Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-23/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, tərcüməçi – X2, zərərçəkmiş şəxsin hüquqi varisi – X4, müdafiəçi – “Lider” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1972-ci ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxxxxxxxxxxx” MMC-də montajçı-servis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində idarə etdiyi “xxxxxxxxxxxxx” MMC-yə məxsus “Renault Logan” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65 saylı ünvanın qarşısında yolu onun hərəkət istiqaməti boyunca sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş, onun ehtiyatsızlığından “Renault Logan” markalı, ** PL *** dövlət nömrə nişanlı avtomaşının hissələrinin əzilməsi nəticəsində “xxxxxxxxxxxxx” MMC-yə ümumilikdə 800 manat maddi ziyan dəyməklə, piyada Zərərçəkmiş şəxs sağ gicgah və alın sümüyünün kəllə əsasına keçən xətti sınığı; baş beyinin sağ alın, hər iki gicgah, sol ənsə paylarına, beyinciyə, mədəciklərinə, qişalarına qansızma; hər iki ağciyərin kökünə qansızma; bədənin çoxsaylı sürtünmə xarakterli sıyrıqları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti alaraq hadisə yerində ölmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən iki il “xxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü işləmişdir. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi “RENAULT” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yeni Günəşli qəsəbəsindən üzü “Ağ Şəhər” istiqamətində hərəkətdə olan zaman Nizami rayonu, Babək prospektində yerləşən köhnə “maşın bazarı”nın yaxınlığındakı körpüdə yolun sol tərəfində olan birinci zolağı ilə 50-60 km/saat sürətlə hərəkət etmişdir. Nizami rayonu, Babək prospekti 65 saylı ünvanın qarşısında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs anidən onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Tıxac olduğu üçün ətrafda olan avtomobillərdən qaçan şəxsi görmək və avtomobili saxlamaq ehtimalı olmamışdır. Ondan sağ tərəfdə avtomobil hərəkət etdiyindən və sol tərəfdə yol ayrıcı səddi olduğundan o, idarə etdiyi avtomobili sağ və ya sol tərəfə qaçıra bilməmişdir. Bu zaman idarə etdiyi “RENAULT” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi piyadanın sol ayağına toxunmuş, piyada zərbənin təsirindən avtomobilin ön hissəsinə qalxaraq başı avtomobilin ön şüşəsinə dəyərək yerə yıxılmışdır. O, piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabağına keçəndə görmüş və həmin anda əyləci basmışdır. Həmin yolda piyada keçidi olmamışdır. Onun idarə etdiyi avtomobil Şahid idarə etdiyi avtomobildən 2 metr yan, 2 metr arxa məsafədə olmuşdur. O, avtomobildən enərək piyadaya yaxınlaşmış, piyadanın baş hissəsindən qan axdığını görüb TTY stansiyasının 103 xidmətinə zəng vurmuşdur. Təxminən 20-25 dəqiqə sonra hadisə yerinə TTY stansiyasının həkim briqadası gəlmiş və piyadaya ilkin tibbi yardım göstərmişlər, bir neçə dəqiqə sonra piyadanın öldüyünü bildirmişlər. O, sürücü işləyir, əgər o, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilsə onu işdən çıxardacaqlar. Qarabağ qazisidir, ayaq barmaqları olmadığından başqa fiziki işlə məşğul ola bilmir. Sürücülük onun yeganə qazanc mənbəyidir. Yas mərasiminə təxminən 4500-5000 manat xərc çəkmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə 2 il müddətində ona hər ay 200 manat ödəyəcəyi barədə razılığa gəlmişlər və 2019-cu ilin dekabr ayından bu ilin sentyabr ayına kimi hər ay ona 200 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X5 izahatında bildirmişdir ki, xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında nənəsi Voronova Lyudmila onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona atası Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişdiyini bildirmişdir. Təqsirləndirilən şəxs atasının yas mərasiminin 9cu günü 800 manat, qırx mərasimində 400 manat pul vermiş, qəbr üçün yer almışdır. 2 il müddətində ona hər ay 200 manat ödəyəcəyi barədə Təqsirləndirilən şəxslə notarial qaydada razılığa gəlmişlər və barışmışlar. Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayından bu ilin sentyabr ayına kimi hər ay ona 200 manat pul ödəmişdir. Məhkəmə baxışında zərərçəkmiş “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, “RENAULT” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsusdur və avtomobil sürücü Təqsirləndirilən şəxs tərəfindən idarə edilmişdir. xx xxxxx 2019-cu il tarixdə sürücü Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65 saylı ünvanın qarşısında törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxxxxxxxxxxx” MMCyə dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dunyamalyev Vahid Ömər oğlu ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə təxminən saat 13-14 radələrində o, Təqsirləndirilən şəxs sürücü işlədiyi mağazaya gedib oradan bir ədəd 900 manata “Fujitsu” markalı kondisioner almış və aldığı kondisioneri Abdukadirin idarə etdiyi “Renault Logan” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşına yükləyərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən evə apararaq boşaltmışlar. Sonra birlikdə geri qayıdan zaman körpüdən aşağı düşdükdən sonra Nizami rayonu, Babək prospekti 65 saylı ünvanın qarşısında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs anidən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxmış və Abdukadir idarə etdiyi avtomobilin sol ön hissəsi ilə piyadanı vurmuşdur. Abdukadir dərhal avtomobili saxlayaraq düşmüşdür. O, piyadaya yaxınlaşdıqda piyadanın sifətinin qan olduğunu görmüşdür. Abdukadir təcili tibbi yardıma zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi “SOCAR” neft şirkətinə məxsus “Chevrolet Malibu” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Bakı şəhər mərkəzi istiqamətində təxminən saatda 50-60 km sürətlə yolun soldan ikinci hərəkət zolağı ilə hərəkətdə olan zaman, Babək prospektində körpünün üzərindən düşdükdə körpü hadisənin baş verdiyi yerə münasibətdə hündürdə olduğundan sağdan piyada Zərərçəkmiş şəxs yolu keçdiyini görmüşdür. Körpünü keçdikdən sonra ondan sağda hərəkətdə olan avtomaşınların sürətlərini azaldaraq piyadaya yol verdiklərini görmüşdür. O, dərhal avtomaşının sürətini azaltmış və yolu keçən piyada Zərərçəkmiş şəxs yol vermişdir. Bu zaman ondan soldan, birinci hərəkət zolağı ilə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla piyadanı vurmuş və piyada zərbənin təsirindən qarşıya atılaraq yerə yıxılmışdır. O, avtomaşını yolun kənarında saxlamış, hadisə yerinə gəldikdə sürücünün piyadaya yardım etmək üçün təcili-tibbi yardıma zəng etdiyini görüb oradan çıxıb getmişdir. Məhkəmə baxışında dindirilmiş ekspert X6 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 12675 saylı və xx.xx.2019-cu il tarixli, 22017 saylı rəyləri müdafiə edərək bildirmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Renault Logan” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqdim edilən iş materiallarına əsasən rəy vermişdir. İş materiallarındakı izahatlardan göründüyü kimi hadisə zamanı avtomobillər paralel hərəkətdə olmuşdur. Paralel hərəkətdə olan avtomobillərin sürücülərindən biri piyadanın yolu keçdiyini görmüşdürsə, digər sürücü də piyadanı görə bilərdi. Məhkəmə baxışında dindirilmiş ekspert X9 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 4045 saylı rəyi müdafiə edərək bildirmişdir ki, məhkəmə tərəfindən müdafiə tərəfinin təqdim etdiyi mexanizimə əsasən göstərilən şəraitdə “Renault Logan” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Piyadanın sürücünün görünüş dairəsinə hansı anda düşməsi qrafiko-analtik üsulla müəyyən edilir. Qrafikoanaltik tədqiqatdan belə məlum olur ki, piyada yolun sağ kənarından hərəkət hissəsinə daxil olan anda artıq piyada “Renault Logan” markalı avtomobilin sürücüsünün görünüş dairəsində olmuşdur. Yəni piyada yolun sağ kənarından hərəkət hissəsinə daxil olan anda “Renault Logan” markalı avtomobil piyadanın vurulma yerindən 49,3-59,2 metrlik məsafədə olmuş və həmin anda artıq piyada sürücünün görünüş dairəsində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/1368 saylı, xx.xx.2019cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 19:20 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin meyitin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 66 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ gicgah və alın sümüyünün kəllə əsasına keçən xətti sınığı; baş beynin sağ alın, hər iki gicgah, sol ənsə paylarına, beyinciyə, mədəciklərinə, qişalarına qansızma; hər iki ağciyərin kökünə qansızma; bədənin çoxsaylı sürtünmə xarakterli sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri və bədənin nahamar səthdə sürtünməsi nəticəsində yarana bilər; baş vermiş ölümlə səbəbli əlaqəlidir, canlı şəxslərdə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır. Zərərçəkmiş şəxs ölümünə səbəb sağ gicgah və alın sümüklərinin kəllə əsasına keçən xətti sınığı nəticəsində baş beyin, qişa və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 5-8 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya müayinəsində 2.7%o qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə güclü dərəcəli sərxoşluq kimi qiymətləndirilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli, 12675 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Renault Logan” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 12732 saylı rəyinin nəticə hissəsindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində 2017-ci il buraxılışlı, “Renault Logan” minik markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin xx xxxxx 2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən, təqdim edilmiş “xxxxxxxxxxxxx” MMC tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş qüsur aktında olan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) nəzəri hesablama yolu ilə təxminən 800 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 500 manat; təmir-bərpa işlərinin qiyməti – 300 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli, 22017 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Renault Logan” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, “xxxxxxxxxxxxx” MMC zərərçəkmiş şəxs qismində tanınmış, Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X5 mərhum atası Zərərçəkmiş şəxs hüquqi varisi qismində təyin edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 016-62284-1219 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AE seriyalı, 728202 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adıçəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qəbələ rayon MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 adlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 4045 saylı rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə tərəfindən müdafiə tərəfinin təqdim etdiyi mexanizimə əsasən göstərilən şəraitdə “Renault Logan” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarəti yetirməsi, zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən hadisə yerində ölməsi və Təqsirləndirilən şəxs ehtiyatsızlığından “Renault Logan” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin əzilməsi nəticəsində “xxxxxxxxxxxxx” MMC-yə 800 manat maddi ziyan dəyməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxs “xxxxxxxxxxxxx” MMC-yə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin heç bir şikayətinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini və barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs “xxxxxxxxxxxxx” MMC-yə dəymiş ziyanı tam ödədiyindən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərdiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etdiyindən və barışdığından ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 390 (üç yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 390 (üç yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-23/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-23/2020
14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver