Məhkəmə qərarları › İş №1(007)-232/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-232/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-232/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Aleksandrovnanın, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs - 30 avqust 1974-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 1-də qeydiyyatda olan, 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 29, mənzil 5-də yaşayan Zərərçəkmiş şəxs1 evdə tək olmasından istifadə edib, onun Almaniya Federativ Respublikasında yaşayan Lyudmila adlı qızının tanışı olması və sonuncunun tapşırığı ilə sovqat gətirməsini deyərək Zərərçəkmiş şəxs1 aldadaraq mənzilə qanunsuz daxil olub, gətirmiş olduğu sovqatı mənzilə daşımaq üçün torba lazım olmasını bildirməklə Zərərçəkmiş şəxs1 eyvana getməsinə nail olduqdan sonra mənzilin yataq otağına keçib oradan çarpayıda olan döşəyin altından içərisində 2400 manat nağd pul və 7250 manat dəyərində bir ədəd üzərində nişan üzüyü olan qızıl zəncir, bir ədəd üzərində kulon olan zəncir, bir ədəd üzərində yasəmən rəngli sapfir qaşı olan nişan üzüyü, bir ədəd üzərində xaç olan qızıl zəncir, iki ədəd qızıl üzük, bir ədəd yantar qaşlı dəst, bir ədəd yasəmən rəngli qaşı olan dəst, bir ədəd mirvari qaşlı üzük və sırğalar, bir ədəd yaşıl qaşlı üzük və sırğalar, bir ədəd ortasında qara və ya tünd göy rəngli iri qaşlı və ətrafı xırda mirvarilərlə işlənmiş qızıl üzük və sırğalar olan 10 manat dəyərindəki pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 9660 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə istintaqa şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək naməlum qrup üzvlərinin məlumatı əsasında 03 fevral 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 mənzilinə gələrək onların Rusiya Federasiyasında yaşayan qohumları “Vilayət” adlı şəxsin dostu olması, onlara sonuncudan sovqat gətirməsi və həmin sovqatı gətirən avtomobilin xidmət haqqını vermək adı ilə Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 aldadıb mənzilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 əlində tutmuş olduğu 2500 manat nağd pulunu əlindən dartıb almaqla açıq talayıb hadisə yerindən qaçmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci il tarixdə Amnistiya Qərarına əsasən həbsdən azad olunduqdan sonra bir müddət günlük işlərdə çalışmış, sonra isə işləmədiyi üçün pulsuz qalmış, məcbur qalıb oğurluq etməyə qərar vermişdir. Bunun üçün 26 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsinə getmişdir. Orada köhnə beşmərtəbəli binaların arasında bir qədər gəzmişdir. Bir binanın qarşısında yaşlı kişi görmüş və ondan həmin binada rus qadının olub-olmamasını soruşmuşdur. Tanımadığı yaşlı kişi həmin binada üçüncü mərtəbədə Zoya adlı qadının olmasını deyərkən o, yaşlı kişiyə yalandan həmin Zoyanın xaricdə yaşayan bir qızının da olmasını da demiş, həmin yaşlı kişi onun dediklərini təsadüfən təsdiq edib onun Rusiyada yaşayan qızı olmasını demişdir. Bir qədər gözləyib həmin kişi pilləkənlə qalxarkən onunla qalxmış və üçüncü mərtəbəyə qalxarkən həmin kişi Zoyanın evinin qapısını ona göstərmişdir. O, həmin yaşlı kişi getdikdən sonra qapını döymüş və qapını açan yaşlı rus milliyyətindən olan qadını görərkən ona rus dilində adının Zoya olubolmamasını soruşmuşdur. Qadın adının Zoya olmasını demiş, bundan sonra o, qadına xaricdə qızının olub-olmamasını soruşarkən Zoya onun dediyini təsdiq edib qızı Lyudmilanın Almaniyada olmasını demişdir. O, Zoyaya qızının tapşırığı ilə gəldiyini və ona sovqat gətirdiyini demişdir. Bundan sonra sovqatı gətirməsi üçün torba verməsini və bir qədər susadığını deyib ona su verməsini Zoyadan xahiş etmişdir. Zoya onu evinə dəvət edib qonaq otağında stolda əyləşdirmişdir. Zoya onun sözü ilə otaqdan çıxıb mətbəxə gedərkən o, dərhal yataq otağına keçmiş və orada çarpayının üstündəki döşəyin altında pul kisəsini götürüb, dərhal da evdən qaçaraq getmişdir. Binadan uzaqlaşandan sonra pul kisəsın açmış və içərisindəki pulu sayarkən pulun 2300 manat olmasını görmüşdür. Həmin pulu götürüb cibinə qoymuş, pul kisəsini isə kənar bir yerdə zibilə atmışdır. Pul kisəsində yalnız 2300 manat pul olmuş, qızıl-zinət əşyaları isə olmamışdır. Həmin pulları xərclədikdən sonra pulsuz qalmış, bunun üçün 03 fevral 2022-ci il tarixdə Nizami rayonu, “Xalqlar Dostluğu” metrosunun arxa tərəfində poçtun ətrafındakı binaların arasında gəzmişdir. Həmin yerin Nizami rayonu, İ.Məmmədov küçəsi olmasını sonradan bilmişdir. Orada sonradan adının Zərərçəkmiş şəxs2 olmasını bildiyi, kapotunu açaraq avtomobili təmir edən yaşlı kişini görmüşdür. Yaxınlaşıb Vahidə salam vermiş, onun həmin məhəllədə yaşayıb-yaşamamasını və adını soruşmuşdur. Həmin şəxs bu məhəllədə yaşadığını, adının Vahid olduğunu demişdir. O, Vahid kişidən Rusiyada qohumunun olub olmamasını soruşmuş, Vahid kişi Rusiyada bacısı oğlu Vilayətin olmasını bildirmişdir. O, dərhal Vahidə Vilayətin yanından gəldiyini demiş və evdə kimin olmasını soruşmuşdur. Vahid kişi evdə arvadının və gəlinin olduğunu, oğlunun isə evdə olmadığını deyərkən ona arvadını görmək istədiyini demişdir. Vahid kişi də onu evinə apararkən pilləkənlə qalxan zaman Vahid kişiyə Vilayətdən sovqat və 700 ABŞ dolları pul gətirdiyini, torba götürüb gedərək həmin ağır sovqatı gətirmələrini demişdir. Bu zaman Vahid evinin qapısını açıb onu arvadı Bənövşə ilə tanış etmişdir. Bu zaman Vahid kişinin ailəsinə adının “İlqar” olmasını demişdir. O, həmin vaxt Bənövşə xanım ilə görüşmüş və onun hal-əhvalını soruşmuşdur. Həmin şəxslər onu çaya qonaq etmək istəyərkən o, yükü gətirdikdən sonra çay içə biləcəyini deyib Vahid kişi ilə birlikdə həyətə geri qayıtmışdır. Həyətə çıxarkən Vahid kişiyə poçtun yanında, evdən uzaqda bir avtomobil göstərib onun yanında gözləməsini və əvvəldən Vahid kişi ilə söhbət əsnasında ondan Rusiyada yaşayan Alı adlı qohumu olması barədə aldığı məlumatı düşünüb həmin Alı kişinin sovqatını yola salıb geri qayıdacağını demişdir. Vahid kişi göstərdiyi yerə gedərkən o da dərhal onun evinə qayıtmışdır. Qapını döymüş, Bənövşə xanım qapını açarkən ona yükü gətirən avtomobilin pulunu verib yola salmaq üçün 50 manat pul lazım olmasını demişdir. Bənövşə xanım öz yataq otağına keçmiş və bir qədər sonra onun əlində pul saymasını gördüyü üçün o da yataq otağına keçmiş, əlində pul sayan Bənövşə xanıma tez olmasını, avtomobilin onları gözləməsini demişdir. Bənövşə xanımdan 500 manat pul götürüb evdən çıxmışdır. Binadan çıxıb taksiyə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs1 evindən ancaq pul götürmüşdür, pulun məbləği isə 2400 manat deyil, 2300 manat olmuşdur, həmin evdən ümumiyyətlə qızıl-zinət əşyası götürməmişdir. Ona təzyiq göstərildiyinə görə istintaq zamanı verdiyi ifadəsində həmin şəxsin evindən 2400 manat pul və 7250 manat dəyərində qızıl-zinət əşyaları götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs2 evindən götürdüyü, Bənövşə xanımın özünün verdiyi pulu isə soyğunçuluq yolu ilə əldə etməmişdir, ona görə həmin əməllə bağlı CM-nin 180-ci maddəsi ilə verilmiş ittihamla razılaşmır. Zərərçəkmiş şəxs2 evinə getməyi, istiqamətləndirməni həmin şəxsin öz qohumu ona demişdir, Bənövşə xanımın ona verdiyi 500 manat pulu da həmin şəxslə aralarında bölmüşlər, lakin müstəntiq həmin şəxsi məsuliyyətdən azad etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 09 may 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 180, 177 və 178-ci maddələri ilə 10 il müddətinə məhkum olunmuşdur. 18 noyabr 2021-ci il tarixdə həbsdən azad olunmuşdur. Bir müddət günlük işlərdə çalışmışdır. Sonra isə işləmədiyi üçün pulsuz qalmış və məcbur qalıb oğurluq etməyə qərar vermişdir. Bunun üçün 26 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsinə gəlmişdir. Orada köhnə beşmərtəbəli binaların arasında bir qədər gəzmişdir. Bir binanın qarşısında yaşlı kişi görmüş və ondan həmin binada rus qadının olub-olmamasını soruşmuşdur. Həmin yaşlı kişi ona həmin binada 3-cü mərtəbədə Zoya adlı qadının olmasını deyərkən o, yaşlı kişiyə yalandan həmin Zoyanın xaricdə yaşayan bir qızının da olmasını da deyərkən həmin yaşlı kişi dediklərini təsadüfən təsdiq edib, onun Rusiyada yaşayan qızı olmasını demişdir. O da bir qədər gözləyib həmin kişi pilləkənlə qalxarkən onunla qalxmış və 3-cü mərtəbəyə qalxarkən həmin kişi Zoyanın evinin qapısını ona göstərmişdir. O həmin yaşlı kişi getdikdən sonra həmin qapını döymüş və qapını açan yaşlı rus milliyyətindən olan qadını görərkən ona rus dilində adının Zoya olub-olmamasını demişdir. Həmin qadın adının Zoya olmasını demişdir. O, qadına xaricdəki qızının olubolmamasını soruşarkən o, dediyini təsdiq edib, qızı Lyudmilanın Almaniya FR-da olmasını demişdir. O, bu zaman ona qızının tapşırığı ilə gəlməsini və ona sovqat gətirməsini demişdir. Bundan sonra Zoyaya sovqatı gətirməsi üçün ona torba verməsini və bir qədər susadığını deyib, ona su verməsini xahiş etmişdir. O da onu evinə dəvət edib, qonaq otağında stolda əyləşdirmişdir. Bu zaman Zoyaya gedib torba gətirməsini demiş və o, otaqdan çıxıb mətbəxə gedərkən dərhal yataq otağına keçmiş və orada çarpayının üstündəki döşəyin altında pul kisəsini götürüb, dərhal da evdən qaçaraq getmişdir. Binadan uzaqlaşandan sonra pul kisəsini açmış və içərisindəki pulu sayarkən pulun 2400 manat olmasını görmüşdür. Həmin pulu və pul kisəsindən çıxmış qızıl-zinət əşyalarını götürüb cibinə qoymuş və pul kisəsini də kənar bir yerdə zibilə atmışdır. Həmin gün dəqiq sayını bilmədiyi qızıl-zinət əşyalarını satmış və təxminən bütün qızıllar üçün 1900 manat pul qazanmışdır. Həmin qızılları verərkən öz sürücülük vəsiqəsini də təqdim etmiş və qızılların ona məxsus olmasını bildirmişdir. Həmin qızılların demək olar hamısını üzdən tanıdığı Salyan rayonunda yaşayan, lakin dəqiq ünvanını və anket məlumatını bilmədiyi şəxsə Salyan rayonunda satmışdır. Oğurladığı pulları xərclədikdən sonra pulsuz qalmışdır. Bunun üçün də yenə 03 fevral 2022-ci il tarixdə Nizami rayonu, Xalqlar Dostluğu metrosunun arxa tərəfində poçtun ətrafındakı binaların arasında gəzmişdir. Oranın Nizami rayonu, İ.Məmmədov küçəsi olmasını sonradan bilmişdir. Orada sonradan adının Zərərçəkmiş şəxs2 olmasını bildiyi yaşlı kişini görmüşdür. O, avtomobilin kapotunu açmış və avtomobili təmir etmişdir. Ona yaxınlaşıb salam vermişdir. Onun həmin məhəllədə yaşayıb-yaşamamasını və adını soruşmuşdur. O isə həmin məhəllədə yaşamasını və adının Vahid olmasını demişdir. O, ondan Rusiya FR-da qohumunun olub-olmamasını soruşmuşdur. O isə Rusiya FR-da bacısı oğlu Vilayətin olmasını bildirmişdir. Bu zaman o, Vahidə Vilayətin yanından gəlməsini və evdə kimin olmasını soruşmuşdur. Vahid kişi evdə arvadı və gəlinin olmasını, oğlunun isə evdə olmamasını deyərkən o, onun arvadını görmək istədiyini demişdir. Vahid də onu evinə apararkən pilləkənlə qalxan zaman Vahidə Vilayətdən sovqat və 700 ABŞ dolları pul gətirdiyini və torba götürüb gedib həmin ağır sovqatı gətirmələrini demişdir. Bu zaman Vahid evinin qapısını açıb onu arvadı Bənövşə ilə tanış etmişdir. O, Vahidin ailəsinə adının İlqar olmasını demişdir. O, həmin vaxt Bənövşə xanım ilə görüşmüş və onun hal-əhvalını soraqlamışdır. Bundan sonra onu çaya qonaq etmək istəyərkən o, yükü gətirdikdən sonra çay içə biləcəyini deyib Vahidlə birlikdə həyətə geri qayıtmışdır. Həyətə çıxarkən Vahidə poçtun yanırıda evdən uzaqda bir avtomobil göstərib, onun yanında gözləməsini və əvvəldən Vahid ilə söhbət əsnasında ondan Rusiya FR-da yaşayan Alı adlı qohumu olması barədə aldığı məlumatı düşünüb Zərərçəkmiş şəxs2 onların uzaq qohumu Alı kişinin sovqatını yola salıb geri qayıdacağını demişdir. Vahid göstərdiyi yerə gedərkən o da dərhal onun evinə getmişdir. Qapını döymüş və Bənövşə xanım qapını açarkən ona yükü gətirən avtomobilin pulunu verib yola salmaq üçün 50 manat pul lazım olmasını demişdir. O, öz yataq otağına keçmiş və bir qədər sonra Bənövşənin əlində pul saymasını gördüyü üçün o da onun arxasınca yataq otağına keçmişdir. Bu zaman Bənövşə xanım əlində pul saymış və ona tez olmasını, avtomobilin onları gözləməsini demişdir. Həmin vaxt onların yanında Zərərçəkmiş şəxs2 gəlini də olmuşdur. O, Bənövşə xanımdan əvvəl 500 manat, sonra 1000 manat, daha sonra isə əlindəki pulların hamısını alarkən Bənövşə xanım “ay bala, çox oldu axı deyəsən” demiş və o da ona “eybi yoxdur, sonra hesablaşarıq” deyərək pulları götürüb hadisə yerindən getmişdir. Binadan çıxıb taksiyə əyləşərək həmin yerdən taksi ilə hadisə yerindən uzaqlaşarkən taksidə pulları saymış və Bənövşə xanımın ona 2500 manat pul verməsini müəyyən etmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsinin elan olunmasından sonra həmin ifadəni təsdiq etmədiyini, bu ifadələri təzyiq altında verdiyini, hazırda verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs ona təzyiq göstərən konkret şəxslər barədə məlumat verməmişdir. Digər yandan isə nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında belə, ziddiyyətli ifadələr vermiş, məhkəmə iclasında son sözlə çıxışı zamanı əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Aleksandrovna ifadəsində göstərmişdir ki, 26 yanvar 2022-cı il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı mənzildə oturan zaman evin qapısı döyülmüş, qapını açanda təxminən 30-35 yaşlarında olan bir cavan oğlan ona demişdir ki, Almaniyada yaşayır, onun orada yaşayan qızı Lyudmila ona şeylər göndərmişdir, ona bir kisə verməsini, aşağıda maşında olan şeyləri kisəyə yığıb gətirəcəyini demişdir. Sonra da həmin cavan oğlan mümkünsə ona çay verməsini, susadığını bildirmişdir. O, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi oğlanla mənzilinin zalına keçmiş, özü oradan mətbəxə keçib çayı qaynamağa qoyub, yenidən qonaq otağına qayıtmışdır. Təqsirləndirilən şəxs ona bir torba gətirməsini, həyətdə gözləyən maşından şeyləri yığıb gətirəcəyini demişdir. Buna görə eyvana çıxıb torba axtarmış, geri qayıtdıqda həmin şəxsi otaqda görməmişdir. Həmin vaxt mənzilin giriş qapısı açıq vəziyyətdə olmuş, yataq otağına baxarkən görmüşdür ki, çarpayının üstündəki döşəyi dağınıq vəziyyətdədir. Baxanda döşəyin altında gizlətdiyi və içərisində 2400 manat pul və qızıl-zinət əşyaları olan 10 manat dəyərindəki pul kisəsinin yerində olmadığını görmüşdür. Hansı ki, həmin pul kisəsinin içərisində bir ədəd üzərində nişan üzüyü olan qızıl zəncir, bir ədəd üzərində kulon olan zəncir, bir ədəd üzərində yasəmən rəngli sapfir qaşı olan nişan üzüyü, bir ədəd üzərində xaç olan qızıl zəncir, iki ədəd qızıl üzük, bir ədəd yantar qaşlı komplekt, bir ədəd yasəmən rəngli qaşı olan komplekt, bir ədəd mirvari qaşlı üzük və sırğalar, bır ədəd yaşıl qaşlı üzük və sırğalar, bir ədəd ortasında qara və ya tünd göy iri qaşla və ətrafı xırda mirvarilərlə işlənmiş qızıl üzük və sırğalar olmuşdur. Bu zaman o, başa düşmüşdür ki, içərisində pulları, qızılları olan pul kisəsi həmin şəxs, yəni evinə gələn Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Ona görə də DİN-in 102 xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir. Həmin qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda müxtəlif qiymətlərə almışdır, təsadüfdən həmin qızılları oğurlanmamışdan əvvəl satmaq üçün qızıl alışı yerinə aparmış və həmin qızıllarına ümumi olaraq 7250 manat pul verilə biləcəyini ona demişlər. Belə ki, bir ədəd üzərində nişan üzüyü olan qızıl zəncir 350 manat, bır ədəd üzərində kulon olan zəncir üçün 500 manat, bir ədəd üzərində yasəmən rəngli sapfir qaşı olan nişan üzüyü üçün 300 manat, bir ədəd üzərində xaç olan qızıl zəncir üçün 550 manat, iki ədəd qızıl üzük üçün 500 manat, bir ədəd yantar qaşlı komplekt üçün 1450 manat, bir ədəd yasəmən rəngli qaşı olan komplekt üçün 1300 manat, bir ədəd mirvari qaşlı üzük və sırğalar üçün 650 manat, bir ədəd yaşıl qaşlı üzük və sırğalar üçun 750 manat və bir ədəd ortasında qara və ya tünd göy iri qaşla və ətrafı xırda mirvarilərlə işlənmiş qızıl üzük və sırğalar üçün 900 manat pul təklif etmişlər. Oğurlanmış qızıllara görə 7250 manat, 2400 manat nağd pul və 10 manat pul kisəsinə görə olmaqla ümumilikdə ona 9660 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 03 fevral 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı binanın qarşısında oturduğu vaxt sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin onların evinin eyvanına baxdığını görmüşdür. O, Azada baxarkən Azad üzünü ona çevirib, onun Rusiyada yaşayan Vilayətin dayısı olub-olmadığını soruşmuşdur. Vilayətin dayısı olduğunu deyəndə, Azad oğlu Fərmanın harada olmasını soruşmuşdur. O, Fərmanın evdə olmadığını demişdir. Azad digər oğlunun olub-olmamasını soruşanda, başqa oğlunun da olmasını demişdir. Azaddan Vilayəti haradan tanımasını soruşanda Azad Rusiyadan, Vilayətin yanından gəldiyini demişdir. Bundan sonra o, Azaddan onların qaldığı evi necə tanımasını soruşarkən Azad onların uzaq tanışı Alı kişi ilə avtomobil söhbəti olmasını deyib, evdə kimin olmasını soruşmuşdur. O da evdə arvadı, gəlini və azyaşı nəvələrinin olmasını demişdir. Bundan sonra Azad ona arvadı Zərərçəkmiş şəxs3 ilə görüşmək istədiyini demiş və onlar birlikdə binaya daxil olmuşlar. Pilləkənlərlə qalxanda Azad heç kimin bilməməsini, Vilayətin ona 700 ABŞ dolları pul göndərdiyini demişdir. Bundan sonra evdən torba götürməsini, həyətdə olan yük avtomobilində Vilayətin onlara göndərdiyi ağır sovqatlar olduğunu bildirmişdir. Həmin vaxt onlar ikinci mərtəbədəki evinə çatmışlar və o, hörmət əlaməti olaraq qapını açıb Azadı qonaq kimi birinci evə dəvət etmişdir. Arvadı Bənövşə qapıya tərəf gəlmiş və o, Bənövşəyə qonağı təqdim edib Vilayətin yanından gəldiyini və onu görmək istədiyini demişdir. Azad irəli gəlib arvadını dəhlizdə öpüb qucaqlayaraq hal-əhval tutmuşdur. O isə gəlini Şahid2 və arvadına “qonaq” Azada yemək və çay vermələrini demişdir. Lakin Azad etiraz edib birlikdə həyətə düşərək işlərini görməsini, sonradan qalxıb çay içə biləcəyini bildirmişdir. Onlar binadan ayrılıb yolla getdikləri yerdə Azad ona poçtun yanında bir avtomobil göstərib yükün guya həmin avtomobildə olduğunu, onun avtomobilin yanına gedib onu gözləməsini, özünün isə guya Alı kişinin də yükünü verməli olmasını, buna görə də həmin yükün göndərilməsi üçün başqa istiqamətə getməli olmasını deyib, onu gözləməsini tapşırmış və ondan ayrılmışdır. O da Azadın dediyi yerə gedib orada gözləməyə başlamışdır. Həmin yerdə 10-15 dəqiqə gözləmiş, sonra Azadın gəlmədiyini görüb evə getmişdir. Evə girəndə Bənövşə ona bildirmişdir ki, başına iş gəlmışdir, onlar evdən çıxdıqdan sonra Azad adlı həmin şəxs evə gəlmiş, onlara gələn yük götürülərkən avtomobili yola salmaq üçün 50 manat pul lazım olduğunu demiş, o da evin yataq otağına gedib pul gətirmək istəyərkən Azad da onun arxasınca yataq otağına daxil olmaq istəmiş, Azada niyə yataq otağına daxil olmasını deyərkən Azad ona tələsməsini, avtomobilin gözlədiyini demişdir. Həmin vaxt o, yəni arvadı Bənövşə otaqdakı siyirmədən xərçəng xəstəliyinin əməliyyatı üçün ayırdığı ona məxsus 2500 manat pulu götürüb pulun içərisindən 50 manat pul axtaran zaman Azad otağa daxil olmuşdur. Həmin vaxt gəlini də otaqda olmuş və Bənövşə pulu saydığı yerdə Azad qəfildən Bənövşənin əlindəki 2500 manat pulun hamısını götürmüş və evdən qaçaraq çıxıb getmişdir. Arvadı və gəlini qorxmuşlar, Bənövşə Azadın arxasınca hara getməsini, pulu geri qaytarmasını deyərək qapıdan çıxmış və artıq Azadın pilləkənlərlə düşüb qaçaraq getməsini görmüşdür. Oğlu Fərman evə gələrkən həmin hadisə barədə ona danışmış, son olaraq qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs onların qohumu olması ehtimalına görə polisə bu barədə məlumat verməmək üçün bir qədər gözləmək lazımdır. Həmin vaxta qədər Bakı şəhərində yaşayan bütün qohumları və Rusiyada yaşayan digər qohumları ilə əlaqə saxlayıb, görüşüb hadisəni onlara bildirmiş, lakin heç kimin hadisədə əli olmadığını müəyyən etmişdir. 11 fevral 2022-ci il tarixdə qohum-əqrəba və tanışlara hadisə barədə danışmış, onların həmin hadisə ilə əlaqələrinin olmamasını müəyyən etdiyi üçün polisə məlumat vermişdir. Həmin müddətdə onların Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan bir nəfər X6 adlı qohumuna bu hadisə barədə danışmamışdır. Çünki o, uzaqda yaşamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs Sahil qəsəbəsində yaşadığını öyrəndiyindən onda və ailə üzvlərində Fərhadın və ya Fərhadın ailə üzvlərindən kiminsə Azadla əlbir olma ehtimalının olması fikri yaranmışdır. Təqsirləndirilən şəxs onun ailəsini yaxından tanıyan Fərhad İsayevin sözləri, verdiyi istiqamət əsasında bu cinayəti törətsə də, müstəntiq hansısa maraqla, qanunsuz yolla Fərhad İsayevin barəsində işə xitam verərək onu məsuliyyətdən azad etmişdir, ona görə hesab edir ki, həmin şəxs məsuliyyətə cəlb olunmalıdır. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəməmişdir, ona qarşı şikayətçidir, cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 03 fevral 2022-ci il tarixdə saat 14 radələrində evdə gəlini və azyaşlı nəvəsi ilə oturduğu vaxt qapı döyülmüş, qapını açarkən əri Vahidin və yanına sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi bir nəfər şəxsin gəldiyini görmüşdür. Vahid həmin şəxsi ona təqdim edib Rusiyada yaşayan qohumu Vilayərin dostu olduğunu, Rusiyadan gəldiyini və onu görmək istədiyini demişdir. Həmin vaxt Azad öz adını deyil, xatırlamadığı başqa ad deyərək özünü onlara təqdim etmişdir. Bundan sonra Azad evinə keçib onu dəhlizdə öpüb, qucaqlayaraq hal-əhval tutmuş, əməliyyat olunması üçün nə zaman gedəcəyini, hazırda necə olduğunu və s. barədə soruşmuşdur. Vanid isə ona və gəlini Şahid2 “qonaq” Azada yemək və çay vermələrini demişdir. Lakin Azad etiraz edib birlikdə həyətə düşərək işləri görmək lazım olduğunu, sonra qalxıb çay içə biləcəyini bildirmişdir. Bundan sonra Vahidlə Azad birlikdə getmişlər, bir qədər sonra isə Azad geri qayıtmışdır. Giriş qapısını bağlamadığı üçün Azad özü qapını açıb evə daxil olmuşdur. O, nə baş verdiyini soruşanda Azad onlara Vilayətdən gələn yükün götürülməsi üçün yükü gətirən avtomobili yola salmaqdan ötrü 50 manat pul lazım olduğunu demişdir. O, yataq otağına gedib pulu gətirmək istəyərkən Azad da onun arxasınca yataq otağına daxil olmaq istəmişdir. O, niyə yataq otağına daxil olduğunu deyərkən Azad tələsməsini və avtomobilin gözləməsini demişdir. O, yataq otağındakı siyirmədən xərçəng xəstəliyinin əməliyyatı üçün ayırdığı 2500 manat pulu götürüb pulun içərisindən 50 manatlıq əskinaz axtaran zaman Azad qəfildən əlindəki 2500 manat pulun hamısını götürmüş və evdən qaçaraq çıxıb getmişdir. Bu zaman gəlini Şahid2 da otaqda olmuşdur, onlar Azadın arxasınca hara getməsini, pulu geri qaytarmasını deyərək qapıdan çıxmışlar, artıq Azadın pilləkənlərlə düşüb qaçaraq getməsini görmüşdür. Bundan bir qədər sonra Vahid evə gəlmiş və o, baş verənləri Vahidə danışmışdır. Daha sonra evə gələn oğlu Fərmana bu barədə danışmışlar, belə qərara gəlmişlər ki, Azad adlı şəxsin onların qohumu olması ehtimalına görə bir qədər gözləyib polisə bu barədə məlumat verməsinlər. Həmin vaxta qədər onlar Bakı şəhərində yaşayan bütün qohumları və Rusiyada yaşayan digər qohumları ilə əlaqə saxlayıb, görüşüb hadisəni bildirmişlər, lakin heç kimin hadisədə əli olmadığını müəyyən etmiş, artıq 11 fevral 2022-ci il tarixdə polisə məlumat vermişlər. Həmin müddətdə onlar Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan X6 adlı qohumlarına bu hadisə barədə danışmamışlar. Çünki o, uzaqda yaşamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs tutulmasını və onların ailəsi barəsindəki məlumatların Fərhad İsayev tərəfindən verilməsini Azad dedikdən və Azadın da Sahil qəsəbəsində yaşadığını bildikdən sonra onlarda Fərhadın və ya onun ailə üzvlərindən kiminsə Azadla əlbir olma ehtimalının olması fikri yaranmışdır. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəməmişdir, ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 fevral 2022-ci il tarixdə saat 14 radələrində evdə qayınanası Bənövşə və azyaşlı övladı ilə oturduqları vaxt qapı döyülmüş, qayınanası qapını açarkən qayınatası Vahid və yanında bir nəfər şəxslə gəldiyini görmüşlər. Qayınatası həmin şəxsi onlara təqdim edib həmin şəxsin Rusiyada yaşayan qohumları Vilayətin dostu olduğunu, Rusiyadan gəldiyini və qayınanası Bənövşəni görmək istədiyini demişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs həmin vaxt onlara öz adını deyil, xatırlamadığı başqa ad deyərək özünü təqdim etmişdir. Bundan sonra Azad evə keçib qayınanasını dəhlizdə öpüb qucaqlayaraq hal-əhval tutmuş, ona əməliyyat olunması üçün nə zaman gedəcəyini, hazırda necə olmasını və s. soruşmuşdur. Qayınatası Vahid isə onlara “qonaq” Azada yemək, çay vermələrini demişdir. Lakin Azad etiraz edib, birlikdə həyətə düşərək işlərini görmək lazım olduğunu, sonradan qaxıb çay içə biləcəyini bildirmişdir. Onlar ikisi də birlikdə getmişlər, lakin bir qədər sonra Azad geri qayıtmış, giriş qapısını bağlamadıqları üçün Azad özü qapını açıb evə daxil olmuşdur. Qayınanası ondan nə baş verməsini soruşduqda Azad onlara Vilayətdən gələn yükün götürülməsi üçün yükü gətirən avtomobili yola salmaqdan ötrü 50 manat pul lazım olmasını demişdir. Qayınanası evdə yataq otağına keçmiş və pulu gətirmək istəyərkən Azad da yataq otağına daxil olmaq istəmişdir. Qayınanası ona niyə yataq otağına daxil olmasını deyərkən, Azad tələsməsini və avtomobilin gözləməsini bildirmişdir. Bu zaman artıq qayınanası yataq otağındakı siyirmədən xərçəng xəstəliyinin əməliyyatı üçün ayırdığı 2500 manat pulu götürüb pulun içərisindən 50 manatlıq əskinaz axtaran zaman Azad qəfildən onun əlindəki 2500 manat pulun hamısını götürmüş və evdən qaçaraq çıxıb getmişdir. Onlar Azadın arxasınca hara getdiyini, pulu geri qaytarmasını deyərək qapıdan çıxmışlar, lakin artıq Azadın pilləkənlərlə düşüb qaçaraq getməsini görmüşlər. Bundan bir qədər sonra isə qayınatası Vahid evə gəlmiş və baş verənləri ona danışmışlar. Daha sonra bu barədə əri Fərman evə gələrkən ona da danışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 yuxarıda adları qeyd olunan zərərçəkmiş şəxslərlə və şahidlə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 26 yanvar 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanında yerləşən mənzilə Zərərçəkmiş şəxs1, hal şahidlərinin, ekspertkriminalistin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi yeri, qızıllarının və pulunun oğurlandığı yeri göstərərkən, həmçinin oğurlanmış qızıllardan bir qisminin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (İ cild i.v. 14-20) - 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanına baxış keçirilərkən binanın blokunun ikinci və üçüncü mərtəbələrində quraşdırılmış müşahidə kameralarında hadisəni özündə əks etdirən videogörüntülər təhqiqatçı tərəfindən götürülərək baxış keçirilmişdir. Baxış zamanı 26 yanvar 2022-ci il tarixdə saat 12:48-də hadisəni törətməkdə şübhəli bilinən arıq bədən quruluşlu, orta boylu, əynində qara rəngli gödəkcəsi, qara rəngli şalvarı, qara rəngli ayaqqabısı olan naməlum şəxsin binanın ikinci mərtəbəsindən üçüncü mərtəbəsinə qalxdığı, saat 12:57-də sol əlində göy rəngli sellofan olan, içərisində Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyaları və 2400 manat nağd pul olduğu güman olunan həmin şəxsin üçüncü mərtəbədən ikinci mərtəbəyə qaçması müşahidə olunmuşdur. (İ cild i.v. 22) - 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus, arvadı Zərərçəkmiş şəxs3 əlində tutmuş olduğu 2500 manat nağd pulu 03 fevral 2022-ci il tarixdə saat 14 radələrində naməlum şəxsin onun əlindən götürüb getməsi faktı ilə bağlı toplanmış material, hadisənin şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəzərə alınaraq, ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 38) - 11 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi ünvan 1 ünvanında yerləşən mənzilə Şahid1, hal şahidlərinin və ekspertkriminalistin iştirakı ilə baxış keçirilmişdir. Şahid1 hadisənin baş verdiyi yeri göstərərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (İ cild i.v. 43-45) - 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 5 ünvanındakı binada quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərin köçürüldüyü diskə təhqiqatçı tərəfindən Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sözügedən binanın qarşısı və 2022.02.03 saat 14:35:14thu yazıları müəyyən edilmişdir. Goruntudə sol tərəfdən orta boylu, orta bədən quruluşlu, əynində qara rəngli gödəkcə, boz qara rəngli şalvar, qara rəngli ayaqqabısı olan şəxs, həmin şəxsdən təxminən 3-4 metr arxada orta boylu, orta bədən quruluşlu, ağ saçlı, əynində qara rəngli qısa palto və qara rəngli ayaqqabı, sol əlində sarı rəngli bükülmüş sellofan paket, görünüşdən 60-65 yaşlı şəxsin digər yuxarıda əlamətləri sadalanan şəxslə ağaclıq istiqamətində hərəkət etdikləri, həmin şəxslərin irəlidə 1-2 saniyə söhbət etdikdən sonra ayrılaraq fərqli istiqamətdə hərəkət etdikləri, bir qədər sonra yuxarıda əlamətləri sadalanan birinci cavan şəxsin qaçaraq geri qayıtması müşahidə olunmuşdur. Baxışda iştirak edən Şahid1 yuxarıda əlamətləri sadalanan birinci cavan şəxsin anası Zərərçəkmiş şəxs3 qarşı soyğunçuluq etmiş şəxs, ikinci yaşlı şəxsin isə atası Zərərçəkmiş şəxs2 olmasını bildirmişdir. (İ cild i.v. 49) - 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 72-73) - 17 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı 26 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 6 ünvanındakı mənzilinə özünü ev sahibi Zərərçəkmiş şəxs1 Almaniya FR-da yaşayan qızının tapşırığı ilə gəlmiş şəxs kimi təqdim edərək evinə qanunsuz daxil olub, içərisində 2400 manat nağd pul və qızıl-zinət əşyaları olan pul kisəsini gizli yolla oğurlayaraq qaçıb çıxıb getdiyi hadisə ilə əlaqədar ünvan 7 ünvanına gəlmişlər. Binanın qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evinə gedən pilləkənlərlə qalxaraq, sonuncunun evinin qapısını göstərmiş, daha sonra həmin 5 nömrəli mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 içərisində 2400 manat nağd pul və qızılzinət əşyaları olan pul kisəsini oğurladığı yataq otağındakı çarpayını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs X2 verdiyi məlumatlar əsasında qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 03 fevral 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 mənzilinə onların Rusiya FR-da yaşayan qohumları Vilayət adlı şəxsin dostu olması və onlara Vilayətdən sovqat gətirməsi adı ilə evlərinə qanunsuz daxil olub, sonuncunun arvadı Zərərçəkmiş şəxs3 əlində tutmuş olduğu 2500 manat nağd pulunu əlindən götürüb hadisə yerindən qaçaraq, 04 fevral 2022-ci il tarixdə əldə etdiyi 2500 manat puldan 600 manatını əvvəldən razılaşdıqları kimi X4 verdiyi hadisə ilə əlaqədar ünvan 8 ünvanındakı binanın qarşısına gəlmişlər. Orada, binanın qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mənzilə gedən binanın giriş qapısını göstərmiş, birlikdə ikinci mərtəbəyə qalxmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 27 nömrəli mənzilinin qapısını göstərmişdir. Bundan sonra mənzilə daxil olmuşlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əlində tutmuş olduğu 2500 manat nağd pulunu əlindən götürüb getdiyi yataq otağını göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. (İ cild i.v. 125-130) - 09 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, X2 barəsində cinayət təqibinə və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilmiş, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 mənzilindən soyğunçuluq yolu ilə 2500 manat pulu əldə etməsində əlbir olduğu istintaqa məlum olmayan şəxs və şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmiş, həmin cinayət işi üzrə qrupun digər üzvləri müəyyən edildikdən sonra X2 həmin cinayətin törədilməsində hər hansı şəkildə iştirakının olub-olmamasına hüquqi qiymət verilməsi qərara alınmış, 03 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild i.v. 100-114) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir, irəli sürdüyü dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin dəlilləri məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə, irəli sürülmüş ittihamların ümumilikdə əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs son sözündə əməllərindən səmimi peşmançılıq çəkdiyini qeyd edərək həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 82) - 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 6-9) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,178.2.1, 29,178.2.2, 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası CM-nin 29,178.2.1 və 29,178.2.2-ci maddələri hökmdən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi və “xeyli miqdar” müddəası hökmdən xaric edilmiş, CM-nin 66.3-cü maddəsinin tətbiqi CM-nin 66.2-ci maddəsinin tətbiqi ilə əvəz olunmuş, cəza çəkərkən 17 noyabr 2021-ci il tarixdə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (İİ cild i.v. 16-17, 59-85) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları olduğunu bildirsə də, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır, eyni zamanda, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama zamanı da həmin hal öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib, məhkum edilərkən həmin maddə ağır cinayət kateqoriyasına aid edilmişdir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun 1.64.2-ci maddəsinə əsasən 180.2-ci maddənin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilmiş, bununla da Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən həmin maddə az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq az ağır cinayət hesab olunan əmələ görə azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzadan 17 noyabr 2021-ci il tarixdə yuxarıda istinad olunan Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur, əməlində cinayətlərin residivi yaranmır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 18 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin qərarı əsasında Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, iş materiallarına əsasən həmin müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan və təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığına görə, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 03 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar