Məhkəmə qərarları › İş №1(007)-23/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-23/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-23/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, nümayəndəsi-Yevlax şəhər vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, Şəmkir şəhəri, Natəvan küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşamış, Şəmkir Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hökm elan edilən tarixədək çəkilməmiş qalan 01 il 10 ay 10 gün hissəsi yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 05 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qeyd edilən cəza Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 07 ay 02 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib, qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ilə qəti olaraq 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 21 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 01 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2020-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 28 dekabr 2021-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 09 yanvar 2022-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və onunla seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “İmo” proqramı vasitəsilə tanış olduğu aşkar surətdə on altı yaşına çatmayan, xx xxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 23 may 2020-ci il tarixdə saat 07 və 10 radələrində kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən yataq otağında cinsi əlaqədə olmuş və cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrini öpməklə yanaşı özünün cinsiyyət orqanından ifraz etdiyi spermasını Zərərçəkmiş şəxs bədəninə axıtmaqla sonuncu ilə seksual xarakterli hərəkətlər etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən may ayında “İmo” sosial şəbəkəsində Rəksanə ilə tanış olmuşdur. Əslində sosial şəbəkədə o, Rəksanəni daha əvvəl “Səma” adı ilə tanımışdır və “Səma” orada “Makar” ləqəbli şəxslə sevgili olmuşdur. Sosial şəbəkədə özünü ona “Səma” adı ilə təqdim etmiş Rəksanə 22 yaşı olduğunu, Mingəçevir şəhərində yaşadığını və Tibb kollecinin 2-ci kurs tələbəsi olduğunu bildirmişdir. 21 may 2020-ci il tarixdə Rəksanə ona “Makar” adlı şəxsin onun qapısına adam göndərməsini və qalmağa yerinin olmadığını bildirmişdir. Onun Rəksanəyə yazığı gəldiyindən tanışı Günellə əlaqə saxlayıb normal bir xanım olduğunu və həmin xanıma yazığı gəldiyini bildirib onun nömrəsini xanıma verəcəyini, bir gecəlik onlarda qalmasını və sabah gedəcəyi yeri olduğunu dedikdə Günel onunla razılaşmışdır. Bu barədə o, Rəksanəyə demiş, lakin Rəksanə gedib Günelin evini tapa bilməmişdir. 22 may 2020-ci il tarixdə Rəksanə ona Mingəçevir şəhərindən Bakıya bibisigilə gəlmək istədiyini bildirib, Bakıya gəlməkdə ona köməklik etməsini istəmiş, o da razılaşmışdır. O, Günellə danışmış, Mingəçevirdən Bakıya gələn, lakin postlarda saxlamayan maşın lazım olduğunu dedikdə Günel ona gecə saatlarında Mingəçevir-Bakı reysi ilə hərəkət edən avtobusun əlaqə nömrəsini vermiş, o da həmin nömrəni Rəksanəyə vermişdir. Sonra Rəksanə onunla əlaqə saxlayıb səhər saat 06 radələrində onu Bakı şəhəri, Lökbatan qəsəbəsində qarşılamasını demişdir. 23 may 2020-ci il tarixdə səhər saat 06 radələrində Bakı şəhərində evində qaldığı Süleyman adlı tanışı ilə birlikdə taksi ilə Lökbatan qəsəbəsinə gedib orada Rəksanəni qarşılamışlar və onlar hamısı birlikdə Nizami rayonu, R.Rüstəmov küçəsi ev 72A, mənzil 274 ünvanına getmişlər. Evdə olarkən o, Rəksanə ilə yataq otağına keçmiş, lakin qapını açıq qoymuş, bağlamamışdır. Yataq otağında Rəksanə ilə onun arasında heç bir cinsi əlaqə olmamışdır. Rəksanə xəstə, yəni “aybaşı” olduğunu demişdir. O, yalnız Rəksanəni ayaq üstə qucaqlamış və onlar bir-birinin üzündən öpmüşlər. Az sonra işi olduğundan o, evdən çıxıb getmişdir. Bir müddət sonra evdəkilər ona zəng edərək təcili evə gəlməsini demişlər. Evə gəldikdə Nicatgil ona bildirmişlər ki, Rəksanə evdən qaçıb və Mingəçevir polisi Rəksanəni axtarır. O, Rəksanə ilə söhbət edən zaman bilmişdir ki, Rəksanənin 15 yaşı var və o, azyaşlıdır. Mingəçevir polisi ilə əlaqə saxladıqdan sonra o, Rəksanəni Nizami rayon polis idarəsinin əməkdaşlarına təhvil vermişdir. Rəksanənin dedikləri tamamilə yalandır, Rəksanə ilə cinsi əlaqədə olmamış və ona toxunmamışdır. Onun ümumiyyətlə cinsi əlaqədə olmaq qabiliyyəti yoxdur, sadəcə olaraq şərə məruz qalmışdır. Rəksanə ilə cinsi əlaqədə olmasına dair hər hansı sübut olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin (atası) və nümayəndənin (vəkilin) iştirakları ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, valideynlərindən xəbərsiz “İmo” sosisal şəbəkəsindən istifadə etmişdir və təxminən 2020-ci ilin aprel ayında həmin sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tofiq ona özü haqqında məlumat verən zaman şəmkirli olduğunu, Bakı şəhərində dostları ilə kirayədə yaşadığını və bir müddət həbsxanada cəza çəkdiyini bildirmişdir. Onlar mütəmadi olaraq əlaqə saxlamışlar və aralarında sevgi münasibətləri yaranmışdır. 21 may 2020-ci il tarixdə anası ilə onun arasında şəxsi mübahisələri olduğuna görə o, evdən qaçmaq qərarına gəlmiş və təxminən saat 19 radələrində bu barədə Tofiqə demişdir. Tofiq Mingəçevir şəhərində yaşayan Günel adlı qadınla danışdıqdan sonra Günelin mobil telefon nömrəsini ona vermiş və ona Günellə əlaqə saxlayıb onun evinə getməsini demişdir. Az sonra “Whatsapp” proqramı vasitəsilə Günellə əlaqə saxlamış və Günelə demişdir ki, 22 yaşı var, atası və anası vəfat etmişdir, qardaşı ilə yaşayır, qardaşı ona zülm edir və bir gecəlik onların evində qalmaq istəyir. Günel onunla razılaşmış və təxminən saat 01 radələrində yaşadığı evdən çıxıb tanımadığı taksi ilə 16 saylı tam orta məktəb tərəfə, Günelin yaşadığı evin yaxınlığına getmiş, lakin həmin yerə çatanda Günellə nə qədər çalışsa da, onunla əlaqə saxlaya bilməmişdir. Buna görə yaşadığı evə qayıtmışdır. 22 may 2020-ci il tarixdə səhər saatlarında Tofiqlə əlaqə saxlayıb Bakı şəhərinə onun yanına getmək istədiyini demişdir. Tofiq Günellə danışmış və daha sonra ona demişdir ki, gecə saat 00:00 radələrində Bakı şəhərinə avtobus çıxır və ona avtobusda yer saxlatdırmışdır. 22 may 2020-ci il tarixdə saat 23:40 radələrində o, yaşadığı evdə olan kameraları söndürmüş, çantalarını hazır edib evdən çıxmışdır. Həmin gün saat 23:50 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsinin girişində avtobusa minib Bakı şəhərinə yola düşmüşdür. 23 may 2020-ci il tarixdə səhər saat 05:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Tofiq dostu Süleymanla birlikdə onu qarşılamışdır. Sonra oradan taksi ilə Tofiqin yaşadığı Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr” adlanan yerdə, Nizami rayon İcra Hakimiyyətinin arxa tərəfində yerləşən yeni tikilmiş binadakı mənzilə getmişlər. Həmin mənzildə Nicat və Əli adlı şəxslər də olmuşdur. Evə daxil olan kimi o, yataq otağına keçmişdir. Tofiq təxminən 5 dəqiqə sonra onun yanına gəlmiş, həmin vaxt saat 07:00 olmuşdur. Bundan sonra Tofiq onun üzündən, dodağından, döşlərindən və boğazından öpməyə başlamışdır. Onlar təxminən 10 dəqiqə öpüşmüşlər. Daha sonra onlar yataq otağındakı çarpayıya uzanmışlar. Bir qədər öpüşəndən sonra Tofiq onun onun və özünün şalvarının qarşısını açmışdır. Həmin vaxt o, Tofiqin onunla cinsi əlaqədə olmaq istədiyini başa düşərək qaçıb qapını açmaq istəmiş və evdə olan şəxslərdən kömək istəmişdir. Lakin heç kim qapıya yaxınlaşmamışdır. Tofıq qapıya tərəf gəlib onun üzündən şillə ilə vurmuş, belindən tutaraq pəncərəyə tərəf aparmış və onu oradan atacağını, onu pəncərədən atsa, sümüklərinin də tapılmayacağını demişdir. Lakin Tofiq aşağıda adamların olduğunu görüb geri çəkilmişdir. O, Tofiqin əlindən qaçmaq istəyərkən Tofiq qolundan tutub məcburən onu çarpayıya uzatmışdır. Sonra Tofiq onun iradəsinin əleyhinə zorla onun və özünün şalvarının qarşısını açmışdır. O, üzü yuxarı uzanmış və tavana baxmış, Tofiqin üzünə baxmamışdır. Həmin vaxt cinsiyyət orqanında ağrılar hiss etmiş və hiss etmişdir ki, Tofiq öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmış və onun qızlıq pərdəsini açmışdır. Tofiq onun razılığı olmadan onunla iki dəfə cinsi əlaqədə olmuşdur. Tofiq onunla birinci dəfə zorla cinsi əlaqədə olan zaman onun azyaşlı olduğunu bilməmişdir. İkinci dəfə onunla zorla cinsi əlaqədə olan zaman isə Tofiq onun azyaşlı olduğunu bilmiş, ancaq təkrarən onun iradəsi əleyhinə fiziki qüvvəsindən istifadə edərək qollarını iki qollarının arasına salaraq onun bütün fiziki qüvvəsini öz əlində cəmləşdirib onu təkrarən zorlamışdır. Tofiq onu hədələmişdir ki, bu barədə heç kimə deməsin. Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadəsinin bəzi hissələri arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327, 329 və 330-cu maddələrinə əsasən onun hadisədən bir neçə gün sonra, 02 iyun 2020-ci il tarixdə qanuni nümayəndəsinin (atasının) iştirakı ilə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsinin müvafiq hissəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ifadəsinin həmin hissəsində göstərmişdir ki, ...evə daxil olan kimi o, yataq otağına keçmişdir. Tofiq təxminən 5 dəqiqə sonra onun yanına gəlmiş, həmin vaxt saat 07:00 olardı və bundan sonra Tofiq onun üzündən, dodağından, döşlərindən və boğazından öpməyə başlamışdır. Onlar təxminən 10 dəqiqə öpüşmüşlər. Daha sonra onlar yataq otağındakı çarpayıya uzanmışlar. Tofiq getmək istədiyini ona deyib yataqdan qalxdıqda o da Tofiqin arxasınca yataqdan qalxmışdır. Bundan sonra Tofiq onu yenidən öpməyə başlamış və yenidən onlar çarpayıya uzanmışlar. Bir qədər öpüşəndən sonra Tofiq onun onun və özünün şalvarının qarşısını açmışdır. O, üzü yuxarı uzanmış və tavana baxmışdır. Həmin vaxt o, Tofiqin üzünə baxmamışdır. Təxminən 20 dəqiqə sonra o, saçının üstünün batdığını görüb orada olan mayka ilə saçını və üstünü silmişdir. Bundan sonra Tofiq evdən çıxıb getmişdir. Tofiq getməzdən əvvəl evi təmizləməsini ona demişdir. O, evi təmizləmiş və kartof da bişirmişdir. Tofiq təxminən 2 saat sonra evə qayıtmış və Tofiq 2 saata yaxın evdə olmuşdur. Tofiq və dostları evdə oturub yemək yemişlər və sonra o, qabları yumuşdur. Onun telefonu ilə Tofiq şəkil də çəkmişdir. Bir saat sonra Tofiqin dostu Nicatın mobil telefon nömrəsinə polis əməkdaşları zəng edərək Nicata onun azyaşlı olduğunu və evdən qaçdığını demişlər. Bundan sonra Süleyman Tofiqə zəng etmiş və Tofiq Əli ilə birlikdə evə gəlmişdir. Tofiq ilkin olaraq paltarını dəyişmiş və əyninə şortik geyinmişdir. Əli ona yaşını düz deməsini dedikdə o, yaşının 14 olduğunu deyib otağa keçib ağlamışdır. Süleyman da ona yaşını düz deməsini və onlara zərər dəyəcəyini demişdir. Daha sonra Tofiq onların hamısını otaqdan çıxartmış və onun yanına gələrək onu işə saldığını bildirmiş, azyaşlı olmağını Tofiqə bildirmədiyinə görə Tofiq ona irad tutmuşdur. Daha sonra Tofiq onun dodağından öpmüşdür.Onlar həmin vaxt çarpayıda oturmuşlar. Tofiq onu üzü yuxarı çarpayıda uzatmış, özünün əynində olan koftasını çıxarıb şortikinin qabağını açmışdır. Tofiq sonra onu üzü aşağı tərəfə çevirib onun yubkasını yuxarı qaldırmış və onun alt pallarını dizinə qədər aşağı çəkmişdir. Bundan sonra o, özündə ağrı və cinsiyyət orqanına nəyinsə daxil olduğunu hiss etmişdir. Bu proses təxminən 20 dəqiqə davam etmiş və daha sonra o, daxilinə maye axdığını da hiss etmişdir. Tofiq ona narahat olmamasını, onunla ailə həyatı quracağını demişdir. Tofiq ona onunla cinsi əlaqədə olduğunu heç kimə deməməyi tapşırmışdır. Bir müddət sonra isə Tofiq özü onu polis əməkdaşlarına təhvil vermiş və sonra onu Mingəçevir şəhərinə gətirmişlər. Tofiq onun razılığı ilə onunla cinsi əlaqədə olmuşdur... Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsinin həmin hissəsini inkar edəcək hər hansı fikir bildirə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, qızı Rəksanə xx xxxxx 2006-cı il təvəllüdlüdür, Rəksanə ilə münasibətləri həmişə yaxşı olmuş, ailədə heç vaxt problemləri olmamışdır. 23 may 2020-ci il tarixdə səhər saatlarında o, Gəncə şəhərində işdə olan zaman həyat yoldaşı onunla əlaqə saxlamış və Rəksanənin evdən çıxıb getdiyini demişdir. O, bundan sonra dərhal Mingəçevir şəhərinə yaşadığı evə qayıtmış və həqiqətən də Rəksanənin evdən çıxıb getdiyi ona məlum olmuşdur. Buna görə Mingəçevir şəhər polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. 23 may 2020-ci il tarixdə Rəksanə polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq Mingəçevir şəhərinə gətirilmişdir. Məhkəmə-tibbi ekspertizanın keçirilməsi zamanı ona məlum olmuşdur ki, Rəksanə ilə kimsə təbii yolla cinsi əlaqədə olmuşdur. Rəksanə ilə söhbət edən zaman Rəksanə ona bildirmişdir ki, “İmo” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Tofiq adlı şəxs, yəni Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmuşdur. Hesab edirlər ki, təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham düzgün deyildir, onun əməli zorlama kimi tövsif edilməlidir. Əgər Rəksanəni vaxtında tapmasaydılar, daha ağır nəticələr ola bilərdi. Bir az sosial şəbəkələrin təsirindən, bir az da onların diqqətsizliyindən bu hadisə baş vermişdir. Onlar hər şeyi hüquqi əsaslara buraxmışlar. Təqsirləndirilən şəxs 18 yaşından hal-hazıradək cinayət törətməkdə davam edir. Təqsirləndirilən şəxsdən şikayətçidirlər. Qanuna uyğun ciddi tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayınadək ünvan 1-də tanışları ilə birlikdə kirayə yaşamışdır. Həmin mənzil yeni tikilmiş binada olmaqla 3 otaqdan ibarət olmuşdur. Həmin mənzildə yatmaq üçün hər birinin yeri olmuşdur. Onunla eyni mənzildə tanışıları olan Tofiq də kirayə yaşamış və kirayə pulunun bir hissəsini də o, vermişdir. 2020-ci ilin təxminən may ayında Tofiq “İmo” sosial şəbəkəsində sonradan adı ona Rəksanə kimi məlum olan qızla tanış olmuş və Tofıqin özünə məxsus mobil telefonu olmadığından Nicata məxsus mobil telefonla həmin qızla danışmışdır. Sonradan əldə etdiyi məlumata görə qızla Tofiqin münasibətləri daha isinmiş və Tofiq onu Bakı şəhərinə dəvət etmişdir. 23 may 2020-ci il tarixdə səhər saat 06 radələrində Tofiq və o, Lökbatan qəsəbəsinə taksi ilə gedib orada Rəksanəni qarşılamışlar, sonra birlikdə kirayə yaşadıqları mənzilə gəlmişlər. Evdə olarkən Tofiq Rəksanə ilə yataq otağına keçmişdir. Amma onların yataq otağında nə işlə məşğul olduqlarından onun xəbəri olmamışdır. Sonra Tofiq işi olduğundan evdən çıxıb getmişdir. Rəksanə isə mətbəxə keçərək qabları yumağa başlamış, həmçinin mətbəxdə təmizlik işləri görmüşdür. Həmin vaxt Nicata məxsus olan mobil nömrəyə Mingəçevir polisindən zəng gələrək həmin mənzildə olan qızla bağlı sual verilmişdir. Sonra onlar Tofiqi evə çağırmışlar və Tofiq Nicatın telefonu ilə həmin polis əməkdaşları ilə danışmışdır. Tofiq telefonda həmin polis əməkdaşı ilə danışdıqda Tofiqə qızın evdən qaçdığını və geri qaytarılmalı olduğunu bildirmişdir. Rəksanənin 16 yaşına çatmayan şəxs olması barədə onun heç bir məlumatı olmamışdır. Həmin qız görünüşcə 20-22 yaşlı şəxsə oxşamışdır. X13 yenidən yataq otağına keçmişlər, lakin onların yataq otağında nə işlə məşğul olduqlarından onun xəbəri olmamış, yataq otağında olduğu müddətdə Rəksanə qışqırıb köməyə çağırmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayınadək ünvan 1-də qardaşı Əli və tanışları ilə birlikdə kirayə yaşamışdır. Həmin mənzildə yatmaq üçün hər birinin yeri olmuşdur. Onlarla eyni mənzildə tanışları Tofiq də kirayə yaşamış və kirayə pulunun bir hissəsini vermişdir. 2020-ci ilin təxminən may ayında Tofiq “İmo” sosial şəbəkəsində sonradan adı ona Rəksanə kimi məlum olan qızla tanış olmuş və Tofiqin öz mobil telefonu olmadığından ona məxsus mobil telefonla həmin qızla danışmışdır. Sonradan onların münasibətləri daha isinmiş və Tofiq Rəksanəni Bakı şəhərinə dəvət etmişdir. 23 may 2020-ci il tarixdə səhər saat 06 radələrində Tofiq və Süleyman Lökbatan qəsəbəsinə taksi ilə gedib orada Rəksanəni qarşılamışlar və sonra birlikdə kirayə yaşadıqları mənzilə gəlmişlər. Evdə olarkən Tofiq Rəksanə ilə yataq otağına keçmişdir. O və mənzildə olan şəxslər bir qədər qonaq otağında oturub söhbət edib çay içmişlər. Sonra Rəksanə otaqdan çıxıb mətbəxə keçərək qabları yumağa başlamış, mətbəxdə təmizlik işləri görmüşdür. Həmin vaxt ona məxsus mobil nömrəyə Mingəçevir polisindən zəng edib, Rəksanə ilə bağlı sual vermişlər. Buna görə o, telefonu Tofiqə vermişdir ki, polislərlə özü danışsın. Tofiq telefonda həmin polis əməkdaşı ilə danışdıqda qızın evdən qaçdığını və geri qaytarılmalı olduğunu bildirmişlər. Ona görə Tofiq Rəksanəyə yaxınlaşıb polisə getməli olduqlarını bildirmişdir. Rəksanə isə Tofiqi təhqir edərək polisə getməyəcəyini demiş, sonra yenə otağa keçmişlər. Tofiqlə Rəksanənin yataq otağında nə işlə məşğul olduqlarından onun xəbəri olmamış, otaqda olduğu müddətdə Rəksanə qışqırıb köməyə çağırmamışdır. Sonradan Tofiq ona problem yaranacağını deyib qızla birlikdə mənzildən çıxmış və qızı polisə təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, şahidin sözügedən ifadəsi Şahid3 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 iyun 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs cinsi əlaqədə olması faktına görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Mİngəçevir şəhər şöbəsinin 26 may 2020-ci il tarixli 317 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 14 günə qədərdir, müayinədən 2-4 gün əvvəl əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmadı. (İ cild i.v. 9) - 31 may 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Mingəçevir şəhər PŞ-nin təhqiqatçısı tərəfindən hal şahidlərinin, X5 və Təqsirləndirilən şəxs iştirakları ilə hadisənin baş verdiyi ünvan 1 ünvanında hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 11-19) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Mİngəçevir şəhər şöbəsinin 03 iyun 2020-ci il tarixli 326 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. Təqsirləndirilən şəxs cinsiyyət orqanında cinsi əlaqədə olmağa maneçilik törədə biləcək hər hansı anadangəlmə və qazanılma qüsur aşkar olunmadı. (İ cild i.v. 94) - 12 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə İskəndər oğlundan Zərərçəkmiş şəxs məxsus və hadisə günü əynində olan qara rəngli üzərində tül olan “Chanel” markalanma nişanı olan yubka, üzərində “Mint” markalarıma nişanı olan, sarı rəngli kofta, üzərində “LSK” markalanma nişanı olan ağ rəngli kofta və üzərində “ST Moda” markalanma nişanı olan qara rəngli şalvar hal şahidlərinin iştirakları ilə götürülmüşdür. (İ cild i.v. 140-141) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsin məhkəmə tibbi-biologiya şöbəsinin 30 iyul 2020-ci il tarixli 489/2020- MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu, şəxsiyyətini təsdiq edən sənədlər üzrə və axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə B (İİİ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində sperma ləkəsi aşkar olundu. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alındı. Beləliklə şalvar üzərində olan sperma ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, həmçinin də Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus ətək, 2 ədəd köynək üzərində vizual, sonra isə KD/L-33 lampasının ultrabənövşəyi şüaları altında baxış zamanı, spermaya şübhəli hər hansı ləkə aşkar olunmadı. (İ cild i.v. 175-178) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixioloji ekspertizasının 01 dekabr 2020-ci il tarixli 2374 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs həmçinin baş vermiş hadisə dövründə də kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs baş vermiş hadisə dövründə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hazırda ifadə vermək qabiliyyətinə malikdir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilir. Ümumilkdə adaptiv və ünsiyyətçil olmaqla, emosional-iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində qorxu, həyəcan yaranmış, həmin hallar şüuruna və fəaliyyətinə mühüm təsir göstərib koqnitiv proseslərini məhdudlaşdırmamışdır. Zərərçəkmiş şəxs başqlarının onun haqqında dediklərinə önəm vermək, konfliktə və mübahisəyə meyilli olmamaq, özünü psixoloji cəhətdən müdafiə elməkdə çətinlik və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı normaya uyğun olduğundan o, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl və sonra psixi-emosional sferasında hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı psixiemosional halında qorxu, həyəcan yaranmışdır. O, psixi yaş və fərdi psixi xüsusiyyətləri, intellektual inkişafından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuş, lakin hadisə zamanı emosional halından və situasiyadan asılı olaraq müqavimət göstərmək qabiliyyəti bir qədər zəifləmişdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri yoxdur. Zərərçəkmiş şəxs fərdi-psixi və yeniyetməlik yaş dövrü xüsusiyyətlərinə görə təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edildi. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. (İ cild i.v. 211-215) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2020-ci il tarixli 2508 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 216-218) -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx xxxxx 2006cı il tarixdə doğulmuşdur. (İ cild i.v. 226) - 04 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2020-ci il tarixdə elan edilmiş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yarandığına görə o, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 134, 144, 149, 150, 151 və 153-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X5, Şahid2, Şahid3 və Şahid4 barələrində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaqa məlum olmayan “Maqa” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 12 iyun 2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə İskəndər oğlundan götürülmüş Zərərçəkmiş şəxs məxsus və hadisə günü əynində olan üzərində “ST Moda” markalanma nişanı olan qara rəngli şalvar cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin şalvar saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus və hadisə günü əynində olan qara rəngli üzərində tül olan “Chanel” markalanma nişanı olan yubka, üzərində “Mint” markalanma nişanı olan, sarı rəngli köynək və üzərində “LSK” markalanma nişanı olan ağ rəngli köynək iş üçün əhəmiyyət kəsb etmədiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmamış və Nizami RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı vermiş olduğu izahatında, həmçinin cinayət işi üzrə vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını və ümumiyyətlə cinsi əlaqədə olmaq qabiliyyətinin olmadığını göstərməsi, bundan başqa 03 iyun 2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən və 02 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməməsi qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilmiş və ibtidai istintaq zamanı onun vəsatətləri kimi qəbul edilməklə rədd edildiyi nəzərə alınmışdır. (İİ cild i.v. 30- 43) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla tam təkzib olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. On altı yaşına çatmayan şəxslə, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olma və onunla seksual xarakterli digər hərəkətlər etmə cinayətinin baş verdiyi və bu cinayət əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyi aşağıdakı qaydada baş vermişdir. Belə ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təkbaşına Bakı şəhərinə gəlmiş, onu sosial şəbəkədən tanış olduğu Təqsirləndirilən şəxs tanışı Süleymanla birlikdə qarşılayaraq Nizami rayonu, R.Rüstəmov küçəsində kirayədə yaşadığı mənzilə aparmışdır, mənzildə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yataq otağına keçmişlər və orada bir müddət qalmışlar. Bu hissəyədək baş verənləri təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər eyni qaydada təsdiq edirlər. Təqsirləndirilən şəxsin on altı yaşına çatmayan zərərçəkmiş şəxslə 23 may 2020-ci il tarixdə ünvan 1 ünvanındakı mənzilin yataq otağında cinsi əlaqədə olması və seksual xarakterli digər hərəkətlər etməsi zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, məhkəmə ekspertizalarının rəyləri və tədqiq edilmiş digər iş materialları ilə sübuta yetirilir. Belə ki, 26 may 2020-ci il tarixdə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, bu pozulma müddəti 14 günə qədərdir, müayinədən 2-4 gün əvvəl əmələ gəlməsi istisna olunmur. Hadisədən sonra, 23 may 2020-ci il tarixdə də Zərərçəkmiş şəxs polis əməkdaşlarına təhvil verilmiş, tibbi ekspertizadan keçirilənədək valideynlərinin və polislərin nəzər-diqqətində olmuşdur. Eyni zamanda, Zərərçəkmiş şəxs məxsus və hadisə günü əynində olan şalvarın arxa səthində sperma ləkəsi aşkar olunmuşdur, hansı ki, bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alınmışdır. Ekspertiza belə qənaətə gəlmişdir ki, şalvar üzərində olan sperma ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, həmçinin də Təqsirləndirilən şəxs məxsus ola bilər. Belə ki, həmin rəyə əsasən Təqsirləndirilən şəxs qan qrupu, şəxsiyyətini təsdiq edən sənədlər üzrə və axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə B (İİİ) olmuşdur. Təqsirləndirilən şəxs irəli sürdüyü dəlillər faktiki öz təsdiqini tapmamışdır, belə ki, onun cinayət hadisəsinin baş vermədiyinin sübutu kimi ümumiyyətlə cinsi əlaqədə olmaq qabiliyyətinin olmaması barədə göstərdikləri istər məhkəmə-tibbi ekspertizasının rəyi, istərsə də onun özünün məhkəməyə təqdim etdiyi sübutla inkar edilmişdir. Belə ki, ekspertizanın 03 iyun 2020-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs cinsiyyət orqanında cinsi əlaqədə olmağa maneçilik törədə biləcək hər hansı anadangəlmə və qazanılma qüsur aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi, həyat yoldaşı X2 “27 həftəlik hamilə” oması barədə “Şəmkir rayon Mərkəzi Xəstəxansı” Publik hüquqi şəxsin 244 nömrəli tibbi arayışının onun həmin ifadəsini təkzib edəcəyi barədə düşünməmişdir. Zərərçəkmiş tərəfin isə qeyd edilən vaxtda təqsirləndirilən şəxs tərəfindən “on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” deyil, “zorlama” cinayətinin törədildiyi və təqsirləndirilən şəxsin əməlinin “zorlama” kimi tövsif edilməli olduğu barədə qənaətlərinə gəldikdə isə, qeyd edilməlidir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə-tibbi müayinəsi zamanı onların bədən səthində zorlamanın xarakterik əlamətlərindən sayıla biləcək hər hansı xəsarət izi aşkar edilməmişdir, eləcə də hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş paltarlarında hər hansı zədə izi aşkar olunmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs hadisədən dərhal sonra, 26 may 2020-ci il tarixdə atasının iştirakı ilə verdiyi izahatında və 02 iyun 2020-ci il tarixdə yenə də atasının iştirakı ilə zərərçəkmiş qismində verdiyi ifadəsində hazırda verilmiş ittihama və işin faktiki müəyyən və sübut olunmuş hallarına uyğun məlumatlar vermiş, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onunla öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Tədqiq olunmuş sübutlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcud olması barədə zərərçəkmiş tərəfin irəli sürdüyü dəlillərin əsası yoxdur. Məhkəmə iş üzrə şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, həmin şahidlər hadisə vaxtı mənzilin qonşu otaqlarında olmuşlar, onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasının bilavasitə şahidi ola bilməzdilər, hansı ki, onlar həmin şəxslərin mənzilin yataq otağına keçərək bir müddət orada qaldığını etiraf etmişlər, eyni zamanda yataq otağında olduğu müddətdə Zərərçəkmiş şəxs qışqırıb köməyə çağırmadığını qeyd etmişlər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 47) - 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. (i.v. 120-121) -Mingəçevir şəhər PŞ-nin istintaq bölməsinin müstəntiqinin 03 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 122-123) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il və 10 avqust 2021-ci il tarixli tələbnamələrdən, hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən olunmaqla cəzası şərti olaraq tətbiq edilmiş, Şəmkir Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hökm elan edilən tarixədək çəkilməmiş qalan 01 il 10 ay 10 gün hissəsi yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 05 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qeyd edilən cəza Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 01 il 07 ay 02 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib, qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ilə qəti olaraq 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 21 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild i.v. 208-210, İİ cild i.v. 8-10) - 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 12 yanvar 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş həmin tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 09 yanvar 2022-ci il tarixdə tutulmuşdur. -Məhkəməyə təqdim edilmiş AZ-İİ seriyalı, 448158 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 05 avqust 2021-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra qadına Nəsibova soyadı verilmişdir. -Məhkəməyə təqdim edilmiş “Şəmkir rayon Mərkəzi Xəstəxansı” Publik hüquqi şəxsin 244 nömrəli tibbi arayışından görünür ki, X1 rayon Qadın məsləhətxanasında qeydə alınmış və müayinə olunmuş, ona “27 həftəlik hamiləlik” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, qəsdən az ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına (CMnin 67.1-ci maddəsinin tələbləri qaydasında) məhkum olunmuş Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın sonu ilə 21 noyabr 2018-ci il tarixdə azad edildiyi vaxtdan iki il keçmədən, 23 may 2020-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyindən, onun əməlində cinayətlərin residivi vardır və bu residiv təhlükəli residiv sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbləri baxımından isə, CM-nin böyük ictimai təhlükə törətməyən 317-2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza residivin müəyyən olunması zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edildiyindən, ona CM-nin 152.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az olmayan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 01 iyun 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı isə hazırkı işlə bağlı axtarışda olan şəxs kimi tutulduğu (saxlanıldığı) 09 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsi) tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus və hadisə günü əynində olan üzərində “ST Moda” markalanma nişanı olan bir ədəd qara rəngli şalvar, eyni zamanda iş üçün əhəmiyyət kəsb etmədiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmamış, lakin Nizami RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş hadisə günü zərərçəkmiş şəxsin əynində olan qara rəngli üzərində tül olan “Chanel” markalanma nişanı olan bir ədəd yubka, üzərində “Mint” markalanma nişanı olan bir ədəd sarı rəngli köynək və üzərində “LSK” markalanma nişanı olan bir ədəd ağ rəngli köynək Zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsinə) qaytarılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 93 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus və hadisə günü əynində olan üzərində “ST Moda” markalanma nişanı olan bir ədəd qara rəngli şalvar, eyni zamanda iş üçün əhəmiyyət kəsb etmədiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmamış, lakin Nizami RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş hadisə günü zərərçəkmiş şəxsin əynində olan qara rəngli üzərində tül olan “Chanel” markalanma nişanı olan bir ədəd yubka, üzərində “Mint” markalanma nişanı olan bir ədəd sarı rəngli köynək və üzərində “LSK” markalanma nişanı olan bir ədəd ağ rəngli köynək Zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsinə) qaytarılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 93 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 558 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar