Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-231/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,130 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 46 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4ında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 4 ədəd ağ rəngli sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,351 qram, 0,312 qram, 0,205 qram, ümumi təmiz çəkisi 1,130 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və gödəkcəsinin sol iç cibindən üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə Nizami rayonu ərazisində olan “Bolmart” mağazasının yanında dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edərək onun narkotik vasitələrdən istifadə etməsində şübhəli olduğunu bildirmişlər və Polis Şöbəsinə dəvət etmişlər. Onun üzərində həmin gün narkotik vasitə və tərəzi olmamışdır. Həmin gün o, ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşları tərəzini bir cibinə, 4 bükümü də digər cibinə pilləkənlərdan düşəndə qoymuşlar. Orada yəqin ki, kamera vardır. O, heç olmasa tərəzinin qoyulmamasını xahiş etmiş, lakin onlar gülə-gülə “bunsuz olmaz, onsuz da qandal veriləcək” demişlər. Polis əməkdaşları ona bildirmişlər ki, onun iki övladı vardır, psixotrop maddənin və tərəzinin ona məxsus olmasını etiraf etsin və ona ailəsi nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzası veriləcəkdir. O, da inanıb etiraf etmişdir. Bundan sonra ona bildirmişlər ki, səhər məhkəməyə aparılacaq və onu buraxacaqlar. Məhkəmədən qərar qəbul edərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istintaqda özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə Whatsapp vasitəsilə İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxslə əlaqə saxlamış, həmin şəxs ona psixotrop maddə olan metamfetamini ödəniş etmədən ona verəcəyini, götürdükdən sonra ödəniş edəcəyini bildirmişdir. Rza adlı şəxs metamfetamini Nizami rayonu ərazisinə qoyduğunu və həmin yerin fotoşəklini ona Whatsapp vasitəsilə göndərdikdən sonra həmin maddəni götürüb uzaqlaşarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onu narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyinə görə Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Nizami RPİnin 25-ci PŞ-nə gəlmiş, PŞ-də ona hüquq və vəzifələri elan edilmiş və üzərinə baxış keçirilməsi təklif edilmişdir. O, etiraz etmədiyi üçün PŞ-nin xidməti otaqlarının birində üzərinə baxış keçirilmişdir. Həmin vaxt əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 04 ədəd bükümdə içərisində metamfetamin olan maddənin olduğu bükümləri və gödəkcəsinin sol iç cibindən 01 ədəd elektron tərəzini və “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və predmet aşkar olunmamışdır. Həmin psixotrop maddə və tərəzi onun və iştirakçıların iştirakı ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, üzərindən aşkar edilmiş elektron tərəzi özünə məxsusdur və psixotrop maddə alarkən aldanmamaq üçün həmin tərəzidən istifadə edir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamış, Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqatçı, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, Rza adlı şəxslə Whatsapp vasitəsilə tanış olmuş, Rza adlı şəxsi üzdən görməmişdir. Təqdim etdiyi dörd ədəd bükümdə psixotrop maddə metamfetamin və tərəzi özünə məxsusdur, evində və ya başqa yerdə narkotik vasitə, psixotrop maddə və sair narkotik tərkibli maddələr saxlamır. Bundan başqa heç bir cinayət əməli törətməmişdir. Əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutularkən üzərində psixotrop maddə, tərəzi və sair bu kimi qanunla qadağan olunmuş əşya və predmet olmamış, Polis şöbəsində tanımadığı şəxs ona metamfetamin və tərəzini verərək, səhəri gün məhkəməyə gedəcəyini və dərhal məhkəmədən buraxılacağını bildirərək, kamera çəkilişi qarşısında həmin əşyaların özünə məxsus olmasını bildirdiyindən o, polis əməkdaşlarının sözünə inanaraq səhər buraxılacağına əmin olub valideynlərinə bu haqda bildirmədən həmin polis əməkdaşının təklifi ilə razılaşmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində “Orxan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 21 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Şöbənin əməliyyat müvəkkili Şahid1lə birlikdə keçirilmiş əməliyyat tədbiri zamanı Kamil Balakişiyev 46 ünvanında “Orxan” adlı şəxs şübhəli şəxs kimi saxlanılaraq 25-ci PŞ-nə gətirilmişdir. Şöbədə onun üzərində psixotrop maddələrin və ya qanunla döriyyəsi qadağan edilmiş maddələrin olmasına kifayət qədər əsaslar olduğundan Şöbənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs əynindəki paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 4 ədəd ağ rəngli sellofan bükümü və gödəkcənin sol iç cibindən isə 1 ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Rza adlı İran İslam Respublikası vətəndaşından sosial şəbəkə vasitəsi ilə aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis kapitanı X1, polis baş leytenantı Şahid1, Müdafiəçi iştirakları ilə xx.xx.2023cü il tarixdə saat 20:20 radələrində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdən əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 04 ədəd ağ rəngli sellofan bükümdə, içərisində ağ rəngli maddə olan bükümü təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin ağ rəngli sellofan bükümdə olan maddənin metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından Whatsapp tətbiqi vasitəsi ilə əlaqə yaratdığını,ödəniş etmədən aldığını və üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd üzərində “QC Pass” sözləri yazılmış elektron tərəzini təqdim etmiş və həmin tərəzini isə aldığı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/1-6/6112 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qr., 0,351 qr., 0,312 qr., 0,205 qr., ümumi təmiz çəkisi 1,130 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkibini yaratdığı üçün cinayət işi üzrə cinayət əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuş və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-475/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı telefonuna baxış keçirilmiş və telefonda iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, “Bakcell MMC” və "xxxx" MMC-dən daxil olmuş “CD” disklərə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı nömrələrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMS-lərdə Təqsirləndirilən şəxs hər hansı bir şəxs ilə aralarında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə hər hansı bir yazışma aşkar olunmamışdır. Həmçinin disklərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8498 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qr., 0,351 qr., 0,312 qr., 0,205 qr., ümumi təmiz çəkisi 1,130 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamin, 1 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzi və şəxsi axtarışın aparılmasının əks olunduğu 1 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1,030 qram olan psixotrop maddə metamfetamin Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş və 1 ədəd “CD” disk cinayət işinə əlavə edilmişdir. - məhkəmə iclasında baxış keçirilmiş 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 4 ədəd ağ rəngi sellofan büküm, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və gödəkcənin sol iç cibindən 1 ədəd elektron tərəzi çıxarıb təqdim edir. Bükümlərdə olan maddənin “metamfetamin” kimi tanıdığı psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından aldığını, tərəzini isə aldığı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. - nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və iki övladı vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tovsif edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bükümdə olan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini psixotrop maddəni əldə edərkən aldanılmamasına görə çəkmək üçün gəzdirdiyini bildirsə də, əlavə dindirmədə və məhkəmə istintaqında saxlanılarkən üzərində psixotrop maddə və elektron tərəzi olmamasını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatında, şübhəli şəxs qismində dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli ifadəsində, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli ifadəsində narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasını, aşkar olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini aldığı psixotrop maddənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə həm ibtidai istintaq dövründə, həm də məhkəmədə verilmiş ifadələri toplanmış digər sübutlarla müqayisəli tədqiq edərək Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsinə dair ifadəsini daha inandırıcı hesab edir. İbtidai istintaq zamanı və məhkəmə istintaqında ifadə vermiş polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxladıqlarını, şəxsi axtarış zamanı üzərində 4 büküm psixotrop maddə və 1 ədəd elektron tərəzi aşkar olunmasını bildirmişlər, həmçinin sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsini qeyd etmişlər. Şahidlər ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə satmasına, aşkar olunmuş psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması və gəzdirilməsinə dair hər hansı mötəbər sübuta dayanan məlumat verməmişlər. Göründüyü kimi şahid ifadələri də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi üçün yetərli deyil. Təqsirləndirilən şəxs üzərindən tərəzinin aşkar olunması ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində tərəzinin olması psixotrop maddəni satmaq məqsədilə gəzdirməsi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatında və ifadələrində aldığı psixotrop maddənin çəkisində aldanılmaması üçün, yəni aldığı psixotrop maddənin çəkisinə əmin olması üçün elektron tərəzi gəzdirməsini bildirmişdir. Məhkəmə narkotik vasitə və psixotrop maddə istifadə edən şəxsin tərəzidən istifadə etməsini mümkün hesab edir. İbtidai istintaq zamanı və məhkəmə istintaqında tədqiq edilmiş “Bakcell MMC” və "xxxx" MMC-dən daxil olmuş “CD” disklərə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı nömrələrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMS-lərdə Təqsirləndirilən şəxs hər hansı bir şəxs ilə aralarında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə hər hansı bir yazışma aşkar olunmamış, iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı telefonunda da iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8498 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olması aşkar edilmiş psixotrop maddənin satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə edilməsinə dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan hesab edir və onun üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədilə deyil, qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə ittiham olunduğu əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə və tərəzinin ona məxsus olmamasına dair ifadəsi özünü müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona tövsif edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, evli olmasını, himayəsində iki övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,030 qram psixotrop maddə-metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 54 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 324 (üç yüz iyirmi dörd) manat (54x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,030 qram psixotrop maddə - metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 54 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 324 (üç yüz iyirmi dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-231/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-231/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver