onunla birlikdə gedib ona kömək etməsini, əvəzində ona pul verəcəyini, bundan sonra yemək yeyib evlərinə gedəcəyini demişdir. Onlar gedib onun iş yerində işləmiş, təxminən 12 radələrində işi qurtarmışlar. Oradan o, taksi sifariş verib görüləcək işləri olduğu üçün Babək prospektində yerləşən “Babək plaza”ya getmişdir. O, işləyən zaman telefonunu kənara qoymuş, bu zaman Fazil onun telefonunu götürüb Zakirə zəng etmiş, onun telefonu ilə taksi sifariş etmiş, Zakiri onların olduğu yerə çağırmışdır. Onun bundan xəbəri olmamışdır. O, Zakir gələndən sonra bunu bilmişdir. Zakir gələndə o, Fazil ilə işi qurtarıb aşağıda Zakiri gözləmişlər. Zakir gələndə Fazil ondan Zakirin gəldiyi taksinin pulunu vermək üçün 10 manat pul istəmiş, o, taksiyə yaxınlaşıb pulu vermək istədikdə polislər onu və Fazili tutmuşlar. Sonra onları Bakı şəhəri Nizami rayonu 24-cü PŞ-nə aparmışlar. Fazil və Zakirin 11 noyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125 ünüvanında yerləşən “Kontakt Home” mağazasından telefon oğurladıqları və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kontakt Home” mağazasından telefon oğurladıqları barədə o, 11 noyabr 2022-ci il tarixdə Nizami rayonu 24-cü PŞ-də xəbər tutmuşdur. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir, özü könüllü olaraq polislərin dəvəti ilə PŞ-nə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən telefon alqı-satqısı mağazasını icarə əsasında işlədir. Həmin vaxtdan da yeni və istifadədə olmuş mobil telefonların alqı-satqısını və girov qoyulmasını həyata keçirir. Hazırda da həmin mağazada fəaliyyət göstərir. 02 noyabr 2022-ci il tarixdə axşam saat 23 radələrində işlətdiyi mağazada olarkən əvvəllər tanımadığı bir oğlan, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs2 mağazaya yaxınlaşmış və bir ədəd «İphone 13 Pro Max» markalı mobil telefonu girov qoymaq istədiyini bildirmiş, o, ilkin olaraq Fazilin girov qoymaq istədiyi «İphone 13 Pro Max» markalı mobil telefona baxış keçirmi, telefonun yaxşı vəziyyətdə olduğunu görüb onu 1000 manata girov qəbul etməyə razılaşmışdır. Fazil onunla razılaşmış və yanında olan xx.xx.2000-ci il təvəllüdlü X1 şəxsiyyət vəsiqəsini təqdim etmiş, o, Eymirbəyin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb mağazada olan qeydiyyat kitabında həmin 1 ədəd telefonu girov qəbul etdiyi barədə qeydiyyat apardıqdan sonra Fazilə 1000 manat pul verib telefonu almışdır. Fazil 15 gün müddətində 1200 manat pul gətirib girov qoyduğu mobil telefonu götürməli imiş, təxminən bir həftə sonra Fazil mağazaya gəlib telefonu satmaq istədiyini deyərək əlavə 450 manat pul istəmiş, o, telefona görə əlavə 400 manat da pul verə biləcəyini bildirmiş, Fazil onunla razılaşmışdır. O, Fazilə əlavə 400 manat da pul vermişdir. Telefon ona 1600 manata gəlib çıxmışdır. Təxminən bir neçə gün keçmiş, 2023-ci ilin yanvar ayının əvvəllərində həmin «İphone 13 Pro Max» markalı mobil telefonu hazırda adını bilmədiyi müştəriyə 1680 manata satmışdır. Həmin «İphone 13 Pro Max» markalı mobil telefonu Təqsirləndirilən şəxs2 alan zaman X1 şəxsiyyət vəsiqəsini təqdim etdiyindən həmin telefonun cinayət yolu ilə ələ keçirildiyindən şübhələnməmiş və oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ilin may ayından metronun «28 May» stansiyasının yaxınlığında yerləşən telefon alqı-satqısı mağazasını icarə isasında işlədir. Həmin vaxtdan da yeni və istifadədə olmuş mobil telefonların alqı-satqışını həyata keçirir. Hazırda ünvan 7 ünvanında yerləşən «Mi Telekom» mağazasında fəaliyyət göstərir. Mahiyyəti üzrə bildirmişdir ki, 02 noyabr 2022-ci il tarixdə nahardan sonra saat təxminən 15-16 radələrində işlətdiyim mağazada olarkən əvvəllər tanımadığı bir oğlan və bir qız mağazaya yaxınlaşmışdır. Oğlan ona xaricdə yaşayan qohumunun ona iki ədəd «iphone» markalı mobil telefonlar göndərdiyini, həmin telefonlar koda düşdüyündən ucuz qiymətə satdığını bildirmişdir. O, ilkin olaraq oğlanın satmaq istədiyi «İphone» markalı mobil telefonlara baxış keçirtmişdir. Telefonların yaxşı vəziyyətdə olduğunu görüb onların hər birini 275 manat olmaqla, ümumilikdə 550 manata almağa razılaşmışdır. Həmin telefonların yalnız ehtiyat hissələrinə istifadə oluna biləcəyini demişdir. Oğlan onunla razılaşmış və yanında olan qızın şəxsiyyət vəsiqəsini ona vermişdir. Bu zaman o, həmin qızın Şahid3 olduğunu öyrənmişdir. Əsmərin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb mağazada olan qeydiyyat kitabında həmin 2 ədəd telefonu aldığı barədə qeydiyyat apardıqdan sonra oğlana 550 manat pul verib telefonları atmışdır. Ertəsi gün Əsmərlə həmin oğlan yenidən mağazaya gəlib bu dəfə 4 ədəd «iphone» markalı mobil telefonları satmaq istədiklərini bildirmişlər. Oğlan həmin telefonları da xaricdə yaşayan qohumunun ona göndərdiyini, həmin telefonlar da koda düşdüyündən ucuz qiymətə satdığını bildirmişdir. O, ilkin olaraq yenə də oğlanın satmaq istədiyi «İphone» markalı mobil telefonlara baxış keçirtmiş, telefonların yaxşı vəziyyətdə olduğunu görüb onların hər birini 300 manat olmaqla, ümumilikdə 1200 manata almağa razılaşmışdır. Həmin telefonların yalnız ehtiyat hissələrinə istifadə oluna biləcəyini demişdir. Oğlan onunla razılaşmış və yenə də Əsmərin şəxsiyyət vəsiqəsini ona vermişdir. Əsmərin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb mağazada olan qeydiyyat kitabında həmin 4 ədəd mobil telefonları aldığı barədə qeydiyyat apardıqdan sonra oğlana ilkin olaraq 1100 manat pul verib telefonları almışdır. Aralarında olan razılaşmaya əsasən ertəsi gün axşam saatlarında ödəniş terminalı vasitəsilə oğlanın nömrəsini ona bildirdiyi, hazırda nömrəsini unutduğu bank kartının hesabına 100 manat pul köçürmüşdür. Təxminən 20 gün sonra polis əməkdaşları işlədiyi mağazaya gələrək yuxarıda qeyd etdiyi 6 ədəd «İphone» markalı mobil telefonların cinayət yolu ilə əldə edildiyini bildirmişlər. O, həmin 6 ədəd telefona görə 1750 manat pul verdiyini bildirdikdən sonra həmin 1750 manat pul, cinayəti törətmiş, sonradan adını öyrəndiyi Zakir adlı şəxsin valideynləri tərəfindən ona geri qaytarılmış və o da, öz növbəsində Təqsirləndirilən şəxs1 və Şahid3 aldığı 6 ədəd «İphone» markalı mobil telefonları polis əməkdaşlarına təhvil vermişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 həmin 6 ədəd «İphone» markalı mobil telefonları xaricdə yaşayan qohumunun ona göndərdiyini, həmin telefonlar koda düşdüyündən ucuz qiymətə satdığını bildirmişdir. Zakirin şəxsiyyət vəsiqəsi üzərində olmadığından yanında olan Şahid3 şəxsiyyət vəsiqəsini təqdim etdiyindən o, həmin mobil telefonların cinayət yolu ilə ələ keçirildiyindən şübhələnməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində qeydiyyatda olsa da ailəsi ilə birlikdə İsveç Krallığı, Stokholm şəhərində yaşyır və işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına, yəni Bakı şəhərinə gəlmişdir. 11 noyabr 2022-ci il tarixdə saat 05 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 26, mənzil 99-a gələn zaman, evlərinin yaxınlığındakı «Kontakt Home» mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanında yerləşən «Xalqlar Dostluğu» mağazasının qarşısından piyada keçərkən mağazanın qapısının şüşəsinin aşağı hissəsinin qırıldığını və həmin yerdə iki nəfər cavan oğlan uşaqlarının aşağı oturduqlarını görmüşdür. O, həmin oğlanların narkoman olduqlarını düşünmüş, sonra mağazanın qarşısına çatanda həmin uşaqlardan birinin mağazanın içərisində qaçdığını görmüş və mağazadan oğurluq etdiklərini başa düşmüşdür. Ona görə də həmin vaxt DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermiş və bir az qabağa gedib, yenə geri qayıdanda polis əməkdaşlarının əraziyə gəldiyini görmüş və sonra yaşadığı evə getmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslərin üzlərində tibbi maska olmuşdur. Həmin oğlanlar ondan aralı olmuşlar. Odur ki, həmin şəxsləri gördükdə tanıya bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il trixli 9/264 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş (mobil telefonlar və qutular) və təqdim edilməyən 01 ədəd mobil telefonların təzə vəziyyətdə 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən: 1) Nizami rayon ərazisində yerləşən “Kontakt Home” mağazasından oğurlanmış mobil telefonlar – 31140,00 manat; 2) Abşeron rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasından oğurlanmış mobil telefonlar - 20450,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə tərəfindən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə CM-nin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. CM-nin 85.4-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər üçün azadlığın məhdudlaşdırılması növündə cəzanın həddi 2 aydan 2 ilədək müəyyən edilmişdir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxslərə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. CM-nin 86.2 maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli arayışlarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi əməldən səmimi peşman olmalarını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, həmçinin təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətmələrini, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 51950 manat məbləğində pulun və 245 manat 85 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MMC-yə dəymiş ziyan tam şəkildə ödənilmiş, bununla bağlı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı heç bir iddia tələblərinin olmadığını bildirmişlər. Belə ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddia üzrə çıxarılan qərarlardan biri də iddianın baxılmamış saxlanması barədədir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 12 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)- 601/2022 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli isə xx.xx.2022-ci il tarixdən, yəni Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmışdır. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 12 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən «Kontakt Home» mağazasında quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə 02 noyabr 2022-ci il tarixdə aparılmış video çəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanında yerləşən «Kontakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialında quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə 11 noyabr 2022-ci il tarixdə aparılmış video çəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 02 noyabr 2022-ci il tarixdə Abşeron rayonu ərazisində olan «Kontakt Home» mağazasından oğurlanmış 6 ədəd «İphone» markalı və 11 noyabr 2022-ci il tarixdə Nizami rayonu ərazisində olan «Kontakt Home» mağazasından oğurlanmış 8 ədəd «İphone» və 1 ədəd «Blakview» markalı olmaqla, ümumilikdə 15 ədəd mobil telefonun "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 06 ay 26 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 10 ay 08 gün (bir il on ay səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirini dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən «Kontakt Home» mağazasında quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə 02 noyabr 2022-ci il tarixdə aparılmış video çəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanında yerləşən «Kontakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialında quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə 11 noyabr 2022-ci il tarixdə aparılmış video çəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 noyabr 2022-ci il tarixdə Abşeron rayonu ərazisində olan «Kontakt Home» mağazasından oğurlanmış 6 ədəd «İphone» markalı və 11 noyabr 2022-ci il tarixdə Nizami rayonu ərazisində olan «Kontakt Home» mağazasından oğurlanmış 8 ədəd «İphone» və 1 ədəd «Blakview» markalı olmaqla, ümumilikdə 15 ədəd mobil telefonun "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaları baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 ödənilmək üçün 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 ödənilmək üçün 396 (üç yüz doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar