Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-231/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 13, mənzil 16-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 68A, mənzil 174də yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlayıb daşımış, həmçinin qanunsuz olaraq döyüş sursatı əldə edib saxlamaqla daşımış və gəzdirmişdir. Belə ki, o, naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 183,661 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla qanunsuz olaraq yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 68A saylı binanın 174 nömrəli mənzilinə daşımış, həmçinin naməlum mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “Toz” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatı hesab edilən 13 ədəd patronu qanunsuz əldə edərək üzərində gəzdirməklə yuxarıda qeyd edilən ünvana daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68A saylı evin 174 nömrəli mənzilində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı yataq otağında yerləşən paltar dolabından satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd ağ rəngli sellofan torbadan içərisində 175 qram, 2 ədəd kibrit qutusunda 4,826 qram və 3,835 qram, cəmi 183,661 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 13 ədəd döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, azadlıqda olarkən rəsmi işləməmiş, taksi fəaliyyəti ilə məşğul olmuşdur. İcarə əsasında “Azsamand” markalı dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı avtomobili idarə etmişdir. Narkotik vasitə olan marixuana istifadəçisi olmuşdur. Əvvəllər narkotik vasitə olan heroin istifadə etmiş, tutulmazdan təxminən 9 ay əvvəl müalicə alaraq heroindən istifadə etməsə də, bədənindəki ağrıları azaltmaq üçün narkotik vasitə olan marixuananı mütəmadi olaraq istifadə etmişdir. Marixuananı tanımadığı şəxslərdən əldə etmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində sifariş əsasında müştərini “Xətai” metrostansiyasının yaxınlığına düşürdükdən sonra avtomobilində olan zibili atmaq üçün metronun yaxınlığında olan zibil qutusuna yaxınlaşmışdır. Zibili atdıqdan sonra zibil qutusunun yaxınlığına qoyulmuş qara sellofan torbada bağlama olduğunu görmüş, dərhal həmin bağlamanı götürüb avtomobilinə əyləşmişdir. Avtomobildə bağlamanı açdıqda içində narkotik vasitə olan marixuana və odlu silah olan tapança ilə patronlarının olduğunu görmüşdür. Narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğu üçün həmin bağlamanın içərisində marixuana olduğunu gördükdə həmin bağlamanı götürüb kirayədə qaldığı evə aparmışdır. Ailə üzvləri rayonda olduğu üçün fikirləşmişdir ki, həmin mariuxananı və silahla birlikdə patronları yaşadığı evə aparsın. Tapdığı bağlamanı tullamış, narkotiki, tapançanı və patronlarını ağ rəngli sellofana yığıb evə aparmışdır. Tapançanın içində 7 ədəd patron olmaqla qalan 13 ədəd patronu siqaret qutusuna yığıb qutunun yuxarısını bükmüşdür. Evdə narkotik, silah və patronlar saxladığını heç kim bilməmişdir. xx xxxx 2020-ci il tarixdə tanışı Ruhin ona Bakı şəhərinə gəldiyini və müvəqqəti qalmağa yer axtardığını bildirmişdir. Ailə üzvləri rayonda olduqları üçün Ruhini kirayədə qaldığı evə dəvət etmişdir. Lakin Ruhinə nə narkotik vasitə barədə, nə də silah və patronlar barədə heç nə bildirməmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı evin qapısının döyüldüyünü görüb qapını açmış, bir neçə mülki geyimli şəxs özlərini təqdim edib xidməti vəsiqələrini ona göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini istədikdə o, öz anket məlumatlarını onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə, psixotrop maddə, odlu silah və döyüş sursatını üzərində və yaşadığı evdə saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarında məlumatın dəqiq olduğunu başa düşüb evə daxil olmalarına icazə vermiş, həqiqətən də yaşadığı mənzildə narkotik vasitə qurudulmuş mariuxana və patronlarla birlikdə silahın olduğunu onlara bildirmişdir. Bundan sonra polis əməkdaşlarının yaşadığı evə daxil olmalarına etiraz etməməsi barədə ərizə yazmışdır. Ərizəni yazıb könüllü olaraq polis əməkdaşlarını mənzilə dəvət etmişdir. Bundan sonra ona külli miqdarda narkotik vasitə, psixotrop maddə, odlu silah və döyüş sursatını üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə mənzilə baxış keçirilmişdir. Ona mənzildə qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə, odlu silah və sair bu qisim əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Etiraz etməyərək iştirakçıları mənzilin yataq otağına aparıb otağın sağ künc tərəfində yerləşən paltar şkafına doğru gedib, şkafın orta qapısını açıb orada ağ rəngli sellofanı götürüb yaxınlıqda olan yataq dəstinin üzərinə qoymuş və bildirmişdir ki, sellofanın içində narkotik vasitə olan marixuana, tapança və patronları vardır. Qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü birlikdə mənzilin qonaq otağına getmişlər. Qonaq otağında sellofan masanın üzərinə qoyularaq içindən maddələr və əşyalar çıxarılmış və məlum olmuşdur ki, bir ədəd şəffaf sellofan bağlamada marixuana, odlu silah olan tapança və yuxarı tərəfi bükülü halda siqaret qutusu vardır. Sellofan bağlamada olan maddələrin narkotik vasitə olan marixuana olduğunu bildirdikdən sonra həmin maddələrə baxış keçirilməsinə başlanmışdır. Şəffaf sellofan bağlamanın içində iki ədəd kibrit qutusu da müəyyən olunmuşdur ki, onlara baxış keçirildikdə içərilərində də eynilə narkotik vasitə olan marixuana olduğu müəyyən olunmuşdur. Ardınca tapançaya baxış keçirilmiş və tapançanın barabanı açıldıqda içində 07 ədəd patronun olduğu məlum olmuş və barabandan çıxarılmışdır. Silah yoxlanıldıqda boş olduğu müəyyən edilmişdir. Sonra siqaret qutusuna baxış keçirilmiş və içərisində 13 ədəd patronun olduğu müəyyən edilmişdir. Tapançanın içindəki patronlarla birlikdə patronların ümumi sayının 20 ədəd olduğu məlum olmuşdur. O, bildirmişdir ki, narkotik vasitə olan marixuana istifadəçisidir. Həmçinin narkotik vasitə, odlu silah və patronları təxminən 10 gün əvvəl “Xətai” metrostansiyasının çıxışının yaxınlığında, zibil vedrəsinin kənarından tapdığını, həmin bağlamanı götürüb içindəkilərinə baxdıqda narkotik vasitə olan marixuana, odlu silah olan tapança və patronları olduğunu bildikdən sonra götürüb yaşadığı evə gətirib başqa bağlamaya yığaraq evində saxladığını, narkotik vasitənin bir qədərini istifadə etdiyini, sonuncu dəfə isə təxminən 4-5 saat əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir. Baxış keçirilən zaman ondan və baxışda iştirak edən tanışı Şahid4 üzərlərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuşdur. Hər ikisi ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuşdur. Masanın üzərində olan iki ədəd mobil telefona baxış zamanı o, telefonların özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonların “Nokia” və “İphone” markalı olduğu müəyyən edilməklə götürülmüşdür. Yaşadığı mənzildən aşkar olunmuş bir ədəd tapança və 20 ədəd patronlar, həmçinin bir ədəd şəffaf sellofan bağlamada və iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana iki ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra baxış keçirilən otağa və mənzilin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Yaşadığı ünvanda keçirilən baxış və götürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra protokolun tərtibatı üçün zəruri şəraitin olmadığını bildirib onu və baxışda iştirak edən Ruhini BMCMİ-nə dəvət etmişlər. Orada hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra yaşadığı mənzilə keçirilən baxışla bağlı protokol tərtib edilmiş, o, müdafiəçi və digər şəxslər imza edib yazılanları təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, bir daha belə cinayət əməli törətməyəcəkdir. Həyat yoldaşı işləmir, iki azyaşlı uşağı onun himayəsindədir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edərək üzərində saxlamaqla gəzdirməsi, həmçinin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar çıxarılmışdır. Həmin qərarın icra edilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri o, üzvləri isə X11, Şahid2 və Şahid3 təyin edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 174 nömrəli mənzildə olduğu bilinməklə həmin mənzilin giriş seyf qapısı döyülmüş, qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuş, o, özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edərək üzərində saxlamaqla gəzdirməsi, həmçinin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq satışı ilə məşğul olması barədə şübhəli bilindiyi bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olan marixuana, odlu silah olan tapança və döyüş sursatı olduğunu bildirməklə daxil olan məlumatı təsdiq etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs mənzilə polis əməkdaşlarının daxil olmalarına razılıq verməklə bu barədə BMCMİ-nin rəhbərliyinin adına ərizə ilə müraciət edərək yaşadığı mənzildə baxış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs könülllü olaraq mənzildə olan dövriyyəsi qadağan olan maddələri və odlu silahla döyüş sursatını polis əməkdaşlarına təqdim edə biləcəyini bildirməklə onları mənzilə dəvət etmişdir. Mənzilə daxil olduqda mənzildə Təqsirləndirilən şəxs başqa bir nəfər də şəxsin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsin bir gün əvvəl onun yanına qonaq gələn dostu Şahid4 olduğunu bildirmişdir. Şahid4 mənzilə keçirilən baxışda iştirak etməsi təklif edilmiş və sonuncu razı olduğunu bildirdikdən sonra tədbir iştirakçıları ilə birlikdə mənzilə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra mənzilin giriş qapısından içəri hissədə videoşəkilişlə baxış keçirilməsinə başlanmışdır. Baxış və götürmə xx xxxx 2020-ci il tarixdə saat 15:30-da mobil telefon aparatı vasitəsi ilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Baxış zamanı saxlanılan şəxsə hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs hüquqlarının ona tam aydın olduğunu bildirdikdən sonra keçirilən əməliyyat tədbirləri barədə məlumat verilmişdir. Ardınca mənzilə baxış zamanı evin 3 otaqlı olması məlum olmuşdur. Təqsirləndirilən şəxs mənzildə ailəsi ilə birlikdə kirayədə yaşadığını bildirmişdir. O, həmçinin ailəsinin bir neçə gün əvvəl rayona getdiyini və taksi fəaliyyəti ilə məşğul olmaqla mənzildə müvəqqəti tək yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı mənzildə narkotik vasitə, psixotrop maddə, həmçinin odlu silah və ya döyüş sursatı varsa təqdim etsin. Təqsirləndirilən şəxs etiraz etməyərək iştirakçıları mənzilin giriş qapısı ilə qarşıda yerləşən otağa aparmışdır, həmin otağın yataq otağı olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs otağın sağ künc tərəfində yerləşən paltar şkafına doğru gedib, şkafın orta qapısını açıb orada ağ rəngli sellofanı götürüb yaxınlıqda olan yataq dəstinin üzərinə qoymuş və bildirmişdir ki, sellofanın içində narkotik vasitə olan marixuana, tapança və patronları vardır. Yataq otağında şərait uyğun olmadığından qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü iştirakçılarla birlikdə mənzilin zal otağına gedilmiş və həmin otaqda sellofan masanın üzərinə qoyularaq içindən maddələr və əşyalar çıxarılmış və məlum olmuşdur ki, bir ədəd şəffaf sellofan bağlamada ot kütləsi halında olan maddələr və onun yanında odlu silah olan tapançaya bənzər əşya və yuxarı tərəfi bükülü halda siqaret qutusu vardır. Təqsirləndirilən şəxs ilk olaraq şəffaf sellofan bağlamada olan maddələrin nə olduğu soruşulmuş, o, həmin maddələrin narkotik vasitə olan marixuana olduğunu bildirdikdən sonra həmin maddələrə baxış keçirilməsinə başlanmışdır. Məlum olmuşdur ki, ot kütləsi halında olan maddələr, tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuanaya bənzər maddələrdir. Şəffaf sellofan bağlamanın içində iki ədəd kibrit qutusu da müəyyən olunmuşdur ki, onlara baxış keçirildikdə içərilərində də eyni ot kütləsi halında narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu müəyyən olunmuşdur. Ardınca bir ədəd odlu silah olan tapançaya bənzər əşyaya baxış keçirilmiş və həmin tapançaya bənzər əşyanın barabanı açıldıqda içində yeddi ədəd patronun olduğu məlum olmuş və barabandan çıxarılmışdır. Silah polis əməkdaşları tərəfindən yoxlanıldıqda boş olduğu müəyyən edilmişdir. Ardınca siqaret qutusuna baxış keçirilmiş və “Vegas” adlı siqaret qutusunun içində 13 ədəd patronun olduğu müəyyən edilmişdir. Tapançaya bənzər əşyanın içindəki patronlarla birlikdə patronların ümumi sayının 20 ədəd olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan marixuana istifadəçisidir. O, həmçinin narkotik vasitə, odlu silah və patronları təxminən 10 gün əvvəl “Xətai” metrostansiyasının çıxışının yaxınlığında, zibilliyin kənarından tapdığını, tapdığı zaman başqa bağlamada olduğunu, həmin bağlamanı götürüb içindəkilərinə baxdıqda narkotik vasitə olan marixuana, odlu silah olan tapança və patronları olduğunu bildikdən sonra götürüb evinə gətirib başqa bağlamaya yığaraq evində saxladığını, narkotik vasitənin bir qədərini istifadə etdiyini, sonuncu dəfə isə təxminən 4-5 saat əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs və baxışda iştirak edən Şahid4 üzərlərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuşdur. Hər iki şəxs ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuşdur. Baxış keçirilən zaman masanın üzərində iki ədəd mobil telefonun olduğu məlum olmuşdur. Həmin telefonlara baxış zamanı Təqsirləndirilən şəxs telefonların özünə məxsus olduğunu bildirmiş və mobil telefonların “Nokia” və “İphone” markalı olduğu müəyyən edilməklə araşdırma üçün əhəmiyyətli ola biləcəyindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd tapançaya bənzər əşya və 20 ədəd patronlar, həmçinin bir ədəd şəffaf sellofan bağlamada və iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddələr Təqsirləndirilən şəxs iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada iki ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra baxış keçirilən otağa və mənzilin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildə keçirilən baxış və götürmə xx xxxx 2020ci il tarixdə saat 16:00-da başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra saxlanılan şəxs və baxışda iştirak edən şəxs BMCMİ-nə aparılmaqla Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tutulması ilə bağlı qərar və protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxışla bağlı protokolun tərtibi zamanı müdafiəçi də iştirak etmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Bundan əlavə ifadəsində qeyd etmişdir ki, Baş İdarəyə ilkin daxil olan məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu qeyd edilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3, Şahid1la oxşar məzmunda ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclaslarına gəlmədiyindən məhkəmə iclasında onun ifadəsi elan edilməklə tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin ortalarından tanıyır. Yaxşı münasibətləri var. xx xxxx 2020-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdir. Bu zaman Elvinə zəng etmiş və qalmağa yer tapmasını istəmişdir. Elvin ailə üzvlərinin rayonda olduğunu və onlarda qala biləcəyini bildirmişdir. Elvinlə razılaşmış və Elvinin yaşadığı ünvan 1, mənzil 174 ünvanına getmişdir. Həmin gün Elvinin yaşadığı evdə qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Elvinin mənzilinin qapısının döyüldüyünü eşitmişdir. Elvin qapını açmaq üçün getmiş və qapını açdıqda bir neçə mülki geyimli şəxs özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin işçiləri olduqlarını bildirmişlər. Onlar Elvindən özünü təqdim etməsini istəmiş və Elvin öz anket məlumatlarını onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları Elvinin külli miqdarda narkotik vasitə, psixotrop maddə, odlu silah və döyüş sursatını üzərində və yaşadığı evdə saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Elvin polis əməkdaşlarının sözündən sonra həqiqətən də yaşadığı mənzildə narkotik və silah olduğunu onlara və mənzilə daxil olmalarını bildirmişdir. Polis əməkdaşları Elvinə ərizə yazmaqla etirazının olmadığını bildirməsini istəmiş və Elvin də ərizə yazıb könüllü olaraq polis əməkdaşlarını mənzilə dəvət etmişdir. Mənzilə daxil olduqdan sonra o da öz anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra Elvinə külli miqdarda narkotik vasitə, psixotrop maddə, odlu silah və döyüş sursatını üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməkdə şübhəli olduğunu və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Elvin etiraz etmədikdən sonra videoçəkilişlə mənzilə baxış keçirilmişdir. Elvinə təklif edilmişdir ki, mənzildə qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə, odlu silah və sair bu qisim əşya varsa könüllü olaraq təqdim etsin. Elvin etiraz etməyərək iştirakçıları mənzilin yataq otağına aparıb otağın sağ künc tərəfində yerləşən paltar şkafına doğru gedib, şkafın orta qapısını açıb orada ağ rəngli sellofanı götürüb yaxınlıqda olan yataq dəstinin üzərinə qoymuş və bildirmişdir ki, sellofanın içində narkotik vasitə olan marixuana, tapança və patronları vardır. Qeyd olunan maddə və əşyalara baxış keçirilməsindən ötrü birlikdə mənzilin zal otağına getmişlər. Zal otaqda sellofan masanın üzərinə qoyularaq içindən maddələr və əşyalar çıxarılmış və məlum olmuşdur ki, bir ədəd şəffaf sellofan bağlamada marixuana, odlu silah olan tapança və yuxarı tərəfi bükülü halda siqaret qutusu vardır. Elvin sellofan bağlamada olan maddələrin narkotik vasitə olan marixuana olduğunu bildirdikdən sonra həmin maddələrə baxış keçirilməsinə başlanmışdır. Şəffaf sellofan bağlamanın içində iki ədəd kibrit qutusu da müəyyən olunmuşdur ki, onlara baxış keçirildikdə içərilərində də eynilə narkotik vasitə olan marixuana olduğu müəyyən olunmuşdur. Ardınca odlu silah olan tapançaya baxış keçirilmişdir. Tapançanın barabanı açıldıqda içində 7 ədəd patronun olduğu məlum olmuş və barabandan çıxarılmışdır. Silah yoxlanıldıqda boş olduğu müəyyən edilmişdir. Ardınca siqaret qutusuna baxış keçirilmiş və içində 13 ədəd patronun olduğu müəyyən edilmişdir. Tapançanın içindəki patronlarla birlikdə patronların ümumi sayının 20 ədəd olduğu məlum olmuşdur. Elvin bildirmişdir ki, narkotik vasitə olan marixuana istifadəçisidir. Elvin həmçinin narkotik vasitə, odlu silah və patronları təxminən 10 gün əvvəl Xətai metrostansiyasının çıxışının yaxınlığında, zibilliyin kənarından tapdığını həmin bağlamanı götürüb içindəkilərinə baxdıqda narkotik vasitə olan marixuana, odlu silah olan tapança və patronları olduğunu bildikdən sonra götürüb yaşadığı evə gətirib başqa bağlamaya yığaraq evində saxladığını, narkotik vasitənin bir qədərini istifadə etdiyini, sonuncu dəfə isə təxminən 4-5 saat əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir. Baxış keçirilən zaman Ruhin də orada olduğu üçün polis əməkdaşları həm ondan həm də Elvindən üzərilərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuşdur. Hər ikisi ciblərini açıb göstərdikdən sonra üzərilərində kənar əşya və maddənin olmadığı məlum olmuşdur. Masanın üzərində olan iki ədəd mobil telefona baxış zamanı Elvin telefonların özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonların “Nokia” və “İphone” markalı olduğu müəyyən edilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Mənzildən aşkar olunmuş bir ədəd tapança və 20 ədəd patronlar, həmçinin bir ədəd şəffaf sellofan bağlamada və iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana müvafiq qaydada iki ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və o da iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra baxış keçirilən otağa və mənzilin digər otaqlarına baxış keçirilmiş, kənar əşya və maddə aşkar olunmamışdır. Bundan sonra mənzildən keçirilən baxış və götürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. O və Elvin BMCMİ-nə dəvət edilmişlər. Orada Elvinin hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra mənzilə keçirilən baxışla bağlı protokol tərtib edilmiş, o, Elvin, onun müdafiəçisi və digər şəxslər imza edib yazılanları təsdiq etmişlər. Təqsirləndirilən şəxs mənzilində narkotik vasitə və döyüş sursatı olan patronlar saxlamasından xəbəri olmamış, xx xxxx 2020-ci il tarixdə Elvinin yaşadığı mənzilə gəlmiş və növbəti gün rayona qayıtmalı olmuş, Elvin ona aşkar olunanlar barədə heç bir məlumat verməmiş, onun aşkar edilən patron və narkotikdən xəbəri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Mənzilə baxış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:20-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq özünün razılığı və iştirakı ilə yaşadığı mənzilə saat 15:30-dan etibarən keçirilən baxış zamanı yataq otağında yerləşən paltar dolabından bir ədəd ağ rəngli sellofan torbadan içərisində 175 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd şəffaf sellofan torba, içərisində 4,826 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu, içərisində 3,835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu və 13 ədəd döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. (i.v. 28-31) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/436 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan torbada və 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri: 175,0 qram; 4,826 qram; 3,835 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxanadır. Ümumi çəkisi 183,661 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi 183,661 qram olmuş, tədqiqata 0,15 qram istifadə olunmuş, 183,511 qram qalıq qalmışdır. (i.v. 50-54) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizanın xx xxxx 2019-cu il tarixli 20/351R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li, STRAJ RS-22 modelli baraban sistemli revolver zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,6 mm kalibirli olmaqla, təyinatı üzrə səsli siqnal vermək üçün nəzərdə tutulmuş revolverdir və odlu silah hesab edilmir. Lakin sonradan həmin silahın təyinatı 5,6 mm kalibrli patronlarla atəş açmaq üçün kustar üsulla dəyişdirilmiş odlu yivsiz silahdır. Lakin halhazırda həmin silah 5,6 mm kiçik kalibirli patronlarla atəş açmaq üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 13 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyali tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyali tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və yuxarıda göstərilən səbəblərə görə atəş üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd 5,6 mm kalibrli ******* №-li silah yuxarıda göstərilən səbəbə görə atəşə yararsız olduğundan eksperimental atəşlər keçirilmədi və X1 yerləşən “güllə-giliz” kartotekasında yoxlanılmadı. Qeyd: Təqdim edilmiş 13 ədəd 5,6 mm kalibrli patronlardan 06 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. (i.v. 55-62) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının xx xxxx 2020-ci il tarixli 2058 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 175-176) -Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 228.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 228.1 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 183,511 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və zavod üsulu ilə istehsal olunmuş 5,6 millimetrlik kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “Toz” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatı hesab edilən 13 ədəd patrondan eksperimental atəş zamanı istifadə edildikdən sonra qalan 07 ədəd patron maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli olmaqla, təyinatı üzrə səsli siqnal vermək üçün nəzərdə tutulmuş ******* №-li, STRAJ RS-22 modelli, baraban sistemli odlu silah hesab edilməyən rovelver və 07 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyali tapançalardan və “Toz” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş yararsız hesab edilən döyüş sursatları patronlar maddi sübut hesab edilməmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş, xx xxxx 2020-ci il tarixli baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu iki ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın və heroinin miqdarı və narkotik xassəli olmasını dəqiq müəyyən edəcək ekspert rəyi olmadığı üçün Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və heroini istifadə etməsi xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid4 qeyd edilən cinayətləri törətməsində heç bir iştirakı və məlumatı olmadığı üçün barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 228.1 və 307-ci maddələrinin tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından 183,661 qram çəkidə qurudulmuş marixuananın və döyüş sursatları hesab edilən 13 ədəd patronun əldə edilmə mənbəyinə görə ayrıca icraata material ayrılmışdır. (i.v. 177-194) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X2 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə saat 15:20-də tutulmuşdur. (i.v. 19) -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 111-114) -Naftalan şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 594 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri aşağıdakılardan ibarətdir: atası X12, anası X4, qardaşı X10, həyat yoldaşı X3, xx xxxxxx 2016-cı il təvəllüdlü qızı X7, xx xxxx 2017-ci il təvəllüdlü oğlu X8. (i.v. 137) -Naftalan şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 138) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 152-153) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə törətdiyi əməllər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış - baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu iki ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 183,511 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən atəş üçün yararlı 7 ədəd patron cinayətin aləti olduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməli, maddi sübut qismində tanınmamış, lakin məhkəmənin yekun aktı ilə taleyi həll olunanadək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılmış bir ədəd ******* №-li, STRAJ RS-22 modelli, baraban sistemli, kustar üsulla dəyişdirilmiş, odlu silah hesab edilməyən rovelver və atəş üçün yararsız hesab edilən 7 ədəd patron isə məhv edilməlidir; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, habelə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış - baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu iki ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 183,511 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən atəş üçün yararlı 7 ədəd patron dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin, maddi sübut qismində tanınmamış, lakin məhkəmənin yekun aktı ilə taleyi həll olunanadək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılmış bir ədəd ******* №-li, STRAJ RS- 22 modelli, baraban sistemli, kustar üsulla dəyişdirilmiş, odlu silah hesab edilməyən rovelver və atəş üçün yararsız hesab edilən 7 ədəd patron məhv edilsin. Məhkəmə məsrəfi olan 69,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə, iş materialları ilə tanış olmaqla birlikdə, iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-231/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-231/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver