Məhkəmə qərarları › İş №1(007)-228/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-228/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-228/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 2003-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Marxiyevka küçəsi, ev 28də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 15, mənzil 15-də yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022ci il tarixli 1(007)-75/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)- 284/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı yeni hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-284/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 06 ay 23 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 03 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən çəkilən həmin cəza qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 il 02 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırkı iş üzrə 08 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 4(007)-64/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 fevral 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 1 ünvanında yerləşən 251 saylı tam orta məktəbinin hasarının üzərindən aşmaqla həyətə daxil olub, məktəb binasının arxa tərəfində birinci mərtəbədə yerləşən 7 saylı sinif otağının plastik pəncərəsini əli ilə mexaniki təsir göstərib açaraq qanunsuz olaraq sinif otağına daxil olub oradan otağın tavanına quraşdırılmış 1156 manat dəyərində bir ədəd “Epson” markalı “H839B” modelli proyektoru və lövhənin qarşısında olan stolun üzərindəki 1204 manat dəyərində bir ədəd “Lenovo” markalı noutbuku gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinə 2360 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, 05 fevral 2022-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 251 nömrəli tam orta məktəbin inzibati binasından ümumilikdə 2360 manat dəyərində aşağıdakı mal-materialların oğurlanması hadisəsi baş vermişdir: 1 ədəd “Epson” markalı “H839B” modelli proyektor (1156 manat dəyərində); 1 ədəd “Lenovo” markalı noutbuk (1204 manat dəyərində). Baş vermiş oğurluq hadisəsi ilə bağlı məktəb tərəfindən hüquq mühafizə orqanlarına müvafiq qaydada məlumat verilmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Nizami rayon polis idarəsində ********* nömrəli cinayət işi açılmış və yekunda baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq dövründə məktəbdəki oğurluq əməlinin Nizami rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən olunmuş və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Həmin cinayət işi üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. Göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ümumilikdə 2360 manat dəyərində dövlət əmlakını talamışdır. Odur ki, həmin məbləğdə maddi zərər cavabdeh Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilməlidir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin mülki iddiaçı qismində tanınması, 2360 manat məbləğində vurulmuş maddi ziyanın mülki qaydada Təqsirləndirilən şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin xeyrinə tutulması xahiş edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, mülki iddianı isə qismən qəbul edərək ifadəsində göstərmişdir ki, əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmişdir, hazırda cəza çəkir. 05 fevral 2022-ci il tarixdə saat 16 radələrində dostları ilə birlikdə “Neftçilər” metrosunun yaxınlığında 61 nömrəli məktəbin həyətində idman etmiş, idman saat 18:30 radələrinədək davam etmişdir. Sonra o, dostlarından aralaşıb yaşadığı mənzilə getməyə qərar vermişdir. Saat təxminən 19 radələrində Nizami rayonu, B.Nuriyev küçəsində nömrəsini sonradan bildiyi 251 nömrəli məktəbin yanından keçmişdir. Tanışı Hüseynə 300 manat borcu olduğu üçün məktəbdən oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə məktəbin həyətinə baxıb kimsə olmadığını yoxladıqdan sonra məktəbin daş hasarından tullanıb həyətə daxil olmuşdur. Sonra məktəbin arxa tərəfində birinci mərtəbədə olan sinif otaqlarının pəncərəsinə yaxınlaşıb içəriyə baxmağa başlamışdır. Sinif otaqları qaranlıq olsa da içəridə nəsə olduğu gözünə sataşmışdır. Bu zaman fikrindən daşınmaq istəsə də, borcu olduğu ağlına gəldiyi üçün oğurluq etməyə qərar vermişdir. Sinif otaqlarının pəncərələrini yoxlamış, əvvəl iki pəncərəni əli ilə itələsə də, möhkəm bağlandığını görmüşdür. Üçüncü pəncərəni itələdikdə boş bağlandığı üçün itələyən kimi açılmışdır. Bundan sonra o, pəncərəni aralayıb içəri daxil olmuşdur. Lakin içəri girdikdə şübhə yaratmamaq üçün işıq yandırmamışdır. Az da olsa bayırdan içəri işıq düşmüşdür. Ona görə içəridə tavanda quraşdırılmış proyektoru görmüş, sinif stolunun üstünə çıxıb proyektoru söküb götürmüşdür. Stoldan düşəndə yazı lövhəsinin önündəki stolda noutbuk gözünə sataşmışdır. Noutbuku da götürdükdən sonra pəncərədən çıxaraq dərhal məktəbi tərk etmişdir. Oradan yaşadığı mənzilə getmiş, yaşadığı binanın giriş qapısının arxasında götürdüyü noutbuku və proyektoru gizlətmiş və yaşadığı mənzilə qalxmışdır. 06 fevral 2022-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı mənzili tərk edərək binanın giriş qapısının arxa tərəfində gizlətdiyi “Lenovo” markalı noutbuku və “Epson” markalı proyektoru götürmüş, gəzə-gəzə “Lyuks” restoranının yanına getmiş, orada taksiyə minərək “28 Mall” ticarət mərkəzinin qarşısına getmişdir. Orada qarşısına çıxan ilk mağazaya girərək noutbuku satmaq istəmişdir. Mağazaya girib orada işləyən şəxsə yaxınlaşmış və noutbuku satmaq istədiyini bildirmişdir. Həmin şəxs noutbuku yoxladıqdan sonra 100 manat verə biləcəyini söyləmişdir. Razılaşmalarından sonra həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Vəsiqəsini verdikdən sonra həmin şəxs vəsiqənin kserosurətini çıxarıb ona qaytarmış, o, həmin kağızda noutbukun oğurluq olmadığı, ona məxsus olması barədə yazı yazdıqdan sonra satıcıdan 100 manatı götürüb mağazanı tərk etmişdir. Daha sonra “lalafo.az” saytında onunla əlaqə saxlayan proyektor almaq istəyən şəxslə görüşüb əlindəki “Epson” markalı proyektoru satmaq istədiyini bildirmişdir. Həmin şəxs proyektoru alıb yoxladıqdan sonra ondan neçəyə satmaq istədiyini soruşmuşdur. O, həmin şəxsə 300 manata satmaq istədiyini bildirmişdir. Razılaşmalarından sonra həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O şəxsiyyət vəsiqəsini verdikdən sonra həmin şəxs telefonla vəsiqənin fotoşəklini çəkib vəsiqəni ona qaytarmışdır. Həmin şəxs ona 300 manat verdikdən sonra o, həmin yeri tərk edib getmiş, dostları ilə görüşmüş, habelə 300 manat borcunu qaytarmış, qalan 100 manatı isə gündəlik tələbata xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, istintaq zamanı polislər proyektorun yerini müəyyən edib məktəbə təhvil vermişlər, noutbukun əvəzinə isə anası başqa noutbuk alaraq məktəbə təqdim etmiş, lakin parametrləri zəif olduğunu deyərək noutbuku məktəbdən qəbul edən olmamışdır. Əməlindən səmimi peşman olduğunu, gəncliyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, həmin idarənin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 saylı orta məktəbin direktoru vəzifəsində işləyən Nümayəndə göstərmişdir ki, 06 fevral 2022-ci il tarixdə səhər saat 09 radələrində məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şahid1 ona zəng vuraraq məktəbin sinif otağından oğurluq olması barədə məlumat vermişdir. Dərhal məktəbin 7 nömrəli fizika fənni üzrə sinif otağının qarşısına getmiş, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Şahid1, mühafizəçi Şahid4 və polis əməkdaşları ilə birlikdə sinif otağını açaraq içəri daxil olmuşlar. İçəriyə baxış keçirdikdə tavana quraşdırılmış 1156 manat dəyərində “Epson” markalı proyektorun və lövhənin qarşısında olan stolun üzərindəki 1204 manat dəyərində “Lenovo” markalı noutbukun oğurlandığını aşkar etmişlər. Sonradan məlum olmuşdur ki, həmin proyektor və noutbuk Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. İstintaq zamanı proyektorun tapılması barədə ona məlumat verilmiş, ona təqdim edilən proyektoru tanımışdır. Sonradan proyektor ona təhvil verilmiş, noutbukun yerini isə tapa bilməmişlər. Təqsirləndirilən şəxs anası başqa noutbuk alaraq məktəbə təqdim etmiş, lakin parametrləri zəif olduğundan qəbul edə bilməmişlər. Oğurluq cinayəti nəticəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 2360 manat məbləğində maddi ziyan dəymişdir, bununla bağlı məhkəmədə mülki iddia qaldırılmışdır. Mülki iddianı müdafiə edərək təmin olunmasını, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. 06 fevral 2022-ci il tarixdə saat gecə 01 radələrində 251 saylı tam orta məktəbin mühafizəçisi Şahid4 ona məxsus mobil telefona zəng vuraraq məktəbin birinci mərtəbəsində sinif otağının bayır tərəfdən pəncərəsinin açıq olduğunu, daha sonra məktəbin içərisindən sinif otağının qapısının pəncərəsindən baxdıqda tavana quraşdırılmış proyektorun yerində olmadığını gördüyünü bildirmişdir. O, dərhal 251 saylı tam orta məktəbin direktoru Nümayəndə “Votsap” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq məkətbdən sinif otağından proyektor oğurlandığını bildirmişdir. Səhər saat 09 radələrində məktəbin direktoru Nümayəndə zəng vuraraq məktəbdəki oğurluq barədə əlavə də məlumat vermişdir. Bundan sonra 24-cü polis şöbəsinin ərazi üzrə əməliyyat müvəkkili Ayaz Əhmədova zəng vuraraq məktəbdən oğurluq olması barədə məlumat vermişdir. Həmin gün saat təxminən 11 radələrində direktor Nümayəndə, mühafizəçi Şahid4, polis əməkdaşı Ayaz Əhmədovun iştirakları ilə 7 nömrəli fizika fənni üzrə sinif otağının qapısını açıb içəriyə baxış keçirdikdə tavana quraşdırılmış 1156 manat dəyərində “Epson” markalı proyektorun və lövhənin qarşısında olan stolun üzərindəki 1204 manat dəyərində “Lenovo” markalı noutbukun oğurlandığını aşkar etmişlər. Bundan sonra sinif otağına əlavə polis əməkdaşları gələrək içəri baxış keçirib, əl-barmaq izləri çıxarmışlar. Daha sonra polis əməkdaşları ondan hadisə ilə bağlı izahat almışlar. Bundan sonra o 24-cü PŞ-də bununla bağlı ərizə yazaraq müraciət etmişdir. Hadosə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, onlar müvafiq sənədləri tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 251 saylı tam orta məktəbdə mühafizəçi işləyir. Gecə vaxtlarında məktəbi mühafizə edərkən hər saatdanbir məktəbi çöl tərəfdən dövr edərək ətrafı yoxlayır. 06 fevral 2022-ci il tarixdə saat gecə 01 radələrində məktəbi dövr edərkən birinci mərtəbədəki sinif otaqlarından birinin pəncərəsinin açıq olduğunu görmüş, məktəbin içərisinə girib 7 saylı sinif otağının qapısının pəncərə hissəsindən baxdıqda divardan asılmış proyektorun orada olmadığını görmüşdür. Dərhal məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şahid1 zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Saat təxminən 10 radələrində məktəbin direktoru Nümayəndə, direktor müavini Şahid1 və polis əməkdaşları ilə birlikdə 7 nömrəli fizika fənni üzrə sinif otağının qapısını açıb içəriyə baxış keçirdikdə tavana quraşdırılmış 1156 manat dəyərində “Epson” markalı proyektorun və lövhənin qarşısında olan stolun üzərindəki 1204 manat dəyərində “Lenovo” markalı noutbukun oğurlandığını aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 5- 6 ilə yaxındır ki, kompyuter ustası kimi fəaliyyət göstərir, “313 mobile” adlı mağazada isə 1 ilə yaxındır ki, usta kimi işləyir. 06 fevral 2022-ci il tarixdə saat 13 radələrində bir nəfər uzun boylu cavan oğlan, sonradan tanıdığı Təqsirləndirilən şəxs işlədiyi mağazaya girərək əlində olan sellofandakı noutbuku çıxarıb ona göstərərək satmaq istədiyini bildirmişdir. O, həmin noutbuku Fəriddən götürüb sazlığına baxmış, markasının “Lenovo” olduğunu görmüş, kompyuteri 100 manata ala biləcəyini təklif etmişdir. Fərid onunla qiymətdə razılaşandan sonra Fəridin şəxsiyyət vəsiqəsini götürüb surətini çıxararaq özünə qaytarmışdır. Daha sonra Fərid öz xətti ilə şəxsiyyət vəsiqəsinin surətinin üzərində noutbukun ona məxsus olduğunu, oğurluq olmadığını yazaraq imzalamışdır. Bundan sonra o, Fəridə 100 manat pul vermiş və Fərid mağazanı tərk edərək çıxıb getmişdir. Həmin gün noutbuku “tap.az” elan saytına yerləşdirmiş və bir gün sonra noutbuku tanımadığı şəxsə 220 manata satmışdır. Təxminən 2 gün sonra polis əməkdaşları işlədiyi mağazaya gələrək həmin noutbukla maraqlanmış və noutbukun oğurluq olduğunu bildirmişlər. O, “Lenovo” markalı noutbuku bir gün əvvəl tanımadığı şəxsə 220 manata satdığını bildirmiş və digər məlumatları vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, kompyuter mühəndisi olaraq məktəblərdə texniki avadanlıqlarda baş vermiş nasazlıqlara bağlı texnik kimi fəaliyyət göstərir. “Lalafo.az” saytında işlənmiş proyektor almağı ilə bağlı elan paylaşmışdır. Bundan sonra bir nəfər şəxs xatırlamadığı mobil nömrə ilə “vhatsap” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq işlənmiş proyektor satdığını bildirmişdir. Ondan proyektoru neçəyə satdığını soruşduqda 350 manata satdığını bildirmişdir. Bundan sonra o, həmin şəxsdən qiymətdə endirim etməyini istədikdə, o, proyektoru 300 manata sata biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxslə “28 May” metrosunun yaxınlığında görüşə biləcəyini bildirmişdir. “28 May metrosunun yaxınlığında “Music Gallery” mağazasının yanında onunla görüşmüşdür. Həmin şəxslə görüşdükdə əlində olan proyektoru ona göstərən zaman proyektoru ondan götürüb tanımadığı mağazalardan birinə girib proyektoru cərəyana qoşaraq işlək olub-olmadığını yoxladıqdan sonra o, həmin şəxslə razılığa gəlib 300 manat pul verərək onun şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu ilə çəkdikdən sonra oradan uzaqlaşmışdır. Daha sonra “ABŞ səfirliyi” yaxınlığında dostu Mehmanın proyektor mağazasına gedərək oradan kabel götürmək qərarına gəlmişdir. Mehmanın işlətdiyi “Proyektor.az” mağazasına gəldikdə Mehman əlindəki çantanı görüb nə olduğunu soruşmuşdur. O isə, Mehmana bir nəfər şəxsdən 300 manata proyektor aldığını bildirmişdir. Mehman ondan həmin şəxsin şəklinin olub-olmadığını soruşduqda o, telefonunda Fərid adlı şəxsə məxsus olan şəxsiyyət vəsiqəsinin şəklini göstərmişdir. Mehman həmin şəkilə baxdıqda bu şəxsin məktəblərdən proyektor oğurlayan şəxs olmasını bildirib, həmin şəxsin Nizami rayon polis idarəsi tərəfindən axtarıldığını demişdir. Bundan sonra o, Yasamal rayonunda yerləşən 29-cu PB-nə yaxınlaşmış, oradan onu Nəsimi rayonunda yerləşən 22-ci PB-nə yönləndirmişlər, həmin yerdən isə 24-cü PŞnə getmişdir. 24-cü PŞ-də təhqiqatçının yanında olmuş, daha sonra Təqsirləndirilən şəxs aldığı proyektoru təhqiqatçıya könüllü təhvil vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 06 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə, yəni ünvan 2 ünvanda yerləşən 251 saylı tam orta məktəbə, məktəbin direktor müavini X1, ekspert-kriminalistin və hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir. (i.v. 7-8) - 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən 06 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 251 saylı tam orta məktəbdən baş vermiş oğurluğu özündə əks etdirən məktəbin videomüşahidə kamerasında olan videogörüntü sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (i.v. 10) - 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs 300 manata aldığı, həmin şəxsin 251 saylı tam orta məktəbə məxsus olmaqla oradan oğurladığı bir ədəd ağ rəngli “Epson” markalı proyektoru 24-cü PŞ-nin təhqiqatçısına təhvil vermişdir. (i.v. 13) - 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami rayonunda yerləşən 251 saylı tam orta məktəbin sinif otağından oğurladığı “Lenovo” markalı noutbuku ünvan 3 ünvanda yerləşən “313 mobile” mağazasında usta kimi işləyən Şahid2 100 manata satmış, Şahid2 isə həmin noutbuku 07 fevral 2022-ci il tarixdə 250 manata tanımadığı şəxsə satmışdır. Şahid2 Təqsirləndirilən şəxs noutbuku alarkən Təqsirləndirilən şəxs tərəfindən yazılmış noutbukun ona məxsus olması barədə qeydlər olan və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti olan sənəd sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (i.v. 15-16) - 09 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Faqi oğlunun ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılan zaman o, hadisə yerini göstərməklə, oğurluq əməlini hansı qaydada və üsulla törətdiyini əyani olaraq təsvir etmişdir. (i.v. 71-74) - 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, 05 fevral 2022-ci il tarixdə saat təxminən 21 radələrində bir nəfər şəxsin məktəbin həyətindən, yəni bayır tərəfindən məktəbin birinci mərtəbəsində olan 7 saylı fizika fənni üzrə sinif otağının pəncərəsinə qalxaraq, əvvəlcə əli ilə hərəkətlərinin kamerada tam fiksə olunmasının qarşısını almaq üçün pəncərənin bayır tərəfindən divara quraşdırılmış müşahidə kamerasının istiqamətini yan tərəfə çevirmiş, daha sonra sinifin plastik pəncərəsini açaraq sinifə daxil olmaq istəmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin onun özü olduğunu, həmin görüntünün həqiqətən də oğurluq hadisəsini əhatə etdiyini bildirmişdir. (i.v. 75) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 aprel 2022-ci il tarixli 9/2156 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli, “Epson” markalı, EB-E350 H839B moel proyektor və pultun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 500 manat müəyyən edilir. (i.v. 116-118) - 30 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ona təqdim olunan “Epson” markalı proyektoru tanımaqla 251 saylı tam orta məktəbdən oğurlanmış, üzərində “kabinet 1” sözləri yazılmış proyektor olmasını bildirmişdir. (i.v. 120-121) - 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 saylı tam orta məktəbdən oğurluq etməsini özündə əks etdirən bir ədəd CD disk, Təqsirləndirilən şəxs “Lenovo” markalı noutbuku “313 mobile” mağazasına satarkən özü tərəfindən yazılmış, noutbukun ona məxsus olması barədə qeydlər və şəxsiyyət vəsiqəsinin surəti olan sənəd və “Epson” markalı proyektor cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, bir ədəd CD disk və şəxsiyyət vəsiqəsinin surəti olan sənəd cinayət işinin materiallarına əlavə edilmiş, “Epson” markalı proyektor isə 251 saylı tam orta məktəbin direktoru Nümayəndə təhvil verilmiş, Şahid3 və Şahid2 barələrində Azərbaycan Respublikası CMnin 194.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 124-129) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 51) - 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 83-84) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 1(007)-75/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-284/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı yeni hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-284/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 06 ay 23 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 03 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən çəkilən həmin cəza qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 il 02 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 94-95) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə maddi ziyanın bir qisminin aradan qaldırılmasını, digər qisminin aradan qaldırılmasına cəhd edilməsini Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 1(007)-75/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 02 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 fevral 2022-ci il tarixdən hesablanmalı, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 1(007)-75/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, qüvvədə qalmasına hər hansı əsas olmadığından hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, verilmiş mülki iddiaya ayrıca hüquqi qiymət veriləcəkdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 saylı tam orta məktəbdən oğurluq etməsini özündə əks etdirən bir ədəd CD disk, Təqsirləndirilən şəxs “Lenovo” markalı noutbuku “313 mobile” mağazasına satarkən özü tərəfindən yazılmış, noutbukun ona məxsus olması barədə qeydlər və şəxsiyyət vəsiqəsinin surəti olan sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, “Epson” markalı proyektorun 251 saylı tam orta məktəbin direktoru Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, 2360 manat məbləğində maddi ziyanın həmin idarənin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs oğurluq yolu ilə özgənin əmlakını, Bakı şəhəri üzrə Təhsil İdarəsinə məxsus əmlakı talamaqla zərərçəkmiş şəxsə 2360 manat məbləğində maddi ziyan vurmuşdur, ona görə maddi ziyanın müəyyən edilmiş məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin xeyrinə tutulmalıdır. Lakin məhkəmə mülki iddianın məbləğinə diqqət çəkərək məhkəmə qeyd edir ki, iş materialları və mülki iddianın özü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə cinayət əməlini törədərkən 1156 manat dəyərində bir ədəd “Epson” markalı “H839B” modelli proyektoru və 1204 manat dəyərində bir ədəd “Lenovo” markalı noutbuku gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 2360 manat miqdarında maddi ziyan vurmuşdur. Hansı ki, məhkəməyədək icraat zamanı 1156 manat dəyərində bir ədəd “Epson” markalı “H839B” modelli proyektor müəyyən edilərək 01 may 2022-ci il tarixli qərar əsasında 251 saylı tam orta məktəbin direktoru Nümayəndə təhvil verilmişdir. Bununla da maddi ziyan 1156 manat həcmində aradan qalxmış, maddi ziyanın 1204 manat hissəsi isə ödənilməmişdir. Ona görə məhkəmə hesab edir ki, mülki iddia yalnız 1204 manat məbləğində pulun tutulması hissəsində, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, büdcə təşkilatı olan mülki iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi məhkəməyə verilən iddia ərizəsi üzrə dövlət rüsumunu ödəməkdən azad edildiyindən yuxarıda göstərilən qaydada hesablanmaqla, 32,04 manat məbləğində dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 1(007)-75/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 1(007)-75/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın, hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk, Təqsirləndirilən şəxs tərəfindən yazılmış, noutbukun ona məxsus olması barədə qeydlər və şəxsiyyət vəsiqəsinin surəti olan sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Epson” markalı proyektorun 251 saylı tam orta məktəbin direktoru Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 1204 (bir min iki yüz dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xeyrinə tutulsun. Dövlət rüsumu qismində 32,04 (otuz iki manat dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar