Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-232/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, 8ci Mikrorayon, X13 küçəsi, ev 4A, mənzil 35 ünvanında qeydiyyatda olan və ünvan 2z mənzildə kirayə yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ala bilmədiyi üçün hüquq verən vəsiqə hesab edilən xarici dövlətlərə aid saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədi ilə tanışı Şahid4 vasitəsi ilə X9 istintaqla müəyyən edilməyən tarix və şəraitdə saxtalaşdıraraq qanunsuz hazırladığı, blankı mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə edilməklə axınlı printerdən çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Təqsirləndirilən şəxs adına Rusiya Federasiyasına aid olan 99 13 136442 nömrəli sürücülük vəsiqəsini Şahid4 2023-cü ilin iyul ayının sonları istintaqla müəyyən edilməyən yerdə əldə edib Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 2023-cü ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən tarix və saatda Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 36 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona verilmiş saxta sürücülük vəsiqəsində təvəllüdü düzgün göstərilmədiyi üçün ona Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi verilməsindən imtina edildiyini Şahid4 bildirdikdən sonra, Şahid4 qohumu X9 istintaqla müəyyən edilməyən tarix və şəraitdə saxtalaşdıraraq qanunsuz hazırladığı, blankı mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə edilməklə axınlı printerdən çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Təqsirləndirilən şəxs adına Rusiya Federasiyasına aid olan 99 12 703368 nömrəli sürücülük vəsiqəsini Şahid4 istintaqla müəyyən edilməyən tarix və yerdə əldə edib Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 09 avqust 2023-cü il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona verilmiş saxta sürücülük vəsiqəsində təvəllüdü düzgün göstərilmədiyi üçün ona Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi verilməsindən imtina edildiyini Şahid4 bildirdikdən sonra, Şahid4 qohumu X9 istintaqla müəyyən edilməyən tarix və şəraitdə saxtalaşdıraraq qanunsuz hazırladığı, blankı mətbəə çap üsulu ilə deyil, qrafik proqram təminatından istifadə edilməklə axınlı printerdən çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Məmmədxan Zeynalovun adına Ukrayna Respublikasına aid olan BXX 849654 nömrəli sürücülük vəsiqəsini Şahid4 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında əldə edib Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında fəaliyyət göstərən 5 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 1 ilə yaxın müdətdir ki, Şahid4 adlı şəxslə təsadüfən tanış olmuşdur. Söhbət əsnasında ona sürücülük vəsiqəsi ala bilmədiyini demiş, Şahid4 isə bildirmişdir ki, ona bununla bağlı kömək edə bilər, 500 manat əvəzində ona saxta Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi düzəldə bilər, həmçinin qeyd etmişdir ki, həmin sürücülük vəsiqəsini isə Asan Xidmət mərkəzinə təqdim edib bizim sürücülük vəsiqəsini almaq mümkündür. 2023-cü ilin iyul ayında Heydərlə əlaqə saxlamış və ona sürücülük vəsiqəsi almasında köməklik etməsini xahiş etmişdir. Heydər ona bildirmişdir ki, pul versə 4-5 gün ərzində ona Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsi təqdim edə bilər. O Heydərlə razılaşmış və Heydərin ona göndərdiyi hesab kartına “Birbank” mobil proqram vasitəsi ilə 500 manat göndərmişdir. Bundan sonra təxminən 2023-cü ilin iyul ayının sonları Heydərlə “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşdür. Orada Heydər ona bir ədəd Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi vermişdir. Həmin sürücülük vəsiqəsini götürmüş və dərhal 1 saylı Asan Xidmətə getmişdir. Orada həmin sənədi onlara təqdim edən zaman sənədin çipində və tarixində problem olduğunu ona bildirmişlər və buna görə Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ilə əvəz edilməsinə etiraz etmişlər. Daha sonra o Asan Xidmətdən çıxmış və yenidən Şahid4la əlaqə saxlamışdır. Heydər ona bunu həll edəcəyini bildirmişdir. 1-2 gün sonra yenə də iyul ayının sonları Heydərlə Bakixanov qəsəbəsi ərazisində görüşmüşdür. Orada Heydər ona yenə Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsi vermişdir. Həmin sürücülük vəsiqəsini götürüb Bakixanov qəsəbəsində yerləşən 4 saylı Asan Xidmətə getmişdir. Ora günorta saatlarında işdən sonra getmişdir. Orada o yenə də Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsini əldə etmək məqsədi ilə həmin Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsindən istifadə etmişdir. Lakin həmin zaman sürücülük vəsiqəsində təvəllüdü düzgün göstərilmədiyi üçün ona yeni sürücülük vəsiqəsi verilməsindən imtina edilmişdir. O oradan çıxıb yenidən Heydərlə əlaqə saxlamış və olanları izah etmişdir. Heydər ona yenə də narahat olmamasını, bu məsələni həll edəcəyini və yeni səhvlik olmayan bir sürücülük vəsiqəsi düzəldəcəyini bildirmişdir. O isə Heydərlə razılaşmış və Heydərin ona verdiyi Rusiya Federasiyasına aid sürücülük vəsiqəsini özündə saxlamışdır. Daha sonra 11 avqust 2023-cü il tarixdə o Şahid4la Bakı şəhəri Heydər Əliyev prospektində Asan Xidmətin yaxınlığında görüşmüşdür. Həmin zaman Heydər ona bu dəfə Ukrayna Respublikasına aid saxta sürücülük vəsiqəsi təqdim etmişdir. Axşam saatları olardı. O sənədi götürüb orada yerləşən 5 saylı Asan Xidmətə yaxınlaşmışdır. Orada saxta sürücülük vəsiqəsi verib Azərbaycan Respublikasına aid vəsiqə ilə əvəz olunmasını istəmişdir. Orada ona bir qədər gözləməsini istəmişlər. Bir qədər sonra Bakı şəhəri 23 saylı polis bölməsinin əməkdaşları yaxınlaşıb izahat alınması üçün onu polis bölməsinə aparmışlar. O isə orada yalan izahat verərək güya sürücülük vəsiqəsini onlayn imtahan verib 2018-ci ildə aldığını bildirmişdir. Ukrayna Respublikasına aid sürücülük vəsiqəsi onlarda qalmışdır. Özündə saxladığı Rusiya Federasiyasına aid sürücülk vəsiqəsini isə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə dəvət edilib izahat verdiyi zaman ora təqdim etmişdir. Şahid4 isə həmin ərəfələrdə Rusiya Federasiyasına getdiyi üçün Heydəri tapa bilməmişdir. Saxta vəsiqələri Heydər onun üçün hazırlamışdır. Nə Ukrayna Respublikasında, nə də Rusiya Federasiyasında heç bir zaman olmamışdır. Ora aid sürücülük vəsiqəsi almamışdır. Şahid4 ona təqdim etdiyi sürücülük vəsiqələrinin saxta olduğunu bilmişdir. Lakin xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ala bilmədiyindən bunu etmək qərarına gəlmişdir. İlk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ildən DİO-nun əməkdaşıdır. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin 4 saylı Asan Xidmət üzrə kiçik inspektoru vəzifəsində işləyir. 09 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi təqdim etməklə burada Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ilə əvəz olunmasını xahiş etmişdir. Həmin şəxs ona yaxınlaşmış və özündə olan Rusiya Federasiyasına aid sürücülük vəsiqəsini təqdim etmişdir. Həmin sürücülük vəsiqəsinə diqqətlə baxdıqda həmin sənədin saxta olması onda şübhə doğurmuşdur. Həmin zaman mərkəzdə digər ölkələrə dair sürücülük vəsiqəsini yoxlamaq sistemi işləmədiyindən bunu tam dəqiqləşdirə bilməmişdir. Lakin sürücülük vəsiqəsinin həqiqiliyi şübhə doğurduğu üçün sürücülük vəsiqəsi verilməsinə imtina edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sürücülük vəsiqəsinin fotoşəklini çəkib bu barədə Asan Xidmətin əməkdaşları olan qruplarına həmin şəxs barədə məlumatları yerləşdirib saxta sürücülük vəsiqəsi ilə yaxınlaşması barədə məlumat vermişdir. Bundan sonra həmin şəxsə imtina edildiyi üçün mərkəzdən çıxıb getmişdir. Vəsiqə də Təqsirləndirilən şəxs özündə qalmışdır. Sonradan eşitmişdir ki, həmin vətəndaş, yəni Təqsirləndirilən şəxs 5 saylı Asan Xidmət Mərkəzinə də yaxınlaşıb və ora başqa bir Ukrayna Respublikasına aid sürücülük vəsiqəsi təqdim etmişdir. Orada isə onun saxta sürücülük vəsiqəsi təqdim etdiyi üçün raport yazılıb polis əməkdaşlarına təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2012-ci ildən DİO-da xidmətə başlamışdır. X15 Nazirliyinin Katibliyində işləmiş, daha sonra Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin inspektoru vəzifəsinə təyinatını almışdır. Oradan Asan Xidmətin 2 nömrəli Mərkəzinə ezam olunmuşdur. 2023- cü ilin iyul ayından isə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində fəaliyyət göstərən Asan Xidmətin bir saylı mərkəzinə ezam edilmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının sonlarında onun işlədiyi Asan Xidmətə yaxınlaşmış, Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi dəyişilib-dəyişilmədiyi barədə informasiya almışdır. O belə bir xidmətin olduğunu qeyd etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi təqdim etmişdir. O sənədi götürüb orada təvəllüdün səhv qeyd olduğunu görüb bu barədə bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi sənədin saxta olmasından şübhələnib həmin sənədin fotoşəklini çəkmişdir. Həmin ərəfələrdə saxta sənəd təqdim edən şəxs çox olduğu üçün Asan Xidmətlər arası bir “Whatsapp” qrupu yaratmışlar. Şübhələndikləri vaxt sənədi həmin qrupa əlavə edib digər mərkəzlərdəki əməkdaşları xəbərdar etmişlər ki, belə bir şəxs yaxınlaşarsa həmin zaman Azərbaycan Respublikasına aid vəsiqə verilməsinə imtina edilsin. Daha sonra vəsiqədə səhvlik olduğu üçün və dəyişdirə bilmədiyindən Təqsirləndirilən şəxs xidmət kimi qeydiyyatdan keçməmiş və mərkəzdən çıxıb getmişdir. O bildiyinə görə həmin şəxs sonradan Asan Xidmətin Bakı şəhəri, Sabunçu rayonu Bakixanov qəsəbəsində yerləşən 4 saylı və Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 5 saylı mərkəzlərinə də getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2014-cü ildən DİO-nun əməkdaşıdır. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin 4 saylı Asan Xidmət üzrə kiçik inspektoru vəzifəsinə ilk təyinatını almışdır. 2023cü ilin iyun ayından isə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən Asan Xidmətin 5 saylı mərkəzinə keçmişdir. Hazırda polis serjantı xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, aralarında hər hansı bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə işlədiyi Asan Xidmətə müraciət etmişdir. Təqsirləndirilən şəxs Ukrayna Respublikasına aid sürücülük vəsiqəsi təqdim etməklə Azərbaycan Respublikasına aid sürücülük vəsiqəsi ilə əvəz olunmasını xahiş etmişdir. Həmin şəxs ona yaxınlaşmış və özündə olan Ukrayna Respublikasına aid sürücülük vəsiqəsini təqdim etmişdir. Həmin sürücülük vəsiqəsinə diqqətlə baxdıqda həmin sənədin saxta olması onda şübhə doğurmuşdur. Həmçinin ona məlumat verilmişdir ki, Məmmədşah Süleymanov başqa Bakı şəhəri Bakixanov qəsəbəsində yerləşən Asan Xidmət 4 və Bakı şəhəri Ak.H.Əliyev küçəsində yerləşən Asan Xidmətə də müraciət etmişdir. Lakin həmin yerlərə Rusiya Federasiyasına aid sürücülük vəsiqələri təqdim etmişdir. Bu barədə onlara məlumat qabaqcadan verilmişdir ki, birdən başqa Asan Xidmət Mərkəzlərinə də müraciət edər. Həmin şəxsi gördükdə dərhal tanımış, həmçinin Məmmədşahın təqdim etdiyi sürücülük vəsiqəsi onsuzda saxta olması bilinmişdir. O özünə bu barədə soruşduqda Məmmədşah sürücülük vəsiqəsinin saxta olmadığını demişdir. Bundan sonra o vətəndaşın saxta sürücülük vəsiqəsindən istifadə etdiyi üçün raport yazıb Xidmətin mühafizəçilərinə təhvil vermişdir. Daha sonra mühafizəçilər bu barədə Nizami Rayon Polis İdarəsinə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2022-ci ildə X11 ilə tanış olmuşdur. Rəşad o həbsdə olduğu zaman bacısı Fatma Bəkirova ilə ailə həyatı qurmuşdur. Rəşad bacısının ikinci həyat yoldaşıdır.. 2023-cü ilin ilin ortalarında Rəşad ona təklif etmişdir ki, onun üçün ucuz qiymətə sürücülük vəsiqəsi almaq istəyən müştərilər tapsın. Rəşad ona demişdir ki, Rusiya Federasiyasına və Ukrayna Respublikasına aid sürücülük vəsiqələrini saxta üsüllarla düzəldir və onların əsasında Asan Xidmətə müraciət edib sürücülük vəsiqəsi almaq mümkündür. Rəşad Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində tam ünvanı bilmədiyi yaşadığı evində həmin sənədələri saxta üsullarla düzəltmiş, daha sonra ona vermişdir. O isə sənədləri pul verən şəxslərə çatdırmışdır. Həmin şəxslər təbii ki, vəsiqənin saxta olduğunu bilirdilər. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs ilə tanış olub ondan sürücülük vəsiqəsi düzəltmək üçün pul almışdır. Süleymanşah ona bunun üçün 500 manat pul göndərmişdir. Məmmədşah pul göndərdikdən sonra o yenə də pulu Rəşada vermişdir. Rəşad ilk əvvəl Rusiya Federasiyasına aid saxta sürücülük vəsiqəsi düzəltmiş və aparıb onu Məmmədşaha vermişdir. Məmmədşah həmin sürücülük vəsiqəsini aldıqdan sonra Asan Xidmətə müraciət etmişdir. Lakin sənəddə səhvlik olduğu üçün ona sürücülük vəsiqəsi verilməsindən imtina edilmişdir. Məmmədşah bu barədə ona məlumat vermişdir. O daha sonra bu barədə yeznəsi Rəşada məlumat vermişdir. Rəşad isə yeni bir sürücülük vəsiqəsi düzəltmiş və onu Heydərə vermişdir. O isə Məmmədşahla görüşüb həmin sənədi Məmmədşaha vermişdir. Lakin bu dəfə də sənəd düz olmadığı üçün sürücülük vəsiqəsi verilməsindən imtina edilmişdir. Məmmədşah yenidən ona bu barədə məlumat vermişdir. O Rəşada dedikdə Rəşad ona yeni sürücülük vəsiqəsi düzəldəcəyini bildirmişdir. Rəşad yenidən yaşadığı evdə sürücülük vəsiqəsi düzəldib ona vermişdir. 11 avqust 2023-cü il tarixdə Süleymanşahla görüşüb bu dəfə ona Ukrayna Respublikasına aid saxta sürücülük vəsiqəsi vermişdir. Daha sonra Məmmədşah yenidən Asan Xidmətə müraciət etmişdir. Lakin sürücülük vəsiqəsinin saxta olması bilindiyi üçün Məmmədşahı orada saxlayıb polis bölməsinə təhvil vermişlər. Bundan sonra isə o daha bu işlə məşğul olmamışdır. Ondan sonra o burada qalmaqda maddi çətinlik çəkdyi üçün xx.xx.2023-cü il tarixə keçən gecə Rusiya Federasiyasına getmişdir. xx.xx.2023-cü il tarixdə isə Azərbaycana qayıtmışdır. Qayıdarkən isə cinayət törətməkdə şübhəli olduğu üçün saxlanılmışdır. İş materiallarında olan məhkəmə sənədlərin texniki ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 5/1329 N-li rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 12 703368 nömrəli, Ukrayna Respublikasının Məmmədxan Zeynalovun BXX 849654 nömrəli sürücülük vəsiqələrə oxşar sənədlərin blankları hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdən çap edilmişdir. Təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 12 703368 nömrəli, Ukrayna Respublikasının Məmmədxan Zeynalovun BXX 849654 nömrəli sürücülük vəsiqələrə oxşar sənədlərin blankları Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 174 saylı rəyinə əsasən X2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sairə psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, xroniki fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı pxisi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-in 21.3 cə 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs X8 ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarda qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə cəzası növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumlu məlumatları haqqında çıxarışdan görünür ki, X1 xx.xx.2022-ci il təvəllüdlü X3 adında bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı cəzani ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına verilmiş ********** və BXX 849668 nömrəli sürücülük vəsiqələri cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 70 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına verilmiş ********** və BXX 849668 nömrəli sürücülük vəsiqələri cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-232/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-232/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver