Məhkəmə qərarları › İş №1(007)-229/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-229/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-229/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Xaliq oğlunun, zərərçəkmiş şəxslər-mülki iddiaçılar – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Ayat qızının, Zərərçəkmiş şəxs3, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Göyçay rayonunun Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Göyçay rayonu, Qaraməryəm kəndində qeydiyyatda olan və Qəbələ rayonu, Vəndam kəndində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 08:00 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs5 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “MAN 32314” markalı, **-MS-*** qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Çobanzadə küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni işıqforun qadağanedici qırmızı işığında yolayrıcına avtomobili daxil etməməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, bunu etməyərək həmin küçələrin kəsişməsində yerləşən işıqforun qırmızı işığının onun yoluna yanmasına baxmayaraq hərəkətini davam etdirərək kəsişməyə daxil olmuş, həmin zaman Çobanzadə küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 350” markalı, **-UE-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan “Mercedes Benz 350” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır zərərvurmaya aid baş beyin silkələnməsi, sol ağciyərin kontuziyası, sol tərəfli hemopnevmotoraks, solda İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalarda çoxsayda yerdəyişmiş sınıqları, sol kürək sümüyünün sınığı, sol peritonarxası və böyrək ətrafının hematoması, sol əlin, sol bazunun çoxsaylı kəsilmiş yaraları xəsarətləri, həmin avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır zərərvurmaya aid baş beyin əzilməsi, diffuz aksonal zədələnmə, sol tərəfli baş beynin hematoması, subdural hematoma, Vİİ boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, sağda İ, İİ qabırğaların yerdəyişməmiş sınıqları, sağ tərəfli hemopnevmotoraks, hər iki ağciyərin kontuziyası (əzilməsi), sağ gözaltı nahiyənin sıyrığı, sol ağız bucağı nahiyəsinin əzilmişcırılmış yaraları, sağ alın nahiyəsinin və sol bazunun sıyrıqlarından ibarət xəsarətlər, qeyd olunan avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid sol V, Vİ, Vİİ, Vİİİ qabırğaların minimal yerdəyişmiş sınığı, sol baldırın sıyrığı ilə nəticələnən xəsarətlər almasına, eləcə də “Mercedes Benz 350” markalı, **-UE-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 16000 manat və “MAN 32314” markalı, **-MS-*** qeydiyyat nişanlı yük avtomobilin zədələnməsi nəticəsində isə Zərərçəkmiş şəxs5 2145 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Zaminə məxsus “MAN” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran avtomobili etibarnamə əsasında idarə edir. Zaminin verdiyi göstərişlər əsasında beton zavodlardan mal götürüb tikintilərə aparır. xx xxx 2020-ci ildə saat 08:00 radələrində “MAN” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran avtomobillə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə “Neftçilər” metrostansiyası tərəfdən “Ay İşığı” şadlıq sarayı istiqamətində saatda 50 km saat sürətlə yolun ikinci hərəkət zolağı ilə hərəkət edib Çobanzadə küçəsindəki işıqfora fikir verməyərək kəsişməyə daxil olub düz gedən zaman sağ tərəfdən, yəni “Sarı gəlin” şadlıq sarayı tərəfdən gələn “Mercedes” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ tərəfinə dəymişdir. Onun avtomobili yolun orta hissəsindəki ağaclıqda, “Mercedes” markalı avtomobil isə “Hissa” şadlıq sarayının qarşısında yolun orta hissəsində dayanmışdır. O, avtomobildən düşərək ətrafda olan şəxslərin köməkliyi ilə avtomaşında sükan arxasında olan cavan oğlanı, onun yanında olan yaşlı kişini və arxa oturacaqda əyləşmiş qadını avtomaşından çıxararaq təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya yola salmışdır. Məhkəmədən zərərçəkmiş şəxslərin razı qala biləcəyi qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o,atası ilə bacısını iş yerlərinə düşürdüb özü də işə getmək məqsədilə xx xxx 2020-ci il tarixdə saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi bacısı Şəlalənin həyat yoldaşı Zərərçəkmiş şəxs4 məxsus “Mercedes Benz 350” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxmışdır. Saat təxminən 8 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ilə “Sarı gəlin” şadlıq sarayı tərəfdən “Sapfir” şadlıq sarayı istiqamətində 60 km saat sürətlə hərəkət edib Rüstəm Rüstəmov küçəsi ilə kəsişmədə olan işıqforun yaşıl işığından keçib getmək istədikdə “Neftçilər” metrostansiyası tərəfdən gələn Təqsirləndirilən şəxs idarə etdiyi “Man 32314” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili işıqforun qırmızı işığında keçib onun avtomobilini sol tərəfdən vurub “Hissa Hall” şadlıq sarayının qarşısına atmışdır. Hadisədən sonra o, özündən getmiş və “X4” klinikasında ayılmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarəti ilə bağlı xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “X4” klinikasında stasionar müalicə almış və müalicəsi ilə bağlı klinikaya 5498 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixdən halhazıra kimi ambulator müalicəsi davam etdirilir. Ambulator müalicəsi ilə bağlı 2500 manatdan artıq pul xərcləmişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 7998 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qardaşı, Zərərçəkmiş şəxs3 isə atasıdır. xx xxx 2020-ci il tarixdə səhər saat 07:30 radələrində atası Ayat və qardaşı Elnur ilə birlikdə evdən çıxaraq qardaşının idarə etdiyi “Mercedes” markalı avtomaşına əyləşmişlər. Çobanzadə küçəsinin R.Rüstəmov küçəsi ilə kəsişməsində işıqforun yaşıl işığı onların yoluna yandığından Elnur avtomaşını idarə edərək həmin küçələrin kəsişməsinə daxil olmuşdur. Bu zaman R.Rüstəmov küçəsi ilə kəsişməyə işıqforun qırmızı işığının yanmasına baxmayaraq yük maşını daxil olmuş və həmin an onların olduğu avtomaşının sol orta hissəsindən vurmuşdur. O, aldığı xəsarətlərdən huşunu itirmiş və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarəti ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “X4” klinikasında stasionar müalicə almış və müalicəsi ilə bağlı klinikaya 15146 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi ambulator müalicəsi davam etdirilir. Ambulator müalicəsi ilə bağlı 5000 manatdan artıq pul xərcləmişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 20146 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə səhər saat 07:30 radələrində qızı Eltarə və oğlu Elnur ilə birlikdə evdən çıxaraq Elnurun idarə etdiyi “Mercedes” markalı avtomaşına əyləşmişdir. Avtomaşını Elnur idarə etmiş, o, avtomaşında qabaq sağ oturacaqda əyləşmiş, qızı isə Elnurun arxasında əyləşmişdir. Çobanzadə küçəsinin R.Rüstəmov küçəsi ilə kəsişməsində işıqforun yaşıl işığı onların yoluna yandığından Elnur avtomaşını idarə edərək həmin küçələrin kəsişməsinə daxil olmuşdur. Bu zaman R.Rüstəmov küçəsi ilə kəsişməyə işıqforun qırmızı işığının yanmasına baxmayaraq yük maşını daxil olmuş və həmin an onların olduğu avtomaşının sol orta hissəsindən vurmuşdur. O, aldığı xəsarətlərdən huşunu itirmiş və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində aldığı az ağır dərəcəli bədən xəsarəti ilə bağlı xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi ambulator müalicə alır. Ambulator müalicəsi ilə bağlı 1000 manatdan artıq pul xərcləmişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 1000 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Mercedes Benz 350” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomaşını etibarnamə əsasında idarə etmək üçün xx xxxxx 2016-cı il tarixdə qaynı Zərərçəkmiş şəxs1 vermişdir. Sonradan ona məlum olmuşdur ki, xx xxx 2020-ci il tarixdə təxminən saat 08 radələrində qaynı Elnur idarə etdiyi ona məxsus avtomobil ilə Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan zaman həmin küçələrin kəsişməsində işıqforun yaşıl işığında kəsişməyə daxil olan zaman R.Rüstəmov küçəsi ilə hərəkətdə olan “Man” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı yük maşını işıqforun qırmızı işığı yandığı halda kəsişməyə daxil olaraq Elnurun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs1, baldızı Zərərçəkmiş şəxs2 və qayınatası Zərərçəkmiş şəxs3 xəsarət almış, ona məxsus “Mercedes Benz 350” markalı, 90- UE-993 dövlət qeydiyyat nişanlı avtomobil isə yararsız hala düşmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində ona ümumilikdə 16000 manat ziyan dəymişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 16000 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, özünə məxsus “MAN” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobili icarəyə verərək çörəkpulu qazanır. Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəlində tanımış və onun adına avtomaşını idarə etməsi üçün etibarnamə vermişdir. xx xxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, həmin gün təxminən saat 08 radələrində Vüqar Keşlə qəsəbəsindən yük götürmək üçün gedən zaman Nizami rayonu R.Rüstəmov küçəsi ilə Çobanzadə küçəsinin kəsişməsində işıqforun qırmızı işığının yoluna yanmasına baxmayaraq kəsişməyə daxil olmuş və bu zaman “Mercedes” markalı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində ona 2145 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/1255 saylı, xx.xx.2020cu il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:20 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 380 saylı rəyin nəticə hissəsindən görünür ki,Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol ağciyərin kontuziyası, sol tərəfli hemopnevmotoraks, solda İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalarda çoxsayda yerdəyişmiş sınıqları, sol kürək sümüyünün sınığı, sol peritonarxası və böyrək ətrafının hematoması, sol əlin, sol bazunun çoxsaylı kəsilmiş yaraları olmuşdur. Qeyd olunan kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 381 saylı rəyin nəticə hissəsindən görünür ki,Zərərçəkmiş şəxs2 baş beyin əzilməsi, diffuz aksonal zədələnmə, sol tərəfli baş beynin hematoması, subdural hematoma, Vİİ boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, sağda İ, İİ qabırğaların yerdəyişməmiş sınıqları, sağ tərəfli hemopnevmotoraks, hər iki ağciyərin kontuziyası (əzilməsi), sağ gözaltı nahiyənin sıyrığı, sol ağız bucağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ alın nahiyəsinin və sol bazunun sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 384 saylı rəyin nəticə hissəsindən görünür ki,Zərərçəkmiş şəxs3 sol V, Vİ, Vİİ, Vİİİ qabırğaların minimal yerdəyişmiş sınığı, sol baldırın sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-49948-12 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə AB seriyalı, 807024 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/885 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “MAN-32314” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: - hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısını alması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü Əbilova Nigar, xx.xx.2006-cı il təvəllüdlü Əbilova Nazənin, xx.xx.2017-ci il təvəllüdlü Əbilova Aişə adlı 3 uşağı vardır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarətləri, Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilmiş bədən xəsarəti yetirməsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 maddi ziyan vurması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(046)-46/2013 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərməsini, Zərərçəkmiş şəxs5 dəymiş ziyanı ödəməsini, evli olmasını, himayəsində 3 uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilməli, zərərçəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki iddiası isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 “X4” klinikasına 5498 manat, Zərərçəkmiş şəxs2 “X4” klinikasına 15146 manat və 1100 manat, müayinə və analizlər üçün “X3 Hospitala 946 (200+165+50+121+200+90+120) manat, yazılmış reseptlər üzrə 100,28 (3,35+12,40+7,15+7,50+21,10+7,20+9,90+3,90+3,35+6, 50+4,15+13,78) manat, cəmi 17292,28 manat, Zərərçəkmiş şəxs3 “X4” klinikasına 359,13 (332,33+2,80+24) manat xərcləməsi cinayət işinin materiallarında olan arayış və qəbzlərlə sübuta yetirildi. Məhkəmə hesab edir ki, mülki iddialarda göstərilmiş digər çəkilmiş xərclər barədə sübutlar təqdim edilmədiyindən həmin hissədə mülki iddialar təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 5498 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməli, Təqsirləndirilən şəxs 17292,28 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməli, Təqsirləndirilən şəxs 359,13 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməli, Təqsirləndirilən şəxs 16000 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 16 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı, cəmi 21 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 126 (bir yüz iyirmi altı) manat (21x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin və Təqsirləndirilən şəxs 5498 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin və Təqsirləndirilən şəxs 17292,28 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin və Təqsirləndirilən şəxs 359,13 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 16000 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 21 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 126 (bir yüz iyirmi altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar