Məhkəmə qərarları › İş №1(007)-229/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-229/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-229/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1982-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olan, hazırkı işlə bağlı 09 noyabr 2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 11 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti sonuncu dəfə 09 may 2022-ci il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 1(012)-61/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 N7-ci ilin may ayının əvvəlində ünvan 1 ünvanında yerləşən “Mərkəzi Hərbi Hospital”ın qarşısında 2000 manat, N7-ci ilin may ayının sonlarında həmin ünvanda 800 manat, N9-cu ilin yanvar ayında ünvan 2 ünvanında yerləşən “X17”in qarşısında 500 manat, N9-cu ilin fevral ayında həmin ünvanda 500 manat və sonuncu dəfə N9-cu ilin mart ayında ünvan 3 ünvanında yerləşən “Dəli Kür” adlı kafenin qarşısında 400 manat, ümumilikdə isə 4200 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs8 2020-ci ilin dekabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Mərkəzi Hərbi Hospital”ın qarşısında 2000 manat, 2021-ci ilin fevral ayının əvvəllərində həmin ünvanda 3500 manat, ümumilikdə isə 5500 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 operator vəzifəsində işlədiyi iş yerini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə dəyişəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 2021-ci ilin yanvar ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Rahat market”in qarşısında 4000 manat, 2021-ci ilin yanvar ayının sonlarında ünvan 5 ünvanında Zərərçəkmiş şəxs3 tanışı Şahid2 vasitəsi ilə 1500 manat, ümumilikdə isə 5500 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 hərbi xidmətdə olan övladı Ayaz Qasımovun xidmət yerini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsindən Yexlax şəhəri, Xaldan qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə dəyişəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 08 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 40 ünvanında yerləşən “Nadir” adlı kafedə 5000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs5 18 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Mərkəzi Hərbi Hospital”ın qarşısında 7500 manat, 2021-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Xoca Həsən qəsəbəsində yerləşən “Murad” şadlıq sarayının qarşısında 1000 manat, ümumilikdə isə 3500 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Azər Muradova maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 tanışı X3 Azərbaycan Respublikası Müdafiə Nazirliyində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 2021-ci ilin aprel ayında ünvan 6 ünvanda yerləşən “Nadir” adlı kafedə 6000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 İİ qrup əlil kimi təyin olunmuş pensiyanı həkim komissiyasından keçmədən yenidən almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs6 qohumu Şahid3 vasitəsilə 2021-ci ilin aprel ayında ünvan 7 ünvanında yerləşən “Kitay” adlı restoranın qarşısında 2500 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 vərəm xəstəsi olan övladı Türkan Əliyevaya əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs9 20 avqust 2021-ci il tarixdə ünvan 8 ünvanında 1000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs9 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 İİ qrup əlil kimi təyin olunmuş pensiyanı həkim komissiyasından keçmədən yenidən almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs7 tanışı Şahid3 vasitəsilə 2021-ci ilin sentyabr ayında ünvan 9 ünvanında 2500 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 10 ilə yaxındır ki, tanıyır. Belə ki, onunla Beyləqan rayonunun Dünyamalılar kəndində qonşu olmuşlar. 2021-ci ilin aprel ayında Xəzərlə hərbi hospitalın yaxınlığındakı kafedə görüşmüşlər. Xəzər söhbət əsnasında demişdir ki, Şəfa adlı qadın tanışı var, onu hər hansı bir hərbi hissəyə müddətdən artıq xidmət edən işçi kimi işə düzəltmək lazımdır. O, Xəzərə bildirmişdir ki, köməklik edər, onun üçün bu işi görmək çətin deyil. Xəzər bunun üçün nə etməli olduğunu soruşduqda ona demişdir ki, 5000 manat pul ver, qalan məsələləri özü həll edəcəkdir. Xəzər buna etiraz etməmiş və həmin görüşdən təxminən 3-4 gün sonra Xəzər onunla eyni kafedə görüşərək 5000 manat pulu ona vermişdir. O da həmin pulu götürüb Xəzərə tanışı Şəfa adlı qadını 1 aya işə düzəldəcəyini bildirmişdir. Lakin Xəzərdən aldığı 5000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, onun tanışı Şəfa adlı qadını hər hansı bir hissəyə işə düzəltməmişdir. O, Xəzərdən 6000 manat pul almamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayından tanıyır. Onu tanışı Seymurun vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs1 oğlu Ayaz Qasımov həmin ərəfələrdə onu telefon vasitəsilə yığaraq bildirmişdir ki, nömrəsini Seymurdan almışdır və atası Akif onunla görüşmək istəyir. O, buna etiraz etməmiş və Ayazın atası Akiflə hərbi hospitalın yaxınlığında yerləşən kafedə görüşmüşdür. Akif ona bildirmişdir ki, oğlu Gədəbəydə hərbi xidmətdədir, onun xidmət yerini başqa bir yerə dəyişmək istəyir. O, Akifə bildirmişdir ki, bunun üçün 5000 manat pul lazımdır. Akif də buna etiraz etməmiş və onunla 08 fevral 2021-ci il tarixdə “Nadir” kafesində görüşərək ona tanışı Şamxalın yanında 5000 manat pul vermişdir. O da həmin pulu götürüb Akifə söz vermişdir ki, mart ayına qədər oğlunun hərbi xidmət yerini Yevlax rayonunun Xaldan qəsəbəsinə dəyişdirəcəkdir. Lakin o, Akifdən aldığı 5000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 tanışı Ramazanın vasitəsi ilə tanımışdır. Şahid2 isə N8-ci ildən tanımışdır. Belə ki, o, Ramazanla hərbi hospitalda olarkən tanış olmuşdur. Ramazan 2021-ci ilin yanvar ayında ona demişdir ki, tanışı Röya Müşviqabad qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə bir müddət operator vəzifəsində işləmişdir, lakin həmin hərbi hissə yaşadığı evdən uzaq məsafədə olduğu üçün Röya oradan çıxmış, yaşadığı evə yaxın yerləşən hərbi hissələrin birinə işə düzəlmək istəmişdir. O, Ramazana demişdir ki, onun üçün bu işi düzəltmək çətin deyil, tanışı var, köməklik edər, bunun üçün 5500 manat pul vermək lazımdır. Ramazan da bildirmişdir ki, bu barədə Röya ilə danışacaqdır. Röya da buna razılıq verdikdə Ramazan onunla bu barədə danışmışdır. 2021-ci ilin yanvar ayının ortalarında Nəsimi rayonu, C.Səlimov küçəsi, 7 ünvanında “Rahat” marketin qarşısında Ramazan və Röya ilə görüşmüşdür. Həmin görüş zamanı Ramazan 4000 manat pulu Röyadan alıb ona vermişdir. O da həmin pulu götürüb bildirmişdir ki, yerdə qalan 1500 manat pulu da tez bir zamanda vermək lazımdır ki, işi düzəltsin. Bu görüşdən bir neçə gün sonra Ramazan Röyadan 1500 manat pulu alıb onunla Nəsimi rayonu, A.Mustafayev küçəsi, 2 ünvanında görüşərək həmin pulu ona vermis, həmçinin puldan əlavə Röyanın yaşayış yerindən arayışı, ailə tərkibi haqqında arayışı, tərcümeyi halını, fotoşəklini və xəstəxanadan arayışı da vermişdir. O, aldığı 5500 manat pul müqabilində Röyanı hərbi hissəyə işə düzəltməmiş, aldığı 5500 manat pulun 1000 manatını sonradan ona geri qaytarmış, lakin yerdə qalan 4500 manat pulu isə geri qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs8 2020-ci ilin dekabr ayında hərbi hospitalın qarşısında həmsöhbət olarkən ona təqaüd pulu düzəldə biləcəyini bildirmişdir. Eltun bunun üçün nə etmək lazım olduğunu soruşanda 1200 manat pul lazım olduğunu bildirmişdir. Eltun buna etiraz etməmiş və ona ümumilikdə 1200 manat pul vermişdir. O, Eltundan 5500 manat pul almamışdır. Aldığı 1200 manat pulun müqabilində Eltuna təqaüd pulu almağında köməklik etməmiş, pulu ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 ilə həmsöhbət olarkən ona bildirmişdir ki, təqaüd pulunu düzəldə bilər. Bunun müqabilində Hüseyndən ümumilikdə 2800 manat pul almış, həmin pulu da xərcləmiş və Hüseynin dediyi işə düzəltməmiş, lakin pulunu geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 18 mart 2021-ci il tarixdə əlilliklə bağlı təqaüd pulu düzəldəcəyini bildirərək hərbi hospitalın yaxınlığında 2500 manat, 27 mart 2021-ci il tarixdə Binəqədi rayonu, Xoca Həsən qəsəbəsində yerləşən “Murad” şadlıq sarayının yaxınlığında 1000 manat pulunu almışdır. O, həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, yalnız 1000 manat pulunu qaytara bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 tanışı Əsgərin vasitəsi ilə tanımışdır. Əsgər ona 2021-ci ilin aprel ayında bildirmişdir ki, onun Ağa adlı qohumu var, ona təqaüd məsələsində köməklik etmək lazımdır. O da Əsgərə bildirmişdir ki, onu Ağa ilə tanış etsin, görüşüb ona köməklik edər. Əsgərin vasitəsi ilə Zərərçəkmiş şəxs6lə Nərimanov rayonunda yerləşən “Kitay” restoranının yaxınlığında görüşmüşlər. Həmin görüş zamanı Ağa ona demişdir ki, aylıq 260 manat 2-ci qrup əlilliklə bağlı təqaüd pulu alır, lakin tanışlarının bir neçəsinin təqaüd pulları kəsilmişdir. Ağaya demişdir ki, tanışları var, köməklik edər, komissiyadan keçmədən təqaüd pulunu ala bilər. Ağa da bunun üçün nə etmək lazım olmasını soruşduqda ona demişdir ki, təqaüd pulu almağı və xəstəliyi ilə bağlı sənədlərini gətirsin, baxıb deyər. Həmin görüşdən bir-iki gün sonra Ağa onunla Əsgərin iştirakı ilə Nərimanov rayonunda yerləşən “Kitay” kafesinin yaxınlığında görüşmüşdür. Ağanın verdiyi xəstəliklə bağlı sənədlərinə baxıb demişdir ki, 2500 manat pul versin, komissiyadan keçməyinə ehtiyac yoxdur, köməklik edəcəkdir. Ağa da buna etiraz etməmiş, o da Əsgərə demişdir ki, Ağadan pulu götürsün, ondan həmin pulu alar. Əsgər də buna etiraz etməmişdir. Həmin görüşdən sonra o, 2500 manat pulu Əsgərdən 3-cü mikrorayonda almışdır. Lakin Zərərçəkmiş şəxs6 aylıq təqaüd pulunu almağa köməklik etməmiş, aldığı 2500 manat pulu şəxsi ehtyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 2021-ci ilin sentyabr ayından tanışı Əsgərin vasitəsi ilə tanımışdır. Əsgər ona bildirmişdir ki, Əvəz adlı tanışına da təqaüd pulu almaqda köməklik etmək lazımdır. O da Əsgərə bildirmişdir ki, pulu alıb ona gətirsin, ona da köməklik edər. Əsgər 2021-ci ilin sentyabr ayının ortalarında Əvəzdən 2500 manat pulu alıb Nizami rayon polis idarəsinin yaxınlığında ona vermişdir. Lakin o, həmin 2500 manat pulu da şəxsi ehtiyaclarına xərcləmiş və Zərərçəkmiş şəxs7 köməklik etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 qızı Türkanın xəstəliyi ilə bağlı vərəm dispanserindən rəy almağa köməklik edəcəyini deyib 20 avqust 2021-ci il tarixdə ünvan 10 ünvanında ondan 1000 manat pul almışdır. Lakin həmin işi də həll etməmiş, pulu şəxsi ehtiyaclarına xərcləmiş, geri qaytara bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etdiyini, himayəsində iki azyaşlı uşağı olduğunu, özünün və həyat yoldaşının ikinci qrup əlil olduqlarını göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Ayaz Gədəbəy raoynunun Saratovka kəndində yerləşən “N” saylı hərbi hissədə xidmət edir. 2021-ci ilin fevral ayının əvvəllərində oğlu Ayaz ona telefonla zəng edib bildirmişdir ki, iş yoldaşı Seymur Təqsirləndirilən şəxs adlı şəxsi hardansa tanıyır və Tapdıq onun xidməti iş yerini Yevlax rayonunun Xaldan qəsəbəsinə dəyişə bilər. Ayaz Tapdığın bu işi 5000 manata həll edə biləcəyini demişdir. Ayazdan Tapdığın nömrəsini almış və onunla telefon vasitəsi ilə danışmış, 08 fevral 2021-ci il tarixdə Tapdıqla Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 40 saylı ünvanda yerləşən “Nadir” kafesində görüşmüşlər. Tapdıqla razılaşdıqdan sonra Ayazın işi üçün ona 5000 manat vermişdir. Pulu Tapdığa verərkən yanında tanışı Şahid1 da olmuşdur. Lakin sonradan Tapdıq onun telefon zənglərinə cavab verməmiş, bununla vədinə əməl etməmiş və pulunu da qaytarmamışdır. Belə olan halda Tapdıqdan Nəsimi RPİ-nin 20-ci polis bölməsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu 5000 manat maddi ziyanı hal-hazıradək ödəməmişdir, ona görə həmin şəxsdən şikayətçidir, pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından tanışı Şahid2 vasitəsilə tanımışdır. Belə ki, o, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə operator işləmişdir. Ramazan ona bildirmişdir ki, Tapdıq onun işini yaşadığı yerə yaxın yerə dəyişə bilər. Buna görə də Ramazanla birlikdə Nəsimi rayonu, C.Səlimov küçəsi, 7 ünvanında Tapdıqla görüşmüşlər. Tapdıq bildirmişdir ki, onun işini həll edə bilər. Lakin bunun üçün 5500 manat lazımdır. O, başa düşmüşdür ki, pulsuz işini həll edə bilməyəcək və buna görə də Tapdıqla razılaşmışdır. Bir neçə gün sonra həmin yerdə Ramazanla birlikdə Tapdıqla görüşmüşlər və düzəltdiyi 4000 manatı Tapdığa vermiş, qalan 1500 manatı da verəcəyini demişdir. Sonradan isə o, qalan 1500 manatı Ramazana vermiş və Ramazan Tapdığa çatdırmışdır. Buna baxmayaraq Tapdıq vədinə əməl etməmiş, pulun 1000 manatını qaytarsa da, qalan 4500 manatını qaytarmadığı üçün məcbur olub ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs qalan pulu ödəməsə də, onunla barışmışdır, pulu tələb etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N7-ci ilin əvvəllərindən, qohumu Zaminin vasitəsilə tanımışdır. Belə ki, o, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə sürücü işləmişdir, N7-ci ilin may ayının əvvəllərində Nəsimi rayonu, C.Səlimov küçəsi, 3 ünvanında yerləşən hərbi hospitalın yanında görüşmüşlər. Tapdıq ona nə üçün təqaüdə çıxmadığını soruşduqda belə bir fikrinin olduğunu demişdir. Tapdıq ona təqaüdə çıxmağına köməklik edəcəyinə söz vermiş, bu iş üçün 3000 manat lazım olduğunu demişdir. Lakin o, cəmi 2000 manatının olduğunu bildirmişdir. Razılaşdıqdan sonra N7-ci ilin may ayının əvvəllərində həmin yerdə görüşmüşlər və Tapdığa 2000 manat vermişdir. Sonradan isə N9-cu ilin yanvar ayına kimi olan müddət ərzində Tapdıq müxtəlif bəhanələrlə ondan ünvan 11 ünvanında və Mustafayev küçəsi, 10K ünvanında olmaqla ümumilikdə 2200 manatını almış, beləliklə ondan cəmi 4200 manat almış, üzərindən uzun müddət keçsə də işi düzəltməmiş, pulu isə qaytarmamışdır. Sonda Tapdıq tərəfindən aldadıldığını görüb bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs həmin pul məbləğini hazırda da ona ödəməmişdir, buna baxmayaraq ondan şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından Nəsimi rayonu, C.Səlimov küçəsi, 3 ünvanında yerləşən hərbi hospitalda yatan vaxtlardan tanımışdır. Belə ki, Tapdıq ondan sənədlərini alıb baxmış və bildirmişdir ki, ona təqaüd düşməyəcək, lakin 2-ci qrup əlillik alıb təqaüd düzəldə bilər. Bunun üçün nə lazım olduğunu soruşanda Tapdıq bu məsələni 5000 manata həll edə biləcəyini demişdir. O isə, 2500 manata imkanının olduğunu bildirmişdir. 18 mart 2020-ci il tarixdə Nəsimi rayonu, C.Səlimov küçəsi, 3 ünvanında o, Tapdığa 2500 manat vermişdir. Bir neçə gün sonra Tapdıq ona işin düzəlməsi üçün əlavə 1000 manat lazım olduğunu bildirdiyindən Xoca Həsən qəsəbəsində ona 1000 manat da vermişdir. Lakin sonradan Tapdıq onun işini həll etməmiş, pulunu da qaytarmamışdır. Belə olan halda ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu 3500 manat maddi ziyanı hal-hazıradək ödəməmişdir, ona görə həmin şəxsdən şikayətçidir, pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayından Əsgər adlı tanışı vasitəsi ilə tanımışdır. Əsgər onunla həmsöhbət olarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var, o, təqaüd məsələlərində insanlara köməklik edir. O, Əsgərə bildirmişdir ki, may ayının 20-də onun komissiyasının vaxtıdır, qorxur ki, təqaüdü kəsilər. Çünki həmin ərəfələrdə bir neçə şəxsin təqaüdü kəsilmişdir. Əsgər də ona demişdir ki, Tapdıqla danışar, köməklik edər. Əsgər həmin görüşdən bir neçə gün sonra gəlib ona demişdir ki, Tapdıq onunla görüşmək istəyir. O da buna etiraz etməmiş və Əsgərin vasitəsi ilə Təqsirləndirilən şəxsla Nərimanov rayonunda yerləşən “Kitay” restoranının yaxınlığında görüşmüşlər. Həmin görüş zamanı o, Tapdığa bildirmişdir ki, aylıq 260 manat 2-ci qrup əlilliklə bağlı təqaüd pulu alır, tanışlarının bir neçəsinin təqaüd pulları kəsilmişdir. Tapdıq da ona demişdir ki. tanışları var, ona köməklik edər, komissiyadan keçmədən təqaüd pulunu ala bilər, pulu kəsilməz. O da bunun üçün nə etmək lazım olmasını soruşduqda Tapdıq demişdir ki, təqaüd pulu almağı və xəstəliyi ilə bağlı sənədlərini gətirib baxaraq cavab deyəcəkdir. O da buna etiraz etməmişdir. Həmin görüşdən bir-iki gün sonra xəstəliklə bağlı sənədlərini götürmüş və Tapdıqla yenidən Əsgərin iştirakı ilə Nərimanov rayonunda yerləşən “Kitay” kafesinin yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs həmin sənədə baxıb bildirmişdir ki, 2500 manat pul versin, onun komissiyadan keçməyinə ehtiyac yoxdur, bu işə köməklik edəcədir. O, etiraz etmədikdə Tapdıq Əsgərə demişdir ki, “dayıdan pulu götür, mən səndən həmin pulu alacağam”. Əsgər də buna etiraz etməmişdir. Həmin görüşdən sonra o, 2500 manat pulu özünün yaşadığı evdə Əsgərə vermişdir. Əsgər də həmin pulu götürüb çıxıb getmişdir. Daha sonra o, Tapdıqla mobil telefonla danışmış, Tapdıq bildirmişdir ki, işini həll eləmişdir, narahat olmasın. Lakin sonradan Təqsirləndirilən şəxs mobil telefonuna zəng çalmamışdır. O, Tapdığa inandığına görə may ayında komissiyadan keçməmiş, lakin aylıq təqaüd pulu kəsilmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs onun aylıq təqaüd pulunu almağına köməklik etməmiş, aldığı 2500 manat pulunu da geri qaytarmamışdır. Həmin pul indiyədək ona qaytarılmamışdır, lakin o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından Əsgər adlı tanışı vasitəsi ilə tanımışdır. Əsgərlə də qonşusu Zərərçəkmiş şəxs6 vasitəsi ilə tanış olmuşdur. Ağa ilə həmsöhbət olarkən o, bildirmişdir ki, Tapdıq adlı şəxs var, ona Əsgər adlı tanışı vasitəsi ilə aldığı aylıq təqaüd pulunun kəsilməməsi üçün 2500 manat pul vermişdir. Ağa ona təklif etmişdir ki, əgər istəyirsə, o da Tapdığa pul göndərsin, aylıq təqaüd pulu kəsilməsin. O, 2-ci qrup əlilliklə bağlı aylıq 260 manat təqaüd pulu almışdır. Ağa da eyni məsələyə görə və eyni məbləğdə təqaüd pulu almışdır. O və Ağa həmin ərəfələrdə bir neçə nəfər şəxsin komissiyadan keçmədikləri üçün aylıq aldıqları təqaüd pulunun kəsildiyini eşitmişlər. Ağa ona bildirmişdir ki, Tapdıq onu komissiyadan keçirmədən aylıq təqaüd pulunu yenidən kəsilmədən ala biləcəyini bildirmişdir. O, bunun üçün nə qədər pul vermək lazım olduğunu soruşduqda Ağa ona bildirmişdir ki, Əsgərə deyər, o, Tapdıqla danışar. Həmin ərəfələrdə, yəni 2021-ci ilin sentyabr ayının ortalarında Əsgərlə onun yaşadığı evdə görüşmüşlər və Əsgər bildirmişdir ki, Tapdıq 2500 manat pul istəyir. O da 2500 manatı yaşadığı ünvan 12 ünvanda Ağanın yanında Təqsirləndirilən şəxs verməsi üçün Əsgər adlı şəxsə vermişdir. Əsgər də onun yanında Təqsirləndirilən şəxs zəng vurub pulu aldığını, Tapdıq da ona görüşərək pulu verməsini bildirmişdir. Həmin vaxt o, özü də telefonla Tapdıqla danışmış və Tapdıq ona söz vermişdir ki, işi yüz faiz həll edəcəkdir. Əsgər bundan sonra 2500 manatı götürüb getmişdir. Həmin ərəfələrdə aldığı təqaüd pulu kəsilsə də, Tapdığın ona köməklik edəcəyinə inanmışdır. Təqsirləndirilən şəxs ona həmin təqaüd pulunu ala biləcəyinə söz versə də, sonradan təqaüd pulunu ala bilməmiş, Tapdıq isə aldığı 2500 manat pulu ona geri qaytarmamışdır. Həmin pulu yenə də ona qaytarılmamışdır, lakin Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanı tələb etdiyini göstərmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, X1, onunla 20 ildir ki, yaxın münasibətləri vardır. 2021-ci ilin aprel ayında tanışı Təqsirləndirilən şəxsla Nəsimi rayonu ərazisində olan hərbi hosbitalın yanında görüşmüşlər. Əvvəllər tanışı X7 ondan xahiş etmişdir ki, o, hərbiyə müddətdən artıq xidmət edən kimi işə düzəlmək istəyir, tanışı olsa köməklik etsin. O, Tapdığa Şəfanın xahişini dedikdə bildirmişdir ki, həmin işi 6000 manata həll edə bilər. Həmin görüşdən 3-4 gün sonra yenidən Tapdıqla Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 5-də görüşmüşlər. Görüş zamanı o, özündən Tapdığa 6000 manat vermişdir ki, Şəfanın işini həll etsin. X19 iş məsələsini həll etməmiş və onun da özünün verdiyi pulu qaytarmamışdır. Sonradan dəfələrlə pulunu istəsə də ala bilməmiş və məcbur olub Tapdıqdan Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə şikayət etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş 5500 manat maddi ziyanın ödənilməmiş 1200 manatını tələb etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının 10-dan könüllü olaraq Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyat xidmətində kəşfiyyatçı kimi fəaliyyətə başlamış, 2021-ci ilin sentyabr ayının 27-dən etibarən kəşfiyyatçı kimi Qarabağ döyüşlərində iştirak etmişdir. Noyabr ayının 6-na qədər müharibədə iştirak eləmiş, həmin gün Qubadlı rayonu, Xanlabad kəndi istiqamətində gedən döyüşlərdə xəsarət alaraq Papanində yerləşən hərbi hospitalda 17 gün stasionar şəraitdə müalicə almışdır. Müalicənin sonunda ona bildirmişlər ki, o, hərbi xidmətə yararlıdır, səhhəti ilə bağlı təqaüdə çıxa bilməz. O, həmin ərəfədə hərbi hospitalın yaxınlığında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, həmsöhbət olarkən ona döyüşdə aldığı xəsarətlər barədə məlumat vermis, Tapdıq bununla bağlı ondan sənədlər istəmişdir ki, baxsın. O da xəstəliyi ilə bağlı sənədləri Tapdığa vermişdir. Tapdıq bildirmişdir ki, həmin sənədlər əsasında təqaüdə çıxa bilər. Ona bunun üçün nə etməli olduğunu soruşduqda Tapdıq bildirmişdir ki, 2000 manat pul versin, onu təqaüdə çıxarsın. O da buna etiraz etməmiş və həmin 2000 manat pulu Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının ortalarında hərbi hospitalın yaxınlığında vermişdir. Tapdıq pulu alıb bildirmişdir ki, bir müddət hərbi hospitalda yatmalıdır. O da buna etiraz etməmiş və həmin hərbi hospitalda 21 gün yatmışdır. Sonra yatmağı ilə bağlı sənəd aldıqda görmüşdür ki, sənədində yenidən hərbi xidmətə yararlı olmağı qeyd olunmuşdur. Bu barədə Tapdığa dedikdə o, bildirmişdir ki, narahat olmasın, həll edəcəkdir. Bundan təxminən 2 ay sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yenidən yatmalıdır, həm də 3500 manat pul verməlidir. O, Tapdığa demişdir ki, yatmaq istəmir, ancaq pulu verə bilər və əlavə olaraq 3500 manat pulu Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının əvvəllərində eyni yerdə, hərbi hospitalın yaxınlığında vermişdir. Təxminən 1 ay müddət keçmiş, yenə təqaüdə çıxa bilmədiyini görüb Təqsirləndirilən şəxs pullarını geri istəməyə başlamışdır. Tapdıq da verdiyi 5500 manat puldan 4300 manatını geri qaytarmış, 1200 manat pulunu isə geri qaytarmamışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanı tələb etdiyini göstərmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından tanıyır. Belə ki, X10 vasitəsi ilə tanımışdır. Nemət Məmmədovu isə qızı Türkan Əliyevanın vasitəsi ilə tanımışdır. Belə ki, qızı Türkan Əliyeva uzun müddət hərbi sahədə xidmət etmiş, son iş yeri də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi olmuşdur. Nemət Məmmədov da həmin hərbi hissənin komandiri olmuşdur. Qızı Türkanın N9-cu ilin dekabr ayında ağciyərində narahatçılıq yaranmış, buna görə hərbi xidmətini davam etdirə bilməmişdir. O da qızının səhhətində yaranmış problemlə əlaqədar olaraq ona təqaüd pulu düzəltdirmək istəmişdir. Bunun üçün qızı Türkan Əliyeva bir neçə xəstəxanada stasionar şəraitdə müalicə almışdır. O, Təqsirləndirilən şəxsla tanış olub ona bu barədə məlumat vermişdir. X11 demişdir ki, Tapdıq təqaüd pulu düzəltməkdə çalışır ki, kimlərəsə köməklik etsin. O, Tapdıqla görüşüb ona qızının xəstəliyi ilə bağlı toplanmış sənədləri göstərmiş, ona bildirmişdir ki, qızı xəstəxanada yatıb, lakin onun sənədlərini sistemə yerləşdirə bilmir. Tapdıq da ona demişdir ki, sənədlər onda qalsın ki, həmin sənədləri sistemə daxil etdirər. Daha sonra Tapdıq ona demişdir ki, sənədlərin sistemə yerləşdirilməsi üçün 1000 manat pul lazımdır. O da qızının təqaüd pulu alması üçün buna razılıq vermiş, Tapdıqla yaşadığı ünvan 8 ünvanında görüşmüş, həmin vaxt, yəni 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 1 ay ərzində qızının sənədləri sistemə yerləşdiriləcəkdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qızının sənədlərini sistem yerləşdirməmiş və aldığı 1000 manat pulu da geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. X13 Gədəbəy rayonunun Saratovka kəndində xidmət etdiyini bildirmişdir. Akif demişdir ki, Ayaz ona zəng edərək kiminsə vasitəsilə Tapdıq adlı şəxs tapıb və onun iş yerini Yevlax rayonunun Xaldan qəsəbəsində yerləşən hərbi hissəyə dəyişəcəkdir. Akif bildirmişdir ki, həmin iş üçün Tapdığa 5000 manat verməlidir. 2021-ci ilin fevral ayının 8-də Akif ondan xahiş etmişdir ki, birlikdə onunla görüşsünlər. 08 fevral 2021ci il tarixdə Akiflə birlikdə Tapdıqla Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 40 ünvanında yerləşən “Nadir” kafesində görüşmüşlər. Akif onun yanında Tapdığa 5000 manat vermişdir. Tapdıq bildirmişdir ki, 1 ay müddətinə Ayazın iş yerini Yevlax rayonunun Xaldan qəsəbəsinə dəyişəcəkdir. Lakin sonradan Akif ona demişdir ki, Tapdıq vədinə əməl etməmiş və pulunu da qaytarmamışdır. Sonralar isə Akif Tapdıq vədinə əməl etmədiyindən ondan Nəsimi RPİ-nin 20-ci polis bölməsinə şikayət etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N8-ci ildə hərbi hospitalda müalicə olunduğu vaxtdan tanımış və münasibətləri normal olmuşdur. Tapdıq uzun müddət hərbidə işlədiyinə görə o, tanışı Zərərçəkmiş şəxs3 hərbi sahədə işə düzəlmək istədiyini Tapdığa demişdir. Tapdıq ona demişdir ki, həmin işi heç bir çətinlik olmadan düzəldə bilər, lakin 5500 manat pul lazımdır. Tapdığın sözünü Röyaya dedikdən sonra 2021-ci ilin yanvar ayının ortalarında Röya ilə birlikdə Tapdıqla Nəsimi rayonu, C.Səlimov küçəsi, 7 ünvanında yerləşən “Rahat” marketin yanında görüşmüşlər. Görüş zamanı o, Röyadan 4000 manat alıb Tapdığa vermiş və Tapdıq bildirmişdir ki, qalan 1500 manatı da tez bir zamanda versin. Bir neçə gün sonra Röya ona 1500 manat vermiş və o, Tapdıqla Nəsimi rayonu, A.Mustafayev küçəsi, 2 ünvanında görüşüb ona vermişdir. Lakin sonradan Tapdıq Röyanın işini düzəltməmiş, aldığı 5500 manatın 1000 manatını qaytarsa da, qalan 4500 manatını qaytarmamışdır. Belə olan halda Tapdıqdan şikayət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən N9-cu ildən tanıyır. Onunla hərbi hospital tərəfdə tanış olmuş və münasibətləri normal olmuşdur. Söhbətləri zamanı Tapdıq ona bildirmişdir ki, o, keçmiş hərbiçidir, bir neçə nəfər şəxsə təqaüd pulu düzəltmişdir, yenə də həmin işlə məşğul olur. Ağa Quluyev onun yeznəsinin əmisidir və onunla 2021-ci ilin aprel ayında həmsöhbət olarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var, o, təqaüd məsələlərində insanlara köməklik edir. Ağa da ona bildirmişdir ki, may ayının 20-də komissiyasının vaxtıdır, qorxur ki, təqaüd pulu kəsilər. Çünki həmin ərəfələrdə bir neçə tanışının təqaüd pulları kəsilmişdir və o, bundan narahat olmuşdur. O, Zərərçəkmiş şəxs6 demişdir ki, Tapdıqla danışar, bu məsələdə köməklik edər. Bundan sonra Tapdıqla hərbi hospitalın yaxınlığında görüşüb söhbət etmiş və bu işdə köməklik edə biləcəyini demişdir. Bir neçə gün sonra Ağayla görüşüb demişdir ki, Tapdıq onunla görüşmək istəyir. Ağa buna etiraz etmədiyindən Ağa ilə birlikdə Təqsirləndirilən şəxsla Nərimanov rayonunda yerləşən “Kitay” restoranının yaxınlığında görüşmüşlər. Həmin görüş zamanı Ağa Tapdığa bildirmişdir ki, aylıq 260 manat 2-ci qrup əlilliklə bağlı təqaüd pulu alır və tanışlarının bir neçəsinin təqaüd pulları kəsilmişdir, o da təqaüd pulunun kəsilməsindən narahatdır. Tapdıq ona demişdir ki, tanışları vasitəsilə köməklik edə bilər, komissiyadan keçmədən təqaüd pulunu ala bilər, kəsilməz. Ağa da bunun üçün nə etmək lazım olmasını soruşduqda Tapdıq bildirmişdir ki, təqaüd pulu almağı və xəstəliyi ilə bağlı sənədlərini gətirsin ki, baxsın. Həmin görüşdən bir-iki gün sonra Ağa xəstəliklə bağlı sənədlərini götürüb Tapdıqla yenidən onun iştirakı ilə Nərimanov rayonunda yerləşən “Kitay” kafesinin yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs həmin sənədlərə baxıb bildirmişdir ki, 2500 manat pul versin, komissiyadan keçməyinə ehtiyac yoxdur, köməklik edər. Ağa buna etiraz etmədikdə Tapdıq ona demişdir ki, pulu ondan götürüb gətirib ona versin. Həmin görüşdən sonra Ağa 2500 manat pulu yaşadığı evdə ona vermiş və o da həmin pulu götürüb Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi tərəfdə görüşərək pulu Tapdığa vermişdir. Bundan sonra o, Ağanın vasitəsi ilə Zərərçəkmiş şəxs7lə tanış olmuş və 2021-ci ilin sentyabr ayının ortalarında onunla yaşadığı evdə görüşmüşdür. Əvəz ona bildirmişdir ki, Ağaya köməklik etdiyi kimi ona da köməklik etsin. Tapdıq həmin məsələni 2500 manata həll edə biləcəyini dedikdə razılaşmış və ona 2500 manat pul vermişdir ki, aparıb Tapdığa versin ki, onun da məsələsini həll etsin. Əvəzin yanında Tapdığa zəng edib danışmış, Tapdıq işi həll edə biləcəyini və pulu alıb ona verməsini bildirmişdir. Əvəz telefonu ondan alıb Tapdıqla özü də danışmış və Tapdıq özü ona söz vermişdir ki, işi yüz faiz həll edəcəkdir. O da həmin pulu onun yaşadığı ünvan 13 ünvanında Əliağanın yanında alıb Təqsirləndirilən şəxs zəng vuraraq pulu aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona Nizami rayonuna gəlməyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla ünvan 14 ünvanında yerləşən adını xatırlamadığı kafedə görüşərək həmin pulu ona sentyabr ayında vermişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bir neçə şəxsi aldadaraq onların pullarını almış, lakin heç birinə təqaüd pulu düzəltməmişdir. Bu işlərdə onun şəxsi marağı olmamış, Tapdıq ona pul verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 qarşı dələduzluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edilməsi faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 8) - 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq sonuncu nömrə altında aparılmışdır. (İ cild i.v. 6) - 09 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 33-34) - 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, X15 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilməsi faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 47) - 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq sonuncu nömrə altında aparılmışdır. (İ cild i.v. 44) - 07 iyul 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 53-54) - 09 iyul 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 69-70) - 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilməsi faktına görə toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 87) - 17 mart 2021-ci il tarixli protokoldan və sms yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus 5500 manat pulu alaraq onun iş yerini dəyişdirməklə bağlı məsələni həll etmədiyi, buna görə həmin pulu qaytarmalı olması ilə bağlı həmin şəxslə Şahid2 arasında aparılmış yazışmalar götürülmüşdür. (İ cild i.v. 100- 102) - 17 mart 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 103-104) - 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq edilməsi faktına görə toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 181) - 20 iyun 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs5 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 198-204) -Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixli əlyazma iltizamından görünür ki, o, Zərərçəkmiş şəxs5 aldığı 3500 manat pulu yaxın müddət ərzində qaytaracağına söz vermişdir. (İ cild i.v. 209) - 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 qarşı dələduzluq edilməsi faktına görə toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 64) - 27 dekabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid3 ifadəsinin yerində yoxlanılması keçirilmişdir. (İİ cild i.v. 94-96) - 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 qarşı dələduzluq edilməsi faktına görə toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 97) - 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 136-138) - 10 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında ünvan 9 ünvanında Zərərçəkmiş şəxs7 əlilliyə görə təyin olunmuş pensiyanı həkim komissiyasından keçmədən yenidən almasına köməklik etmək adı ilə Şahid3 vasitəsi ilə 2500 manat pul aldığı yeri əyani olaraq, müdafiəçisinin iştirakı ilə, göstərmişdir. (İİ cild i.v. 178-182) - 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan edilmiş yeni məzmunlu ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 312.1-ci maddələri ilə, Şahid2 və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan Zərərçəkmiş şəxs3 Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən “N” saylı hərbi hissədən Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə iş yerini dəyişəcəyi adı ilə aldadıb 5500 manat almasına dair sms yazışmaları cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (İİİ cild i.v. 75-84) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N5-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, hər bir zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs bəzi zərərçəkmiş şəxslərdən ittihamda qeyd edilən məbləğlərdə deyil, daha az məbləğdə pul alması barədə irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, onun irəli sürdüyü dəlillər toplanmış sübutlarla tam təkzib olunur. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmədə son sözündə törətdiyi cinayət əməllərinə görə səmimi peşmançılığını bəyan etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrarən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəməmiş, bütün zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 09 noyabr 2021-ci il tarixli məktubundan və ona əlavə edilən eyni tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilən Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 09 noyabr 2021-ci il tarixdə tutulmuşdur. (İ cild i.v. 153-154) - 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədən şəxs kimi Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən 10 noyabr 2021ci il tarixdə tutulmuşdur. (İ cild i.v. 165-166) - 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 06 fevral 2022-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 10-14) - 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 09 aprel 2022-ci il tarixdən 09 may 2022ci il tarixədək uzadılmışdır. (İİİ cild i.v. 43-48) -Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Məmmədova (Əhmədova) Lamiyə Qafar qızı ilə birgə nikahlarından 11 aprel 2005-ci il tarixdə Səkinə, 05 sentyabr 2006-cı il tarixdə Adil adlı uşaqları doğulmuşdur. (İİİ cild i.v. 49-51) -Vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs və X4 ikinci qrup əlildirlər. (İİİ cild i.v. 52-55) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 1(012)-61/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 80-82, İİİ cild i.v. 58-63) -Abşeron Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(012)-61/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki həmin iş üzrə 03 fevral 2022-ci il tarixli hökm 24 fevral 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. (İİİ cild i.v. 57) Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməllərini törətdikdən sonra, hazırkı hökm çıxarılmazdan əvvəl, digər cinayət əməllərinə görə müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə onun himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal qismində qiymətləndirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi polis idarəsinin əməliyyatçıları tərəfindən 09 noyabr 2021-ci il tarixdə tutulmuş, bu barədə protokol tərtib olunmaqla istintaq orqanına təhvil verilmişdir. Lakin müstəntiq 10 noyabr 2021-ci il tarixli qərar və protokol əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərkən həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 09 noyabr 2021-ci il tarixdən məhdudlaşdırılmış, barəsində protokol tərtib edilərək tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, 09 noyabr 2021-ci il tarixi təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə daxil edilməli, onun cəzaçəkmə müddətinin əvvəli məhz həmin tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci və CPM-nin 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun Abşeron Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərin bir hissəsinə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış sms yazışmaları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X8 məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 46 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.N8-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin qərarı əsasında isə, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi işdə iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, yuxarıda qeyd olunan əsasla dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 1(012)-61/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 1(012)-61/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan Zərərçəkmiş şəxs3 Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən “N” saylı hərbi hissədən Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə iş yerini dəyişəcəyi adı ilə aldadıb 5500 manat almasına dair sms yazışmaları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X2 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs X5 göstərdiyi pulsuz hüquqi yardıma görə 46 iş saatı üçün 276 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərdiyi pulsuz hüquqi yardıma görə 40 iş saatı üçün 240 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar