Məhkəmə qərarları › İş №1(007)-232/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-232/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-232/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 02 oktyabr 2022-ci il tarixdə, saat 19:10 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi «Mercedes Benz ML350» markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində saatda 10-20 km sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni yolayrıcına daxil olaraq sola dönərkən piyadanın yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olmasını nəzərə almalı, piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs iki tərəfli hemopnevmotoraksla müşayiət olunan sağda İİİ-İV qabırğaların, solda Vİ qabırğanın yerdəyişən sınıqları, sol kürək sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ körpücük sümüyünün akromial ucunun yarımçıxığı, sol bud sümüyünün boynunun köhnə qeyri-düzgün bitişmiş yerdən sınığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 02 oktyabr 2022-ci il tarixdə saat təxminən 19:10 radələrində Q.Qarayev prospekti ilə R.Rüstəmov küçəsi istiqamətində yaşadığı ünvana, idarə etdiyi saz vəziyyətdə olan, “Mercedes Benz ML350” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək olmaqla saatda 50 km/saat sürətlə hərəkət etmişdir. M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsinə çatdıqda Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığında sola doğru dönmə əməliyyatı etmək istədiyi zaman avtomobilin sürətini tam dayanma həddinə çatdırıb qarşıdan gələn avtomobilləri buraxmaqla yol boşaldıqdan sonra saatda 10-20 km sürətlə sola doğru dönmə əməliyyatı etmək istədiyi zaman qəflətən orada olan piyada keçidi ilə bir nəfər kişi cinsindən olan yolu sağdan sola doğru keçən piyadanı görüb avtomobilin qabaq sağ hissəsi ilə onu vurmaqdan yayına bilməmişdir. Bu səbəbdən dərhal avtomobili saxlayıb avtomobildən düşərək həmin piyadaya yaxınlaşmış və ona ilkin tibbi yardım göstərmişdir. Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra həmin piyadanı özünə məxsus avtomobilə əyləşdirməklə “X4”nə aparmışdır. Orada həmin piyada Zərərçəkmiş şəxs stasionar müalicə olunmuş, həmin müddət ərzində ona maddi və mənəvi dayaq olmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçını, onun müdafiəçisini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 02 oktyabr 2022-ci il tarixdə saat təxminən 19:10 radələrində M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində, Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığında yolu keçib yaşadığı evə getmək istəmişdir. Odur ki, həmin yerə yaxınlaşmış və avtomobillərin gəlmədiyini görüb piyada keçidi ilə yolun digər tərəfinə yolu sağdan sola doğru adi addımlarla keçməyə başlamışdır. Bu zaman təxminən yolun mərkəzinə doğru sağ kənar hissəsindən 2 metr məsafə qət etmişdir ki, qəflətən “Mercedes Benz ML350” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə onu vurduğunu hiss etmiş və o, yerə yıxılmışdır. Həmin vaxt hadisə yerindən həmin avtomobilin sürücüsü ona yaxınlaşaraq onu avtomobilinə əyləşdirib X3 çatdırmış və orada ona ilkin tibbi yardım göstərilmişdir. Sonradan adı ona Təqsirləndirilən şəxs kimi məlum olan sürücü ona hadisə yeni baş verən tarixlərdə maddi və mənəvi dayaq olsa da, hazırki vaxtda əməliyyat xərclərini ödəmədiyindən onunla əlaqədar şikayətçidir. Belə ki, təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəməyə maddi imkanı çatır, lakin sonuncu bilərəkdən ziyanı ödəmir. Sonda Zərərçəkmiş şəxs, hadisə nəticəsində ona dəymiş ziyanın tam ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi və ona dəymiş 25000 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın və 165 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə mülki iddiasının təmin edilməsini, əks halda təqsirləndirilən şəxsə ciddi cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi və vəkili X2, zərərçəkmiş şəxsin dəlillərini müdafiə etdi və təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş qaydada ən yuxarı həddə sərt cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan, protokola əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz ML350» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada keçidinin üzərində yolu sağdan sola doğru keçən piyadanı vurması qeydə alınmışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerində xx.xx.2023-cü il tarixdə keçirilmiş ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz ML350» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağ kənarından sola doğru 2 metr məsafədə piyada keçidi ilə hərəkətdə olan piyadanı vurması qeydə alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1028 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs iki tərəfli hemopnevmotoraksla müşayiət olunan sağda İİİ-İV qabırğaların, solda Vİ qabırğanın yerdəyişən sınıqları, sol kürək sümüyünün qəlpəli yerdəyişən sınığı, sağ körpücük sümüyünün akromial ucunun yarımçıxığı, sol bud sümüyünün boynunun köhnə qeyri-düzgün bitişmiş yerdən sınığı xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3106 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz ML350” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələlərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü Aysun Rəhimova və xx.xx.2016-cı il təvəllüdlü Əli Rəhimli ad və soyadlı uşaqları vardır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlmiş hərəkətlər etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.1.11-59.1.14-cü maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi həmin Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş və onun iş üzrə mülki iddiaçı qismində tanınması üçün əsas hesab edilmiş ərizə üzrə ona dəymiş ziyanın məbləğinə dair mötəbər sübutlar təqdim edilmədiyindən və həmin məsələnin araşdırılması üçün müəyyən müddət tələb olduğundan, hazırkı cinayət işi ilə əlaqədar isə qeyd olunan sübutların tələb edilərək araşdırılması üçün kifayət qədər müddət olmadığından mülki iddia baxılmamış saxlanılmalı, sonradan mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməli, o cümlədən mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxsə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 76 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 456 manat (76x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs izah edilsin ki, o, sonradan mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən mülki iddianın verilməsi üçün ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumu (FİN: xxxxxxx, "xxxx" ASC Cefer Cabbarlı branch, VÖEN **********, terminal nömrəsi: K0104011, GPP qəbz nömrəsi **********, Tarix: xx.xx.2023, saat 16:51) dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Dövlət rüsumunun qaytarılması hissəsində hökmün icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 76 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 456 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar